Yeniliklər

AR Prezidentinin sərəncamı ilə nəşr edilən
150 cildlik «Dünya Ədəbiyyatı Kitabxanası» seriyasına
abunə yazılışı sona yaxınlaşır
 

Kitablar nəfis tərtibatda və yüksək poliqrafik keyfiyyətdə "Şərq-Qərb" mətbəəsində,
yeni tərcümə və yeni redaktə ilə nəşr olunur.
Bir kitabın qiyməti 7 manatdır. Kitabların tirajı məhduddur.
Abunə müddəti 2 ildir. Hər kitabın haqqı çatdırılma zamanı ödənilir.
Abunə rəsmi anket və çeklə sənədləşdirilir.
Beh - 20 manatdan az olmamaq şərti ilə (sonuncu 3 kitabın haqqı kimi hesablanır).
Abunənin cəmi məbləği 2 ildə 1050 manat təşkil edəcək.
Saytımızın ana səhifəsinin sağ tərəfində kitabların üz qabığı hərəkət edir.

Kitabların kuryer vasitəsilə çatdırılması 3 manatdır.

 

Bu seriyaya daxil olan 61 kitab artıq çapdan çıxıb.

 

Abunəçilərin nəzərinə: vasitənizlə yazılan hər yeni abunəçiyə görə bir kitab hədiyyə olunur..

 

DƏK seriyasına abunə yazılmaq üçün aşağıdakı nömrələrə zəng vurun:
Tel.: 511-61-86, 492-12-38, (050) 404-91-13, (055) 674-11-38
və ya - info@kitabklubu.org ; kitabklubu@gmail.com  e-mail ünvanlarına məktub yollayın!
Ünvan: 1 ofis "Kitab Klubu", Müstafa Sübhi 13, 150 nömrəli məktəbin yanı
              2 ofis "Kitab Klubu", Müztuza Muxtarov 7, Səadət Sarayının yanı

 

Elektron üsulla bizə yazılmaq istəyənlər üçün bizim abunə vərəqimizi doldurub elektron poçtumuza göndərə bilərlər. Bu şəxslər (rayonlardan yazılmaq istəyənlər üçün) üçün bank rekvizitlərimizi göstəririk.

Bank hesabımıza 20 manat (beh) köçürəndən və bunu bizə bildirəndən sonra bizim abunəçi siyahımıza daxil olacaqsınız.

Qeyd edək ki, bütün rayonlarda olan Kapital bankın filiallarından pul ödənişi etmək daha rahat olar.

Pulu köçürərkən özünüz haqda məlumatı dəqiq göstərməyinizi xahiş edirik.

 

Bank rekvizitlərimiz:

 

B1. Benefisiar (alan) bank
Adı :  Kapital Bank ASC Bakı şəhəri 1 saylı Binəqədi filialı
Kodu :  200156
VÖEN :  9900003611
Müxbir hesab :  0137010001944
S.W.I.F.T : BIK :  Aİİ BAZ 2X
________________________
B2. Alan müştəri
Adı :  "Kitab Klubu" MMC
Hesab №-si :  38030019441500242115
VÖEN :  1000554031
Cl. Valyuta növü :  MANAT
 


