|
Məmməd
Süleymanov
Çe Gevaranın son sirri
Azərbaycanlı marksist jurnalist-yazar Məmməd Süleymanovun təqdim olunan
kitabı müəllifin ayrı-ayrı vaxtlarda yazılmış məqalələrindən seçmələr
şəklindədir. Müxtəlif vaxtlarda yazılmasına baxmayaraq, yazılar kitabda
təsadüfi formada deyil, müəyyən ardıcıllıq və uyğunluq əsasında yığılıb,
tam dolğun bit ideyanı ifadə etməyə istiqamətlənib.
“Solfront”, 2011, 176 səh., 13x20, yumşaq, 500
4.00 manat
Cəlil
Cavanşir
İtirilmiş əlyazma
Kitabda Azərbaycan tarixində önəmli yer tutan , Şirvanşahlar dövlətinə
uzun müddət hökmdarlıq edən Dərbəndilər sülaləsindən və onların Xaçmaz
mahalında yaşayan varislərindən söz açılır. Real tarixi şəxsiyyətlərlə
yanaşı, kitabda təxəyyül məhsulu olan qəhrəmanlardan, tarixin müəyyən
dönəmində Azərbaycan tarixində izi olan hökmdarlardan və elm
adamlarından söhbət açılır. Dayısının məsləhəti ilə ulu babalarının
çəcərəsini yazmağa başlayan müəllif, əsərin sonuna qədər yalnız
babasınındanışdığı əhvalatları yazır. Ancaq müəllifin axtardığı,
babasından qalma bir dəftər də var...
“Qanun”, 2012, 168 səh., 12x18, yumşaq
3.50 manat
Əziz
Mustafa
Günah
“Günah” romanında müasir kənd həyatı öz əksini tapıb. Romanın
qəhramanları Çingiz, Nərgiz və Səlim doğma kəndi sevən, ona ruhən bağlı
olan səmimi insanlardır. Səlim və Nərgiz həyatlarını həkim kimi kənd
insanlarının sağlamlığının qorunmasına həsr edirlər. Lakin onlar özləri
də bilmədən bağışlanmaz bir günah işlədirlər. Bu günah onların
həyatların alt-üst edir və nəticədə hər ikisi kəndi tərk etməyə məcbur
olurlar. Əsərin digər qəhrəmanı Səlim müsbət bir insandır. Amma o da
xəyanəti bağışlaya bilmir. Nəticədə bu insanlar bir-birinə düşmən
kəsilirlər. Buna baxmayaraq sonda onlar özlərində güc taparaq barışa
bilirlər.
“MBM”, 2011, 144 səh., 15x21, sərt, 300
5.00 manat
Dilqəm Əhməd
Bozqırdan uçuruma
Bozqır azadlığımız, uçurum uğursuzluğumuzdur. Bu gün elə bir dönəmdəyik
ki, hər bir fərdin azadlığı dəyişik yollarla sınırlandırılıb, mücadilə
aparanlar isə uçurumun kənarına yuvarlanıblar. Bozqırdan sürgün olunaraq
uçurumun qarşısında dayanarkən geridə buraxılan hisslər, sevgilər,
düşüncələr təkrar-təkrar xatırlanır, məhz bu xatırlanmalar bizim
uçurumdan aşağıya atlanmağımızın qarşısını alır. “Bozqırdan uçuruma”
adlandırılan bu kitabda cəmiyyətin müxtəlif fərdlərinin uğursuzluğu əks
olunub. Bu uğursuzluq əsla yenilgi deyildir. Bu gün əsas olan uçurumun
kənarında olsaq belə, mətinliyi qorumaqdır. Uçurumdan bozqıra doğru geri
dönüləcək yol isə çox da uzaqda deyildir.
“Apostrof”, 2011, 128 səh., 12x18, yumşaq, 300
3.00 manat
Рафик
Алиев
Бедность, диктатура, несправедливость
В книге автор предлагает вниманию читателей свою взгляды на фоне
глобальных изменений в разных сферах жизни общества, конкретизируя их
реальное влияние на политику и философию. По его мнению, сегодня нет
достаточно серьезных политических и филососких обоснований происходящего
и прогнозов на ближайшее будущее. Гуманитарная составляющая науки по
разным, в том числе объективным причинам, сльно отстает от темпов
развития быстро изменяющегося мира.
“Апострофф”, 2011, 252 стр., 14x21, твердая, 2000
7.00 manat
Рафик Алиев
В тайниках бытия
В книге собраны художественные рассказы и актуальные политические статьи
и памфлеты. В них автор стремится показать многогранность самой жизни в
особом единстве человека и природы. Здесь нашли свое место мнения автора
об «интимных» отношениях пчелы и полевого цветка, а пагубном воздействии
региональных. Локальных войн, а также предположения насчет того, как
светлые идеи демократии, свободы и прав человека мутнеют и блекнут на
фоне деятельности амбициозных политиков. Полагаем, что точки зрения
автора могут быть интересны и широкому читательскому кругу.
“Апостроф”, 2011, 464 стр., 14x20, твердая, 2000
7.00 manat
Sərdar
Cəlaloğlu
Totalitarizmin metamorfozası
Kitab keçmiş SSRİ respublikalarında gedən ictimai-siyasi proseslərin
elmi-siyasi təhlilinə həsr olunub. Kitaba həmçinin müəllif bilavasitə
mövzu ilə əlaqədar müxtəlif illərdə yazdığı və dövrü mətbuatda çap
olunmuş bir neçə məqaləsi daxil edilib. Kitabın üz qabığındakı şəkil
Salvador Dalinin “Narsistin metamorfozası” adlı əsərinin
illustrasiyadır.
