|
Teosferləri 1
2 3
4 5
Elektron kitabxana
QURAN
VƏ NİZAMİ MƏKTƏBİ
Eylə kömək munisi-qəmxarələr,
Çarəyə gəl, çareyi-biçarələr.
(Nizami, tərcümə: Əkrəm)
Böyükkişi HEYDƏRLİ (Yazıçı QOR)
HARMONİK TARAZLIQ
Sağlamlığın sirri nədir? - Təəssüf, filosoflar bu sualla
məşğul olmayıb; yəqin vaxtları çatmayıb.
Onlar tarix boyu “fəlsəfə daşı”
axtarıblar ki, adi metalları qızıla çevirsinlər.
XV yazı: Menyu
Oxucuya demək istədiyimiz mətləblə bağlı toy menyusuna nəzər yetirək.
...
Fərz edin, toydasınız. Süfrəyə diqqət verin: pendir, yağ, ikra, balıq, toyuq və
ət qızartması, xiyar, pomidor, kələm və xiyar turşusu, çərəz, meyvə, çeşidli
salat və kolbasalar...
Süfrənin ortasında isə araq, müxtəlif şərablar, pivə, su və sok butılkaları
baş-başa dayanır.
Qədəhlər qalxır, sağlıqlar səslənir: məclis qızışdıqca ağız deyəni qulaq
eşitmir. Yeməklər menyu üzrə müəyyən fasilələrlə ardıcıl olaraq gətirilir:
lüləkabab, tikəkabab, basdırma, xaçlama, sous, toyuq kababı, aş..., tort,
dondurma. Sorğu göstərir ki, bu cür qidalardan sonra adamlar süst düşür, özünü
narahat hiss edir. Hətta bəziləri səksəkəli yatır, əcaib-qəraib yuxular da
görür. Bu cür yeməklərdən sonra zəhərlənmə halları da baş verir.
Qaba yeməklər insana heç vaxt sağalmayan fiziki və psixoloji zədələr vurur
(yaxın vaxtlarda rus TV-sində “Kriminal produkt” mövzu olaraq müzakirəyə
çıxarılmışdı)
Toy, restoran, yeməkxana, kafe, şənlik, tədbir və ailə mətbəxləri üçün nəzərdə
tutulan menyular hansı prinsip və meyara söykənir? - istər-istəməz “Qida və
sağlamlıq” mövzusunda danışmaq zərurəti yaranır.
İnsanda ən qiymətli olan nədir? - Şübhəsiz, sağlamlıq. İnsan xəstələnəndə
sağlamlığın dəyərini daha yaxşı hiss edir. Çətin, aptekdən aldığı dərmanlarla
kimsə müalicə oluna bilsin. Sağlamlığı qorumaq və saxlamaq üçün başqa çarə
axtarmağa ehtiyac duyulur.
İnsan psixoloji olaraq intellektual, impulsiv və instiktivdir (yəni:
intellekt-baş; impuls-sinə; instinktiv-qarın nahiyəsi). İnsanın sağlamlığı,
Okkultizmin qeyd etdiyi kimi qanın vəziyyətindən asılıdır. Qana bir yandan
yemək, qida; digər yandan isə hava təsir edir. Psixi sağlamlıq orqanizmlə ruh
arasında harmonik tarazlığı təmin edir. İntellektual orqanizm üzərində üstünlük
götürəndə tarazlıq yuxarıda pozulur; başda yaranan bu cür pozğunluq insanda
bayılma və dəlilik təhlükəsi doğurur. Əksinə, orqanizm intellektual üzərində
üstünlük götürərsə, onda tarazlığın itirilməsi aşağıda baş verir; bu da insanı
kəsalət və heyvaniliyə sürükləyir... İnsan iradəsi insanın ruhu və orqanizmi
arasındakı tarazlığın gözlənilməsini tələb edir.
İnsanı orqanik olaraq təbiət yaradıb; insanın sinə nahiyəsi heyvanata, mədə
nahiyəsi nəbatata məxsusdur. Bitki yeməkləri instinktiv, ət yeməkləri isə
ehtiras mərkəzinə təsir edir. İnsanı ruhi olaraq Əllah yaradıb; insanın əsəb
ehtiyatını, sonra da intellektual mərkəzini hansı şeylər qıcıqlandırır? -
Okkultizm “hansı şeylər” deyəndə alkoqolu, ən güclü təsiredici kimi kofe və çayı
nəzərdə tutur. Günorta qəbul edilən bir fincan kofe insan psixologiyasını 3-5
saat öz təsirində saxlayır. Çay adama qəmginlik, məyusluq və qara-sevda gətirir,
tədricən insanın psixoloji mərkəzini iflic edir.
Qəbul edildiyi anda insanın psixi gücünü dağıdan, ağlını başından alan həşiş,
morfi, tiryək, narkotika kimi vasitələrin guya insanı ehtizasa gətirərək
möcüzələr aləminə yol açması barədə yanlış, yalan təsəvvürlər də mövcuddur.
Havanın azlığı, eləcə də çirkliliyi qanın tərkibini dəyişir, insanda anemiya
yaradır. Aromata və uçarı şeylərə gəlincə onlar aldığımız havayla birləşərək
ciyərimizə təsir göstərir. İnsanın impulsiv bətninə təsir edən muskus (ətirli
maddə) instinktivə də nüfuz edir. Siqaret tüstüsü ağılı yüngülcə
qıcıqlandırmaqla əsasən instikti həyəcana gətirir. Fimiyam (xoş iy) adamı duaya,
namaza; muskus (ətirli maddə) sevgiyə; siqaret tüstüsü yuxuya təhrik edir.
...
Toy, şənlik, kafe, yeməkxana və ailə mətbəxlərində istifadə olunan menyular
ciddi elmi və tibbi baxışa möhtacdır. Bu cür menyuların tərtibində ruhla
orqanizm arasındakı harmonik tarazlıq nəzərə alınmalıdır.
Ancaq harmonik tarazlıqda intellekt, impuls və instinktin tərbiyə və
inkişafından danışmağa dəyər. Əks təqdirdə, ağır nəticələrlə üzləşirik.
Harmonik tarazlığı sağlamlığın əsas şərti sayan Okkultizm digər tərəfdən təlqin,
təsir, hipnoza meydan verməklə xeyir və şər magiyaya yol açır; hətta şər və
xeyirxah ruhları necə çağırmaq barədə yalan-yanlış uydurur.
“Ayır, buyur” siyasəti harmonik tarazlığın pozulmasında maraqlıdır. Harmonik
tarazlıq pozulanda “yat, qal dala”, mürgü, mütilik, süstlük, kəsalət, bayılma,
dəlilik və xəstəliklər başlanır.
“Fəlsəfə daşı”nın ömrü çoxdan qurtarıb; yalan yerimir. Harmonik tarazlıq dövrünə
qədəm qoymuşuq. Amin, Ya Rəbbül-aləmin.
15 oktyabr 2007
Etmə görməlini, etmə görünməz,
Sən ey o kəslər ki, gördüyün deməz!
(Nizami)
İKİ BAŞLANĞIC VƏ İKİLİ BAŞLANĞIC
Tarix ibrət üçündür. Özünüzü dərk etmək istəyirsinizsə, yaddaşınıza istinad
edin.
XVI yazı: Xeyir və Şər; Xeyir-Şər
Dünyanın təzadlıq kimi dərkinin çox qədim tarixi var. Eramızdan əvvəl V əsrdə
yaşamış Empedokl sevgi və nifrət deyə iki başlanğıcdan söz açıb. Sicilyalı şairə
görə sevgi və nifrət təzadlıq təşkil edir. Birinin məhvi digərini dirildir.
Təzadlıq iki başlanğıca söykənir və tərəflər qarşı-qarşıya qoyulur; tərəflər
arasında ölüm-dirim mübarizəsi gedir. Məhz mübarizəni aparıcı motivə çevirən
rejimlər qarşı tərəfləri Mütləq İdeyaya bağlayıb: birinə Xeyir deyib, digərinə
Şər.
Xeyir və Şər ayrı-ayrılıqda qarşıdurma sindromudur, neqativliyə aparır; ancaq
vəhdət və münasibətdə pozitivdir.
Xeyir və Şər hər ikisi gizli doktrinadır. Xeyir doktrinası Mütləq İdeya
asılılığında insanı fəaliyyətsizliyə məhrum edir; Şər doktrinası isə Şeytan
obrazı yaradır; Şeytanın qarşısında vəzifə qoyur: “Ara vurub ev yıx. Nifaq salıb
qan tök. Aldadıb yoldan çıxart”.
İki başlanğıcla İkili başlanğıcı eyniləşdirmək olmaz. İki başlanğıcda Xeyir və
Şərin anolojisi kişi və qadın; ələm və ərəm; yaxşı və pis; müsbət və mənfi; gecə
və gündüz; qara və ağ və sairə.
İkili başlanğıcda Xeyir-Şərin anolojisi kişi-qadın; ələm-ərəm; yaxşı-pis;
müsbət-mənfi; gecə-gündüz; qara-ağ və sairə.
İki başlanğıcda tərəflər ziddiyyət və mübarizədə dərk edilir.
İkili başlanğıcda tərəflər münasibət və vəhdətdə dərk edilir.
Təzadlığın ictimai tətbiqi mübarizə, qovğa, qan-qada, müharibə və nəhayətdə
terrorla müşahidə olunur. O dünyayla bu dünya, batinlə zahir arasında əlaqə
kəsilir. İnsan can və ruhdan; cəmiyyət məna və mahiyyətdən məhrum edilir. Nizami
demişkən, o dünyadan bəri yol yoxdu daha. Nə din qalıb, nə dəyanət. İnsan əlləri
göylərdə, nicat diləyir.
O dünyadan bəri daha yoxdu yol,
Sənlə mən bilirik, eşit agah ol.
...
Dini-dəyanəti eyləmişik zay,
Cəhənnəm oduna alışmışıq, vay!
(Nizamidən nümunələrin tərcüməsi Əkrəm Şamxalovundur).
İnsan təzadlığın tərəfləri arasında, obrazlı desək, sanki kirkirənin alt və üst
daşları arasında düşünüb daşınmaq imkanını itirir; ya səbr edib qul həyatı
yaşayır, ya da qılınc çəkib aləmi qəhr edir, yəni qəhrəmanlıq edir.
“Ayır, buyur” rejimi ağıl başa bəladır deyir; insanı dərk və dərrakədən
yayındırır. Şüursuz hərəkət cəmiyyəti özünüməhvə təhrik edir. Belə halda Nizami
anladır ki, ey kəs, torbadasan, atdığın hər addım bəla gətirir. “Xidmət eyləmə
ki, torbadasan sən; Yolunu azdırıb qatı qaniçən”.
Şairin dediyi qatı qaniçən Qurana əl aparıb; ələm-ərəm rəmzlərini təkləyib;
təzadlıq uydurub. Bu xəyanəti başa düşmədiyimizə görə fəlakət bayrağı qaldırıb
arxasınca yeriyirik.
Okkultizm elm olaraq təsdiq edir ki, ruhla orqanizm arasında harmonik tarazlıq
pozulanda insan şüursuzluğa, süstlüyə, mütiliyə, dəliliyə düçar olur. Yəni
xeyir-şər; yaxşı-yaman; qara-ağ; ələm-ərəmin vəhdət və münasibətdə olduğunu dərk
edə bilmir; dünyaya uşaq gəlir, Mirzə Cəlilin dediyi kimi, saqqallı uşaq kimi də
dünyadan gedir. Burada Nizaminin səsi daha səlis səslənir:
Nə qədər sürəcək belə ruzigar?
Gəldin biixtiyar, get biixtiyar.
