|
Son
nəşrlər (ardı)
1
2
3
4
5
6
7
8
9 10
 Qəzənfər
Paşayev
Nostradamusun möcüzəli aləmi
Müəllif 7 illik gərgin əməyin nəticəsində Mişel Nostradamusun görücülüyünün uzun
illər Şərq və Qərb elmi-ictimai fikir tarixində mübahisələrə və müzakirələrə
səbəb olmuş külliyyatını Azərbaycan oxucusuna təqdim edir. Görücünün əsrlərlə
öncə yazdıqlarının möcüzəli şəkildə yerinə yetməsi, özündən çox-çox sonra
dünyaya gələn bir çox tarixi şəxsiyyətlərin nəinki adlarını, talelərini, hətta
hakimiyyət müddətlərini dəqiq göstərməsi, bizim hələ dərk edə bilmədiyimiz çox
mətləblərdən söz açır.
“Təhsil”, 2007, 760 səh., 17x25, sərt, 3000
45000/ 9 AZN
Ə.Firdovsi
Şahnamə 2 cilddə
Azərbaycan dilinə tərcüməsi və müqəddimə M.M.Əlizadənindir.
Şərqin dahi sənətkarı Əbülqasim Firdovsinin “Şahnamə” əsəri bütün dünyada şöhrət
qazanmış, və bir çox dillərə tərcümə edilmişdir. Bu tarixi-fəlsəfi epopeyanın
hər bir dastanı şairin dünya görüşünü, onun öz zəmanəsinə münasibətini əks
etdirir.
ISBN 9952-426-06-2, “Nurlar”, 2005, 992 səh. şəkilli, 17x24, sərt
125000/25 AZN
İlqar
Hüseynov, Nigar Əfəndiyeva
Red. Pərviz Rzaquliyev
Turizmin əsasları
Dərslikdə turizm sahəsinə kompleks şəkildə yanaşılmış, turizm elminin müasir
tələbləri nəzərə alınmışdır. Dərsliyin hazırlanmasında ölkədaxili və beynəlxalq
turizmin təhlilinə və təcrübəsinə geniş şəkildə istinad edilmiş, milli adət və
ənənələr, dini xüsusiyyətlər, turizmin mahiyyəti, tarixi və mənşəyi, tədris
problemləri, turizm marketinqi, turizmin idarəedilməsi, turizm əlaqələri,
turizmin təşkilinin forma və metodları və digər məsələlər kulturoloji aspektdə
tədqiq olunmuşdur.
“Mars-Print”, 2007, 442 səh., 15x21, rəngli, sərt,
1000
90000/18 AZN
Orxan
Pamuk
Çevirəni N.Əbdülrəhmanlı
Mənim adım Qırmızı
Məşhur türk yazıçısı, 2006-cı il ədəbiyyat üzrə Nobel Mükafatı Laureatı Orxan
Pamukun "Mənim adım Qırmızı" romanında 1591-ci ilin doqquz qış günü ərzində
İstanbulda baş verən hadisələri təsvir edilir. Roman bir çox məziyyətləri ilə
yanaşı, Nizaminin əsərlərinə çəkilmiş miniatürlər, böyük rəssam Kəmaləddin
Behzadın misilsiz əsərləri, ümumiyyətlə, nəqş sənəti haqqında bənzərsiz
hekayətdi.
“Qanun”, 2007, 612 səh.,14x20, yumşaq, 500
40000/8 AZN
Cabir
Xəlifə-zadə
Səmərəli qidalanma, sağlamlıq və uzun ömürlülüyə yol
Müəllifin sayca səkkizinci olan bu kitabında insanların sağlamlığını qorumaq və
möhkəmlətmək, ömrünü uzatmaq üçün səmərəli qidalanmanın rolu, qida rejimi,
qidaların dəyərliliyi, xörəklərdə çatışmayan bir çox bioloji aktiv maddələrin
insan orqanizminə bilavasitə təsiri, bu məsələnin istehlak, məişət mədəniyyəti
ilə daha çox əlaqəsi göstərilmişdir. Kitabda xörəkşünaslıq və ərzaq mallarının
əmtəəşünaslığı, xalq təbabətinin insanların sağlamlığına və uzun ömürlülüyünə
verdiyi töhfələr barədə topladığı 45 illik təcrübənin ümumi nəticələri əks
olunmuşdur.