“Qanun”, 2010, 576 səh., 15x23, sərt, 1000
15.00 manat
Əkbər N. Nəcəf
Səlcuqlu dövlətləri və Atabəyləri tarixi
Azərbaycan tarixində ilk dəfə tədqiq olunan mövzu oğuz türklərinin tarix
səhnəsinə çıxmasından Səlcuqlu dövlətləri və atabəylərinin süqutuna
qədərki uzun dövrə işıq tutmaqdadır. Kitabda oğuzların ulu əcdadı hesab
edilən Tilər, İşquzlar, Tinq-Linqlər, Kao-çelər, Töleslər və
Oqur/Oğuzların m.ə. 3000-ci ildən başlayıb VIII əsrə qədər tarixi qısa
tədqiq edilib və Oğuz Yabqu dövləti (766-1050) haqqında məlumat
verilib. Monoqrafiyanın əsas mövzusunu təşkil edən Böyük Səlcuqlular
dövlətinin (990-1162, İraq və Xorasan Səlcuqluları da daxil olmaqla)
siyasi, hərbi, dövlət təşkilatı, sosial vəziyyəti və mədqəniyyəti
ətraflı araşdırıldıqdan sonra Kirman (1041-1187), suriya (1078-1117)
və Türkiyə (1077-1308) ərazisində qurulmuş səlcuqlu dövlətlərinin
tarixi şərh edilib.
“Qanun”, 2010, 756 səh., 17x24, yumşaq, 300
20.00 manat
Elxan Elatlı
Ələkeçməz yaquar
(dedektiv roman)
Roman, əsasən, Rusiyada yaşayan bir azər ailəsinin faciəsindən bəhs
edir. Amma burada məhəbbət, ailə-məişət problemləri, günümüzün bəzi
reallıqları da öz əksini tapır.
İnanırıq ki, sevimli yazıçımızın bu əsəri də geniş oxucu kütləsi
tərəfindən maraqla qarşılanacaq.
"Elgün" , 2011, 272 səh., 15x20, yumşaq, 500
4.00 manat
Mir
Cəfər
Qəfil oyanış
Kitabda “Qəfil oyanış” adlı povest, “Etüdlər” və 1993-cü ildə nəşr
olunmuş “Göylərə çəkilmiş ümid” kitabından bir neçə nümunə toplanıb.
“Qəfil oyanış”da müəllif öz dini fəlsəfi fikir və düşüncələrini bədii
üsulla oxucuya çatdırmağa çalışır.
“Elm”, 2011, 148 səh., 13x20, yumşaq, 500
5.00 manat
Teyyub Qurban
Düşmənlərindən güclü şəxsiyyət
( 2-ci kitab, yenilənmiş nəşr)
Kitabda M.C. Bağırovun çoxcəhətli siyasi fəaliyyəti arxiv sənədləri
əsasında şərh edilir. Kremlin daşnak-rus hakimlərinin göstərişi ilə
1956-cı ildə qurulmuş qondarma məhkəmənin bütün ittihamları ifşa olunur.
Müəllifin fikrincə, M.C. Bağırov Azərbaycan xalqının ən nəhəng və
əyilməz tarixi şəxsiyyətlərindəndir. Kitabdakı faktlar, sənədlər,
epizodlar, xatirələr Bağırovun yaxşı işlərindən, əməllərindən,
kişiliyindən danışır-bütün bu keyfiyyətlərin Azərbaycanımıza-xalqımıza
xeyrindən danışır. Təkzibedilməz dəlillər adamı çox-çox məqamlarda
Bağırovun mərdliyinə, fəhminə, qətiyyətinə inandırır.
"Şirvannəşr", 2011, 508 səh., ( 8 səh. foto) 15x21, sərt, 300
12.00 manat
Чапай
Султанов
Противостояние...
Автор хотел показать различия межву Алиевым и Горбачевым по сути, по
существу. Ибо различия в этом плане многое проясняют в последующих
событиях.
«Чашыоглу», 2011, 428 стр., 17x25, твердая, 500
20.00 manat
Юсиф Гулиев, Иршад Гулиев
Как развивалось общество
Развитие общества сводится авторами к восьми моднлям алфавитных систем,
з которых для нас ьыла очевидна модель письма. Формулирование новых
алфавитных систем в других областях человеческой дятельности позволяет
дифференцировать процесс развития общества, упорядоченно созерцать
историю его эволюции. Выявление направлений развития общества позволяет
рассматривать их взаимосвязи и совместные проявления. Книга
предназначена для юношества. А это значит, что язык ее изложения выбран
ясный и популярный, хотя порой речь идет о непростых вещах.
“Kitab Klubu”MMC, 2011, 50 стр., 15x21, мягкая, 200
2.00 manat
Çak
Palanik
Döyüşçü klubu
( rus dilindən tərcümə: Fizzə Heydərli)
Bu roman ötən əsrin 90-cı illərində yazılmış əsərlərin ən yaxşısı, ən
qalmaqallısıdır. İstehlakçı cəmiyyətdən və Amerika mədəniyyətindəki
mərdlik anlayışının dəyişməsindən getdikcə daha çox narazı qalan baş
qəhrəman bu durumla mübarizə aparmaq qərarına gəlir. Bunun üçün radikal
psixoterapiya yolunu seçərək gizli döyüşçü klubu yaradır. Siz bu kitab
əsasında çəkilmiş “Döyüşçü klubu” filminə baxmısınızmı? Kitabı
oxumağınız da məsləhətdir.
“Qanun”, 2011, 256 səh., 12x18, yumşaq, 500
5.00 manat
Araz Bayramov
Azad
( roman)
Roman çıxılmaz suallar qarşısında qalan, haqsızlıqları qəbul etməyən bir
gəncin. Orxanın başına gələnlərdən bəhs edir. Onun ətrafı azad düşüncəli
gəncliyə gülən, “Nə üçün mümkünsüzü mümkün etməyə çalışırsınız?” deyə
ruhdan salmaq istəyən insanlarla doludur. O isə tamam fərqli düşünür.
Günahsız yerə həbs olunmuş bir gəncə kömək etməyi planlaşdıran Orxan bu
məqsədinə çatmaq üçün , hətta atasına da qarşı çıxır. Roman Orxanın
başına gələn hadisələr və ölkəmizin, habelə cəmiyyətimizin təsviri
üzərində qurulub.
