2006-cı il may ayınını 28-29-da Rəssamlar İttifaqının V.Səmədova
adına Sərgi salonunda Kitab Klubunun təşkil etdiyi
II Respublika Kitab Satış-Sərgisi keçirilmişdir

Sərgiyə Azərbaycanın bütün aparıcı nəşriyat və poliqarfiya müəssisələri dəvət edilmişlər. Bu və ya digər şəkildə sərgidə 22 nəşriyyat və poliqrafiya müəssisəsi iştirak etmişdir. I sərgidə olduğu kimi regionları yenə də Naxçıvan Kitab evinin rəhbərliyi ilə muxtar respublika nəşriyyatları təmsil etmişlər.

Sərgidə dörd nominasiya üzrə kitab müsabiqəsi keçirilmişdir:
1. Ən yaxşı nəşriyyat işinə görə
2. Ən yaxşı poliqrafik icraya görə
3. Oxucu seçimi
4. Sərginin gedişində ən çox satılmış kitab.

İlk iki nominasiyanın qaliblərini kitab işi sahəsinin mütəxəssislərindən təşkil olunmuş münsiflər heyəti müəyyən etmişdir.
Üçüncü nominasiyanın qaliblərini sərgiyə gəlmiş oxucular birbaşa səsvermə yoluyla müəyyən etmişlər.
Dördüncü nominasiyanın qalibi isə satış haqqında qaimələr əsasında müəyyən edilmişdir.

Ən yaxşı nəşriyyat işi nominasiyası üzrə birinci mükafatı Sara xanım Aşurbəylinin ikidilli «Şirvanşahlar dövləti» kitabına görə «Əbilov, Zeynalov və oğulları» nəşriyyatı (rəhbərləri Qeys Əbilov və Gündüz Zeynalov) qazanmışdır. Kitabın bədii tərtibatçısı məşhur tərtibatçı-rəssam Azər Ələkbərovdur.
Bu nominasiya üzrə iki ikinci mükafatdan birini Mirzə Rəsul İsmayılzadənin tərcüməsində «Qurani-kərim» kitabına görə Beynəlxalq Əl-Huda nəşriyyatının Bakı bölməsi (rəhbəri Mirzə Rəsul İsmayılzadə), digərini isə «Qabusnamə» kitabına görə «Altun kitab» nəşriyyatı (rəhbəri Rafiq İsmayılov) almışdır.

Əsasnaməyə görə ən yaxşı poliqrafik icra nominasiyasında yalnız Azərbaycan Respublikasının poliqrafiya müəssisələrində çap edilmiş kitablar mükafatlandırıla bilərdi.

Bu nominasiya üzrə birinci mükafatı Məhəmməd Reyşəhrinin «Mizanül-hikmət» kitabına görə «Nurlar» nəşriyyatı (rəhbəri Hacı İsmayıl Addahverdi) almışdır. İki ikinci mükafatdan biri «Şirvanşahlar dövləti» kitabına görə «Əbilov, Zeynalov və oğulları» nəşriyyatına, digəri isə Məmməd Əlizadənin «Milli müdrikliyin Heydər Əliyev zirvəsi» kitabına görə «Adiloğlu» nəşriyyatına (rəhbəri Hidayət Əsgərov) qismət olmuşdur.

Oxucu seçimi nominasiyası üzrə oxucuların ən çox səsini toplamış birinci beş kitab mükafatlandırılmışdır. 1000-ə yaxın oxucunun iştirak etdiyi səsvermədə birinci yeri Əli Abbasov, Mətləb Əlizadə, Etibar Seyidzadə, Mahilə Salmanovanın «İnformatika və kompüterləşmənin əsasları» kitabına görə «Qafqaz Universitetinin nəşriyyatı» (rəhbəri Mehmet Ali) qazanmışdır. İkinci yerlərdən birini Sara xanım Aşurbəylinin «Bakı şəhərinin tarixi» kitabına görə «Əbilov, Zeynalov və oğulları» nəşriyyatı (kitabın tərtibatı Azər Ələkbərovundur), digərini isə «Qabusnamə» kitabına görə «Altun kitab» nəşriyyatı almışdır. Birinci beşliyə düşmüş «Şirvanşahlar dövləti» kitabına görə «Əbilov, Zeynalov və oğulları» nəşriyyatı, «Qurani-kərim» kitabına görə isə Beynəlxalq Əl-Huda nəşriyyatının Bakı bölməsi fəxri diploma layiq görülmüşlər.