Xəstəliklərin 85 faizinin düzgün qidalanmamaqla bağlı olduğunu bildirən müəllif,
bu kitabı nəşr etdirməkdə məqsədinin xalqı bu istiqamətdə maarifləndirmək,
uzunömürlülüyü və sağlam yaşamağı təlqin etmək olduğunu diqqətə çatdırmışdır.
ISBN 9952-27-016-x, “CBS”, 2007, 156 səh., 48 şək., 17x25, sərt, 500
50000/10 AZN

Aqşin İsabala oğlu Quliyev
Hüquq ensiklopediyası
Ensiklopediya hüquq elmini və qanunvericilik təcrübəsini əhatə edən 7 minə yaxın
anlayışdan, termindən, söz birləşməsindən və ifadədən ibarətdir. Ensiklopediyada
hüquq elminin bütün əsas sahələri, o cümlədən dövlət və hüquq nəzəriyyəsi və
tarixi, siyasi və hüquqi təlimlər tarixi haqqında məlumat verilmişdir.
“Qanun”, 2007, 1108 səh., 18x25, sərt, 300
100000/20 AZN
Xanlar
Vəliyev
Azərbaycan Respublikasının hərbi qanunlar toplusu
Kitabın işlənib hazırlanmasında məqsəd hərbi qulluqçuların, Silahlı Qüvvələrin
komanda heyətinin hüquqi biliklərinin təkmilləşdirilməsi işinə, ümumilikdə şəxsi
heyətin hüquqi hazırlığının artırılmasına və hüquqi şüurunun formalaşmasına
yardım etməkdən ibarətdir. Kitabda Azərbaycan Respublikasının qüvvədə olan hərbi
qanunvericilik aktları toplanmış, həmin aktlara 2006-cı il 6 dekabr tarixə qədər
edilmiş əlavə və dəyişikliklər öz əksini tapmışdır.
“Adiloğlu”, 2006, 548 səh., 17x23, sərt, 300
100000/20 AZN
İbad
Abbasov
Audit (Dərslik)
Dərslikdə auditin nəzəri, təşkilati-praktiki, metodoloji prinsipləri şərh
edilməklə yanaşı, ilk dəfə olaraq auditdə maliyyə təhlilinin metodikası və
sahələr auditinin təşkilinin spesifik xüsusiyyətləri verilmişdir.
ISBN 9952-29-028-4,“Bakı Biznes Universiteti”, 2007, 530 səh., 18x24, sərt, 2000
70000/14 AZN
Tərtibçilər:
Rəfiqə Talıbzadə, Arzu Hacızadə
Kamal Talıbzadə. Kübarlıq məktəbi
Kitabda görkəmli alim, əsl ziyalı və qayğıkeş insan Kamal Talıbzadə haqqında
tanınmış elm və mədəniyyət xadimlərinin xoş xatirələri, ona həsr olunan şerləri,
şəxsi fotoalbomundan şəkillər verilmişdir.
ISBN 978-9952-20-039-3, “Xəzər”, 2007, 300 səh., 15x21, yumşaq
35000/7 AZN
Ofeliya
Bayramlı
Füyuzat
Ə.Hüseynzadənin baş mühərrirliyi və H.Z.Tagıyevin maddi vəsaitilə 1906-1907-ci
illərdə nəşr olunan “Füyuzat” məcmuəsinin 32 sayı bu kitabda toplanmış, çağdaş
latın əlifbasında, yenidən nəşr olunmuşdur. Bu məcmuə, XX əsrin əvvəllərində
Azəri və türk xalqlarının siyasi və ədəbi fikrinin ən möhtəşəm abidəsidir. O bu
mövqeyini yeni əsr üçün də qoruyub saxlamışdır.
