|
Son
nəşrlər (ardı)
1
2
3
4
5
6
7
8
9
10
11
12 13
14
Zaur Əliyev

Dünya Diasporları: (nəzəriyyə və təcrübə)
Bu kitab diasporlar barədə nəzəri və təcrübi aspektləri özündə birləşdirən
ensklopedik məlumat kitabıdır. Kitabda Azərbaycan diasporu bölməsində mühacirət
tarixi, Azərbaycan diasporunun formalaşma tarixi, yayılma coğrafiyası,
Azərbaycan lobbisi, təşkilatları, saytları, ünvanalrı, fəaliyyətləri, tanınmış
Azərbaycanlılar, informasiya texnologiyaları və azərbaycanlılar, milli
ideologiayalar, diasporamızın məskunlaşdığı ölkələr, orada fəaliyyətləri və s.
əks edilib. Kitabın diaspor nəzəriyyəsi bölməsində Azərbaycanda ilk dəfə olaraq
nəzəri məsələlər, lobbiçilik, diaspor və din, geosiyasət, internet və s.
araşdırılıb. Yəhudi, Erməni, Türk, Çin, Rus, Meksika, Yapon, Hind, Koreya,
Yunan, Ərəb və İrland diasporları, tarixi, yayılma coğrafiyaları, təşkilatları,
lobbiçilk fəaliyyətləri, saytları və s. barədə ətraflı məlumat verilib.
ISBN 5-86774-213-7, “Qismət”, 2005, 350 səh., 15x21 , rəngli, yum., tiraj 500
50000/10 AZN

Şəhla Nağıyeva, Müsəllim Həsənov
Adi və qeyri-adi Amerika
Kitabda Amerika həyatının müxtəlif sahələri – məişət, iş, təhsil
və səhiyyə məsələləri, sadə insanların həyatı, amerikalı
azərbaycanlıların güzəranı və s. barədə söhbət açılır. Dövlətin
siyasi əsasları, eləcədə bütün prezidentlərin həyatı haqqında
yığcam məlumat verilir.
“Çinar-Çap” 2006, 172 səh., 14x20, rəngli, yumşaq, 500
10000/2 AZN
A.N.Abbasbəyli, P.Q.Darabadi, Ə.G.İbrahimov
Konfliktologiya
Dərslikdə müasir şəraitdə münaqişələrin hüquqi, siyasi, hərbi,
diplomatik, ideoloji, sosial, milli, dini və beynəlxalq
aspektləri nəzərdən keçirilir. Siyasi-hüquqi baxımdan münaqişəli
vəziyyətlərin xüsusiyyətləri, onların kökləri və inkişaf
xüsusiyyətləri tədqiq olunur.
“Bakı Universiteti” 2006, 292 səh.,14x20, rəngli, yumşaq, 300
50000/10 AZN

A.N.Abbasbəyli
Beynəlxalq münasibətlərin proqnozlaşdırılmasının nəzəri
problemləri
Monoqrafiya beynəlxalq və dövlətarası münasibətlərin
proqnozlaşdırılması məsələsinə, müasir beynəlxalq
münasibətlərin, beynəlxalq və regional təşkilatların,
geosiyasətin vəziyyətinin və perspektivlərinin aktual
məsələlrinə həsr edilmişdir.
“Şirvannəşr” 2006, 346 səh.,14x20, rəngli, yumşaq, 150
50000/10 AZN
A.N.Abbasbəyli
Beynəlxalq münasibətlər: nəzəri və konseptual yanaşmalar
Monoqrafiya müasir beynəlxalq münasibətlərin aktual
problemlərindən olan beynəlxalq münaqişələrin, o cümlədən
dövlətarası, siyasi, hərbi, etnik və dini münaqişələrin tədqiq
edilməsinə həsr olunmuşdur.
“Şirvannəşr” 2006, 194 səh.,14x20, rəngli, yumşaq, 200
40000/8 AZN
Demokratik
İslahatlar Mərkəzi
“Samizdat” nəşrlərin kataloqu
“Müasir Mətbuat Tarixi Museyi” layihəsi çərçivəsində buraxılan
bu Kataloqda 1988-92-ci illərdə Azərbaycanda nəşr olunan
“samizdat” nəşrlər haqqında məlumatlar öz əksini tapıb.
