|
Teosferləri 1
2 3
4 5
Elektron kitabxana
QURAN
VƏ NİZAMİ MƏKTƏBİ
Böyükkişi HEYDƏRLİ (Yazıçı QOR)
QURAN VƏ NİZAMİ MƏKTƏBİ
Bismillahir-rəhmanir-rəhim,
Həst-kelide-dəri-gənce-həkim.
(Nizami)
NAR BURNUNDA BAL ARISI
(Dua-səna)
25 il əvvəl peşə məktəbinin köhnə ambarının divarından asılmış natrümort
diqqətimi çəkdi. Rəsmdə nar və narın burnunda bal arısı təsvir olunmuşdu. “Bunu
mənə satarsanmı?” İşlər müdiri çiynini çəkib sualımı təbəssümlə qarşıladı.
Sonradan bu rəsmin oğurlandığını eşitdim. Görəsən, iç aləmlərə yol axtaran o
həvəskar rəssam indi haradadır?
I yazı
Sözü, Hə-Yoxu, Var-Yoxu, o dünya-bu dünyanı anlayan insanın yazmaq haqqı var,
başqası isə olsa-olsa bunu oxuya bilər. Müdrik yazmaq istəyənə əvvəlcə öyrənməyi
tövsiyyə edir. Xam sözlərindən xəcalət çəkməyən şair, nasir və natiq Nizami
demişkən, hər iki aləmin evini yıxır.
Qafiyə düzənlər sözlərlə həmin,
Yaxdı xəzinəsin iki aləmin.
(Tərcümə: Əkrəm)
Qələminin ucunda çürümüş mürəkkəb kimi vaxt və əsəbləri hesabına başa çatdırdığı
kitablarını oxucuya təqdim edən müəlliflər nə məqsəd güddüyünü bilirmi?! Hər
halda, oxucudan oğurlanmış vaxtına görə üzr istəmək, onu yalana-yanlışa
yönəltməklə həpəndə çevirməkdən çox-çox asandır.
Despotizm, hərbi-siyasi doktrinalar ilahi prinsip, ruh və ya ideyanın materiya
üzərində hakim və aparıcı olduğunu tanımayıb və tanımır. Ədəbiyyat hələ də
bolşevizm və demokratiyanın “vinti, mühərriki və təkərciyi” olaraq qalır.
Siyasətin şəri prinsiplərinin kök saldığı bədii əsərlərdə ideyasızlıq təhrif
insan obrazının qəhrəman kimi təqdimilə nəticələnir. Ənənəvi olaraq müsbət
qalib, mənfi məğlubdur. Görünür, aktiv (1) və passiv (2) başlanğıcın bir-birinə
təsirindən yaranan ortaq pozitiv halət (3) yazıçı diqqətindən yayınır. (Bu
qanunu sayla ifadə etsək, 1+2=3 alınar). “Ortaq pozitiv” deyə düşündüyümüz
qanuna arxa çevirmək ağır faciəvi nəticələrə gətirib. Yazıçının idealizə etdiyi
ədəbi qəhrəman guya haqq-ədalət naminə qan tökür. Beləliklə, zorakılıq birbaşa
cəmiyyətə transfer olunur.
İlkin ikili başlanğıcın münasibət hasili olaraq həyati qanunu (+ ∙ ─ = +)
bilməmək və ya qəsdən unutmaq elm, ədəbiyyat, rəssamlıq və başqa sahələrdə ya
əyaniliyə söykənən induktiv, ya da batinə istinad edən deduktiv metodların
tətbiqinə dəstək verib. İnduktiv və deduktiv metodların sintezi olaraq anoloji
metoddan tamamilə imtina edilib. Nəticədə “elm” deyəndə haqlı olaraq ələm,
fəlakət, faciə mənbəyi düşünülür.
Anoloji və ya optik təlim antik dünya dəyər və klassik irsimizdə “Üç dünya”
deyilən qanunun dərkinə və tədqiqinə yol açır. Üç dünya qanunu anoloji olaraq
insanın, yəni kişinin cism, can və ruhdan ibarət olduğunu yazmağa əsas verir.
Yəni:
Kişi=cism, can, ruh düsturuna müvafiq olaraq 4 = 1, 2, 3. Elə bu, insana
(kişiyə) məxsus əlamətlər vasitəsilə onun mənəvi və psixi aləmini anlamağa açar
verir.
Cism=instinkt, can=həqiqət, şüur=müdriklik. Deməli, insan (kişi) instinkt,
həqiqət və müdriklik daşıyıcısıdır.
