Son nəşrlər

Son nəşrlər (ardı)  1  2  3  4  5   6   7   8   9   10   11   12   13   14   15   16

 

 

 

 

 

Musa Qasımlı


Avropa və Amerika ölkələrinin müasir tarixi

 

 

( 2 hissədə. I hissə)


Ali məktəblər üçün yazılmış bu dərslik Avropa və Amerika ölkələrinin 1918-1945-ci illər tarixinə həsr olunmuşdur. Müəllif bu ölkələrin tarixini xronoloji ardıcıllıqla və problemlər üzrə şərh etmişdir. Dərslikdə Azərbaycanla bağlı məsələlərə də diqqət yetirilmişdir.


ISBN 978-9952-25-061-9 “Adiloğlu”, 2007, 380 səh., 15x21, sərt, 500

 

 

12 manat

 

 

 

Media Hüququ İnstitutu


Media etikası


Jurnalistlərə ünvanlanan bu kitab sadə bir prinsipi əsas götürüb: həqiqəti axtarmaq, öyrəndiklərini, üzə çıxardıqlarını, tapdıqlarını ictimaiyyətin diqqətinə yetirmək. Kitab qabaqcıl ölkələrdə oturuşmuş olan etik çərçivə sisteminin Azərbaycanın media toplumuna ötürülməsini hədəf götürüb. Kitabdan etik çözüm soruları ilə qarşılaşan hər kəs yararlana bilər.


“Qanun”, 2008, 276 səh., 15x21, sərt

 

 

Əlavə məlumat üçün tel.: 492-12-38

 

 

 

Hafiz M.Paşayev


Yüksəkliyə doğru: Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı ilk səfirinin seçilmiş məqalələri


Kitabda 1993-cü ildən 2006-cı ilədək Vaşinqtonda, Azərbaycanın Birləşmiş Ştatlardakı ilk səfiri kimi fəaliyyət göstərmiş Hafiz Mir Cəlal oğlu Paşayevin məqalələrin məcmuəsi təqdim olunur. Kitaba müəllifin Amerika universitetlərində, müstəqil tədqiqat mərkəzlərində, eləcə də ABŞ-ın otuzdan çox ştatında keçirilən biznes forumlarda etdiyi çıxışlar və ictimai təqdimatlar daxil edilmişdir. Kitab ingilis dilindən tərcümə edilmişdir.


ISBN 978-9952-8122-1-3,“Azərbaycan Marketinq Cəmiyyəti”, 2008, 340 səh., 15x23, yumşaq
 

10 manat

 

 

 

Rezo Əliyev


Maşınqayırmanın tarixinə dair


Kitabda inkişaf etmiş cəmiyyətlərin formalaşmasında elm, texnika və sənaye ilə qarşılıqlı təsirdə yaranmış, uzun ənənəyə malik, müasir sənayenin əsas sütunlarından sayılan maşınqayırmanın tarixi ümumi şəkildə təsvir olunur. Materialda tarix boyu böyük əhəmiyyət daşımış texniki yeniliklərlə bərabər, maşınqayırmanın ayrı-ayrı sahələrinin inkişaf etdirilməsində vacib rol oynamış şəxslərin tərcümə halı və bu sahədə əldə etdikləri texniki nailiyyətlər də özünə yer almışdır.


“Təhsil NPM”, 2008, 544 səh., 15x21, sərt, 500

 

10 manat


Abdullayev Ə., Azarov A., Hüfner K., Röyter V.


İnsan hüquqları: Beynəlxalq və milli müdafiə mexanizmləri


Kitabda insan hüquqlarının müdafiəsinin beynəlxalq və Azərbaycan Respublikası mexanizmlərinin xülasəsi verilir. Əsərdə BMT-nin müqavilə əsaslı orqanları, Avropa Şurasının sazişləri, insan hüquqları və bu sahədə işin təşkili, habelə Azərbaycanda insan hüquqlarının müdafiəsi problemləri nəzərdən keçirilir, beynəlxalq orqanlara göndərilən ərizələrin nümunələri, normativ aktlar verilir.


