|
2004-2006-cı illər Təqdimatlar
"Tunc mələk" kitabının təqdimatı
Təqdimatı Kitab Klubunun
direktoru Elxan Rzayev açaraq aşağıdakıları söylədi:
Hörmətli iştirakçılar.
Siz güman ki, Kitab klubunun fəaliyyəti ilə müəyyən qədər tanışsınız. Onu
bildirmək istəyirəm ki, bu gün Kitab klubu konkret kitabların misalında
«azərbaycan gəncləri kitab oxumur», «kitab alınmır» kimi stereotipləri
aradan qaldırmaq istiqamətində tədbirlərə başlayır.
Gənclərə çağırışımız da bundan ibarətdir: «Müasir ol - kitab oxu!»
Niyə bu çağırışı seçdik. Çünki indi istər xarici şirkətlərə, istər yerli
biznes müəssisələrinə, istərsə də dövlət və hökumət təşkilatlarına kitab
oxumuş və kitab oxuyan insanlar lazımdır. Kitab oxumuş, yəni təhsil almış,
biliklərə yiyələnmiş və kitab oxuyan, yəni dünyanın və biliklərin sürətlə
yeniləşdiyi bir dövrdə öz biliklərini artıran insanlar.
Bu şərtlərə cavab verirsənsə, həqiqətən də müasirsən.
Bu tədbirlərə başlanğıc kimi seçilmiş kitab müasir oxucu və kitab bazarının
bütün meyarlar üzrə tələblərinə tam cavab verir.
- Kitab tamamilə yeni janrda - «qansız döyüş romanı» janrında yazılmışdır;
- kitab ən oxunaqlı formada, döyüş romanı – triller formasında yazılmışdır;
- kitab artıq bestsellerdir, onun rus dilindəki variantı Rusiyaının iki
aparıcı nəşriyyatı tərəfindən 100000-ə yaxın tirağla çap edilmişdir;
- kitab azərbaycan dilinə oxucuların çoxsaylı xahişi ilə müəllifin özü
tərəfindən tərcümə edilmişdir;
- üz qabığının orijinal tərtibatı vardır;
- kitabın müəllifi öz işinin peşəkarıdır.
Bəs həmin müəllif kimdir?
«Tunc mələk» kitabının müəllifi istedadlı yazıçı, «qansız döyüş romanı»
janrının yaradıcısı, analitik Vahid Məmmədlidir.
Vahid Məmməd oğlu Məmmədli (Məmişov) – 1992-ci ildə Rusiya Federasiyasının
Kalinin Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə
bitirmiş, 1991-ci ildə, hələ tələbə ikən Tver vilayətində rayon prokurorunun
köməkçisi vəzifəsinə təyin olunmuşdur. Bakı şəhər prokurorluğunda istintaq
olunan bir çox ağır və çox-epizodlu cinayət işləri üzrə yaradılmış istintaq
qruplarına rəhbərlik etmiş, hal-hazırda Bakı şəhər prokurorluğunun
prokurorluqda istintaqa nəzarət şöbəsinin böyük prokuroru, ədliyyə
müşaviridir.
Azərbaycanda beynəlxalq qarşılıqlı hüquqi yardımın müqavilələr praktikasına
dair ilk monoqrafiyanın müəllifidir. Beynəlxalq cinayət hüqüqu üzrə çoxsaylı
məqalələri Azərbaycanda, Rusiyada və digər xarici ölkələrdə çap edilmişdir.
Hüqüq elmləri namizədi, analitikdir.
Vahid Məmmədli 2007-ci ildə yazdığı «Tunc mələk» əsəri ilə yeni, qansız
(intellektual) döyüş romanı janrının əsasını qoymuş, bu roman onu Rusiya və
digər ölkələrdə dünya ədəbiyyatının istedadlı yazarı kimi tanıtmışdır.
Moskvada 2007-ci ildə «Tunc Allahın yükü», 2008-ci ildə isə «Rus
bestselleri» seriyasında «Cəllad tələsməyi sevmir» adlı kitabları çapdan
çıxıb. Bir çox əsərləri Vlad Məmişov təxəllüsü ilə çap edilir. «Tunc mələk»
əsəri hal-hazırda dünyanın bir çox ölkələrində çapa hazırlanır.
Kitabın son səhifəsindən siz onun nəzərdə tutulan tirajı haqqında da məlumat
ala bilərsiniz. Kitab klubu və müəllif yaxın 6 ay ərzində bu kitabdan 50000
nüsxə satmaq fikrindədir.
Məşğulluq üzündən Vahid müəllim bu tədbirə qatıla bilməmişdir. Lakin bu
təqdimatdan təqribən 2 həftə sonra müəllifin öz kitabını imzalama mərasimi
keçiriləcəkdir. Müəllif həmin tədbirdə alınacaq və artıq alınmış kitablara
imza atacaqdır.
Kitab haqqında məlumatın, onun məziyyətlərinin oxucuya çatdırılması üçün
müxtəlif ənənəvi və yeni üsullardan istifadə ediləcəkdir.
Kitabın reklam posterləri artıq müxtəlif yerlərdə nümayiş etdirilir.
Müəllifin Fan klubunun yardılması planlaşdırılmışdır.
«Tunc mələk» romanı artıq satışa çıxarılmışdır. Kitabın evinizə və ya
işinizə çatdırılmasını istəyirsinizsə 492-12-38 nömrəli telefonla Kitab
klubuna müraciət edə bilərsiniz.
Təbii ki, stereotiplərin aradan qaldırılması, xalqımızın kitaba həvəsinin
artırılması ümumi bir işdir və kütləvi informasiya vasitələrinin və
ictimaiyyətin bu işə fəal qoşulması həlledici amildir. Ona görə də, bütün
KİV nümayəndələrini bu tədbirdə həvəslə iştirak etməyə «Tunc mələk» kitabı
haqqında məlumatı potensial oxuculara çatdırmaq üçün ən orijinal üsullardan
istifadə etməyə çağırırıq.
Son sözümüz isə kitab piratlarınadır. Müəllif və Kitab klubu sizdən xahiş
edir ki, bu gərəkli tədbirə haram qatmayasınız.
Kitab Klubu görkəmli tərcüməçi Seyran Sənan oğlu
Ağabəyovun
“Ağabəylilər” kitabının qeyri-rəsmi təqdimatı və müəllifin 70 illik
yubileyində
13
avqust 2008-ci il tarixində Kitab Klubunun əməkdaşları Qobustan qəsəbəsində
müəllifin bağ evində keçirilən görkəmli tərcüməçi Seyran Sənan oğlu
Ağabəyovun həmmüəllif olduğu “Ağabəylilər” kitabının qeyri-rəsmi təqdimat
mərasimində, həmçinin müəllifin 70 illik yubileyində iştirak etdilər. Qeyd
etmək istərdik ki, S.S.Ağabəyov dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin
ölməz “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarının,
Səməd Vurğunun “Vaqif” dramının ingilis dilinə tərcümə edən ilk
azərbaycanlıdır. Kitabın ikinci müəllifi həmin nəslin davamçısı Yaşar Əli
oğlu Ağabəyovdur.
Ağabəylilər nəslinin övladlarının toplandığı tədbiri açıq
elan edən Klubumuzun əməkdaşı Fazil Kərimov, yubilyarı Kitab Klubunun
adından, onun yenicə “Nurlar” nəşriyyatında çap olunmuş “Ağabəylilər”
kitabını təbrik etdi,
70
yaşı tamam olması münasibətilə xatirə diplomunu təqdim etdi. Bunu da qeyd
etmək vacibdir ki, kitabın ərsəyə gəlməsində Kitab Klubunun, xüsusən Klubun
direktoru Elxan Rzayevin böyük zəhməti vardır. Açılışdan sonra söz kitabın
redaktoru Sahib Sailova verildi. O, öz növbəsində kitabın nəfis şəkildə çap
olmasını bildirdi, nəşrin məziyyətlərindən, faydasından, müəlliflər
tərəfindən çəkilən əziyyətlərdən söhbət açdı. Təqdimat zamanı Ağabəylilər
nəslinin nümayəndələrinin (N.Ağabəyli, Ə.Ağabəyov və s.) qızğın çıxışları və
təbrikləri səsləndi. Kitabda Salyanın Kür Qaraqaşlı kəndinin əsasını qoyan
Ağabəylilər nəslindən, bu nəslin Azərbaycan xalqına bəxş etdiyi igid
oğullarından, istedadlı sənətkarlarından, görkəmli elm, incəsənət
xadimlərindən və nəhayət sadə, zəhmətkeş övladlarından bəhs edilir.
Təqdimatın qeyri-rəsmi hissəsi başa çatdıqdan sonra bədii hissəyə (ziyafət
məclisi) keçid alındı.
Tədbirin sonunda müəlliflər öz nəslinin “Ağabəylilər” kitabını gələn
qonaqlara, bu nəslin davamçılarına hədiyyə etdilər.
Kitab Klubunda Rövşən Əlizadənin
“AZƏRBAYCAN FOLKLORUNDA TƏBİƏT KULTLARI”
kitabının təqdimatı keçirildi
Ötən gün Kitab Klubunda filoloq, Milli Elmlər Akademiyasının (AMEA) Folklor
İnstitutunun elmi işçisi Rövşən Əlizadənin "Azərbaycan folklorunda təbiət
kultları" kitabının təqdimatı keçirilib. AMEA-nın Folklor İnstitunun Elmi
Şurasının qərarı ilə çap olunan kitabın ön söz müəllifi Seyfəddin Rzasoy
sözügedən əsərin ciddi elmi əsaslara söykəndiyini qeyd etdi. Onun fikrincə,
müəllifin kitabda "onqon" anlayışına münasibət bildirməsi və bu məhfumun
kultdan, totemdən köklü şəkildə fərqləndiyini göstərməsi diqqətəlayiqdir.
Kitab Klubunun əməkdaşı Fazil Kərimli nəşrin aktual mövzuya həsr olunduğunu
bildirərək, folklorsevənlərin marağına səbəb olacağına inandığını dedi.
Filologiya elmləri namizədi Elxan Məmmədli gənc həmkarının uğuruna
sevindiyini və iki fəsildən ibarət əsərin canlı və cansız təbiət kultunu
araşdırmaq baxımından qiymətli monoqrafiya olduğunu qeyd etdi.
AMEA-nın elmi işçisi Fəxrəddin Salim əsərdə türkçülüyün görünməyən
tərəflərinin araşdırıldığını bildirdi.