İndiki elm batini görmür, zahirə istinad edir; ya da əksinə. İstər induktiv,
istər deduktiv metodların ayrı-ayrılıqda tətbiqi yanlış elmi nəticələrə gətirib
çıxarır.
Batin-zahir vəhdət və münasibətdədir. Bunu anlasaydıq, təzadlıq deyilən zahiri
pərdə altında məna və mahiyyətin aparıcı olduğunu dərk edərdik. Nizami öyrədir
ki: “Batini gör, pərdəni mərhəm elə; Ta ki gələ sirri müəmma ələ”.
Şairin vurğuladığı “sirri müəmma ələ gələ”ndə Bütöv Anlama yol açır. Amin! Ya
Rəbbül Aləmin.
22 oktyabr 2007
Görüb hikmətləri ona et əməl,
Cəmi nöqsanını iqrar eylə gəl.
(Nizami, tərcümə: Əkrəm)
İNSAN-İDEYA; İDEYA-İRADƏ
Oxduğunu demə, anladığını de (Atalar sözü).
XVII yazı: Sevgi (eyşilil-əyyaş, eşqlilil-üşşaq, eşq)
Mənəvi sərvət və klassik irsimizdə hər cür tendensiyanın hədəfinə çevrilmiş bir
süjet mövcuddur. Bu süjet batin-zahirin vəhdət və münasibətinə söykənir; yaxşını
öymür, yamanı söymür; bütöv anlam aşılayır.
Bütöv anlam ideyadır, insanın təbii halətini, yəni psixoloji sağlamlığını
nəzərdə tutur. Psixoloji sağlamlıq olmayanda ruhla bədən, cismlə can arasında
harmonik tarazlıqdan danışmağa belə söz qalmır.
İnsan psixoloji qurum olaraq çox həssasdır; demək olar ki, ən cüzi təsirlərə də
reaksiya verir. İnsanın əsəbi pozulanda əməli də azır; necə deyərlər, azmış əməl
qada yeridir.
Pozulmuş əsəb dərki çətinləşdirir; insan anlama yox, inama sığınır; ona görə də
hər cür yalan, böhtan inanc əhlinin beyninə yol tapır.
Məna və mahiyyətdən təcrid olunmuş şəxs atalar demişkən, hirs ilə qalxır, ziyan
ilə oturur.
İrsimiz acıqlı başda ağıl olmaz deyir və psixoloji sağlamlığı hər kəsin təbii
halı, yəni can-cism vəhdət və münasibətində ilkin şərt kimi önə çəkir. Misal
üçün: nə zalım ol asıl, nə miskin ol basıl. Abır istəsən çox demə, sağlıq
istəsən çox yemə. Artıq aş ya qarın ağrıdar, ya baş. (Atalar sözü)
İkili tərəflər, ağ-qara hələ,
Sizsiniz yol verən biganələrə.
(Nizami, tərcümə Əkrəm)
Bəşəri dəyər və irsimizdə insanın sağlam psixoloji durumunu necə qorumaq (?)
sualına cavab verəcək təlimlərə söykənən çoxlu nümunələr var. “Bez geyərəm, düz
gəzərəm” deyən aqil mala-pula hərisliyi insaniyyətliyin qənimi sayır: Çox mal
haramsız olmaz, çox söz yalansız (Atalar sözü).
Ey məni qəflət varı, dünyapərəst,
Özünə bu qədər gəl eyləmə qəsd.
...
Süfrə həşaratı olma, ey gədə,
Arxaya dönmə nə ki üz versə də.
(Nizami, tərcümə Əkrəm)
Mənəvi-fiziki tarazlığında insan-iradə, yəni hərəkətdə olan ideyadır. İdeyanı
hərəkətə gətirib iradəyə çevirən sevgidir (eşqdir). İrsimizdə eşqin (sevginin)
ilkin hərəkət və mütləq dirilik şərti olduğu deyilir.
Eşqdir ol nəşeyi-kamil, kim, ondandır müdam
Meydə təşviri-hərarət, neydə təsiri-səda.
(Füzuli)
İlahi bəxşeyiş olan sevgi psixoloji sağlamlığı, fiziki-mənəvi tarazlığı,
kişi-qadın arası dual münasibətləri tənzimləyir. “Mənim eyşim səndə, sənin eyşin
məndədir” klassik deyimi aşiq-məşuq, kişi-qadın arasında olan vəhdət və
münasibətə işarədir. Bu mənəvi vəhdət və münasibət “qadın hüququnun müdafiəsi”
pərdəsi altda məhv edilir; nəticədə ailələr dağılır, cəmiyyət sarsılır.
Eyşilil-əyyaş, eşqlilil-üşşaq, eşq və sevgi bütöv ilahi münasibətlər məcmuyu və
ilahi qanunlar toplumudur. İlahi qanunlara arxa çevirən rejimlər milli, etnik və
siyasi mənsubiyyətinə görə cəmiyyəti parçalayır, fərd və qrupları düşmən
timsalında üz-üzə, göz-gözə qoyur (türk-kürd, erməni-müsəlman münaqişələrinə
diqqət yetirin).
Digər yandan, həyata keçirilən xüsusi senarilərin psixoloji zərbəsi ayrılıqda
fərdi, bütövlükdə cəmiyyəti ilahi münasibət və ilahi qanunlardan kənarda
saxlayır; insan ünsiyyətin, toplum bütövlüyün həsrətin çəkir.
Sadəcə, dünya sevgisiz ötüşə bilmir.
Okkultizmə nəzərən yalnız sevgi ölməz ruha təsir edir, yəni ideyanı hərəkətə
gətirib iradəyə çevirir.
...
Cəmiyyətin psixoloji sağlamlığını necə qorumaq (?) sualı ilə bağlı bəşəri dəyər
və irsimizdə yer alan təlimlərin öyrənilməsi və öyrədilməsi önə çıxır.
Eyşilil-əyyaş, eşqlilil-üşaq, eşq və sevgi dediyimiz ilahi münasibət və ilahi
qanunlardan kənarda cism-can, ruh-bədən, batin-zahir tarazlığı yoxdur. Unutmayaq
ki, tarazlıq əbədiyyət axarını təmin edir.
Hər kəs közü öz qabağına çəkir; mənafelər dünyanı bölüb və bölür.
Aqillər hikmətdən danışır; ilahi dəyərlər dünyanı bütövləşdirib və
bütövləşdirir. Amin, Ya Rəbbül-aləmin.
28 oktyabr 2007
Sözü gec anlamaq yaxşıdır ondan,
Nə ki anlamadan danışa insan.
(Nizami, tərcümə: Əkrəm)
HƏYATİ VƏ İCTİMAİ
Birini yandırıb, birini qandırma. (Atalar sözü)
XVIII yazı: Mizan-tərəzi
- Yer üzərində dəyişməz bir həqiqət var, bu, belə nəticəyə gətirir ki, onun
özündə həqiqilik yoxdur. - Budda filosofunun iddiası nə dərəcədə doğrudur?
Var-Yox elə həqiqət deyilmi? Şübhəsiz, hikmət olmayan yerdə suallar doğulur.
Məşhur bir portret-başı əlləri arasında düşünür: gördüyü yuxunu necə yozsun?! -
Haçansa əkdiyi qoşa ağacdan biri qəfil qurudu; sonra pəncərəsinə qonan iki
göyərçindən biri yoxa çıxdı; sonra da qarısı dünyasını dəyişdi; sonra da...
- İkisindən birini seçin! - hamı yuxuda, seçim qarşısında. İkisindən birini
götürən də peşiman, götürməyən də.
“Düşüncə” adlı bir kitab varsa, buyurun, oxuyun: “Ya yaxşı, ya yaman. -
ikisindən biri prinsip deyil. Həyati amilləri təkləyib birini yaxşılıq edirlər,
digərini yamanlıq.
Bir var həyati, bir də var ictimai; bunların arasında tənasüb pozulanda hərə bir
cür çaşır; əyri yol yeriyir, özünü doğru sanır; aləmi qəm dəryasına salır.
Nizami bu barədə deyib: “Əyri yol gəlib, doğru olmusan; Aləmi qəm dəryasına
salmısan” (tərcümə: Əkrəm).
Siyasi-şəri şərtlərin prinsip, ideya kimi beyinlərə yeridilməsi faktları var.
Həyati ünsürlər, konkret desək, kişi və qadın təzadiyyətə gətirilir. Nəticədə
ailə dağılır, cəmiyyət sarsılır.
Bütöv ailə bütöv anlam deməkdir.
Kişi həqdir, qadın haqq; hər ikisi vəhdət və münasibətdə doğrudur, pozitivdir.
Həyati və qeyri-həyati, məsələn, milli və liberal amillər nümunəsində
millətçilik və liberalizm siyasi-ideoloji anlam olaraq qarşı-qarşıya qoyulur.
İstər millətçilik, istər liberalizm heç biri praktiki olaraq doğruya, tarazlığa
aparmır.
Siyasi partiyalar iş görmək istəyirlərsə, milli-bəşəri dəyərlərə, yəni həyati
təlimlərə söykənsinlər. Nizami öyrədir: “Vücudu varlıqdan bixəbər olan, Ömrünü
büsbütün yaşayır yalan” (tərcümə: Əkrəm).
Atalar deyib: Doğruya zaval yoxdur, çəksən hər divana. Doğrusun deyək, həyati və
ictimai münasibətlərin qeyri-tarazlığında senari yazılır. Bu senarinin təhrif
obrazı timsalında cinayətə təhrik edilən insan qan tökür, qada yeridir. El
demişkən, qanlıdan qada əskik olmur.
Əgər prinsip doğru deyilsə, yəni əyri yol gedilirsə, onda yolçunun ədalət
adından monoloq və bəlağətinin heç bir mənası yoxdur.
Həyati və ictimai münasibətlər arasında uyğunsuzluq mütləq tarazlığın,
mizan-tərəzinin pozulduğundan xəbər verir. Mizan-tərəzi forma-məzmun,
məna-mahiyyət, batin-zahir, can-cism, ruh-şey, göz-görmə və sairələr arasında
tənasüb, münasibət tarazlığını nəzərdə tutur.
Kainatda mizan-tərəzi pozularsa, nə baş verər? - Nizami demişkən: “Bircə ləl
düşərsə küllün kanından, Özüldən dağılar küllü asiman” (tərcümə: Əkrəm).
Mizan-tərəzi optik haləti görk edir. Zira optik halətdən xəbərsizik. Quran
deyir: “Əllahum məsəlli əla Mühəmmədin və ali Mühəmməd”.
Yəni: Əllah məqamında batin-zahir tarazlıqdadır.
Klassik irsimiz deyir:
Qəm diyarından əcəl-peyki güzar etməz mana,
Yox sanıb varım məgər kim, etibar etməz mana.
(Füzuli)
Yəni: Heçlik də maddi varlıqdır. Bu fikir anlaşılmadığına görə, batin-zahir
münasibətləri qırılıb.
...
Mizan-tərəzi təbiətdə mütləq qanundur. Bu qanun cəmiyyətdə büsbütün pozulub.
Tərsimi kateqoriyaya gətirilən həyati amillər nə bitir, nə bitirir.
Optik məqam unudulub; bu səbəbdən batin-zahir münasibətləri dərk edilmir. Yaxşı
və yaman, xeyir və şər təzadlaşdırılır, qarşı-qarşıya qoyulur; qan tökülür, qada
bitirir.
Cəmiyyət gərək optik məqama sahib dura, təbiət ahəngilə yaşaya. Amin Ya Rəbbül
aləmin.
2 noyabr 2007
Ìkì aləm hara, gördüyün hara.
(Nizami, tərcümə: Əkrəm)
ANLAM
(Nexas-t)
Qələm yazanı qılınc poza bilməz.
(Atalar sözü)
XIX yazı: Xram, məscid və kilsə
Küləyin haradansa gətirdiyi xoş qoxunu duymasaydım, qədim rəsmin önündə ayaq
saxlamazdım.
