|
Son
nəşrlər (ardı)
1
2
3
4
5
6
7
8
9
10
11
12 13
14
15
16
Ramil Əliyev
Riyazi mifologiya
Kitabda müəllif folklorçu alimlərimizin riyazi təfəkkürünü, onların yazdıqları
əsərlərə əsasən təhlil etmiş, azərbaycanlı alimlərin riyazi təfəkkürünə və
riyazi folklorşünaslıq elminin inkişafına əsaslanaraq, folklor mətnlərindəki
riyazi modellərinelmi izahını vermişdir.
“Nurlan”, 2008, 182 səh., 14x20, yumşaq, 500
35000 / 7 AZN
Yunus Oğuz
Nadir şah
(tarixi roman)
Roman xalqımızın tarixinin ən məsuliyyətli və ən orta əsrlərdən qopub yeni dövrə
keçdiyi dövrün tarixi hadisələri, buradan çıxan nəticələri kifayət qədər
mükəmməl bir şəkildə təqdim edən bir əsərdir.
ISBN 978-9952-44-10-0,“Apostrof”, 2008, 576 səh., 15x22, sərt, 5000
70000 / 14 AZN
G.Məmmədova, Ş.Vəliyev
Ginekologiyada ultrasəs müayinəsi
Kitabda qadın ömrünün bəzi yaş dövrlərində daxili cinsiyyət orqanlarının əsas
anatomik xüsusiyyətləri, xəstəliklərinin diaqnostikasında tətbiq olunan
üsulların, xüsusən də ultrasəs müayinəsinin geniş izahından, habelə bunun
ginekologiyada istifadə olunmasından bəhs edilir.
“ZEST”,“Ozan”, 2008, 192 səh., 151 şəkil, 7 cədvəl, 15x21, sərt, 1000
Tel.: 492-12-38
İlqar İmamverdiyev
Azərbaycan və İran aşıq sənətinin qarşılıqlı əlaqələri
Kitabda Mərənd, Əhər, Miyanə, Urmiya, Xoy, Zəncan, Qəzvin, Tehran-Kərəc,
Qaradağ-Təbriz aşıq məktəbləri haqqında elmi araşdırmalar aparılmışdır. Həmçinin
sazın quruluşu, texniki imkanları, Azərbaycan, İran, Türkmənistan və Türkiyədə
istifadə olunan sazların kök prinsipləri, ənənəvi aşıq ifaçılığı sənəti barədə
elmi mülahizələr yer almışdır.
“Nafta-Press”, 2008, 980 səh., 15x22, sərt, 200
100000 / 20 AZN
Məmməd Səid Ordubadi
Qanlı illər
Tərcüməçi: Əkrəm Bağırov
Qafqazın klasikləri seriyasından olan bu əsər 1905-1906-cı illərdə Qafqazda baş
verən erməni-müsəlman davasının tarixi salnaməsidir. Tarixi həqiqətləri üzə
çıxardan əsər müxtəlif bölgələrdən gələn müxbir məktubları əsasında təsviri
münaqişənin məzmunu və gedişi haqqında oxucuda tam təsəvvür yaradır.
ISBN 9952-432-05-4 “Qafqaz”, 2007, 184 səh., 14x20, yumşaq
30000 / 6 AZN
Qaiməqam
Rüştü Türkər
Qafqaz Türk İslam Ordusu Bakı yollarında
Rüştü Türkərin xatirələri əsasında yazılmış bu əsər 4 hissədən ibarətdir. Kitab
Türk İslam Ordusunun Azərbaycan
uğrunda apardığı mücadilədə qardaşlıq sevgisini, niyyətini, əməlini bütün
açıqlığı ilə ortaya qoyacaqdır. Qafqaz İslam Ordusunun Bakı yollarında
göstərdiyi yardımlar, keçdiyi şərəfli döyüş şərh edilir. Kitabda hərəkatın
xəritə və sxemləri də verilmişdir.