“Apostrof”, 2011, 176 səh., 12x18, yumşaq, 500
3.00 manat
Arif
Mehdiyev, Amin İsmayılov
Coğrafi informasiya sistemləri
Dərslikdə Coğrafi İnformasiya Sistemlərinin (CİS) yaranması, əsas
ideyası və mahiyəti şərh olunub. CİS mühitində coğrafi obyektlərin
verilməsi, verilənlər bazasının yaradılması şərtləri, məlumatların
formatlarş, təhlil imkanları misallarla izah olunub. Müasir dövrdə bu
sahədə istifadə olunan əsas proqram və aparat təminatları haqqında
zəruri məlumatlar verilib. CİS-in imkanları, alətlər dəsti və tətbiq
sahələri ətraflı izah olunub ki, müəlliflərin fikrincə, bu da öz
növbəsində CİS mühitində işləmək bacarığının aşılanması baxımından
faydalıdır.
“Müəllim”, 2010, 232 səh., 15x22, sərt, 500
10.00 manat
Рафик Алиев
Беседа по душам...
Книга посвящена замечательному человеку, талантливому ученому-историку,
академику Тофику Касум оглу Кочарли. Стиль передачи мыслей в форме
диалога с ним избран автором исключительно как знак глубокого уважения к
его светлой памяти. Такой подход, как нам кажется, даст возможность
читателям более реально почувствовать его присутствие.
“Апостроф”, 2009, 284 стр., 13x20, твердая, 2000
7.00 manat
Redaktor-
Səbuhi Rəhimli
2012: Dünyanın sonumu?
“2012-ci il sindromu”, necə deyərlər, öz kuliminasiya nöqtəsinə
yaxınlaşmaqdadır: yeni təqvim ili gəldi. Bu ildə nələrin olub-bitəcəyini
hamımız birlikdə görəcəyik. Lakin bu ilin bəşəriyyətin və Evimiz olan
Yer kürəsinin də bitmə ili olacağına inananlar az deyil. İnsan oğlu var
olandan həmişə özü də bilmədən təhtəlşüur səviyyəsində öz sonundan yana
əndişə yaşaya-yaşaya ömr edib, maraq dolu bir qorxu ilə o Günü
gözləyib...Bu kitab də həmin əzəli-əbədi marağa su səpmək amacı ilə
ərsəyə gəlib.
“Qoroskop”, 2011, 112 səh., 14x20, yumşaq, 500
3.00 manat
Ələkbər Muradov
Qırmızı şarla vidalaşma...
Şərti olaraq insanın yaddaşı audio-vizual cihaza bənzəyir. Doğulduğu
gündən dünyasını dəyişənə qədər yazılan, daha doğrusu hazır yazılmış
yazını oxuyur, həmən cihaz! Çox xoşbəxt insanlara həmən yazını dəfələrlə
oxutdurub yada salır, ibrət, müqayisə, tövsiyə edir qüdrətli Allah! Bu
yazıda xırda detallar yenidən oxunanda yeni rəngdə, yeni çalarlarla yada
düşür. Bəlkə bizim bütün səhvlərimiz, günahlarımız həmən xırda yaddan
çıxan detallardadır? Bilmirəm?! Onu hiss edirəm ki, bu yazı sondan
əvvələ oxunursa, son əvvəldədir...
“CBS”, 2011, 80 səh., 15x21, yumşaq, 300
10.00 manat
Vasif
Qafarov
Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi ( 1917-1922)
Kitab Azərbaycan tarixinin olduqca mürəkkəb, ziddiyyətli və eyni zamanda
maraqlı bir dövrünü əhatə edir. Monoqrafiyada Türkiyə-Rusiya
münasibətlərində Azərbaycan məsələsinin meydana çıxması, bu dövlətlərin
Azərbaycanla bağlı planları və bu planların gerçəkləşdirilməsi üçün
həyata keçirilən tədbirlər kompleks şəkildə araşdırılıb. Zəngin ilkin
arxiv sənədlərinə dayanan müəllif 1917-22-ci illərdə Türkiyə-Rusiya
münasibətlərinin düyün nöqtəsinə çevrilən “Azərbaycan məsələsi”ni
regionda və bətövlükdə beynəlxalq münasibətlərdə cərəyan edən hadisə və
proseslər fonunda tədqiq edərək xalqımızın taleyüklü məsələlərinin həll
olunduğu bu dövrün obyektiv tarixi mənzərəsini yarada bilib. Kitabda
istifadə edilən sənəd və materialların böyük bir qismi ilk dəfə
dövriyyəyə gətirilib.
“Azərnəşr”, 2011, 474 səh., 15x22, sərt, 1000
15.00 manat
Мамед Айдын оглу
Под одной крышей или с любовью из Утрехта
Эмиль Новрузов вернулся в родной город лишь на сутки, чтобы завершить
начатое почти три года назад дело. Он забирает свою долю у Тогрула и уже
строит планы на будущее. Утром Новрузов отнесет деньги в банк, вечером
сядет в самолет на обратный рейс до Сургута и начнем жить совершенно
иначе. Жизнь его будет полна увлечений. Отныне он богач. Однако в
результате несчастного случая, который нарушил его планы Эмиль
становится гостем в доме, где находит новых друзей и свою истинную
любовь. Но все не так просто, как казалось на первый взгляд и за все в
жизни надо отвечать.
«Нурлан», 2010, 156 стр., 15х20, мягкая, 200
3.00 manat
Elif
Şafak
İskəndər
(Türk dilindən tərcümə edən: Hunay Saday)
Roman Fərat çayı sahilindəki bir kürd kəndində yaşayan, sonra isə
Londona qədər gedib çıxan kürd-türk əsilli bur ailənin faciəsini təsvir
edir. Roman İskəndərin bacısı Əsmanın dilindən söylənən bir hekayət
olaraq yazılıb. Əsərdə 11 əsas obrazın iştirakı ilə baş verən
faciə-İskəndərin öz anasını qətlə yetirməsi baş gicəlləndirici bir
şəkildə təsvir edilib. Romanın bölmələri ayrı-ayrı qəhrəmanların adları
ilə adlandırılmaqla hadisələrin inkişafı adddım-addım onların dilindən
söylənir və bu üslub həmin qəhrəmanların xarakterinin açılmasına yardım
etmiş olur. Roman sirlərlə doludur. Və romanın hər bölməsində bir sirrin
açılması ilə yeni sirlərin ortaya çıxması oxucunu daima gərgin maraq
içərisində saxlayır. Əsər dünya, həyat, cəmiyyət , eşq, mənəvi dəyərlər
haqqında söylənilmiş fikirlərlə zəngindir. Bu romanı ən yaxşı anladan
cümlələrdən biri belədir: “Ən çox sevdiklərimizi incidirik!”
