2007-2008-ci illər                                                                                                 Təqdimatlar

2006-ci il dekabrın 27-də saat 1600-da Kitab Klubunun
Sərgi Salonunda ilin yekunları ilə bağlı kitab işinin inkişafına yardım göstərən
Media işçilərinin mükafatlandırılması mərasimi keçirildi
 

Kitab Klubu hər ilin sonunda kitab işinə öz yardımını göstərən jurnalistlərin ənənəvi mukafatlandırmasını davam etdirərək dekabrın 27-si 2006-cı il soyuq qış günündə Media işçilərini öz məkanına dəvət etmişdir.

Mərasimi açarkən Klubun direktoru media işçilərinə qurumun 2006-cı il ərzində hesabat xarakterli gördüyü işlərdən söhbət açdı. Sonra isə əsas məsələyə keçdi.

Bu il, keçən ildəki kimi Media sahəsində çalışan 2 nəfər  fərqləndi.

Öncə Klubun direktoru Elxan Rzayev "Paritet" qəzetinin müxbiri Muradova Nərmin Eldar qızına "Mətbuatda dərc olunmuş məqalələri ilə ölkəmizdə kitab işinin inkişafına etdiyi köməyə görə" nominasiyasında klubun fəxri diplomunu və "Caldion" parfümeriya firmasının bahalı hədiyyələrinin təqdim etdi, sonra "Azertag" dövlət teleqraf agentliyinin əməkdaşı Rüstəmov Araz Rəsul oğluna "respublika agentliklərində ölkəmizdə kitab işinə etdiyi köməyə görə" nominasiyasında Klubun fəxri diplomunu və "Hunca" parfümeriya firmasının bahalı hədiyyələrinin təqdim etdi.

 

Qeyd: Kitab Klubu ictimaiyyəti qurumun həyata keçirdiyi layihələr, təqdimatlar, yeni nəşrlər, buraxdığı jurnal-kataloqun yeni nömrələri barədə vaxtında və mütəmadi məlumatlandıran jurnalistlərin əməyinin ənənəvi qiymətləndirilməsinə davam edir: bax bura >>>

 


Cəzaçəkmə müəssisəsinə kitablar hədiyyə olundu


Bakı Kitab Klubu və Qanun nəşriyyatı Yeni İl qabağı dustaqları sevindirmək qərarına gələrək təqribən 300-dək müxtəlif kitab və jurnalı Qaradağda yerləşən 13 saylı cəzaçəkmə müəssisəsinə (kolona) hədiyyə etmişlər.
Kitabların çoxu latın qrafikalıdır, əksəriyyəti bədii ədəbiyyatdır, içərisində həmçinin qanunvericiliyə dair kitablar və Qanun jurnalının müxtəlif sayları da var. Beləliklə, dustaqlar asudə vaxtlarını təkcə bədii ədəbiyyat oxumaqla deyil, qanunları da öyrənməklə keçirə biləcəklər.

Aksiyanı təşkil edən Bakı Kitab Klubu belə aksiyaları uşaq evləri, xüsusi məktəblər, hərbi hissələrin kitabxanaları və s. təşkilatlar üçün də etmək fikrindədir.


                                 

                                                                      5 dekabr 2006-cı il tarixində
Əlillərin Beynəlxalq müdafiə günü münasibəti ilə
Kitab Klubunun Sərgi Salonunda (Təzə Pirin yanı)
Eksperimental studiyalarda sağlamlıq imkanları məhdud olan şagirdlərin rəsm sərgisi keçirildi

Sərgidə xüsusi studiyalarda sağlamlıq imkanları məhdud olan uşaqların 100-ə yaxın rəsm işləri nümayiş olundu

Əlavə məlumat üçün: ETRTM Mərkəzi: Tel.: 468-22-78

 

 


Kitab Klubu и Ассоциация деятелей культуры Азербайджана «Луч»
провели презентацию книг русскоязычных авторов, выпущенных в 2006 году.

 

Презентацию открыл директор Книжного Клуба Эльхан Рзаев. Поприветствовав гостей, он передал слово инициатору этого мероприятия Эльчину Гасанову. Тот, в свою очередь, сообщил свои пожелания молодым авторам, и выразил желание встретиться с писателями вновь. После, русскоязычные авторы выступая по программепредставляли свои книги, выпущенные в 2006 году.
В ходе мероприятия русскоязычные поэты и писатели читали стихи из своих новых изданий.


Последовательность выступления авторов:
1. Кямаля-Сяма Вагиф гызы – «В огне любви сгорая» январь 2006 года.
2. Виталий Антонов – «Тайна Девичьей башни» - май 2006 года.
3. Татьяна Маркова - «Глазами любви», май 2006 года.
4. Александр Хакимов – «Tertium non datur» (Джава) – ноябрь 2006 года.
5. Людмила Богатырева – «Отдушина», сентябрь 2006 года.
6. Гюльшан Тофик гызы – «Талисман», «Орлиное распятие».
7. Валентина Эффендиева – «Лазоревая тишь» июль 2006 года.
8. Марина Янаева – «Я - ведьма» - сентябрь 2006 года.


“AZƏRBAYCANDA SEVİNCLƏ OXUMAQ-2006” KİTAB SƏRGİ-YARMARKASI AÇILMIŞDIR


Oktyabrın 10-da Bakıdakı Fransa Mədəniyyət Mərkəzində “Azərbaycanda sevinclə oxumaq-2006” kitab sərgi-yarmarkası açılmışdır.
Fransanın Azərbaycandakı səfirliyi və Bakıdakı Fransa Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycan və fransız dillərində kitablar nümayiş etdirilir.
Sərgidə Azərbaycanın mədəni, iqtisadi həyatına aid müxtəlif nəşrlər, gənc rəssamların, “Qarabağ” uşaq rəsm studiyasının kataloqları, fransız dilindən Azərbaycan dilinə tərcümə olunmuş kitablar, “Fransız dili” dərslikləri və digər kitablar təqdim olunur.
Sərgi-yarmarka oktyabrın 13-dək davam edəcəkdir.


ALMANİYADA 58-Cİ BEYNƏLXALQ KİTAB SƏRGİSİ KEÇİRİLİR
SƏRGİDƏ AZƏRBAYCAN DA İŞTİRAK EDİR
 

Oktyabrın 3-də Almaniyanın Frankfurt-Mayn şəhərində 58-ci beynəlxalq kitab sərgisi açılmışdır. Almaniya Mədəniyyət Nazirliyinin təşkil etdiyi və federal hökumətin dəstəklədiyi ənənəvi sərgidə dünyanın 111 ölkəsindən 7 minə yaxın müəllif (bunların 3 mini Almaniyanı təmsil edir) öz kitablarını nümayiş etdirir.
Təqribən 172 min kvadratmetr sahəni əhatə edən sərginin pavilyonlarında 400 mindən artıq kitab və multimedia vasitələri ədəbiyyat həvəskarlarının ixtiyarına verilmişdir. Oktyabrın 8-dək davam edəcək sərgidə təqribən 2 min 500 müxtəlif tədbir-müəllif və naşirlərlə görüşlər, müzakirə və diskussiyalar, təqdimat mərasimləri keçiriləcəkdir. Bu tədbirlərdə 1000-dən artıq müəllif iştirak edəcəkdir.
Sərgidə Azərbaycan Xarici İşlər, Mədəniyyət və Turizm nazirliklərinin, Milli Elmlər Akademiyasının göndərdiyi 600 adda kitab nümayiş etdirilir. Həmin kitablar Azərbaycan tarixini, mədəniyyətini, elmini, siyasətini, iqtisadiyyatını və bugünkü inkişafı ilə bağlı mövzuları əhatə edir. Onların arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitablar da vardır.
Ənənəyə uyğun olaraq, hər il Frankfurt-Mayn kitab sərgisində dünya ölkələrindən biri fəxri qonaq statusu ilə iştirak edir. Builki sərginin fəxri qonağı Hindistandır.
Almaniya xarici işlər naziri Ştaynmayer və Hindistanın təhsil naziri Sinqh sərginin rəsmi açılış mərasimində iştirak etmişlər.


"KİTAB KLUBU" TƏCRÜBƏSİNİ NAZİRLİKLƏ BÖLÜŞÜR

İki il öncə yaradılmış "Kitab klubu" öz təcrübəsini Mədəniyyət və Turizm Nazirliyi ilə bölüşmək qərarına gəlib. Klub kitab bazarını canlandırmaq məqsədilə təkliflərini nazir Əbülfəs Qarayevə ünvanlayıb. İlk təklif budur ki, kitabxanalar yeni məlumat və kitab təchizatı mərkəzlərinə çevrilməlidir. Ölkədə kitab marketinqini canlandırmaq məqsədilə buraxılan "Azərbaycan nəşrləri" kitab kataloqunun önəmini artırmağın lüzumu qeyd olunur. Klub bildirir ki, dünyanın bu sahədə aparıcı mütəxəssislərindən biri olan Alison Baverstokun "Kitabı necə satmalı" kitabını nəşrə hazırlayıb.
Klub xatırladır ki, sentyabrda 5 regional mərkəzdə kitab marketinqi haqqında birgünlük seminarlar keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindəki kitabxanaların işçilərinin bu kurslarda iştirakı lazım bilinir. Bundan başqa, dövlət sifarişli kitabların nəşri üzrə tenderləri açıq və çoxseçimli keçirməyi, istedadlı müəlliflərin kitablarının mərkəzi büdcədən maliyyələşdirilməsi də "Kitab klubu"nun təklifləri sırasındadır.