AMEA-nın Folklor İnstitunun elmi işçiləri Qalib Sayılov, Atəş Əhmədli, Əli
Kərimbəyli, Yaşar Qasımov kitabın nəşrinin təkcə müəllifin deyil, ümumilikdə
Folklor İnstitutunun uğuru olduğunu söylədilər.
Tədbirin sonunda müəllif çıxış edərək ürəyində hər zaman türk sevgisi
gəzdirdiyini vurğuladı və əsərdə ilk dəfə olaraq "Alp Ər Tonqa" dastanını
rekonstruksiya etdiyini qonaqların diqqətinə çatdırdı.
Məlumat üçün qeyd edək ki, aktual elmi problemlə bağlı monoqrafiyada məhz
təbiət cisimlərinin mifoloji düşüncənin ilkin obyektləri olduğu, ilkin
mifoloji obraz və süjetlərin təbiət cisimlərinin mifikləşdirilməsi
nəticəsində yarandığı göstərilir.
Tədbirin sonunda müəllif öz kitablarından gələn
qonaqlara və Klubun əməkdaşlarına hədiyyə etdi.
------------------------------------------------------------------------------------------------------------------------------------------------
Rövşən
Əlizadə
Azərbaycan folklorunda təbiət kultları
Monoqrafiyada müəyyənləşdirilmişdir ki, məhz təbiət cisimləri mifoloji
düşüncənin ilkin obyektləri olmuş, ilkin mifoloji obraz və süjetlər
təbiət cisimlərinin mifikləşdirilməsi nəticəsində yaranmışdır. Kitabdan
türk kult sistemi ilə maraqlanan alimlər, tədqiqatçılar, müəllim və
aspirantlar faydalana bilər.
“Nurlan”, 2008, 176 səh., 15x20, yumşaq, 500
Qiyməti : 5 AZN
Elizadə
Rövshən Tofiq oğlu – 1972-ci ildə Tərtər şəhərində anadan olmuşdur.
1995-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini
bitirmişdir. Sonrakı dövr ərzində Türkiyə Respublikasında mətbuat,
təhsil sahələrində işləmişdir. 2003-cü ildə Bakıya dönmüş və Azərbaycan
Milli Elmlər Akademiyasının Folklor İnstitutunda elmi işçi vəzifəsində
çalışmağa başlamışdır. Türkiyə mətbuatında olduğu kimi Azərbaycan
mətbuatında da xeyli sayda məqalələri çap olunmuşdur. Onlarla elmi,
yüzlərlə elmi-publisistik məqalənin müəllifidir. Bu yaxınlarda elmi
monoqrafiyası –Azərbaycan folklorunda təbiət kultları - adlı kitabı
çapdan çıxmışdır.
R.Əlizadə hazırda AMEA Folklor İnstitutunun elmi işçisidir. Eyni zamanda
Xalqın rəyi –qəzetinin baş redaktorudur.
27.05.2008 tarixdə
Kitab Klubunun Sərgi Salonunda yazıçı Elçin Hasanın
“SPİD-ə YOLUXMUŞ ANJELA PETROSYAN BAKIDA” kitabının təqdimatı keçirildi
May ayının 27-si Elçin Hasanın
"Spid-ə yoluxmuş Anjela Petrosyan Bakıda" vəhşət-kitabının təqdimatı
oldu. Kitab Klubunun direktoru Elxan Rzayev gələn qonaqları və media
nümayəndələrini salamlayaraq, yeni kitab barəsində ətraflı məlumat
verdi. O bildirdi ki, kitabı 2 ay bundan öncə, rusca kiçik formatda
Kitab Klubu çap etdirmişdir. Lakin biz belə düşündük ki, bu kitabı rus
dilini bilməyən azərbaycanlılar da oxumalıdırlar. Bu səbəbdən onu
Azərbaycancaya tərcümə edib yenidən nəşr etdik. Müəllif öz növbəsində
kitabda əks olunan maraqlı məqamlara
toxundu.
Kitab 1971-ci ildə Ermənistanın paytaxtı
Yerevanda anadan olmuş erməni qızı Anjela Petrosyandan danışır. O, SPİD
xəstəliyin, mübtəladır.
O, 2002-2006-cı illərdə Bakıda yaşamış və 48 azərbaycanlı kişi ilə cinsi
əlaqədə olmuşdur. Həmin şəxslərin hamısı həmin xəstəliyə tutulmuşlar.
Bu kitabda müəllif - Elçin Hasan Anjela Petrosyan və yuxarıda qeyd
edilən dövrdə onun Bakıdakı fəaliyyəti haqqında söz açılmışdir. Müəllif
2006-cı ildə onunla rastlaşmış və peşəkar söhbət aparmışdır.
Kitabda Anjela Petrosyanın gündəlikləri, məktubları və qeydləri də
verilmişdir. Siz onun Azərbaycanda necə yaşadığı və məqsədinin nədən
ibarət olduğu haqqında oxuya biləcəksininiz.
Bir erməni qadınının Bakıda 48 kişini SPİD-ə yoluxdurması gerçəkliyi nə
dərəcədə əks etdirir? Belə hərəkətlərin bir fəlsəfəsi varmı? Yazıçı
həmin qadın haqqında daha nələri bilir? Onun bu əsərə daxil etmədiyi
faktlar və məlumatlar varmı? Təqdimat zamanı müəllif bu və başqa
sualları cavablandırdı.
Kitab Klubun direktoru sonda gələn
qonaqlara təşəkkürünü bildirib, gələcəkdə kitabı böyük tirajla çap
etdirib Azərbaycana və xaricə yaymaq vikrini də çatdırmağı unutmadı.
Təqdimat zamanı qonaqlara kitab
paylanıldı.
-----------------------------------------------------------------------------------
Elçin Hasan – 1965-ci ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olub.
(atası – tanınmış Azərbaycan fizikidir). Bakılı, rusdilli yazıçıdır.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Texniki elmlər namizədidir. İlk
kitablarının “Uğurun əsası”, “Özünü kəşf et” nəşrlərindən sonra
tanınmağa başlayıb. 15-dən çox kitab müəllifidir. Yazdığı kitabların
mövzusu əsasən detektiv, publisistika, tarix, avtobioqrafiya və s.
Evlidir, iki övladı var.
Mətbuat konfransı
Kitab Klubu, 17 may 2008-ci il
XXI Tehran
Beynəlxalq Kitab Sərgisi
XXI Tehran Beynəlxalq Kitab Sərgisi 01-11 may 2008-ci il tarixində İran
İslam Respublikasının paytaxtındakı Müsəllada (Namazgahda)
keçirilmişdir. Əldə hələ tam olmayan məlumatlara görə çox böyük bir
ərazini əhatə edən bu kompleksin 45000 kvadrat metri yerli naşir və
kitab tacirlərinin, təqribən 5000 kvadrat metri isə xarici nəşriyyat və
müəssisələrin sərəncamına verilmişdi.
Sərgiyə gün ərzində təqrbən 200-250 min insan gəlirdi.
Sərgidə Azərbaycan Respublikası iki bölmə ilə təmsil olunmuşdur.
Bölmələrdən biri İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkə kimi
Azərbaycan Respublikasına ayrılmış və İİR-dəki Azərbaycan səfirliyi
tərfindən təchiz edimişdir. İkinci bölmə isə Kitab klubu və Beynəlxalq
Əl-Hoda nəşriyyatının Bakı şöbəsi tərəfindən təchiz edilmişdir.
Sərginin gedişində Azərbaycan Respublikası günü keçirilmişdir.
Kitab klubu sərgiyə təqribən 150 adda 500 nüsxəyə yaxın kitab
aparmışdır. Kitabların mövzusu Azərbaycan tarixi, dili, ədəbiyyatı,
Qarabağ problemi və Xocalı soyqırımı ilə bağlı olmuşdur. Təqribən 40
adda uşaq kitabları nümayiş etdirilmişdir.
Aparılan kitablar Azərbaycan Respublikasında fəaliyyət göstərən
Şərq-Qərb, Adiloğlu, Əbilov Zeynalov və oğulları, Qanun, Altun kitab,
Tutu, Şirvannəşr, Azərnəşr, Oka-ofset, Min bir mahnı, Nafta Press,
Qələm, Kitab Klubu və s. nəşriyyat və müəssisələrin məhsulu olmuşdur.
Kitab klubu sərgidən İİR-də ərəb qrafikası ilə azərbaycan dilində nəşr
edilmiş kitablardan nümunələr gətirmişdir. Bu kitablara bizim sərgi
salonunda baxmaq olar.
Kitab klubu və AСİ YF-Azərbayсan «Sınaq nüsxəsi» layihəsi
Layihənin məqsədi Azərbayсan müəlliflərinin maddi imkansızlıq üzündən
gizli qalmış potensialını üzə çıxartmaqdır.
Kitab klubu müəllifin elektron variantda təqdim etdiyi, indiyə qədər çap
edilməmiş əsərini mütəxəssis rəyinə göndərir. Rəy müsbət olduğu halda
onu 20 nüsxə tirajla çap edib, kitab mağazalarına, kitabxanalara və
iсtimai mərkəzlərə göndərərək kommersiya tutarlılığnı öyrənir. Həm
ədəbi, həm də kommersiya сəhətdən dəyərli əsərlər çap edilmək üçün
nəşriyyatlara təklif ediləсək və ya Kitab klubu tərəfindən daha böyük
tirajla nəşr ediləсəkdir.
Layihəyə təqdim edilən əsərlərin canrına məhdudiyyət qoyulmur.
Layihə haqqında daha geniş məlumatı www.kitabklubu.org internet
səhifəsindən oxuya bilərsiniz.

Bu gün həmin layihənin ilk kitabını – Rövşən Yerfi təxəllüsü ilə yazan
Rövşən Həsənlinin «Qadın düşərgəsi» və «Sel» povestlərini sizə təqdim
edirik. Bu kitaba həm ədəbi, həm də kommersiya yönümlü bir sıra müsbət
rəylər alınmışdır.
Ümid edirik ki, bu ilk kitabın addımları sayalı olaсaqdır.
Növbəti məlumatımız Kitab Klubunun hər il təşkil etdiyi Respublika Kitab
Satış-Sərgisi ilə əlaqədardır. Bildiyiniz kimi həmin tədbir hər il may
ayının 3-сü həftəsinin sonunda keçirilir Rəssamlar İttifaqının
V.Səmədova adına sərgi salonunda keçirilir. Bildirmək istəyirik ki, bu
il həmin salonun təmirdə olması ilə əlaqədar payıza qədər təxirə
salınır.