Sevdiklərinizi nahaq yerə incitməkdən çəkinmək üçün “İskəndər”
köməyinizə yetişə bilər.
“Qanun”, 2011, 448 səh., 12x19, yumşaq. 500
7.00 manat
Аделя
Иманова
«Мелодия любви»
серия «Любовь и тайны нашего города». Повести и рассказы.
Если вам интересно знать, как сильна первая любовь, как порой трудно
мужчине хранить тайну, кем может оказаться уличная торговка и кем может
стать замечательный парень, сын академика, какое благородство таится в
бессердечной женщине, какое отношение имеет всемирно известная певица к
обычному жителю нашей страны, как выйти замуж за миллионера, как
элементарная зависть перечеркивает чью-то жизнь, то эта книга – для вас.
«Элм и тахсил», 2011, 406 стр., твердая цветная обложкка, тираж 500 шт
7.00 manat
AVCİYA
Bakı haqqında 20 etüd
Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının
tanınmış fotoqraflarla birlikdə tərtib etdikləri kitab-albomda Bakıdan
danışılır. V-VI əsr mənbələrində bağavan və Atəş-i Baquan, X əsrin ərəb
mənbələrində bakuyə, Bakuh, Baku, XV əsrin rus məxəzlərində Baka,
Səfəvilər dövrü farsdilli mənbələrdə Badkubə adlandırılan Bakı bu
kitabın əsas qəhrəmanıdır. Müstəqilliyimizin 20-ci ildönümü ərəfəsində
paytaxtımız haqqında 20 etüddə açılan söhbət oxucu üçün maraqlı olacaq.
Bu kitab-albom hər bir insana Bakını göstərə, təqdim edə biləcək.
“Şərq-Qərb”, 2011, 168 səh., 30x30, sərt, 1000
50.00 manat
Paul
Mladjenoviç
"Fond birjasında investisiya"
(Tərcüməçilər: Elçin İbadov, Elvin Şabanov, Tural Ağayev)
Bu nəşr Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət
Komitəsinin təşəbbüsü ilə Paşa Bank tərəfindən maliyyələşdirilib və
Headstart İnternational şirkəti tərəfindən hazırlanıb. Kitab
iqtisadiyyat üzrə tədris aparan müəllimlər, bu sahə üzrə təhsil alan
tələbələr, maliyyə/birja mütəxəssisləri və fond birjasında həyata
keçirilən əməliyyatlar haqqında ümumi məlumat əldə etmək istəyən geniş
kütlə üçün nəzərdə tutulub.
“CBS”, 2011, 408 səh.
18.00 manat
Cerom Devid Selincer

"Çovdarlıqda uçurumdan qoruyan"
( tərcümə edəni- Tehran Vəliyev)
“Çovdarlıqda uçurumdan qoruyan” qomanı 1951-ci ildə qələmə alınıb.
Əsərdə on altı yaşlı Holden adlı gənc tərəfindən çox açıq şəkildə
Amerika həqiqətlərinin kəskin dərk edilməsindən və müasir cəmiyyətin
ümumi qayda və əxlaqının qəbul edilməməsindən söhbət açılır. Roman,
əsasən cavanlar arasında böyük populyarlıq qazanaraq XX əsrin yarısında
dünya mədəniyyətinə əhəmiyyətli təsir göstərib. Amerikalı yazıçı roman
üzərində doqquz il işləyib. Əsər dünyada qıza müddətdə 60 milyon nüsxə
ilə satılıb.
2011, 228 səh.
5.00 manat
Nüsrəddin
Məmmədov, Amil Məhərrəmov, Sədaqət Əhmədova
"Azərbaycan iqtisadiyyatı"
Hər bir müstəqil dövlətin müstəqil siyasəti və milli mənafeyə uyğun
milli iqtisadiyyatı yaradılmalıdır. Milli iqtisadiyyat milli dövlətin
mövcudluğunun bazisi, iqtisadi əsasıdır, digər siyasi təsisatlar bunun
üzərində yüksəlir və onların uğurları iqtisadi bazisin inkişaf
səviyyəsindən asılıdır və bunlar bir-birini şərtləndirən amillərdir.
Lakin saglam milli iqtisadiyyatın formalaşması və inkişafı çox mürəkkəb,
çətin və uzun müddətli prosesdir. Bir iqtisadi sistemdən daha mütərəqqi
iqtisadi sistemə keçməyin ümumi iqtisadi sistemə keçməyin ümumi iqtisadi
qanunauyğunluqlarını bilmədən, bazar iqtisadi sisteminə keçməyin
zəruriliyini dərk etmədən sağlam milli iqtisadiyyatın formalaşmasında
əhali şüurlu şəkildə iştirak etməz və keçid dövrünün çətinliklərinə
dözümsüzlük göstərə bilər. “Azərbaycan iqtisadiyyatı” dərs vəsaiti bu
propblemlərin mahiyyətini açmaq, əhalini iqtisadi biliklərlə
silahlandırmaq məqsədilə çap edilib.
2011, 522 səh.
12.00 manat
Yusif
Əhmədov
"Ələkeçməzlər-2"
Azərbaycanın ilk milli siyasi detektiv romanı olan kitabda 2006-2010-cu
illərdə Bakıda və əyalətlərdə, o cümlədən Dağlıq Qarabağda, Xankəndi və
Laçında, bir çox xarici ölkələrdə baş vermiş müxtəlif kriminal
hadisələrdən, terrorlardan bəhs edilir. Kitabın redaktoru və “Ön söz”ün
müəllifi Aydın Xan Əbilovdur.