Bütün siyasi rejimlər ...izm və ...kratiyalar Ərəbzəngi kimi insanın özünüdərk
yolunu kəsdirib, rus demişkən, moroçit qolovu. Siyasi və şəri prinsiplər
müxtəlif vasitələrlə beynimizdə ilahi başlanğıcın yerində oturdulur. Beləliklə,
insanın, dar mənada yaradıcının ruhu, şüuru Üç dünya qanununun birincisi olan
Ölməz Ruhdan təcrid edilir. Beynimizdə oturdulan siyasi prinsipin canımıza
ötürdüyü məlumat-virus isə bizi həqiqətdən məhrum edir. Könlümüzdə yalan,
aldatmaq, xəyanət, qisasçılıq, təkəbbür, mənəmlik, zod, zorakılıq, qan tökmək
kimi qeyri-insani xüsusiyyətlər yer alır. Beləcə, insanın həqiqətlə,
planetlərarası münasibətlə əlaqəsi kəsilir. İnsan instinktin ümidinə qalır. Yəni
öz qarnını doyurmaq, maddi ehtiyaclarını necə gəldi ödəməklə qayğılanır. Elə
buradaca siyasi və şəri rejimlərin Yaradıcını, şairi, rəssamı, elm adamını, fərq
etməz kim işinə yarayırsa onu, inhisara götürür. Onun zəhmətini, kitabını ilk
növbədə özünə, sonra da insana və cəmiyyətə qarşı çevirir. Təsadüfi deyil ki, bu
cür xəyanətlər üçün xalq şairi, xalq yazıçısı, xalq rəssamı, xalq artisti kimi
fəxri adlar təsis olunub. Bu cür yazıçılardan birinə asanı çətin etməklə insanı
ruh və candan, yəni müdriklik və həqiqətdən mərhum etmək kimi dəhşətli bir
xəyanətə xidmət etdiyini heç cür başa sala bilmədik.
Beyinə siyasi və şəri prinsiplər, başqa sözlə, virus yeridilmiş yaradıcı müdrik
ola bilmir. Onun zəhməti, əməyi, vaxtı, əsəbi ideyasızlığa - mənəviyyatsızlığa
xidmət edir. Hazırkı elmi və ədəbi proseslərin nümunələrinə nəzər saldıqda istər
hekayə, şer, rəsm əsəri, istərsə də məqalə olsun adam əcaib-qəraib mənzərə və
epizodlarla qarşılaşır.
Novator, yenilikçi görünmək naminə təkəbbür, hikkə, zod və yarımçıq fikirlərini
allı-güllü geyindirən həvəskar yazar və müəlliflərin “müasirlik” arxasında
daldalanması bir az da təəssüf doğurur. Həmişə müasir olan isə ancaq və ancaq
bəşəri dəyər və klassik irsimizdir.
23 iyun 2007
İRADƏ VƏ İTAƏT
Hamı İlahi bəxşiş olan həqiqətin sahibidir.
Zira hər kəs öz həqiqətinə sahiblik etmək gücündə deyil.
Biz ayrı-seçkilik salmırıq; yaxşı-yaman içimizdə şərikdir, Var-Yox kimi.
II yazı
İkili həyati başlanğıcın aktiv aparıcı və yedək aparıcı amillərinin qarşılıqlı
münasibət hasili onların ortaq halətinə, pozitivliyinə aparır. Elə bu pozitivlik
də əbədiyyət axarını təmin edir. Klassik irsimiz, xüsusən Nizami təlimləri əbədi
hərəkət qanununu anlamağa, ona uyğun addım atmağa çağırır:
Birinci qədəmi atdınsa əgər,
İkinci qədəmi düşün müyəssər.
(qeyd: Nizamidən gətirdiyimiz nümunələrin tərcüməsi və Füzuli şərhi Əkrəm
Şamxalova məxsusdur).
Burada sanki Füzuli də söhbətə qoşulur:
Ey ki, əhli-eşqə söylərsən məlamət, tərkin et,
Söylə kim, mümkünmüdür təğyiri-təqdiri-Xuda?!
Yəni: Sən ey eşq əhlini qınayan kəs, bil ki, Xuda hökmünü dəyişmək olmaz.
“Xuda hökmü” anoloji olaraq optik haləti nəzərdə tutur. Qaranı ağdan, müsbəti
mənfidən, Yoxu Vardan, kişini qadından, olumu ölümdən ayırmaq, qarşı-qarşıya
qoymaq təbiətə və cəmiyyətə fəlakət gətirir. Adətən bu yerdə deyirlər: Allah
bəndəsindən üz döndərib. Gərək bəndəliyimizi başa düşək. Hə-Yoxun nə olduğunu
bilək.
Şərq mənbələrində Olum-Tarazlıq-Ölüm, Qərb ədəbiyyatında
İnvolyusiya-Bərabərlik-Evolyusiya kimi ifadə olunan əbədi hərəkət qanunu üç
mərhələdən keçir: Birinci mərhələdə yedək başlanğıc görünüşün dəyişib fəallaşır
və sürətlə maddiləşərək çoxalmaq üçün Təkdən (Külldən, Əhəddən) ayrılır. İkinci
mərhələdə aktiv aparıcı və yedək başlanğıc (cüzvlər) tarazlaşır; iyerarxiya və
silsilə yaradır. Aşağıda olanlar yuxarı hərəkət edir. Üçüncü mərhələdə aktiv
aparıcı yedək başlanğıc üzərində təsirini artırır və çoxluq Təkə(Əhədə) qovuşur.
Beləliklə, əbədi həqiqətin üç qanunu yaranır. Bu qanunları çox yaxşı qavrayan
siyasi-şəri rejimlər alternativ olaraq Axirət, Qır qazanı, İtaət prinsiplərini
yeridir.