Mənzərə adlı tabloda dəvə hürgüclü qoşa qaya arasından aşan cığır sanki
sonsuzluğa dartınır. Əyri-üyrü cığıra oxşar şimşək də qara buludda donub.
Tabloda qoca rəsmi də var, min illərin daş sükutu üstündə oturub; düşünür,
daşınır.
İnsan xoş məram sahibidir, düşündükcə gözəlləşir.
Geniş, nəhayətsiz göylər altında nə olubsa, o da baş verib. Eşidə bilsək, təbiət
öz dilində danışır; görə bilsək, hər şey öz cildində yaşayır; başa düşsək, ikili
din sahibiyik - biri batini, biri zahiri.
Tabloya baxdıqca adam düşüncələrə qapılır; əksi duru sularda bar ağacları
çiçəkləyib. Bal arıları şirə daşıyır. Zira insan təbiətdən, təbiət insandan
aralı düşəndən bəri dayanmış saatın əqrəblərini işə salacaq Kamil İnsan idealı
qədim kitabların vərəqləri arasında saralır. Kabinet əhli nə təbiəti tanıyır, nə
də məscidi - Siz Əllaha inanırsınızmı? - sualı siyasiləri qəfil yaxalayıb. Onlar
hətta bir sufinin bu suala “Mən Əllahı və onun yaratdıqlarını sevirəm” cavabını
da yada salmaq imkanında deyillər.
“Mənzərə”də xram qalıqlarının təsviri tamaşaçını çox-çox uzaqlara aparır.
Təxminən üç min il bizim eradan əvvəl Bilgin qədim Misir xramında tələbələrə
təlim verirdi. Müdrik deyirdi: “Əgər sən seçilmişsənsə, xeyir işlərə cəhd
göstər”.
Qədim Misirin ən böyük dəyəri “Osirisin dirilməsi” haqqında əfsanə bu gün də
praktikidir; oxucunu öyrədir:
- Öz müəlliminin qabiliyyətinə inan və həqiqət yolunu tut.
- Öz qabiliyyətinə inan və müdrik hərəkət et.
- Təhqirə qarşı dözümlü ol.
- Ədalətsizliyə qarşı döüzmlü ol.
İsida xramında Qədim Misir təhsil sistemi üç mərhələdən ibarət idi. Burada üçlük
sistemində verilən bilik tələbələrin ruhi-mənəvi aləmini inkişaf etdirmək
məqsədi güdürdü. Bu təhsil sistemindən hazırda Hindistanda istifadə olunur və
ona Müdriklik Yoqu deyilir.
Müdriklik Yoqu üç mərhələni əhatə edir. Birinci mərhələdə sınaq müddətini keçmiş
şagirdin bəsirət gözü açılmırsa, yəni batini görmürsə, o, ölü adlanır.
İkinci mərhələdə bəsirət gözü açılan, yəni batini görən şagird bilən, anlayan
adlanır və o, kosmik şüurla bağlanır.
Üçüncü mərhələdə mükkəmməl təlim almış Bilgin yaradıcı adlanır və o, maarif
işığı yayır.
Bunları yazmaqda məqsəd tarixi xramların insanın mənəvi inkişaf məsuliyyətini öz
üzərinə götürdüyünü xatırlatmaqdır.
Məscid və kilsəyə gəlincə, birbaşa desək, onlar yaxalarını kənara çəkib
cəmiyyətin ruhi-mənəvi inkişafı məsələsində heç bir məsuliyyət hiss etmirlər.
Bəlkə biz bilmirik, onda deyin, hansı məscid və ya kilsə gerçək dini təlimləri
öyrədir.
Həmişə olduğu kimi, elə indi də cəmiyyətdə yaranmış mənəvi boşluqdan şəri
qruplar ancaq öz mənafeləri üçün istifadə etməyə can atırlar.
“Parçala, hökmranlıq et”, yəni qarşıdurma siyasəti çoxdan yerimir. Bu səbəbdən
şəri qruplar XXI əsrin “intellektual qulları”nı istehsal edəcək texniki
sistemlərin yaradılması üçün əllərindən gələni əsirgəmirlər. İnsan şüurunun
inkişafında texniki vasitədən istifadə nəzəriyyəsi artıq akademik Bolotovun
kitabında səslənib. Bolotovun sözlərini olduğu kimi, tərcümə etmədən təqdim
edirik: “Человеческий рассудок можна увеличиtь на 3-5 порядков, но довесtи его
дo разума природы можна tолько с помощью помощью tехнических средсtв, коtорых у
людей пока неt”.
Məhz XX əsrin sonunda okkultiv ədəbiyyatda Təkamül təliminin qaba tənqidinə
təsadüf edilir. Kolin Uilson, özünün dediyi kimi, Təkamül təlimini gözdən salmaq
hesabına inqilabi ideyalara yol açır. Şübhəsiz, inqilabi ideyalar insanın
ruhi-mənəvi, idraki aləminə zoraki müdaxiləni nəzərdə tutur. Nədənsə insan
şüurunu inkişaf etdirməkdən söhbət düşəndə harmonik tarazlıq qanunu unudulur.
Saysız-hesabsız psixoloji xəstəliklərin səbəbinə gəlincə isə bu barədə kimə necə
əl verirsə, o cür də danışır.
Qısası, insanın dini-mənəvi, idraki inkişafı onun intellektual, impulsiv və
instinktiv sistemlərinin psixi harmonik tarazlığına tabe tutulmalıdır. Ancaq
psixoloji harmonik tarazlıq insanın sağlam həyat və fəaliyyətini təmin edir.
Amin, Ya Rəbbül aləmin.
01 dekabr 2007
At, nəfər, at pərdəni, çıx pərdədən!
Cəngidəyəm pərdədə bil, həm də mən.
(Nizami, tərcümə: Əkrəm)
İNKİŞAF - HARMONİYA, TARAZLIQ
Biz həqiqət axtarmırıq, ziddiyyətlərin vəhdətində
insan üçün zəruri nə varsa, ondan danışırıq.
XX yazı: Üç prinsip barədə söz
Birdən-birə hansı şairinsə yaratdığı Alma ağacı obrazını xatırladım. Şairin öz
həyətində əkdiyi alma ağacı hər il onun ad günündə çiçəkləyir, amma bar vermir.
Şair, barsız ağacı kəsməyə əlim gəlmir, deyir: - Ağac da insan kimidir.
Alma ağacı çiçəkləyir, amma bar vermir; insan düşünür, zira yarada bilmir; səbəb
nədir? - gərək cavab verək.
Bolotova görə, bütün səbəblər qanunauyğundur. Akademikin qənaətilə razılaşsaq,
belə çıxar ki, insanı məhv edən ən dəhşətli xəstəliyin nə törədicisini aşkar
etmək lazımdır, nə də müalicəsini. Müvəqqəti fəza nəzəriyyəsi Bolotovu
laqeydliyə, daha doğrusu, Laqeydlik prinsipinə aparır. Laqeydlik prinsipi dünya
intellektini “dişsiz kərtənkələ”yə çevirməklə XXI əsrdə də cəmiyyət üzərində
ağalıq iddialarını təmin etmək istəyən şəri qruplara “hə” deyir; el sözüylə
desək, şirinlik olsun deyə, onların çayına qənd salır.
Bolotov İdrak prinsipində yanlış, daha dəqiqi, insana xəyanət mövqeyinə
yuvarlanır. Akademikin idrak təliminə görə “Ağıl prinsipi təbiət kateqoriyasına
aiddir. İnsan ağılla hərəkət etmir. Təbiətin ağlı insanın mühakiməsi
səviyyəsindədir, ancaq təbiət əsaslı, tam və həqiqi; insan isə yarımçıq,
birtərəfli mühakimə edir”. Biz İdrak təliminin nə qədər doğru və ya yalan
olduğunu ortaya çıxarmaq məqsədi güdmürük. Burada akademikin “İnsanın
mühakiməsini təbiətin ağlına çatdırmaq üçün texniki vasitələrdən istifadə”
iddiasına qəti etiraz edirik. Şəri-siyasi rejimlərin XX əsrdə iflasa uğrayan
“Parçala, hökmranlıq et!” siyasətinin ardınca insan şüurunu inkişaf etdirmək
pərdəsi altında dünya intellektini cilovlayıb qul kimi istismar etmək, başqa
sözlə “dişsiz kərtənkələ” doktrinasını işə salmaq cəhdi başadüşüləndir; necə
deyərlər, ağalıq tamı onların damağına möhürlənib.
Akademik Bolotov nəticəsindən asılı olmayaraq insan üzərində aparılan
eksperimentləri insanın sağlamlığına xidmət kimi qələmə verir. Okkultiv bir
kitab müəllifi olan Koli Uilson insan şüurunun geri qalmasının səbəbini “Əbədi
dairə”də, yəni təkamül təlimində axtarır. K.Uilson yazır: “Mənim kitabımın
ideyası inqilabidir, bu barədə bəri başdan xəbər verirəm...
Ancaq ağıl kainat haqqında həqiqəti insana deyə bilər. Bədbəxtlik odur ki, insan
dərd çəkən cırtdana dönüb; rasionalistlər sıxıntı, bayağılıq və “incikliy”in
həqiqət sayıldığı “əbədi dairə”də oturublar. İnsanın gizli daxili enerjisi
açılsa, o, sıxıntıdan qurtular".
Göründüyü kimi K.Uilson insanın enerji potensialına yol axtarır, ancaq bu yolun
hansı həyati qanuna tabe olduğunu başa düşmür. Siyasi-şəri rejimlər min-min
illərdi insanı harmonik psixoloji tarazlığa aparan inkişafdan yayındırıb; insanı
fəlakət və qiyamət yoluna yönəldib. Bəşəri dəyər və klassik irsimiz insanın
hərəkət istiqamətini və hərəkət tərzini göstərir. Qurana nəzərən, insan sıratəl
müstəqimdir, yəni paralel və ardıcıl halətdədir. Xüsusi olaraq qeyd etməyə
ehtiyac duyuruq ki, insanın gizli daxili enerji potensialı ancaq insanı cism-can
tarazlığına aparan yolda açıla bilər.
Okkultiv əsər və prinsip müəllifləri insanın əqli-fiziki inkişafında nədənsə
ekoloji, sosioloji, iqtisadi və tibbi şərtləri nəzərdən qaçırırlar. Onlar “nə
üçün alma ağacı çiçəkləyir, amma bar vermir; insan düşünür, zira yarada bilmir?”
sualı üzərində düşünsəydilər, daha pozitiv nəticələrə nail olardılar.
Şair demişkən, həyati baxımdan insan da ağac kimidir; onun aşına zəhər qatmayın,
suyuna çirkab axıtmayın, havasına əl aparmayın, bədənini eksperiment hədəfinə
çevirməyin! Yoxsa 450 milyon ruhi-psixi xəstə olan bu dünyada babal götürməkdən
irəli gedə bilməzsiniz.
Bəşəri dəyər və klassik irsimizin təlimlərinə görə, insanı səna-dua vəhdətindən
çıxarmaq onu sənaye, yəni texniki tərəqqinin əlavəsinə çevirməkdir. Buna yol
vermək olmaz. İnsanın əqli-fiziki inkişafı Şərq anlamında ifadə etsək, insanın
cism-can tarazlığına tabe tutulmalıdır. Amin, Ya Rəbbül-aləmin.
8 dekabr 2007-ci il
Kimsə baş qaçıra hökmü-rəvandan
Başı noxtalarda qalar hər zaman.
(Nizami, tərcümə: Əkrəm)
ÖZÜNÜDƏRK
Görən gözə kül üfürmə.