Sərginin gedişində ən çox satılmış kitab nominasiyasının qalibi «Ya Əli» kitabını nəşr etmiş «Qanun» nəşriyyatı (rəhbəri Şahbaz Xuduoğlu) olmuşdur. Sərginin gedişində bu kitabdan 32 ədədi satılmışdır.

Bundan başqa Naxçıvan nəşriyyatlarını təmsil edən Naxçıvan Kitab cəmiyyəti (rəhbəri Gülçöhrə Məmmədova), sərginin gedişində nəşr etdiyi yeni kitabın təqdimatını keçirmiş «Şirvannəşr» nəşriyyatı (rəhbəri Qəşəm İsabəyli), öz texniki təchizatı ilə seçilən Qafqaz universiteti nəşriyyatı sərginin fəxri diplomlarını almışlar.

Sərginin gedişində Oxucu seçimi nominasiyası üzrə səsvermədə iştirak edən 30 oxucu, Multimedia Mərkəzi, Pedaqogika nəşriyyatı və Kitab Klubunun nəşr etdikləri «İnternet. Azərbaycan İnternet resursları», «Dəli Kür» və «Məşədi İbad» (ingilis dilində) kitabları ilə təltif edilmişlər.

Sərginin gedişində təqribən 2 milyon manat məbləğində kitab satılmışdır.

Sərginin bütün qalibləri sərginin sponsorlarından biri olan «Hunca Kosmetiks» şirkətinin qiymətli mükafatları ilə təltif olunmuşlar. Sərginin digər sponsoru «Bestcomp group» şirkəti olmuşdur. «Azadlıq» qəzeti sərgiyə məlumat dəstəyi vermişdir.

 

 

 

 

 

Kitab müsabiqəsinin qalibləri

"Əbilov, Zeynalov"
"Əl Huda"
"Əbilov, Zeynalov"

"Adiloglu"
"Nurlar"
 "Qafqaz Universiteti "

"Altun Kitab"
"Qanun"
 

 


Kitab müsabiqəsinin iştirakçıları

"Adiloglu"
"Əl Huda"
"Əbilov, Zeynalov"

"TQDK"
"Ayna Mətbu Evi"
"Nurlan"

"Adiloglu"
"Nərgiz"
"Əl Huda"

"Əbilov, Zeynalov"
"Yurd"
"Gənclik"

"TQDK"
"Ayna Mətbu Evi"
 "Qafqaz Universiteti "

"Qafqaz"
"Yurd"
"Altun Kitab"

"Adiloglu"
"Nurlan"
"Qanun"

 "Qafqaz Universiteti "
"Əbilov, Zeynalov"
"Əbilov, Zeynalov"

"MBM"
"Ulu"
Multimedia Center

"Qafqaz Albaniyasi"
"Qanun"
"Nurlar"

"Azərnəşr"
"Nurlar"
 

 