Siyasi-şəri Axirət prinsipi əbədiyyət axarının ziddidir. Burada cəhənnəm
qorxudur, cənnət aldadır, Həcc azdırır. Qəbr itmir, dəfinə bitmir.
Qır qazanı bişirir, yandırır, qaynadır. Nəticədə qlobal istiləşmə, sunami,
qasırğa, sürüşmə, zəlzələ kimi təbii fəlakətlər təhlükəsi yaşanır.
İtaət doktrinasında Təkallahlıq hakimdir. Burada insanın nə ağlı var, nə
iradəsi. Zəif və acizdir, olsa-olsa şeytana daş atmağa gücü çatır.
Müdriklik tarixinə görə insan üç planda mövcuddur: fiziki, astral və ilahi. Bu
səbəbdən insan Üç Dünyanın bütün qanunlarına tabedir və Mikrokosma, yəni kiçik
dünya adını daşıyır. Aqillər kiçik dünyanın hansısa mücərrəd, dərkolunmaz
qüvvədən asılılığına rəğmən “Özün özünü öyrən və tanı” deyə insanı özünüdərkə
yönəldir. İnsanla bağlı çox geniş yayılmış klassik bir fikir də var. Deyilib:
“Təbiət insanda öyrənilməlidir, insan da təbiətdə”.
Üç Dünya qanununa uyğun olaraq insanın da üç başlanğıcı var: cism, can, ağıl. Bu
üçlüyə mənəvi aspektdə baxaq:
1.cism=instinkt; 2.can=həqiqət; 3.ağıl=müdriklik. Buradan üç mənəvi əlaməti
kvaternerə gətirsək, belə bir düstur alınar:
İnsan(4)=müdriklik(1),həqiqət(2),instinkt(3) kvaternerinə psixoloji nəzər salaq:
İradə(insan)=ideya(intellekt);xeyirxahlıq(həqiqət);instinkt. İkinci kvaterner
insanın təbii olaraq öz iradəsi sayəsində ilkin ilahi başlanğıc, həyati prinsip
və faktlarla bağlılığını görk edir. Siyasi-şəri prinsiplərə gəlincə bu doktrina
insanı ilahi proqramdan çıxarır. Nəticədə nə alınır, diqqət yetirək:
İtaət=cəhalət,nifrət,vəhşilik. Göründüyü kimi siyasi-şəri rejimlərin bədnam
iyerarxiyası itaətdən başlanıb silsilə yaradır.
Zor və təhlükə qarşısında siyasi-şəri prinsipləri qəbul edən şəxsin, xüsusən
yaradıcının “astral bətn”ində, könlündə özünəqəsd baş verir. Həqiqətlə yaşamağın
ictimai zəmini olmadığını anlayan şair, nasir, natiq, rəssam və sair öz daxili
həqiqətini gözdən salır. Ona sərt və amansız yanaşır. Beləcə, tədricən ölüm
ayağına düşən həqiqətlərin qanı dedektiv və kriminala; göz yaşları şer və nəsrə;
nifrin və acı gülüşü dram və komediyaya; inilti və yanğısı musiqi və mahnıya
axıb tökülür. Öz həqiqətini itirənlər artistə, təlxəyə, tamadaya çevrilir;
yaradıcılar isə yalançıya.
Ədəbiyyatda öz həqiqətini məhv edənlərin qəhrəman obrazı yaradılır. Bu qəhrəman
müəllif timsalında tez-tez teleekrana çıxaraq qətlə yetirdiyi həqiqətinin
tikə-parələrini “Ey vətən!” deyə tərənnüm edir. Belə hallarda Nizaminin məşhur
misrası yada düşür: “Çəkil xəyanətin çirkin yolundan!”
Həqiqət ilahi bəxşişdir. Özündə sevgi, xeyirxahlıq duyğusu daşıyır. Həqiqət
olmayan yerdə həyat acı, ağu dadır:
Əgərçi sözündə dürri-danə var,
Həqiqət yoxdursa, dürr acı dadar.
(Nizami)
29 iyun 2007
“BÜTÖV ANLAM” KONSEPSİYASI
O vaxt, təxminən 13 il əvvəl “Yeni Müsavat” qəzetində Yazıçı Qor kimi görünməyə
başladım. - Bəs niyə Qor? - Bir dostum bu sözü közdən qopub uçan qığılcım kimi,
digəri ölü-gor adamı kimi izah etdi. Doğrusu, onlardan heç birinə etiraz
etmədim.
İllərdən sonra Yazıçı Qor təsadüfi təxəllüs olmadığını dedi.
İlahi, həyati, təbii və insani nə varsa, hamısı Yazıçı Qorun mövzusudur.
III yazı
Ahın dağlara, dostum, insaniyyət axarında yaşamaq imkanımız var.
...
İnsanın beynini yeyib boş qafasına lax yumurta qoyan ikibaşlı quzğun haqqında
yadınızda nə varsa, danışın. Başına qoyduğu qızıl tacın rəmzi mənalarından
xəbərsiz başlar daha keçmişdir.