(Atalar sözü)
XXI yazı: Ayın görünməyən üzü
İnam, təqva, yəqinlik - üçü birlikdə özünüdərki təmin edir. Təkcə inama
söykənmək fanatizmə aparır. Müdriklər deyir: özünü dərk edən insan təbiəti də
tanıyır, Əllahı da. Qədim Misir Bibliyasından 300 min il sonra yazılmış bir
şerdən nümunə: - Yaradan da ikilidir, yaradılış da. Biz ikili dualarıq;
kişi-qadın timsalında nüvəyik.
Cəmiyyət duanın mahiyyətini anlamır; şəri qurumlar da bundan istifadə edib Dua
adlı yeni bir doktrina hazırlayıb. Bu doktrina özünüdərkə yol vermir; cəmiyyəti
avamlığa, fanatizmə sürükləyir. Ayrı-ayrı ailələrə dua mətnləri göndərilir;
ailələrdən tələb olunur ki, dua edib günahlarını yusunlar. Görəsən, şəri qruplar
“günah” deyəndə nəyi nəzərdə tuturlar?! Belə yerdə yaxşı deyilib: öz gözündə
tiri görmür, özgə gözündə qıl axtarır.
Özünüdərk dua təliminə yol açır. Dua təliminə nəzərən ziddiyyətləri xeyir və şər
kimi qarşı-qarşıya qoymaq olmaz. Bəllidir ki, bu cür qarşıdurma münaqişə,
müharibə və terror tarixini yaradıb.
Dua təliminin çox qədim tarixi var. Bu baxımdan Çinin klassik irsi “İ-tszin”dəki
“aylı biliklər sistemi” maraqlı və əhəmiyyətli sayılır. Həmin sistem sadəcə, Yan
və İn adlanan işıq və qaranlığın, müsbət və mənfinin qarşı-qarşıya qoyulmasına
əsaslanır. Ancaq açıq-aydın hiss olunur ki, kitabda “işıq” və “qaranlıq” xeyir
və şəri yox, günlü və aylı başlanğıcı ifadə edir. Başqa sözlə, İn mənfi
başlanğıcın simvolu deyil, qaranlığı, yəni şüurun “başqa üzünü” görk edir.
Şüurun “görünməyən üzü” okkultiv ədəbiyyatda magiya, “gizli hiss”, ya da
“qabiliyyət-x” adlanır. Əslində müxtəlif adlarda eyni bir mahiyyət, Kolin
Uilsonun qeyd etdiyi kimi, insanın təkamül meylindən irəli gəlir, onun reallıqla
əlaqəsini təmin edir.
K.Uilsonun kitabında “qabiliyyət-x”in maraqlı şərhi var. Müəllifin fikrincə,
adam dərin yuxuya gedəndə və ya bərk yorulanda onun şüuru son dərəcə zəif işığı
andırır. Necə deyərlər, nəyisə işıqlandırmaq halətində olmur. Şüurun funksiyası
reallığı işıqlandırmaq və bizə reallığa uyğun hərəkət etməyi və ya onu dəyişməyi
öyrətməkdir. Şüurun işığı az olanda reallıq “qeyri-reallığa” çevrilir. Ancaq
şüurun işığı artanda reallıq “daha real” olur; buradan da “qabiliyyət-x”
yaranır.
(Yazıçı Qor olaraq “qabiliyyət-x”i başqa yer və vaxtda olan reallıq sayıram.
Başqa yer və vaxtda gördüyüm saysız-hesabsız reallıqlardan bir neçəsini oxucu
diqqətinə çəkirəm:
- yuxuda dağ ətəyində təzə yurd yerini gördüm. İki qız uşağı yanında sarışın
qadın yurd yerində süfrə açmışdı. Süfrəyə bişmiş balıq qoyulmuşdu. Süfrəyə
yaxınlaşdım, balıqdan bir tikə götürüb daddım. Balıq qoxusuz idi... Sonradan
“Qoxusuz balıq” adlı əsər yazdım.
- ərə getdiyi vaxtdan xeyli ötsə də, qohumum G.nin uşağı olmurdu. Bu səbəbdən
K.-lər ailəsində söz-söhbət gəzirdi. Yuxuda G.-ni qucağında oğlan uşağı gördüm.
Həmin andaca qəfil səs eşitdim: bu gəlinin iki ildən sonra oğlu olacaq.
Doğrudan da iki ildən sonra K.-lər ailəsi məni evə dəvət edib yeni doğulmuş
uşağa ad qoymağı xahiş etdilər.
- qonşum M.-i yuxuda gördüm. Bənizi saralmışdı, əlləri əsirdi. Bu vaxt qəfil səs
eşitdim: M. ağır əməliyyatdan sağ-salamat çıxacaq.
M. gördüyümü eşidəndə təəccüb etdi. Ancaq təəccübündən iki gün sonra o,
xəstəxanaya düşdü).
Şüur və şüuraltı bəzən anoloji olaraq Ayın görünən və görünməyən üzünə
bənzədilir. Poetik olaraq Ayın görünməyən üzü, yəni “qabiliyyət-x” reallıq
duyğusudur. 10 milyon illər boyu təkamül nəticəsində insanın əldə etdiyi
keyfiyyət onu bütün canlılardan fərqləndirir.
“Qabiliyyət-x” özünüdərk mövzusudur. İnsana onun təkamül meylini, inkişaf
istiqamətini anladır: - əgər inkişaf etmək zərurəti duyursunuzsa, öz daxilinizə
diqqət yetirin; hətta öz dərin xüsusiyyətinizin dərinliyinə nüfuz edin.
K.Uilsona görə “qabiliyyət-x” altıncı hiss deyil, sadəcə, şüurun adi
imkanlarından biridir. O, təkcə insanın okkultiv praktikasını öyrənmir; insan
təkamülünün inkişaf istiqamətini də göstərir.
...
Magiya, “gizli hiss”, “qabiliyyət-x” adlanan hissimiz özünüdərk mövzusu olaraq
avamlıq və fanatizmə əl yeri qoymur. Amin, Ya Rəbbül-aləmin.
18 dekabr 2007
Üzünü dinə tut arxadır deyə,
Olma asi xorşidi-zərdüştlüyə.
(Nizami, tərcümə: Əkrəm)
CANLI HEYKƏLLƏR
Hərəni öz ehtiyacı danışdırır.
XXII yazı: Bu sevdanın qəmi kəm
Heç bilmirəm nədən başlayım. Hər şey göz qabağında sanki köhnəlib sıradan çıxır
- nə şerə gəlir, nə də musiqiyə.
Onsuz da qonşularım hər dəfə eyni cür deyinir; onların sözlərinə görə, bazar
alışıb yanır, yəni hər şey od qiymətinədir; “Müftə nə var ki! Di gəl yaşa”.
Hayıf, alma bahalaşdıqca nağıllardakı obrazını, nar bahalaşdıqca simvolik
simasını itirir.
Doğrusu, əvvəllər giley-güzar, dedi-qodu eşidəndə qulağımı tutub üzümü köçəri
tala buludlara çevirərdim; onda həzin bir taledən məsum əllərim buludlara əl
edərdi.
Yox, qağa, indi nə uşaq kimi böyümək olur, nə də şair kimi yaşamaq.
Burnunu hər şeyə toxunduran zirzəmi siçanlarının belində gələn bu il nə vəd
edir? - kim bilirsə, qoy desin. Dostum sualdan yayınıb zümzümə edir: bu sevdanın
qəmi kəm... Siyasətçi isə siqareti tərgitmək bəhanəsilə təsbeh çevirə-çevirə
sanki yalan danışmaqdan ehtiyat edir: - Bilirsinizmi, siçan ilində siçanlar
fəallaşıb kasıbların cibinə darışır. Yoxsa, qaranlıq otaqda iynə saplayacaq
qədər mənasız bir əzaba düçar olanlar işıq, canındakı üşütməni ilıq bir duyğuya
çevirmək həsrətini çəkənlər qaz oğurlamazdı. Yəqin siçan ilində işıq, qaz, su və
bəzən də çörək oğruları üçün qanun məcəlləsinə əlavələr olacaq.
Məncə, oğru olmaqdansa küləyə qarşı yerimək yaxşıdır. Amma inanmıram bu
qarlı-qadalı havada fanat cavandan, avam qocadan başqa kimsə qasırğaya qarşı
getsin. Çünki hərə bir cür, özü də kiminsə hesabına rahatlıq axtarır. Hərələrdən
ən məşhuru guya oxuyurmuş kimi qəzet, ya da meşin qapı arxasında daldalanır; ona
özündən sonra (ölümündən sonra yazmağa əlim gəlmir) heykəl qoymaq kimi əbədi
ənam vəd edilib. Axı heykələ nə var; dərdsiz-qəmsizdir, qışda donmur, yayda
tərləmir; sadəcə, əlini qaldırıb yol göstərir. Əlləri cibində, ya qoynunda, ya
da arxasında heykəl dostlarım nə qədər desən. Bir də görürəm onlardan biri
avtobus dayanacağında deyinir: “Bizə bu da azdır”. Müğənni adlanan başqa dostum
isə xalq mahnılarını bayraq eləyib; oturub-durub deyir: “Vallah, göz dəyməsin,
biz çox böyük xalqıq”. İnsafən, mənim heykəl dostlarım Ə.Haqverdiyevin
“marallar”ının yanında toya getməlidir; mənimkilər heç vaxt qatığa qara deməz.
Bağışlayın, burada yumorsuz keçinmək olmur. Sizə ciddi olmaq o qədər də asan
gəlməsin.
Alman filosofu Kantın “özündə şey”indən, bizim kənd şairi Məmişin “barama
qurdu”ndan çıxandan sonra hamı dahi ola bilər. Əsas odur ki, kiminsə yox, öz
adından danışmağı bacarasan. Ona görə də gop olmasın, xalq adından danışanlara
hörmətim var, onları iddiasız sayıram. Yəqin mən də, Allah eləməsin, xalq şairi
olsaydım, dayanmış saatın əqrəbləri üstündə toz basmış vaxtın süst mələyinin
qulağına pıçıldayardım: xanım, nə qədər yatmaq olar?!
Görünür, ehtiyac hərəni öz dilində danışdırır; təkcə rəssam susub. Guya dünyaya
uşaq gözüylə baxır, ağzı, burnu əyri personajlar çəkib birini eşşəyə, digərini
tramvaya mindirir. Doğrudanmı, ahəngimizi itirib bu qədər əcaib-qəraib olmuşuq!?
Belə çıxmasın ki, mən kimlərinsə bostanına daş atıram. Əsla, eşitdiyimi yazmağa,
gördüyümün üzünü köçürməyə söz vermişəm. Başqa cür olsa, heç vaxt üzümü qəzetdə
görməzsiniz.
Baş tərpətmək sizə o qədər də asan gəlməsin. İndi möhürsüz keçinmək olmur. Kimi
sözə, kimi mahnıya, kimi siyasətə, uzaq olsun, kimi də məzar yerinə möhür basıb,
deyir mənimdir. Mən də qalmışam “mənim”lə “mənəmliy”in arasında. Deyirəm, şükür
ki, möhür düzəltməyə imkanım yoxdur...
Di yaxşı, gələn yazıya qədər.
09 yanvar 2008
Tamaşa edirik zülümə bü gün,
Rüsva ediləcək gələcək bütün.