ISBN 9952-426-33-X,“Qafqaz Universiteti”, 2008, 216 səh., 17x24, yumşaq, 500
45000 / 9 AZN
Vahid
Məmmədli
Tunc mələk
(roman)
Dünya ədəbiyyatında yeni bir janrda, qansız döyüş romanı janrında yazılmış bu
əsərdə mələk-insan, qorxmaz və məğrur detektiv-analitikin maraqlı maсəraları
haqqında söhbət açılır.
İtaliyanın «RAİ-1» teleşirkətinin jurnalisti müharibə gedən İraqda yaraqlılar
tərəfindən girov götürülür. Onun azad edilməsində hətta xüsusi xidmət orqanları
da müsbət nətiсə əldə edə bilmirlər. Lakin bütün məhru-miyyətlərə və edam
olunmaq təhlükəsinə baxmayaraq əsərin qəhrəmanı İtaliyalı telereportyoru
əsirlikdən azad etmək fikrindən geri çəkilmir …
Həmin mələk-insan özünün ən güсlü silahı - təmənnasız xeyirxahlığı ilə hətta
düşmənlərini də düşünməyə məсbur edir. Çoxları onun haqqında eşitdiklərinə
inanmır. Anсaq onu yaxından tanıyandan sonra barəsində deyilənlərin əfsanə
deyil, həqiqət olduğuna əmin olurlar…
ISBN 978-9952-8087-8-0,“Kitab Klubu”, 2008, 128 səh.,13x20, yumşaq/sərt, tiraj
50000 (ilk buraxılış 500)
20000 / 4 AZN
Kəmalə
Ruintən
Ermənistanın Azərbaycana təcavüzü və dünya siyasəti
Monoqrafiyada münaqişənin həlli üçün səmərəli sayılan 2006 - cı ilin fonunda
münaqişənin mənbələri, onun inkişaf mərhələləri, beynəlxalq təşkilatların və
münaqişənin nizamlanması prosesində birbaşa iştirak edən ATƏT - in Minsk
qrupunun, həmin qrupun həmsədr dövlətlərinin mövqeyi və münaqişəyə münasibəti
araşdırılır. Kitabda, həmçinin İranın nüvə məsələsi ilə Ermənistan - Azərbaycan
münaqişəsinin qarşılıqlı təsiri təhlil edilir və münaqişənin Ermənistanın
iqtisadiyyatına təsiri də diqqətdən kənarda qalmamışdır.
“Adiloğlu”, 2008, 260 səh., 15x20, yumşaq, 500
25000 / 5 AZN
Süleyman
Əlisa
Moskvada Azərbaycan dünyası
(Azərbaycan və rus dilində)
Kitab Moskvadakı Azərbaycan diasporunun görkəmli nümayəndələrinin həyat yolundan
və fəaliyyətindən bəhs edir. Kitaba 126 soydaşımız haqqında oçerk portretlər,
müsahibələr daxil edilib.
ISBN 978-5-8125-1077-0, Moskva 2008, 670 səh., 15x22, sərt, 500
125000 / 25 AZN
Atamoğlan
Məmmədli

Gəlmələr. Ermənilərin gerçək tarixi
Kitabda əsasən erməni və digər xristian qaynaqları əsasında erməni etnosunun
hibrid xalq kimi yaranma və formalaşma tarixi qələmə alınır. Böyük dövlətlərin
siyasətində ermənilərin əlaltı olmaq həvəsi, oynadığı mənfi rol işıqlandırılır.
Ermənilərin zaman-zaman türklərə qarşı yeritdiyi düşmənçilik siyasəti açıqlanır.
“Böyük Ermənistan” yaratmaq məqsədilə qonşu dövlətlərdən torpaq qopartmaq
cəhdləri ifşa olunur.
