Kitab Klubunun 2005-ci il mayın 20-
21-də keçirdiyi ACİ YF Azərbaycan və Kitab Klubunun birgə maliyyələşdirdiyi “Azərbaycanda kitab bazarının inkişafına yardım” layihəsi çərçivəsində təşkil edilmiş Respublika Kitab satış sərgisi öz işini başa vurdu. Satış sərgi 20-21 may 2005-ci ildə Rəssamlar ittifaqının V.Səmədova adına sərgi salonunda keçirilmişdi. Sərgiyə "Hunca Cosmetics" parfümeriya şirkəti, “Lazer” Elmi-texniki mərkəzi, “Ekspres-M” sığorta ekspertiza şirkəti sponsorluq etmiş, "Gün" və "Azadlıq" qəzetləri informasiya dəstəyi vermişlər. Sərgidə respublikanın 30 nəşriyyatı bu və ya digər şəkildə iştirak etmişdi. Onlardan 3-ü Naxçıvanı, 27-i isə Bakı şəhərini təmsil etmişdi. Nəşriyyatların əksəriyyati ayrıca stenddə kitablarını nümayiş etdirmiş, bir hissəsi isə sərgi çərçivəsində keçirilən müsabiqəyə təqdim etmişdir. 5 nominasiya üzrə müsabiqə keçirilmiş qaliblərə 12 fərqləndirici mükafat verilmişdi. Sərginin gedişində görkəmli yazıçı Çingiz Abdullayevin müəlliflərdən Hacı Zirəddin Tağıyev, Firudin Qurbansoy və Osman Gündüzün kitab imzalama mərasimləri keçirilmişdi. Oxucu seçimi müsabiqəsi üzrə səsvermədə sərgiyə tamaşa edən 700-ə yaxın oxucu iştirak etmişdir. Bu oxuculara 65 həvəsləndirici kitab mükafatı verilmişdir. Bu mükafatların əksər hissəsi nəşriyyat və müəlliflər tərəfindən təmənnasız verilmişdir. 2 gün davam edən satış-sərgidə 1 milyon manat məbləğində kitab satılmışdı. Sərginin çərçivəsində keçirilmiş müsabiqənin nəticələri
belədir: Ən yaxşı nəşriyyat işinə görə
və Ən yaxşı poliqrafik icraya görə müsabiqələrinin
1 birinci mükafatlarina "Коран.Перевод смыслов и комментарии"
kitabına görə "Əbilov, Zeynalov və oğulları" nəşriyyatı Ən yaxşı nəşriyyat işinə görə
müsabiqənin 2 ikinci mükafatından birini "Bakı" nəşriyyatı qazandı.
Oxucu seçimi müsabiqəsi üzrə səsvermədə
sərgiyə tamaşa etməyə gəlmiş 700 oxucu iştirak etmişdir. Birinci mükafata
"Sehrli nağıllar" kitabına görə "Tutu" nəşriyyatı
layiq görüldü. Qeyd etmək lazımdır ki, ən yaxşı poliqrafik icraya görə
nominasiyası üzrə də "Sehrli nağıllar" kitabı ən çox bal toplamışdı.
Lakin bu kitab Azərbaycanda çap edilmədiyinə görə müsabiqədə müsabiqədən
kənar iştirak etmişdir. Sərginin gedişində Ən çox satılan kitab nominasiyası üzrə mükafatı Tarixi yaradanlar seriyasından "Əmir Teymur" kitabına görə "Altun kitab" nəşriyyatı qazandı. Lazer ETM-in direktoru Soltanhəmid Məlikovun Ekologiya sahəsində 2004-2005-ci illərdə ən çox kitab buraxmış nəşriyyat üçün təsis etdiyi xüsusi mükafata "Adiloğlu" nəşriyyatı layiq görüldü. "Naxçıvan" nəşriyyatlarının respublika satış sərgisində iştirakını təşkil etmiş "Naxçıvan Kitab cəmiyyəti" sərginin işində fəal iştirakına görə diploma və qiymətli hədiyyəyə layiq görüldü. Sərginin gedişində Kitab Klubunun “Azərbaycan nəşrləri”
kataloquna abunə kampaniyası da təşkil edildi.
|