Kataloqlar

“Azərbaycan nəşrləri” kataloqu haqqında məlumat

 

Kitab Klubunun “Azərbaycan nəşrləri” jurnal-kataloqu ildə 2 dəfə nəşr edilir. Kataloq adətən 44-48 səhifəsifədən ibarət olur. Kataloq 3000 tirajla çap olunub, Azərbaycanın bir çox rayonuna, Bakı şəhərində bütün nəşriyyatlara, fondlara, İnstitutlara, kitabxanalara, müəlliflərə, xarici ölkələrdən İsveçə, Almaniyaya, ABŞ-a, Fransaya, İtaliyaya, Rusiyaya, İrana, Türkiyəyə, Estoniyaya, Gürcüstana və s. ölkələrə göndərilir. Burada son bir neçə ildə respublikada işıq üzü görmüş kitablar haqqında kifayət qədər dolğun məlumat verilir. Kataloqun 1 nömrəsində təqribən 500-600 adda kitab haqqında məlumat yerləşdirilir. Jurnal-kataloqda yeni çap olunmuş kitab haqqında məlumatın yerləşdirilməsii tamamilə pulsuzdur. Kitab kataloqunda istənilən adam öz kitabı və ya firma öz təşkilatı haqqında reklam yerləşdirə bilər.
Kataloqda məlumatların yerləşməsi sxemi və sahələr üzrə rubrikaların mündəricatı verilir.
Son səhifədə verilmiş ad göstəricisində kitabların adı əlifba sırası ilə verilir.
Burada Azərbaycanda nəşr olunan Azərbaycan, rus, ingilis və s. dillərdə çap edilmiş kitablar öz əksini tapır.

 

 

 

Kataloq 14 (2011)

Kataloq 13 (2010)

Kataloq 12 (2009)

Kataloq 11 (2008)

Kataloq 10 (2007)

Kataloq 9 (2007) 

Kataloq 8 (2006) Kataloq 7 (2006)

Kataloq 6 (2005)

Kataloq 5 (2005) Kataloq 4 (2004)

Kataloq 3 (2004)

Kataloq 2 (2003) Kataloq 1 (2003)

 

Kataloqdan istifadə qaydaları

Kitabın şəkliMüəllif

 

Kitabın adı

Kitab haqqında qısa məlumat

Nəşriyyatın adı, nəşr ili, səhifələrin sayı, kitabın ölçüləri, qapağının rəngi və ölçüləri, tiraj

Qiyməti
Hardan almaq olar, telefon nömrəsi