(Nizami, tərcümə Əkrəm)
QAR İŞIĞINA QIŞ NAĞILI
Aldandıqca kasıblaşırıq
XXIII yazı: Pəhriz
Heç kimə acığım tutmur, mənə yalan satsalar da. İnsaflı olsaq, deyərik: hərənin
öz haqqı var. Ya siyasi ağlına, ya da siyasi naşılığına görə kiminsə
karikaturasını çəkib qəzetə çıxartmış rəssamı niyə qınayaq? - soruşsaq, hamı
deyər: pul tirajlı adamlardan çıxır. Əslində vaxt çatmır, yoxsa papağımızı
qarşımıza qoyub əməlli-başlı fikirləşərdik: - Balam, bu yalanlardan necə can
qurtaraq; aldandıqca kasıblaşırıq. Bərkə düşəndə isə ideal oluruq. İdeallıq
olmasaydı, aciz və yazıqların təsəllisi ölərdi; yəni təkəbbürlü bir qoca, eləcə
də hikkəli bir gəncin bağrı çatlardı. Sakit ol, dostum, hər şeyi üzə çəkmə.
Əlimiz əsəndə gah nala vururuq, gah da mıxa. Görünür, “yeni”ni düzgün
qavramırıq. Yeni siyasət hər şeyi, hətta çörəyi də bahalaşdırır. Kasıbları
sınağa çəkməyin nə mənası, həmişə olduğu kimi elə indi də ümidlə dolanırlar. Bu
güzəran nə imiş, qrip xəstəliyindən betər imiş.
Həyatın hər anının nə qədər mənalı olduğunu anlasaydıq, əbəs işlərə baş
qoşmazdıq. Həyata qəsd bağışlanmır, necə olsa da yaşamağa dəyər. ...Paho,
mövzudan uzaq düşdüm. Axı qar işığına qış nağılı yazmaq istəyirdim.
Lopa-lopa yağan qardan sonra məşhur rəssamın “Bəyaz sabah” tablosundan daha
zəngin duyğularımı kağıza köçürmək istəsəm də heç nə alınmadı. Cürbəcür
təəssüratlar araya girib fikrimi yayındırdı. Qeyri-ixtiyari etdiyim
cızma-qaraları sonradan oxuyanda heyrət məni bürüdü. Heç bilirsiniz, nə
yazmışdım: - şaxtadan üşüyən məktəbin soyuq sinifindən qaçan şagirdlərdən
birinin lövhəyə yazdığı acı sözləri oxuduqca müəllimənin axan göz yaşları kimi
yollar da donurdu.
Donmuş göz yaşları üstündə sürüşkən məmurlardan kimi səbrlə dayanıb baxır,
kimisə yıxılıb-qalxırdı.
Fikrimi necə toplayım, bilmirəm. Bəlkə də qar işığına qış nağılı ən kamil əsərim
olardı; ancaq alınmır. Doktor Fa (ad şərtidir, həkim yox) neçə gün əvvəl məni
müayinədən keçirdi. Sonra da qan təzyiqimi ölçüb, gözlərimə baxdı. - Təzyiqin
yüksəkdir, dedi, yəqin əsəbdəndir. Doktor Fa mənə resept yazdı. Doğrusu, bu
reseptdə dərmanların bahalı olması məni şübhələndirdi. Təzyiqimi başqa bir
həkimə də ölçdürdüm. Başqa həkim, təzyiqin normal, əsəblərin də yerindədir,
dedi.
Sən demə, doktor Fa apteklərlə dilbir olub, resept vasitəsilə bahalı dərmanları
satdırır, əvəzində faiz, yəni qazanc götürür. Bu xəbərdən sonra doktor Fa-nın
“pəhriz saxla” deyə gördüyü məsləhətə də etiraz etdim. - Doktor Fa, dedim, siz
pəhrizi müalicə üsulu kimi təqdir edirsiz. Ancaq pəhriz müalicə üsulu deyil;
pəhriz bədəndə xəstəliyi saxlayır və tədricən adamları məhv edir. Siz insanın
səhhətinə uyğun menyu tərtibinə cəhd edin. Bu, xəstələr üçün daha faydalı
olardı. Mən doktor Fa-nın qapısını çırpıb çıxarkən onun nə hala düşdüyünü təsvir
etməyə çətinlik çəkirəm; qalsın sonraya.
O vaxtlar, yəni 30-40 il əvvəl lopa-lopa qar yağanda heç kimə bənzəmirdim; qar
topu atdığım bir qız da başdan-ayağa sarı geyinmişdi. Ona şer də yazmışdım. O
şer necə idi, xatırlamaq istəyirdim ki, köhnə dostum başı alovlu içəri girdi;
əllərini bir-birinə sürtüb nəfəsinə tutdu. - Ağrın alım, dedi, bu qardan bir
hekayə yazmışam, yenilikdir, gərək ön sözlə çap edəsiniz. Ağrın alım, vaxtın
varsa, diqqət ver oxuyum: - Hər yan donub, yerimək olmur; su donub içmək olmur.
Sərçələr həyətə səpilib yem tapmır, sərçələr acından qırılır... - Ağrın alım,
necədir? Davam edimmi?
- Kifayətdir, dedim, amma gedib sərçələrə dən səpsəydin, daha yaxşı olardı.
Dostum, yaxşı ideyadır, deyib etiraz etmədi.
Doğrudan da qar yağanda quşları yemləmirik, quş ovuna çıxırıq.
Lopa-lopa yağan qardan sonra açıq-aydın göylərin altında ağ duvaqlı ağacların
yanında dayanmağa da macal tapmadım. Qanım kasıb daxmasının bacasından çıxan
tüstü kimi qaraldı. Amma heç kim nə bu havanı, nə də bu qarı pisləməsin. Axı qar
işığına qış nağılı yazmağa hazırlaşıram.
12 yanvar 2008
Görüb htkmətləri ona et əməl,
Cəmi nöqsanını iqrar eylə gəl.
(Nizami, tərcümə Əkrəm)
XXIV yazı: Lenin obrazı
Hərə nəyəsə vadar edilir
Pəncərəm önündəki çılpaq gül budağından sallanan buz salxımları əriyib
damcıladıqca sanki ritmik bir səs notlara düzülür. Yəqin ritm olmasaydı, varlıq
da yaranmazdı.
Psixi pozuntu, cism və can arasındakı natarazlıq insanı təbii halətindən
çıxarır; nəticədə təsəvvüfü fakt, reallığı gerçəklik kimi qavrayıb yalana
əyilirik.
Xəstə, cılız təxəyyülün bədiilik deyə yaratdığı əsərlər əyləncə və şoudan heç də
fərqlənmir. Eynən, klassik komizmin bayağı təqdimi də ciddi narahatlıq doğurur.
Şou ölçüyə, aldanış sevgiyə çevriləndə, şair demişkən, müsibət oluruq, necə
deyərlər, dəyər və həyati prisnsiplərə hərəmiz bir cür ağız büzürük.
Elə bil dünən də, bu gün də eyni bir komediyanı yaşayırıq. Ona görə də görüb
eşitdiyim nə varsa, hamısını indiki zamanda yazıram.
Bakı şəhər Prokurorluğundayam. Kukla teatrının səhnəsində buynuzdan şərab içib,
əzələ göstərən sallaqbığ “xəncərli əmi”ni xatırladan müstəntiq məni çənəsinin
altına salıb; sual-sorğuya çəkir. Günahım nədir?! - bilmirəm, təəccüb içindəyəm.
- Mənim də az-çox fəlsəfədən başım çıxır; Marksı, Lenini oxumuşam. Amma sənin
yazılarından baş açmıram. Sadə yaz, bilək, kimin bostanına daş atırsan. ...Hə,
niyə dinmirsən?! - müstəntiq bığına sığal çəkib səsini qaldırdı: - Siz onda məni
haqsız olaraq işdən çıxardınız.
- Siz, yəni kim?! Elçibəyin vaxtında kadr məsələsinə mən baxmırdım.
- Fərq etməz, siz hamınız bir bezin qırağısınız.
Təhqirə keçmə, dedim. Deyəsən, mənim sərtliyim müstəntiqi yumşaltdı. Başını dik
tutub əlahəzrət görkəmi aldı:
- Sən bildinmi, niyə səni tutdurmadım - cavab gözləməyib, get, dedi: Saçını qısa
saxla, siqareti də tulla.
Doğrudan da müstəntiqin məsləhəti sonradan karıma gəldi. Bir şikayət məktubunu
qəzetə verdiyimə görə məni “razborka”ya çağıran mafioz siqareti tərgitdiyimi
biləndə cibimə anaşa atmaq fikrindən çəkindi.
Ustad aşığın antinsani rejimlərin hay-hayı gedib, vay-vayı qalıb deyiminə
məmnuniyyətlə inanardım. Fəqət, ən gözəl və incə sözlərimizdə daldalanıb
gözlərində ölü milçək qoxuyan bir obrazla qarşılaşanda adam hər şeydən bezir; öz
portretini səhra fonunda əl-ayaqdan düşmüş, bəlkə də ömrünün son anını yaşayan
Məcnun kimi çəkib gözünün önündən asan rəssama bəxtəvərlik oxuyur.
Hərə nəyəsə vadar edilib. Dörd il həbs çəkmiş qadın altı yaşlı qızının əlindən
tutub redaksiyaya gəlib ki, danışıb ürəyini boşaltsın. Türmədən çıxandan sonra
yaşamağa yer tapmayıb, qardaşının evində bir küncə sığınıb. - Mən heç, bir
heçəm, həyatım korlanıb. Çalışıram qızımı qoruyam, böyüdəm. Onun həyatına qəsd
olunsa heç nəyə baxmaram, hətta cinayət də edərəm... Öyüd-nəsihət verməklə uşağı
tərbiyə etmək olmaz. Çox istərdim qızım yaxşı tərbiyə alsın, yəni nəyisə
bacarsın...
Beləcə, cəiyyətdə yeni, həyati bir tərbiyə ideyası doğulub: uşaqlar hansı
sənətisə öyrənsin, nəyisə bacarsın. Bəs bizim tərbiyə ocaqlarımız uşaqlara nə
deyir, nə öyrədir? - Sual varsa, gərək cavab axtaraq. Buna görə də Kukla
teatrından başladıq.
...Adam baxır, gözünə inanmır: Axı teatr rəhbərliyinə nə düşüb ki, uşaq
tərbiyəsinə dəxli olmayan yad epizodları səhnəyə çıxarır? - Başa düşməyə
çalışdıq, ancaq fonoqram bağırtısında kuklalar nə deyirdi, heç nə eşitmirdik.
Bizə təkcə valideynlərə məsləhət vermək qalırdı ki, “Korrido döyüşü”ndən və qara
şeytanların rəqsindən sonra uşaqlarının qorxusunu götürtmək üçün mollaya yox,
həkimə müraciət etsinlər. Fasilədə valideynlərə yanaşıb tamaşayla bağlı onlarla
söhbət etmək istədik. Ancaq teatrın direktoru araya girdi. Bizə və işlədiyimiz
qəzetə hədyanlar yağdırdı. Görünür, valideynləri üstümüzə qaldırmaq istəyirdi,
ancaq cəhdi baş tumadı.
Direktor sinəsinə döyüb, mənə sən yox, siz kimi müraciət edin, - deyə foyedə
rola girdi. İnsafən Leninə oxşadığına görə fəxr edən direktor dahi rəhbərin
daxili boşluğunu məharətlə açıb göstərirdi. ...Bu da tərbiyə ocağı!
Yaxşı ki, ötən həftə Rəhman müəllimin qonağı olduq. Yoxsa dünyanın kukla teatrı,
baş qəhrəmanın isə Lenin olduğunu heç vaxt bilməzdik.
16 yanvar 2008
Batini gör, pərdəni məhrəm elə,
Ta ki gələ sirri müəmma ələ.
(Nizami, tərcümə: Əkrəm)
PORTRET DOLLAR
XXV yazı: Gənc rəssamın rəsmlərinə şərh
Dərnəgüldə qaçqınlar yaşayan yataqxana ilə üzbəüz bir qəzet köşkü də var. Bu
köşkdən bir az aralı, “Tovuz” kafesinin yanında əsas yol dörd səmtə ayrılır.
Hərdən bu yollardan birinə düşüb xeyli piyada gedirəm.