ISBN 5-7225-0083-6,“Açıq dünya”,“Təknur”, 2008, 488 səh., 14x20, yumşaq, 500

 

5 manat

 

 

 

Kərim M. Kərimov


Hiddət və nifrət


Ensiklopedik toplu müəllifin terrorizmlə bağlı beşinci kitab albomudur. Kitabda 150 rəsm əsəri cəmlənib. Əsərlərin əksəriyyətində məqsəd Azərbaycana, onun xalqına, dövlətçiliyinə xəyanət etmiş nankor qonşularımız, erməni separatçılarının XX-ci əsrdən başlayaraq, azərbaycanlılara qarşı törətdikləri genosidi, qanlı terror aktlarını tənqid atəşinə tutmaq, Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaqdır.


“CBS”, 2008, 320 səh., 18x25, sərt, 500

 

20 manat


Nəşrə məsul: Şirindil Alışanlı


XX əsr Azərbaycan ədəbiyyatı məsələləri

 

 

(II Kitab)


XX əsr Azərbaycan poeziyasının klassiki Səməd Vurğunun yaradıcılığı fonunda ötən əsrin potik irsinin hadisə və şəxsiyyətləri, onların müasir dərkinin nəzəri-estetik problemləri məcmuədə toplanmış məqalələrin təhlil obyektidir.


ISBN 5-8066-1746-7,“Elm”, 2008, 340 səh., 14x21, sərt, 300
 

Əlavə məlumat üçün tel.: 492-12-38

 

 

 

Talıb Musayev


Ermənilər və faciələrimiz

 

 

(3-cü nəşr)


Uzun illər indiki Ermənistan ərazisində rəhbər vəzifələrdə işləmiş, ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş saysız-hesabsız cinayətlərin canlı şahidi olmuş T.Musayev onların cüzi bir hissəsini bu kitabda əks etdirmişdir.


ISBN 9952-413-39-7,“Nurlar”, 2008, 320 səh., 15x21, sərt, 500

 

8 manat


AR Milli Olimpiya Komitəsi
Çingiz Hüseynxadə, Cəmaləddin Rəhmanov


Azərbaycan XXIX Olimpiya Oyunlarında. Pekin 2008

 

 

(Azərbaycan və ingilis dillərində)


Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin hazırladığı rəngli kitaba Azərbaycanın Olimpiya Oyunlarındakı iştirakı, 2008-ci ildə Pekində keçirilən XXIX Olimpiya Oyunlarında əldə etdiyi nailiyyətləri, Azərbaycanı bu yarışlarda təmsil edən idmançılar haqqında qısa məlumat daxil edilib.


“Olympic”, 2008, 116 səh., 21x27, yumşaq

 

Əlavə məlumat üçün tel.: 492-12-38

 

 

 

Mehman Süleyman


Nuri Paşa


Qafqaz Araşdırmaları İnstitutu Nəşriyyatı tərəfindən hazırlanan kitab XX əsrin əvvəllərində Azərbaycan xalqının erməni daşnakları və rus bolşevik qüvvələrində qarşı apardığı mübarizəsində qardaşlıq yardımına yetişən və Azərbaycanın Dövlət müstəqilliyi qazanmasında, istiqlalının qorunmasında həlledici rol oynayan Qafqaz İslam Ordusunun komandanı şanlı Nuri paşanın həyatı və mübarizə yoluna həsr edilmişdir. Nəşrə hazırlayan Minaxanım Təkləli.


ISBN 9952-426-29-1,“Nurlar”, 2008, 216 səh., 14x20, yumşaq, 1000

 

6 manat


Erdal Karaman


Qarabağım qarabağrım


(Qarabağ şeirləri antologiyası)


Kitaba Qarabğla bağlı duyğularını dilə gətirən bir çox Azərbaycan şairinin əsəri toplanmışdır. Bəzi şairlərin Qarabağla əlaqədar bir neçə şeiri əsərə daxil edilmişdir. Onlarla şair Qarabağın faciəvi vəziyyətini misralarında əbədiləşdirir. Kitab Qafqaz Araşdırmaları İnstitutu Nəşriyyatı tərəfindən hazırlanıb.