"Kitabşünaslıq və nəşriyyat işi"
jurnalının təqdimatı
26 aprel 2008-ci ildə Kitab Klubunda (Mustafa Sübhi küçəsi 13)
“Kitabşünaslıq və nəşriyyat işi” jurnalının təqdimatı keçirildi. Tədbiri
ənənvi olaraq Klubun direktoru E.Rzayev açdı və belə bir gərəkli
jurnalın kitabsevərlər, nəşriyyat işçiləri və kitabçılar üçün
maraqlı bir mətbu orqan - "Kitabşünaslıq və nəşriyyat işi" jurnalının
birinci sayının (yanvar-mart) qədəmlərini təbrik etdi, ürək sözlərini
bildirdi. Elmi-nəzəri və təcrübi məzmun daşıyan jurnalda kitab və
kitabçılıq işinin ən aktual, maraqlı məsələləri - kitab nəşri, təbliği,
yayılması, tərtibatı, oxucu-kitab münasibətləri işıqlandırılıb.
Sözü ikinci olaraq jurnalın təsisçisi, BDU-nin professoru Bayram
Allahverdiyevə verdi.
Bayram
müəllim gələn çoxsaylı qonaqları salamladı və jurnal haqqında
aşağıdakıları söylədi:
İldə 4 dəfə çap olunacaq jurnalın birinci nömrəsi (yanvar-mart) bir neçə
gün bundan əvvəl çapdan çıxmışdır. Bu elmi-nəzəri və təcrübi jurnalda
kitab və kitabçılıq işinin ən aktual və maraqlı məsələləri, yəni kitab
nəşri, təbliği, yayılması, tərtibatı, oxucu və kitab münasibətləri və s.
işıqlandırılmışdır.
Jurnalın birinci nömrəsindəki materiallar, aşağıdakı rubrikalar
(şöbələr) daxilində verilmişdir: “Kitabşünaslıq”, “Kitab nəşri
problemləri”, “Kitabçılıq işi”, “Kitab tərtibatı”, “Jurnalistika
problemləri”, “Mətnşünaslıq” və s.
Kitabşünaslıq rubrikasında “XX əsr Azərbaycan kitabşünaslığına nəzəri
baxış” və “Azərbaycan kitab tipologiyasının müasir problemləri” adlı çox
maraqlı elmi-nəzəri məqalələr dərc edilib. Hər iki məqalədə geniş oxucu
kütləsi üçün maraqlı olan mövzular haqqında şərhlər verilir. Məsələn,
“XX əsr Azərbaycan kitabşünaslığına nəzəri baxış” adlı yazıda XX əsrdə
kitab haqqında elmin inkişafı, onun elmi təfəkkür sistemi kimi
zənginləşməsi, kitab tipologiyasının janr və metodları haqqında maraqlı
məlumatlar var.
Jurnalın ikinci böyük rubrikası “Kitab nəşri problemləri” adlanır.
Burada, “Azərbaycanda uşaq kitablarının nəşri”, “M.Ə.Sabirin əsərlərinin
nəşri və tərtibi xüsusiyyətləri”, “Müəlliflik hüququnda əlaqəli hüquqlar
anlayışı”, “Elektron informasiya resurslarının qısa xarakteristikası”,
“Elektron nəşrlərin inkişaf mərhələləri və reallaşdırılması yolları”
adlı məqalələr verilmişdir. “Elektron informasiya resurslarının qısa
xarakteristikası» adlı məqalə müasir dövrlə xüsusilə səsləşir. Belə ki,
ilk dəfə bu jurnalda “Elektron informasiya resursları”, “Elektron sənəd”
və “Elektron nəşr” anlayışları haqqında məlumatlar oxucuların
istifadəsinə verilir. Elektron məlumatlar – rəqəm, hərf, simvol və
onların kommunikasiyası, elektron proqramlar, “Məlumatın emalı” və
müəyyən vəzifələri yerinə yetirən operator qrupları və s. bir resursda
əlaqəli şəkildə izah edilir. Oxucular bu məqalə vasitəsilə elektron
sənəd və elektron nəşrin mahiyyəti, məzmunu və quruluşu ilə də tanış ola
bilərlər.

“Kitabçılıq işi” şöbəsində də oxuculara çox maraqlı yazılar təqdim
olunur. Məsələn, “Əlyazma kitabları orta əsr Azərbaycan kitabxana
fondlarının təşkilinin əsası kimi”, “Azərbaycanda kitabçılıq işinin
təşkili və inkişafı məsələləri”, “Çap məhsullarının yayılmasında
istifadə edilən yeni üsullar» və «Azərbaycanda tərcümə tarixindən” və s.
Bu rubrikada verilmiş çap məhsullarının yayılmasında istifadə edilən
yeni üsullar nəşriyyat və kitab ticarəti işçiləri üçün çox maraqlı
yeniliklərlə zəngindir. Burada nəşriyyat məhsullarının istehlakçılara
çatdırılmasının yeni üsulları: satış və onun stimullaşdırılması, tədarük
və əmtəə çeşidinin yaranması, iri əmtəə partiyalarının xırdalıqlara
parçalanması, daşınma, maliyyələşdirmə, riskin qəbul edilməsi, bazar
haqqında informasiya verilməsi, idarəetmə üzrə xidmətlər və məsləhətçi
xidmətləri haqqında dünya təcrübəsi ilə əlaqəli şəkildə məlumatlar öz
əksini tapmışdır. Məqalənin ən əhəmiyyətli cəhətlərindən biri budur ki,
bazar iqtisadiyyatı şəraitində müəssisənin yerləşdirilməsi, qiymətlər
haqqında qərarlar, pərakəndə ticarət və s. haqqında yeni məlumatlar
verilir. Bu məqalə indiki şəraitdə kitabın yayımının bütün yeni
üsullarını və formalarını əhatə edir.
Jurnalın bu nömrəsində “Kitab tərtibatı”, “Jurnalistika problemləri” və
“Mətnşünaslıq” rubrikalarında da oxucuların marağına, sevincinə səbəb
olan məqalələr, yazılar dərc edilmişdir. Məsələn, “Orta əsr Azərbaycan
xəttatlıq sənəti”, “Mətbuatın özəl sektorunun yaranması tipoloji
sistemin zənginləşməsinin əsası kimi” və «Tarixi mifoloji mətn və onun
analitik təhlili» və s. məqalələrdə oxuculara ən yeni məlumatlar,
nailiyyətlər, axtarışların nəticələri çatdırılır.
Göründüyü kimi, “Kitabşünaslıq və nəşriyyat işi” adlı jurnal öz
oxucularını kitabla bağlı bir çox sorğu və tələblərlə tanış edəcək,
onların bilik və məlumatlarını zənginləşdirəcək. Əminik ki,
“Kitabşünaslıq və nəşriyyat işi” jurnalı öz məram və məqsədi ilə
oxucular tərəfindən rəğbətlə qarşılanan və sevilərək oxunan kütləvi
jurnallardan biri olacaqdır.
Klubda Maksim
Musayevin “HEYDƏR ƏLİYEVİN QAYIDIŞI PARLAMENTDƏ”
kitabının təqdimatı keçirildi (18.04.2008)
18.04.2008
tarixdə Kitab Klubunda Maksim Musayevin “Heydər Əliyevin qayıdışı
parlamentdə” kitabının təqdimatı keçirildi. Tədbir zamanı kitabın
müəllifi olan Maksim Musayev öz kitabını ərsəyə gəlməsi haqqında ətraflı
söhbət açdı. Söhbət zamanı M.Musayev Millət vəkili işlədiyi dövrlərə
qayıdaraq Heydər
Əliyev
haqqında öz xatirələri ilə bölüşdü.
Maksim
Musayev
"Heydər Əliyevin qayıdışı parlamentdə"
Müəllifin bu kitabında özünün bilavasitə iştirak etdiyi və şahidi olduğu
hadisələr əsasında dövlətimizin tarixi şəxsiyyəti Heydər Əliyevin ölkə
rəhbərliyinə yenidən qayıdışının təşkili, o zamanlar xalqımızın taleyi
ilə bağlı mühüm məsələlərin aparılması və həlli, xüsusilə parlamentdə bu
sahədə görülən işlər əks olunmuşdur. Yaxın taleyimizi daha dərindən
öyrənmək üçün bu kitabdakı məlumatların müstəsna əhəmiyyəti vardır.
Kitab vətən tariximizi diqqətlə öyrənən, oxucular, siyasət adamları,
parlament üzvləri və gələcəkdə milləti təmsil etməyə hazırlaşan gənclər
üçün vacib məlumatlarla zəngindir.
ISBN 9952-403-35-6, “Günəş” nəşriyyatı, 2007, 192 səh., 13x20, sərt
qapaq, tiraj 500
MAKSİM TALIB OĞLU MUSAYEV (qısa arayış)
Qərbi Azərbaycanda anadan olmuşdur. İrəvanda orta məktəbi, Gəncədə
texnikumu, Leninqradda (Sankt-Peterburq) aspiranturanı və Ali Partiya
məktəbini bitirmişdir. Tambov vilayəti Miçurinsk şəhərində alimlik
dərəcəsi almışdır. Əmək fəaliyyətinə Vedi ra-yonunun Şirazlı kəndində
müəllimliklə başlamış, Azərbaycan Komsomolu Mərkəzi Komitəsində,
Azərbaycan Respublikası Xalq Nəzarəti Komitəsində, Azərbaycan KP Mərkəzi
Komitəsində işləmişdir. Azərbaycan Dövlət Qaçqınlar Komitəsi sədrinin
müavini, Qax rayon Partiya Komitəsinin birinci katibi, Xızı rayon
Sovetinin sədri və İcra Hakimiyyətinin başçısı vəzifələrində işləmişdir.
Azərbaycan Respublikası Ali Sovetinin və Milli Məclisinin 15 il
fasiləsiz deputatı olmuşdur. Rayon Sovetlərinə 12 il deputat
seçilmişdir. Milli Məclisin Yerli özünü idarəetmə məsələləri daimi
komissiyası sədrinin müavini kimi Bələdiyyələr haqqında ilk qanunları
hazırlayanlardan biridir. Deputat olduğu müddətdə Parlamentlərarası
İttifaqın üzvü və Azərbaycan - Çin Parlamentlərarası Əlaqələr üzrə işçi
qrupunun rəhbəri seçilmişdir. Parlamentə aid 6 kitab müəllifidir.