Adətim üzrə əvvəlcə bu dəfə də qəzet köşkünə yaxınlaşdım. Köhnə dostum Məmidən
hal-əhval tutdum. Köşk sahibi görüb-götürmüş kişidir; gözütoxdur, bir az da
yumoru var. Məni görcək bığı qaçdı, yəni gülümsədi: - Əvvəllər qəzet alırdılar,
indi borc götürüb oxuyurlar. Ta keçib, yüksək qonorar verən olsaydı, mən də
yazardım.
Məmi gününü köşkdə keçirdiyini, qazandığı qəpik-quruşla ailə dolandırdığını da
məzəli danışıb, sonra da əlavə etdi: Neynək, qaçqın güzəranıdır, gərək dözək.
Məmi sözarası 13 yaşlı nəvəsi Arazdan da söz açdı. Onun fikrincə, Arazın xüsusi
istedadı var, maraqlı rəsmlər çəkir. Köhnə dostum nəvəsinin əl işlərini yığdığı
qovluğu mənə uzatdı, yazıçısan, dedi, - bunlara bax, bir məsləhət ver. Heç
inanmıram ki, nəvəmin əlindən pis iş çıxa.
Doğrudan da Araz insanlara yeni nəsə deyirmi? - maraq məni götürdü. 13 yaşlı
həvəskarın rəsmlərini diqqətlə nəzərdən keçirdim. Açığı, bu rəsmlərdə göz
qabağında olan nə varsa, onu düşüncə və duyğuların daşıyıcısına çevirmək
məharəti adamı heyrətə gətirir. Araza qibtə etməyə bilmirsən. O, reallığı görür,
qavrayır və sadə obrazlarla əks etdirməyi bacarır.
“Portret dollar” bir əsər olaraq əsl dolların cizgiləri üzərində ideya və ruhun
aparıcılığının təsdiqi kimi diqqəti çəkir. Bu rəsm sanki dil açıb danışır: -
İdeya və məna dəyərdir, amma maddilik pul, dollar timsalında önə çıxıb, həyati
ritmi və tarazlığı pozur; beləliklə, mənəvi sərvətlər şəxsi mənfəətin buzlu
sularına qərq olur. Bu yerdə gənc rəssam elə bil soruşur: səhvimizi düzəldək,
yoxsa günahkar axtaraq?
“Dayanacaqda” rəsmi də orginaldır. Səhv etmirəmsə, bu əsərdə “Tovuz” kafesinin
yanındakı avtobus dayanacağı təsvir olunur. Gənc rəssamın məntiqinə görə
avtobusa gecikən sərnişinlər inkişafdan qalır; başqa sözlə, həyati ritmdən
düşür. Burada kimi saqqız çeynəyir, kimi tum çırtlayır, kimi qollarının üstünə
aşırdığı şalvarları satmaq üçün alıcı güdür. Sərnişinlər arasında maraqlı bir
obraz da var: əllərini yuxarı qaldırıb sanki camaatı mitinqə çağırır.
“Qırmızı çiçəkli ağaclar” mücərrəd təsir bağışlayır. Bu tablonu anlamağa
çalışdım. Onu deyim ki, qəzet köşkünün yanındakı ayrıcdan uzanan bir yol
sallaqxananın yanından keçir. Bu yolla işə gedib-gəlməsəydim, çətin ki, gənc
rəssamın əl işini başa düşəydim. Rəsmdə hasarın dibinə atılmış qoyun dərisi, mal
buynuzu və qarın-qartasının təsviri bu əsərin məramını açıqlayır. Sallaqxanada
hər gün kəsilən qoyun və malın qanı ağacların dibinə axıdılır. Görünür, bu, gənc
rəssamın gözündən yayınmayıb. Ona görə də, “Qırmızı çiçəkli ağaclar” tablosunu
yaradıb.
Diqqət yetirsək, “Həbsdən sonra” rəsmi daha sadə və həyatidir. Bu əsərdə həbsdən
çıxmış qadının tutqun, boz-bulanıq havada yeridiyi yol uzanıb zil qaranlıqda
gözdən itir. Qadının əlindən dartınıb geri baxan qızcığaz təzədən türməyə
qayıtmaq istəyirmi?! - hə, yoxla bu suala cavab vermək çox çətindir.
Arazın rəsmlərinə tamaşaçı sənətdən nə götürür, nə öyrənir prinsipilə yanaşsaq,
müəyyən nəticəyə gələ bilərik. Reallığın təsirli, bir az da sərt, dəqiq və
obrazlı təsviri gənc istedadların həyatiliyə sahiblik haqqından soraq verir.
Burada təkcə onlara arxa durmaq, ürək-dirək vermək qalır.
Uğur olsun, deyirik.
19 yanvar 2008
Eyb ilə cahanda qapandı hünər,
Hərə öz içinə çəkildi, hədər.
(Nizami, tərcümə: Əkrəm)
QARABAĞ
XXVI yazı: Qnostitizm
Dərnəgüldə “Tovuz” kafesinin yanında əsas yol dörd səmtə ayrılır. Dörd yoldan
biri də qaçqınlar sığınmış yataqxananın qarşısı ilə uzanıb sola, meyvə-tərəvəz
bazarına doğru yönəlir. Həmin istiqamətə getməzdən əvvəl qəzet köşkünə
yaxınlaşdım. Köşk sahibi məni görçək nəyəsə təəssüf edirmiş kimi başını buladı:
- Xəbərim var, dedi, “Portret dollar”ı qəzet səhifəsindən çıxarıblar, ancaq
əlyazmanı oxumuşam, çox sağ ol, razı qaldım.
Dostum Məmi ağır yük altından çıxıbmış kimi belini düzəldib dərindən nəfəs aldı:
- Öz məmləkətimizdə qaçqın, köçkünük, - dedi, gərək suyu üfürə-üfürə içək.
Məmi bu dəfə də güzərandan söz açacaqdı, vaxtım olmadığını bəhanə edib köşkdən
aralandım.
- Bizdən yazmaq istəsən, unutma ki, biz yataqxana əhliyik - Köşk sahibi arxamca
səsləndi.
Sovet rejimi hamını çərçivəyə salıb onlara eyni bir gözlə baxmağı, eyni bir
başla düşünməyi öyrədirdi. Yataqxanalar asanlıqla bir şəxs timsalında bütün
sakinlərin sadəlövh bir inamın qurbanına çevrilməsində az rol oynamırdı. Təəssüf
ki, bu tendensiya indi də davam edir.
Yataqxanaların bir siması olur: o da ictimailik. Siyasi rejimlər olan yerdə
ictimailik həyati prinsiplərə uyğun gəlmir, zor və zorakılığı formalaşdırır.
Qarabağ qaçqın və köçkünlərindən bir qismi Dərnəgül yataqxanalarına
yerləşdirilib. Onlardan biri - adının çəkilməsini istəmədi, deyir ki, güzəran
sarıdan şikayətçi deyillər, pis-yaxşı dolanırlar, ancaq “adam ayağı altında
doğulub-böyüdüyü torpağı hiss etməyəndə özünü aciz və cəsarətsiz sayır. İndi
ürəksiz və təpərsiz olmuşuq. Paqonunu itirmək qorxusu altında ehtiyatla yeriyən
polisin sərt baxışları ilə üzləşəndə müəllim çubuğundan çəkinən şagird kimi
titrəyirik...”
Başqa bir köçkünün nəzərincə, Qarabağ siyasi şou və reklam mövzusu olaraq
gündəmdə saxlanır. İrəvan bağışlanıb, Qarabağ verilib kimi atmacalar olduqca
zərərlidir; cəmiyyətin mənəvi birliyini hədəf götürür. Ölkənin intellektual,
iqtisadi və siyasi potensialını bir araya gətirib Qarabağın münaqişə faktorundan
münasibət faktoruna çevrilməsinə səy göstərmək lazımdır. Cəmiyyətdə müharibə
ovqatı yaradıb, sadəlövh düşüncədə bir qəhrəman kimi dikəlmək cəhdləri ən azı
cəfəngiyyat, ən çoxu isə qnostitizmə meydan açmaqdır.
Bəşər tarixində ən dəhşətli qətliam, qırğın, müharibə və terror qnostitizmin
kütləvi məhv ideyasını reallaşdırıb. Burada faşizmin krematoriya sobalarını,
bolşevizmin isə 37-ci il qətliamını xatırlatmaq yerinə düşər.
Qnostitizm nədir, haçan yaranıb?! - əgər soruşursunuzsa, gərək cavab verək.
Qnozis “bilik” mənasını verir. Bu dini təriqət xristianlıqla bir vaxtda doğulub.
Qnostitizmin əsas konsepsiyası ondan ibarətdir ki, bu dünyanı Allah yox, zalım,
küt, özündənrazı iblis yaradıb. Ona görə də insanın həqiqi evi ilahi aləmdir.
Qnostitizmə görə, bu dünyaya məxsus nə varsa şərdir. Eyni zamanda cinsi məhəbbət
axmaq bir şeydir, çünki şər doğurur. Can verən insan özünü xoşbəxt sana bilər.
O, şər aləmindən xilas olub, xeyirxah ruha qovuşur. Buna görə də qnostiklər ölən
adama “kömək etməyə”, yəni onu ya acından, ya da boğub öldürməyə haq verirdilər.
Bütün müharibələr kimi Qarabağ müharibəsinin də məğzində qnostitizm, yəni
insanın kütləvi məhvi ideyası dayanır.
Bu gün söhbət “əgər biz istəyən olmasa, müharibə edəcəyik” deyə qnostitizmin
toruna düşməkdən yox, onun mahiyyətini dərk etmək və ictimai tətbiqinə mane
olmaqdan getməlidir.
Sivil dünya birdəfəlik qnostitizmə “Yox!” deməlidir.
Amin, Ya Rəbbül-aləmin.
25 yanvar 2008
Düşmüşük çox uzun əhvalatlara,
Qısa etməliyik, füzunluq hara!?
(Nizami, tərcümə: Əkrəm)
İNKİŞAF
XXVII yazı: Sual
Dərnəgüldə dörd səmtə ayrılan yoldan biri də çayxananın yanından keçib “Elit”ə
qədər uzanır. Bu yolun üstündəki çayxana barədə söz-söhbət dolaşır; guya ora
yığışıb çay içənlər “danosşik”dir, hərəsi bir yerə işləyir. Bu barədə köşk
sahibindən soruşmadım; çünki qanı qaraydı. Görünür, kimsə xətrinə dəyib, ya da
“çax-çux”u getmir. Köhnə dostum: - Ağlına başqa şey gətirmə, dedi: nəvəmdən
narazıyam, sözümə baxmır, bütün günü boş-boş veyillənir.
- Testdən keçənlər heç, bəs keçməyənlər neyləsinlər?! - bu sual da tez-tez
səslənir. Bəzi valideynlərin fikrincə, uşaqlar orta məktəbdə hədər vaxt
itirirlər: - Harada görünüb ki, 10 il oxuyandan sonra şagirdin əlindən bir iş
gəlməyə.
Məsələyə başqa münasibət də var: - orta məktəblər uşağı həyata hazırlamır; orada
həyati təlimlər yox, nəzəri biliklər öyrədilir.
İnduktiv metoda, yəni təkcə əyaniliyə istinad edən elmlərin tədrisinə ciddi
etirazlar da eşidilir.
Bizə təhsillə bağlı tez-tez yazırlar. Bir müəllifə görə, icbari təhsil sovet
dönəmində siyasi rejimin ideoloji dayaqlarını qorumağa xidmət edirdi: “Bu
zərərli tendensiya ənənə halını alıb, indi də davam edir”.
