| Son nəşrlər |
| Son nəşrlər (ardı) 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
Birinci kitab Müəllifin bu ilk kitabında onun povestləri və hekayələri toplanmışdır. Psixoloji səpgidə yazılmış bu əsərləri oxuyarkən gənc yazıçının dərin müşahidə qabiliyyətinin, zəngin, mürəkkəb insan xarakterləri yaratmaq bacarığının şahidi oluruq. Müəllif əsərlərində cəmiyyətimizi narahat edən problemləri ön plana çıxartmışdır. “Təhsil”, 2006, 14x20, yumşaq, 500
4 manat
Akif
Məmmədli
Şimal-qərbi Azərbaycanın arxeologiyası və etnoqrafiyası
Oxuculara təqdim olunan bu əsərdə Azərbaycanın dilbər guşələrindən biri
olan Balakən-Zaqatala bölgəsinin arxeologiya və etnoqrafiyası
araşdırılmış, ən yeni arxeoloji tapıntılar barədə geniş məlumat
verilmişdir. Kitab Balakən-Zaqatala bölgəsinin qədim tarixi və qədim
inanclar barədə məlumat almaq istəyən hər bir oxucu üçün əlverişli
materiallarla zəngindir.
“OKA Ofset”, 2009, 160 səh., 15x21, yumşaq
7 manat
Tarixin qürubu
Məşhur şair, yazıçı, filosof, publisist, tərcüməçi Əlisa Nicatın indiyə
kimi yalnız qəzetlərdə çap olunan əsərlərinin toplusu olan bu kitab
müəllifin əlli illik yaradıcılığının yeni hesabatıdır. Kitabda istər
respublikamızın, istərsə də dünyanın müxtəlif məsələlərinə özünəməxsus
müəllif mövqeyi öz əksini tapmışdır. “Adiloğlu”, 2009, 656 səh., 15x21, sərt, 500
12 manat
Türkün gizli tarixi
Yunus Oğuzla Bəxtiyar Tuncayın “Türkün gizli tarixi” kitabı türk
dünyasının qədim tarixinin açılmayan qatlarına elmi səyahət və
tədqiqatçılara mesajdır. Kitab təkcə tarixçilər, elm adamları üçün yox,
geniş oxucu kütləsi üçün də maraqlı olacaq. “Apostrof”, 2008, 496 səh., 15x21, sərt, 2000
12 manat
İran hökmdarları
Bu kitab İran tarixi ilə maraqlananlar üçün gözəl hədiyyədir. Burada son
minilliklərdə İranda hökmdarlıq edən onlarla şah haqqında çox zəngin
məlumatlar verilir. Bu hökmdarların bir hissəsi haqqında müasir
Azərbaycan oxucusu ilk dəfədir ki, tanış olur. “MBM”, 2009, 160 səh., 15x20, yumşaq, 500
3 manat
Arıqlamaq haqqında hər şey
Kitabda artıq çəkidən əziyyət çəkən insanlar üçün arıqlamağın müxtəlif
yollarından bəhs edilir. Xanımları arıq göstərən geyim sirləri, sürətlə
arıqlamağın 10000 insan üzərində sınanmış metodu, arıqlamanın müxtəlif
vasitələri, 100 faiz sınanmış pəhrizlər və başqa yazılar oxucuların
ixtiyarına verilib.
“Qanun”, 2009, 208 səh., 15x21, yumşaq, 1000 5 manat
Azərbaycan türklərinin xalq əfsanələri
Kitabda toplanmış əfsanə və rəvayətlər indiyədək toplanıb qələmə alınmış
əfsanə və rəvayətlərin məcmusudur. Kitabın sonundakı izahat və qeydlərin
böyük əhəmiyyəti vardır. Oradakı məlumatlardan aydın olur ki, bu
əfsanələr tarixən hansı bölgələrdə, kəndlərdə yaranmışdır. “Azərnəşr”, 2009, 427 səh., 15x21, sərt, 200
12 manat
Sosial proqnozlaşdırma və layihələşdirmə (dərs vəsaiti)
Təqdim olunan dərs vəsaiti sosial proqnozlaşdırma və sosial
layihələşdirmə ilə bağlı tədqiqatlar əsasında tərtib olunub. Kitabda
Azərbaycanda gələcək haqqında ideyaların inkişaf tarixi, müasir dövrdə
Azərbaycanda baş verən sosial dəyişikliklər prosesinin proqnozlaşdırma
istiqamətləri və digər problemlərə toxunulub.
“Elm”, 2009, 292 səh., 15x21, sərt, 500 6 manat
AutoCAD 2008-də praktiki işlərin yerinə yetirilməsi
Dərs vəsaitində hal-hazırda ən çox istifadə olunan AutoCAD proqramında
praktiki məsələlərin həll olunması sadə yollarla verilmişdir. Kitabdan
bu sahə ilə maraqlanan müəllimlər, magistrlər, bakalavrlar və geniş
oxucu kütləsi istifadə edə bilər.
“MSV”, 2009, 452 səh., 15x21, sərt, 500 8 manat
Etika
Dərslik mövcud proqram əsasında yazılaraq “Etika”nın əsas mövzularının
əksəriyyətini əhatə edir. İncəsənət təmayüllü ali məktəb tələbələri üçün
nəzərdə tutulan bu dərslik geniş oxucu kütləsinin də müvafiq
tələbatlarını təmin edə bilər.
