|
Son
nəşrlər (ardı)
1
2
3
4
5
6
7
8
9
10
11
12
Донара
Гусейнова
Парапсихолог поневоле. Единая истина. Единая система мироздания
Автор рассматривает в книге парапсихологию как науку современности и будущего,
соединяющее звено между всеми науками, религиями, аномальными и вполне
нормальными процессами Бытия и Мироздания. Влияние космических и вселенских
процессов на человеческое подсознание, сознание и судьбу, психоанализ
собственной судьбы – эти и др. вопросы, тема исследований автора.
“Азернешр”, 2008, 256 стр., 14x20, мягкая, 150
25000 / 5 AZN
Əli
Bəy Hüseynzadə
Seçilmiş Əsərləri
Kitabda XIX əsrin sonu XX əsrin əvvəlləri türk dünyasının yetişdirdiyi nəhəng
ictimai, siyasi və ədəbi şəxsiyyəti Əli Bəy Hüseynzadənin əsərlərinin (şeirlər,
hekayələr, məqalələr) bir qismi toplanmışdır.
“ Çaşıoğlu”, 2007, 640 səh., 17x25, sərt, 5000
100000 / 20 AZN
Tərtib,
tərcümə: Vilayət Quliyev
Behbud xan Cavanşirin məhkəmə prosesi
Kitabda Azərbaycan Cümhuriyyətinin qurucularından biri, daxili işlər naziri,
1921-ci ildə İstambulda erməni terrorçusu Misak Torlakyan tərəfindən qətlə
yetirilmiş Behbud xan Cavanşirin (1877-1921) qatili üzərindəki məhkəmə
prosesinin stenoqrafik yazısı (müəyyən ixtisarla) verilmişdir.
ISBN 5-9986-6864-6,“Ozan”, 2008, 352 səh., 15x21, sərt, 1000
Tel.:
492-12-38
Tərtib,
tərcümə: Vilayət Quliyev
Azərbaycan Paris sülh Konfransında
(1919-1920)
Kitabda Azərbaycan parlamentinin Sədri Ə.M.Topğubaşovun rəhbərliyi ilə
1919-1920-ci illərdə Paris Sülh konfransında iştirak edən Azərbaycan nümayəndə
heyətinin ingilis və fransız dillərində yaydığı mühüm siyasi-tarixi sənədlərdən
biri “Qafqaz Azərbaycanı Cümhuriyyətinin Paris Sülh konfransından tələbləri”
kitabının ingilis və fransız mətnləri, habelə ingilis dilindən azərbaycancaya
tərcüməsi verilmişdir.
ISBN 5-9986-6864-4,“Ozan”, 2007, 244 səh., 15x21, sərt, 1000
Tel.:
492-12-38
Ş.Q.Əsgərov
Düşüncə tərzi
Kitabda bəzi ictimai-sosial hadisələrə, proseslərə müəllifin publisistik,
fəlsəfi baxışı şərh edilmişdir. Kitab 4 fəsildən ibarətdir: düşüncə tərzi,
dövrün səciyyəsi və fəlsəfəsi, şərq-qərb düşüncə tərzi, fəlsəfi yüklü məqalələr.
“Azərbaycan”, 2008, 336 səh., 15x21, sərt, 1000
50000 / 10 AZN
Kurt
David
Çingizxan
Alman dilindən tərcümə edən: Munisə Dadaşqızı
Müəllif təxəyyülünün məhsulu olmayan əsər tarixi məxəzlərə əsaslanmışdır və Kurt
David böyük sərkərdə Çingiz xanın həyatını oxucularına yaxından yaşatmaq üçün
Monqolustanı şəxsən qarış-qarış gəzmişdir. Oxuculara təqdim edilən “Qara Qurd”
tarixi roman həmin dilogiyanın birinci hissəsidir.
“Nurlan”, 2008, 260 səh., 15x21, sərt, 500
30000 / 6 AZN
Əlizadə
M.,Qurbanov B., Balayev R.