KİTAB KLUBUNDA GÖRÜŞ (05.07.2006)

 

İyul ayının 5-də 2006-cı il Kitab Klubunda rus dilində yazan və əsərləri Rusiya saytlarında dərc olunan Azərbaycan yazıçılarının görüşü keçirildi. Tədbirə 50-yə yaxın tanınmış rusdilli yazıçı və şair - Natiq Rəsulzadə, Həsən Quliyev, Səyavuş Məmmədzadə, Rasim Qaraca, Tofiq Ağayev, İvan Tretyakov, Günel Anarqızı, Rafiq Həşimov, Aleksandr Xakimov, Ağaməmmədova Gülüş, Babayev Emil, Hüseynov Emin, Cəlilov Zaur, Zeynalov Məhərrəm, Zaxarov Dmitri, Laçin Səmədzadə, Kuroçkina Svetlana, Boqatıryova Lyudmila, Məmmədova Leyla, Mürsəlova Marina, Mehtiyev Zaur, Liliya Oz, Əfəndiyeva Valentina, Silçenko Vasiliy, Heydərova Sevinc, Stukalov Sergey, Talıbova Alina, Şaulov Sergey, Şəfiyev Marat, Yana Kandova, Yanayeva Marina, Mehtiyeva Tatyana, Ryovva İqor, Vitaliy Antonov, Gülşən Tofiqqızı, Marina Kolomazova, Məqsəd Nur, Elçin Həsənov, Yeganə Məmmədova, Vyaçeslav Sapunov, Tatyana Markova, Elçin Eyyubov, Leyla Mirzəyeva, Yuri Məmmədov, Əkrəm Məlikov, Rövşən Qafarov, Nadir Ağasiyev, Solmaz İbrahimova, Mansur Vəkilov, Enar Hacıyev, Yelizaveta Qasımova və başqaları dəvət olunmuşdu. Klubun direktoru Elxan Rzayev öncə Klubun və yazıçı Elçin Həsənovun təşəbbüsü ilə təşkil olunmuş görüşə dəvəti qəbul edib gəldiklərinə görə qonaqlara öz təşəkkürünü bildirdi. Tədbirin məqsədi, Klubun fəaliyyəti, gələcək planları barədə iştirakçılara qısa məlumat verən Klubun direktoru, onları əməkdaşlığa dəvət etmişdir. Görüşə gələn yazıçı və şairlər Kitab Klubu haqqında, əməkdaşlıq növləri, Azərbaycanda kitab bazarının genişlənməsi haqqında, gələcəkdə bu bazarda onların iştirak etməsi haqqında qarşıda duran çətinliklər, kitabın və ya aylıq jurnal-almanax kimi nəşrlərin çap olunması problemlərini, bu sahədə bəzi fondların köməyi barədə, onların həlli yolları kimi öz təklif və iradlarını irəli sürmüş, fikir mübadiləsi aparmışlar. Çıxış edənlər belə görüşlərin ənənəvi keçirilməsinin əhəmiyyətini qeyd etmişdilər. Tədbir zamanı “Lider” telekanalının çəkiliş qrupu tanınmış yazıçı Səyavuş Məmmədzadə, Elçin Həsənov, Natiq Rəsulzadədən müsahibə götürmüşdür.
Tədbirin qeyri-rəsmi hissəsində yazıçı və şairlər öz əsərlərindən şer parçaları oxudular.
Sonda müəlliflər görüşün təşkilatçılarına təşəkkürlərini bildirərək Kluba öz kitablarını bağışladılar.


14 iyun 2006-cı il saat 1500-da Kitab Klubunun
sərgi salonunda məşhur Azərbaycan səyyahı Əlişir Azərinin
“NİZAMİ NURLU SƏYAHƏT - 2” kitabının təqdimatı keçirildi

Kitab Klubunda XX əsrin məşhur Azərbaycan səyyahı Əlişir Azərinin "Nizami nurlu səyahət -2" kitabının təqdimatı oldu. Tədbiri Klubun direktoru açdı, bəzi məlumatları qonaqların nəzərinə çatdırdıqdan sonra sözü XX əsrin məşhur Azərbaycan səyyahı Əlişir Azəriyə verdi. Səyyah Əlişir Azəri kitabı haqqında ətraflı söhbət elədi. Onun Nizami nurlu səyahətinin Özbəkistan səfərindən bu qardaş ölkədə gəzdiyi yerlərdən, keçirdiyi çoxlu sayda görüşlərindən, etdiyi çıxışlarından, qarşılaşdığı müxtəlif və maraqlı hadisə və ümumən səfər təəssüratlarından danışdı.
Kitabda Sovet Özbəkistanı və eləcə də müstəqil Özbəkistan cümhuriyyəti və onun vilayətləri haqqında ensiklopedik məlumatlar da verilmişdir. Bir sözlə oxucu 15 il əvvəlki Özbəkistana «səfər» edəcək, o dövrün mənzərəsi ilə tanış olacaqdır.
Kitabı şərti olaraq 3 yerə bölmək olar: 1. Başlanğıc, 2. Səyahət haqqında düşüncələr və ona hazırlıq mərhələsi, 3. Səfər yazısı.
Birinci hissədə Şeyx Nizami Gəncəvi ilə bağlı yazılar özünə yer tutur. İkinci hissədə səyyahın bu fikrə necə gəldiyindən və səyahətə hazırlıq mərhələsindən bəhs edilir. Sonuncu hissə bütünlüklə səyahət edilmiş ölkəyə həsr olunmuşdur.
“Özbəkistan səfəri” çoxcildli “Nizami nurlu səyahət”in ikinci hissəsidir. Sonda Ə.Azəri jurnalistlərin suallarına cavab vermiş, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirmişdir.

ƏLİŞİR AZƏRİ
“NİZAMİ NURLU SƏYAHƏT - 2”
“Nurlan” 2006, 768 səh., 14x20, şəkilli, rəngli, yumşaq, 500
Qiyməti: 60000 / 12 manat

 


Kitab Klubu və “Azərbaycan nəşrləri ” jurnalı 2006-cı il aprel ayının 21-də
“Azərbaycanda nəşriyyat işinin problemləri və həlli yolları”
adlı elmi-praktik konfrans keçirdi

Konfransa kitab işi ilə əlaqədar olan 33 müəssisənin nümayəndələri dəvət edilmişlər. Konfransın işində onlardan Əlövsət Osmanlı (“Pedaqoqika”), Nadir Məmmədli (“Nurlan”), Qeys Zeynalov (“Əbilov, Zeynalov və oğulları”), İslam Sadiq (“Azərnəşr”), Rafiq İsmayılov (“Altun Kitab”), Nəriman Əbdülrəhmanlı (“Qanun”), Qəşəm İlqar (“Nərgiz”), Rizvan Ələsgər (“Tutu”), Faiq Əliyev (“Təhsil”), Cəsarət Qasımov (“CBS”), Məhbubə Əliyeva (“TQDK”), Bayram Allahverdiyev (BDU Kitabşünaslıq, nəşriyyat və redaktə etmə kafedrasının müdiri) Elman Mustafayev (97 saylı kitab mağazası) iştirak etmişlər. Konfransda həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Açıq Cəmiyyət İnstitutunun nümayəndələri Tehran Vəliyev və Fəğan İbrahimov iştirak etmişlər.
Kitab klubunun direktoru Elxan Rzayevin məruzəsi müzakirə edilmiş, təklif edilən sənəd layihələrinə müəyyən düzəlişlər edilmiş və onlar aşağıdakı variantda qəbul edilmişdir.

KONFRANSIN QƏTNAMƏSİ

«Azərbaycanda nəşriyyat işinin problemləri və həlli yolları» elmi-praktik konfransın iştirakçıları kitab işi ilə əlaqədar əsas problemlərin

- nəşr edilən kitablar haqqında potensial oxucunun məlumatının azlığı;
- kitab məmulatının baha olması;
- kitab piratçılığı;
- kitab bazarının öyrənilməsi sahəsində tədqiqatların aparılmaması;
- kitab satışı şəbəkəsinin bərbad vəziyyəti;
- kitab bazarı subyektlərinin fəaliyyətlərini bir-biri ilə uzlaşdırmaması;
- yeni çap texnologiyalarının idxalı üçün gömrük rüsumunun yüksək olması;
- korrupsiyanın nəşr işinə mənfi təsirinin nəticəsi olduğunu qəbul edir və bu problemlərin həlli istiqamətində
- kitab tanıtımı sahəsində ixtisaslaşmış informasiya vasitəsinin yaradılması və ya mövcud informasiya vasitələrinin inkişafına yardım
- internet şəbəkəsində ümumi reklam məkanının yaradılması və ya bu sahədə artıq mövcud olan vasitələrin inkişaf etdtrilməsinə yardım
- kitab bazarının öyrənilməsi ilə əlaqədar dövri layihələrin tərtibi və həyata keçirilməsi işinə yardım
- ümumi kitab satışı və tanıtımı müəssisələrinin yaradılması
- piratçılığa yol verilməməsi və ona qarşı birgə mübarizə
- kitab işi ilə əlaqədar ortaya çıxa biləcək digər problemlərin həlli istiqamətində fəaliyyətin uzlaşdırılması kimi tədbirləri həyata keçirmək üçün səylərini artiracaqlarını bildirirlər.

Konfrans iştirakçıları kitab bazarının və kitab işinin inkişafı məslələri ilə əlaqədar aşağıdakı konkret müraciətləri və niyyət protokolunu qəbul etdilər:
1. KİV-lərə kitabla bağlı verilişlərin sayının artırılması və kitab işi ilə əlaqədar reklamın qiymətinin aşağı salınması haqqında müraciət
2. Kitab işi ilə əlaqədar problemlərin aradan qaldırılmasında yardımçı olacaq təkliflərlə Azərbaycan hökumətinə müraciət
3. Piratçılığa yol verilməməsi və ona qarşı birgə mübarizə aparılması haqqında niyyət protokolu.

* * *

«Azərbaycanda nəşriyyat işinin problemləri və həlli yolları» elmi-praktik konfransın iştirakçılarının kütləvi informasiya vasitələrinə müraciəti oxundu.