ISBN 9952-27-036-4, “Çaşıoğlu”, 2006, 672 səh., 22x30, sərt, 250
225000/55 AZN
Şəmsəddin
Axundov
Beynəlxalq marketinq
Dərslikdə “Marketinq” fənninin əsas formalarından biri hesab edilən “Beynəlxalq
marketinqin” təşkili, planlaşdırılması və idarə edilməsinin elmi-nəzəri,
metodoloji və təcrübi məsələlərinə baxılır. Burada 13 mövzu işıqlandırılır.
Materialları daha yaxşı mənimsəmək məqsədilə hər bir mövzuda şəkillərdən,
sxemlərdən, cədvəllərdən və s. geniş istifadə edilmişdir.
ISBN 5-87459-216-4,“Əbilov, Zeynalov və oğulları”, 2005, 632 səh., 14x21,
yumşaq, 1000
60000/12 AZN
Azərbaycanca-Almanca,
Almanca-Azərbaycanca müasir lüğət
Lüğətə 105000 söz və söz birləşməsi daxil edilmişdir. Buraya ümumi işlək sözlər,
coğrafi adlar, iqtisadi-maliyyə terminləri, siyasi terminologiya, kommunikativ
sözlər, beynəlxalq münasibətlər, hüquqi, politexnik terminlər daxildir.
ISBN 9952-8001-6-9, “Ziya+”, 2006, 810 səh., 15x21, sərt, 300
300000/15 AZN
Uill Dürant

Fəlsəfi hekayətlər
Əsər miladdan əvvəl yaşamış ulu Platondan başlayaraq XIX əsrdə fəaliyyət
göstərmiş Con Dyüiyə qədər olan bir dövrdə bəşəriyyətə misilsiz fəlsəfi əsərlər
bəxş edən filosofların həyat və yaradıcılığını əhatə edir.
ISBN 9952-8080-3-8, “Zəkioğlu”, 2006, 578 səh., 14x21, sərt, 1000
60000/12 AZN
Z.N.Eminov
Azərbaycan əhalisi
Kitabda son dövrlərdə Azərbaycanda baş verən ictimai-siyasi və iqtisadi
proseslər nəticəsində əhalinin demoqrafik göstəricisində baş verən
dəyişikliklər, onların səbəb və nəticələri təhlil edilir. Əhalinin bir çox
demoqrafik göstəricilərinin son iki əsrdə dəyişməsi meyilləri göstərilir.
“Çıraq”, 2006, 560 səh., 15x21, sərt, 500
50000/10 AZN
Çingiz
Abdullayev
Üçüncü variant
Tərcüməçi Təbəssüm Muxtarova
"Üçüncü variant " əsəri "Mənim gözəl alibim"dən
oxuculara yaxşı tanış olan Solaxay ayamalı təkqol killerin "ölüm"ündən və
"dirilmə"sindən sonra özü kimi "vəfat etmiş", lakin sonradan "həyata qayıtmış"
və güclülər tərəfindən bütün kürreyi ərzdə axtarılan bir şəxsi taparkən başına
gələn qəzavü-qədərlərdən bəhs edir.
