|
"Nafta-Press" nəşriyyatı
«Nafta-Press» nəşriyyatı 20 may 2000-ci ildə Azərbaycan Respublikası Ədliyyə
Nazirliyində rəsmi dövlət qeydiyyatından keçib. 1996-cı ildən 2000-ci ilə
qədər Azərbaycan MEA Geologiya institutunun Elmi nəşr şöbəsinin nəzdində
fəaliyyət göstərib və o zamankı Mətbuat Komitəsinin qeydiyyatında olub.
İndiyə kimi nəşriyyatın qrifi ilə 500-dən çox elmi, elmi-populyar və bədii
əsər nəşr üzü görüb. Çap etdiyi əsərlərin təxminən 80 %-ni elmi ədəbiyyat
təşkil edir. Fəaliyyət müddətində elmi əsərlərin nəşrinə görə «21-ci əsr
Aktualidad» jurnalının keçirdiyi Beynəlxalq müsabiqədə qalib olub. Nəşriyyat
hər il MEA-nın Yer Elmləri Bölməsinin «Xəbərlər» jurnalı, Geologiya
institutunun elmi əsərləri ilə yanaşı, İnstitutun müxtəlif hesabatlarını,
ayrı-ayrı monoqrafiyaları çap edir. Nəşriyyatın mühüm nəşrlərinin çoxu
Geologiya intitutunun elmi saytında yerləşdirilir: (http://new.gia.az).
Nəşriyyatın mini mətbəəsi və cidləmə sexi var. Çap Rizoqrafda həyata
keçirilir.
Son altı ayda nəşr olunan kitablar:
1. «Xəbərlər» - Yer elmləri bölməsi, N2.
2. Elxan Məmmədli, «Bir dənəm» (şerlər).
3. Allahverdi Məmmədli, «Yüz ilin ədəbi abidəsi.
4. Şahvələd Xəlilov, Azərbaycanın ekocoğrafi problemləri.
5. Kimya Problemləri curnalı, N2.
6. D.X. Babaev, A.Qadciev, Tlubinnoe stroeniə i perspektivı
nefteqazonosnosti Kaspiskoqo morə
7. A. Hüseynov, Ağsu rayonun antik dövr arxeoloci abidələri
8. Alxan Bayramoğlu, «M.Ə.Sabir mətbuatda»
9. M.T.Abasov. Biblioqrafiya
10. F.Q.Dadaşev. muqanskaə monoklinalc
11. R.Əliyev. «Nəsimi və klassik dini üslubun təşəkkülü»
12. Xəbərlər, Yer elmləri bölməsi, N3
13. H.Ramazanlı. Eneolit orta əsrlərdə Şimali Azərbaycanda fayans dövrü
mədəniyyəti
14. A.Aliev, R.Raxmanov, T.Qasanlieva, Qrəzevıe vulkanı Azerbaydcana
15. Arif Paşayev, Qərib Məmmədov və b. Aeronaviqasiyada kartoqrafik
proyeksiyalar
16. Q.Miralamov. Oçistika qazov
17. Azərbaycan gənc oftolmoloqlarının I konfransı (məruzələrin tezisləri)
18. Siracəddin Hacı. Hz. N. Gəncəvinin yaradıcılığında Peyğəmbərlik anlayışı
və Hz. Məhəmməd
19. T.Qədirzadə. İslamaqədərki adətlər, inamlar və mərasimlər (Naxçıvan
materialları əsasında)
20. Xəbərlər, Yer elmləri bölməsi, N4
Nəşriyyatın direktoru
Nəşriyyatın
direktoru: Abıyev Hafiz Xeyrulla oğlu, 1979-cu ildə ADU-nun filologiya
fakültəsini bitirib. Azərbaycan klassik ədəbiyyatına aid bir neçə əsərin
tərtibçisi və redaktorudur.
Nəşriyyatın ünvanı: Bakı – Az1143, H.Cavid
pr. 29 A. Tel: 439 39 72
e-mail: hafiz@gia.ab.az
|