Masallı şəhər 1 saylı orta məktəbin müəllimi Ulduzxan Mirzəzadə təhsilin bərbad
halda olduğunu diqqətə çəkir. Onun sözlərinə görə, “başımız biliklə yox, quru
sözlə dolub; gözlərimiz açılıb, lakin əli, dili iflic olmuş adamlara
çevrilmişik”. U.Mirzəzadə təhsil islahatını da cəmiyyətin mənəvi, ruhi
dirçəlişinə təkan verə biləcək mühüm tədbirlər sırasına daxil edir; bu məsələdə
şüarçılığa yox, praktikaya üstünlük verir.
Bir dahi demişkən, həyatiliyini itirən nə varsa tarixə keçir, ancaq tarixdə yer
alan nə varsa dəyərini itirmir. Bu mənada təhsil, təlim baxımdan qədim Misirin
“Ozrisin dirilməsi” əfsanəsi əhəmiyyət kəsb edir. Həmin əfsanədə qeyd edildiyi
kimi qədim Misir təhsil sistemi üç mərhələdən ibarət olub. Burada üçlük
sistemində verilən bilik tələbələrin ruhi, mənəvi aləmini inkişaf etdirmək
məqsədi güdüb. Xatırladaq ki, bu təhsil sistemindən hazırda Hindistanda istifadə
olunur və ona Müdriklik Yoqu deyilir.
İstər Müdriklik Yoqu, istər Magiya insanın təkamül meylini, inkişaf istiqamətini
göstərir. - Əgər inkişaf etmək zərurəti duyursunuzsa, öz daxilinizə diqqət
yetirin; hətta öz dərin xüsusiyyətinizin dərinliyinə nüfuz edin.
İnsan daxili “mən”inə nə qədər yaxınlaşırsa, o qədər də yalan, qorxu, panika və
şayiə təhlükəsindən uzaq olur; necə deyərlər, öz gücünü duyma şansı əldə edir.
Qeyd etmək yerinə düşər ki, təkamülün indiki mərhələsində insan öz psixoloji
imkanlarını oyatmağa borcludur. Okkultiv elmə nəzərən, insan nə qədər dərin hiss
keçirirsə, özünü o qədər də yaxşı tanıyır.
Tarixə nəzər salsaq, aydın olar ki, xristianlığa qədər qədim dəyər və həyati
təlimlər cəmiyyətin təkamül meylini dərk edib, insanın inkişaf istiqamətini
aydın göstərib. Ancaq bir tarixçinin sərrast dediyi kimi xristianlıq dindən çox,
epidemiyaya oxşayıb; dəyər, təlim və təbii qanunauyğunluqları Kilsənin
mənafeyinə qurban verib. Məsələn, xristianlıqda magiya insanın xüsusi gizli
imkanları ilə deyil, iblislə əlaqələndirilir. Magiya əslində insanın xüsusi
qabiliyyəti, bəlkə də inkişaf etmiş qabiliyyətidir. Xristianlıq isə magiyanı
qarabasma (və ya iblisin görüntüsü) kimi təsbit edir. Beləcə, xristianlıq
sayəsində magiya “Qara magiya”ya çevrilərək cəmiyyəti intibahi təkamüldən
yayındırıb və insanın inkişaf yolunu kəsib.
Dünya xristianlıqdan çıxıb; mənəvi-ruhi dirçəlişə və şüur yüksəlişinə üz tutub.
Bu prosesdə insanın özünü anlaması birinci, necə anlaması isə ikincidir, yəni
metoddur. Bu konsepsiyasadan ölkədə keçirilən təhsil islahatına yanaşsaq, sual
yaranır: görəsən, təhsildə islahat müəllifləri “islahat” deyəndə birinci olaraq
nəyi öyrətməyi nəzərdə tuturlar, yoxsa necə öyrətməyi?
2 fevral 2008
Ədalət olmasa, olar xəyanət,
Tapılmaz ìnsafdan zərrə də əlbət.
(Nìzamì, tərcümə: Əkrəm)
YOL VƏ YOLÇU
XXVIII yazı: Üslub
Eşìtdìm kì, mənì hər kəs anlamır; gərək sadə yazım. Məsələn, yazıçı batìnì
aləmlərì bìlmìrsə, yalan-yanlışı fakta, ìdlìasını ìsə hadìsəyə çevìrìr.
Yazıçının, necə deyərlər, qaz vurub qazan doldurmağa nə haqqı var, nə vaxtı.
Ìndì hərə bìr cür pul çıxarır; hətta dünyanı mənəvì və dìnì böhranın bürüdüyünü
bəhanə edìb göz yaşı axıdan müəllìfì də başa düşmək olar; o da adətì üzrə hamıya
aìd olan nəyìsə şəxsì dərdìnə çevìrìb oxucu qəlbìnì dağlamaqda özünü haqlı
sayır.
Səbəbì anlamayanda nətìcəyə görə hamını günahkar sayırıq. Yazıçı ìstər-ìstəməz
gözəllìk və xeyìrxahlığın səbəbkarı kìmdìr sualına cavab axtarırsa, haqlıdır.
Başqa sözlə, yənì hər yazar öz münasìbətìnì həqìqət kìmì qələmə verəndə yağla
şorun eynì qìymətə satıldığı ölkə barədə qədìm əfsanə yada düşür.
“Nəbz” qəzetìnìn yazdığı kìmì dünyanın mənəvì, dìnì böhranda olduğunu güman
etsək, yenì dìaloqlara ehtìyac yaranır. Buyurun, dəyìrmì stol arxasında əyləşìn;
müzakìrə üçün mənìm də təklìf etdìyìm mövzu var: ədalət və doğruçuluq kìmìn
marağındadır, ədəbìyyatın, yoxsa sìyasətìn?
Təəssüf, xeylì vaxtdır Yazıçılar Bìrlìyìnə (YB-yə) ayağım dəymìr. Daha doğrusu,
Elçìn Hüseynbəylì “Ulduz” jurnalının baş redaktoru təyìn olunandan oralara
üzükmürəm.
YB-də nə var, nə yox? - əgər gənc yazarlar Anar müəllìmìn kürsüsünə yìyələnmək
üçün cəhd göstərmìrlərsə, demək olar kì, heç nə; hər şey əvvəlkìdìr. Yəqìn elə
ìndì də ad və ya yubìley gününü yada salmaq üçün bəzì ədìblər Anar müəllìmìn
qapısı ağzında növbəyə dayanırlar. Neyləsìnlər, xìdmət etdìklərì sìyasət və
ìdeologìyanın “ölən dünyam” deyə xìffətìnì çəkmìrlərsə, onlara təbrìk düşür.
YB-nìn üçüncü mərtəbəsìndə saatlarla dayanıb dərc olunmayan şerlərìmə görə
çəkdìyìm dərd üçün darıxıram. Pìs, yaxşı (əlbəttə, bu yanlış bölgüdür) hər
müəllìf öz əsərìnìn baş qəhrəmanıdır; burada kìm nə ìtìrìr, özü bìlər. Mənə
qalsa, lìrìk şerlərìnìn baş obrazı kìmì Fìkrət Qoca daha çox qìbtəyə layìqdìr.
Fìkrət müəllìmdən fərqlì olaraq lìrìk portretìnì yarada bìlməyən şaìrìn hələ də
gözlərì yol çəkìr: “Həm yoluq, həm də yolçu”. Doğru fìkìrdìr, ancaq çətìn başa
düşülə.
O vaxtlar YB-də senzura otururdu; çərçìvədən çıxan əsərlərì “başa düşmürəm”
deyìb başından edìrdì; ölüb, ya sağdır bìlmìrəm. Görəsən, ìndì onun yerìndə kìm
oturur? - Kìm oturursa, yazıqlar ona. Eşìtmìşəm, əcaìb bəhanəsì var; deyìr kì,
arığın qoruqda nə ìşì var, vurub qıçını qıralar: “Bìz kasıb babayıq, qısılıb
oturmuşuq yerìmìzdə”. Əgər orada kasıblıqdırsa, belə çıxır kì, YB-nìn senzoru
fərsìzdìr.
YB ənənəvì ədəbìyyatı qorumaq ìstəyìrsə, nədən telekanllarda gedən projelərə
dìqqət yetìrmìr. Məsələn, ANS-də “fìlankəs dahìdìrmì?- hə, yox” yarışması
əməllì-başlı SMS yığır. Ìndì hər şey, hətta dahìlər də SMS-lə müəyyən olunursa,
bəs nìyə YB əlìnì əlìnìn üstünə qoyub oturur. ANS-ìn təcrübəsìndən ìstìfadə
etsəydì, rəhmətlìklər arasından lìderì çoxdan üzə çıxarardı. Neyləyək kì,
lìdersìz ìşìmìz keçmìr.
Yaxşı deyìlìb, palaza bürün, elnən sürün. Mən də hamı kìmì boş vaxtımı
televìzorun qabağında keçìrìrəm. Ötən bazar, fìkìr verdìnìzmì, Mübarìzìn
verìlìşìndə Nìzamì Süleymanov Qarabağ məsələsìnì necə asanlıqla həll etdì?!
Akademìk kìmì düşünsək, bütün müəmmalara açar taparıq. ATƏT də üfürər, yənì
gedər ìşìnìn dalınca.
Dünyada görünməyən yenìlìklər bìzdə baş verìr. Zarafat deyìlən üslubun da
müəllìfì bìzlərìk. Ìlk dəfə “O olmasın, bu olsun” da Sərvər Məşədì Ìbadla
zarafat edìb, sonra da sovet ədìblərì camaatla.
Cìddì olmaq sìzə asan gəlməsìn. Gərək çox-çox mətləblərì qulaq ardına vurasan.
Ya da gördüyünü danasan.
Gördüyünüzü danın, qağalar...
12 fevral 2008
Aqibətindirsə, onda öndə gəl,
İşin aqibətdən tez eylə əməl.
(Nizami, tərcümə: Əkrəm)
SPEKTR
XXIX yazı: Göy, qırmızı, bənövşəyi
Yaxşı dolanırsınızmı? - Bu suala hə deyən çətin tapıla. İnsan güzəranla
qayğılıdır; özünü dağa-daşa çırpır; nəyə desən əl atır, təki evə əliboş
qayıtmasın.
Qara-qura işlərə qurşanan adam da var, başqa ad altında gizlənir. Onlardan biri
də orta məktəb müəllimidir, deyir: - Məvacibim maddi təminatımızı ödəmir. Bir
yandan da ay başa çatmamış qaz, işıq, su, zibil pulu üçün qapını kəsdirirlər.
Heç nə, ehtiyacın quluyuq.
Orta məktəb müəllimi özünün dediyi kimi boş vaxtlarında qul bazarına da gedir;
orada onu öz adıyla yox, Qıyıq Mamed kimi tanıyırlar. - Qıyıq Mamed, mal
tövləsini kürüyürsənmi? - Nə iş olsa, etiraz etmərəm. Hətta bir dəfə çoxdan dərs
dediyim bir məmurun bağ evində işləyəndə xəcalətimdən tər tökdüm. Məni tanımasın
deyə, gözümün birini qıydım. Guya qıyığam. Üzümə diqqətlə baxıb çiyinlərini
çəkdi.
Qıyıq Mamed qəzetlərə də yazır. “Doğru, yalan məlumat verirəm, təki qəpik-quruş
çıxsın”.
