|
Müəlliflər
Professor
Sədnık Paşa Pirsultanlı (Paşayev) 52 ildir ki, folklorumuzun
toplanması, nəşri yə tədqiqi ilə məşğuldur. Onun 45 kitabı və yüzlərlə elmi
məqaləsi vardır. O 1970-ci ildə “Ağdabanlı Qurban və onun müasirləri»
mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1990-cı ildə
«Azərbaycan xalq əfsanələri və onun tədqiqi problemləri” mövzusunda
doktorluq işi müdafiə edib, filologiya elmləri doktoru adını almışdır.
37 ildir ki, Gəncə Dövlət Universitetinin müəllim-professorudur. Azərbaycan
Jurnalistlər və Yazıçılar Birliklərinin üzvüdür. Gəncliyində “Yeni
Daşkəsən”, “Mübariz” və “Yenilik” qəzetlərinin redaktoru olmuşdur.
Respublikanın Əməkdar Mədəniyyət və Qabaqcıl Ali Təhsil İşçisidir. 25 ildir
Gəncəbasar Aşıqlar Birliyinin sədridir. Hazırda onun yazıları davamlı olaraq
Amerika, Almaniya, Hollandiya, Qazaxstan, Türkmənistan, İran və Türkiyədə
elmi məcmuə, qəzet və jurnallarda nəşr olunur. Azərbaycan xalq əfsanələri və
əsatirlərini küll halında ilk dəfə toplayıb, eyni zamanda tədqiq edən
alimdir. Türkiyədə çıxan “Dədə Qorqud” Ensiklopediyasının hər iki cildində
və Moskvanın nəşr etdiyi “Yejeqodnik”də (Velikaya Sovetskaya Ensiklopediya)
təmsil olunan alimimizdir. 2005-ci ildə “Aztelefilm” yaradıcılıq birliyi
dövlət sifarişi ilə haqqında “Pirsultanlı” adlı sənədli televiziya filmi
çəkmişdir. Anqara və Bakıda keçirilən Uluslararası “ipək yolu xalq
ədəbiyyatı”, “Hacı Vəli Bektaşi” törənləri və “Ortaq türk keçmişindən, ortaq
türk gələcəyinə” həsr olunmuş Folklor simpoziumlarının məruzəçisidir. ABŞ-ın
Wisconsin Universitetində şəxsi adı ilə bağlı Türk xalqları folkloruna dair
3000 nüsxə kitabdan ibarət kitabxana təşkil olunmuşdur.
6 övladı, 12 nəvəsi var.
|