«Dünya ədəbiyyatı kitabxanası» seriyasının siyahısı

I. Klassik dünya ədəbiyyatı

1. Aleksandr Puşkin. Seçilmiş əsərləri
2. Anton Çexov. Seçilmiş əsərləri
3. Artur Konan Doyl. Əsərləri
4. Cek London. “Martin İden”
5. Con Milton. Seçilmiş əsərləri
6. Conatan Svift. “Qulliverin səyahəti”
7. Çarlz Dikkens. “Oliver Tvistin macəraları”
8. Daniel Defo. “Robinzon Kruzo”
9. Edqar Allan Po. Seçilmiş əsərləri
10. Emil Zolya. Seçilmiş əsərləri
11. Fenimor Kuper. Əsərləri
12. Fransua Rable. “Qarqantua və Pantaqruel”
13. Fridrix Şiller. Seçilmiş əsərləri
14. Fyodor Dostoyevski. Seçilmiş əsərləri, I cild
15. Fyodor Dostoyevski. Seçilmiş əsərləri, II cild
16. Fyodor Dostoyevski. Seçilmiş əsərləri, III cild
17. Gi de Mopassan. Seçilmiş əsərləri
18. Henrix Heyne. Seçilmiş əsərləri
19. Herman Melvil. Seçilmiş əsərləri
20. Homer. “İliada”
21. Homer. “Odisseya”
22. Jül Vern. Seçilmiş əsərləri
23. İohan Volfqanq Gete. Əsərləri
24. Qustav Flober. Əsərləri
25. Lev Tolstoy. Seçilmiş əsərləri, I cild
26. Lev Tolstoy. Seçilmiş əsərləri, II cild
27. Lev Tolstoy. Seçilmiş əsərləri, III cild
28. Mark Tven. Seçilmiş əsərləri
29. Mayn Rid. Seçilmiş əsərləri
30. Migel de Servantes. “Lamançlı Don Kixot”
31. Nikolay Qoqol. Seçilmiş əsərləri
32. O’Henri. Seçilmiş əsərləri
33. Onore de Balzak. Seçilmiş əsərləri
34. Oskar Uayld. Seçilmiş əsərləri
35. Prosper Merime. Seçilmiş əsərləri
36. Redyard Kiplinq. Seçilmiş əsərləri
37. Robert Stivenson. Seçilmiş əsərləri
38. Sədi Şirazi. “Gülüstan”, “Bustan”
39. Stendal. Seçilmiş əsərləri
40. Valter Skott. Seçilmiş əsərləri
41. Viktor Hüqo. Seçilmiş əsərləri, I cild
42. Viktor Hüqo. Seçilmiş əsərləri, II cild
43. Viktor Hüqo. Seçilmiş əsərləri, III cild
44. Vilyam Şekspir. Seçilmiş əsərləri
45. Yunus Əmrə. Əsərləri

II. Müasir dünya ədəbiyyatı

46. Akutaqava Rünoske. Seçilmiş əsərləri
47. Aqata Kristi. Seçilmiş əsərləri
48. Andre Morua. Seçilmiş əsərləri
49. Andrey Platonov. Seçilmiş əsərləri
50. Antuan Ekzüperi. Seçilmiş əsərləri
51. Artur Miller. Seçilmiş əsərləri
52. Ayzek Azimov. Seçilmiş əsərləri
53. Bertolt Brext. Seçilmiş əsərləri
54. Cerom Selincer. Seçilmiş əsərləri
55. Con Apdayk. Seçilmiş əsərləri
56. Con Faulz. Seçilmiş əsərləri
57. Corc Oruel. Seçilmiş əsərləri
58. Çingiz Aytmatov. Seçilmiş əsərləri
59. Erix Mariya Remark. Seçilmiş əsərləri
60. Ernest Seton-Tompson. Seçilmiş əsərləri
61. Frans Kafka. Seçilmiş əsərləri
62. Fransuaza Saqan. Seçilmiş əsərləri
63. Frensis Skott Fitscerald. Seçilmiş əsərləri
64. Fridrix Dürrenmatt. Seçilmiş əsərləri
65. Henrix Mann. Seçilmiş əsərləri
66. Herbert Uells. Seçilmiş əsərləri
67. Xorxe Luis Borxes. Seçilmiş əsərləri
68. Xulio Kortasar. Seçilmiş əsərləri
69. Jorj Simenon. Seçilmiş əsərləri
70. Jorji Amadu. Seçilmiş əsərləri
71. Karlos Kastaneda. Seçilmiş əsərləri
72. Leon Feyxtvanger. Seçilmiş əsərləri
73. Marqaret Mitçell. “Küləklə sovrulanlar”
74. Marsel Prust. Seçilmiş əsərləri
75. Mixail Bulqakov. Seçilmiş əsərləri
76. Nazim Hikmət. Seçilmiş əsərləri
77. Nəcib Fazil Qısakürək. Seçilmiş əsərləri
78. Paulo Koelye. Seçilmiş əsərləri
79. Somerset Moem. Seçilmiş əsərləri
80. Stanislav Lem. Seçilmiş əsərləri
81. Stefan Sveyq. Seçilmiş əsərləri
82. Stiven Kinq. Seçilmiş əsərləri
83. Tomas Vulf. Seçilmiş əsərləri
84. Umberto Eko. “Qızılgülün adı”
85. Vladimir Nabokov. Seçilmiş əsərləri