AutoCAD 2007
(dərs vəsaiti)
Dərs vəsaitində AutoCAD 2007 proqramı haqqında nəzəri məlumatlarla yanaşı çoxlu
sayda cizgilərin çəkilmə prosesinin yerinə yetirilmə ardıcıllığı nümunələr
şəklində aydınlaşdırılaraq istifadəçinin ixtiyarına verilmişdir.
“MSV Nəşr”, 2008, 542 səh., 15x21, sərt, 500
40000 / 8 AZN
Fərəh
Pəhləvi
Xatirələr
(Yıxılan rejimin və bitməyən eşqin hekayəti)
Tərc.: N.Əbdülrəhmanlı
Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı əslən azərbaycanlı olan Şahbanu
Fərəh Pəhləvinin xatirələri bu ölkənin az qala 60 illik tarixinə işıq salır.
Kitabda A.Bağırovun Fərəh Pəhləvi ilə müsahibəsində o rəsmi Tehranın
Azərbaycan-Ermənistan münaqişəsinə münasibətini şərh edir.
“Adiloğlu”, 2007, 420 səh., 13x20, yumşaq, 1000
25000 / 5 AZN
O.V.İbadlı,
R.İ.Babayev və başqaları
Nəbatat terminləri və bitki adları lüğəti
(Azərbaycanca-latınca-rusca-ingiliscə), (latınca-Azərbaycanca-rusca-ingiliscə)
2 hissəli lüğət 7385 nəbatat terminləri və 1295-dən artıq bitki adlarından
ibarətdir. Lüğət elmi işçilər, ali və orta məktəb müəllimləri, şagirdlər,
tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
ISBN 5-8066-1774-2,“Elm”, 2008, 328 səh., 15x21, sərt, 1000
35000 / 7 AZN
Şükran
Dədəyev
Psixika: İnsan orqanizmində psixikanın müəyyənləşdirilməsi və öyrənilməsi
Kitab insan orqanizmində psixikanın müəyyənləş-dirilməsi
və öyrənilməsi və yeni fundamental psixologiyanın
yaranma problemlərinin əhatə edir. Psixikanın psixi və bioloji varlığı ilk dəfə
olaraq insan orqanizminin baş beyin hissəsində müəyyənləşdirilir, psixikanın
daxili strukturu, fəaliyyəti tədqiq edilir.
“Qanun”, 2007, 452 səh., 15x22, sərt, 500
50000 / 10 AZN
X.İbrahimli
Politologiya
(interaktiv dərs materialları)
Bu interaktiv dərs materialları kredit sistemi ilə təhsil alan ixtisas və
qeyri-ixtisas tələbələri üçün nəzərdə tutulmuşdur. Kitabda politologiya elminin
yaranışından indiki beynəlxalq siyasi proseslər və qloballaşma ilə bağlı
məsələlərə toxunulur, bir çox suallara cavab verilir.
“Qanun”, 2008, 228 səh., 13x20, yumşaq, 1000
30000 / 6 AZN
Rafael
Hüseynov
Əbədi Cavid
Azərbaycanın mütəfəkkir şairi və dramaturqu, milli poetik teatrımızın yaradıcısı
Hüseyn Cavidin (1882-1941) keşməkeşli həyatı və zəngin poetik irsi təqdim olunan
kitabda yeni görüm bucağından araşdırılır. Şairin ömür və sənət yolu ilə bağlı
bir sıra maraqlı faktlar, indiyədək nəşr edilməmiş bəzi əserlərindən parçalar,
şəxsiyyətinin ayrı-ayrı az öyrənilmiş məqamlarını işiqlandıran yazılar da yer
almışdır. Kitab zəngin arxiv materialları, Hüseyn Cavidi yaxından tanımış
insanların xatirələri, şairin mövcud məlum irsinin, eləcə də xilas olmuş
əlyazmalarının dərin araşdırılması və təhlili əsasında qələmə alınmışdır.