Ötən əsrin əvvəlində dünya haqqında, obrazlı desək, qocalmış fikirlərin
hıqqıltısı, ah-vayı ezotik, fəlsəfi yazılarda eşidilməyə başladı. Xüsusən müasir
ezoterizmin klassikləri keçmişi təmsil etməkdən xilas olmaq üçün ideya
axtarışına atıldılar. Məsələn, məşhur Britaniya filosofu, şair Alister Krouli
“arxanı təkrar etməyə dəyməz” dedi: “İrsimizi bilməliyik, ancaq ondan kult
düzəltməyək”. Ezoterik öz qənaətinə rəğmən yeni ideyalar aləminə damğasını
basmaq üçün “Qanun kitabı” və “Yalanlar kitabı”nı ortaya qoydu. Bu sırada başqa
iddia sahibləri də qələm işlətdi.
Dünya şüur dirçəlişində “yenilik” kimi səslənən bəzi fikir və ideyaya münasibət
mövqeyində biz də öz sözümüzü demək fikrindəyik.
“Həqiqətə qul olmaqdan qaç” deyə həqiqətdən qaçan fikir, söz adamının konkret
nəyə nail olduğunu deməyə çətinlik çəkirəm. Həqiqətdən qaçan, yəni öz könlündən
imtina edən kəs heç nəyin qayğısını çəkmir. Bəs deyincə şərab içib it damında
gecələyir. Ya da narkotikə qurşanıb evinin yolunu itirir.
Mason və ya pul dağarcığı deyilən bir başqası üçün isə nəyin doğru, nəyin yalan
olduğu məna kəsb etmir. O, eyni dərəcədə həm həqiqət, həm də yalandan öz məqsədi
üçün istifadə edir. Kütlə isə bunu əxlaqsızlıq sayıb mitinqdə var gücü ilə
bağırır. İstər həqiqətdən qaçan, istərsə də həqiqətlə yalana fərq qoymayan şəxs
Şərq klassik irsinin Kamil İnsan konsepsiyasına yaddır. Nizamiyə görə, həqiqət
olmayan yerdə həyat acı, ağu dadır.
Bura öz qənaətimizi də əlavə etsək, deyərik: İradəsiz şəxs nə özünü tanıya
bilir, nə də Əllahını.
Anlat, başa sal deyən dünya şüur dirçəlişi yasaq, qadağa, məhdudlaşdırmanı ən
azı istehza ilə qarşılayır. “Qanana can qurban, dad yarımçıq əlindən”, “Qozbeli
qəbir düzəldər”.
Müasir ezoterizm NƏ İSTƏYİRSƏN, ONU ET! qanununu önə çəkir. Bu qanun anarxiyaya
aparır. Ancaq məşhur bir yazıçının fikrincə, “Anarxiya qayda-qanun yaradır”.
Nə İstəyirsən, Onu Et! anoloji olaraq demokratiyanın “necə bacarırsan, o cür pul
yığ. Pulun mənbəyi soruşulmaz” tezisini anladır.
Ezoterizmin bu qanununu abıra salmaq istəsək, gərək əlavə edək: İNSANİYYƏTƏ
SAHİB DUR. Buradan biz ezoteriklərin üzərinə qeydsiz-şərtsiz insaniyyətliyin nə
olduğunu öyrənmək vəzifəsi və səlahiyyəti düşür. Yeri gəlmişkən, ezoterizm
məsələsi “dinazavr” və “dini-azəri” mövzusu ilə əlaqədardır.
Gələcəyin təminatı fikir və ideyanın praktiki əhəmiyyətini ortaya qoymağı tələb
edir. Şərq mənbələrində Əllah-bəndə münasibəti barədə təsəvvür yanlışa,
qeyri-dəqiqliyə yol açır. Həmin təsəvvürə görə bəndə Əllahın bütöv bətni, tayı
və bərabəridir. Zira Əllah, təbiət və insan anoloji olaraq bir-birinin
bənzəridir. Bu bənzərlikdə Əllah, təbiət və insan münasibət və mübadilatdadır.
Başlanğıc Əllahu-həlaliyyətə, reallıq təbiətə, davranış insana məxsusdur.
Əllah həyat düsturudur; ali riyazi və məntiqi kateqoriyadır; təbiət bu düsturu
inkişaf etdirərək reallığa çevirir. İnsan isə öz iradə və qabiliyyəti sayəsində
ilahi düsturla yaranmış reallığa uyğun davranır. Təbiətin forma verdiyi və
az-çox nəsə əlavə etdiyi ən sadə reallıq belə Əllahdan gələn ilahi hökmdür.
İnsan həyati düsturu dərk və ona əməl etməlidir.
Ezoterizmin “qorxusuz yaradaq, yoxsa Əllahdan başqa heç nə yarada bilmərik”
deyiminə Şərq mənbələrində Əllah haqqında yanlış təsəvvürün təsir etdiyi açıqca
görünür.
Ağıl və zəkanın önə çıxması, dünyanın bütövləşməsi, insanın milli, siyasi, dini
ayrı-seçkilikdən birliyə, münasibətə gəlmə meylini əks etdirir. Təzadlıq yaradan
tərəf-müqabilləri təkləyib bir-birinə qarşı qoymaq fəlakət törədir. Dünya şüur
dirçəlişi təzadlıq yaradan tərəf-müqabilləri bir-birindən ayırmadan Bütöv Anlam
konsepsiyasını irəli sürür. Söhbət ikili dürdanələrin, yəni türkün bazisindən
gedir.