III. Nobel mükafatına layiq görülmüş müəlliflərin əsərləri

86. Alber Kamyu. Seçilmiş əsərləri
87. Aleksandr Soljenitsın. Seçilmiş əsərləri
88. Bernard Şou. Seçilmiş əsərləri
89. Boris Pasternak. Seçilmiş əsərləri
90. Con Qolsuorsi. Seçilmiş əsərləri
91. Con Maksvell Kutzee. Seçilmiş əsərləri
92. Con Steynbek. Seçilmiş əsərləri
93. Elfrida Yelinek. Seçilmiş əsərləri
94. Elias Kanetti. Seçilmiş əsərləri
95. Ernest Heminquey. Seçilmiş əsərləri
96. Eyvind Yonson. Seçilmiş əsərləri
97. Fransua Moriak. Seçilmiş əsərləri
98. Günter Qrass. Seçilmiş əsərləri
99. Harold Pinter. Əsərləri
100. Henrix Böll. Seçilmiş əsərləri
101. Herman Hesse. Seçilmiş əsərləri
102. Jan-Pol Sartr. Seçilmiş əsərləri
103. Joze Saramaqo. Seçilmiş əsərləri
104. İvan Bunin. Seçilmiş əsərləri
105. Kenzaburo Oe. Seçilmiş əsərləri
106. Knut Hamsun. Seçilmiş əsərləri
107. Qabriel Qarsia Markes. Seçilmiş əsərləri
108. Lüis Sinkler. Seçilmiş əsərləri
109. Migel Asturias. Seçilmiş əsərləri
110. Mixail Şoloxov. Seçilmiş əsərləri
111. Moris Meterlink. Seçilmiş əsərləri
112. Nadin Qordimer. Seçilmiş əsərləri
113. Nəcib Məhfuz. Seçilmiş əsərləri
114. Orxan Pamuk. Seçilmiş əsərləri
115. Per Lagerkvist. Seçilmiş əsərləri
116. Rabindranat Taqor. Seçilmiş əsərləri
117. Romen Rollan. Seçilmiş əsərləri
118. Samuel Bekket. Seçilmiş əsərləri
119. Sol Bellou. Seçilmiş əsərləri
120. Tomas Eliot. Seçilmiş əsərləri
121. Tomas Mann. “İosif və qardaşları”
122. Toni Morrison. Seçilmiş əsərləri
123. Uilyam Folkner. Seçilmiş əsərləri
124. Uilyam Qoldinq. Seçilmiş əsərləri
125. Yasunari Kavabata. Əsərləri

IV. Dünya ədəbiyyatı üzrə antologiyalar

126. Alman ədəbiyyatı antologiyası
127. Amerika ədəbiyyatı antologiyası
128. Antik ədəbiyyat antologiyası
129. Dünya dramaturgiyası (antologiya), I cild
130. Dünya dramaturgiyası (antologiya), II cild
131. Dünya elmi-fantastik ədəbiyyatı antologiyası, I cild
132. Dünya elmi-fantastik ədəbiyyatı antologiyası, II cild
133. Fransız ədəbiyyatı antologiyası
134. İngilis ədəbiyyatı antologiyası
135. İspan ədəbiyyatı antologiyası
136. İtalyan ədəbiyyatı antologiyası
137. Qədim yunan-roma əfsanələri
138. Latın Amerikası ədəbiyyatı antologiyası
139. Dünya yazıçılarının nağılları
140. Ərəb ədəbiyyatı antologiyası
141. Rus nəsri antologiyası
142. Rus şeiri antologiyası
143. Skandinav ədəbiyyatı antologiyası
144. Türk xalqları ədəbiyyatı antologiyası, I cild
145. Türk xalqları ədəbiyyatı antologiyası, II cild
146. Türk xalqları ədəbiyyatı antologiyası, III cild
147. Yapon ədəbiyyatı antologiyası
148. XX əsr dünya ədəbiyyatı antologiyası, I cild
149. XX əsr dünya ədəbiyyatı antologiyası, II cild
150. XX əsr dünya ədəbiyyatı antologiyası, III cild

-----------------------------------------------------------------------------------------------
 

Tələbələr üçün güzəştli şərtlər nəzərdə tutulub.
Oxucu kimi üzv olmaq istəyənlər yaxın 1 ay müddətində müraciət etsin.