ISBN 978-9952-8048-1-2,“Nurlan”, 2007, 840 səh., şəkilli,15x21, yumşaq, 500
Əlavə məlumat üçün tel.:
492-12-38
Kərim
Şükürov
Türkmənçay - 1828: Tarixi xronika
(İxtisarla)
Kitabda çar Rusiyası ilə İran arasında Azərbaycan torpaqlarının bölüşdürülməsini
başa çatdıran 1828-ci il Türkmənçay müqaviləsindən bəhs olunur. Araşdırmalardan
aydın olur ki, Türkmənçay müqaviləsindən ən çox qazananlardan biri ermənilər
olmuşdur. Onlar Rusiyanın işğal etdiyi Azərbaycanın Qarabağ, Naxçıvan, İrəvan ve
b. xanlıqları ərazisinə köçürülmüş, bundan istifadə edərək ərazi iddialarına,
azərbaycanlılara qarşı soyqırımlarına başlamışlar. Əlavələrdə verilən şəkillər,
xəritələr və müqavilə mətnləri problemin daha dərindən dərk edilməsinə xidmət
edir.
In this book is spoken about Turkmanchay treaty which completed the division of
the territories of Azerbaijan between Russia and Iran. It is becoming clear from
the researches that Armenians were one of the most benefıted ones from
Turkmanchay treaty. Removed into Karabagh, Nakhichevan, Iravan and other
Azerbaijani khanates occupied by Russia, Armenians began laying down territorial
claims and their policy of genocide against Azerbaijanis. The pictures, maps and
the texts of the treaty given in the attachment serve for understanding of the
problem much deeper.
ISBN 13 978-9952-8090-8-4, “Çaşıoğlu”, 2006, 188 səh., 13x21, sərt, 500
60000 / 12 AZN
Вагид
Мамедли
Бремя бронзового бога
Уникальная книга нашего современника, знаю-щего о
тайных операциях на Ближнем Востоке и в некоторых офисах Москвы больше
кого-нибудь, построена в форме увлекательного романа. Однако многие события
этого повествования имеют под собой абсолютно реальную основу. Это личный опыт и
значительная доля литературного дарования, но воображения здесь ровно столько,
сколько позволяет специфика работы спецслужб.
ISBN 978-5-98862-042-6, М.“Грифон”, 2007, 288 стр. 15х22, твердая, 1000
Əlavə məlumat üçün tel.:
492-12-38
Quliyev E.Q., Qurbanzadə Ş.A
Foreks. Maliyyə Bazarının Əlifbası
Kitabda maliyyə bazarları və xüsusilə Foreks
birjasında ticarət fəaliyyətinin əsas prinsipləri və qiymət hərəkətlərinin
müxtəlif növ analiz metodları əks olunmuşdur. Kitab müəllifləri uzun illər
praktiki təcrübə və elmi araşdırmalar sayəsində sınaqdan keçmiş effektiv birja
ticarəti metodlarını texniki və illüstrativ
formada oxucuların diqqətinə çatdırmağa
çalışmışlar. Kitab Maliyyə bazarlarında fəaliyyət göstərən bu və ya digər
formada fəaliyyətini bu sahə ilə bağlayan
mütəxəssislər: treyderlər, analitiklər, şərhcilər, investisiya idarəçiləri,
tələbələr və s. üçün nəzərdə tutulmuşdur.
Bakı “Forex-AZ”, Türkiyə“Mega”, 2007, 154 səh., 21x26, sərt
150000 / 30 AZN
Bayram
Hacızadə
Müasir Azərbaycan karikaturası
Kitabda yaradıcılığını karikatura sənətinə həsr etmiş rəssamların müxtəlif
nəsillərini təmsil edən nümayəndələri haqqında məlumatlar toplanmışdır. Onların
bir-birindən maraqlı və rəngarəng əsərləri bu ensiklopedik toplunun bəzəyi
olmuşlar.
“Şərq-Qərb”, 2007, 128 səh., 21x29, yumşaq, 1000
Əlavə məlumat üçün tel.:
492-12-38
Əmirov
Z.M.
Microsoft Word Office 2003
Kitab istifadəçilərinin sayına görə uzun illərdən bəri liderliyini qoruyub
saxlayan Microsoft Office 2003 paketinin Word 2003 mətn redaktorunun iş
prinsiplərinə həsr olunmuşdur.