“AzTU”, 2009, 160 səh., 15x21, sərt, 1000 4 manat
Allah sevgisi
Sevgi Allahın insanlara bəxş etdiyi ən böyük nemətlərdən biridir. Allah
insan xilqətini sevməkdən və sevilməkdən zövq alacaq, dostluqdan
xoşlanacaq şəkildə yaratmışdır. Möminlərin qəlblərindəki sevginin əsl
qaynağı isə Allaha olan dərin sevgiləridir. Allahı sevən insan Allahın
yaratdıqlarını da sevər, onlara qarşı şəfqət və mərhəmət hissi duyar,
onları qorumaq, onlara xeyir və gözəllik gətirmək istəyər. ISBN 978-975-6426-92-0, “Global Publishing”, 2009, 184 səh., 16x24, yumşaq
5 manat
Qlobal masonluq
6 manat
Atamın arzuları
“Qanun”, 2009, 348 səh., 13x21, yumşaq, 1000
6 manat
Neft. Qlobal münaqişələr mənbəyi
Kitab strateji əhəmiyyətə malik olan neftin XIX yüzilliyin sonlarından,
xüsusilə də XX yüzilliyin əvvəllərindən başlayaraq misilsiz
hərəkətverici qüvvəyə malik enerji mənbəyi olması səbəbindən son dərəcə
mühüm hərbi-siyasi amilə çevrilməsi tarixinə həsr olunmuşdur.
ISBN 978-9952-34-209-3, “Şərq-Qərb”, 2009, 464 səh., 15x23, sərt, 500 12 manat
Azərbaycanın makrotoponimləri
Dərs vəsaiti Azərbaycan Respublikasının şəhər və rayon adlarının
tarixi-coğrafi, linqvistik təhlilinə həsr edilmişdir. Kitabda ölkəmizin
ərazisindəki bütün şəhər və rayon adları tarixi-linqvistik istiqamətdə
araşdırılmış, yeni faktlarla zənginləşdirilmişdir.
“Elm və təhsil”, “Nurlan” 2009, 488 səh., 15x21, sərt, 500 12 manat
A-dan Z-yə telexəbər
Əlavə məlumat 492-12-38
Yuxuyozma
Görülən yuxuların yozulması işində dəyərli material olan bu kitab
görkəmli islam alimlərinin materialları əsasında hazırlanmışdır. Bu
kitabda yuxuyozma ilə yanaşı islam şəriətinə görə görülən yuxulardan
sonra atılan addımlar üzrə müəyyən tövsiyələr verilmişdir. "Çıraq", 2009, 576 səh., 17x25, sərt, 500
15 manat
Seyid Cəfər Pişəvəri
Kitabda Cənubi Azərbaycan inqilabçısı, demokrat Seyid Cəfər Pişəvərinin
həyatından və mübarizəsindən bəhs olunur. Çoxsaylı mənbələr və sənədlər
əsasında Seyid Cəfər Pişəvərinin Güneydəki milli-demokratik hərəkatda
xidmətləri və rolu, Milli Hökumətin süqutundan sonra onun həyatının son
günləri tədqiq və təhlil olunur. ISBN 978-9952-450-06-4, “Nurlar”, 2009, 400 səh., 15x21, sərt, 1000
7 manat
Azərbaycanın quşlar aləmi
30 manat
Çingiz Abdullayev
Payız madriqalı
Povest Azərbaycan gerçəkliyini detektiv janrda əks etdirən əsərlərdən
biridir. Təbəssüm Muxtarovanın tərcümə etdiyi əsərdə yazıçı hakim
dairələrdə, hüquq-mühafizə orqanlarında, cəmiyyətin bütün təbəqələrində
xərçəng xəstəliyi kimi yayılmış korrupsiyanı, mənəvi cılızlığı ifşa
edir. Burada oxucu həm ülvi məhəbbət, həm xəyanət, həm uğursuz nigah,
həm də haqqıhesablı evlənmə və təbii ki, dedektiv ədəbiyyatının əsas
atributu olan təhqiqat tapa bilər. ISBN 978-9952-450-02-6,“Nurlar”, 2009, 200 səh., 15x21, yumşaq, 2000
3 manat
SSRİ-Türkiyə münasibətləri
(Türkiyədə 1960-cı il çevrilişindən SSRİ-nin dağılmasınadək)
Monoqrafiyada İkinci dünya müharibəsinin sonlarında pozulan SSRİ-Türkiyə
münasibətləri 60-cı illərin əvvəllərinədək araşdırılır. Azərbaycan,
Rusiya, Türkiyə arxivlərində uzun illər boyu “tam məxfi”, “məxfi” və
“xidməti istifadə üçün” qrifləri altında saxlanılmış materiallar, ABŞ
Dövlət Departamentinin və Mərkəzi Kəşfiyyat İdarəsinin sənədləri,
Ermənistan və Gürcüstan mətbuatı əsasında tədqiqata cəlb olunur.
ISBN “Adiloğlu”, 2009, 400 səh., 16x22, sərt, 500 12 manat
10 manat
3 manat
30 manat
5 manat
3 manat
12 manat
6 manat
4 manat
5 manat
4 manat
8 manat
8 manat
2 manat
Ənvər Seyidov
10 manat
Namiq Abbasov
10 manat
Son nəşrlər (ardı) 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
|