"XARİCİ ÖLKƏLƏRİN KİTABLARI" LAYİHƏSİ

 

Bakıda İran İslam Respublikasının kitabları həftəsi başladı
Xəbər verildiyi kimi, Bakı “Kitab Klubu” "Xarici ölkələrin kitabları ilə tanışlıq" adlı layihə çərçivəsində xarici ölkələrin kitablarının nümayişi həftələrinin keçirilməsini davam etdirir.
Bu layihə çərçivəsində 26 noyabr 2007-ci il tarixində Kitab Klubunun təqdimat zalında (Mustafa Sübhi küç. 13, “Axundov Bağı”ndan yuxarı, 150 №-li məktəbin yanı) İran İslam Respublikasının kitabları həftəsinin açılışı oldu. Tədbirdə media nümayəndələri ilə yanaşı Azərbaycan nəşriyyatlarının nümayəndələri, İran Mədəniyyət Mərkəzinin rəhbərliyi və İranın “Əl Hoda” dövlət nəşriyyatının nümayəndələri iştirak edirdi.
Tədbirin açılışında İran Mədəniyyət Mərkəzinin nümayəndəsi Həmid Səfəvi, Beynəlxalq “Əl Hoda” nəşriyyatının Bakı şöbəsinin nümayəndəsi Rəfail Babayev, Bakı “Nafta-Press” nəşriyyatının direktoru Hafiz Abıyev və Bakı “Kitab Klubu”nun direktoru Elxan Rzayev çıxış etdilər.
Sərgidə İran və Azərbaycan mətbəələrində çap olunmuş həm İran, həm də Azərbaycan nəşriyyatlarının müxtəlif mövzuda və müxtəlif çeşiddə 200-dən artıq kitabı nümayiş etdirilir. Nümayiş etdirilən kitablar içərisində fars dilindən başqa, Azərbaycan, ingilis, rus və s. dillərdə kitablar da vardır. Kitablar içərisində əski əlifba ilə çap olunmuş Azərbaycan dilində kitablar da az deyil. Qeyd edək ki, unikal kitablar sırasından fars dilində Tehranda çap olunmuş 45 cildlik İslam Ensiklopediyasının ilk 11 cildi də nümayiş etdirilən ədəbiyyat sırasındadır.
Tədbir 10 dekabra kimi davam edəcəkdir.
Sərginin iş saatları – bazar günündən başqa hər gün 10:00-dan 19:00-a qədərdir.
 

İran İslam Respublikasının sərgilənəcək kitablarının siyahısı >>>


HEYDƏR ƏLİYEV FONDU KİTAB KLUBUNA ÖZ KİTABLARINI BAĞIŞLAMIŞDIR


Sentyabrin 3-ü 2007-ci il tarixində Kitab Klubunun Sərgi Salonuna YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun nəşr etdiyi 14 adda müxtəlif mövzulu – o cümlədən “Qarabağ həqiqətləri” seriyasından olan kitablar hədiyyə edildi. Yüksək poliqrafik tərtibatlı bu nəfis kitablar Kitab Klubunun salonunda bu vaxtdan etibarən nümayiş olunur. Siyahıya son illərdə nəşr olunan "Qarabağ xanəndələri" musiqi albomu, Rudolf İvanovun "Əlahəzrətin general-adyutantı, "Murad Adcının "Türk və dünya: munis tariximiz", "Fəxri Xiyaban", R.Mustafayevin "Müharibə və tarixi-mədəniyyət abidələrimiz" və s. kitablar daxildir.
Kitab Klubu, həmçinin sentyabrda bir neçə yeni nəşrin təqdimatını keçirməyi planlaşdırır.

Heydər Əliyev Fondunun kitabları


Azərbaycan yazarlarının və alimlərinin nəzərinə!

Almaniyada "Azərbaycan Tədqiqatları" adlı elmi məcmuə nəşr olundu


Məcmuə haqqında qısa məlumat:

Məcmuə ildə bir dəfə nəşr olunur. Birinci cildi 2007-ci il yanvar ayında çapdan çıxıb. Birinci cilde 21 məqalə daxil edilib, 266 sehifeden ibaretdir. Azərbaycan, Almaniya, Fransa, Nidelandda fəaliyyət göstərən elm adamlarının Məqalələri Azərbaycan, alman, ingilis və fransiz dillərindədir. Azərbaycanca yazılmiş Məqalələrin qısa məzmunu ingilis ve alman dilində də mövcuddur. Məqalələrdə Azərbaycanla bağlı müxtəlif mövzulara toxunulub: siyasət, iqtisadiyyat, tarix, dil ve ədəbiyyat.