«Azərbaycanda nəşriyyat işinin problemləri və həlli yolları» elmi-praktik konfransın
iştirakçılarının kütləvi informasiya vasitələrinə
MÜRACİƏTİ


Hörmətli KİV rəhbərləri və əməkdaşları

Bildiyiniz kimi millətin mənəvi, əxlaqi və elmi dünyagörüşünün formalaşmasında kitabın rolu əvəzedilməzdir. Xalqımız hər zaman bu vasitədən həvəslə istifadə etmişdir. Lakin son illər kitab oxumağa olan meyl zəifləmişdir. Tədqiqatlar göstərir ki, digər obyektiv amillərlə yanaşı belə vəziyyətin əsas səbəblərindən biri də nəşr olunan kitablar haqqında potensial oxucuya kifayət qədər məlumatın çatdırılmamasıdır. Ölkəmizdə hər altı ay ərzində təqribən 400 adda yeni kitabın (orta məktəb dərsliklərindən əlavə) nəşr olunması haqqında məlumatı eşidən hər bir səriştəli oxucu belə əvvəl buna inana bilmir. Çünki nəşr edilən kitablar haqqında məlumat onlara çatmır.
Şübhəsiz ki, məlumatın toplanması və yayılması işinin liderləri məhz KİV-lərdir. Ona görə də «Azərbaycanda nəşriyyat işinin problemləri və həlli yolları» konfransının iştirakçıları olan naşirlər, mətbəə, kitab reklamı və yayımı işçiləri sizə müraciət edir və
- informasiya vasitələrinizdə kitabın təbliğinə həsr edilmiş verlişlərin sayı və həcmini artırmaq
- kitab reklamı üçün ayrılan efir vaxtının və qəzet (jurnal) yerinin qiymətini aşağı salmaqla

xalqımızın dünya görüşünün formalaşması, savadının artırılması, mənəvi cəhətdən zənginləşməsi işinə öz dəyərli töhfənizi verməyi xahiş edir.

* * *

«Azərbaycanda nəşriyyat işinin problemləri və həlli yolları» elmi-praktik konfransın iştirakçıları Azərbaycan hökumətinə müraciət hazırladılar.

«Azərbaycanda nəşriyyat işinin problemləri və həlli yolları»
elmi-praktik konfransın iştirakçılarının Azərbaycan hökumətinə
MÜRACİƏTİ


Hörmətli Baş nazir, hörmətli hökumət üzvləri

Ölkəmizin vətəndaşlarının kitaba olan münasibətinin ümummilli məslələrə – mənəviyyatın formalaşmasına, elmi və mədəni səviyyənin artmasına, dünya görüşünün formalaşmasına güclü təsirini nəzərə alaraq «Azərbaycanda nəşriyyat işinin problemləri və həlli yolları» konfransının iştirakçıları olan naşirlər, mətbəə, kitab reklamı və yayımı işçiləri sizə müraciət edir.
Kitab bazarının vəziyyətinin öyrənilməsi ilə əlaqədar aparılmış sorğuda iştirak edənlərin böyük bir hissəsi kitab məmulatının baha olmasından şikayətlənir. Özü də bu məsələdə oxucuların, nəşriyyat işçilərinin və kitab satanların fikri üst-üstə düşür. Kitabın qiymətinin aşağı salınması ona çəkilən xərclərin, yəni maya dəyərinin aşağı salınması ilə bağlıdır. Burada əksəriyyətin razılaşdığı məsələ ondan ibarətdir ki,

- kağız istehsal etməyən ölkəmizə idxal edilən kağıza, mətbəə işində istifadə edilən materiallara, yeni mətbəə texnologiyasına gömrük rüsumunun azaldılması;
- kitab işi ilə məşğul olanlara, o cümlədən nəşriyyatlara, poliqrafiya müəssisələrinə, kitab reklamı və yayımı (ticarəti) müəssisələrinə vergi güzəştləri edilməsi və ya güzəştli kredit verilməsi;
- Kitab satışı şöbələri açan və işlədən istehlak malları mağazalarına müəyyən vergi güzəştlərinin edilməsi

ölkəmizdə sivil kitab bazarının formalaşmasına, xalqımızın savadının, elmi və mədəni səviyyəsinin artmasına güclü təkan olardı.

Nəşriyyat və poliqrafiya müəssisələrinin maddi vəziyyətinin yaxşılaşdırılması və deməli onların öz maliyyə vəsaiti hesabına kitablar nəşr edib, xalqımıza təqdim etməsinə kömək göstərməyin bir yolu da dövlət sifarişləridir. Lakin dövlət sifarişləri üçün keçirilən tenderlərin cari qaydası onlardan daha səmərəli istifadə edilməsinə imkan vermir. Hesab edirik ki,
- Kitab nəşri üzrə dövlət sifarişləri açıq tender yolu ilə həyata keçirilməli, sifariş bir yox, ön yerləri tutmuş bir neçə iştirakçı arasinda paylanmalıdır.

«Azərbaycanda nəşriyyat işinin problemləri və həlli yolları» konfransının iştirakçıları bu təklifləri nəzərdən keçirməyinizi və uyğun tədbirlər görməyinizi xahiş edirlər.


* * *

Sonda Konfransın iştirakçıları “Piratçılığa yol verilməməsi və ona qarşı birgə mübarizə aparılması haqqında” Niyyət Protokolu imzaladılar.

Piratçılığa yol verilməməsi və ona qarşı birgə
mübarizə aparılması haqqında


NİYYƏT PROTOKOLU


«Azərbaycanda nəşriyyat işinin problemləri və həlli yolları» konfransının iştirakçıları hesab edirlər ki, kitab məmulatının maya dəyərinin yüksək olmasının yaratdığı mühüm problemlərdən biri də kitab nəşrində priatçılıqdır.
Satılmaq imkanı böyük olan keyfiyyətli kitabların keyfiyyətsiz surətlərinin çıxarılması və bu zaman nəşriyyat işinə və müəllif qonorarına pul xərclənməməsi piratçılıq yoluyla çap edilən kitabları daha ucuz edir, iqtisadi vəziyyətin çətinliyi isə əhalini bu kitabları keyfiyyətinə fikir vermədən almasına gətirir.
Piratçılıq oxucunun zövqünü korlayır, normal yolla nəşr edilən kitabların satışına mane olur, nəşriyyatı və müəllifi gələcək kitablara istifadə eddə biləcəyi maddi imkanlardan məhrum edir.
Ona görə də «Azərbaycanda nəşriyyat işinin problemləri və həlli yolları» konfransının iştirakçıları öz üzərlərinə piratçılıqla məşğul olmamaq və piratlara qarşı birgə mübarizə aparmaq öhdəliyi götürürlər.

Qeyd: Sənədlər imza üçün açıqdır.


11.04.06 tarixdə, saat 16:00-da Kitab KlubundaYəhya Kərimov və Əlövsət Osmanlının
“ƏLİFBA” dərsliyinin təqdimatı keçirildi

Aprelin 11-də 2006-ci il Kitab Klubunda Ümumtəhsil məktəblərinin 1-ci sinfi üçün nəzərdə tutulmuş Yəhya Kərimov və Əlövsət Osmanlının birgə yazdıqları "Əlifba" kitabının təqdimatı keçirildi. "Pedaqogika" nəşriyyatında işıq üzü görən "Əlifba" dərsliklərindən fərqlidir.
Kitab Klubunun direktoru Elxan Rzayev tədbiri açarkən kitabın həcminə və tərtibatına görə fərqli olduğunu bildirib sözü müəlliflərə verməyi daha düzgün olmağını söylədi.
Kitabın əsas müəllifi olan Yəhya Kərimov 1963-cü ildən "Əlifba" kitablarının müəllifi olduğunu vurğulayıb: "Əlifba ilk dərslik hesab olunduğu üçün onların üzərində nə qədər işləsən, nə qədər təkmilləşdirsən, yenə də azdır. İdeal, mükəmməl əlifba dərsliyi hazırlamaq çox çətindir. Biz də bu yeni dərslikdə daha keyfiyyətli iş ortaya qoymağa çalışmışıq. Məqsədimiz yalnız şagirdlərə yazıb-oxumağı öyrətmək deyil, eyni zamanda, onların yaradıcılıq qabiliyyətini, məntiqi təfəkkürünü və təxəyyülünü inkişaf etdirməkdir. Bunun üçün dərslikdə maraqlı məntiqi materiallar öz əksini tapıb".
a) Dərslik «Statik ekran prinsipi» əsasında hazırlanıb. Daha doğrusu, hər bir mövzu üzrə öyrədiləcək nəzəri və praktik materiallar birləşdirilərək ekranabənzər qoşa səhifədə yerləşdirilib.
b) Şagirdlərin yaradıcılıq qabiliyyətini, məntiqi təfəkkürünü və təxəyyülünü inkişaf etdirən çoxlu sayda çalışmalar verilib.
c) İlkin yazı vərdişlərinin yaradılması üçün zəruri materiallar dərsliyə daxil edilib.
Dərsliyin bu şəkildə qurulması ilə oxu, kalliqrafiya, orfoqrafiya təlimi; lüğət ehtiyatının zənginləşdirilməsi, genişləndirilməsi, dəqiqləşdirilməsi; rabitəli nitqin, məntiqi təfəkkürün inkişafı ilə əlaqədar materiallar inteqraktiv şəkildə birləşdirilib.
Tədris planına görə «Əlifba»ya həftədə 9 saat (4 qoşa saat +1 saat) vaxt ayrılıb. Dərslik qurularkən bu saatların 8-ində yeni mövzuların öyrədilməsi, 1-ində isə həmin mövzular üzrə biliklərin ümumiləşdirilməsi nəzərdə tutulub. Ona görə də elə tənzimləmə aparmaq lazımdır ki, yeni mövzulara həsr olunmuş dərslər qoşa saat olan günlərə, ümumiləşdirici dərs isə tək saat olan günə düşsün. Qoşa saatın birincisində sol səhifə əsasında yeni mövzu öyrədilməli, ikincisində isə sağ səhifədəki həmin mövzuya aid çalışmalar yerinə yetirilməlidir.
Digər dərslərdən fərqli olaraq, ümumiləşdirici dərslərin hər birinə (9, 18, 27, ..., 162-ci dərslər) bir qoşa səhifə ayrılıb. Belə ki, qoşa səhifənin solunda şagirdlərin qruplara (komandalara) bölünərək hekayə düzəltməsi üçün iki və ya üç süjetli şəkillərdən ibarət interaktiv çalışma, sağında isə keçilmiş mövzulara dair biliklərin möhkəmləndirilməsi və yoxlanılması üçün çalışmalar yer tutub.
Ikinci müəllif - Əlövsət Osmanlı da öz növbəsində kitabın dəyəri haqqında maraqlı məsələlərə toxundu. Müəllif qeyd etdi ki, əslində indiki halda yeni "Əlifba"nı dərslik adlandırmaq məqsədəuyğun deyil. Çünki hələlik, kitab nazirlik tərəfindən təsdiq olunmayıb: "Yalnız Təhsil Nazirliyi onu təsdiq etdikdən sonra bu kitabı dərslik adlandıracağam".
Təqdimat mərasimində müəlliflərə suallar verildi. Rəfael Hüseynovun "Əlifba"nın analoji layihə kimi təqdim etməsiylə bağlı səslənən suala Y.Kərimov belə cavab verdi: "Düzdür, onun da belə bir kitabı çıxmışdı. Amma pedaqoqlar tərəfindən qəbul edilmədi. Çünki, o, kitab yox, albom idi. Heç bir işə yaramırdı". Sonra tədbirə gələn qonaqlardan Estetik Tərbiyə Mərkəzinin direktoru Nazim Məmmədbəyov, Sitarə Məmmədova söz alib müəlliflərə kitaba görə öz ürək sözlərini söylədilər. Sonda müəlliflər gələn qonaqlara (müəllimlərə) və media işçilərinə öz təşəkkürlərini bildirdilər.
Qeyd edək ki, müzakirəyə təqdim olunan "Əlifba"nın gələcəkdə hər biri 96 səhifədən ibarət iki hissəli kitab şəklində çapı nəzərdə tutulub. Bundan başqa, dərsliklə işləyən müəllimlərə kömək məqsədilə "Əlifba" dərsliyinə metodik göstərişlər" adlı vəsaitin də nəşr edilməsi planlaşdırılıb.


