Türkiyənin "Timaş" şirkəti həm böyüklər üçün, həm də uşaqlar üçün dəyərli kitabların hazırlanması və satışı ilə məşğuldur, bu kitablar haqqında məlumat əldə etmək istəyirsinizsə, Kitab Klubuna müraciət edin. Bu kitabların bir hissəsi haqqında məlumatı sizə təqdim edirik:
Sitem
Bugünə qədər yüzminlərlə oxucunun rəğbətini qazanan bu romanda bir çox gənc qızın üzləşdiyi problemlərdən söhbət açılır. Əsərin baş qəhrəmanı olan müəllim gəncləri əxlaqsızlıq girdabına çəkməyə çalışan mühitə qarşı mübarizə aparır...
ISBN 975-7544-22-7, 2009, 14x20, 224 səhifə, kardon cildli 6.00 manat
Yanık buğdaylar
Hər şey zəlzələ ilə başladı, şiddətli bir yer sarsıntısının səbəb olduğu fəlakət zamanı zərə çakənlər və qazananlar oldu... Müəllifin ən çox oxunan əsərlərindən bir olan bu romanda kənd həyatı özünəməxsus şəkildə təsvir olunmuşdur.
ISBN 975-7544-11-0, 2009, 14x20, 361 səhifə, kardon cildli 8.00 manat
Vahdettinden Mustafa Kemale Unutulan gerçekler
Əsərdə yaxın keçmişdə baş verən hadisələr haqqında əldə olunan materiallar və müəllifin bu hadisələr haqqında mülahizələri öz əksini tapmışdır. Əsasən də Vahdettin və Mustafa Kamal arasında baş verən görüşlər əsərin əsas süjet xəttini təşkil edir.
ISBN 975-2634-89-3, 2009, 13.5x21, 276 səhifə, kardon cildli 9.00 manat
Efsaneler ve gerçekler
Müəllifin "Küllər altında yaxın tarix" seriyasindan növbəti kitabı olan bu kitabda istiqlaliyyət mücadiləsindən sonrakı dövr və bu zaman Mustafa Kamal Atatürkün xarici siyasəti təhlil olunur.
ISBN 975-2636-31-6, 2009, 13.5x21, 240 səhifə, kardon cildli 6.00 manat
Armagedon. Türkiye- İsrail gizli savaşı
Kitabda Türkiyənin gizli, amma gerçək tarixi əks olunmuşdur. Xüsusi araşdırmanın məhsulu olan bu kitabın nəşri dəfələrlə dayandırılsa da, nəhayət kitab bəraət qazanmağı bacardı. ISBN 975-3623-32-1, 2008, 13.5x19.5, 168 səhifə, kardon cildli 7.00 manat
Yurtsuz imparator Vahdeddin
Kitab həm şəxsiyyəti, hem də izləmiş olduğu siyasəti baxımından dövrünün önəmli şəxsiyyətlərindən biri olan Sultan Vəhdəddinin həyatı, xarakteri və yürütdüyü siyasəti özündə əks etdirir. Kitabda irəli sürülən fikirlər Londonun "Xaricilər Ofisi"ndə uzun illər aparılan araşdırmanın nəticəsidir. ISBN 975-2636-90-3, 2008, 13.5x21, 512 səhifə, kardon cildli
6.00 manat
Çiçekler susayınca
İnsan yaşa dolduqda, qayğısız uşaqlıq dövründən çıxıb problemlərlə dolu həyata qədəm qoyduqda müxtəlif çətinlik və məhrumiyyətlərlə üzləşir. Roman problemlər məngənəsində boğulan və pis insanların toruna düşən, onların çirkin əməllərinə qurban gedən bir qızın həyatından bəhs edir. ISBN 975-7544-19-7, 2009, 13.5x19.5, 350 səhifə, kardon cildli 7.00 manat
Gölge iktidar
Ergenekon problemi ilə əlaqədar bir çox dövlət adamlarının adları çəkilir, hətta Nazirlər kabinetinin üzvü olan Cəmil Çiçəkin də adı bu məsələdə hallanır, amma bu şəxs Cəmil Çiçək deyil... Bu mövzuda müəllifin fikirləri kitabda öz əksini tapmışdır.