Məcmuə Berlin şəhərində fəaliyyət göstərən Köster nəşriyyatında çap olunub. Kitabın satiş qiyməti 24,80 Avro (təxminən 33 US-Dollar) olacaq. Amma kitabı çap olunmamışdan qabaq sifariş edən şəxslər onu 2,5 dəfə ucuz qiymətə, yanı 9 Avroya (təxminən 12 US-Dollar) ala bilərlər. Kitabı almaq üçün nəşriyyatın aşağıda göstərilmiş ünvanına müraciət edə bilərsiniz. Məqaləsi çap olunmuş müəlliflər məcmuənin bir nüsxesini redaksiya heyətindən pulsuz olaraq əldə edəcəklər.

-------------------------------------------------------------------------------------------------------------------------------------------------
2008-ci il aprel ayının əvvəli Berlin şəhərindəki „Verlag Dr. Köster" nəşriyyatında çapdan çıxacaq „Jahrbuch Aserbaidschanforschung. Beiträge aus Politik, Wirtschaft, Geschichte und Literatur" adlı illik ("Azərbaycan tədqiqatları" adli) məcmuənin 2-ci cildinin nəşri gözlənilir.

„Jahrbuch Aserbaidschanforschung"-un 2-ci cildində 15 məqalə öz əksini tapıb və 350 səhifədən ibarətdir. Bu illik məcmuədə Avropada Azərbaycan mövzusu ilə məşgul olan bir çox alman alimlərinin məqalələri öz əksini tapıb.

Daha ətraflı məlumat üçün bu internet səhifələrinə baxa bilərsiniz:

www.asav.org
http://jaf.jahrbuch.googlepages.com
www.verlag-koester.de

2-ci cildi nəşriyyata müraciət edərək 24,80 EUR-ya əldə etmək olar.

Neşriyyatın ünvanı:

Verlag Dr. Köster
- Josetti Höfe -
Rungestr. 22-24
10179 Berlin
Germany

Tel.: 030 - 76403224
Fax: 030 - 76403227
Email: verlag-koester@t-online.de
Web: www.verlag-koester.de

Titel:
Jahrbuch Aserbaidschanforschung 2008 : Beiträge aus Politik, Wirtschaft, Geschichte und Literatur / Hrsg. Mardan Aghayev ; Hrsg. Ruslana Suleymanova
Verfasser:
Aghayev, Mardan [Hrsg.] ; Suleymanova, Ruslana [Hrsg.]
Ausgabe:
1. Aufl.
Verleger:
Berlin : Köster Berlin
Erscheinungsjahr:
2008
Umfang/Format:
350 S. ; 210 mm x 148 mm
ISBN:
978-3-89574-670-3
3-89574-670-3
Einband/Preis:
Pb. : EUR 24.80, Pb. : EUR 24.80
Sachgruppe:
940 Geschichte Europas ; 300 Sozialwissenschaften, Soziologie
--------------------------------------------------------------------------------------------------------------------------------------------------
Mainz şəhərində fəaliyyət göstərən bir Alman -Azərbaycan cəmiyyətinin maliyyə imkanlarindan istifadə edərək, Almaniyada yaşayan bir qrup azərbaycanlı elm adamları "Zeitschrift für Aserbaidschanforschung - ZAF" ("Azərbaycan tədqiqatları jurnalı") adlı müstəqil elmi jurnal nəşr edir. Jurnal ildə bir dəfə nəşr olunmasi nəzərdə tutulub. Jurnalın əsas dili alman dili olsa da məqalələr Azərbaycan, ingilis və fransiz dillərində də qəbul olunur. Jurnalda azərbaycanlı və qeyri-azərbaycanlı elm adamlarının Azərbaycan haqqında yazdıqları məqalələr öz əksini tapacaq. Jurnalı nəşr etdirməkdə əsas məqsədimiz, Avropa eləcədə alman Universitet kitabxanalarına azərbaycanlı elm adamlarının "girişini" təmin etməkdir. Jurnalın bütün cildləri yuxarıda göstərilən cəmiyyətin hesabına çap edilərək, Almaniyadakı Universitet kitabxanalarına bağışlanacaq.
Jurnalın strukturu haqqında qısa məlumat:
Jurnal aşağıdakı bölmələrdən ibarət olacaq:
* Politik und Gesellschaft (siyasət və cəmiyyət) - Bu bölmədə Azərbaycandakı siyasi və ictimai vəziyyətə dair məqalələr, təhlillər və s. nəzərdə tutulur.
* Wirtschaft (iqtisadiyyat) - Azərbaycandakı iqtisadi vəziyyətə dair məqalələr
* Geschichte (tarix) - Azərbaycanın qədim və müasir tarixinə aid məqalələr
* Bildung (təhsil) - təhsil, dərsliklər və s. haqqında
* Religion (din) - Azərbaycandakı dini icmalar və s.
* Sprache und Literatur (dil və ədəbiyyat) - Azərbaycan dili və ədəbiyyatına dair məqalələr. Azərbaycan şair və yazıçılarının alman, fransiz və ingilis dillərinə tərcumə olunmuş əsərləri
* Neuerscheinungen und Rezensionen (Azərbaycan haqqında yəni nəşr olunmush əsərlər haqqında məlumat və rəylər)
Bu jurnal, hamiya taniş olan ənənəvi jurnal formasında deyil, kitab formasında çap olunacaq. Jurnalın 1-ci cildi gələn ilin iyun ayı üçün nəzərdə tutuldugu üçün öz məqalə(ləri)nizi 2006-cı il aprel ayının 30-na kimi bu e-mail ünvanına göndərməyinizi xahiş edirik: zaf_online@web.de Jurnalda öz məqaləsini yerləşdirmək istəyən şəxlərdən xahiş olunur ki, iki həftə ərzində (2005ci il dekabr ayının 19-na kimi) öz adını və yazacağı məqalənin mövzusunu redaksiya heyətinə e-mail vasitəsi ilə bildirsinlər.