05 iyul 2007
İNSAN-MİKROKOSMA
Oxuyanda heç kimin könlünə toxunmur.
Səsi adamın canına yağ kimi yayılır.
Onun ifasında sevgi kimi, qəm də gözəldir.
Oxusun, Röya oxusun.
IV yazı: Qəfil zərbə taktikası
Qəfil zərbə müharibə, savaş taktikasıdır. Bu deyim hərbçi və idmançıların
dilindən tez-tez eşidilir.
“Ay can, ay can; pəh-pəh” Heyrət; “tfu” hiddət, “vay, ay-aman” Dəhşət nidaları
bütövlükdə cəmiyyətin, təklikdə isə insan bətnində kəskin reaksiya doğurur.
Teleseriallarda ardıcıl və sistemli olaraq bir-birini izləyən və təkrar edən
epizodlar, teleekranlarda yanğın, qəza və kriminal faktların məlumat kimi yox,
təbliğ və təhrik kimi təqdimi, qəzetlərdə fakt və hadisələrin qəsdən və məqsədli
şəkildə şişirdilməsi, yalanın gerçəklik, reallığın həqiqət kimi yeridilməsi,
şou-əyləncə və hay-küy faktorları insanın psixi-ruhi, fiziki-instinktiv
mərkəzlərini güllə, mərmi dəyibmiş kimi zədələyib dağıdır; necə deyərlər,
qaşınmayan yerdən qan çıxardır. Bu vəziyyətdə insan sanki onu məhv edəcək bir
yırtıcı önündə əliyalındır. Biz hələ burada insanı ehtizaza çəkən narkotikanı,
ehtirasa alışdıran kef-damaq, eyş-işrət məclislərini; ağrıya-dəhşətə düçar edən
kriminal qida və spirtli içkidən geniş danışmırıq.
Rəsmi statistika siyasi, şəri rejimlərin hökmranlıq etdiyi yerdə mənəvi psixi
depresiyaya uğramış adamların sayını gizlədir.
Qəfil zərbədən qorunmaq, özünü müdafiə imkanı olmayan şəxsin - “mikrokosmonun
içində həyəcan zəngləri” səslənir. El arasında “havalanıb, başına hava gəlib”
deyilən belə adamların dünya başına dar gəlir; onlar daldalanmağa sakit guşə,
yapışmağa saman çöpü axtarır.
Ruhi-psixi müvazinəti əlindən alınmış adamların, belə deyək ki, “heç nəyin
üstdə” cinayət törətməyəcəyinə təminat yoxdur. Hicablı kamikadze, terrorçu və
təxribatçılar belələrindən hazırlanır.
Bu gün cəmiyyət qəfil zərbədən necə qorunmaq problemilə üzləşib. Bunun üçün daha
qədim-daha müasir “insanı özünə tanıtmaq” konsepsiyası praktikaya
gətirilməlidir.
Pifaqor insana üç əsas istiqamətdə, dünya kimi baxırdı. O, insanı mikrokosma
adlandırıb. Dünyanı bütöv, canlı hesab edən müdrik ona ağlı, canı və bədəni olan
Tan və ya Fanes deyirdi. Pifaqor insanın mənəvi psixoloji aləmini öyrənərkən
onun gəldiyi nəticələr bu gün də elmi əhəmiyyətini itirməyib.
Qurani-Kərim “1. Qul-huvəllahu-əhəd. 2. Qul-huvəllahu-səməd!” deyir. Yəni:
Yaradan da, yaradılış da ikili və üçlü halətdədir. İkili halət təbiət və
cəmiyyətin əyani (zahiri), üçlü halət qeyri-əyani (batini) xassəsinə aiddir.
Həyatiliyin vücudiyyət haləti olan Bismillah fərd və Tanın daxili, üçlü aləmini
öyrənmyə açardır. Bu mənada:
Bismillah=ins,cins,ism; İns=cism,can; Cins=erkək,dişi; İsm=Adəm,Həvva. Bu
silsilədə cism və can fərdin üç həssas mərkəzini tanıdır:
Cism=baş(əsəb),sinə(qan),qarın(limfa). Can=ruh,hissiyat,instinkt; bu düstur
anoloji olaraq fərdin fiziki, astral, psixoloji halətinə uyğundur.
Qəfil zərbə, yəni gözlənilməz xəbər və ya hadisə insanın fiziki, astral,
psixoloji mərkəzində kəskin reaksiya yaradır. Nəticədə nə baş verir, diqqət
yetirək:
Fiziki mərkəz instinkti reaksiya vasitəsilə yaranan təəssürat kimi üzə çıxardır;
burada ağrı, kədər aş verən hərəkətin nəticəsidir.
Astral mərkəz intuisiyanı reaksiyanın doğurduğu hiss kimi üzə çıxardır; burada
emosiyanın nəticəsi olaraq nifrət yaranır.
Psixoloji mərkəz ideyanı reaksiya vasitəsilə yaranan duyğu kimi təzahür etdirir;
burada yanlışlıq əyləncə və ya şövqün nəticəsidir.