Təqdimatın
sonunda müəllif əziyyət çəkib gələn qonaqlara öz təşəkkürünü bildirdi.
Kitab Klubunun Sərgi
Salonunda Şahlar Əsgərovun “DÜŞÜNCƏ TƏRZİ”
kitabının təqdimatı
Bakı Dövlət
Universitetinin professoru Şahlar Əsgərovun "Düşüncə tərzi" adlı
kitabının aprelin 12-də Kitab Klubunda təqdimatı oldu.
Kitabda bəzi ictimai-sosial hadisələr və proseslər müasir dünya görüş
işığında təqdim edilmişdir. Kitab 4 fəsildən ibarətdir: düşüncə tərzi,
dövrün səciyyəsi və fəlsəfəsi, şərq-qərb düşüncə tərzi, fəlsəfi yüklü
məqalələr.
Bir tərəfdən biz qloballaşma şəraitində bir ictimai siyasi quruluşdan
digərinə keçir, digər tərəfdən Şərq ölkəsi olaraq Qərbə inteqrasiya
yolunu tutmuşuq. Bu proseslər çoxlu suallar törədir və həlli vacib çoxlu
problemlər yaradır. Keçidləri asanlaşdırmaq, problemləri həll etmək,
suallara cavab vermək üçün yeni dünya görüşə və düşüncəyə ehtiyac
böyükdür. Yeni düşüncə milli, bəşəri və liberal-demokratik dəyərlər
əsasında formalaşa bilər.
Qeyd edək ki, Ş.Q.Əsgərov 180-dən çox elmi, 600-dən çox elmi-publisistik
məqalənin müəllifidir. Cəmiyyətimizdə gedən ictimai-siyasi proseslərə öz
münasibətini “Birliyin mayası haqq-ədalətdir”, “Keçid dövrünə fəlsəfi
baxış”, “Hamımızın bir vətəni var - bu da Azərbaycandır”, “Birlik
probleminə fəlsəfi baxış” və “Təhsilimiz dünən, bu gün, sabah”
kitablarında bildirmişdir.
1995 - 2005-ci illərdə Milli Məclisin üzvü, 2000-ci ildən Elm və təhsil
məsələləri daimi komissiyasının sədri vəzifəsində çalışmışdır. Bir çox
beynəlxalq elmi qurumların və Azərbaycan Jurnalistlər Birliyinin
üzvüdür.
Təqdimatın sonunda
Ş.Əsgərov və Kitab Klubunun direktoru gələn qonaqlara və Media
əhlinə öz minnətdarlıqlarını bildirdilər, onlara
müəllif öz imzası ilə kitablarını bağışladı.
Aprelin 5-də Kitab
Klubunda Kurt Davidin “Çingiz xan”ın Azərbaycan dilinə
tərcümə olunmuş
variantının təqdimatı
Aprelin 5-də Kitab
Klubunda müasir alman ədəbiyyatında tarixi romanlar müəllifi kimi
tanınan Kurt Davidin “Qara Qurd” və “Tengeri, Qara Qurdun oğlu”
dilogiyasının birinci kitabı olan “Çingiz xan”ın Azərbaycan dilinə
tərcümə
olunmuş variantının təqdimatı keçirilmişdir.
Tədbirdə çıxış edənlər (Elxan Rzayev (Kitab Klubunun direktoru), Munisə
Dadaşqızı - kitabın tərcüməçisi, Vilayət Hacıyev (Az-n Dillər
Universitetinin tərcümə fakültəsinin dekanı, dosent), Mübariz Məmmədli
(Nizami Gəncəvi adına muzeyin direktor müavini), Maksim Musayev
(keçmiş millət vəkili), Səlim Babullaoğlu (Dünya Ədəbiyyatı dərgisinin
tərcüməçi), Fazil Kərimov (Kitab Klubunun
əməkdaşı), Əlikram Müzəffər) bildirmişlər ki, kitab tarixə vahid
monqol dövlətinin banisi kimi düşmüş, bütün Avrasiyanı öz cənginə almış,
əsilzadə noyonların rəiyyət üzərində ağalığını Yasa-qanunlar məcəlləsini
təsbit etməklə, tarixdə ilk konstitusiya yaratmış böyük sərkərdə
Timuçinin - Çingiz xanın hakimiyyətə gəldiyi və öz hakimiyyətini
möhkəmləndirdiyi dövrü əks etdirmişdir. Bildirilmişdir ki, müəllif
təxəyyülünün məhsulu olmayan bu əsərdə tarixi məxəzlərə istinad edən
Kurt David öz qəhrəmanının həyatını oxucularına yaxından yaşatmaq üçün
Monqolustan ərazisini qarış-qarış gəzmişdir.
Kitabı alman dilindən Azərbaycan dilinə AMEA-nın Nizami Gəncəvi adına
Azərbaycan ədəbiyyatı muzeyinin kiçik elmi işçisi Munisə Dadaşqızı
tərcümə etmişdir. Kitabın redaktoru Azərbaycan Dillər Universitetinin
tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyevdir.
Tədbirdə oxucuları maraqlandıran suallara cavab verilmişdir.
Kitab Klubunda türk
yazıçısı ilə tanışlıq
Yanvarın 30-u Kitab Klubunda Türk
ədəbiyyat aləmində öz sözünü demiş, türk yazıçısı Rəcəb Şükrü Güngörlə
Azərbaycan oxucuları arasında görüş, həmçinin yazarın yeni çap edilmiş
"Yas ayini" (Hekayələr) kitabının təqdimatı keçirildi. İlk əvvəl qonağı
Kitab Klubunun direktoru salamladı və yazara xoş sözlər söylədi, sonra o
Azərbaycanda kitab aləmində sürən məsələrdən danışdı. Klubda keçən
tanışlıq mərasimində gənc türk yazıçısı öz əsərlərindən, Türkiyədə
hazırda tanınmış yazıçılardan, ədəbiyyat səhnəsində baş verən
hadisələrdən söhbət açdı. Türkiyəli qonağa Azərbaycan yazarları və
oxucuları öz suallarını ünvanladılar. Görüş çox isti və maraqlı
söhbətlərlə keçdi. Tədbirdə türk yazıçısından başqa Azərbaycanın gənc
yazarlarından Rasim Qaraca, Rafiq Tağı, müəllim Əlövsət Əmirbəyli və s.
qonaqlar iştirak edirdilər.
Sonda müəllif öz kitablarından Kitab Klubunun fondu üçün bağışladı.
-------------------------------------------------------------------------
RƏCƏB
ŞÜKRÜ GÜNGÖR
1971 ildə Türkiyənin Qəhrəman Maraş şəhərində anadan olub, ilk və orta
təhsilini burada tamamlayıb. Cümhuriyyət Universiteti Ədəbiyyat
Fakültəsindən məzun olub. Hekayələri: Martı, Okuntu, İnsan Saatı,
Yalqızardıç, Yitik Düşler, Sühan, Kaşgar, Ədəbiyyat Yaprağı, Tasfiye,
Yeddi İklim, Hece Hekayə, Sızıntı, Yağmur Ardıç, Kuyudakı Koro
dərgilərində yayımlandı. İdeal Kariyer və Duyğu Dəryası dərnəklərinin
yazarlıq kurslarında "Hekayə Yazma Texnikləri və Bizim Hekayəmiz"
mövzusunda dərslər verdi. "Toyuqçunun Ölümü" adlı hekayəsiylə "Radio
Həyat 2005 Hekayə Ödülü"nü qazandı.
Yazar, Fatih Kollecində ədəbiyyat öyrətmənliyi edir.
---------------------------------------------------------------------------
Rəcəb Şükrü Güngör
Yas ayini. Hekayələr
Örxan Pamukun Nobel zəfərindən sonra Türk ədəbiyyatı dünyanın diqqət
mərkəzinə gəldi. Bu ölkədə nəsr əsərləri yaradan daha kimlər var?
Yeni-yeni əsərlər və yazıçılarla tanış olduqca Azərbaycan oxucusu
çoxsəsli Türkiyə ədəbiyyatının ümumi mənzərəsini tanımağa çalışır. Bu
mənzərəni yaradanlar- dan biri Rəcəb Şükrü Güngördür. Öz ölkəsində
gəlişməkdə olan çox fərqli bir nəsr ənənəsinin davamçısı olan
R.Ş.Güngörün Azərbaycan oxucusuyla ilk tanışlığıdır bu kitab.
İlin yekunları ilə bağlı 4 jurnalist mükafatlandırıldı
Dekabrın 28-də ötən ilin yekunları ilə bağlı Bakı Kitab Klubunun sərgi
salonunda (Mustafa Sübhi, 13) kitab işinin inkişafına yardım göstərən Media
işçilərinin mükafatlandırılma mərasimi keçirilib.
Mərasimdə Azərbaycan mediasında fəaliyyət göstərən dörd jurnalist – Muradova
Nərmin Eldar qızı (“Paritet” qəzeti), Qasımova Ülkər Rəşid qızı (APA),
Əsədov Bariz Əsəd oğlu (“Azərbaycan” qəzeti) və Nağıyev Sabutay Yavər oğlu
(“Mədəniyyət” qəzeti) Bakı Kitab Klubunun təsis etdiyi "Mətbuatda dərc
olunmuş məqalələri ilə ölkədə kitab işinin inkişafına etdiyi köməyə görə"
nominasiyasında klubun fəxri diplomu və qiymətli hədiyyələrlə təltif
edilmişdir. Qeyd edək ki, jurnalistlərə mukafatları 101,7 FM – Azadlıq
Radiosunun Bakı ofisi təqdim edib.
Xatırladırıq ki, bu nominasiya 3 ildir ki, təsis olunub. Artıq Muradova
Nərmin (“Paritet” qəzeti) və Əsədov Bariz (“Azərbaycan” qəzeti) iki dəfə
həmin mükafata layiq görülüblər.
Tədbirdə Media nümayəndələrinə qurumun həyata keçirdiyi layihələr,
təqdimatlar, yeni nəşrlər, klubun buraxdığı jurnal-kataloqun yeni nömrələri
barədə də məlumat verildi.
«XARİCİ ÖLKƏLƏRİN KİTABLARI» LAYİHƏSİ
Bakıda İran İslam Respublikasının kitabları həftəsi başladı
Xəbər verildiyi kimi, Bakı “Kitab Klubu” "Xarici ölkələrin kitabları ilə
tanışlıq" adlı layihə çərçivəsində xarici ölkələrin kitablarının
nümayişi həftələrinin keçirilməsini davam etdirir.