“Şərq-Qərb”, 2011
7.00 manat
Mətləb
Əlizadə, Etibar Seyidzadə, Amil Babayev
"Kompüter və hesablama sistemlərinin arxitekturası"
Dərslikdə fərdi kompüterin arxitekturası tamamilə açıq şəkildə verilib,
ona daxil olan qurğuların iş prinsipi ətraflı şərh edilib. Bununla
yanaşı kitabda istifadəçinin fərdi kompüterdən istifadə etdiyi zaman
yararlandığı pereferiya qurğuları haqqında da çoxlu sayda şəkillərdən
istifadə etməklə ətraflı məlumat verilib. Kitab fərdi kompüter, ona
qoşulan pereferiya qurğuları, həmçinin bu texniki qurğuların yaranma
tarixi ilə maraqlananlar üçün əlverişli dərslik hesab edilə bilər.
2011, şəkilli, 648 səh.
8.00 manat
Jan
Pol Sartr
"Ürəkbulanma" roman
(Azərbaycan dilinə Gülər Qasımova tərcümə edib)
...Əsərin qəhrəmanı həqiqət axtarır, dünyanın xaosu, həyatın absurdluğu
və çıxılmazlığı içində öz mövcudluğunun mənasını anlamağa çalışır...
Sartr bu xaos içində insan azadlığının, onun şərəf və ləyaqətinin
qorunmasının mühümlüyünü qabardır...
“Ürəkbulanma” (fr. La Nausée, ilk adı “Melanxoliya” olub) XX əsrin ən
böyük filosoflarından biri, yazıçı və markisist, ateist
ekzistensializmin banilərindən biri olan Jan Pol Sartrın ilk romanıdır.
Sartrı bütün dünya 1938-ci ildə məhz bu romanla tanıdı.
Əsər Antuan Rokentinin gündəlikləri əsasında qurulub.
“Ürəkbulanma” romanı öz gücü ilə Sartrın sonrakı bütün əsərlərinə xüsusi
təsirini göstərib.
Kitabı "APOSTROF" nəşriyyatı çap edib.
5.00 manat
Elçin
Ələkbərzadə
"Vanqanın sehirli aləmi"
Bu kitab heyrətamiz vergiyə malik kor öncəgörücü qadın Dahi Vanqa
haqqındadır. Vanqa yadplanetlilərlə , ölənlərin ruhları ilə, mələklərlə
birbaşa əlaqəyə girmək, bütün bəşəriyyətlə bərabər ayrı-ayrı insanların
da taleyini öncədən görmək iqtidarında idi. Vanqa insan həyatını kitab
kimi əvvəldən axıra qədər oxuyurdu. Vanqa tibbi təhsili olmadan
xəstələrə dəqiqliklə diaqnoz qoyur və təbii vasitələrlə yüksək effektli
müalicə edirdi. Bu kitabda Vanqadan əvvəlki və sonrakı
öncəgörücülər-Zərdüşt peyğəmbər, hələ XVI əsrdə bəşəriyyətin 3797-ci ilə
qədərki taleyi haqqında öncəgörmələr söyləmiş Nostradamus, amerikalı
“yatmış peyğəmbər” Edqar Keysi, əslən İranlı olan Cuna Davitaşvili, Volf
Messinq, ən qüdrətli medium Tofiq Dadaşov haqqında unikal faktlar da öz
əksini tapıb.
2011, 216 səh.
3.00 manat
Yaqub
Abbasov
"İntellekt"
Kitaba müxtəlif elm sahələrini əhatə edən 700 sual-cavab, görkəmli
şəxslərin həyatından ən maraqlı məqamlar, dilimizdə işlədilən bəzi
sözlərin mənşəyi və tarixi, eləcə də İslamı qəbul edən tanınmış
şəxsiyyətlər, “Quranı-Kərim”in möcüzələri, İslamın-Elmin inkişafının
qarşısını alan hökmdarlar ( Əməvilər, Abbasilər), dünya ölkələri
haqqında məlumat, Osmanlı Sultanları, İslam Konfransı Təşkilatı, bundan
başqa: namazı öyrənənlər üçün azərbaycanca və rusca ümumi məlumatlar və
s. daxil edilib.
2011, 640 səh.,
10.00 manat
Zahirəddin
Məhəmməd Babur
“Baburnamə”
(Cağataycadan çevirən: Füzuli Bayat)
Tarixə düşən məharətli siyasətçi, Osmanlının ruhunu, mənəviyyatını,
mədəniyyətini özünəməxsus şəkildə öz imperatorluğunda yaşadan dövlət
xadimi, şair, tarixçi, elm adamı və bir sözlə, Türk-İslam tarixinin ən
böyük simalarından olan Qazi Zahirəddin Məhəmməd Babur idi.
Onun haqqında tarixdə çox yazıb, çox danışıblar, həmişə də əzəməti və
şöhrəti qarşısında baş əyiblər. Bir vaxtlar, demək olar ki, bütün
Hindistan onun qurduğu böyük bir imperiyanın tərkibində idi. O, məşhur
sərkərdə, bacarıqlı dövlət xadimi, siyasətçi, həm də orta əsrlərin ən
böyük şair və ədiblərindən biri idi. O, təkbaşına Türk-Hind
imperatorluğunu qurdu və özündən sonra tarixdə “Baburnamə” adı ilə böyük
bir ədəbi miras qoyub getdi. “Baburnamə” Qərbi bu gün də özünə heyran
etməkdədir. Məhz “Baburnaməyə” görə onu Qərbdə hörmət və məhəbbətlə
türklərin Homeri adlandırırlar.
2011
10.00 manat
Ceyhun
Bayramlı
"Babək və hürrəmilik" ( yalanlar və gerçəklər)
Kitabda Azərbaycanda IX əsrin I yarısında baş vermiş hürrəmilər
hərəkatına, bu hərəkatın öndəri Babək Hürrəminin həyat və mübarizəsinə,
eləcə də hərəkatın dini-ideya mahiyyətinə ənənəvi tarixşünaslığın
baxışlarından fərqli yeni mövqe nümayiş etdirilir, Hürrəmilik ideyaları
İslami nöqteyi-nəzərdən təhlil olunur, Azərbaycan xalqının IX əsrdə
milli dövlətçilik məfkurəsinə dair yeni fikirlər irəli sürülür. Tədqiqat
əsəri elmi-publisistik üslubda yazıldığına görə həm elmi-tarixi
araşdırma aparan tədqiqatçılar, həm də geniş oxucu kütləsi üçün nəzərdə
tutulub.