Məqalənizi bizə göndərərkən, xahiş edirik, aşağıdakı şərtlərə fikir verəsiniz:
- Məqalə MS Officə Word-Documəntdə yazılmalı və 3 səhifədən az və 20 səhifədən çox olmamalıdır. Bir səhifənin standart ölçüsü belədir: yuxarı, sol və sağ hissələri 2,5sm, aşağı hissəsi 2sm.
- Məqalənin yazı fontu (şrift) - 12pt ölçusundə olan Times New Roman, sətirlər arasında məsafə isə 1,5 olmalıdır.
- Hər məqalə qeydlə (Fussnote, footnote) yanashı, sonda ədəbiyyat siyahısı ilə də təchiz olunmalıdır.
- məqalələr yalnız elektron formada zaf_online@web.de ünvanına göndərilməlidirlər.
- azərbaycanca yazılmış məqalənin sonunda məqalənin qisa məzmunu alman və ya ingilis dilində vərilməlidir.
- göndərilən məqalələr redaksiya heyəti tərəfindən elmilik, orijinallıq və s. prinsiplərinə görə seçiləcək.
Bir daha qeyd edirik ki, jurnalda nəşr olunacaq məqalənizə görə siz, rədaksiya heyətinə heç bir rüsum ödəməyəcəksiniz (məqalənizin jurnalda nəşri pulsuz olacaq). Bu jurnal hal-hazirda və ya gələcəkdə elmi fəaliyyət göstərən və ya göstərəcək gənclər üçün geniş bir imkandır. Jurnalla bağlı bütün suallarınızı bu e-mail ünvanına göndərə bilərsiniz: zaf_online@web.de
*********************************
ZAF-in redaksiya heyəti :
Mərdan Ağayev
(AFR-in Boxum şəhərində fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin sədri).
Ruslana Suleymanova
(AFR-in Mainz şəhər meriyasının Əcnəbi Vətəndashlar üzrə İdarəsinin üzvü - Mitglied des Ausländerbeirates der Stadt Mainz).
ZAF - Zeitschrift für Aserbaidschanforschung
Telefonlar: +49-(0)-6131-4633143 və ya +49-(0)-178-8038592
Faks: +49-(0)-1212-500555-984
e-mail: zaf_online@web.de
Məcmuənin adı:
Jahrbuch Aserbaidschanforschung. Beiträge aus Politik, Wirtschaft, Geschichte und Literatur. Verlag Köster. Berlin 2007. ISBN: 978-3-89574-630-7
Nəşriyyatın ünvanı:
Verlag Dr. Köster
Eylauer Str. 3
10965 Berlin
Tel.: +49-(0)30 - 76403224
Fax: +49- (0)30 - 76403227
e-mail: verlag-koester@t-online.de
web: www.verlag-koester.de