ISBN 975-2637-88-7, 2008, 13.5x19.5, 304 səhifə, kardon cildli 9.00 manat
Akrep kapısı
Səudiyyə Ərəbistanında sünni və şiə qrupları birləşərək krallıq rejimini
devirirlər və kral ailəsi ABŞ-ın Hyuston şəhərinə sürgün edilir. ABŞ
höküməti Səudiyyə Ərəbisanının neftindən əl çəkmək fikrində deyil, Çin
dövləti isə neft qarşılığında İslamiyyət rejiminin müdafiəçisinə çevrilir... 6.00 manat
İmparatorluğun en uzun yüzyılı
XIX əsrdə Osmanlı imperatorluğunda modernləşmə müddəti, bu zaman baş verən siyasi, ictimai və mədəni dəyişikliklər haqqında müəllifin fikirləri kitabda öz əksini tapmışdır. Serb, yunan və macar dilinə tərcümə olunan kitab böyük oxucu kütləsinin marağına səbəb olmuşdur. ISBN 605-5943-56-1, 2009, 13.5x21, 336 səhifə, kardon cildli 10.00 manat
Osmanlının mahrem tarihi
Həmişə tarixi mövzulara müraciət edən müəllif bu dəfə başqa bir mövzu ilə oxucuların görüşünə gəlib, belə ki, müəllif oxucuları sarayın məhrəm dünyası ilə tanış edir və hamı dağılışdıqdan sonra sarayda tək qalan padşahların şəxsi həyatları haqqında oxuculara məlumat verilir. ISBN 975-2638-53-2, 2008, 13.5x21, 256 səhifə, kardon cildli 6.00 manat
Kumandan
Ruslar və onlara yardıma gələn rumın orduları Plevnanı mühasirəyə alıblar, düşmənə qarşı döyüşən bir neçə əsgər İstanbuldan gələcək komandanın yolunu gözləyirlər... Bu tarixi romanda XIX əsrdə baş verən Plevnanın müdafiəsi oxuculara təqdim olunur.
ISBN 975-2637-70-2, 2008, 13.5x21, 317 səhifə, kardon cildli 7.00 manat
Osmanlıda harem
Əsərdə hərəm anlayışının mahiyyəti aydınlaşdırılmış və bu zaman cariyə və kölə anlayışlarının fərqləndirilməsinin zəruriliyi xüsusi vurğulanmışdır. Daha sonra Osmanlı sarayında hərəm haqqında məlumat verilmişdir.
ISBN 975-2636-82-8, 2007, 13.5x21, 240 səhifə, kardon cildli 6.00 manat
Osmanlıyı yeniden keşfetmek
Osmanlı dövlətinin yaranmasının 700 illiyi əhalidə böyük coşğu ilə qarşılandı və hər kəs bu şanlı tarixlə yaxından maraqlanmağa başladı. Osmanlı tarixi ilə bağlı bir araşdırma materialı olan bu kitab oxucuların marağını nəzərə alaraq yazılmışdır.
ISBN 975-2633-71-1, 2009, 13.5x21, 192 səhifə, kardon cildli 6.00 manat
Üç kıtada Osmanlılar
"Osmanlıyı yeniden keşfetmek" seriyasından üçüncü kitab olan bu kitabda müəllif üç qitədə hökmranlıq edən Osmanlı dövlətinin tarixini araşdırmağa davam edir. Bu zaman Osmanlı dövlətinin hər 3 qitə dövlətləri ilə münasibətləri təhlil olunur.
ISBN 975-2636-30-9, 2007, 13.5x19.5, 192 səhifə, kardon cildli 7.00 manat
Osmanlı tarihinde maskeler ve yüzler
Kitabda Osmanlı hakimiyyətinin görünən və görünməyən tərəfləri analiz olunmuşdur, bu zaman hakimiyyət daxilində gedən proseslər, ölkənin xeyrinə və ziyanına olan müxtəlif siyasətlər təhlil olunmuşdur.
ISBN 975-2631-16-9, 2008, 13.5x21, 240 səhifə, kardon cildli 6.00 manat
İmparatorluğun son akşamı
Kitab Osmanlı hakimiyyətinin ən ağır dövründən bəhs edir. Ölkə ərazisinin hər yerində üsyanlar baş alıb gedir, bunula bərabər dünya müharibəsinin başlaması Osmanlı hakimiyyətinin vəziyyətini daha da çətinləşdirmişdir...
ISBN 975-2637-62-7, 2008, 13.5x21, 368 səhifə, kardon cildli 9.00 manat
Mavi gözyaşı
Hər ata yaşlılıq çağında övladlarından bir parça sevgi, bir parça mərhəmət gözləyir, amma bu sevgi, bu mərhəmət ortada yoxdursa, günah kimdədir? Və... Bir gənc qızın tərtəmiz sevgisi... ISBN 975-3621-44-0, 2008, 14x20, 250 səhifə, kardon cildli
7.00 manat
|