|
Kitab Klubunun ACİ-YF-Azərbaycanın maliyyə dəstəyi ilə
mayın 19-20-də 2007-ci il Azərbaycan Rəssamlar İttifaqının Vəcihə
Səmədova adına sərgi salonunda keçirdiyi
III Respublika Kitab
Satış-sərgisinin nəticələri
Bu sərgidə ölkəmizin aparıcı nəşriyyatları ilə
yanışı, İran İslam Respublikasının Əl-Huda nəşriyyatının Bakı bölməsi də
iştirak etmiş, Türkiyə, ABŞ səfirliklərinin və Rusiyanın Qrand-Fair
nəşriyyatının kitabları nümayiş etdirilmişdir. Bizim istiqamətimiz
sərgini regional tədbirə çevirmək istiqamətindədir.
Kitab müsabiqəsinə 60 adda kitab təqdim edilmişdir.
Oxucu seçimi nominasiyası üzrə səsvermədə 800-dən çox oxucu iştirak
etmişdir.
Sərginin gedişində 1667 manat məbləğində 667 ədəd kitab satılmışdır.
Sərginin gedişində keçirilmiş lotoreyada oxuculara 80 dəst kitab
mükafatları verilmişdir
Müsabiqənin nəticələri ilə tanış olun!
Bu ilki müsabiqəyə çıxarılmış kitablar bir-birinə bab olmuşlar, onları
yalnız bir neçə xal ayırmışdır.
ƏN YAXŞI NƏŞRIYYAT IŞI
1.E.Süleymanov, “Xocalı soyqırımı; milyon imza – bir tələb” (3 dildə) -
Əbilov, Zeynalov və oğulları nəşriyyatı
2.Ə.Ələkbərli, “Qərbi Azərbaycan abidələri” (5 dildə) – Nurlan
nəşriyyatı
3.R.Novruzoğlu, “Genosid…Ecocid” - Adiloğlu nəşriyyatı
ƏN YAXŞI POLİQRAFİK İCRA
1. E.Süleymanov, “Xocalı soyqırımı; milyon imza – bir tələb” (3 dildə) -
Əbilov, Zeynalov və oğulları nəşriyyatı
2. Firdofsi, “Şahnamə” - Nurlar nəşriyyatı
3. “Lətif Kərimov: Nəyat və yaradıcılığı” - Aspoliqraf nəşriyyatı
4. R.Novruzoğlu, “Genosid…Ecocid” - Adiloğlu nəşriyyatı
Adiloğlu, Aspoliqraf və Nurlar nəşriyyatları bu nominasiyada eyni xal
yığdıqları üçün biz mükafatın birini artırıb hər üçünü qiymətləndirdik.
ƏN ÇOX SATILMIŞ KITAB
1. Altun Kitab – Zəka oyunları
2. Tutu – Yaşıl kitab
3. Qanun – O.Pamuk, “Mənim adım qırmızı” romanına görə
OXUCU SEÇİMİ
1. Shaki Khan Palace. Tutu nəşriyyatı
2. İlqar Hüseynov, Nigar Əfəndiyeva, “Turizmin əsasları”, “Mars-Print”
nəşriyyatı
3. Akif Kərimli, “Zəngilan. Şəxsi igidlik” – Avropa nəşriyyatı
Bu 4 əsas nominasiyalardan əlavə Sərgi zamanı fəal iştirakına görə
Şirvannəşr, Zəkioğlu, Multimedia Mərkəzi, Osmanlı Yayınları
nəşriyyatları Kitab Klubunun fəxri diplomlarını aldılar.
Sonda Kitab Klubunun direktoru Elxan Rzayev sərgini himayə etmiş Açıq
Cəmiyyət İnstitutu Yardım Fondu-Azərbaycan təşkilatına, Caldion
parfümeriya şirkətinə, bu sərgidə iştirak etmiş bütün nəşriyyatlara,
oxuculara, sərgini operativ işıqlandıran mətbuata, sərgi müddətinə bizə
bu gözəl salonu vermiş Rəssamlar İttifaqına və nəhayət Kitab Klubunun
əməkdaşlarına təşəkkürünü bildirdi. Müsabiqənin iki nominasiyası üzrə
qalibləri müəyyən etmiş münsiflər heyətinin üzvlərinə xüsusi təşəkkürünü
bildirdi.
Sərginin sonunda qaliblər birgə yadigar fotoşəkil çəkdirməyi də
unutmadılar.
Sərgidən görüntülər:
Kitab müsabiqəsinin qalibləri
 |
 |
 |
 |
 |
| Əbilov, Zeynalov |
Adiloğlu |
Nurlan |
Aspoliqraf |
Nurlar |
|