Qəfil zərbə taktikası fərdin fiziki, astral və psixoloji mərkəzlərində vəcd,
cədd, vicdan, sevgi və gerçəkliyin məhvinə xidmət edir. Vəcd, sevgi, gerçəklik
olmayan yerdə sağlam insan, ailə və cəmiyyətdən danışmağa dəyməz.
Fakt və hadisələrin Heyrət, Hiddət və Dəhşət həddinin insan bətnində doğurduğu
maddi reaksiyalar şüur və ruhumuzun bağlandığı Əbədi və Müqəddəs Ruhu hədəf
götürür. Bu cür maddi reaksiyalardan can qurtarmaq Qəfil zərbə taktikasından
qəti və təcili imtinanı tələb edir.
...
Gəlin onu edək ki, ondan yaxşı nəsə etmək qeyri-mümkündür.
10 iyul 2007
KƏRƏM-KƏRAMƏT
(dua-səna; səna-dua)
Taylı tayın tapmasa, günü ah-vayla keçər.
(Atalar sözü)
V yazı: Təzadiyyət
Qalın kitabların vərəqləri saralıb, sanki oxucu üçün darıxır.
...
Sükutu da kitabı kimi qaşqabaqlı yazıçının ölümündən sonra başı sinəsinə əyilmiş
heykəli nə deyir, bəlli deyil.
Qalın kitablar insana “təzadilər” deyir. Sonra da əlavə edir: “Gərək sağ əlin
verdiyindən sol əlin xəbəri olmasın”. Beləcə, başdan-binadan aramıza nifaq
salınıb. Barışmaz mövqelərdə üz-üzə, göz-gözə dayanmışıq. İkimizdən biri hakim,
digəri məhkum; ya da qalib müsbət, məğlub mənfi; ya da hərəmiz bir yarıyıq;
bütöv olmaq qəbahətdir.
Təzadlığın öz məntiqi var: “Birinin bədbəxtliyi digərinin xoşbəxtliyidir. Ancaq
kimi bədbəxt, kimi xoşbəxt etmək Əllahın əlindədir”. Buradan nə çıxır, guya
təzadlığı Əllah yaradıb; birini kasıb edib, digərini varlı; birini ağa, digərini
qul.
Nağıllarda kəllə-kəlləyə gələn iki qoçu xatırlayın. Onlar baş-başa gəlməsəydi,
buynuzlarından qopan şaqqıltı bağrımızı yarmazdı.
Qorxu, acizlik bizlərdən hər kəsi seçim qarşısında qoyub:
birinci halda: sən yazıq, sən aciz, sən heç nəyə qadir! Mərhəmətinə sığın göydə
Əllahın, yerdə hökmdarın. “Çünki Əllah məzlumların pənahıdır; onların dadına
yetir; onları yuxu və sirlərlə idarə edir”
ikinci halda: sən şərsən! Ev yıx, ara qat, qan axıt!
Şərh: birinci halda etiqadımızın, ikinci halda günahımızın köləsiyik. Bəs
neyləyək? - min-min illərdir sual qarşısındayıq.
Siyasilər və şərilər!.. Onlar “çubeyi-Əhməd”i, ikili həyati amili bir-birinə
düşmən edib. Qılınc çəkib, qan tökmüşük. Tariximizə baxın, müharibələr
tarixidir.
Qalın kitabları təkrar oxumağa dəyməz. Bizi başdan-binadan eləyib; bizi
müharibə, terror və münaqişəyə çəkib. Qalın kitablar deyir ki, həqiqəti
əksliklərin vəhdət və mübarizəsində axtarın. Axtardıq, tapmadıq. Əksinə, özümüzü
də cism və can deyə ikiyə böldük. İçimiz çölümüzü yeyir, kişi, çölümüz də
içimizi.
Nizami bizi doğruya, münasibətə çəkir. Nizami deyir ki, həyati ünsürlər, onlara
“yaxşı-pis” deyilməsindən asılı olmayaraq, münasibət və mübadilatdadır. Burada
təzadlıq formal, mahiyyət aparıcıdır.
Hər bədo-niki ke dərin mehzərənd,
Rəng pəzirəndeye yek-digərənd. (Nizami)
Yaxşı, ya pis hər nə dairədə var,
Rəngi, təbadülat içrədir qərar. (Tərcümə: Əkrəm)
İkili həyati ünsürlərin təkamül nəticəsi olaraq pozitivliyə, optik halətə
gəlməsi, Nizaminin sözlərilə desək, Kərəmin kəramət doğması əbədiyyət axarını
təmin edir.
Gər nə ze poşte kəramət zade bud,
Nafe zəmin əz şekəm oftade bud. (Nizami)
Kərəm doğmasaydı, əgər kəramət,
Düşərdi göbəyi yerin də əlbət. (Tərcümə: Əkrəm)
El demişkən, kərəm Allahdan, kəramət bizdən.
Qalın kitablar insanı özünə tanıtmır, əksinə özündən daşındırır. Müəlliflər ya
qəsdən, ya da başa düşmədən dua-səna, səna-dua münasibətlərini dolaşığa salıb.
Qısası, dini, siyasi və milli ayrı-seçkiliyin törətdiyi fəlakət fonunda göylərə
əl açıb imdad diləyən insanın yalvarışları eşidilir.