2011, 452 səh.,
9.00 manat

“Azər-İlmə”
“Azərbaycan xalçaları-Qarabağ qrupu” /broşur/
(6 dildə)
Xalçaçılıq tarixində ilk dəfədir ki, fundamental elmi tədqiqatlar
nəticəsində ərsəyə gələn bu broşurda Qarabağ xalçalarının özünəməxsus
cəhətləri, fərdi xüsusiyyətləri, toxunma texnologiyası, rəng və
kompazisiya həlli hərtərəfli, geniş tədqiq olunub. Broşurda iyirmiyə
yaxın əntiq xalça nümunələri və onların bədii təsviri, Qarabağın bütün
rayon və şəhərlərinin xalçaçılıq ənənələri haqqında məlumatlar verilib.
Xalçaların özünəməxsus çeşniləri, rəngləri, naxış və ornametlərindən
bəhs edən “Azərbaycan xalçaları: Qarabağ qrupu” broşuru Qarabağ
xalçaları həqiqətlərini altı dildə bütün dünyaya çatdırır. Azərbaycan,
rus, ingilis, ərəb, fransız və alman dillərində çap olunan broşurun
beynəlxalq tədbirlərdə, görüşlərdə paylanması, dünya sənətşünasları,
tarixçilər arasında yayılması nəzərdə tutulub. Onu da qeyd edək ki, bu
broşurda yer alan əntiq və müasir Qarabağ xalçaları “Azər-İlmə”nin
kolleksiyasında qorunur. Layihənin rəhbəri dosent Vidadi Muradovdur.
Layihə üzərində həmçinin tarix elmləri doktoru Kərim Şükürov və
sənətşünas Asiya Şirəliyeva da çalışıblar.
Satış üçün nəzərdə tutulmayıb
Aqil
Abbas
"Batmanqılınc" (roman)
Romanda XVIII əsrin sonunda Azərbaycan xanlıqları arasındakı ziddiyyətli
münasibətlərdən, həmin dövrdə Qarabağda cərəyan edən hadisələrdən,
Azərbaycan torpaqlarının bütünlüklə öz hakimiyyəti altında görmək
istəyən Ağa Məhəmməd şah Qacardan, Qacarın şimali Azərbaycana
yürüşündən, Rus imperiyasının Qafqazda ilk dayaqlarının yaranmasından və
bu gərgin ictimai-siyasi durumda faciəli günlər yaşayan o taylı-bu taylı
Azərbaycan xalqının qismətinə düşmüş ağrılı-acılı taledən söhbət açılır.
Məmməd bəy Cavanşir Batmanqılıncın Qarabağ xanlığının tarixindəki rolu
romanın ana xəttini təşkil edir.
Bakı, Qanun Nəşriyyatı, 2011, 280 səhifə, 1000 tiraj.
7.00 manat
Den
Braun
"Da Vinçi şifrəsi"
(tərcüməçi-Samir Bulut)
Leonardo da Vinçinin işlərində gizli şifrələr var... Yalnız bu,
ağlasığmaz hakimiyyət və qüdrət bəxş edən xristian ziyarətgahlarını
tapmağa kömək edər... Bəşəriyyətin əsrlərlə öyrənməyə can atdığı böyük
sirrin açarı bəlkə də tapıldı... Müəllif “Da Vinçi şifrəsi” romanı
üzərində işləyərkən, apardığı tədqiqatların bütün nəticələrini baş
qəhrəmanı, din tarixi və ikonaqrafiya üzrə Harvard universitetinin
professoru Robert Lenqdonun vasitəsilə oxucularına çatdırır. Roman Luvr
muzeyində qoca mühafizəçinin qətlini Robert Lenqdona xəbər verən gecə
zəngi ilə başlayır. Cəsədin yanında açarı Leonardo da Vinçinin işlərində
gizlənən şifrəli yazı tapılır...
2010, 464 səh.,
9.50 manat
109 resept, 12 şəkil, 64 səhifə-ləziz yeməklər kitabı
"Azərbaycan mətbəxi"
Kitabda Azərbaycan mətbəxindən seçmə reseptlər toplanıb. Şorbalar,
tərəvəzli-göyərtili xörəklər, salatlar, plovlar və dolmalar, şirniyyat
reseptləri çox sadə və oxunaqlş dildə yazılıb. Kitabda ətlə, tərəvəzlə,
balıqla, toyuqla hazırlanan ənənəvi xörəklərin qaydaları verilib. Yəmək
həyatdır, xoçbəxtlikdir, unudulmaz daddır. Bu kitabda olan hər bir
reseptdə Azərbaycan dadı var. Bu dadı “Azərbaycan mətbəxi” kitabının
köməkliyi ilə dünyanın hər yerində, hər zaman yoxlaya bilərsiniz.
2011, 72 səh.,
5.00 manat
Əli
Əlirzayev
Turizmin iqtisadiyyatı və idarə edilməsi
Kitabda turizmin inkişafının sosial-iqtisadi rolu və onun Azərbaycanın
iqtisadi və sosial inkişafında yeri müəyyənləşir. Turizmin inkişafının
əsas iqtisadi, maliyyə aspektləri qiymətləndirilir. Turizmin modeli,
onun əsas parametrləri və sosial-iqtisadi nəticələri proqnozlaşdırılır.
“İqtisad Universiteti”, 2011, 494 səh., 14x20, yumşaq, 500
9.00 manat
Zbiqnev Bjezinski
"Böyük şahmat taxtası"
(Amerikanın hökmranlığı və onun geostrateji imperativləri)
(tərcüməçi- Yaşar Əsədov)
SSRİ-nin qatı və ardıcıl əleyhdarı olan Bjezinskinin kitabının çoxsaylı
yeni nəşrləri onun geasiyasət sahəsində nəzəri
öncəgörmələrinə böyük marağın olduğunu göstərir. Dünyanın ən məşhur
politoloqlarından biri gələcək dünyanın siyasi
xəritəsini proqnoz etməklə, dünyada və xüsusilə də Avrasiya
kontinentində cari onilliyin geosiyasi situasiyasını təhlil edir.
