| Son nəşrlər |
| Son nəşrlər (ardı) 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
Hekayələr, memuarlar Bu kitabda Azərbaycan əsilli müasir türk yazıçısı və dövlət xadimi, XX əsrdə
Azərbaycanın və Türkiyənin ictimai-siyasi fikir tarixində mühüm yer tutan Əhməd
bəy Ağaoğlunun ailəsində doğulan Səməd Ağaoğlunun seçilmiş əsərləri
toplanmışdır. “Ozan”, 2008, 352 səh., 15x22, sərt
5 manat
Microsoft Access
Dərs vəsaitində verilənlər bazasının idarəetmə sistemləri içərisində
geniş yayılmış Microsoft Access proqramı haqqında ətraflı məlumat
verilir. “ADPU”, 2009, 237 səh., 15x21, yumşaq, 250
7 manat
Sirrimi bilmədin...
Bu kitabda müəllif gözəl müğənni Nərminə Məmmədovanın həyat yolu – sənət
dünyası, onun böyük sənətdə yeri, yaradıcılıq axtarışları və tapıntıları
haqqında fikirlərini bədii-emosional tərzdə təqdim edir. ISBN 9952-426-94-1, “Nurlar”, 2009, 248 səh., 13x20, yumşaq, 500
4 manat
Çingiz Abdullayev
Xammurapi məcəlləsi
Detektiv janrında yazılmış bu əsərin motivi qadının itkin düşmüş ərini
axtarmaq üçün vəkil kontoruna müraciəti təşkil edir. Məsələnin mahiyyəti
vəkil üçün də maraqlıdır; qətl, oğurlanmaq, çoxsaylı problemlərdən
qaçmaq cəhdi ehtimal olunan versiyalar arasındadır. ISBN 978-9952-440-45-4, “UniPrint”, 2009, 204 səh., 15x21, yumşaq, 800
4 manat
Etibar Muradxanlı
Siz mühasirədəsiniz, leytenant
Kitabda Qarabağ savaşı ilə yanaşı, həm də cinayət aləminin çəkişmələri
bədiiləşdirilib. Real faktlara söykənən bədii nümunələrdə təsvir edilən döyüş
səhnələri müharibə iştirakçılarının xatirələri əsasında ümumiləşdirilib. ISBN 978-9952-442-14-4, “Avrasiya press”, 2009, 152 səh., 13x20, yumşaq, 1000
3 manat
Boyüməyə Prolegomena (şeirlər)
Hər gün minimum iki manat kontura, uç manat dönərə, ayrana və çaya pul xərcləyən
azərbaycanlıların kitaba pul verməyə canları çıxır. Azərbaycanlıların kitaba
münasibəti hamıya məlumdur.İl ərzində ölkədə baş verən təbii fəlakətlərin sayı
satılan kitabların sayını arxada qoyur. Buna baxmayaraq Xaqani müəllim
Türkiyədə nəşr olunmuş şeirlər kitabını ümidsiz, ancaq barışmadan Azərbay-cana
da göndərib. “Əsərlərimdə çox vaxt dil spontan şəkildə mənanı yaradır... Mənim
şeirimdə məntiqlə məna axtaranlar yanılırlar, zehnin bəsit, primitiv məntiq
vərdişiylə dərk edəcəkləri, öz həyat təcrübələrinə bənzər, öz təəssüratlarına
oxşar mənaları mənim əsərlərimdə tapa bilməyəcəklər.” Xaqani H. Ankara, “Pelin Ofset”, 2008, 64 səh., 13x20, yumşaq
Tel.: 492-12-38
Azərbaycanda islamaqədərki inamlar
Monoqrafiyada Lənkəran-Astara bölgəsinin materialları əsasında Azərbaycan
xalqının islamaqədərki inamları etnoqrafik tədqiqata cəlb olunur. Müəllif
tarixi-müqayisəli metoddan istifadə etməklə, bu inamların mahiyyətini,
formalaşma və günümüzə qədər yaşama səbəblərini, islam dininin mövcudluğu
şəraitində vəziyyətini və sinkretik xarakterini təhlil edir. ISBN 978-9952-8000-2-9,“Xəzər Universiteti”, 2008, 164 səh., 15x21, sərt, 300