ISBN 5-8066-17-4, “Elm”, 2007, 664 səh., 15x23, sərt, 500
60000 / 12 AZN

Məmmədli Rafiq
ICQ – Mən Səni Axtarıram
ICQ ilə dost tap, söhbət elə və əylən
Kitabda İnternet istifadəçilərinə yaxşı tanış olan, dünyada məşhur Chat proqramı
olan ICQ-nun son – 6.0-cı versiyasından söhbət açılır: ICQ-nu yüklə və
qeydiyyata düş!
ICQ-nun əlifbası
ICQ ilə özünə dost tap!
ICQ ilə SMS yolla!
ICQ ilə fayllar yolla və qəbul et!
ICQ-da oyunlar ICQ ilə səsli danışıq
ICQ ilə videolu danışıq
ICQ-Phone ilə dosta zəng et!
ICQ-ya öz şəklini qoy!
Smiley-lərin izahlı siyahısı
Chat-də qısa kəlmələr...
Kitab yaşından asılı olmayaraq bütün İnternet, mobil telefon istifadəçiləri,
eləcə də İKT mütəxəssisləri üçün nəzərdə tutulub.
"Kitab Klubu", 2008, 120 səh., yumşaq qapaq, 500
15000 / 3 AZN
Aristotel
Nikomax etikası
Tərcümə edən F.Təbibi
Kitabda dahi yunan filosofu Aristotelin bu əsəri əxlaq məsələlərinə həsr
olunmuşdur. Kitabda Aristotelin etikaya dair əsərlərinin qısa xülasəsi verilir.
“Qanun”, 2007, 340 səh.,15x21, sərt, 500
35000 / 7 AZN
T.M.Xudazarov
Qısa müddətli ingilis dili kursu
(Sıfırdan mükəmməl səviyyəyə qədər)
Vəsait verilmiş ingilis dilini sadə şəkildə tədris etmək və ona qısa müddətdə
yiyələnmək məqsədi güdür. Vəsaitdə orta və ali məktəblərdə istifadə etdiyi
klassik üslubdan qaçılmışdır. Məişətimizin bütün sahələrindəünsiyyət üçün
xarakterik olan fonetik və qrammatik materiallar məqsədəuyğun şəkildə
verilmişdir.
“Müəllim”, 2007, 310 səh., 14x20, yumşaq, 500
30000 / 6 AZN
İsmayıl
Umudlu
Dilbazilər
(tarixi-bioqrafik araşdırma)
Kitabda Qazax mahalının köklü soylarından biri, son dərəcə zəngin, maraqlı və
dramatik keçmişə malik, nəsillikcə əsilzadə Dilbazoğulları (Dilbazilər,
Dilbazovlar) soykökünün son 300 ili əhatə edən dövrü ilk dəfə tarixi-bioqrafik
səpkidə araşdırmışdır.
ISBN 5-87459-039-0,“Əbilov, Zeynalov və oğulları”, 2007, 392 səh., şəkilli,
18x25, sərt, 1000
50000 / 10 AZN
E.C.Şiriyev
İngiliscə-Azərbaycanca, Azərbaycanca-ingiliscə müasir lüğət
Lüğət müasir İngilis və Azərbaycan dillərinin leksikası bazasında hazırlanıb,
180000 söz və söz birləşməsini əhatə edir. Lüğət İngilis və Azərbaycan,
Azərbaycan və İngilis dillərində olaraq iki hissədən ibarətdir. Lüğətə daha çox
istifadə olunan danışıq leksikası, bəzi arxaik və poetik ifadələr, söz
birləşmələri, qismən elmi-texniki və tibbi terminlər daxil edilmişdir.