08.04.06 tarixdə, saat 14:00-də Kitab Klubunun Sərgi Salonunda
Elçin Həsənovun “KATANA” kitabının təqdimatı keçirildi

Aprelin 8-də Kitab Klubunun sərgi salonunda yazıçı Elçin Həsənovun detektiv janrında qələmə aldığı və “Kitab Klubunun” nəşri olan “Katana” (rus dilində) əsərinin təqdimat mərasimi keçirilmişdir.
Klubun direktoru Elxan Rzayev Yazıçılar Birliyinin üzvü Elçin Həsənovun “Müvəffəqiyyətin təməli”, “Jurnalistin qətli”, “Cəlladlar və qurbanlar”, “Həyatdan sonra ölüm” və s., ümumilikdə, 15 kitabın müəllifi olduğunu söyləmiş, onun detektiv janrında yazdığı yeni əsərinin məziyyətlərindən danışmışdır. Bildirilmişdir ki, klubun rəhbərliyi geniş oxucu kütləsini gənc, istedadlı yazıcı və şairlərimizin yaradıcılığı ilə tanış etmək məqsədi ilə, onların əsərlərini öz maliyyə vəsaiti hesabına çap etmək qərarına gəlmişdir və E.Həsənovun yeni əsəri bu proqram çərçivəsində ilk kitabdır.
Digər çıxış edənlər E.Həsənovun təkcə detektiv janrında deyil, tarixi-fəlsəfi mövzularda da əsərlər yazdığını söyləmiş, arzu və təkliflərini diqqətə çatdırmışlar.
Sonda müəllif yaradıcılıq planlarından danışmış, jurnalistlərin suallarına cavab vermiş, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirmişdir.

 

Müəllif və əsər barədə bəzi məlumatlar:


Elçin Həsənov 1965-ci ildə Bakıda professor ailəsində anadan olub. (Atası tanınmış fizik, kafedra müdiridir). Rus dilində yazır. Azərbaycan Yazıçılar birliyinin üzvü, texniki elmlər namizədidir. “Müvəffəqiyyətin təməli”, “Özünü özün yap” ilk əsərləri onu məşhur etdi. “Hakimiyyət”, “Hakimiyyət - 2”, “Jurnalistin qətli”, “Cəlladlar və qurbanlar”, “Yəhudilər və peyğəmbər”, “Bəyaz pivə”, “Həyatdan sonra ölüm” və s. kitabların müəllifidir.
http://azeribooks.narod.ru/proza/elchin_gasanov/elchin_gasanov.htm

e-mail: rufinat@mail.ru


KATANA“ - Ensiz tiyəli katana qədim soyuq silah növünə aid xəncərdir. XVIII - XIX əsrlərdə qatillər həvəslə ondan istifadə edirdi, çünki onun özünə məxsus formalı tiyəsindən yaralanan insanda daxili qanaxma başlanır, bədəndən çıxarıldıqdan sonra yaranın yeri örtülürdü.”
Elçin Həsənovun kəskin detektiv süjetində yazdığı əsər oxucunu cəlb edir, kitab bir nəfəsə oxunur. Janra məxsus bütün elementlər – nəcib soyuqqanlı qatil, təqib, atışma, mafiya, xüsusi xidmət orqanları, fəlsəfə və məhəbbət öz əksini tapıb.


“Kitab Klubu”, 2006, 196 səh. 14х20, rəngli, yumşaq, 150


23 dekabr 2005-ci ildə Kitab Klubunun sərgi salonunda
«Beynəlxalq əlaqələr üzrə bələdçi» kitabının təqdimatı keçirildi

 

Kitab Klubu və “Azərbaycan nəşrləri” jurnalı «Bilik» nəşriyyatının Açıq Cəmiyyət İnstitutu YF-Azərbaycanın maliyyə dəstəyi ilə nəşr etdiyi «Beynəlxalq əlaqələr üzrə bələdçi» kitabının təqdimatını keçirmişdi.

Təqdimatda Açıq Cəmiyyət İnstitutunun proqram koordinatoru Fəğan İbrahimov, ölkənin tanınmış politoloqları Rasim Musabəyov, Eldar Namazov, Hikmət Hacızadə, sahə üzrə tanınmış mütəxəssislər Bakı Dövlət Universitetinin müəllimi Pərvin Darabadi, Prezident yanında İdarəçilik Akademiyasının müəllimləri Nigar Ələkbərova və Namiq Axundov, Beynəlxalq universitetin müəllimi Kəmalə xanım və başqaları iştirak etmişlər. Onlar kitabın bir dərs vəsaiti kimi çox lazımlı olduğunu bildirmiş və dinamik inkişaf etməkdə olan bu fənnin müasir vəziyyətini şərh edən ilk azərbacan dilli toplu kimi onu yüksək qiymətləndirmişlər. Onlar kitabın tərcüməsi üzərində işləyənlərə və bu işə maliyyə dəstəyi göstərənlərə təşəkkür etmişlər.

 

"Beynəlxalq əlaqələr üzrə bələdçi 2002-ci ildə ingiliscə nəşr edilmiş «Handbook of international relations» toplusunun ACİ Yardım Fondu Azərbaycanın maliyyə dəstəyi ilə Bilik nəşriyyatının həyata keçirdiyi layihə çərçivəsində Azərbaycan dilinə tərcüməsidir. Bu toplunun özü isə redaktorların dediyi kimi üç illik layihənin məhsuludur. Redaktorlar sahə üzrə dünyanın ən aparıcı mütəxəssislərinin vasitəsilə beynəlxalq əlaqələri bir akademik fənn kimi təsvir etməyə çalışmışlar. Təbii ki, onlar fənnin predmetini müəyyən etmək, təməl anlayışlarını universallaşdırmaq üçün böyük cəhdlər göstərmişlər. Buna onların nə dərəjədə müvəffəq olduqlarını kitabı oxuyan mütəxəssislər müəyyən edəcəklər. Bu kitabın Azərbaycan dilinə tərcümə edilməsi təşəbbüsünü, bu işin nəticələrindən asılı olmayaraq yalnız alqışlamaq olar. "

(Kitab Klubunun direktoru Elxan Rzayevin çıxışından)

 

 

Beynəlxalq əlaqələr üzrə bələdçi xüsusən ona görə dəyərlidir ki, çox əhatəli təyin edilmiş dünya siyasətini tədqiq etməklə öz adını təkzib edir. O sahənin “müasir elmi səviyyəsini” müəyyən edir və əlbəttə ki, dünya siyasətinin peşəkar öyrənciləri üçün zəruri oxu vasitəsinə çevriləcəkdir”.

Robert O. Keohane, Duke Universiteti

 

 

 

 

 

“Beynəlxalq əlaqələr üzrə bələdçi özünü elmin mütəhərrik bir sahəsinin hərtərəfli və təkmil xülasəsi üçün ən nüfuzlu və qolay mənbə kimi təsdiq edəcək... Beynəlxalq əlaqələri öyrənmələrin hamısı bu kitabı özlərinin əsaslı kitabxanalarına əlavə etmək istəyəcəklər”

Peter Katzenstein, Cornell Universiteti

 

 

 

 

 

Beynəlxalq əlaqələr üzrə bələdçi kitabının nəşr edilməsi ilə həqiqi müstəqil fənn kimi
“Bu toplu fənnin əsas mübahisələrinin və ən kəskin suallarının əla icmalını təşkil edir. Redaktorlar BƏ-nin cari vəziyyəti barədə tənqidi şərhlər yazmaq üçün dünyanın qabaqcıl alimlərinin çoxunu bir yerə toplamışlar və nəticədə həqiqətən də zəruri olan handbook yaranmışdır”

Steve Smith, Wales Universiteti, Aberystwyth

 

 


15 noyabr 2005-сi ildə Kitab Klubunda Fəridə xanım Məmmədovanın
«Кавказская Албания и албаны» (Qafqaz Albaniyası və Albanlar)
kitabının təqdimatı keçirildi

Kitab Klubunun direktoru Elxan Rzayev tədbiri açıq elan etdikdən sonra kitabın əhəmiyyəti barəsində özü çıxış etdi :
- Kitabın əsas məziyyətləri məncə birinci növbədə aşağıdakılardır:
1. Əsər Azərbaycanın tarixinin təməllərini təşkil edə biləcək, lakin sonradan saxtalaşdırılmış və gizlədilmiş yazılı mənbələri yenidən Azərbaycan xalqına qaytarır.