ISBN 978-9952-27-067-9,“Çaşıoğlu”, 2008, 444 səh., 14x23, yumşaq, 500
75000 / 15 AZN
Расул
Рахшанлы, Тарана Аскергызы
Русско-англо-азербайджанский экономический универсальный терминологический
словарь
В универсальном терминологическом словаре собрано около 21000 слов и выражений
по торговле, финансам, экономике, международным экономическим связям и бизнесу.
С помощью цифровых указателей терминов, которые приводятся в конце книги,
словарь можно использовать для перевода в 6 направлениях.
“Адильоглы”, 2008, 792 стр., 15х20, твердая, 500
175000 / 35 AZN
Чапай
Султанов
Нефтегазовые стратегии и политика в ХХI веке
Сколько у кого нефти, и как скоро она кончится или кончится ли вообще? Смогут
ли, как выражались в советское время, сосуществовать натовские базы и российские
нефтегазопрово-ды в Европе? Долго ли доллар будет оценщи-ком нефти или возникнут
новые, самые неожиданные, альтер-нативы? Как отразится на экологии планеты борьба
за много-полярность и лидерство в мире? Как далеко может дойти «голландская
болезнь» в нефтедобывающих странах СНГ? В книге рассмотрены нефтегазовые
стратегии ведущих стран мира и ее влияние на большую мировую политику. На базе
обширного «мозгового материала», фактических данных и намечающихся трендов в ту
или иную сторону, сделаны определенные прогнозы на будущее.
Рассмотрены многие мировые аспекты, как положительные, так и отрицательные,
связанные с нефтью, газом и трубопроводами. Разработаны сценарии для
статистического моделирования возможных ситуаций в будущем, в связи с проблемами
с нефтью и газом, предложена новая философия ценообразования для нефти.
“Нурлар”, 2008, 720 (82 илл.) стр., 15x21, твердая, 500
100000 / 20 AZN
Maksim
Musayev
Parlamentlər və kəndlilər 100 ildə
(1905-2005)
Kitabda son 100 ildə iki imperiya, iki müstəqilliklə yaşamış Azərbaycan kəndlisi
barədə hər bir parlamentin çıxardığı qanun-qərarlar bütövlükdə əksini tapmış və
sistemləşdirilmişdir. Milli parlament ənənəsinin formalaşması, deputatların
tərkibinin tənzimlənməsi, parlamentlərin qadağalı, antisosial və ziddiyyətli
qanun-qərarları, kəndlərin ləğvi səbəbləri və s. rəsmi sənədlərə əsaslanaraq
verilmişdir.
ISBN 9952-426-36-4, “Nurlar”, 2008, 272 səh., 15x21, sərt, 300
50000 / 10 AZN
Gülşən
Əliyeva-Kəngərli
Azərbaycan füzulişünaslığı
Alimin oxuculara təqdim olunan monoqrafiyasında mənşəyi dahi Füzulinin özündən
başlayan Azərbaycan füzulişünaslığının 500 illik möhtəşəm bir dövrü əhatə edən
təkamül mərhələlərinin təsnifi verilir, onların tarixi və nəzəri-estetik
sərhədləri müəyyənləşdirilir.
ISBN 978-9952-27-065-5,“Çaşıoğlu”, 2007, 312 səh., 15x25, sərt, 300
40000 / 8 AZN
İnqilab
Nadirli
Nəvələrə ərmağan
(Azərbaycan, rus və ingilis dillərində)
Kitabda verilmiş mənzum nəsihət və aforizmlərdə vətən, xalq, dövlət, valideyn,
övlad sevgisi tərənnüm edilir. Müəllif nəsihət və aforizmlərdən yoğrulmuş ideal
bir insan obrazı yaratmağı qarşısına məqsəd qoymuş və buna nail olmuşdur.