Müəllif SSRİ-nin bütün kin-küdurətini miras olaraq qəbul edən Rusiyaya
“Qara dəlik” simvolik adı verən ayrıca fəsil həsr
edib.
2011, 328 səh.
8.00 manat
Den Braun
"Mələklər və iblislər"
( tərcüməçi-Yaşar Əsədov)
“İllüminati”. Orta əsrlərdə rəsmi kilsəylə apardığı sərt və qəzəbli
savaş nəticəsində məşhurlaşan qədim gizli orden-qardaşlıq.
Bu, sadəcə, uzaq keçmişin əfsanəsimi? Bəlkə də... Elə isə bəs onda niyə
sirli şəkildə öldürülmüş, Tanrının varlığını elmi
şəkildə sübuta yetirməyin astanasında olan alimin sinəsinə məhz
illüminatların rəmzlərindən damğa basılır? Harvarddan
dəvət edilmiş rəmzlər üzrə mütəxəssis və onun öldürülmüş alimin qızı
olan tərəf-müqabili öz şəxsi araşdırmalarına
başlayırlar və... tezliklə inanılmaz nəticələr əldə eləyirlər... Dünyaca
məşhur olan bu əsər Azərbaycan dilində ilk dəfə nəşr
edilir.
2011, 656 səh.
9.50 manat
Aqata Kristi
"Baş nazirin oğurlanması" (dedektiv)
(ingiliscədən çevirən- Camal Zeynaloğlu)
Onu “cinayətlərin kraliçası” adlandırırdılar, amma özünün başqa “Ölüm
hersoginyası” titulu xoşuna gəlirdi. Ginnesin
Rekordlar kitabında onun əsərləri 103 dildə 2 milyard nüsxədə çap
olunub. O, dünyada ən çox oxunan müəllifdir. ”Staylsda
sirli hadisə”, “Sirli düşmən”, “Rocer Ekroydun ölümü”, “Vikarinin evində
ölüm hadisəsi”, “Pərdə”, “Miss Marplın son
təhqiqatı” və s. əsərləri bu gün də maraqla oxunur. 1955-ci ildə Amerika
dedektiv yazarları assosiasiyası Aqatay tarixdə ilk
dəfə olaraq dedektiv ədəbiyyatının Qrand-masteri adını verib. Aqata
Kristi 1976-cı ildə 86 yaşında dünyasını dəyişib.
2011, 142 səh.
3.00 manat
AMEA
Baş redaktor- akademik Cəlal Əliyev
"Nəbatat terminlərinin izahlı lüğəti"
Oxuculara təqdim olunan “Nəbatat terminlərinin izahlı lüğəti” Mərkəzi
Nəbatat Bağının alimlərinin əməyinin bəhrəsidir. Lüğət
nəbatat elminə aid olan 4250-dən çox termini əhatə edir. Kitab dərs
vəsaiti və məlumat kitabçası kimi elmi işçilər, ali və orta
məktəb müəllimləri, şagirdlər, tələbələr və geniş oxucu kütləsi üçün
nəzərdə tutulub.
2010, 264 səh.,
12.00 manat
Qabriel Markes
"Sənin qar üzərindəki izinlə"
(tərcümə edəni-Nəriman Əbdülrəhmanlı)
Böyük Kolumbiya yazıçısı, Nobel mükafatı laureatı Qabriel Qarsia
Markesin qələmindən çıxan bütün əsərlər oxucu qəlbinin
dərinliklərinə asanlıqla yol tapır. Markes söz sehirbazıdır, hamının
bildiyi, danışdığı kəlmələrlə əsrarəngiz duyğular
oyatmağı, sözün qüdrətinə inandırmağı bacarır. Kitabdakı povest və
hekayələr də böyük söz ustasının yaradıcılığının daha
bir yönünü açmağa yardım göstərir.
2011, 184 səh.
4.00 manat
Etel Lilian Voyniç
"Qırılmış dostluq" (Ovod-2)
(tərcümə edəni- Hökümə Həbibova)
“O, özündən asılı olan hər şeyi elədi. Üsyan onun günahı üzündən
yatırılmadı. O öz tapşırığının öhdəsindən uğurla gəldi,
lakin dağlılar siqnala cavab vermədilər. Üsyançıların məğlubiyyəti ilə
başa çatan vuruşdan sonra, o, dəstəsinin qalan
üzvlərini ən təhlükəsiz yerə apardı, onlara lazımi göstərişlərini verdi
və onların xilası naminə yoldaşlarını tər elədi”.
Müəllifin yenidən öz sevimli qəhrəmanı Ovoda müraciət edərək onun Cənubi
Amerikadakı sərgüzəştlərini təsvir etmiş olduğu
“Qırılmış dostluq” romanı ideya insanlarının birindən bəhs edir və
enerji ilə aşıb-daşan bugünkü Azərbaycan gəncliyi üçün
çox doğma olacağı şübhə doğurmur.
2011, 336 səh.
6.00 manat
Qafar Sarıvəlli
"Obrazlar qalereyası" (rəngkarlıq)
Kitab-albomda rəssamın əsasən portret janrında çəkdiyi əsərlər rəsm
həvəskarlarına teqdim olunub. Rəssam portret
yaradıcılığında kifayət qədər səmimi olmağa çalışdığından, daha çox
özünə ilham obyekti seçdiyi müasirlərinin, eləcə də
dünyasını dəyişən, amma onun üçün həmişəyaşar olan şəxsiyyətlərin
daşıdıqları həyat amallarını qabartmağa səy göstərib.
Bu zəngin əsərlər qəlereyasında Səməd Vurğunun, Qədir Rüstəmovun,
Mirvari Dilbazinin, Osman Sarıvəlli və digərlərinin
portretlerində müxtəlif insan talelərinin cizgiləri onları seyr edənlərə
çox şey deyir.