ISBN 978-9952-420-10-4, “Nurlan”, 2007, 912 səh., 18x25, sərt, 500
125000 / 25 AZN
N.N.Məmmədov,
T.Ə.Sadiqli, N.Ə.Qasımov
Ərəbcə-Azərbaycanca lüğət
Hazırlanmış lüğət xüsusi əhəmiyyətə malikdir və mövcud boşluğun aradan
qaldırılmasına xidmət edə bilər. Lüğətin məziyyətlərindən biri budur ki, o, ərəb
ədəbi dilinə uyğun şəkildə ortaya qoyulmuşdur. Eyni zamanda burada ayrı-ayrı
ləhcələrə aid olub istifadə baxımından ümumiləşmiş sözlərə də rast gəlmək
mümkündür. Lüğətdəki söz birləşmələri nəzərə alınmamaqla oradakı sözlərin sayı
təxminən 28 mindir.
“Adiloğlu”, 2007, 448 səh., 15x21, sərt, 500
55000 / 11 AZN
Т.М.
Худазаров
Самоучитель азербайджанского языка. Курс обучения разговорному азербайджанскому
языку
Данное пособие предлагает упрощенное изучение и овладение азербайджанским языком
с помощью лексических моделей, снабженных грамматическими пояснениями,
изложенными на простом, легко воспринимаемом русском языке и оптимальными
упражнениями для практического овладения языком, буквально, с первых уроков
Курса.
“Муаллим”, 2007, 356 стр. 14х20, мягкая, 500
35000 / 7 AZN
Qurban
Ozanlı
Ulu xalq, ulu inam, ulu dil
Müəllif bu gün danı-şdığımız Azərbay-can dilinin yaranma tarixinə nəzər salır,
Azərbaycan türkcəsinin söz yaratma qabiliyyətini açıqlayır. Kitabı oxuyanlar
Babil qülləsi tikintisinin yarımçıq qalmasının heç də əsassız olmadığını hiss
edə bilərlər.
“Kitab Klubu”, 2008, 32 səh., 13x20, yumşaq, 99
5000 / 1 AZN
Эльчин
Гасанов
ВИЧ инифици-рованная Анжела Петросян в Баку
Книга скандаль-ного писателя Эльчина Гаса-нова повествует о ВИЧ инифицированной
девушке армянке Анжеле Петросян, которая заражает этой болезнью азербайджанских
парней в Баку.
“Китаб Клубу”, 2008, 96 стр., 10х17, мягкая, 110
5000 / 1 AZN
Натиг
Расулзаде
Островок (повести, рас-сказы, пьесы, сценарии)
В книгу извест-ного азербай-джанского писателя Натига Расулзаде вошли как новые
произ-ведения последних лет, так и ранее опубликованные, переведен-ные на многие
иностранные языке, произведения, полюбившиеся читателю.
ISBN 978-9952-444-00-1, “Апостров”, 2008, 502 стр., 14х20, мягкая/твердая, 800
15000 / 3 AZN
Dünya nəşrindən seçmələr
Bir kədərli qadın
Çevirəni: Nəriman Əbdülrəhmanlı
Kitabda XIX yüzil-liyin sonlarından bugünümüzədək yaranmış nəsr əsərlərindən
nümunələr toplanıb. Burada Frans Kafka, Uilyam Folkner, Qabriyel Qarsiya Markes,
Fazil İskəndər, Patrik Züskind, Vladimir Nabokov, Ernest Heminquey və s.
ədəbiyyat dahilərinin əsərlərindən nümunələr verilir. Bu antologiya oxucular
üçün dünya nəsrinə maraqlı ekskursdu.
“Qanun”, 2008, 556 səh., 13x20, yumşaq, 500
30000 / 6 AZN
Эльчин
Гасанов
Людоедка Каринэ
Книга - ужас! Людоедка Каринэ в Баку!
Произведение Эльчина Гасанова как всегда напи-сана со злобным оскалом, в книге
царит кровь веков.
Гасанов не писатель - эстет, и его последняя тетралогия о девушке армянке -
Каринэ Арутюнян - которая ест мясо азербайджанских военно-пленных в период
карабахской войны - следствие его убежден-ного делового фанатизма.
