Ramil Səfərovun yeni kitabı işıq üzü gördü!..
26.12.11 saat 15:00-da "İRŞAD" oteldə Ramil Səfərovun tərcümə etdiyi
F.Molnarın “Pal küçəsinin oğlanları” kitabının təqdimat mərasimi
keçirildi. “Pal küçəsinin oğlanları” kitabının satışından əldə edilən gəlir
Ramil Səfərovun növbəti kitabının nəşrinə sərf olunacaq. Əsəri almaq
istəyənlər tələssin, nəşrin tirajı məhduddur.. Kitabın satış hüquqları
Bakı Kitab Klubuna məxsusdur..
Budapeşt şəhər məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən
Azərbaycan Milli ordusunun sabiq zabiti, xalqımızın cəsur oğlu Ramil
Səfərovun macar dilindən tərcümə etdiyi Ferens Molnarın (12.01.1878,
Budapeşt - 01.04.1952, Nyu-York) “Pal küçəsinin oğlanları” povesti ilk dəfə
Azərbaycan dilində nəşr olunmuşdur. Kitabin redaktoru və ön sözün müəllifi
filologiya üzrə fəlsəfə doktoru, dosent Asif Rüstəmlidir. “Məhbəsə sığmayan
azadlıq eşqi” adlı müqəddiməsində A.Rüstəmli Budapeştdə olarkən Ramil
Səfərovla görüşündən, kitabın bədii məziyyətlərindən bəhs etmişdir. Ön sözdə
vurğulanmışdır ki, “Pal küçəsi təkcə budapeştli məktəblilər üçün deyil,
bütün dünya gəncləri üçün azadlıq uğrunda, işğalçılara qarşı mübarizədə
vətənpərvərlik meydanı, həyat universitetidir”.
R.Səfərov bu əsərdən əvvəl Macarıstanın tanınmış xanım yazıçısı Maqda
Sabonun (1917-2007) “Qapı” romanını müvəffəqiyyətlə orijinaldan Azərbaycan
dilinə tərcümə etmiş və kitab 2011-ci ildə Bakıda çap olunaraq böyük uğur
qazanmışdır. O bədii ədəbiyyat nümunələrini macar dilindən azərbaycancaya
çevirən ilk tərcüməçidir.
Kitabı almaq istəyənlər Bakı Kitab Klubuna (M.Sübhi
13 - Təzə Pir Məsçidinin yaxınlığı) müraciət edə bilər..
“Pal küçəsinin
oğlanları” kitabının satışından əldə edilən gəlir Ramil Səfərovun növbəti
kitabının nəşrinə sərf olunacaq. Əsəri almaq istəyənlər tələssin, nəşrin
tirajı məhduddur..
Kitabın qiyməti 10 AZN-dir.