2011, 84 səh.,
Satış üçün nəzərdə tutulmayıb
"Azərbaycan – tolerantlıq məkanı "
Nəfis tərtibatda çap olunan kitabın içindəki materiallar oxucuya dörd
dildə - azərbaycan, rus, ingilis və ərəb dillərində təqdim
olunub. Ensiklopedik topluda Azərbaycanın ziyarət məkanlarının fotoları
öz əksini tapıb.
2011, 400 səh.,
30.00 manat
Nəsib Nəsibli

"Azərbaycan Demokratik Respublikasının xarici siyasəti"
Dərs vəsaitinin tədqiqat obyekti Azərbaycan Demokratik Respublikasının
xarici siyasətinin əsas istiqamətləridir. Kitabda
Fevral inqilabından sonra Azərbaycanda yaranmış siyasi vəziyyət,
Azərbaycan nümayəndələri ilə Osmanlı nümayəndələri
arasında aparılan danışıqlar, iki ölkə arasında hərbi, siyasi, mədəni və
b. sahələrdəki əməkdaşlıq araşdırılıb; Mudros
sülhündən sonra yaranmış yeni şəraitdə Azərbaycan diplomatiyasının
Antanta ölkələri və onların nümayəndələri ilə işi
diqqət mərkəzinə çəkilib; Gürcüstan, Ermənistan, Cənub-Qərbi Qafqaz
Respublikası, Dağıstan və İranla çətinliklə qurulan
münasibətlərə böyük yer verilib; Azərbaycan nümayəndə heyətinin Paris
Sülh Konfransında iştirakına xüsusi hissə həsr
edilib. Azərbaycanın dövlət müstəqilliyinə son qoyulmasında müxtəlif
xarici qüvvələrin iştirakı da geniş araşdırılıb. Əsərə
əhalinin milli tərkibi haqqında statistik cədvəllər və xəritələr əlavə
edilib.
2011, 328 səh.,
7.00 manat
İdeya müəllifi- Kənan Kazımoğlu
“Ədəbi Azadlıq” müsabiqəsi.
Seçmə hekayələr
Kitabı Azad Avropa və Azadlıq Radioları korporasiyasının (RFE/RL)
Azərbaycan Xidməti-Azadlıq Radiosu nəşr edib. Kitaba
radionun www.AzadliqRadiosu.az saytının “Oxu Zalı” rubrikasının
keçirdiyi “Ədəbi Azadlıq” müsabiqəsinə (2011-ci il
mart-iyun ayları ərzində keçirilib) təqdim olunmuş 50 seçmə hekayə daxil
edilib.
2011, 304 səh.,
Satış üçün nəzərdə tutulmayıb
Qabriel Qarsia Markes
"Gözlənilən bir qətlin tarixçəsi"
(tərcüməçi-Əkrəm Əylisli)
Santyaqo Nasarın öləcəyini bilən bütün şəhər əhli qətlin baş verdiyi ana
qədər bunu ciddi qəbul eləmir.
Elə Nasar özü də hər şeyi bilə-bilə sakitcə onu gözləyən ölümə doğru
gedir. Markesin əsərləri içində məzmunca ən mistik
və həm də ən realist olan bu povesti oxucunu heyrətamiz şəkildə
gözlənilən faciənin havasına kökləyir. Bəs nə üçün hamı
bir nəfər kimi onun qurtulmasını istədiyi halda, heç kimsə bu labüd
qətlin qarşısını ala bilmir – hətta qatilin özünün də bu
dünyada Nasarı həyatdan məhrum eləməkdən az istədiyi bir şey yoxdur.
2011, 128 səh.,
4.00 manat
Patrik Züskind
"Ətriyyatçı" / Bir qatilin tarixçəsi /
(fransızcadan çevirəni: Cavanşir Yusifli)
Patrik Züskind (1949) İsveçrə yazıçısıdır. “Ətriyyatçı” dünyada ən çox
oxunan romanlardandır. Dünyanın 35-dən çox dilinə
tərcümə edilib, yüksək tirajla satılıb. Əsər Azərbaycan dilinə 2003-cü
ildə tərcümə edilib və “Azərbaycan” jurnalında ixtisarla
çap edilib. Qəhrəmanın fizioloji şikəstliyi fonunda XVIII əsr
Fransasının, eləcə də Avropanın sirlərindən danışan roman
insan cildli əcaib Jan-Batist Qrenuyun bütün dünyanı və onun qanunlarını
alt-üst etməsinin səbəbini qoyur ortaya.
2011, 296 səh.,
6.00 manat
Kitab Klubunun “Azərbaycan nəşrləri”
jurnal-kataloqunun yeni nömrəsi (14-cü sayı)
Kataloq
44 səhifədən ibarətdir, 3000 tirajla çap olunub.
Azərbaycanın bir çox rayonuna, Bakı şəhərində bütün
nəşriyyatlara, fondlara, İnstitutlara, kitabxanalara,
müəlliflərə, aidiyyatı üzrə sahələrə pulsuz paylanır. Xarici
ölkələrdən İsveçə, Almaniyaya, ABŞ-a, Fransaya, İtaliyaya,
Rusiyaya, İrana, Türkiyəyə, Estoniyaya, Gürcüstana və s.
ölkələrə öz xəttimizlə göndərilir.
Burada son bir neçə ildə respublikada işıq üzü görmüş kitablar
haqqında kifayət qədər dolğun məlumat verilir. Kataloqun 1
nömrəsində təqribən 500-600 adda kitab haqqında məlumat
yerləşdirilir. Jurnal-kataloqda yeni çap olunmuş kitab haqqında
məlumatın yerləşdirilməsi tamamilə pulsuzdur. Kitab kataloqunda
istənilən adam öz kitabı və ya firma öz təşkilatı haqqında
reklam yerləşdirə bilər.
Son səhifədə verilmiş ad göstəricisində kitabların adı əlifba
sırası ilə verilir. Burada Azərbaycanda
nəşr olunan Azərbaycan, rus, ingilis və s.
dillərdə çap edilmiş kitablar öz əksini tapır.
Son
nəşrlər (ardı)
1
2
3
4
5
6
7
8
9
10
11
12 13
14
15 16
17
18
19
|