Müraciət

Naşirlərin, mətbəə rəhbərlərinin, müəlliflərin, mütəxəssislərin
və təchizatçıların nəzərinə


Kitab Klubu Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə ümumtəhsil məktəblərinin kitabxanaları üçün özündə bütün əsas təlim və oxu materiallarını əks etdirəcək kataloq hazırlayır.
Kataloqun hazırlanmasında məqsəd hər bir məktəb kitabxanasına mövcud olan təlim və oxu materialları haqqında məlumat verməkdir ki, məktəblər həmin materiallardan özlərinə lazım olanları seçib sifariş edə bilsinlər.
Gələcəkdə bu qəbildən olan məmulatlarınızın alınmasında maraqlasınızsa, həmin məmulatlar haqqında aşağıdakı məlumatları Kitab Klubuna göndərməyinizi xahiş edirik:

- məmulatın adı
- məmulatın qısa təsviri
- məmulatların fotoşəkli
- məmulatın müəlliflik hüququnun kimə məxsus olması
- məmulatın qiyməti.

Məlumatları noyabrın 10-na qədər Kitab Klubuna göndərməyinizi xahiş edirik.

Əlaqə telefonu - 492-12-38;
ünvan Bakı, Mustafa Sübhi küçəsi 13 və ya Murtuza Muxtarov küçəsi 7;
e-mail: info@kitabklubu.org, kitabklubu@bakinter.net
İnternet səhifə: www.kitabklubu.org