2. Azərbaycan dövlətçilik ənənələrinin fraqmentar olması haqqında həm azərbaycanlılar, həm də başqa millətlər arasında geniş yayılmış əfsanəni tarixi dəlillər əsasında darmadağın edir, göstərir ki, Azərbaycanın qədim zamanlardan müasir dövrədək yerli əhalisi və dövləti mövcud olmuşdur, özü də bu dövlətçilik ənənələri heç bir başqa dövlətinkindən geri deyil;
3. Müstəqil (Avtokefal) Alban kilsəsinin tarixini bərpa edir, onun mənəvi dəyərlərinin Azərbaycan xalqına məxsus olduğunu göstərir;
4. Azərbaycan xalqının formalaşmasına aydınlıq gətirir, türk tayfalarının Azərbaycan xalqının formalaşmasında rolunun daha qədim olduğunu göstərir;
5. Yazılı erməni mənbələrinin müqayisəli təhlilini aparmaqla ermənilərin tarix yaradıcılığı metodunu – tarixi öz fəaliyyəti və hərəkətləri ilə yaratmaq deyil, özgə xalqların tarixini redaktə etmək, oğurlamaq, yazılı mənbələrini talan etmək, gizlətmək, yenidən yazmaq yolu ilə tarixə arxa qapıdan girmək üsulunu faş edir;
6. Tarixdə «Böyük Ermənistan» adlandırılan məfhumun Qafqazlara (Zaqafqaziyaya) heç bir aidiyyatı olmadığını sübut edir.
7. Bütün saxtakarlıqlarda erməni kilsəsinin aparıcı rol oynadığını və tarixi Azərbaycan ərazilərində Ermənistan dövləti yaradılması fikrinə necə gəlindiyini və onun necə həyata keçirilməsini göstərir;
8. Dağlıq Qarabağ probleminin tarixi köklərini təhlil edir və erməni iddialarının tamamilə əsassız olduğunu sübut edir;
9. Ermənistan və ermənilər haqqında yaradılmış mifin darmadağın edilməsinin əsasını və başlanğıcını qoyur.
Təbii ki, bu bir mütəxəssisdən daha çox oxucu rəyidir.
Əlavə etmək istəyirəm ki, kitabı oxuduqdan sonra məndə belə bir fikir yarandı ki, növbəti mərhələ Ermənistan və ermənilər haqqında olan bütün yazılı mənbələrin müqayisəli təhlili və saf-çürük edilməsi olmalıdır.
Lakin bundan da əvvəlki məsələ Fəridə xanım Məmmədovanın bu kitabının Azərbaycan və ingilis dillərinə tərcümə edilməsi və yayılması, Fəridə xanımın rəhbərliyi altında tədqiqat məktəbinin yaradılması, bu işlə məşğul ola biləcək mütəxəssislərin vahid bir layihə ətrafında toplanması, gənc mütəxəssislərin hazırlanması olmalıdır. Bununla əlaqədar mən bütün imkanlı Azərbaycan vətəndaşlarını belə bir layihənin maddi əsaslarının formalaşdırılması işinə dəvət edirəm. Bu işdə dayanmaq və yorulmaq olmaz.
Mən çıxışımı daha bir misalla qurtarmaq istəyirəm. Uzun müddət Şimali Kıprıs Türk Cumhuriyyətinin prezidenti olmuş Rauf bəy Denktaşın ölkəmizə bu yaxınlardakı səfəri zamanı curnalistlərdən biri ondan soruşmuşdu ki, «uzun müddətdir mübarizə edirsiniz, bundan yorulub usanmadınızmı?» Cavab belə olmuşdu:
- Yoruldum desək, kölə oluruz!

Professor Fəridə Məmmədova müəllif kimi söz alaraq kitabın yaranma tarixindən tutmuş indiki onun düşdüyü vəziyyətə qədər ətraflı və məzmunlu media işçiləri və qonaqlar üçün danışdı.
Monoqrafiyada Qafqaz Albaniyası və Ermənistanın tarixi coğrafiyasına diqqət yetirmək vacibdir, çünki bu məsələ MEA tarix institutunun rəhbərliyi tərəfindən süni surətdə müəllifin təqib edilməsi bəhanəsinə çevrilmişdir. Müəllif e.ə. III əsrdən e. VIII əsrinə qədər Qafqaz Albaniyasının və onunla həmsərhəd ölkələrin (Gürcüstan, Ermənistan, Atropatena) ərazilərini tədqiq etmiş və 7 xəritə tərtib etmişdir ki, nəticədə əsrlər üzrə Albaniya-Azərbaycanı, o cümlədən Qafqazı ermənilərdən, erməni dövlətlərindən sözün əsil mənasında “təmizləmişdir”.
Uzun müddət elmdə erməni alimləri tərəfindən yeridilmiş müddəa hökm sürüb ki, ona əsasən “Böyük Ermənistan” guya e.ə. I minillikdən e. XIX əsrinə qədər mövcud olub. 1983-cü ildə Moskvada keçirilən tarixi coğrafiya üzrə konfransda F. Məmmədovaya bu modeli darmadağın etmək və onun tamamilə əsassız olduğunu sübut etmək müyəssər oldu. Erməni alimləri razılaşmağa məcbur oldu, lakin məğlubiyyətlə barışmayaraq, yeni model yaratmağa girişdilər. Həqiqətən 2002-ci ildə iri həcmli “Ermənistan. Tarixi Atlas” kitabı çıxdı, burada erməni mənşəli Amerika alimi Robert Hevsen əvvəlki tək “Böyük Ermənistan” e.ə. İ minillikdən deyil, artıq e.ə. IV minillikdən XX əsr daxil olmaqla mövcudluğunu iddia edir. Əsər 278 xəritə ilə təchiz olunmuşdur, burada “Böyük Ermənistan” Fərat çayından Xəzər dənizinin qərb sahilinə qədər uzanan ərazidə “yerləşdirilir”. Bu Atlası tərtib etmək üçün bütün dünyanın erməni alimləri cəlb olunmuşdur. Erməni müddəası bütün elmi nəşrlərdə üstün mövqeyə can atır.
F. Məmmədova axırıncı monoqrafiyasında həm keçmiş, həm də Robert Hevsenin yeni müddəasını yenidən darmadağın etdi. Bu elmi əsərin məqsədi Azərbaycanın ayrı-ayrı özünü alim hesab edən tarixçilərinin an, qəlp “vətənpərvərliyi” istəyi deyil, elmin saflığının təntənəsi, yəni Azərbaycan elminin təntənəsidir. Kür və Araz çayları arasındakı ərazilərin guya Böyük Ermənistanın şərqi əyalətlərinə mənsubluğu haqqında əsrlər boyu hökm sürən erməni müddəasının tamamilə əsassız , cəfəng olduğunu dünya elminə sübut etməyi müəllif qarşısına məqsəd qoymuşdur.
Tədqiqat göstərdi ki, e.ə. II-I əsrlərdə Mesopotamiya erməni çarlarının alban Kaspiana vilayətini
(I Artaşes tərəfindən), Atropatenanın 70 vadisinin (II Tiqran tərəfindən) işğalı “Böyük Ermənistan” müddəasının yaranmasına təməl qoymuşdur. Bu işğallar Roma imperiyasının nəzərindən yayınmadın və onun adlı sanlı sərkərdələri Lukull və Pompey II Tiqranı darmadağın edib zəbt edilmiş torpaqları geri almağa müvəffəq oldular. Ermənistan olduqca şübhəli, şərti dövlət qurumu şəklində (İ-V əsrlər) Erməni yaylası hüdudlarında qala bildi, onun isə statusunu, F.Məmmədova elmdə ilk dəfə aşkar etdiyi kimi, dünya təcrübəsində analoqu olmayıb.
Ermənistan hökmdarı tacını Roma imperiyası və Fars dövləti çarlarından əlbəəl alırdı, dünya alimləri erməni müddəasının quyruğunda gedərək, bu “dövləti” üçüncü dünya dövləti kimi tanıyırdılar. F. Məmmədova bu müddəanın tamamilə cəfəng olduğunu sübut edə bildi. O, dünya elmini inandıra bildi ki, Ermənistan Roma və İran kimi iki imperiyanın yalnız əyaləti imiş, V əsrdə bu dövlətlər onun şərti dövlət statusunu ləğv edərək, Ermənistan torpaqlarını qəti şəkildə öz əyalətlərinə çevirdilər və artıq V əsrdən “Ermənistan” sırf coğrafi anlayış olur. Yuxarıda adı çəkilən bütün amillər sırf elmi nöqteyi-nəzərdən öz elmi əksini xəritələrdə tapmalı, onların köməyi ilə qüvvəyə minməlidir, bunu da ilk dəfə olaraq müəllif yerinə yetirib. “Erməni yaylası”, “ Ayrarat” kimi anlayışları Qərbi Qafqaz, daha doğrusu Azərbaycanın ərazisindən şərqi Anadolu ərazisinə kənarlaşdırmağa müvəffəq olmuş müəllif, onlara yeni mahiyyət təlqin etmişdir, bu da tədqiqatın gəldiyi nəticəyə görə tarixi gerçəkliklərə uyğundur və erməni alimlərini hazırda və gələcəkdə Qərbi Qafqaz torpaqlarına, Azərbaycan torpaqlarına tarixi nöqteyi-nəzərindən “girişməkdən” məhrum edir.
Müəllif yuxarıda adı çəkilən prosesləri əks etdirən, habelə tarixdə analoqu olmayan özünəməxsus siyasi qurum olan erməni dövlətlərinin təkamülünə tarixi baxışı düzgün əks etdirən 7 xəritə tərtib etmişdir. Nəzərə almaq lazımdır ki, bütün bunlar nəhəng əməyin nəticəsidir, çünki bir yox, bir neçə həmsərhəd dövlətin sərhədləri işlənmiş bir xəritənin tərtibatı elmdə dörd illik elmi işə bərabərdir, belə xəritələrin isə ümumi sayı 14-dür (ikinci və üçüncü monoqrafiyalar). Bu miqyasda elmi işi yalnız müxtəlif dillərdə yazılmış manuskriptlərin əslini tekstoloji təhlil üsulu ilə oxumağa qadir, öz ölkəsinin və qonşu ölkələrin gerçəklərinə bələd olan və yenilərini yaratmağa qabiliyyəti olan alim yarada bilər. Hazırda dünya elmində (Fransa, Almaniya, Türkiyə, İsveçrə, İngiltərə, ABŞ) tanınmış belə alim professor F. Məmmədovadır.
Azərbaycan MEA-nın 60 illiyi ərəfəsində Tarix institutunun rəhbərliyi (direktor Yaqub Mahmudov və direktor müavini – Cəbi Bəhramov), şübhəsiz, zahiri şövqləndiricilərin tövsiyəsi ilə Azərbaycan və Qafqazın tarix elmi üçün həddən ziyadə mühüm olan peşəkar və gərgin əmək bahasına başa gəlmiş əsərlə dərindən tanış olmaq əvəzinə tezliklə ən bayağı qərara - kitaba, və müvafiq olaraq, müəllifə siyasi damğa yapışdırmaq qərarına gəldi. İş o yerə çatıb ki, direktor müavini camaat arasında F. Məmmədovaya ərz etdi ki, “onun kimilər bizim aramızda, bu torpaqda yaşamamalıdır...”. İnstitut rəhbərlərinin və onların “tərəfdarlarının ” belə davranışı Respublikamızın yüksələn nüfuzuna, Azərbaycan alimlərinin tarix elmində qazandıqları nailiyyətlərə misilsiz ziyan vurur. İnstitut rəhbərliyi xəritələrə sırf zahiri nəzər salıb onların birində e. ə. II-I əsrlərdə “Böyük Ermənistan” sözlərini aşkar etmiş və sırf erməni sayaq nəticə çıxarmışdır ki, Azərbaycan elmində belə monoqrafiyanın olması yolverilməzdir. Hazırda onlar bütün tarixçiləri bu monoqrafiyanın müzakirəsinə səfərbər edirlər, halbuki onu oxumağı belə özlərinə rəva bilmirlər. Halbuki F. Məmmədova ömrünün onlarla ilini bu monoqrafiyaya sərf edib. Əsər:
- erməni xalqının əsrlər boyu yalan üzərində quraşdırılmış tarixini darmadağın edir ki, həmin tarixə görə Qafqaz Albaniyası və albanlar ərazisi, siyasi, milliyyət və mədəni baxımdan ermənilərə mənsub kimi elan edilmişdi.
- Qafqazı, o cümlədən Azərbaycanı ermənilərin etnik və siyasi mövcudluğundan ; erməni saxtakar elmi qəsbkarlarından və ermənipərəstlərdən təmizləyir;
- e.ə. IV əsrdən e. XIX əsrinə qədər Qafqaz Albaniyasının və Azərbaycan və Dağıstan xalqlarının əcdadlarından biri olan albanların tarixinin bütün aspektlərini bərpa edir;
- Azərbaycanın və Qafqazın mədəniyyətinə daxil olmuş 2000 illik alban mədəniyyətini (din tarixini, Müstəqil alban kilsəsinin 1500 illik tarixini, 1500 illik zəngin tarixi-ədəbi ənənələrini) bərpa edir.
Beləliklə bu monoqrafiya Azərbaycan xalqını onun qanuni mənbələrinə qaytarır və Azərbaycan albanşünaslığının müstəqilliyini sübut edir. Qətiyyətlə iddia etmək olar ki, monoqrafiya Avropa və dünya elmi ictimaiyyətinin erməni xalqının tarixinə və hökm sürən erməni müddəasına olan baxışını kökündən dəyişməyə, habelə Azərbaycan tarixinə və Qafqaz xalqları tarixinə yeni nəzərlə baxmağa vadar edəcək. Tarix institutunun rəhbərliyinin əsəri etimadsızlıqla inkar etməsi yalnız belə bir sual doğurur - onlar kimə xidmət edir?!
Sonda Fəridə xanım jurnalistlərin və qonaqların suallarına cavab verdi birdə tədbiri təşkil edən və gələn insanlara öz dərin təşəkkürünü bildirdi.