“Адильоглы”, 2007, 112 стр., 11х17, мягкая, 1000
10000 / 2 AZN
Çingiz
Abdullayev
Döyüşçünün yolu
Tərcümə edəni: Keani Pərvin və Fidan
Görəsən, görkəmli yapon analitiklə-rindən biri və Dronqonun özünün də "senşey"-
müəllim adlandırdığı Kodzi Simura öz şagirdini Tokioya niyə çağırmışdı?
Simuranm başqa bir şagirdinin - Yaponiyanın iri banklarından birinin
təhlükəsizlik xidməti rəhbərinin müəmmalı ölümünün təhqiqatında rusun nə köməyi
ola bilərdi? Ola bilsin ki, məhz Dronqo - ondan başqa heç kəs köhnə Asiya adət
ənənələrinin təsiri altına düşmədən, sağlam nəzərlərlə baş verənləri görə və
etibarlı açarın müəmmalı qətlini araşdıra bilərdi...
“Çıraq”, 2007, 304 səh., 14x20, sərt, 500
35000 / 7 AZN
Asif
Hüseynli
Zabrat və zabratlılar
Kitab Bakının ən qədim kəndlərindən biri olan Zabrat kəndinə həsr olunmuş ilk
ensiklope-dik topludur. Kitabda kənddə yaşamış və
yaşamaqda olan müxtəlif sahələrdə çalışan şəxslər haqqında geniş söhbət açılır.
“Nurlan”, 2007, 528 səh.,15x23, sərt, 1000
50000 / 10 AZN
Cəlal
Bəydili (Məmmədov)
Türk mifoloji obrazlar sistemi: struktur və funksiya
Kitabda ənənənin təbiətinin ümumi sistem nəzəriyyəsi işığında özünütəşkiletmənin
köklü prinsiplərinə uyğun araşdırılmalı olduğu fikri dəstəklənir, türk mifoloji
obrazlar dünyasının bütöv mənzərəsinin yalnız mifopoetik ənənənin ilkin qatında
dayanan funksiyalar səviyyəsində üzə çıxarıla biləcəyi qeyd edilir. Həmin
funksiyalar ki, özünütəşkil dinamikasının ayrılmaz cəhəti kimi mifoloji obrazın
təkamülü boyu onun məna potensialına uyğun da müəyyən olunur. Monoqrafiyada
həmçinin arxaik etnik-mədəni informasiyanın ən dayanıqlı elementlərini qoruyan
və aktual inanışlarla sıx bağlanan demonoloji varlıqların öyrənilməsinin
ümumtürk mifoloji dünya modelinin bərpası baxımından əhəmiyyəti vurgulanır.
“Mütərcim”, 2007, 272 səh., 15x20, yumşaq, 300
30000 / 6 AZN
Şah
İsmayıl Xətai Fondu (DVD)
Azərbaycanın maddi və mənəvi mədəniyyət tarixi
Azərbaycanın maddi və mədəni mənəviy-yat tarixi ilə
bağlı diskdə orta əsr tarixi sərvətlərimiz haqqında əsərlər toplanmışdır.
Həmçinin buraya xəritələr, abidələr, xalçalar da daxil edilmişdir. Şah İsmayıl
Xətai Fondunun diskə daxil etdiyi miniatür əsərlər görkəmli Azərbaycan
rəssamlarının xarici ölkələrin muzeylərində həmçinin eksponat sahiblərində
saxlanılan əsərlərdir. Bu əsərlərin bəziləri xalqımıza məlum olmayan əsərlərdir.
Burada bu əsərlər haqqında və görkəmli rəssamlarımız haqqında da məlumat
verilib.
DVD - 50000 / 10 AZN
Mirzə
Ənsərli
Türkiyədə Masonların və sionistlərin fəaliyyəti
Müəllif bu kitabında XVIII əsr - XX əsrin birinci yarısı illərini tədqiq edərək,
Türkiyə masonlarının və sionistlərinin tarixinə, mahiyyətinə, məqsəd və
quruluşuna nəzər salır.