Bu layihə çərçivəsində 26 noyabr 2007-ci il tarixində Kitab Klubunun
təqdimat zalında (Mustafa Sübhi küç. 13, “Axundov Bağı”ndan yuxarı, 150 №-li
məktəbin yanı) İran İslam Respublikasının kitabları həftəsinin açılışı oldu.
Tədbirdə media nümayəndələri ilə yanaşı Azərbaycan nəşriyyatlarının
nümayəndələri, İran Mədəniyyət Mərkəzinin rəhbərliyi və İranın “Əl Hoda”
dövlət nəşriyyatının nümayəndələri iştirak edirdi.
Tədbirin açılışında İran Mədəniyyət Mərkəzinin nümayəndəsi Həmid Səfəvi,
Beynəlxalq “Əl Hoda” nəşriyyatının Bakı şöbəsinin nümayəndəsi Rəfail
Babayev, Bakı “Nafta-Press” nəşriyyatının direktoru Hafiz Abıyev və Bakı
“Kitab Klubu”nun direktoru Elxan Rzayev çıxış etdilər.
Sərgidə İran və Azərbaycan mətbəələrində çap olunmuş həm İran, həm də
Azərbaycan nəşriyyatlarının müxtəlif mövzuda və müxtəlif çeşiddə 200-dən
artıq kitabı nümayiş etdirilir. Nümayiş etdirilən kitablar içərisində fars
dilindən başqa, Azərbaycan, ingilis, rus və s. dillərdə kitablar da vardır.
Kitablar içərisində əski əlifba ilə çap olunmuş Azərbaycan dilində kitablar
da az deyil. Qeyd edək ki, unikal kitablar sırasından fars dilində Tehranda
çap olunmuş 45 cildlik İslam Ensiklopediyasının ilk 11 cildi də nümayiş
etdirilən ədəbiyyat sırasındadır.
Tədbir 10 dekabra kimi davam edəcəkdir.
Sərginin iş saatları – bazar günündən başqa hər gün 10:00-dan 19:00-a
qədərdir.
İran İslam Respublikasının sərgilənəcək kitablarının
siyahısı: >>>
Kitab Klubunun Sərgi Salonunda Fazil Qaraoğlunun
“ERMƏNİLƏR VƏ HƏQİQƏTLƏR” (rəsmi sənədlərlə) kitabının
təqdimatı keçirildi
Oktyabrın 20-də Kitab Klubunda “Ermənilər və həqiqətlər” (rəsmi sənədlərlə)
1 cild kitabının təqdimat mərasimi keçirilib. Tədbirin aparıcısı tarix e.
d., BDU-nun professoru Elmira
xanım Muradəliyeva Türkiyədə yaşayan müəllif Fazil Qaraoğlunun öz kitabının
təqdimatına gələ bilməsini açıqladı, kitabın aktual cəhətləri barədə danışıb
sözü tarix e.d. Süleyman Əliyarlıya verdi. O, kitab və “erməniçilik”
ideologiyası ətrafında geniş məlumat verdi, Türkiyədə yaşayan, belə bir
kitabın yazılmasında tədqiqatçıya təşəkkürünü bildirdi. Kitabın baş
redaktoru Əlövsət Əmirbəyli öz növbəsində kitabın ərsəyə gəlməsində böyük
zəhmətlərin olmasını vurğuladı. Geniş məlumat verən baş redaktor, kitabda
toplanan rəsmi sənədlər ətrafında danışdı. Klubun direktoru Elxan Rzayev və
əməkdaşı Fazil Kərimli də bu kitabın aktuallığını, onun bir neçə dilə
tərcümə edib yayılmasının vacib olduğunu qeyd etdilər. Tədbirdə "Vətəndaş və
tarix" kitabının müəllifi,
tarixçi İrşad İbrahimov “Böyük Ermənistan” xülyaları haqqında öz fikirlərini
söylədi. Tanınmış kinorejissor, bir sıra kitab müəllifi Nazim Rza
İsrafiloğlu ermənilərin törətdikləri vəhşilikləri, yeni çəkilən film, bu
mövzuda Türkiyədə alıb oxuduğu kitablar barəsində öz düşündüklərini tədbir
iştirakçılarına çatdırdı.
Tədbirdə Fazil Qaraoğlunun “Ermənilər və həqiqətlər” (rəsmi sənədlərlə)
kitabı gələn qonaqlara pulsuz paylandı.
Sonda təqdimatın aparıcısı E. Muradəliyeva gələn qonaqlara öz təşəkkürünü
bildirdi.
____________________________
Kitab haqqında geniş məlumat:
Prof. Fazil Qaraoğlu
Ermənilər və həqiqətlər (rəsmi sənədlərlə) 1 cild
Türk - Erməni münasibətlərinə dair dünyada aparılan araşdırmaların ətraflı
öyrənilməsi mühüm məsələlərdən biridir.
Fazil Oaraoğlunun “Ermənilər və həqiqətiər” adlı kitabı məhz bu səpkidə
yazılmış əsərdir. Kitabda 350 adlı qaynaq və elmi əsərlərdən istifadə
olunmuşdur. Bunların sırasında ermənilər tərəfindən yazılan əsərlərin
təhlili və onların qeyri-elmi baxışı, mövqelərinin qeyri-obyektiv olması
sübuta yetirilir. Eyni zamanda kitabda Türkiyə Cümhuriyyətinin arxiv
sənədlərindən geniş istifadə olunmuşdur və bu da Azərbaycan tarixşünaslığı
üçün böyük maraq kəsb edir. Bunların sırasında erməni komitələrinin
yaranması və fəaliyyəti, Van vilayətində törətdikləri hadisələr, Zerə
faciəsi, Bitlis ve Muş vilayətlərində ermənilərin törətdikləri vəhşiliklər,
eyni zamanda 1918-1920-ci illər ermənilərin Azərbaycanda törətdikləri
hadisələr rəsmi sənədlər əsasında açıqlanır.
Hesab edirəm ki, kitabın konsepsiyası düzgün qurulmuşdur. Böyük dövlətlərin
“erməni məsələsi”ni ortaya ataraq, erməni faktorundan istifadə edərək
Osmanlı dövlətini yıxmaq, Quzey Azərbaycan ərazisində etnik təmizləmə aparıb
öz torpaq iddialarını həyata keçirmək olmuşdur. Maraqlı məsələlərdən də biri
kitabda araşdırılan "erməni məsələsi”ndə kilsənin roludur. Erməni millətinin
formalaşmasında və ona vətən yarada biləcək güc kimi kilsə həlledici rol
oynamışdır. Kitabda sübuta yetirilir ki, kilsə “erməni məsələsi”nin
müəlliflərindən biridir.
Fazil Qaraoğlunun “Ermənilər və həqiqətlər” kitabı tarixi hadisələri dürüst
təsvir edir. Türk gənclərinin fəal vətəndaşlıq mövqeyinin, geniş
dünyagörüşünün yetişməsində bu əsərin böyük rolu ola bilər. Deyilənləri
nəzərə alaraq bu kitabın müxtəlif dillərə tərcümə edilməsi məqsədə uyğundur.
ISBN 9952-426-70-4, “Nurlar”, 2007, 400 səh., 14x21, sərt, tiraj 1000 _____________________
Prof. Fazil Qaraoğlunun əsərləri:
Qurani-Kərim (azərbaycan dilində)
Коран (rus dilində)
Peyğəmbərimiz Hz. Məhəmmədin həyatı
İslama giriş (tərcümə)
İslam əxlaqı (tərcümə)
Наше предпочтение – Ислам
Türk millətinin tarixi, qurduğu dövlətlər və ata-babaları (dərslik)
Türk İslam dünyası ( 2 cild)
Ermənilər və həqiqətlər (rəsmi sənədlərlə) 1 cild
«XARİCİ ÖLKƏLƏRİN KİTABLARI» LAYİHƏSİ
Bakı “Kitab Klubu”nda türkdilli ölkələrin kitab həftəsi başladı
Xəbər verildiyi kimi, Bakı “Kitab klubu” «Xarici
ölkələrin kitabları» adlı layihə çərçivəsində xarici ölkələrin kitablarının
nümayişi həftələrinin keçirilməsini planlaşdırır. Bu haqda ötən həftə
müxtəlif media vasitələri məlumat yaymışdı.
Oktyabrın 16-da “Kitab Klubu” ilk kitab həftəsinə – Azərbaycanda səfirliyi
olan üç türkdilli ölkənin - Türkiyə, Qazaxıstan və Özbəkistanın kitablarının
nümayişi ilə başladı. Oxucular bu kitablarla oktyabrın 30-dək Bakı “Kitab
Klubu”nda tanış ola bilərlər. Sərgidə ən müxtəlif mövzularda və müxtəlif
dillərdə olan 120-dək kitab nümayiş olunur.
Türkdilli ölkələrin kitab həftəsinin açılışında media mənsublarından və
həmin ölkə səfirliklərinin nümayəndələrindən başqa, Axundov ad. Respublika
Kitabxanasının direktoru Kərim Tahirov, “Azərbaycan Dünyası” şəkil
qalereyasının direktoru, məşhur kitab qrafikası ustası Arif Hüseynov və
respublikanın tanınmış naşirləri də iştirak edirdilər.
Xarici ölkənin kitabları “Kitab Klubu”nun Mustafa Sübhi küçəsi 13
ünvanındakı (Axundov Bağından yuxarı, 150 №-li məktəbin yanı) sərgi
salonunda 2 həftə müddətində nümayiş etdiriləcək. Oxucular kitablara baxmaq,
klubda oxumaq, sifariş etmək, satışda olanları isə almaq imkanına malik
olacaqlar. Tədbir çərçivəsində kitabları nümayiş etdirilən ölkənin
nümayəndələri ilə görüşlər, kitabların müzakirəsinin keçirilməsi nəzərdə
tutulub.
Sərgilənən kitabların siyahısı
>>>
Ассоциация деятелей культуры «ЛУЧ» провела в Книжном Клубе
презентацию сайта www.luch-az.com
Создатель
сайта – веб-дизайнер и программист в одном лице – член Ассоциации, поэт
Искендер Искендеров. На главной странице представлена интерактивная лента
новостей культуры Азербайджана и кнопки всех рубрик сайта, которые удобно
открываются в новых окнах. В рубрике «О нас» собраны статьи из газет о
деятельности Ассоциации и короткая справка об истории ее создания.