ISBN 978-9952-25-092-3,“Adiloğlu”, 2008, 336 səh., 15x22, sərt, 200
Əlavə məlumat üçün tel.:
492-12-38
Cəmil
Həsənli
Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar (1954-1959)
Kitabda 1954-1959-cu illərdə respublikada yeni rəhbərliyin formalaşması, onun
həyata keçirdiyi islahatlar, dövlət dili haqqında qanunun qəbul edilməsi və onun
tətbiqi ilə bağlı meydana çıxan çətinliklər əhatə edilmişdir. Stalinin ölümündən
sonra SSRİ-də başlanmış islahatçılıq cəhdlərinin Azərbaycana təsiri nəticəsində
respublikada siyasi həyatın canlanması kitabda zəngin arxiv materialları
əsasında araşdırılıb.
ISBN 978-9952-25-094-7,“Adiloğlu”, 2008, 544 səh., 15x22, sərt, 500
70000 / 14 AZN
Джамиль Гасанлы
СССР - Турция. От нейтралитета к холодной войне 1939-1953
Монография представляет собой комплексное исследование советской политики,
сыгравшей важную роль в провоцировании холодной войны на Ближнем Востоке. В
монографии рассмотрены перипетии советско-турецких отношений в годы войны и
первые послевоенные годы, решающие этапы и поворотные пункты этого исторического
пути.
ISBN 9785-915-1000-1-4, Москва, «Центр Пропаганды», 2008, 664 стр., 15x22,
твердая, 2000
70000 / 14 AZN
Firidun
Şuşinski
Şərq musiqisinin peyğəmbəri
Kitab tədqiqatçının 1987-ci ildə nəşr olunmuş məşhur muğam ustası, şair bəstəkar
Cabbar Qaryağdı oğlunun həyat və yaradıcılığına həsr etdityi “Cabbar Qaryağdı
oğlu” monoqrafiyasının yenidən işlənmiş variantıdır. Tərtibçi və ön sözün
müəllifi Aslan Kənandır.
“Azərnəşr”, 2007, 128 səh., 15x21, sərt, 300
20000 / 4 AZN
Bayram
Hacızadə
Azərbaycanda karikaturanın inkişafı
Kitabda karikatura janrı Azərbaycan sənətşünaslığında ilk dəfə sistemli şəkildə
təhlil edilir. Bu sahədə çalışan aparıcı sənətkarlar və onların yaradıcılıqları
müəyyən edilir, karikatura janrının keçdiyi tarixi yol və mərhələlər
işıqlandırılır, karikatura sahəsində mövcud olan tarixi bədii ənənələr
müəyyənləşdirilir.
ISBN 5-86874-248-6,“Səda”, 2008, 320 səh., 21x28, yumşaq, 500
Satılmır
Osman
Gündüz

İnternet. Azərbaycan internet resursları (2008)
Azərbaycan milli saytlar kataloqu kimi yenidən işlənmiş üçüncü nəşr Azərbaycanda
İnternetdən istifadəni daha səmərəli mərhələyə qaldırmaq məqsədilə yazılıb.
Kitab üç fəsildən ibarətdir: “İnternetə ümumi baxış”; “Azərbaycan İnterneti”;
“Azərbaycan İnternet resursları”. Kitaba 3000 milli web-resurs haqqında qısa
icmal və ünvan daxil edilib.
ISBN 9952-8043-3-4,“Multimedia Mərkəzi”, 2008, 336 səh., 17x24, rəngli, yumşaq,
2000
30000 / 6 AZN
Qafqaz
Universiteti
Qafqaz Araşdırmaları İnstitutu
Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu
Kitabda Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin
tarixi ilə əlaqədar olan cümhuriyyətin yaranması, onun milli istiqlalının
qorunub saxlanılması, bu zaman Türkiyənin qardaşlıq köməyi, göstərdiyi hərbi
yardım, Qafqaz İslam ordusunun keçdiyi şərəfli döyüş yolu məsələləri geniş
araşdırılır. Kitaba müvafiq mövzularla bağlı on beş tədqiqatçının 19 məqaləsi
daxil edilmişdir.