KİTAB KLUBU və “Azərbaycan nəşrləri” jurnalı 2005-ci il oktyabrın 21-də
V. Sapunovun
“Такая жизнь” kitabının təqdimatını keçirdi

 

2005-ci il oktyabr ayının 21-də saat 15:00-də Kitab Klubunun Sərgi Salonunda (Mustafa Sübhi 13) gənc jurnalist, yazar və ssenarist Vyaçeslav Sapunovun “Belə həyat” adlı ilk kitabının təqdimatı keçirildi.

Vyaçeslav Sapunov
“Такая жизнь”
Məzəli hekayə və əhvalatlar ,reportaj və kiçik memuarlar
“Sapunoff Publishing”, 2005, 160 səh. 14х21, rəngli, yumşaq, 500

Vyaçeslav Sapunov 1971-ci ildə Bakıda anadan olub. M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetini bitirib. Qəzet və jurnallarda məqalələri çıxır, telefilmlər çəkir, reklam sahəsində çalışır. Evlidir.
Reklam klipləri və Azərbaycan xalq mahnısı “Sarı gəlin” mövzusunda yaradılan kliplər toplayır.
-“Anarla görüşlər” proqramında müxbirlik məharətinə görə Rusiya Teleyayım Birliyinin diplomuna;
- internet-səhifə müsabiqəsində III-cü yerə görə İATR-ın sertifikatına http//: www.sapunoff.com
-“Ən yaxşı reklam klipinə görə” Turist filmlərinin Birinci Milli Festivalının mükafatına layiq görülüb, həmin Festivalın “Ən yaxşı bədii-panoram filmi” müsabiqəsində ” isə “Quba” filmi ilə nominant olub.
Bakılı gənc jurnalist, dizayner ilk kitabına məzəli hekayələr (“Bakı mənzərələri”,), satirik esse, miniatürlər (“Prezident avtobusda”, “Nikbinlik”), tövsiyyələr (“Xaricilər üçün Novruz gəlişinin əlamətləri”) daxil edilib. Kitab oxucuya xoş əhvali-ruhiyyə bağışlayır, adət etdiyimiz vəziyyətlərə başqa gözlə baxmağa vadar edir. Kitaba daxil edilmiş izahlı lüğət zəruri hallarda oxucunun dadına çatır.

Tədbiri Kitab Klubunun direktoru Elxan Rzayev açdı. Ondan sonra müəllifin yaxın dostu Xarici İşlər Nazirliyinin işçisi Rəşad Vahabzadə söz aldı. O, öz çıxışında kitabın işıq üzü görməsində böyük məna kəsb etdiyini vurğuladı və bildirdi ki, gələcək nəsillər indiki yaşadığımız dövrə qayıdıb nəzər salmaq istəsələr, bu kitabı səhifələmək kifayət edər. Müəllif öz əvəzində öncədən və sonda da tədbirə gələnlərə öz dərin minnətdarlığını bildirdi. Çıxışında ona bu kitabın yazılmasında, toplanmasında və nəhayət çap olunmasında kömək göstərən bütün insanlara öz dərin təşəkkürünü gizlətmədi. Gənc jurnalist tədbirdə öz satirik miniatür və hekayələrindən bir neçəsini qonaqlar və media işçiləri üçün oxudu. Kitab haqqında Azərbaycan Yazıçılar birliyinin üzvü, artıq tanınmış yazıçı Elçin Həsənov öz əvəzində müəllifə bir neçə xoş söz söylədi. Tədbir boyu Vyaçeslav Sapunov gələn qonaqların suallarına cavab verdi və onların kitab haqqında dediyi ürək sözlərini dinlədi. Sonda müəllifin həyat yoldaşı kitabın mahiyyətini dəyərləndirərək oxucuya xoş əhvali-ruhiyyə bağışladığını söylədi.


Kitab Klubu sentyabrın 14-də 2005-ci il dahi bəstəkar Üzeyir Hacıbəyovun
“Mashadi İbad” (“O olmasın, bu olsun”) ingiliscə kitabının təqdimatını keçirdi.

 

Sentyabrın 14-də Kitab Klubu və “Azərbaycan nəşrləri” jurnalı dahi bəstəkarımız Üzeyir Hacıbəyovun 120 illik yubileyi münasibətilə nəşr etdirdiyi “O olmasın, bu olsun” musiqili komediyasının ingilis dilinə tərcüməsini (“Məşədi İbad”) ictimaiyyətə təqdim etdi. Əsərin tərcüməçisi Seyran Ağabəyov bundan əvvəl S. Vurğunun "Vaqif " dramının və U. Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasının ingiliscəyə tərcüməsini nəşr etdirib. Kitabda musiqili komediyanın librettosu həm Azərbaycan, həm də ingilis dilində verilib. Notlar ayrıca bölmələrdə yerləşdirilİb, ariyalar və mahnılar hər iki dildə təqdim olunub. Bundan başqa, kitabda "O olmasın, bu olsun" filmindən və əsərin Musiqili Komediya Teatrında gedən tamaşalarından şəkillər verilib. Həmçinin Ü. Hacıbəyovun həyat və yaradıcılığı haqda Azərbaycan Dövlət Film Muzeyinin direktoru A. Kazımzadənin hazırladığı yazı kitaba daxil edilib. Kitabın musiqi redaktoru görkəmli bəstəkar Vasif Adıgözəlovdur.
"Məşədi İbad " musiqili komediyasının ingilis dilində nəşrinin təqdimat mərasimində Kitab Klubunun direktoru Elxan Rzayev çıxış edərək, Ü. Hacıbəyovun Azərbaycan xalqının milli-mədəni şüurunun
formalaşmasında böyük rol oynadığını bildirdi. Onun yaratdığı, əsərlərdə işlətdiyi bir çox "qanadlı ifadələr" bu gün xalq arasında məsəllərə çevrilməsini vurğuladı.
E. Rzayev əsərin tərcüməçisinin işləri haqda tədbir iştirakçılarına ətraflı məlumat verdi, ingiliscə versiyasını gələcəkdə daha nəfis şəkildə nəşr edəcəklərini açıqladı: "Partituralarda mahnı və ariyalar iki dildə verildiyi üçün istənilən ingilisdilli teatr bu əsəri səhnələşdirə bilər ".
Tərcüməçi S. Ağabəyov Üzeyir Hacıbəyov sənətinə vurğunluğunun atasının təsiri ilə yarandığını söylədi: “Atam Sənan Ağabəyov Musiqili Komediya Teatrının səhnəsində Üzeyir bəyin əsərlərində oynayırdı və onun məşqlərini izləyə-izləyə məndə böyük bəstəkarın yaradıcılığına sonsuz rəğbət hissi oyandı”. S. Ağabəyov Azərbaycan mədəniyyətinin incilərinin dünyaya çatdırılması arzusunda olduğunu qeyd etdi. Səyran müəllim qonaqlar üçün və media nümayəndələri üçün komediyadan bir neçə sətir ingiliscə züm-zümə də etdi. Təqdimata gələn qonaqlardan söz alıb danışan da oldu: Lazer Elmi-texniki mərkəzin direktoru Soltanhəmid Məlikov, pedaqoji elmlər namizədi Gülbəniz Məzahim qızı Allahverdiyeva tərcüməçi haqda yazdığı kitabdan (Ömrün töhvələri) sitatlar gətirərək Seyran müəllimə öz dərin minnətdarlığını bildirdi və ona qarşı rəğbətini gizlətmədi. Çıxış edənlərin siyahısında Milli Dram Teatrın direktor müavini .... da oldu. O da öz əvəzində S. Ağabəyovun işinin çox böyük məna kəsb etdiyini bildirdi.