В рубрике «О каждом понемногу» представлены все члены Ассоциации. У каждого
свое окно, в котором размещены фотографии и краткие автобиографические
данные.
В
ссылке «Наши книги» посетители сайта могут найти все 4 книги, созданные
Ассоциацией за 3 года ее существования. С обложки каждой книги прямой выход
на содержание, причем как полное, так и по каждому автору в отдельности.
В остальных рубриках читатели найдут информацию об уставе учрежденных
Ассоциацией премий – Премии «Гранат» и премии им. М.П.Вагифа, ссылки сайтов
СП Азербайджана, на персональные сайты Анара, Чингиза Абдуллаева,
www.novosti.az и другие. В гостевой книге каждый посетитель может написать
отзыв о сайте.
Kitab Klubunda Safruhun “Ata Səcdəsində – Ruh yaddaşı”
kitabının təqdimat mərasimi keçirilib
Sentyabrın
22-də Kitab Klubunda Mütləqə İnam yaradıcısı, Ruhani Ocaq Atası, dahi
Azərbaycan filosofu Asif Atanın Dünyabaxışından bəhs edən Safruhun “Ata
Səcdəsində – Ruh yaddaşı” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri
giriş sözü ilə açan Kitab Klubunun əməkdaşı Fazil Kərimli kitabın
özünəməxsus cəhətləri barədə danışıb: “İndi yurdumuzda fəaliyyət göstərən
Ocaq məhrum filosof Asif Atanın vaxtilə BDU-da yaratdığı “Etik və Estetik
tərbiyə klubu”nun davamı və inkişafıdır. Bu kitab Asif Atanın Ocağının ən
çox yasaqlandığı 1984–90-cı illərdə və elə həmin günlərdə Ata ilə Safruhun
canlı, gündəlik yazışmalarından yaranıb”.
Kitabın müəllifi Safruh Atalı Azərbaycanı dünyada bənzəri olmayan möhtəşəm
ölkə olduğuna inamını ifadə etdi: “Asif Ata ruhumuzun bənzərsizliyinin nədən
ibarət olduğunu göstərdi. Mən onun ruhunun aynasındakı Azərbaycanı ürəkdən
sevdim, bağlandım”.
1962-ci ildən gündəlik yazdığını deyən Safruh Asif Ata ilə tanış olduğu
1975-ci ilin fevralından sonra bu yöndə daha ardıcıl qeydlər apardığını
vurğulayıb: “6–7 il əvvəl ötən illərdəki qeydlərimi bir daha nəzərdən
keçirdim, gördüm ki, Atalı çağlarda apardığım qeydlər sabah üçün gərək ola
bilər. Kitab biçimi yarandıqdan sonra qənaətimin bir daha doğruluğuna əmin
oldum. Bir daha anladım ki, Asif Atanın Atalığı nə qədər çətin iş imiş”.
Uluyurd Hərəkatının Öndəri Abil Ulusoy kitabın çıxması münasibətilə Safruhu
təbrik edib: “Safruh 30 ildən çoxdur ki, Asif Ata deyir. Onun
gündəliklərinin 2 kitab halında ərsəyə gəlməsi bənzəri olmayan hadisədir”.
İşıqlı Atalı kitabı sabaha ünvanlanan xalq quruculuğu yönündə ruhani
müqavimət nümunəsi adlandırıb: “Kitab Özümlüyümüzü görmək ənənəsinin
yaradılmasına xidmət edir, Ata əməlindən soraqlar onun yetkin qeyri-adi
ruhaniyyatçılıq əməlindən xəbər verir. “Ata səcdəsində kitabı Atanın
xarakterinin bütün məqamlarda dəyişməz qalmasını bir daha sübut edir”.
Ocaq Yükümlüsü Soylu Atalı Safruhun “Ata Səcdəsində” kitabını Ruhani Abidə
adlandırıb: “Bu, uca qardaşımızın “Başlanğıc” kitabının davamıdır. Safruhun
zəngin yaradıcılığı var. O, özünəməxsus cikkə, haray və içsəs janrlarının
yaradıcısıdır. Daim yurdumuzun qayğılarını böyük ürək sahibi olaraq
yetkincəsinə müşahidə edir, ciddi qənaətlərə gəlir. Bu gün Türk Dünyasının
birliyi yönündə çox danışılır. Hesab edirik ki, Ocaq ideyalarından kənarda,
Ocaq ideyalarına əsaslanmadan bu birliyi yaratmaq mümkün deyil. Gərək Türk
Dünyası həqiqəti eşitməkdən qorxmasın. Ziyalının əlində dünyabaxışı
səviyyəsində ciddi bir meyar olmalıdır. Safruhun kitabları bu meyarın ilkin
təməlindən, ciddi başlanğıc yerişindən bəhs edir. Safruh başdan-ayağa Ataya,
Amala bağlıdır. O, çox imtinalara çatıb, rahatlığından keçib, evini İnam
Evinə verib. Bu, böyük fədakarlıqdır. Onun ömrüylə qürur duyuram”.
Çoxsaylı qonaqların iştirak etdiyi tədbir “Ata Səcdəsində – Ruh yaddaşı”
kitabının iştirakçılara hədiyyə edilməsi ilə başa çatdı.
30 iyun 2007-ci il Kitab Klubunun Sərgi Salonunda
Fərid Bağırlının rus dilində yazdığı “МЕЖДУ ПРОШЛЫМ И ВЕЧНОСТЬЮ”
kitabının təqdimatı keçirildi
30 iyun 2007-ci il tarixində
Kitab Klubunun Sərgi Salonunda yazar Fərid Bağırlının rus dilində
qələmə aldığı "Keçmişlə əbədiyyət arasında" kitabının təqdimat mərasimi
keçirilib. Mərasimi giriş sözü ilə açan Kitab Klubunun əməkdaşı Fazil
Kərimov bildirib ki, Fərid Bağırlı rusdilli oxucu auditoriyasına yaxşı
tanışdır. Kitabın mövzu baxımından insanın cəmiyyətdəki mövqeyinə və onun
üzləşdiyi problemlərə həsr edildiyini deyən F.Kərimov müəllifin həm də
istedadlı tərcüməçi olduğunu vurğulayıb. O qeyd edib ki, F.Bağırlının
tərcümələri qısa müddətdə oxucuların diqqətini çəkib, onlarda maraq doğurub.
Tədbir iştirakçılarını kitabın məzmunu ilə tanış edən müəllif F.Bağırlı
bildirib ki, əsas məqsədi mənəviyyat və din mövzusu ilə bağlı bir çox
məsələlərə aydınlıq gətirmək, oxucuya bu istiqamətdə başqa bir nəzər nöqtəsi
təklif etməkdir.
Фарид
Багирлы / Fərid Bağırlı
Между прошлым и вечностью / Keçmişlə əbədilik arasında
Основная цель данного труда - завести разговор на некоторые, связанные с
культурой или религией темы и попутно отвечать на конкретные вопросы или
хотя бы предлагать Читателю иную точку зрения.
Əsərin əsas məqsədi - mədəniyyət və din mövzusu ilə bağlı bir çox məsələlər
haqqında söhbət açmaq və söhbət əsnasında konkret suallara cavab vermək və
ya bu məsələlərdə Oxucuya başqa-bir nəzər nöqtəsi təklif etməkdir

ISBN
978-9952-25-050-3, “Adiloğlu”, 2007, 168 səh., 13x20, yumşaq, 500
-----------------------------------------------------------------------------------
Fərid Bağırlı
• 1973-cü ildə Bakıda anadan olub.
• Bakı Qafqaz Universitetinin İlahiyyat fakültəsinin məzunudur.
• Tərcüməçidir.
• Türk dilindən rus dilinə ədəbiyyat və məqalələrin tərcüməsi ilə məşğuldur.
• Subaydır
İŞSİZLİK PROBLEMLƏRİNİN HƏLLİNİN
TAPILMASINDA
MƏLUMATSIZLIĞI ARADAN QALDIRILMASINA DAİR MÜHÜM YADDAŞ KİTABÇASININ
TƏQDİMATI KEÇİRİLDİ
“PRAXİS”
Sosial İnkişafa Dəstək İctimai Birliyinin çap etdiyi “Əmək Hüquqluqlarının
Müdafiəsi Üzrə Yaddaş Kitabçası”nın təqdimatı 27 İyun 2007-ci il tarixdə
saat 11-00-da “Kitab Klubu” Məhdud Məsuliyyətli Cəmiyyətin Bakı şəhəri,
Mustafa Sübhi küçəsi, 13-də (TəzəPir Məscidinin yanı) yerləşən Mərkəzində
keçirildi. Tədbiri Klubun əməkdaşı Fazil Kərimov açdı və sözü bir-başa bu
layihənin rəhbəri Pərviz İsgəndərova verdi. O öz növbəsində kitabçanın
tərtibi və hazırlanması məsələlərinə dərindən toxundu və bu layihənin əmək
hüquqlarının və məşğulluqla bağlı bir çox amillərə kömək məqsədi ilə
hazırlanmasını bildirdi. Onun sözlərinə görə vəsait özündə məşğulluq
və əmək hüquqları ilə bağlı Azərbaycan Respublikasının Qanunvericiliyi,
sosial müdafiə və sosial müavinətlər, işsizliyin aradan qaldırılması, peşə
hazırlığı qaydaları, təqaüdlərin və işsizlik müavinətlərinin hesablanma
qaydaları, ixtisasartırma, haqqı ödənilən ictimai işlərin təşkili, işsizlik
müavinəti, qaçqınların və məcburi köçkünlərin statusundan məşğulluqla bağlı
çıxarışlar, iş axtarmaq yolları və sənədləşmə, Bakı şəhər və rayonlarının
məşğulluq orqanları haqqında məlumat, vətəndaşlar üçün kvota tətbiq edilməsi
istiqamətləri, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə
çətinlik çəkən vətəndaşlar üçün kvotaların tətbiq edilməsi qaydaları,
işsizlərin qeydiyyata alınması qaydaları və digər önəmli problemləri əks
etdirir.
Təqmatın gedişində kitabın tərtibçisi Pərviz İsgəndərov bir çox sualları
cavablandırdı.
Kitab Dünya Bankının Kiçik Qrantlar Proqramı daxilində Azərbaycan İcma
İnkişafı, Araşdırmalar, Təlim və Resurs Mərkəzinin koordinasiyası ilə
“Məcburi Köçkünlərin əmək hüquqları və məşğulluğu” layihəsi çərçivəsində
hazırlanmışdır.