“Nurlan”, 2007, 272 səh., 14x20, yumşaq, 900
15000/3 AZN
Çingiz
Abdullayev
Qatil üçün qran-pri
Tərcüməçi Elşən Əliyev
Dünyanın bütün xüsusi xidmət orqanlarının axtardığı beynəlxalq terrorçu hər
dəfə, lap son andaca yoxa çıxır. Bir kölgə kimi, izsiz-tozsuz, müəmmalı şəkildə
…və öz təqibçilərini öldürərək... Agent Dronqo bu yırtıcını «ovlamağa» bir qədər
gec qoşulub. Əməliyyat artıq başlanıb, onu dayandırmaq və ya təzədən başlamaq
mümkünsüzdür. Deməli, axtarışın yanlış istiqamətdə aparıldığın anlayan Dronqo
indi MÜMKÜN OLMAYANI gerçəkləşdirməlidir…
ISBN 5-86874-317-2, “Kitab Klubu”, 2007, 300
səh., 15x20, rəngli, yumşaq, 500
15000/3 AZN

Ağamalı Sadiq Əfəndi
Başsız
Müəllifin ədəbi nəşr silsiləsindən seçilən “Başsız” povesti və “Kənddən gələn
adam” hekayəsi kitaba daxil edilib. Hər iki əsər psixoloji, mənəvi mahiyyət
daşıyır və fəciəylə üzləşmiş gəncin ictimai ədalətsizliyə, cəmiyyətin əxlaqına
sirayət etmiş sosial laqeydliyinə qarşı barışmaz sonunu obrazlı şəkildə
cəmiyyətə çatdırır.
“OKA Ofset”, 2007, 92 səh., 11x16, rəngli, yumşaq, 500
10000/2 AZN
Gülzar
Əfəndiqızı
Vətən üçün yaşanmış Əfəndi ömrü
Kitab müasir Azərbaycan demokratik mətbuatının məşhur yaradıcılarından biri,
çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Ağamalı Sadiq
Əfəndinin qısa həyat və yaradıcılığı, keçdiyi mübarizə yolu haqqında
xatirələrdən ibarətdir. Kitabın əsasını A.S.Əfəndinin bacısı Gülzar xanım
Əfəndiqızının xatirələri təşkil edir. Kitaba həmçinin A.S.Əfəndinin mübarizə
dostlarının xatirələri, ona həsr olunmuş şeirlərin bir qismi daxil edilmişdir.
“OKA Ofset”, 2005, 232 səh., 15x21, rəngli, sərt, 400
Tirajı
qurtarıb
 Şahlar
Əsgərov
Biblioqrafik göstərici
Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru,
əməkdar elm xadimi Şahlar Qaçay oğlu Əsgərovun biblioqrafiyası onun həyatını,
elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətini əhatə edir. Bibliqrafiyaya daxil
edilmiş materiallar əsasən xronoloji qaydada düzülmüşdür.
“Azərbaycan”, 2007, 144 səh., 11x16, yumşaq, 150
10000/2 AZN
Şahlar
Əsgərov

Təhsilimiz dünən bu gün sabah
Kitabda təhsilin insan həyatında oynadığı rol təhlil edilmiş və göstərilmişdir
ki, təhsil nəsildən-nəslə ötürülən kasıblığın qarşısını ala biləcək “xəzinəsi
özündə” olan ən səmərəli sosial qurumdur. Yeni təhsilin fəlsəfəsi və onun sovet
təhsilinin fəlsəfəsindən fərqli, özəl təhsilin təhsil sistemində yeri, təhsilin
iqtisadiyyatı, biliyin qiymətləndirilməsi, təhsil və milli təhlükəsizlik və
digər aktual problemlərin təhlilinə geniş yer verilmişdir.
“Azərbaycan”, 2003, 280 səh., 14x21, rəngli, sərt, 500
Tirajı
qurtarıb

Nail Əliyev
1917-1920-ci illərdə Azərbaycanda türk-müsəlman soyqirimlari ilk mənbələrdə
Kitabda xalqımızın həyatında baş vermiş soyqırımlar
və deportasiya dövrlərində soydaşlarımızın faciələrindən, düçar olduqları
müsibətlərdən, Azərbaycan diplomatlarının bu sahədəki çoxsahəli fəaliyyətindən
və s. tarixi sənədlərin dili ilə ətraflı söhbət açılır.