6 manat
Jurnalistlər üçün informasiya texnologiyaları
Kitabda bloqların yaradılması və yenilənməsi, internetdə sosial şəbəkələr və
onlardan istifadə qaydaları, internetdə axtarışın incəlikləri, reklamdan gəlir
əldə etmək yolları, mobil internet, habelə jurnalistlər üçün faydalı internet
resursları haqqında məlumatlar verilmişdir. Kitab İnformasiya Sistemləri və
Texnologiyaları Mərkəzinin həyata keçirdiyi “Jurnalistlərin İKT bacarıqlarının
artırılmasına dəstək” layihəsi çərçivəsində nəşr edilmişdir. ISBN 978-9952-8128-0-0,“Multimedia Mərkəzi”, “Oskar”, 2009, 104 səh.,17x24, yumşaq, 300
Tel.: 492-12-38
Святой грешник или жизнь по-страусиному (роман)
Роман основан на реальных событиях, происшедших в жизни моего навсегда родного,
когда-то любимого, а сейчас до неузнаваемости чужого для всех коренных бакинцев
города Баку. Цель написания данного романа – желание поделиться своим опытом и
наблюдениями, рассказав о том, как в жизни бывает, и что, и в каких случаях к
чему приводит и чем заканчивается. ISBN 978-9952-8032-1-1,“Европа”, 2009, 256 стр., 15x21, твёрдая
12 manat
Türkün Məsəli
(ikinci nəşr) “Alatoran”, 2009, 68 səh., 14x20, yumşaq, 200
5 manat
Ağ geyimli qadın (hekayələr)
Kitaba müəllifin 11 hekayəsi daxil edilib. Yazıçının bu kitabındakı hekayələr
1989-cu ilədək qələmə alınıb. İnanırıq ki, kitabdakı hekayələr oxucular
tərəfindən bəyəniləcək. “Qanun”, 2008, 116 səh., 13x20, yumşaq, 500
2 manat
Bakının qurtuluşu (Bakının qurtuluşunun 90 illiyinə)
Kitabda XX əsr Azərbaycan Milli İstiqlal mübarizəsinin ən mühüm hadisələrindən
biri olan Bakının Qurtuluşu tarixi araşdırılıb. Müəllif kitabda əsasən tarixi
sənədləri, yazıları, faktları olduğu kimi toplayıb oxuculara çatdırmağa çalışıb.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr edilmiş yazıları, sonradan isə
mühacirətdə yaşamış azərbaycanlı siyasətçilərin və ziyalıların məqalələrini
toplayıb oxucuya təqdim edib.
“Adiloğlu”, 2008, 256 səh., +48 səh. şəkil, 15x21, yumşaq, 2000 10 manat
Əlavə məlumat 492-12-38
Quba kapriççiosu
Əsər ən məhşur almazlardan birinin müasir günlərimizdəki macəralarından bəhs
edir. Bu sayaq məşhuri-cahan ləl-cavahiratın hər biri arxasınca uzun, qanlı iz
qoyub gəlmiş və mənsub olduğu şəxslərə daim müşkülər yaratmışdır. Tanınmış
ekspert-kriminalist Dronqo Quba yəhudisi, zərgər Semyon İzmaylova məxsus olub
itmiş “Şah Abbas” almazının axtarışlarına çıxarkən qətl hadisələrini də açmaq
məcburiyyətində qalır... ISBN 978-9952-450-01-9,“Nurlar”, 2008, 224 səh., 14x21, yumşaq, 500
3 manat
Müasir Azərbaycan dili
Bu dərslik müasir dilçiliyin və Azərbaycan dilçiliyinin son
nailiyyətləri əsasında yazılmışdır. Dərslik nitqin funksional
cəhətlərinin xüsusi nəzərə alınması baxımından əvvəlki dərsliklərdən
fərqlənir. Dərslikdən ali məktəb tələbələri ilə yanaşı, abituriyentlər,
magistrlər, aspirantlar və müəllimlər də istifadə edə bilər.