Təqdim edilmiş vəsait vətəndaş cəmiyyətinin inkişafı, yoxsulluğun
azaldılması və işsizliyin aradan qaldırılması, əhalinin hüquqi
maarifləndirilməsi istiqamətində çalışan bütün şəxslər və qurumlar üçün
əvəzedilməz əhəmiyyət daşıyır.
Qeyd edək ki, “PRAXİS” Sosial İnkişafa Dəstək İctimai Birliyinin əsas
məqsədi davamlı inkişafa nail olmaqla insan hüquqlarının təmin edilməsinə
çalışmaqdan ibarətdir. Vəsaiti əldə etmək istəyənlər “PRAXİS” Sosial
İnkişafa Dəstək İctimai Birliyinin ofisinə müraciət edə bilərlər.
Təqdimatın sonunda kitabın tərtibçisi və Kitab Klubu
gələn qonaqlara və Media əhlinə öz minnətdarlıqlarını bildirdilər.
_______________________________________________________________________________
“PRAKSİS” Sosial İnkişafa Dəstək İctimai Birliyi. Bakı şəh. Zahid Xəlilov
küç.26, 554-cü məhəllə.
AZ-1141 TEL-FAX:4475737, URL: www.praxis.az; E-mail: office@praxis.az
_______________________________________________________________________________
İyunun 14-də Kitab Klubunda
“Turizmin əsasları”
kitabının təqdimatı keçirilmişdir.
İyunun 14-də Kitab Klubunda
“Turizmin əsasları” dərslik-kitabın təqdimatı keçirilmişdir. Tədbiri giriş
sözüylə Kitab Klubunun əməkdaşı Fazil Kərimov açaraq Turizmin əsasları
kitabının müəlliflərindən biri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin tətbiqi kulturologiya kafedrasının müdiri İlqar Hüseynova
vermişdir. O, öz növbəsində turizmin Azərbaycandakı problemlərindən və
dərsliyin bu problemləri aradan qaldırılmasında oynayacaq rolundan danışdı.
Kitabın müəlliflərindən biri olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin fəlsəfə elmləri namizədi, dosent Nigar Əfəndiyeva Macarıstan
səfirliyində işlədiyi üçün bu təqdimata gələ bilməşdir.
Dərslikdə turizm sahəsinə kompleks şəkildə yanaşılmış, turizm elminin müasir
tələbləri nəzərə alınmışdır. Həmçinin beynəlxalq turizmin təcrübəsinə geniş
şəkildə istinad edilmiş, turizmin marketinqi, təşkilinin forma və metodları,
digər problemləri kulturoloji aspektdə tədqiq olunmuşdur.
Kitabın əhəmiyyəti, aktuallığı ilə bağlı xoş sözlər söyləyən Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin professorları Ələkbər Məmmədov,
kulturoloq Oqtay Sultanov, Bakı Dövlət Universitetinin professoru Vəliyullah Cəfərov,
Mədəni Maarif jurnalının baş redaktoru Yaşar Vəliyev, psixologiya elmlər
namizədi Vasif Muradxanlı, dosent Elmira Alxasova, “Azərbaycan nəşrləri” jurnalının redaktoru Pərviz Rzaquliyev və başqaları
turizmin Azərbaycanda yeni sahə olmasından, nəşrin bu sahəni hərtərəfli əks
etdirməsindən danışmışlar.
Bildirilmişdir ki, 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev hakimiyyətə
qayıdışından sonra bütün sahələrdə olduğu kimi, turizm sektorunda da dövlət
səviyyəsində xüsusi qayğı göstərilmiş, Azərbaycan Respublikasında
2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət proqramı qəbul
olunmuşdur.
Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin siyasətini ardıcıl davam
etdirən Prezident İlham Əliyev də turizmə böyük əhəmiyyət verir və bu
sahənin inkişafına xüsusi qayğı göstərir. Bunun nəticəsidir ki, 2004-cü ildə
ölkəmizə gələn turistlərin sayı 1milyon 300 min nəfərdən artıq olmuşdur.
Hazırda isə bu rəqəm iki dəfə artmışdır.
Kitabın ali və orta ixtisas məktəblərinin professor-müəllim heyəti,
tələbələri, mədəniyyət, incəsənət işçiləri, turizm marketinqi mütəxəsissləri
və geniş oxucu kütlələri üçün nəzərdə tutulduğu vurğulanmışdır.
Təqdimatın sonunda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin tətbiqi kulturologiya kafedrasının müdiri İlqar Hüseynov
tədbirin qonaqları və iştirakçılarına minnətdarlıqlarını bildirmişlər.
Gənc yazıçının ilk kitabı
İyunun 14-də saat 18:00-da Kitab Klubunda
Azad Yazarlar Ocağının "Gənc Yazıçının ilk kitabı" seriyasından Sabutayın,
Sevinc Çılğının, İntiqam Mehdiyevin və Yaşar Əsənin kitablarının təqdimatı
oldu. Bu kitablarda müəlliflərin bu günə qədər yazmış olduqları seçmə şerlər
və hekayələr öz əksini tapmışdır.
Kitabların adları aşağıdakı kimidir:
Sabutay - Cəllad
Sevinc Çılğın - Mən@2006
İntiqam Mehdiyev - Məneken sevgilim
Yaşar Əsən - Unudulmağa doğru
Tədbiri Azad Yazarlar Ocağının rəhbəri Rasim Qaraca
açaraq sözü Kitab Klubunun direktoru Elxan Rzayevə verdi. E.Rzayev öz
növbəsində gələn qonaqlara xoş gəldin deyəndən sonra gənc yazarların uğuruna
şərik çıxaraq onları təbrik etdi və yeni-yeni nailiyyətlər arzuladı.
Təqdimat zamanı müəlliflər öz kitablarından maraqlı hesab etdiyi
şerlərini oxudular. Tədbirdə Güney Azərbaycandan qonaqlar da var idi, onlara
da təqdimatın gedişində söz verildi, bəzi ümumi problemlərə toxunuldu.
Qeyd etmək lazımdır ki, layihənin həyata keçirilməsində
məqsəd yeni yazmağa başlayan müəllifləri yazıçılıq işinə daha da
həvəsləndirmək, onların ədəbiyyatdakı yerini möhkəmlətməkdən ibarətdir.
Əvvəllər Sovet dövründə belə bir təcrübə olmuşdur, "müəllifin ilk kitabı"
seriyasından kitablar nəşr olunardı, lakin o zaman bu iş olmazın dərəcədə
çətinləşdirilmişdi, ilk kitabdan gələn yüksək qonorarı almaq yolunda uzun
növbələr yaranmışdı, nəticədə istedad sahibləri deyil, işbazlar, daha
fərasətli olanlar ilk kitablarını dərc elətdirirdilər.
Azad Yazarlar Ocağı bu təcrübəni azacıq fərqli elementlərlə davam etdirmək
niyyətindədir. Hesab edirik ki, hər hansı bir ədəbiyyat təşkilatının ilk
vəzifələrindən biri gənc yazarların kitablarını dərc etdirməkdən ibarət
olmalıdır. Təəssüf ki, Azərbaycan dövlətinin ədəbiyyat məsələlərini həvalə
etdiyi təşkilatlar, gənclərin deyil, daha çox yaşlıların problemləri ilə
məşğul olmaqdadır, ədəbiyyatımıza yeni nəfəsin, yeni qanın gəlməsi onları
çox da maraqlandırmır. Azad Yazarlar Ocağı bu layihəni gerçəkləşdirməklə
digər yazıçı təşkilatlarının da diqqətini ədəbi gəncliyə, onların
yaradıcılığa daha sıx bağlanmasına kömək edəcək aksiyaların keçirilməsinə
yönləndirmək istəyirik. Gənc ədəbiyyatımız yaşayarsa ədəbiyyatımız, dilimiz
yaşayacaq deməkdir.
Bildiyiniz kimi bu günə qədər həmin seriyadan 4 müəllifin kitabı işıq üzü
görmüşdü, Yuxarıda qeyd olunan kitablar Qanun nəşriyyatında, gözəl
tərtibatda nəşr olunub.
Azad Yazarlar Ocağını başladığı və Gənclər və İdman nazirliyinin dəstəyi ilə
həyata keçirilən "gənc yazığının ilk kitabı" layihəsi bundan sonra da davam
edəcək, gənc istedadlar ilk kitabın dərc olunması kimi bu adi və təbii
sevinci bundan sonra da yaşayacaqlar. Təqdimatın sonunda Kitab Klubunun
direktoru və Azad Yazarlar Ocağının rəhbəri gələn qonaqlara öz
təşəkkürlərini bildirmişlər.
Kitab Klubunda Asif Ata kitablarının təqdimatı olub
İyunun 2-də «Kitab Klubu»nda Mütləqə İnam Fəlsəfəsinin Yaradıcısı, Ruhani
Ocaq Atası, dahi Azərbaycan
Filosofu Asif Atanın - İnam Atanın «Uluyurd Aqibəti - Bütöv Azərbaycan»,
«Bədiiyyat», həmçinin Asif Ata Ocağı Evladlarının birgə yazdığı «İnamın
Gəlişi» kitablarının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə
açan Kitab Klubunun əməkdaşı Fazil Kərimli Azərbaycan ictimaiyyətinin Asif
Ata imzasının yaxşı tanıdığını, bildirib, həmçinin Asif Atanın Azərbaycan
ədəbi-mədəni, ictimai həyatındakı əvəzsiz, bənzərsiz rolundan danışıb: «Ötən
yüzilin 70-80-ci illərində Azərbaycanın ali məktəblərində oxuyan bütün
ixtisaslardan olan tələbələr üçün əfsanəvi Asif Ata obrazı vardı. Şəxsən mən
Atanın həmin dövrdə odlu-alovlu görüşlərindəki söhbətlərini böyük bir sayğı
və heyrətlə xatırlayıram. Onun Azərbaycanın bütövlüyü, Türkçülük,
Azərbaycançılıq, həmçinin xalqımızın vəziyyəti, sabahı mövzusundakı
söhbətləri hamını ciddi düşündürürdü. Asif Ata doğrudan da böyük idrak və
cəsarət sahibi idi».