“Nurlan”, 2007, 206 səh., 14x20, rəngli, yumşaq, 500
25000/5 AZN
Yeganlı
S.T., Hacıyev E.M.
Turizm
(Dərs vəsaiti)
Turizm haqqında tam təsəvvür yaratmaq üçün onun bir-biri ilə ayrılmaz əlaqələri
olan tarixi, coğrafiyası, inkişaf siyasəti və planlaşdırılması, reklam və
informasiya texnologiyası, marketinq və menecmenti və nəhayət, hüquq təminatı
sistem şəklində araşdırılır. Azərbaycan Respublikası qanunlarından çıxarılışlar
və əlavələr verilib.
“Təhsil”, 2006, 324 səh., cədvəl-10, şəkil-8, 15x21, rəngli, sərt, 1000
50000/10 AZN
Yunus
Oğuz
Türkün tarixinə yeni bir baxış
Müəllif bu əsərində türklərin tarixinə yeni bir nəzər
salaraq dərin tədqiqatlar aparmış və belə qənaətə gəlmişdir ki, türkün tarixi
yenidən yazılmalıdır. Oxucu kitabda bu günə qədər əhəmiyyət vermədiyi, lakin
türkçülüyün tarixi üçün vacib olan danılmaz faktlarla qarşılaşacaq. Kitabın
davamı olacaq.
“Olaylar”,
2007, 204 səh., 15x21, rəngli,
yumşaq, 50000
30000/6 AZN
Хафиз Абру

Зайл-и джами ат-таварих-и Рашиди
(«Дополнение к собранию историй Рашида»)
Перевод с персидского, предисловие, комментарий, примечания и указатели
Э.Р.Талышханова
Книга представляет собой перевод сочинения известного историка и географа
тимуридского периода – Хафиза Абру. Здесь описываются события, происходившие на
Ближнем и Среднем Востоке в 1304-1393 гг. Сведения в основном относятся к
истории Азербайджана, а также Ирана, Ирака, Сирии и северо-западного Афганистана
монгольского периода. Изложение событий начинается со смерти седьмого ильхана –
Газан-хана и завершается походом Тимура в Азербайджан. Автор преимущественно
освещает политическую историю, иногда касаясь событий социально-экономического и
культурного характера.
ISBN 978-9952-437-01-0,“Нафта-Пресс”, 2007, 323 стр., 17x28, цветная, твердая
30000/6 AZN

Qara Mustafayev, Anar Məmmədov
İzahlı ekoloji lüğət
Lüğət 1200-ə qədər ekoloji termin və anlayışın izahından ibarətdir. Kitab
azərbaycan və rus dillərində tərtib edilmişdir.
“MBM”, 2007, 348 səh., 11x15, rəngli, sərt, 500
15000/3 AZN
Ассоциация
«Луч»
Очищающий стон кяманчи
Антология прозы и поэзии содержит произведения писателей разных поколений и
творческих пристрастий . Она подготовлена Ассоциацией деятелей культуры
республики «Луч» и в основном отражает творчество ее членов.
“Нурлан”, 2007, 340 стр., 14x20, цветная, мягкая, 200
25000/5
AZN
Aydın
Əli-zadə
Xristianlıq tarix və fəlsəfə (ilk çağlar)
Xristianlığın birinci on əsrini əhatə edən fəlsəfə tarixi mövzusunda yazılmış
kitabda bu dinin yaranması və inkişaf mərhələləri haqqında söhbət açılır,
müxtəlif xristianyönlü dini-fəlsəfi cərəyanların dünyagörüşləri izah edilir,
xristian mütəfəkkirləri və onların fikirləri haqqında məlumat verilir.
ISBN 5-87459-013-7 ,“Əbilov, Zeynalov və oğulları”, 2007, 172 səh., 14x20,
rəngli, yumşaq, 500
15000/3 AZN
Qurbanov B.,Əlizadə M., Hacızadə S.