ƏLAVƏ MƏLUMAT

I. Ən yaxşı nəşriyyat işinə görə nominasiyasında kitabların topladığı ballar

Kitabın adı / Nəşriyyat

Topladığı bal

1 Xocalı soyqırımı (3 dildə) (Əbilov, Zeynalov...) (müsabigədənkənar) 88
2 Şirvanşahlar dövləti (Əbilov, Zeynalov və oğulları ) 86
3 Bakı şəhərinin tarixi (Əbilov, Zeynalov...) (müsabigədənkənar) 84
4 Qurani-kərim (Əl-Huda Bakı bölməsi) 83
5 Qabusnamə (Altun kitab) 81
6 Кавказская Албания и албаны (Qafqaz Albaniyası Araşdırma Mərkəzi) 80
7 Bakı və bakılılar (Nurlar) 79
8 Məktəblinin tarix lüğəti (Ayna Mətbu Evi) 79
9 Məktəblinin təbiət elmləri lüğəti (Ayna Mətbu Evi) 79
10 Milli müdrikliyin Heydər Əliyev zirvəsi (Adiloğlu) 77
11 Azərbaycan el havaları (Əbilov, Zeynalov...) 74
12 Coğrafiya (TQDK) 73
13 Türkün yaddaş kitabı (Nurlan) 73
14 İnformatika və kompüterləşmənin əsasları (Qafqaz Universiteti) 72
15 Mizanül-hikmət (Nurlar) 72
16 Heydər Əliyev və Azərbaycanda kitabxana işi (Azərnəşr) 71
17 Riyaziyyat (TQDK) 71
18 Siseron haqqında (Adiloğlu) 70
19 Müdriklik məbədi (Nərgiz) 70
20 Internet. Azərbaycanın internet resursları 2006 (Multimedia mərkəzi) 69
21 Azerbaycan ekonomisi ve yatırım imkanları (Qafqaz Universiteti) 68
22 Bakının tacirləri, lotuları, düşmənləri (ULU) 68
23 Дмитрий Шостакович и азербайджанская музыкальная культура (Nurlan) 67
24 Еврейский мир Кавказа (Qanun) 63
25 My road of life (Qanun) 63
26 Anaların fəryadı (Gənclik) 61
27 Nəhcül-bəlağə (Əl-Huda) 61
28 Mir Cəlal. Biblioqrafiya (Adiloğlu) 58
29 Vaqif Səmədoğlu (Yurd) 58
30 Əli və Nino (Qafqaz Araşdırmalar mərkəzi) 57
31 Altıncı (Yurd) 55
32 Yazdım ki, izim qalsın (MBM) 53


II. Ən yaxşı poliqrafik icraya görə nominasiyasında kitabların topladığı ballar

Kitabın adı / Nəşriyyat

Topladığı bal

1 Mizanül-hikmət (Nurlar) 86
2 Şirvanşahlar dövləti (Əbilov....) 85
3 Bakı şəhərinin tarixi (Əbilov.....) müsabiqədənkənar 83
4 Qurani-kərim (Əl Huda) müsabiqədənkənar 82
5 Qabusnamə (Altun Kitab) müsabiqədənkənar 82
6 Məktəblinin təbiət elmləri lüğəti (Ayna Mətbu Evi) müsabiqədənkənar 80
7 Xocalı soyqırımı (3 dildə) (Əbilov... ) müsabiqədənkənar 76
8 Məktəblinin tarix lüğəti (Ayna Mətbu Evi) müsabiqədənkənar 76
9 Bakı və bakılılar (Nurlar) müsabiqədənkənar  74
10 Milli müdrikliyin Heydər Əliyev zirvəsi (Adiloğlu) 74
11 Дмитрий Шостакович и азербайджанская музыкальная культура (Nurlan) 71
12 Кавказская Албания и албаны (Qafqaz Albaniyası Araşdırma Mərkəzi) 70
13 Heydər Əliyev və Azərbaycanda kitabxana işi (Azərnəşr) 70
14 Türkün yaddaş kitabı (Nurlan) 70
15 Əli və Nino (Qafqaz Araşdırmalar mərkəzi) 70
16 Azərbaycan el havaları (Əbilov....) 69
17 Plutarx Siseron haqqında (Adiloğlu) 67
18 Coğrafiya (TQDK) 67
19 My road of life (Qanun) 66
20 Nəhcül-bəlağə (Nurlar) 65
21 Internet. Azərbaycanın internet resursları 2006 (Multimedia Mərkəzi) 64
22 Bakının tacirləri, lotuları, düşmənləri (ULU) 64
23 Vaqif Səmədoğlu (Yurd) 63
24 İnformatika və kompüterləşmənin əsasları (Qafqaz Universiteti) 61
25 Azerbaycan ekonomisi ve yatırım imkanları (Qafqaz Universiteti) 61
26 Mir Cəlal. Biblioqrafiya (Adiloğlu) 61
27 Еврейский мир Кавказа (Qanun) 60
28 Anaların fəryadı (Gənclik) 60
29 Müdriklik məbədi (Nərgiz) 60
30 Riyaziyyat (TQDK) 58
31 Altıncı (Yurd) 57
32 Yazdım ki, izim qalsın (MBM) 57

III. Oxucu seçimi nominasiyasında kitabların topladığı ballar (İlk beşlik)

Kitabın adı / Nəşriyyat

Topladığı səslər

İnformatika və kompüterləşmənin əsasları / Qafqaz Universiteti 54
Bakı şəhərinin tarixi / Əbilov, Zeynalov və oğulları 44
Qabusnamə / Altun kitab 38
Şirvanşahlar dövləti / Əbilov, Zeynalov və oğulları 27
Qurani-kərim / Əl-Huda 25