ISBN 9952-426-15-1,“Nurlar”, 2008, 272 səh., 12x20, yumşaq, 500

 

6 manat


Minaxanım Təkləli, Mehmet Rihtim


Qafqaz İslam Ordusunun xronologiyası


Kitab Azərbaycan dövlətinin müstəqillik qazanmasında, istiqlalının qorunmasında həlledici rolu olan Qafqaz İslam Ordusunun mücadilə hərəkatı tarixinin tədqiqinə həsr olunmuşdur. Bu məqsədlə ordunun qurtuluş fəaliyyəti araşdırılmış xronoloji üslubda ardıcıllıqla, sistemə salınmışdır. Kitab Qafqaz Araşdırmaları İnstitutu Nəşriyyatı tərəfindən hazırlanıb.


ISBN 9952-450-49-1,“Nurlar”, 2008, 104 səh., 12x19, yumşaq, 500

 

2 manat


Ərəb nağılları


Min bir gecə

 

 

(Səkkiz cilddə)


Tərcüməçi: İbrahim Yaqubov


"Min bir gecə" nağılları şifahi xalq ədəbiyyatının ən monumental abidələrindəndir. Bu nağıllar xalqın "şirin xəyalların cazibəsinə" uymaq arzularının, Şərq xalqlarının - ərəblərin, farsların, hindlilərin təmtəraqlı təxəyyül coşqunluğunun sərbəst söz oyunu ilə son dərəcə mükəmməl ifadəsidir. Sözlərdən toxunan bu abidə çox qədimdə yaranmışdır; onun rəngarəng ipək sapları dünyaya uzanaraq öz əsrarəngiz söz xalısını bütün yer kürəsinin üzərinə sərmişdir.


ISBN 978-9952-34-141-6,“ Şərq-Qərb”, 2007, 344 səh., 15x21, sərt, 25000

 

 

Tel.: 492-12-38


Harun Yəhya


Quran möcüzələri


Tərcüməçi: Elşad Miri


Kitabda Quranın elmi möcüzələri ilə yanaşı, keçmiş və gələcəklə bağlı bəzi xəbərlərə, Quranın ədəbi yöndən mükəmməlliyinə və riyazi möcüzələrlə əlaqəli misallarına da yer ayrılır.


Istanbul, “Global Publishing”, 2008, 440 səh., 16x23, yumşaq

 

12 manat


Harun Yəhya


Təkamül nəzəriyyəsinin süqutu və onun ideoloji səbəbləri


Tərcüməçi: Elşad Miri


Müəllif bu kitabda təkamül nəzəriyyəsinin bəzi gizli aspektlərini, onların XIX əsrdən başlayaraq insanlıq tarixindəki rolunu incələməyə, əsrimizin ən böyük problemlərindən olan terrorizmlə darvinizm arasındakı gizli əlaqəni meydana çıxarmağa çalışmışdır.


“Nurlar”, 2007, 192 səh., 14x21, yumşaq, 1000

 

3 manat


Айдын Али-заде


Исламская апологетика

 

 

(ответы критикам Ислама)


В книге изложены материалы по истории, вероучению и философии Ислама, проливающие свет на те аспекты этой религии, которые вызывают непонимание и часто становятся объектом критики стороны оппонентов. Помимо этого в книге собраны различные материалы религиоведческого, философского и исторического характера.