Microsoft Excel XP-də İqtisadi məsələlərin həlli
Kitabda on fəsildə Microsoft Excel XP-də İqtisadi məsələlərin həlli: sadə və
mürəkkəb faizlərin hesablanması qaydaları, amortizasiya anlayışı, pulun müasir
qiymətləndirilməsi, maliyyə rentaları, maliyyə müqavilələrinin aparılması
qaydaları, sərmayə qoyuluşu məsələlərinin həlli və s. tapşırıqlar və əlavələr
verilmişdir.
“MSV nəşr”, 2007, 516 səh., 15x21, rəngli, sərt, 300
40000/8 AZN
Q.S.Kazımov
Müasir Azərbaycan dili
Dərslik ümumi dilçiliyin və Azərbaycan dilçiliyin son
nailiyyətləri əsasında yazılmışdır. Kitabda söz birləşməsi,
cümlə və mətn problemlərinin, nitqin aktualladırılması
imkanlarının öyrənilməsinə əsas diqqət yetirilmişdir. Dərslik
nitqin funksional cəhətlərinin xüsusi nəzərə alınması baxımından
başqa dərsliklərdən fərqlənir.
“Təhsil” 2007, 496 səh., 15x22, rəngli, sərt, 500
40000/8 AZN
Seyidzadə
Etibar, Əlizadə Mətləb
Microsoft Windows XP
Kitabda Windows XP əməliyyat sistemi, onun qurulması, sistem
daxilindəki əsas proqramların geniş izahı verilir. Kitab Təhsil
Nazirliyi tərəfindən dərs vəsaiti kimi təsdiqlənib.
“MSV NƏŞR”, 2007, 236 səh., 15x21, rəngli, sərt, 250
25000/5 AZN

Müəlliflər:
şəkillərin Fərid Əşrəfoğlu, mətnin Zeynal Məmmədli
Azərbaycan və ingilis dilində
Şəki Xan Sarayı / Shaki Khan Palace
1762-ci lldə Şəkidə şərq memarlığının ən zərif
incllərindən biri Hüseyn xan
tərəfindən
ucaldıldı.
Nəfis
tərtibatda nəşr olunan kitab bu təkrarsız abidə
Azərbaycanın Milli mədəniyyət irsinin ən dəyərli nümunələrindən biri
- Şəki Xan Sarayı haqqinda ensiklopedik toplu
sayıla bilər.
ISBN 978-9952-422-04-7,“Tutu”, 2006, 184 səh., 25x26, rəngli, yumşaq
150000/30 AZN
Tərtibçi Famil Şərifov
Azərbaycan üzümü (Atlas)
Виноград Азербайджана
The Grape of Azerbaijan
Kitab Azərbaycanda geniş yayılmış, o cümlədən yalnız bu bölgədə mövcud olan üzüm
sortlarının toplusunu əks etdirir. Materiallar müəllifin uzun illər boyu
apardığı tədqiqat işlərinin nəticəsi kimi təqdim olunur. Atlasda hər bir sortun
təsviri ilə bərabər onun barəsində ətraflı məlumat verilir.
Книга отражает сборник сортов винограда, широко распространенных в Азербайджане,
в том числе присущих только этой зоне. Материалы представлены как результат
многолетней исследовательской работы автора. В Атласе, наряду с общей
информацией, дается и описание каждого сорта в отдельности.
This comprehensive edition traces the development of most spread grape clones in
Azerbaijan as well as the clones grown only in this area of the world. The
materials presented are the result of long research activities of author.
Alongside with the illustrations, The edition provides with detailed information
on each sort.
ISBN 9952-416-74-0,“Öndər”, 2005, 224 səh., 23x30, rəngli, sərt, 1000
100000/20 AZN
Son
nəşrlər (ardı)
1
2
3
4
5
6
7
8
9 10
|