|
ELÇİN
İSGƏNDƏRZADƏ
(İsgəndərov Elçin Barat oğlu)
16 sentyabr 1964-cü ildə Şuşa şəhərində anadan olub.
Texnika elmləri doktoru, professordur.
2002-ci ildə Nyu-York Elmlər Akademiyasının, 2003-cü ildə «Qafqaz Xalqları»
Beynəlxalq Elmlər Akademiyasının, Rusiya Təbiət Elmləri Akademiyasının,
2005-ci ildə Beynəlxalq Kadr Akademiyasının, Təbriz Dil və Kültür
Akademiyasının, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının,
2006-cı ildə Avropa Mədəniyyət Akademiyasının həqiqi (akademik) üzvü
seçilib.
Dünyanın müxtəlif ölkələrində keçirilmiş 50-dək beynəlxalq və respublika
miqyaslı elmi qurultay, konqres, simpozium və konfransların iştirakçısı
olub.
1997-ci ildə Azərbaycan Yazıçılar Birliyinə və 1998-ci ildə Azərbaycan
Curnalistlər Birliyinə üzv seçilib.
Türkiyə İLESAM-ın (Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) və
TYS-nin (Türkiyə Yazarlar Sendikası), Quzey Kıbrıs Türk Cümhuriyyətinin
KIBATEK (Kıbrıs, Balkanlar, Avrasiya Türk Ədəbiyyatları Kurumu) Vəqfinin,
Bolqarıstan Yazıçılar Birliyinin, Qırğızıstan Milli Yazıçılar Birliyinin,
Kosova Türk Yazarlar Birliyinin, Ukrayna Yazarlar Birliyinin, Rumıniya
Yazarlar Birliyinin üzvüdü.
Azərbaycan yazıçılarının X və XI qurultaylarının nümayəndəsi olub.
Beynəlxalq «Nizami Aydın» mükafatına, «Akademik Yusif Məmmədəliyev»
mükafatına və medalına, «Qızıl Qələm» mükafatına, Beynəlxalq Rəsul Rza
mükafatına, «Hacı Zeynalabdın Tağıyev» mükafatına, «Yaddaş» Milli
mükafatına, «Türk elminə xidmət» (Türkiyə) mükafatına, «Türk dünyasına
xidmət» (Türkiyə) mükafatına, «KIBATEK xidmət ödülü», «Qaracaoğlan» özəl
ödülü «Türk elminə və mədəniyyətinə üstün xidmət ödülü» «KIBATEK
uluslararası ədəbiyyat ödülü» (Türkiyə) və digər mükafatlara layiq görülüb.
2004-cü ildə AVRASİYA Beynəlxalq Qurumu tərəfindən Asiya ölkələri üzrə
Mədəniyyət Səfiri təyin edilib.
2005-ci ildə Beynəlxalq Kadr Akademiyası tərəfindən «Elm və Təhsilin
inkişafındakı xidmətlərinə görə» Böyük Qızıl Ordeni ilə təltif olunub.
2005-ci ildə Qırğızıstan Milli Yazarlar Birliyinin laureatı diplomuna və
2006-cı ildə «Türkcəm» dərgisinin «İlin ödülü» Beynəlxalq mükafatına layiq
görülüb.
120-dən çox elmi əsərin, 36 ixtiranın, 13 monoqrafiya və dərs vəsaitinin, 64
bədii və elmi kitabın müəllifidir.
Dünyanın müxtəlif ölkələrinin 55 yazarının əsərlərini Azərbaycan türkcəsinə
çevirərək çap edib.
200-dək bədii və elmi kitabların elmi redaktoru olub.
Əsərləri MDB xalqlarının dillərinə, həmçinin ingilis, alman, fransız, ərəb,
rumın, makedon, bolqar, alban, serb, fars və digər dillərə tərcümə olunaraq,
çap edilib.
Türkiyə, Rusiya, Latviya, Litva, Belarusiya, Gürcüstan, Qazaxıstan, Quzey
Kıbrıs Türk Cümhuriyyəti, İran, Rumıniya, Ukrayna, Suriya, Qırğızıstan,
Kosova və digər ölkələrdə kitabları yerli dillərə çevrilərək çap olunub.
2006-cı ildə Müqəddəs Həcc ziyarətində olub.
1991-ci ildən «VEKTOR» Beynəlxalq Elmlər Akademiyasının təsisçisi və
prezidentidir.