Qurani-Kərim deyir:
Qul-huvəllahu-əhəd;
Qul-huvəlahus-səməd.
Yəni: o dünya da duadır, bu dünya da. O dünya da sənadır, bu dünya da. Duanı
səna edən, sənanı da dua edən optik halətdir.
Eşitmə, görmə, dərk insanın batini səna halətidir.
Baş, göz, qulaq insanın səna halətinin zahiri görküdür.
İdrak (huş) anoloji olaraq dinə mənsubdur.
Görmə anoloji olaraq dövlətə mənsubdur.
Eşitmə (guş) anoloji olaraq millətə mənsubdur.
Din, dövlət və millət, yəni üçlü sənanı ayrı-ayrılıqda cəmiyyətə tətbiq edib,
qurumlar yaratmaq olmaz.
Din, dövlət və millət, yəni üçlü səna qurumları cəmiyyətdə birləşməlidir; eynən
beyin, göz, qulaq başda birləşdiyi kimi. İnsan və cəmiyyətin sağlamlığı üçlü
sənanın əlbir fəaliyyətindən asılıdır.
Əgər din dövlət və millətdən (hökumətdən) ayrıdırsa, onda cəmiyyətin nə gözü
var, nə qulağı.
Əgər dövlət din və hökumətdən ayrıdırsa, onda cəmiyyətin nə başı var, nə qulağı.
Əgər hökumət din və dövlətdən ayrıdırsa, onda cəmiyyətin nə başı var, nə gözü.
Din, dövlət və millətdən ibarət vahid qurum cəmiyyəti idarə edə bilər, başımız
bizi idarə etdiyi kimi.
...
İlhai, həyati və təbii prinsiplərə uyğun olmayan süni qurum və təşkilatların
ömrü qurtarıb.
Din, dövlət, hökumət birləşib vahid dünyəvi idarəçilik üsul-idarəsi
yaratmalıdır.
İnsan nə acizdir, nə qafil; nə də kölələik yeridən şər dahisi. Quran deyir ki,
insan Bismillahdır, yəni Əllahın əyani görkü.
19 iyul 2007
ƏKİNÇİ və QƏZETÇİ
Mətbuat günü münasibətilə
Xəbərçi-iç xəbər
Əkinçi-iç əkin
VI yazı: Reklam-(khd)
Mülayim, sadə və doğruçu olsanız sözünüz hamıya xoş gələr.
...
“Başa düşmürəm” deyə özünü avamlığa vurub qərəz, iddia və təkəbbür yeridənlərin
dövranı çoxdan qurtarıb. Daha odlu-alovlu danışa bilmirlər; olsa-olsa ruhən və
mənən kasıb obrazlarını reklam etməklə məşğuldurlar.
Biz heç də “yazar və reklam” sözlərini yanaşı işlətmək istəməzdik, zatən başqa
çarəmiz də yoxdur. Onlardan birinə - yalanı həqiqət kimi yeridib gər-gər
yeriyənə hünərin var de: gözün üstə qaşın var. Ya da sadəcə olaraq soruş: siz
oxucuya hansı ideyanı aşılayırsız?" Şərti olaraq adına P.S. dediyimiz şəxs sənin
sualına cavab vermək əvəzinə, həmin andaca fürsəti qaçırmaz, qələmini qəməyə
çevirib qanını tökər, yarana da duz basar.
“Zalım padşah və zahidin dastanı”nın yazıldığı dövrdən qərinələr ötsə də, o
zamanda olduğu kimi elə indi də “özünü ayinədə əyri görənlər” ayna sındırırlar.
Doğrudanmı ədəbiyyat, mətbuat həyatın güzgüsü olmaqla öz vəzifəsini bitmiş
sayır? Mənalı sualdır, deyilmi?! Reklam siyasəti başımızı qatmasaydı, indi
saysız-hesabsız suallar arasında itib-batmazdıq. Reklam içimizə soxulub,
düşünüb-daşınmağa nə aman verir, nə macal. Reklam barmağın hara tuşlayırsa, ora
qaçırıq; nə deyirsə, onu edirik.
İş o yerə çatıb ki, özünüreklam kampaniyası yaradılır və bu kampaniyanın üzvləri
ölkədə ən ağıllı, ən hörmətli adamlar kimi qələmə verilir; onların şəkilləri
qəzet, lövhə və divarlardan boylanır. Hətta məşhurlaşmaq üçün böyük məbləğdə
maya qoyanlar da var. Nəyin xatirinə?! Az qala pulun yaşadığımız cəmiyyətdə
aparıcı, hakim mövqedə olduğunu unutmuşduq.
Yanlış olaraq pulu dəyərə çeviriblər.
Dəyər məna və mahiyyətdir, pul olsa-olsa alqı-satqıda istifadə olunan vasitə.
“Dəyər anlamı yalnız təbii varlığın batini aləminə məxsus olan anlamdır. Süni
olan nə varsa, öz-özlüyündə dəyər daşıyıcısı deyil. Təbii olan hər şeyin öz
dəyəri var...