KİTAB KLUBU 2005-ci il avqustun 31-də Ismixan Yusubovun

"Şerim - həyatım mənim" kitabının təqdimatını keçirdi

 

2005-ci il avqust ayinin 31-də Kitab Klubunun Sərgi Salonunda İsmixan Yusubovun “Şerim - həyatım mənim” kitabının təqdimatını keçirildi.
Tədbiri giriş sözü ilə açan Klubun direktoru Elxan Rzayev İsmixan Yusubovun uzun illər ərzində yazdığı şerlərini, nəhayət, müəllifin qeyd etdiyi kimi, ailə üzvlərinin təkidi ilə dərc etdirdiyini söylədi. Elxan bəy bu tədbiri təqdimatdan daha çox müəllifin dostlarla görüşü kimi səciyyələndirdi: "Bəlkə də İsmixan müəllimin şer yazdığını kimlərsə bilirdi, lakin kitabın hamımızın oxuması imkanı indi yarandı. Biz həmin şerlərlə tanış olduqca İsmixan müəllimi müxtəlif situasiyalarda görürük. Bu kitab onun haqqında bilmədiklərimizi tamamlayır”. Klubun direktoru kitab oxumağın bu gün daha əhəmiyyətli olduğu fikrinə uyğun olaraq oxucu olmayan millətin mənəvi cəhətdən aşınmalara məruz qaldığını söyləməyi də unutmadı.
Daha sonra söz alan müəllif ailədən, vətəndən, dost-tanışdan ayrı düşəndə ara vermədən şer yazdığını söylədi. Məlum oldu ki, ayrı-ayrı hadisələrlə bağlı fərqli şerlər yaranıb və içində bir sıxıntı olan anda da İsmixan müəllimin köməyinə çatan məhz şerləri olub: “Qürbət dediyimiz yerdə bu şerlər mənə əsas dayaq idi. Onu da qeyd edim ki, bu şerlərin üzərində işləməmişəm, bunu adətən şairlər edir”. Müəllif adıçəkilən kitabın müqəddəs sözün yazılı formada həkk edilməsi zərurətindən yarandığını bildirdi. İsmixan müəllim ailə üzvlərinə, dostlarına aid yazdığı şerləri də tədbir iştirakçılarının diqqətinə çatdırdı. Kitaba daxil edilmiş şerlər “Araz”, “Seymur”, “Ceyran”, “Nəsil, ana, ailə”, “Dost, tanış-biliş”, “Vətən qürbət”, “Təbiət, təfəkkür, hikmət sevgisi”, “Nəzirə, tərcümə, tapmaca” bölmələrində qruplaşdırılıb. Bu şerlər müəllifin insan və millət, vətən və yaxınlarına olan səmimi hisslərindən yaranıb. Elə tədbirdə iştirak edən dostları da müəllif barədə hisslərini onun səmimi və baməzə danışığının ahənginə uyğun ifadə etdilər. Yəni, öyrəşdiyimiz xüsusi çıxışa ehtiyac duymayan köhnə dostlarının ürəyini oxuyan İsmixan müəllim onlarla bağlı hadisələri poetik sözlərlə ifadə etdi. Müəllif BDU-nun keçmiş rektoru Firudin Səməndərova öz minnətdarlığının bildirdi, çünki məhz Firudin Səməndərov 1993-cü ildə onu Türkiyənin Van şəhərində yerləşən “Yüzüncü Yıl” Universiteti ilə əməkdaşlıq protokolu imzalayan nümayəndə heyətinin tərkibində bu qardaş ölkəyə ezam edibmiş. İsmixan müəllim elə həmin ildən başlayaraq elmi-pedaqoji fəaliyyətini əvvəlcə Kocaeli Universiteti, Özel Seymen Eğitim Kurumlarında, 2000-ci ildənsə Sakarya Universitetində davam etdirməkdədir.
Tədbirdə prof. Firudin Səməndərov, “Asiya” Universitetinin rektoru prof. Cəlil Nağıyev, “Lazer” ETM-in direktoru, AR MM millət vəkilliyinə Neftçala 61-ci seçki dairəsi üzrə namizəd Soltanhəmid Məlikov, BDU müəllimləri Qurban Qasımov, Məzahir Pənahov və b. öz ürək sözlərini söyləyib, müəllifi təbrik etdilər. İsmixan Yusubov Kitab Klubunda artıq ənənə halı almış kitab imzalama mərasimində iştirak etdi.


KİTAB KLUBU 2005-ci il iyulun 8-də Çingiz Abdullayevin

"Payiz madriqali" kitabının təqdimatını keçirdi

2005-ci il iyul ayının 8-də saat 1400-də Kitab Klubunun Sərgi Salonunda (Mustafa Sübhi 13) tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin “Payız madriqalı” povestinin təqdimatı keçirildi. “Payız madriqalı” povesti Azərbaycan gerçəkliyini detektiv janrda əks etdirən əsərlərdən biridir. Təbəssüm Muxtarovanın tərcümə etdiyi əsərdə yazıçı hakim dairələrdə, hüquq-mühafizə orqanlarında, cəmiyyətin bütün təbəqələrində xərçəng xəstəliyi kimi yayılmış korrupsiyanı, mənəvi cılızlığı ifşa edir.
Çingiz Abdullayev
"Payız madriqalı"
“Yurd” NPB, 2005, 152 səh., 14x20, üz gapağı - rəngli, yumşaq.

Çingiz Abdullayev 7 aprel 1959-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Yazıçılar Birliyinin katibidir. Hüquq elmləri doktorudur.
Dünya şöhrətli yazıçının əsərləri 18 dilə tərcümə və MDB ölkələrində, eləcə də ABŞ, Fransa, İsveç, Türkiyə, Bolqarıstan, İsraildə ümumi tirajı 20 milyon nüsxə olmaqla nəşr edilmişdir.
Amerikanın “Christian Science Monitor” jurnalı onu müasir dövrün siyasi detektiv janrında ən yaxşı müəlliflərdən biri adlandırıb.
Kitab Klubunun direktoru Elxan Rzayev tədbirdə çıxış etdi:
- Əsərin mövzusu müasir Azərbaycan şəraiti üçün tipik, eyni zamanda, bəlkə də aşkarlamadığından, o qədər də tez-tez rast gəlinməyən bir hadisədir. Toyda iştirak etmək üçün Bakıya gəlmiş Dronqo maraqlı bir xanımla tanış olur, və qısa müddətdən sonra həmin xanımın bağında ərinin əmisi oğlunun meyiti tapılır. Məsələ onunla mürəkkəbləşir ki, ölən - qadınlara məhəbbət hissi bol olan, ləzzət almaq üçün çox şeylər etməyə hazır olan bu şəxs ədliyyə orqanlarında yüksək vəzifə daşıyan və bundan sonra da yaxşı perspektivləri olan digər şəxsin qardaşı oğludur. Bu hadisədən həmin vəzifəli şəxsin əleyhdarı olan qrupun nüfuzlu nümayəndələri istifadə etmək arzusundadırlar. Ona görə də hər iki tərəf cinayətin obyektivlik əsasında deyil, özünün nəzərdə tutduğu ssenari üzrə açılmasını istəyir. Bundan əlavə, əsərin sonuna yaxın buraya daha dərin mənəvi və əxlaqi məsələlərin də qarışdığı məlum olur. Müəllif belə şəraitlə yaxşı tanış olduğundan gerçək həll yolu seçir, obyektivlik kimə lazımdırsa ona obyektiv məlumatı verir. Mənəviyyatı qorumaq üçünsə əlindən gələni edir.
Əsərdə bu işi aparan şəxs, əsərin qəhrəmanı – Dronqo sanki həm görünür, həm də yox. O, rasionaldır, artıq hərəkətlərdən qaçır. Lakin Azərbaycanda çox az qalmış, bəlkə də hələ çox az sayda olan, sevdiyi adamları daim mənəvi çirkabdan uzaqlaşdırmağa, yaxşı adət-ənənələri yaşatmağa çalışan, hissi və şüuru arasında mübarizənin dayanıqsız tarazlıq nöqtəsinə yaxın olan Azərbaycan ziyalısını tanımaq olur.
Müəllif əsərdə dərin psixologizm görüntüləri yaratmaq, oxucunu bütün bu işlərin üstünün açılmasının gərgin təhlillərin nəticəsi olduğuna inandırmaq üçün xüsusi fəndlərdən - uzun-uzadı psixoloji monoloq və dialoqlardan istifadə etməyə lazım bilməmişdir. Ona görə də analitik işi sezmək üçün personajlarla aparılan söhbətlərin ardıcıllığı və tərkibinə fikir vermək lazımdır.
Kitabla tanış olarkən oxucu özünü kifayət qədər tanış mühitdə hiss etdiyindən əsər maraqla və sürətlə oxunur.
Mən tərcüməçi üçün bir neçə qeyd etmək istərdim. Əsər tərcümə edildikdən sonra onu redaktə etmək üçün bir yox, bir neçə adama verməyə dəyər. Hiss-həyəcan bildirən sözlərin sinonimləri kontekstdən asılı olaraq heç də həmişə eyni mənanı vermir. Və əlbəttə ki, Azərbaycan oxucusu üçün tərcümə edilmiş kitabda yarpaq dolmasının tərifini buraxmaq da olardı.
Çingiz Abdullayev oxucular üçün “Payız madriqalı” povestinin ətraflı təhlilini verdi, onu düşündürən fikirləri açıqladı, kitabı Azərbaycan dilinə çevirən Təbəssüm xanımı qonaqlara təqdim etdi.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin elmi işçisi Təbəssüm Muxtarova qeyd etdi ki, tərcümə ilə məşğul olmağa onu müəllifin başqa bir əsərinin doğma dilimizə səviyyəsiz, oxunaqsız tərcüməsi olmuşdur. Həmçinin, Təbəssüm Muxtarova öz çıxışında Çingiz Abdullayevə tərcümə üzərində işin gedişində ona göstərdiyi qayğı və diqqətinə, Kitab Klubunun əməkdaşları Elxan Rzayevə, Pərviz Rzaquliyevə bugünkü təqdimatın təşkilinə görə səmimi təşəkkürünü bildirdi.
“LAZER” EİM direktoru Soltan Həmid Məlikov əsəri, habelə tərcüməni ətraflı şərh etdi, Çingiz bəyə və Təbəssüm xanıma uğurlar dilədi.
Tədbirin sonunda Çingiz Abdullayev “Payız madriqalı” povestinin oxucular üçün imzaladı, media nümayəndələrinə müsahibə verdi

 

.

