HEYDƏR ƏLİYEV İRSİNİ ARAŞDIRMA MƏRKƏZİNİN KİTABLARI

HEYDƏR ƏLİYEV İRSİNİ ARAŞDIRMA MƏRKƏZİNİN KİTABLARI


 

 

 

 

 

H.Əliyev: “Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada nümunədir”
H. Əliyev: “Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada nümunədir” kitabında dost və qardaş ölkələr arasındakı münasibətlər ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin müvafiq çıxışlarının köməyi ilə şərh olunur.

 

Qiyməti: 15.00 manat

 

 

 

 



Heydər Əliyev: "Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik" (4 dildə)
Kitabda Prezident Heydər Əliyevin 1994-cü ildə Budapeştdə ATƏT-in üzvü olan ölkələrin dövlət başçılarının zirvə toplantısından öncə, eləcə də toplantıdakı çıxışı öz əksini tapıb. Kitabda həmçinin BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələrin də tam mətni verilib. Materiallar oxucuların diqqətinə Azərbaycan, rus və ingilis dillərində çatdırılıb. Kitabda Dağlıq Qarabağ faciəsi ilə bağlı fotoşəkilllər, eləcə də H. Əliyevin beynəlxalq səviyyəli tədbirlərdə dünya liderləri ilə əks olunan fotoları da yer alıb.
 

Qiyməti: 20.00 manat

 

 

 


Azərbaycan bayrağı İst-River sahilində
Kitabda AzərTAc-ın prezident İ.Əliyev (www.president.az) və xanımı M.Əliyevanın (www.mehriban-aliyeva.org) rəsmi saytlarının , Birləşmiş Millətlər təşkilatının rəsmi saytının ( www.un.org) materiallarından istifadə olunub. Kitabın tərtib olunmasında prezidentin mətbuat xidmətinin foto-materiallarından istifadə olunub. Kitab Azərbaycan və ingilis dillərindədir. Çin, fransız, ispan, rus və ərəb dillərində isə kitabın qısa xülasəsi verilib.
“Apostrof”, 2009, 438 səh., 21x30, sərt,

 

Qiyməti: 20.00 manat

 


 


Sabaha doğru (Azərbaycan, ingilis və rus dillərində)
“Sabaha doğru” kitabına ümummilli lider H. Əliyevin və prezident İlham Əliyevin müxtəlif illərdə etdiyi çıxışlar daxil edilib. Kitab tədqiqatçılar, politoloqlar, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
“Apostrof”, 2009, 708 səh., 21x30, sərt,

Qiyməti: 25.00 manat

 

 

 


Azərbaycan vahid və bölünməz Avropada 2001-2011
Kitab Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsinin 10 illiyinə həsr olunur. Ümummilli lider H. Əliyevin və prezident İlham Əliyevin AŞ nümayəndələri ilə görüşlərinin mətni və eləcə də bu təşkilatın tədbirlərindəki çıxışları kitaba daxil edilib. AŞ-nın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə və tövsiyələri də kitabda öz əksini tapıb.
“CBS”, 2011, 440 səh., 18x25, sərt, 500
 

Qiyməti: 17.00 manat

 

 



Azərbaycan-NATO: tərəfdaşlıqdan başlanan yol
Kitaba görkəmli siyasətçi H. Əliyevin və prezident İlham Əliyevin NATO-nun ali məclislərindəki çıxışları və təşkilatın rəhbərləri ilə görüşlərinin mətnləri, tarixi arayışlar, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan əraziləri ilə bağlı BMT-nin qətnamələri, ATƏT-in zirvə görüşlərinin sənədləri, məlumat-soraq materialları, xəritələr və foto-sənədlər daxil edilib.
“Apostrof”, 2009, 344 səh., 21x30, sərt,
 

Qiyməti: 17.00 manat

 



Azərbaycan qadını naminə
Kitabda ümummilli lider H. Əliyevin və prezident İlham Əliyevin qadın siyasətini ən müxtəlif cəhətlərdən açıqlayan çoxsaylı çıxış və müraciətlərinin əksər hissəsi yer alıb. H. Əliyevin qadınların ali məclislərindəki çıxışları, qadın bayramları ilə əlaqədar təbrikləri, prezident İ. Əliyevin Beynəlxalq Qadınlar Günü və müxtəlif tədbirlərlə bağlı Azərbaycan qadınlarına təbrik məktubları daxil edilib. Kitaba həmçinin, H. Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çıxışları və “Bakı” jurnalına müsahibəsi daxil edilib. “Azərbaycan Respublikasında Qadın Siyasəti haqqında” Fərmanın, “Gender bərabərliyi haqqında” Qanunun mətni də kitaba daxil edilən sənədlərdəndir.
“Apostrof”, 2010, 372 səh., 21x30, sərt,
Qiyməti: 18.00 manat

 


H. Əliyev İrsini Araşdırma Mərkəzi və “Kaspi” qəzeti
135 illik yol (Azərbaycan və rus dillərində)
Kitab Milli Mətbuatın 135 illiyinə həsr olunub. Kitabda eks-prezident Heydər Əliyevin, hazırkı dövlət başçısı İlham Əliyevin Azərbaycan mətbuatı haqqında çıxışları, fikirləri, imzaladıqları fərman və sərəncamlar iki dildə oxuculara çatdırılıb.
“Apostrof” Çap Evi, 2010, 234 səh., 15x23
 

Qiyməti: 10.00 manat

 

 

 


H. Əliyev İrsini Araşdırma Mərkəzi və “Kaspi” qəzeti
Azərbaycan Mətbuat Şurası (Azərbaycan və rus dillərində)
Kitabda prezident İlham Əliyevin Milli Mətbuatın 135 illik yubileyinin geniş qeyd edilməsi ilə bağlı verdiyi sərəncamdan yubileyə qədər olan dövr ərzində dövlət səviyyəsində görülmüş tədbirlər iki dildə oxuculara çatdırılır.
“Apostrof” Çap Evi, 2010, 270 səh., 15x24

Qiyməti: 12.00 manat

 

 

 

HEYDƏR ƏLİYEV İRSİNİ ARAŞDIRMA MƏRKƏZİ

http://aliyev-heritage.org/