“Şəms” 2006, 88 səh.,12x17, rəngli, yumşaq, 2000
Əlavə məlumat, Kitab Klubu
Anar
İsgəndərov
Azərbaycanda türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı
1918-1920
Müəllif Azərbaycan tarixinin 1918-1920-ci illər dövrünə aid dörd
hissədən ibarət tədqiqat əsərində türk-müsəlman soqırımı
problemini köklü sürətdə araşdırır, bir çox qaranlıq məsələlərə
işıq gətirir.
“Adiloğlu” 2006, 396 səh.,15x22, rəngli, sərt, 400
50000/10 AZN
Əbu
Həmid Əl-Qəzali
İlahi biliklər
(seçilmiş əsərlər) 10 cilddə
“Fəlsəfi incilər kitabxanası” seriyasından olan kitab böyük islam
ilahiyyatçı-alimi, mütəfəkkiri Əbu Həmid Əl-Qəzalinin ən mühüm əsəri olan “Dini
elmlərin dirçəlişi” əsərindən iki fəsil toplanmışdır. Min ilə yaxın bir zaman
keçməsinə baxmayaraq, bu əsərlər öz məzmunu, əhatə etdiyi problemlərin mahiyyəti
baxımından müasir dövr üçün də aktual olaraq qalır.
“Adiloğlu” 2006, 296 səh. 5 şəkil, 15x22, rəngli, sərt, 1000
Əlavə məlumat, Kitab Klubu
Tərtibçilər:
Şahbaz Xuduoğlu, Cümşüd Nuriyev və Fəxrəddin Ağazadə
AR Ekologiya qanunvericiliyi I cild
Normativ-hüquqi aktlar toplusu. Azərbaycan Respublikasının
ekologiya qanunvericiliyi toplusu iki cilddən ibarətdir.
Diqqətinizə çatdırdığımız I cilddə AR ekologiya
qanunvericiliyinə dair 96 müxtəlif normativ-hüquqi aktlar
xronoloji ardıcıllıqla toplanmışdı.
Kitab Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları,
icra hakimiyyəti orqanları, hüquq-mühafizə orqanları,
bələdiyyələrin işçiləri, hüquq və ekologiya fakultələrinin
tələbələri, magistrantları və aspirantları, eləcə də geniş oxucu
auditoriyası üçün nəzərdə tutulub.
“Qanun”, 2006, 760 səh., 15x22, rəngli, sərt, 300
60000 /12 AZN
Osman
Gündüz, Qorxmaz Əfəndiyev, Nazim Rüstəmov
Kompüter.
İnformasiya texnologiyalarının əsasları
Kitab azərbaycandilli istifadəçilərin kompüterdən səmərəli
istifadə etməsi üçün yazılıb. Kitab 8 bölümdən ibarətdir.
Kitabda kompüterin əsas hissələri haqqında sadə dildə məlumat
verilir, “Windows” əməliyyat sisteminin və Offis proqramlarının
işləmə qaydaları izah olunur. “Microsoft Front Page” və HTML
haqqındakı bilgilər asanlıqla veb-sayt yaratmaqda Sizə köməklik
göstərə bilər. Kitabın sonunda Azərbaycanın milli internet
resursları haqqında məlumat ala bilərsiniz.
“Multimedia”, 2006, 304 səh., 17x24, rəngli, yumşaq, 2000
35000 /7 AZN
Эльчин Гасанов
Катана
Крутой остросю-жетный детектив, авторский стэйтмент.
Редкий в последнее время боевик. Самый не «русский» из русских
детективов. Роман притягивает к себе читателя. Сюжет далек от
стандартных криминальных «нексусов», рыхлых и разжиженных повторений.
Он полон отваги, крови и воздуха. Тут все: благородный и хладнокровный
киллер, погоня, раскрутка, мафия, спецслужбы, философия, любовь…
Это богемная криминальная книга, Евангелие автора, который не
по слухам знаком с органами КГБ, он «увидел» криминал, нашел
его облик.