 

 


KİTAB KLUBUNDA 2005-ci il mayın 3-də "Azərbaycan nəşrləri"

jurnal-kataloqun 2005-1(5) sayının təqdimatı

Bu günlərdə Bakı Kitab Klubunun “Azərbaycan nəşrləri ” adlı jurnal-kataloqun 2005-ci il 1-ci, ümumiyyətlə isə, 5-ci sayı işıq üzü görüb. 2005-ci il may ayının 3-də Kitab Klubunun sərgi salonunda həmin sayın təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə Klubun direktoru Elxan Rzayev açdı. O qeyd etdi ki, bu sayda Azərbaycanda son dövrdə nəşr olunmuş 400-ə yaxın kitab haqqında məlumat verilib. Bu kitablardan 47-si rus dilindədir. Bir qədər də müfəssəl etsək Bədii ədəbiyyat bölməsində 111, Elmi və elmi kütləvidə 67, Publisistika 51, Dərsliklər-45, Hüquq menecment 25, Lüğət və ensiklopediyalara 39 kitab daxil edilib. Əvvəlki kataloqlarla müqayisədə kataloqda bölmələrin biri də - “Dini kitablar” bölməsi artıb. Digər dəyişikliklərdən biri jurnalda nəşri gözlənilən kitabların anonsuna onların abunəsi haqqında elanların da daxil edilməsidir. Məsələn Kitab Klubu ilə AMEA Folklor İnstitutunun birgə təşkil etdiyi “Azərbaycan folklorunun inciləri ” seriyasının abunəsi jurnalda yer alıb. “Azərbaycan nəşrləri ” redaksiyası ölkənin naşirləri ilə tanışlıq ənənəsini davam etdirərək, tanınmış yazıçı, kitab menecmenti mütəxəssisi, “Çıraq” nəşriyyatının və “Akademkitab” mağazasının direktoru Hacı Əliağa Cəfərlinin həyat və fəaliyyətini işıqlandıran məlumatlar daxil edib.
Elxan bəy həmçinin “Azərbaycan nəşrləri ” jurnal-kataloquna abunə kampa-niyasının davam etdiyini bildirdi
Tədbirdə AR Təhsil Nazirliyi ETRTMM-nin direktoru Nazim Məmmədbəyov, "Lazer" ETM-in direktoru Soltan Həmid Məlikov, İqtisad Universitetinin müəllimləri Eldar Hüseynov , Heyran Həsənova, "Pedaqoqika" nəşriyyatının direktoru Əlövsət Osmanlı və başqa-ları, habelə media nümayəndələri iştirak edirdilər.

 

 


KİTAB KLUBUNDA 2004-cü il dekabrın 3-də
Əliağa Cəfərlinin“Bəlalı dağlar” romanının təqdimatı

 

2004-cü il dekabrın 3-də Kitab Klubunda Əliağa Cəfərlinin“Bəlalı dağlar” romanının təqdimatı keçirildi. Klubun direktoru Elxan Rzayev giriş sözündə Əliağa müəllimi qonaqlara təqdim etdi. Əliağa Cəfərlinin yaradıcılığı haqqında “Nurlan” nəşriyyatının direktoru professor Nadir Məmmədli məruzə ilə çıxış etdi. Hacı Əliağa Qafar oğlu Cəfərli 1954-cü ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1987-ci ildə Moskva Dövlət Mətbuat Akademiyasına daxil olub, müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə edib. Tarix elmləri namizədidir. 1970-ci ildən başlayaraq 100-dən artıq elmi, elmi-kütləvi məqaləsi dövri mətbuatda dərc edilib. “Xocalı faciəsi”, “Bəlalı dağlar” romanlarının, “Сасанидская держава в 3-5 вв” əsərinin müəllifidir. Üç cildlik “Azərbaycan dilinin izahlı lüğəti”nin tərtibçilərindən biridir, beş cildlik “Azərbaycan nağılları”nı yenidən işləyib nəşr etdirmişdir. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür, “Qızıl qələm” mükafatının laureatıdır. V. S. Altunin ad. Rusiya “Ekologiya və Təbii sərvətlərdən istifadə” Akademiyasının həqiqi üzvüdür. Əliağa Cəfərli respublikamızda ən böyük kitab mağazası olan məşhur “Akademkitab” mağazasının direktorudur. “Bəlalı dağlar” romanında bir ailənin son 150 illik tarixi qələmə alınıb. Əsərdə sadə azərbaycanlı ailəsinin həyat tərzindən, məşğuliyyətindən, ailə, nəsil münasibətlərindən, qayğılarından danışılır. Eləcə də 1905-1920 -ci illərdə mənfur ermənilərin azərbaycanlılara qarşı törətdikləri fitnəkarlıqlardan və onlara göstərilən müqavimətdən bəhs edilir. Əsər xalqımızın etnoqrafiyası, tarixi, məişəti, həyat tərzi ilə maraqlanan geniş oxucu auditoriyasına ünvanlanıb. >>>


26 noyabr 2004-cü il tarixdə Kitab Klubunun
2004-2(4) saylı “Azərbaycan nəşrləri”
kataloqu və İnternet səhifənin təqdimatı

Təqdimat mərasimini giriş sözü ilə Kitab Klubunun direktoru Elxan Rzayev açdı:

 “Azərbaycan nəşrləri” kataloqunun 2004-2(4) sayının 36 səhifəsində son aylarda respublikada işıq üzü görmüş kitablar haqqında məlumat verilib.

36-cı səhifədə verilmiş ad göstəricisində kitabların adı 3 sütunda əlifba sırası ilə düzülüb. 3-cü sütunun 2-ci hissəsində rus dilində çap olunmuş kitablar həmçinin əlifba sırası ilə yer alıb. 35-ci səhifədə Kitab Klubunun “Azərbaycan nəşrləri” kataloqu haqqında məlumat, Kitab Klubunun kitabsevərlərə müraciəti, yeni nəşrlərini “Azərbaycan nəşrləri” kataloqunun növbəti saylarında görmək arzusunda olan naşir və müəlliflər üçün kitabların yerləşdirilmə qaydaları dərc edilib.

Kataloqun bu sayındakı yeniliklər sırasında yeni rubrikanın - “İncəsənət ” bölməsinin açılmasını və Kitab Klubunun İnternet səhifəsi haqqında məlumatı göstərmək olar.

>>>


NAZİM MƏMMƏDBƏYOVUN KİTABLARI

2004-cü ilin noyabr ayının 18-də Kitab Klubunun sərgi salonunda şair, bəstəkar, rəssam, pedaqoq- Azərbaycan Respublikası Təhsil nazirliyi Estetik tərbiyə üzrə respublika tədris-metodik mərkəzinin direktoru Nazim Məmmədbəyovun kitablarının təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə Kitab Klubunun direktoru Elxan Rzayev açdı.

- Hörmətli qonaqlar!

Böyük məmnuniyyət hissi ilə sizə yaradıcı şəxsiyyətlərdən olan Nazim Məmmədbəyovu təqdim edirəm. Nazim Həsən oğlu Məmmədbəyov kimdir? Əvvəla, Azərbaycanı iki beynəlxalq təşkilatda təmsil edən şəxsdir. “Əlil uşaqlara incəsənət vasitəsi ilə yardım” Beynəlxalq Assosiasiyasının prezidentidir- mərkəzi qərargahı Fransanın Bordo şəhərində yerləşir, “Uşaq və gənclərin yaradıcılığı” Beynəlxalq Assosiasiyasının vitse-prezidentidir. Azərbaycan Memarlar ittifaqının üzvüdür.    >>>

 


PEDAQOGİKA NƏŞRİYYATININ KİTABLARI

 

Bir neçə ay bundan əvvəl fəaliyyətə başlamış Kitab Klubu öz növbəti tədbirini keçirdi. Cari ilin oktyabr ayının 13-də Kitab Klubunun sərgi salonunda “Pedaqogika” nəşriyyatının buraxdığı “HƏYAT BİLGİSİ” və 1-ci sinif üçün “RİYAZİYYAT” (A, B, C, D) dərsliklərinin təqdimatı təşkil edildi.

Tədbirdə Azərbaycan Respublikası Təhsil nazirliyinin Təhsil Problemləri institutunun direktoru akademik Abdulla Mehrabov, institutun şöbə müdiri elmlər doktoru, professor Yəhya Kərimov, elmlər doktoru, professor Vidadi Xəlilov, Səbayel rayon təhsil şöbəsinin müdiri Sara Xanlarova, uşaq nağılları müəllifi Gülzar İbrahimova, Azərbaycan Respublikası Təhsil nazirliyinin Estetik tərbiyə üzrə respublika tədris-metodik mərkəzinin əməkdaşı İradə Məmmədova, Bakı şəhəri 150 saylı ümumtəhsil orta məktəbinin direktor müavini Mahirə xanım...    >>>

 

2007-ci il təqimatları