2003-cü ildən «VEKTOR» beynəlxalq elm və «BAYATI» Beynəlxalq sənət
dərgilərinin qurucusu və baş redaktorudur.
2003-cü ildə «VEKTOR» Nəşrlər Evini təsis edib.
Nəşriyyat haqqında
«VEKTOR» Nəşrlər Evi 2003-cü ildə təsis edilib. Fəaliyyət müddəti ərzində
dünyanın 20-dək ölkəsinin yazarlarının əsərlərini Azərbaycan türkçəsinə
çevirərək oxucularımıza ünvanlamışdır. Özəlliklə Türkiyə və Quzey Kıbrıs
Türk Cumhuriyyəti yazarlarının 30-dan çox kitabları «VEKTOR» tərəfindən
yayınlanmışdır.
«VEKTOR» tərəfindən indiyədək imkansız yazarlarımızın 250-dək kitabları
təmənnasız olaraq çap edilmişdir.
Dünyanın 24 ölkəsindəki təmsilçiliklər vasitəsilə yayınlanan kitablar böyük
bir coğrafiyada təbliğ olunur.
Hər ilin sonunda bir müəllifimiz «İlin kitabı» Beynəlxalq Mükafat ilə təltif
olunur.
«VEKTOR» 2007-ci ildə Ankarada (Türkiyə) Türk Dünyası ölkələri üzrə ilin
nəşriyyatı seçilərək Uluslararası Ödülə layiq görülmüşdür.
SON YAYINLAR
1. İsmayıl Bozqurd «Bəlkə də bir gün» - 5 man.
2. Elçin İsgəndərzadə «Quzey Kıbrıs şairlərinin şer antologiyası» - 4 man.
3. Elçin İsgəndərzadə «Şairin qürbət harayı» - 3 man.
4. Azad Şərif «Bir ömürlük xatirə» - 10 man.
5. Elçin İsgəndərzadə «Tarsus və Qaracaoğlan» - 4 man.
6. Mətin Turan «Suları isladan məcnun» - 2 man.
7. İsmayıl Bozqurd «Mandarinlər yetişdimi?» - 5 man.
8. Bülənt Fevzioğlu «Bir suyun aynası» - 2 man.
9. Zeynel Beksaç «Sevda eskizləri» - 3 man.
10. Səbri İbrahim Alagöz «İki məzar arasında» - 3 man.
11. İsmayıl Bozqurd «İnsanlıq» - 5 man.
12. Elçin İsgəndərzadə «KIBATEK Bildiriler» - 10 man.
13. İvan Esenski «Ota deyin ki gözləsin!..» - 3 man.
14. Mömün Tahir «Əhd edilmiş torpaq» - 3 man.
15. Adil Mirseyid «Hardan baxsan görünən adam» - 6 man.
16. İsa Kayacan «Azərbaycan yazıları (I kitab)» - 5 man.
17. Elçin İsgəndərzadə «KIBATEK Şeir Antologiyası» - 4 man.
18. Elçin İsgəndərzadə «KIBATEK Antakya Antologiyası» - 4 man.
19. Pavlo Volvaç «Çirk» - 8 man.
20. Nikolay Petev «Mayak, qoruyucusu və külək» - 6 man.
21. Mevlüt Kaplan «Xınalı göyərçin» - 2 man.
22. Bəstə Sakallı «Sevda xətrinə» - 2 man.
23. Elçin İsgenderzade «Nizamiden Yunus Emreye Atatürkden Haydar Aliyeve
uzanan sevgi yolu» - 5 man.
24. İskender Muzbeg «Sülo» - 2 man.
25. Məryəm Hayrbek «Uşaq hekayələri» -2 man.
26. Nazmiyə Ekrad «Sevgi ölkəsi» - 2 man.
27. Mustafa Kurt «Sevda yeli» - 5 man.
28. Hale Seval «Uçuq qüllələr» - 6 man.
29. Cadihe Ulaş «Bir udum eşq» - 2 man.
30. Hayrettin İvgin «Bilirəm gəlməyəcəksən» - 3 man.
31. Nadirbəy Alimbəyov «Qəlbimin çiçəkləri» - 2 man.
32. Sergey Qrabar «Ruhun aynası» - 3 man.
33. Murat Tuncel «Kölgə qız» - 2 man.
34. Elçin İsgəndərzadə «Avtoportret» - 6 man.
|