ISBN 9952-426-23-2, “Nurlar”, 2008, 696 səh., şəkilli, 17х24, yumşaq, 1000
70000 / 14 AZN
Chapay
Sultanov
The last blow from the empire (Baku, 20 January, 1990)
More than ten years after the events of 20 January, 1990 in Baku, the book
considers them in a new perspective/ Basing on, the author reveals the main
intention of Gorbachev’s blow on Baku, showing the whole political palette of
the USSR and its connection with that blow. The appendix gives some information
on certain aspects of the Armenian aggression against Azerbaijan.
ISBN 9952-8082-0-8, “Qismet”, 2008, 520 p., 16х22, hard cover
80000 / 16 AZN
Nəsiman
Yaqublu
Əbdürrəhman Fətəlibəyli-Düdənginski
Ə.F.Düdənginskinin anadan olmasının 100 illiyi münasibəti ilə Azərbaycan
legionun başçısı və Azadlıq radiosu “Azərbaycan” redaksiyasının baş redaktoru
olmuş, tanınmış siyasi xadim Əbdürrəhman Fətəlibəyli-Düdənginski haqqında olan
bu kitab maraqlı tarixi sənədlər əsasında yazılmışdır. Kitabda Ə.Fətəlibəylinin
fəaliyyətinin müxtəlif mərhələləri öz əksini tapmışdır.
ISBN 978-9952-25-081-7,“Adiloğlu”, 2008, 262 (64 şəkil) səh., 14x20, yumşaq, 500
60000 / 10 AZN
Nəsiman
Yaqublu
Azərbaycan – Polşa əlaqələrində M.Ə.Rəsulzadənin rolu
Kitab mühacirət dövründə (əsasən-1930-cu illərdə) Azərbaycan – Polşa
əlaqələrinin tədqiqinə həsr edilmişdir. Kitabda diqqət yetirilən başlıca məqam –
Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin Azərbaycan-Polşa
əlaqələrinin formalaşmasındakı əvəzsiz xidmətləridir.
ISBN 978-9952-25-052-7,“Adiloğlu”, 2007, 212 (50 şəkil) səh., 14x20, sərt, 500
60000 / 10 AZN
Чингиз
Каджар
Старый Баку
Научное иссследование высшей пробы на основе уникальных исторических
докумен-тов, богато иллюстрированное редкими фотографиями и рисунками, шедевр
полиграфического искусства.
“Ока Офсет”, 2008, 204 стр., 20х27, твердая
200000 / 40 AZN
Чингиз
Гусейнов
Ме'радж
(роман о пророке Мухаммеде)
Роман-исследование Чингиза Гусейнова, автора ряда, произведений, в том числе
романов, изданных на многих языках; мира, посвящен постижению ислама. Автор,
используя различные повествовательные средства, прибегая к монологическим и
диалогическим формам, в синтезе поэзии и психологической прозы пытается
проникнуть во внутренний мир Мухаммеда, понять феномен пророчества.
“Ганун”, 2008, 564 стр., 16х22, твердая, 1000
50000 / 10 AZN
Nazif
Qəhrəmanlı
Nəsib bəy nümunəsi
Kitabın vəzifəsi Nəsib bəy Yusifbəylinin həyat epizodları, “Tərcüman” qəze-tində
çap etdirmiş məqalələri, AXC Parlamentindəki çıxışları, ilk respublikanın 90
illiyində böyük xidmətləri olan bu mütəfəkkir insan, böyük siyasi şəxsiyyəti
xatırlamaqdır.
“Nurlan”, 2008, 264 səh., 14x20, yumşaq, 300
50000 / 10 AZN
Zaza
Aleksidze
Qafqaz albanları dilləndilər
Kitab Sinay dağından tapılmış alban mətninin identifikasiyası və izahı əsasında
yazılıb.Gürcücədən tərcümə edən Nəsib Nəsibovdur.