“Китаб Клубу”, , 2006, 196 стр. 14х20, цветная,
мягкая, 150
14000 /2,8 AZN
Beynəlxalq əlaqələr
üzrə bələdçi İngilis dilindən tərcümə edilmiş
Beynəlxalq Əlaqələr üzrə dünyanın ən tanınmış mütəxəssislərinin
üç il ərzində göstərdikləri birgə fəaliyyətin məhsulu olan bu
kitab tələbələr, elmi işçilər, və bu sahə ilə maraqlananlar üçün
dəyərli bir vəsaitdir. Siz bu kitabda təməl anlayışlardan mövcud
problemlərə qədər geniş mövzularla tanış ola bilərsiniz.
ISBN 9952 29 054 3, "Bilik",
2005, 478 səh., 17x25, rəngli, yumşaq, 500
40000 /8 AZN

Təranə Cəbiyeva
Babadağa baxan ellər
Kitab müəllifin ilk qələm təcrübəsi kimi qiymətli bioqrafik,
biblioqrafik və toponimik əsərdir. Müəllif kitabda oxucuya
İsmayıllı, onun qədim və müasir tarixi, əhalisi, ən başlıcası
görkəmli simaları barədə ensiklopedik xarakterli məlumat verir.
“Ozan”, 2006, 544 səh.., 15x22, rəngli, sərt, 1000
60000/ 12 AZN
Kamil
Hüseynoğlu
Qədim Turan: mifdən tarixə doğru
Kitabda qədim Turan və onunla bağlı reallıqlar haqqında
“Avesta”da və orta əsrlər İran mənbələrində saxlanılmış mifoloji
məlumatların Kent, Skandinaviya və b. Hind-Avropa xalqlarının
mifologiyasında Tur və Turan barədə verilən uyğun mif və
rəvayətlərdə gizlənmiş tarixi gerçəkliklər üzə çıxarılır.
ISBN 9952-29-049-7,“MBM” 2006, 120 səh., 15x20, rəngli, yumşaq,
200
10000 /2 AZN
Minaxanım Təkləli
Rus dilində türk sözləri
Kitabda rus dilindəki türk sözlərindən ətraflı bəhs edilir.
Burada türk sözlərinin leksik semantik zənginliyi türk
xalqlarının erkən maddi-mənəvi nailiyyətlərini əks etdirir.
ISBN 9952-426-26-7,“Nurlar” 2006, 272 səh.. 16x23, rəngli,
yumşaq, 500
25000 /5 AZN
 Qurban Rzayev
Yeni ingiliscə - Azərbaycanca lüğət
Lüğətə 25 minə yaxın
lüğət məqaləsi və 130 minə yaxın söz və ya
söz birləşməsi daxildir. Lüğətə müxtəlif elmi, gömrük, seçki,
mülki və cinayət, əqli mülkiyyət, əmək hüququ, tibbi, texniki və
s. sahələrə dair ifadələr, ixtisarlar daxil edilmişdir.
ISBN 5-86874-21, “Səda”, 2006, 15x21, 536 səh., rəngli, sərt,
1000
35000 /7 AZN
Əliquliyev R.M., İmamverdiyev Y.N.
Kriptoqrafiyanın əsasları
Kitabda kriptoqrafiyanın və onun ən vacib təbliqlərinin nəzəri
əsasları Azərbaycan dilində ilk dəfə sistematik şərh olunur.
Kriptoqrafik alqoritmlər və protokollar, onların
təhlükəsizliyinin əsasına qoyulmuş riyazi məsələlər, həmçinin
kriptoqrafik sistemlərin qurulması metodları nəzərdən keçirilir.
ISBN 9952-434-00-6,“İnformasiya texnologiyaları”, 2006, 700 səh.,
14x20, rəngli, sərt, 100
Əlavə məlumat, Kitab Klubu, tel.: 492-12-38
Son
nəşrlər (ardı)
1
2
3
4
5
6
7
8
9
10
11
12 13
14
|