“Nurlan”, 2008, 500 səh., 15x21, sərt, 500 16 manat
Ə.C.Məmmədov
Ərəb dili
Misallar və oxu mətnləri əsasında hazırlanan bu kitab ərəb dilini
öyrənən ilahiyyat fakültəsi tələbələri üçün birinci kursun proqramına
uyğun dərslikdir. Bu dərslik vasitəsilə minə yaxın söz və ifadə öyrənmək
və ərəb dilini minimal səviyyədə mənimsəmək mümkündür. “Ankara”, 1999, 366 səh., 15x21, yumşaq
10 manat
Türk (Azərbaycan) dili
Kitabın yazılmasında abituriyentlər, ali və orta məktəb öyrənciləri üçün
yazılmış “Azərbaycan dili” dərsliklərindən, dilçilik lüğətlərindən,
eləcə də dilçiliyə aid müxtəlif araşdırmalardan tənqidi surətdə
yararlanmışdır. ISBN 5-8066-1709-2, “Elm”, 2008, 240 səh., 15x20, yumşaq, 300
5 manat
Elçin Muxtar Elxan
Yeddi çərşənbə Yeddi bayram
Mövcud kitabda yurdumuza İslamiyyətdən əvvəlki ulu Dədə günəşə sitayiş –
“günəşsevərlik” inamı ilə bağlı Dörd bayram, Odtanrı Azərə pərəstiş, Üç
bayram və Yeddi Çərşənbə bayramının mənşəyi, tarixi keçmişi, icraetmə
yollarının ətraflı təsvirinə dair materiallar cəmlənmişdir. Qədim
əsatirlərdən gələn Ulu bayramımızın bütün zənginlikləri, təhrif
olunmamış həqiqi məzmunu və qayəsi bu nəfis tərtribatlı kitabda əks
olunmuşdur.
“İndigo”, 2008, 138 səh., 20x26, yumşaq 9 manat
Şərq-Qərb kitabxanası
10 manat
Rövşən
Yerfi
Residivist
3 manat
17 manat
12 manat
7 manat
8 manat
5 manat
8 manat
6 manat
24 manat
6 manat
12 manat
Daha yaxşı menecer olmağın 525 yolu
14 manat
12 manat
J Müasir ekonomiks
(8-ci nəşr – Azərbaycan dilində)
Kitab iqtisadiyyat və sahibkarlığı öyrənmək üçün klassik bir dərs vəsaitidir.
Əsas müəllif olan Jack Harvey qərbdə iqtisadi nəzəriyyə kitablarının müəllifi
kimi ad çıxarıb. Kitabın ingilis versiyası 2007-ci ildə nəşr olunub, dünya
iqtisadiyyatında həmin ilədək baş verən bütün proseslərə yer ayrılıb. Kitab
əyani vəsaitlərlə – diaqram və cədvəllərlə zəngindir, bu da nəzəri məsələlərin
qavranılmasını xeyli asanlaşdırır. ISBN 978-9952-8125-0-3, “Kitab Klubu”, 2008, 648 səh., 14x20, yumşaq, 500
14 manat
Naxçıvanın təbii sərvətləri
Feyruz Bağırov uzun illər Muxtar Respublikanın rayon və kəndlərini gəzmiş,
buranın flora və faunasını araşdırmış və bu mövzuda Jurnallarda məqalələr
yazmışdır. Müəllifin Naxçıvan Muxtar Respublikasının ekologiyası və təbii
sərvətləri mövzulu məqalələri yenidən işlənərək bu kitabda toplanmış və
oxuculara çatdırılmışdır. "AzTU-nun mətbəəsi”, 2008, 200 səh., 15x21, sərt, tiraj 150 Əlavə məlumat 492-12-38
Son nəşrlər (ardı) 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
|