ISBN 99940-11-61-8,“Artanuci”, 2003, 130 səh., 14x20, yumşaq
10000 / 2 AZN
Maksim
Musayev
Atam Talıb Musayev
Müəllifin bu kita-bında uzun müddət Ermənistanda rəhbər vəzifələrdə işləmiş,
Ermənistan Ali Sovetinin sədrinin müavini seçilmiş, Azərbaycan Respublikası
Prezidentinin təqaüdçüsü olmuş Talıb Qurban oğlu Musayevin həyatı, məskəni,
dövrü, nəsli, şəxsiyyəti, xasiyyəti, xidmətləri, fikirləri, məsləhətləri və
arzuları barədə yazılmışdır.
ISBN 9952-426-96-8, “Nurlar”, 2008, 320 səh., 14х21, sərt, 300
40000 / 8 AZN
Oqtay
Rza
Baldan şirin balalar
Müəllif uşaqlara həsr etdiyi yüz-lərlə şeirin az bir hissəsini bu ki-tabda
toplamışdır.
“Turan Evi”, 2008, 24 səh., 14x21, yumşaq
10000 / 2 AZN
Azər
Turan
Əli bəy Hüseynzadə
Kitabda dahi mütəfəkkirin həyat və yaradıcılıq yo-luna ətraflı nəzər salınıb.
Əsərdə Ə. Hüseynzadənin bənzərsiz şəxsiyyəti və elmi-əbədi irsi tədqiqata cəlb
olunur. Kitab nadir fotoşəkillərlə zəngindir.
ISBN 978-5-7164-0582-0, Moskva “Salam Press”, 2008, 280 səh., 14x21, sərt, 5000
50000 / 10 AZN
Fatimə
Mernisi
Pərdələr arxasında gizlədilən tarix
Tərcüməçi: Güntay Gəncalp
Kitabda islam və qadın haqları ilə bağlı tarixi qaynaqlara dayanaraq geniş
araşdırıma aparılmışdır. Hz.Məhəmmədin özəl həyatı geniş şəkildə araşdırılmış,
adına yazılmış saxta hədislər möhkəm dəlillərlə ifşa edilmişdir. Burada islam
alim bir qadın ruhundan tədqiqata məruz qalmışdır.
“Qanun”, 2008, 308 səh., 12x19, yumşaq, 300
30000 / 6 AZN
Firudin
Gilar Bəg
Batini-Quran
Kitabda qədim dövrün, müqəddəs yazıların elmi izahı yeni məntiqlə və əski
mənbələrdəki faktlara əsasən verilir. Müəllif, qədim mətnlərdəki hadisələri bu
gün qəbul olunmuş məntiqlə yox, sufi müdriklərinin məntiqi ilə izah edir. Burada
din, tarix, fəlsəfə, dilçilik, mifologiya, rəvayətlər, deyimlər, ümumiyyətlə,
bütün yazılı və şifahi xalq ədəbiyyatı artıq bir hadisənin müxtəlif hissələri
kimi çıxış edir və bir-birini tamamlayır.
“Qanun”, 2008, 794 səh., 17x25, sərt, 300
800000 / 16 AZN
Нурида
Исмаилзаде
Из истории Азербайджан-ской музыки
(традиции Меценатства и
просветительства) (учебное пособие)
В книге расскрывается значение просветительства и благотвори-тельности как
движущих сил обра-зовательного процесса, сыгравших значительную роль в развитии
музыкальной культуры Азербай-джана. Вместе с тем в книге дан подробный
исследовательский анализ неизученных страниц музыкальной жизни Баку начала ХХ
столетия, оказавших огромное влияние на формирование национальной
профессиональной композиторской школы.
“Нурлан”, 2007, 256 стр., 15x21, твердая, 100
60000 / 12 AZN
Son
nəşrlər (ardı)
1
2
3
4
5
6
7
8
9
10
11
12 13
14
15
16
|