“Ocaq”, 2007, 124 səh., 15x21, yumşaq, 500
10000 / 2 AZN
Zaur
Həsənov
Pomoterapiya (meyvələrlə müalicə)
Vəsait xalqın, əsrlərlə yoxlayıb sınaqdan keçirdiyi təbii müalicə üsullarının
yalnız bir qismini əhatə edir. Burada şərh olunan tumlu, çəyirdəkli, qərzəkli,
subtropik, sitrus, giləmeyvə, tropik meyvə bitkilərinin insan bədəninə müalicəvi
əhəmiyyətindən danışılır, meyvə cinslərinin rus və ingilis dillərində adları,
xəstəliklər sadalanır.
“Gəncə”, 2007, 90 səh., 14x20, yumşaq, 500
15000 / 3 AZN
Садых
Зейналоглы
Их лишили родины. Кровавая память истории.
(Книга 3-ая)
В книге известного публициста и иссле-дователя,
бывшего ответственного работника органов внутренних дел республики собраны
очерки по репрессии интеллигенции и жителей Азербайджана.
“Ганун”, 2006, 276 стр. 13х20, мягкая, 300
30000 / 6 AZN
Əlizadə M., Qurbanov B., Abdullayeva N.
Visual basic və Microsoft Excel XP-də məsələlər həlli
Dərs vəsaitində Visual Basic və Microsoft Excel XP haqqında nəzəri məlumatlarla
yanaşı çoxlu sayda məsələlər həll edilərək istifadəçinin ixtiyarına verilmişdir.
“MSV NƏŞR”, 2007, 576 səh., 15x21, sərt, 300
45000 / 9 AZN
Аделя
Иманова
Любовь и тайны нашего города
Повести и рассказы
Влюбиться без памяти, потерять близкого человека или друга, терпеть ревность или
безразличие мужа, считать копейки и вдруг стать богатым, попасть в
безвыходнейшую ситуацию и внезапно получить помощь от незнакомого человека. Об
этом и обо всем другом читайте в книге.
“Азербайджан”, 2007, 240 стр. 15х21, твердая, 1000
25000 / 5 AZN
Aydın
Abi Aydın
Türk şəxs adları
İri həcmli “Şəxs adları lüğəti” ensiklopediyasının davamı olaraq sevimli
oxucuların, əziz ata və anaların ixtiyarına verilir. Ensiklopediyanın üçüncü
kitabında on mindən artıq antroponimin leksik izahı öz əksini tapır.
“Nurlan”, 2007, 464 səh., 15x21, sərt, 500
60000 / 12 AZN
Maksim
Musayev

Heydər Əliyevin qayıdışı parlamentdə
Müəllifin bu kitabında özünün bilavasitə iştirak etdiyi və şahidi olduğu
hadisələr əsasında dövlətimizin tarixi şəxsiyyəti Heydər Əliyevin ölkə
rəhbərliyinə yenidən qayıdışının təşkili, o zamanlar xalqımızın taleyi ilə bağlı
mühüm məsələlərin aparılması və həlli, xüsusilə parlamentdə bu sahədə görülən
işlər əks olunmuşdur. Yaxın taleyimizi daha dərindən öyrənmək üçün bu kitabdakı
məlumatların müstəsna əhəmiyyəti vardır. Kitab vətən tariximizi diqqətlə
öyrənən, oxucular, siyasət adamları, parlament üzvləri və gələcəkdə milləti
təmsil etməyə hazırlaşan gənclər üçün vacib məlumatlarla zəngindir.
ISBN 9952-403-35-6, “Günəş”, 2007, 192 səh., 13x20, sərt, 500
75000 / 15 AZN
 Элизабет
Тюдор
Тень веков
В этот сборник вошли приключен-ческие повести и фантастические рассказы. Действия
происходят в самых различных уголках земного шара, в паралельных мирах, в
прошлом, в будущем и в наши дни. Паранормальные явления и невероятные сновидения
героев завлекут читателя в невиданные края, где каждый смлжет стать участником
событий.
ISBN 978-9952-8036-5-5,“Азернешр”, 2007, 416 стр. 14х21, твёрдая
45000 / 9 AZN
Son
nəşrlər (ardı)
1
2
3
4
5
6
7
8
9
10
11
12
|