Uluyurd Hərəkatının Öndəri çıxışına Uluyurd Hərəkatının məqsəd və məramını
ifadə etməklə başladı: «Bu, Azərbaycanın ictimai-siyasi mühitində mövcud
olan sıradan bir hərəkat deyil, sırf özünəməxsusdur. Uluyurdun istəyi Bütöv,
Qüdrətli, Vahid Azərbaycan qurmaqdır. Asif Atanın vaxtilə mənə «Uluyurd
Hərəkatı yaratmaq gərəkdir» tapşırığı artıq gerçəkləşməkdədir. Siyasi
döyüşün ruhani dəyərlərdən ideya və güc aldığı bir səviyyə ilə mübarizəmizə
başlamışıq. Uluyurd Hərəkatı taktiki olaraq ictimai-siyasi, strateci olaraq
ruhani quruculuğa meyil edən bir mübarizə yoludur. Bu yola biz onillərlə
deyil, yüz illərə bərabər azadlıq uğrunda gedirik. Yurdumuzda yad dəyərlərə
yer olmamalıdır. Tarix yaradan türk milləti öz dəyərlərinə hünərlə sahiblik
etməlidir. Uluyurd Hərəkatı yurdumuzun siyasi müəyyənliyini nişan verən yeni
rəmzləri bütövlükdə Azərbaycan-Türkel dövləti üçün qəbul edib və «Uluyurd
Aqibəti - Bütöv Azərbaycan» kitabında onu təqdim edir: Bayraq, Herb, Himn».
Filologiya elmləri doktoru, professor Nazif Ələkbərli Asif Atanın
özünəməxsus fəlsəfi görüşlərindən pedaqoci fəaliyyəti zamanı daim
bəhrələndiyini, tələbələrə onun fəlsəfi, ədəbi-tənqidi görüşlərini tədris
etdiyini bildirdi: «Asif Ata təkcə 20-ci yüzilin yox, bütövlükdə Azərbaycan
tarixinin bənzərsiz simalarından biridir. Asif Ata fəlsəfi-bədii tənqidi,
Mütləqə İnam Fəlsəfəsi ilə tariximizdə xüsusi iz qoyub. Vaxtilə filosofla
olan söhbətlərimdə onun böyüklüyünün, nəhəngliyinin şahidi olmuşam. Bu gün
təqdim olunan kitablardan biri «Bədiiyyat» təkcə rübai biçimli deyil,
onlarda həm də bir bayatılıq, tuyuqluq var. Asif Atanın əsatirdən
qaynaqlanan fəlsəfi hekayətlərində rəmzilik güclüdür».

Asif Ata Ocağının Evladı İşıqlı Atalı ictimaiyyətə təqdim olunan kitabların
xəlqi və bəşəri əhəmiyyətini vurğuladı: «Bu kitablar Asif Atanın
bənzərsizliyinin, özünəməxsusluğunun ifadəsidir. Asif Ata İnsanın, Xalqın,
Bəşərin mahiyyətinə inanırdı, daim bu İnamı müqəddəs kitablarında izhar
edib. Ata Ocağının Mütləq Ruhani biçimini yaratdı.
Bu il Ata ilə cismani ayrılıqdan 10 il keçir. Ötən 10 ildə Ocaq Yükümlüsü
Soylu Atalı Atanın ideyalarının böyük bir eşqlə daha yeni üfüqlərini
gerçəkləşdirdi. Asif Ata Ocağının əbədiliyi Ata ideyalarının zamandan üstün
olması ilə şərtlənir».
Asif Ata Ocağının dostu şair-publisist Qəşəm İlqar Asif Atanın ölməz ruhuna,
Ocağına sayğılarını ifadə etdi, Ataya həsr etdiyi «Ocaq şərqisi»ni oxudu,
«Doğmalaşın, insanlaşın, İnsanlar! » dedi.
Sonda çıxışları ümumiləşdirən Ocaq Yükümlüsü Soylu Atalı öncə Azərbaycan
Ruhunun zirvəsi olan Asif Atanın ömrü, bənzərsiz mübarizə yönü haqqında
bilgi verdi: «Asif Ata Moskvada təhsil alarkən 6 cildlik «Dünya tarixi»
kitabında Azərbaycanı axtardı, tapa bilmədi. Başqalarından fərqli olaraq Ata
üzünü ilk növbədə yurdumuza tutdu. Yüksək erudisiyası, zamandan üstünlük
imkanını gerçəkləşdirməsi Asif Ata şəxsiyyətinin təsdiqində özünü göstərdi.
O, çoxlu təqiblərə, təzyiqlərə məruz qaldı, lakin Amalından dönmədi. 1960-cı
ildə Atanın «Literaturnıy Azerbaydcan» curnalında «Tənqid və Zəmanə» yazısı
çap olundu. Məhz həmin yazıdan sonra Atanın təqib silsiləsi başlandı».
S.Atalı Azərbaycanın Ruhaniyyat, Milli dəyərlər yaratmaq baxımından tarixən
güclü olduğunu, lakin təəssüf ki, yaratdıqlarına yiyə durmadığını bildirdi:
«Təsadüfi deyil ki, Ata bu baxımdan Azərbaycanın dünyanın ən böyük və ən
fəlakətli xalqı olduğunu deyirdi. Azərbaycan yad dəyərlərin basqısı
altındadır. Asif Atanın müəyyənləşdirdiyi dəyərləri həyatımızın mayasına
qatmalıyıq. Ata İnamı Azərbaycandakı bütün yaxşı dəyərlərə sözün əsl
mənasında yiyəlik eləyir. O, Ocaq ideyasına birdən-birə gəlib çıxmadı, illər
uzunu fikirləşdi - «Düşündük, daşındıq, Ocaq yolunu tutduq» dedi. Bu mənada
uca qardaşımız Safruhun «Başlanğıc» kitabında Atanın Ocaq yaradıcılığının
ilkin əzablı dövrü bütün dolğunluğuyla ifadəsini tapıb». Həmçinin Ocaq
Yükümlüsü Asif Atanın Uluyurd ideyasının yaranması və gerçəkləşməsi
zəruriliyindən də danışdı.
Asif Ata anılacaq
Bu il Asif Ata Ocağının ilsırası ilə 5 Şölə ayı, 29-cu ildə (5 iyun, 2007)
Ağstafa şəhər sonevliyində «Asif Ata Sonevini Ziyarət günü» Mərasimi
keçiriləcək. Xatırladaq ki, bu il Asif Ata ilə cismani ayrılıqdan 10 il
keçir. Hər il Asif Ata Ocağının Evladları, Ocaq pərəstişkarları Azərbaycan
ictimaiyyətinin nümayəndələri ilə birlikdə Ata sonevini ziyarət edirlər.
Mərasimdə Ata ölməzliyi, Müqəddəsliyi haqqında uca söz söylənilir, İnamın
yurdumuzda gerçəkləşmə məqamları ifadəsini tapır.
|

|
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
ESTETİK TƏRBİYƏ ÜZRƏ RESPUBLİKA
TƏDRİS-METODİK MƏRKƏZİ və KİTAB KLUBU
1 İYUN – UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ
GÜNÜNƏ HƏSR OLUNMUŞ
Sabunçu rayonu C.Cabbarlı adına 187№li orta məktəbin
6-cı sinif şagirdi
KƏRİMOV QƏZƏNFƏRİN
fərdi rəsm sərgisini keçirdi.
Sərgi 1 iyun 2007-ci il saat 12:00-da Kitab Klubunun Sergi Salonunda
(Bakı ş. Mustafa Sübhi 13) keçirildi |
108 ROMAN VƏ POVESTİN MÜƏLLİFİ, KİTABLARI 21 DİLƏ
TƏRCÜMƏ
EDİLMİŞ XALQ YAZIÇISI İLƏ GÖRÜŞ
Aprelin 30-da Kitab klubunda Yazıçılar Birliyinin katibi,
xalq yazıçısı Çingiz Abdullayevin
“Qatil üçün qran-pri” (Azərbaycan dilində) detektiv əsərinin təqdimatı
keçirilmişdir.
Klubun direktoru Elxan Rzayev, əsəri rus dilindən tərcümə edən Elşən Əliyev,
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və
başqaları xalq yazıçısının təqdimatı keçirilən, beynəlxalq terrorizmlə
mübarizəyə həsr olunmuş kəskin süjetli kitabı, ümumən yaradıcılığı haqqında
fikirlərini söyləmişlər. Bildirilmişdir ki, yaradıcılığa gec başlamasına,
ilk əsərinin - “Mavi mələklər”in 1988-ci ildə işıq üzü görməsinə baxmayaraq,
Ç.Abdullayev tez bir zamanda nəinki keçmiş SSRİ məkanında, demək olar ki,
bütün dünyada tanınmışdır.
Natiqlər Ç.Abdullayevin ana dilində çıxan kitablarının nüsxələrinin azlığını
diqqətə çatdırmış, bu kitabların mütləq böyük tirajla nəşr etdirilib
respublikanın bütün kitabxanalarına paylanmasının vacibliyini vurğulamışlar.
Çingiz Abdullayev indiyədək Azərbaycan dilinə 20-dək əsərinin tərcümə
edildiyini, ümumiyyətlə isə 108 roman və povestin müəllifi olduğunu
bildirmişdir. O, dünya üzrə ümumi tirajı 22 milyon nüsxə olmaqla 700-dən çox
kitabının nəşr edildiyini, bu yaxınlarda əsərinin növbəti, 21-ci dilə -
alban dilinə də tərcümə olunduğunu diqqətə çatdırmışdır.
Azərbaycan dilində yazdığı ssenari əsasında çəkilmiş “Məhkumlar” bədii
filminin tezliklə ekranlara çıxacağını söyləyən Ç.Abdullayev oxucuları ilə
görüşlərdən məmnunluğunu diqqətə çatdırmışdır.
Tədbirdə Ç.Abdullayevin Azərbaycan dilində iki-üç gün əvvəl “Nurlan”
nəşriyyatında işıq üzü görmüş daha bir əsəri - “Üçüncü variant” kitabı da
iştirakçılara təqdim edilmişdir. Müəllif bu kitabın nəşr edilməsinin onun
üçün sürpriz olduğunu bildirmiş, sualları cavablandırmışdır.
29 января 2007 года в Бакинском книжном клубе состоялась презентация очередной книги
писателя Эльчина Гасанова "Убийцы".
Параллельно в клубе прошла эксклюзивная и довольно любопытная
выставка коллекции рисунков писателя под названием "Скоро в путь",
рисунки сделаны обреченными на смерть людьми.
2004-2006-cı il
təqimatları
|