ISBN 9952-428-07-3,“Текнур”, 2007, 352 стр., 14x20, мягкая, 500

 

6 manat


Сенубер Сараллы


Украденная история. Геноцид


Книга состоит из 5 частей. В книге автор подводит читателя к мысли, что конфликты и войны порождаются не народами, а воинствующими кругами тех или иных государств. Объектом критики С.Сараллы стали господствовавшие круги, идеологи ненависти, пропагандировавшие межнациональную рознь, вдохновлявшие их исполнителей. В книге на основе реальных фактов собран список погибших соотечественников в результате происков армянских бандформирований, дана полная картина изгнания азербайджанцев из Армении в 1987-1992 годах.


“Нурлан”, 2008, 704 стр., 15x21, твёрдая, 300

 

30 manat


Möhsün Nağısoylu, Əkrəm Bağırov, Arif Ramazanov, Şəhla Abdullayeva


Farsca-Azərbaycanca lüğət


Lüğətə təxminən 35000 söz və söz birləşməsi daxil edilmişdir. Hazırki lüğət ilk növbədə yığcamlığı və praktik keyfiyyətləri ilə seçilir. Lüğətin tərtibi zamanı kitaba əsasən klassik fars ədəbi dili üçün səciyyəvi olan bir sıra sözlər və danışıq dilində çox işlənən ayrı-ayrı söz və ifadələr daxil edilmişdir..


ISBN 978-9952-34-110-2,“Şərq-Qərb”, 2007, 640 səh., 15x22, sərt, 25000

 

Tel.: 492-12-38


Kamal Abdullayev


Azərbaycanda müqəddəs ziyarətgahlar


Kitabda müəllif Azərbaycan ərazisində çoxlu dini abidələri və müüqəddəs yerləri bir-bir gəzmiş (ziyarətgahlar, məscidlər, pirlər, imamzadələr, xanəgahlar, müqəddəs insanların, övliyaların qəbirləri və türbələri və s.), onlar haqqında qısa da olsa məlumat verməyə çalışmışdır. Kitabda məlumatlar rəngli şəkillərlə müşaiyyət olunur.


“Çinar-Çap”, 2007, 312 səh., 15x21, sərt, 250

 

25 manat

 

 

 

Tərtibçi-müəllif: Mələk xanım Quliyeva


Evdarlıq

 

 

(cehizlik kitab)


Azərbaycan dilində evdarlığa dair ilk təşəbbüs olan bu kitab yeni ailə quran gənc qızların, bir növ cehizlik kitabıdır, çünki indi gənclər yeni ailə qurarkən müstəqil yaşamağa üstünlük verirlər, belə gənclərdə isə ailə təsərrüfatını idarə eləmək səriştəsi olmur. Bu kitab onlara həmin səriştəni əldə elmək bacarığı verə bilər. Kitabda məişət gigiyenası, ev təsərrüfatını idarə etmək, körpə uşağa qulluq, təzə öyrənmlər üçün toxuma, xörəklər, pəhriz yeməkləri, dərman bitkilərinin müalicəvi xassələri, kosmetika, qonaqların qəbul edilməsi qaydaları və bir çox digərləri haqda gündəlik həyatda lazım olan dəyərli məsləhətlər verilir.


ISBN 978-9952-27-107-2,“ Çaşıoğlu”, 2008, 272 səh., şəkilli, 17x25, sərt, 1000

 

10 manat

 

 

 

Məzahir Təhməzov


Kəlbəcər: Ensiklopedik məlumatlar - Toponimlər. Fotoşəkillər. Xəritələr


Kitabda Kəlbəcərin qısa ensiklopedik fiziki-coğrafi məlumatları, faydalı qazıntıları, filiz yataqları və filiz mədənləri haqqında məlumatlar, bəzi yer adlarının toponimləri, Kəlbəcər təbiətini əks etdirən fotoşəkilər, kəndlərin sxematik inzibati-ərazi xəritələri daxil edilmişdir. Kitabın 2-ci hissəsində 1993-cü il Kəlbəcər faciəsi – Kəlbəcərin erməni faşist qoşunları tərəfindən işğal edilməsi haqqında qısa məlumat verilmişdir.