Cek Londonun “dəmir daban” dediyi rejimlər zoraki iddialarını yeritmək üçün hər
cür vasitəyə, şübhəsiz, ilk növbədə ehtiyac doktrinasına qol-qanad verir. Bu
doktrinanın gizli tərəfində insanı öz güzəranından asılı vəziyyətə salmaq
ideyası dayanır. Nəticədə, hər kəs, elə deyək, Qıyıq Mamed də bütün vaxtını,
gücünü gündəlik azuqəsini əldə etməyə xərcləyir. Hər dəfə sərt və amansız
ehtiyacla üzləşən insan öz təbiətinə zidd mənəvi sıxıntı və psixoloji
deqradasiyaya məruz qalır. Başqa sözlə, Kəsin qarnı başına bəla açır. O,
ruhi-mənəvi keyfiyyətlərini itirib, instinktlə davranır. Sanki öz təkamül
tarixinin ən aşağı mərhələsinə qısılıb banan yeyən cır meymunu xatırladır. Bu
mənada xristianlıqda Xilaskar obrazını başa düşmək elə də çətinlik törətmir.
Qıyıq Mamed səviyyəsində düşünsək, düşdüyümüz ehtiyac torunu gərək aqibətimiz
sayıb, el demişkən “səhər naxıra, axşam axura” vərdişilə yaşayaq. Bundan imtina
isə insanı özünüdərkə yönəldir.
İnsan iradi keyfiyyət, həyatı isə məqsəd daşıyır. Bu ideya XIX əsrin sonlarında
U.X.Mayersin simasında ortaya çıxıb. Mayers ictimai psixikanın
tədqiqatçılarından biri olub, şüura spektrin görüntüsü kimi baxmağı təklif edib.
Bu spektrin mərkəzində bizim çox yaxşı tanıdığımız qabiliyyətlər - görmə, eşitmə
və sair dayanır. Spektrin aşağı - qırmızı sərhəddində özümüzə hesabat vermədən
nəzarət etdiyimiz orqanik proseslər yer alır. Nəhayət, spektrin bənövşəyi
səhrhədində heç bir məlumatımız olmayan başqa imkanlar yerləşir.
Mayersin ardınca Alister Xordi, Karl Qustav Yunq, Nitsşe, Freyd insanın
psixoloji tədqiqində böyük əmək sərf ediblər.
K.K.Yunq kollektiv şüursuzluğun mövcudluğuna əmin idi. Bu fikir onu psixoloji
baxımdan son dərəcə maraqlı bir açıqlamaya - arxetiplər nəzəriyyəsinə gətirib
çıxarıb (Bu barədə gələn yazıda danışılacaq). Nitsşeyə görə rasional şüur insanı
onun özündə mürgüləyən həyati gücdən ayıran klapana bənzəyir. Freyd Yunqun
davamçısı olaraq göy rəngin rasional şüurun qırmızı rəngi üzərində aparıcılığını
qeyd edib.
Spektrə uyğun olaraq şüuraltı göy, rasional şüur qırmızı, insanın daxili gizli
imkanı bənövşəyi rəng kimi xarakterizə edilir. Okkultiv ədəbiyyatda insanın
psixologiyası ilə bağlı bilgilərə əsaslanaraq öz qənaətimizi şərh edirik:
- Rasional-gündəlik şüur, yəni qırmızı şüuraltından (göydən) üstün olanda insan
fakt və hadisənin səbəbini anlamır, ona görə də inqilabçılığa meyl edir. Azadlıq
deyə qaldırdığı bayrağın altına yığışanlardan isə müəyyən qrup istifadə edərək
hakimiyyətə can atır.
- Şüuraltı, yəni göy, rasional şüurdan, yəni qırmızıdan üstünlük təşkil edəndə
insan mistikaya girir. Mistikanı həqiqət sayıb, arxayınlaşır; “əbədi dairə”də
sıxıntı və süstlük içində vaxt keçirir.
- Rasional şüurla şüuraltı, yəni qırmızıyla göy tarazlıqda olduqda insan sağlam
psixika sahibi kimi həyati təlimləri qavrayır; bu təlimlərlə yaşayır və hərəkət
edir.
- Rasional şüurla şüuraltının, yəni qırmızıyla göyün tarazlığı insanın daxili,
yəni bənövşəyi qabiliyyətinin açılmasına təkan verir. Eyni zamanda qırmızıyla
göy arasında tarazlıq bizim inkişaf istiqamətimizi müəyyən edir ki, bu da
gələcəyin elmi sayılan magiyanın mövzusudur.
Unutmayaq: tarazlıq həyati - ilahi qanundur; bu qanunu pozmaq xəstəlik və
bədbəxtlik gətirir.
15 fevral 2008
Süpürgə süpürdü evi tərtəmiz,
Ümid gözləyirik süpürgədən biz.
(Nizami, tərcümə: Əkrəm)
PƏRƏSTİŞ
XXX yazı: Katarizm
“Nə olub, o da olur və olacaq” - qədim fikirdir; mistik və tarixi baxımdan
demirəm, həyati baxımdan etiraz doğurmaya bilər.
Amerika yazıçısı Folknerin təbirincə, “hər gün eyni gündür”sə üzləşdiyimiz fakt
və hadisələri anlamaq üçün gərək tarixə baş çəkək. Günümüzdə heykələ, məzara,
hətta kiminsə xatirəsinə pərəstiş təbliğatı gedir.
Pərəstiş, nəyə görə; nəyə yol açır? - cəmiyyətin inkişafını ləngidir, baş verən
hadisələrin səbəbini gizlədir, yoxsa inqilabçılığa haqq qazandırır?
Ali Yaradana pərəstiş XVIII əsr mason ədəbiyyatında geniş yer alıb. Birləşmiş
Böyük Lojanın məlumat kitabında deyilir ki: “Üzvlər Ali Yaradana inanmalıdırlar,
ayrıca mason Allahı yoxdur”.
“Ali Yaradana pərəstiş” termini 7 may 1794-cü ildə Fransa inqilabının lideri
Robesperin dilindən eşidilib. Onun çıxışından sonra Konvent (inqilabi
hakimiyyət) öz dekretini elan edib: “Fransa xalqı Ali Yaradanın mövcudluğunu və
ruhun ölməzliyini tanıyır”.
Robesper pərəstişə xalq xeyirxahlığının “əbədi və müqəddəs əsası” kimi baxırdı.
1793-1794-cü illər Fransada dəhşətli “terror inqilabı” dövründə Konventin rəsmi
olaraq təsdiq etdiyi yeni dini kult bütün kilsə və yığıncaqlarda həyata
keçirilirdi; bu yeni din idi; “Ağıla pərəstiş”, bəzən də Ali Yaradana pərəstiş
adlanırdı. Fransa inqilabının baş verməsində müxtəlif güc və qüvvələr sırasında
çox böyük dini və ruhi enerjinin dayandığını da qeyd etmək lazım gəlir. Bu
enerji bütün ölkə boyu qədimmisir və büt obrazlarının dirçəlib xristianlıq
simvollarının, xüsusən xaç simvolunun əvəzlənməsində öz təzahürünü tapdı. Hətta
insanlar İsida kimi qədimmisir ilahələrinə itaət edirdilər. “Talismanın hökmü”
kitabının müəllifləri Qrem Xenkok və Robert Byuvelə görə Fransa Konventi 1794-cü
ildə xristian Allahından uzaq düşmüşdü. Eyni situasiya, yəni alternativ din
Fransa inqilabına təxminən 600 il qalmış XII əsrdə Provensa və Lanqedokedə
formalaşmışdı. Haradansa, sanki heç yerdən baş qaldıran bu din sürətlə yayılaraq
az vaxt içində xeyli insanın qəlbinə və ağlına hakim kəsildi. Kilsənin sonradan
kafir elan etdiyi bu dinin aparıcıları özlərini “mehriban xristian”
adlandırırdılar. Çünki onlar katoliklərdən fərqli olaraq İsa Xristanı daha çox
ruhi sayırdılar. Tarixdə cürbəcür adlarla fəaliyyət göstərən bu din adamları
daha çox katarlar (yunan sözü katbarosdan götürülüb, yəni “təmiz”) kimi tanınır.
Katoliklərə görə, Xristos insan arasında dünyaya gəlib, insanlar arasında
yaşayıb. Katarlar isə Xristanın təmiz ruhdan yaradıldığını, yəni Xeyir Allahının
təcəssümü olduğunu iddia edirdilər. Onlar öz mövqelərində qətiyyətli idi: -
Xrista insan bədənində Allahın oğlu kimi dünyaya gələ bilməzdi ki, katoliklərin
dediyi kimi, “bizim aramızda yaşasın”. Bundan başqa, katarlar katolik
bilginlərinə etiraz olaraq Xristanın bizim günahımızı yumaq üçün dara
çəkilməsini də qəbul etmirdilər. - O necə dara çəkilə bilər, - onlar
soruşurdular, - əgər əzəldən fiziki mövcud olmayıbsa? Nəticədə, katarlar
xristianlığın mənəvi mərkəzi simvolu olan xaçdan üz çevirdilər. Onların
qənaətincə xaç katolik kilsəsinin əlində milyon-milyon adamı aldadıb yalana
təhrik etmək vasitəsi idi.
Hər şeyə qadir, hamıya xeyirxah xristian Allahından fərqli olaraq katarların iki
Allahı vardı: Xeyir Allahı və Şər Allahı.
Xeyir Allahı bütövlükdə ruh və işıqdan ibarətdir; maddi deyil. Məhz insanın ruhu
Ondan gəlir.
Şər Allahı maddi aləmi yaradır və onu idarə edir; “su və çirkab”dan insan
bədənini hazırlayır. Bütövlükdə Torpaq onun təsir dairəsindədir; o Torpaq ki,
cəza və əzab yeridir, qaranlıq və ədalətsizliklə doludur. Şər Allahına, katar
öncüllərinin sözlərinə görə, Roma katolik kilsəsi itaət edir. Başqa sözlə, Roma
papası Xeyir Allahına xidmət etmir. O, Yerdə iblisin nümayəndəsidir.
Katarizm XII əsrdə Avropa üçün inqilabi bilgi idi... və olduqca təhlükəli.
Xaçpərəstlərin məhvedici hücumlarından müdafiə mövqeyində katarlar öz inamlarını
daha da təsdiq etdilər. Katarların qənaətincə, Şər Allahı maddi aləmdə
dəhşətlər, əzab, xəstəlik və bədbəxtlikdən ibarət padşahlığını yaratmaq üçün
katolik kilsəsindən istifadə edir.
Katolik hakimiyyəti katarizmi özünün qədim qan düşməni sayır; bu səbəbdən onları
tez-tez “manixeyam”, yəni küfrün təmsilçisi kimi qələmə verirdi. Roma papasının
ölüm, qan saçan qoşununa qarşı dözüm və mərdliklə dayanan katarların inandığı
din qədim köklərlə bağlı idi. Bunu katarizmin indiki tədqiqatçıları da etiraf
edir.
“İmtina et, ruhən güclü olmaq istəyirsənsə”, yəni hər qidanı yemə, katarlar üçün
həyati prinsip idi. Onlar ümumiyyətlə, ət yemirdilər; süfrələrində yumurta, süd,
pendir, yağ və piy olmurdu. Onların menyusu çörək, tərəvəz, meyvə və paxlalı
bitkilərdən ibarət idi. Katarlar hər ilin 70 gününü ancaq çörək və suyla
keçirirdilər ki, bədəndə ruhları güclənsin. Katarların duası çox sadə idi: “Biz
bu dünyadan deyilik, bu dünya da bizdən. Bu padşahlıqda başqa Allahın
göndərəcəyi ölümü gözləyirik”.
Katarizm Yaradan və yaradılışı pərəstişə çevirmədi; onların dual halətdə
olduğunu dedi və qəbul etdi. Ancaq katarizm antik yunan qənaətindən fərqli
olaraq, ziddiyyətlər arasında antonqonizmin olmadığını görmürdü. Əslində
xeyir-şər, zülmət-işıq, enerji-maddə, ruh-bədən, cism-can təzadlarını ayırıb
qarşı-qarşıya qoymaq olmaz. Elə həyatilik də zidiyyətlərin arasında mövcud olan
vəhdət və münasibətə əsaslanır.
27 fevral 2008
|