“Azərnəşr”, 2008, 400 səh., 17x24, sərt, 1000

 

12 manat

 

 

 

Müzəffər Məmmədov, Elçin İbadov


Beynəlxalq iqtisadi təşkilatlar


Ali məktəblərdə beynəlxalq iqtisadi münasibətlər, beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisasları üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuş tədris vəsaiti dünyada kifayət qədər mövqeyə malik olan müxtəlif beynəlxalq təşkilatlar haqqında geniş məlumat verir. Kitabda beynəlxalq təşkilatlar universal və regional xarakterli təsnifləndirməyə uyğun olaraq sıralanmışdır.


“CBS”, 2008, 248 səh., 21x30, sərt, 500

 

14 manat

 

 

Pərviz Elay

 

 

Oğuzun gizli döyüşləri (roman)

 

 

Romanda müəllif kriminal aləmi öz təxəyyülü ilə təsvir edərək burada baş verən hadisələri çılpaqlığı ilə əks etdirməyə çalışmışdır. Cəmiyyəti narahat edən milli-sosial və psixoloji problemlərə müxtəlif yönlərdən yanaşma nümayiş etdirən müəllifin bu əsərinin özünəməxsusluğunu göstərən əsas amil romanda obrazların ziddiyyətli daxili aləminin rəngarəng çalarlarla təqdim olunmasıdır. Əsər məzmun etibarilə öz dinamikliyi, kəskin süjet xətti və ziddiyyətli obrazları ilə seçilir.


“Azərnəşr”, 2008, 288 səh., 14x20, yumşaq, 500

 

 

5 manat

 

Varis


Sonuncu ölən ümidlərdir (roman)


Pero-serial janrında yazılmış, mövzusu real həyatımızdan götürülmüş bədii əsər son dərəcə dramatik hadisələrlə, macəralarla zəngindir. Qısa vaxt kəsiyində bütün ölkədə populyarlıq qazanmış bu sevgi əhvalatı Sizin rəğbətinizi qazanacağına inanırıq.


ISBN 978-9952-809-84-8,“Nurlan”, 2008, 352 səh., 15x20, yumşaq, 10000

 

 

 

5 manat

 

Эльчин Гасанов

 

 

Убить её или кровавая Нонна


Этот роман написан с помощью нано-робота. Нано-робот посредством вычислительной системы и оборудованной мошной памяти составил каркас данной книги, придал роману сюжет на атомно-молекулярном уровне. События, начинающиеся как месть уголовников, делают неожиданный поворот в сторону скрытой борьбы за нефтеносные земли и кончаются с еще более неожиданным предложением автора по глобальной проблеме, решать которую современная наука пока не в состоянии. Героиня романа - сексуальная молодая женщина-полицейский с честью выходит из перипетий, как любовных, так и уголовных.


“Китаб Клубу”, 2008, 160 стр., 14х20, мягкая

 

2 manat

 

Saparmyrat Türkmenbaşy
 

Ruhnama


Nəşr 2 kitabdan ibarətdir. Birinci kitabda türkmən millətinin tarixi, yolu, dövləti və ruh dünyası açıqlanır. İkinci kitabda türkmənin yaşayış mədəniyyəti və təhsilinə, şəxsiyyətinə böyük yer ayrılır.


Aşgabat “Döwlet neşiryat”, 2005, 864 səh., 18x25, sərt, 10000

 

 


 

Tel.: 492-12-38

 

Vidadi Zeynalov
 

Maliyyənin əsasları
 

"Maliyyə"nin sxemdə və cədvəllərdə şərh olunması
Dərs vəsaiti beş bölmədən ibarətdir: maliyyə nəzəriyyəsinin əsasları; dövlət və bələdiyyə maliyyəsi; təsərrüfat subyektlərinin maliyyəsi; beynəlxalq maliyyə; əlavələr. Hazırki vəsait maliyyə sahəsi üzrə bütün əsas elmi və praktiki məsələləri əhatə edən elmi biliklərin məcmusundan ibarətdir. Mövzular üzrə şərhlər ilə birlikdə sxem və cədvəllər təqdim edilir.
 

ISBN 5-87459-051-X “Apostrof”, 2008, 272 səh., 17x24, yumşaq, 500

 

 

12 manat

 

Pərviz

Hər sabah yaşam

 

 

(dəfnəli şeirlər)

 

 

 

"Hər sabah yaşam" yazarın ikinci kitabıdır. Kitabda toplanan fəlsəfi şeirlər gənc yazarı daha yaxından tanımağa köməklik edəcək. Müəllifin dediyinə görə, kitab bircə nəfər üçün yazılıb – “O da SƏN-sən...” “SƏN kimsən, ADAM?”

 

 

 

“Şirvannəşr”, 2008, 216 səh., 12x18, yumşaq, 400

 

 

 

 

3 manat

Curci Zeydan (Misir)

Kərbəla dilbəri

Ərəb dilindən tərcümə edən: Eldar  Məmmədov

Ərəb ədəbiyya-tında tarixi roman janrının formalaş-dırılmasında xüsusi rolu olan Curci Zeydan (1861-1914) məhəbbət və sədaqət rəmzi ola biləcək qəhrəman-larını islam dininin yaranmasının ilk illərində baş vermiş hadisələrin, o cümlədən Kərbəla şəhidliyinin, içərisindən keçirərək bir-birinə qovuşdurur. Əsər, bir qədər sərbəst yozulsa da, tarixi faktlar və qeyri-adi vəziyyətlərlə zəngindir, maraqla oxunur və zamanının ruhunu oxucuya çatdırır.
 

ISBN - 978-9952-8087-8-0,“ Kitab Klubu”, 2008, 336 səh., 14x20, yumşaq, 300

4 manat

S.S.Ağabəyov, Y.Ə.Ağabəyov

Ağabəylilər

Kitabda Salyanın Kür Qaraqaşlı kən-dinin əsasını qoyan Ağabəylilər nəslin-dən, bu nəslin Azərbaycan xal-qına bəxş etdiyi igid oğullarından, istedadlı sənətkarlarından, görkəmli elm, incəsənət xadimlərindən və nə-hayət sadə, zəhmətkeş övladlarından bəhs edilir.

“Kitab Klubu”, 2008, 248 səh., 15x22, sərt, 500
 

 

7 manat

Fridrix Nitsşe

Hakimiyyət əzmi

Qeyri-adi düşüncə tərzinə malik böyük filosofun bu əsə-rində də qəribə olduğu qədər fərqli, insan təfəkkürünün üfüqlərini genişlən-dirən fikirləri çox qabarıqdır. Nihilizm, dekadansın mahiyyəti, əxlaq, ağıl, şüur, iradə, hökmranlıq, güc, habelə ideal, reallıq, zəiflik və s. kimi məsə-lələr və kateqoriyalar əsərdə geniş fəlsəfi şərhini tapmışdır.

ISBN 978-9952-8080-7-0,“Zəkioğlu”, 2008, 588 səh., 14x21, sərt, 1000

 

14 manat

Paulo Coelho

Əlkimyagər (Beynəlxalq bestseller)

Braziliyalı yazıçının bu məşhur romanı dünyanın 61 dilinə tərcümə olunub. Əsər xəzinə axtar-maq üçün dünyanı səyahət etmək arzusunda olan Əndəlüslü çoban oğlan Santyaqonun hekayəsidir. İspaniyadakı evindən o, Əlkimyagərlə Misir səhrasına səyahət edir... Kitabın əsas mahiyyəti: İnsan öz arzusunun arxasınca getməkdən çəkinməməlidir və mütləq həyata keçirməlidir .

“Xəzər Universiteti”, 2006, 190 səh., 13x20, yumşaq, 1000

3 manat

 

 

 

 

 

Son nəşrlər (ardı)  1  2  3  4  5   6   7   8   9   10   11   12   13   14   15   16