Münasibət və mübadilat xassəsini itirmiş dəyər dəyərdən düşür və bütün dəyərlərə
qənim kəsilir". (Əkrəm)
Deməli, süni dəyərə çevrilən pul bütün təbii dəyərlərin məhvinə xidmət edir. Elə
buradaca reklam meydan sulayır; cəmiyyətə göz verib, işıq vermir. Onun diqqətini
söz, fakt və hadisənin məna və mahiyyətindən yayındırır. Cəmiyyətə qanmazlıq
təlqin edir. Hara baxsan reklam, hər yanda reklam - avtobusda, metroda, qatarda,
teleekranda, qəzetlərdə, hasarlarda və sairədə. Reklam hər şeydən öncə “ən yaxşı
adam”, “ən yaxşı qida”, “ən yaxşı dərman”, “ən yaxşı kitab”, “ən yaxşı ...” və
sairə imicini formalaşdırır. Yaxşı adam imicinə gəlincə, İncil deyir: “Ehtiyatlı
olun, insanlara özünüzü göstərmək üçün yaxşılıq etməyin...”
Belə çıxmasın ki, biz reklama yasaq, qadağa qoyulmasına cəhd göstəririk. Yox.
Sadəcə, cəmiyyətin reklam torbasına düşməsini yox, reklamın dərkinə yönəlməsini
istəyirik. Təəssüf doğuran odur ki, reklamçılıq təkcə məişət və ictimai
faktorlarda deyil, klassikamıza, bəşəri dəyər və irsimizə aid olan son dərəcə
vacib, məsuliyyətli məsələlərdə də özünü göstərir. Burada tam aydınlıq olsun
deyə mövzuya fərqli məqamlardan yanaşmağı zəruri sayırıq:
birinci məqam, şərt qoyulur ki, siz ancaq reklam-təbliğat üslubunda danışa
bilərsiniz. Buyurun, professor.
Filologiya elmləri doktoru öz tərcümeyi-halını danışdıqdan sonra ona ayrılmış
vaxtın 15 dəqiqəsini Nizami ilə bağlı tədqiqatına həsr edir. Ədəbiyyat
professoru Nizamini bəs deyincə, ağızdolusu tərifləyir; onu dahi, nəhəng, böyük
adlandırır. Beləliklə, dinləyici “Nizami cəmiyyətə nə verib, nə öyrədir” sualına
ədəbiyyat professorundan gözlədiyi cavabı ala bilmir. Burada dahi, nəhəng, böyük
sözləri Kütləvi hipnoz vahidləri olaraq dinləyicinin ağlıyla hissiyatı
arasındakı əlaqəni kəsir, ona mənasızlıq təlqin edir. Nəticədə dinləyici Nizami
irsininin məna və mahiyyətini anlamaqdan məhrum edilir. Təəssüf ki, bu ənənənin
təkrarı ilə tez-tez üzləşirik.
ikinci məqam, siz tamamilə sərbəstsiniz. Buyurun, danışın, hörmətli tədqiqatçı.
Tədqiqatçı mətbuat günü münasibətilə Həsən bəy Zərdabi haqqında qısa məlumat
verib, onun öz qəzetinə nəyə görə “Əkinçi” adı verməsi məsələsi üzərində
dayanır. “Nə üçün əkinçi?” sualına dəqiq, yığcam, cavab üçün tədqiqatçı öncə
bəşəri dəyərlərdən olan “İncil”ə müraciət edir.
“İncil”də Göylərin Padşahlığı tarlasına sağlam toxum səpən əkinçiyə bənzədilir.
Əkinçidən sonra tarlaya gələn başqa adam buğdaların arasına dəlicə səpir.
Beləcə, əkinçi dəlicə səpənlə qarşılaşdırılır. Burada əkinçinin cəmiyyət üçün
xeyirli adam olmasına diqqət yönəldilir.
“Həsən bəy Zərdabi qəzetinin adını təsadüfən ”Əkinçi" qoymayıb. Qəzetçi elə
əkinçidir. Onun əkdiyi toxum cəmiyyətə səpdiyi fikir və sözlərdir. Bu fikir və
sözlər sağlam olmayanda cəmiyyəti məhv edir". (Əkrəm)
Deməli, əkinçi də, qəzetçi də - hər ikisi yaradıcıdır. Əkinçi səpdiyi toxum üçün
sağlam mühit və sağlam toxum seçir, qəzetçi isə yaydığı fikir və sözlər üçün.
Əkinçi səpdiyi toxumun cücərməsinə, yetişib bar verməsinə nəzarət etdiyi kimi,
qəzetçi də yaydığı söz və fikirlərin ərsəyə gəlməsinə, yayılmasına, hərəkət
etməsinə nəzarət edir. Nəzarət vasitəsi isə güzgü dediymiz qəzetdir. Anoloji
olaraq deyə bilərik ki, Yaradan da yaradılış prosesinə nəzarət edir. Nahaq
deyilməyib ki, Əllah hər şeyi görəndir, hər şeyi biləndir.
İkinci məqamda Kütləvi hipnoz vahidlərinin işlənmədiyi göz önündədir. Ona görə
də dinləyici “Nə üçün əkinçi” sualına sadə, aydın, yığcam və köklü cavab ala
bilir.
Oxucunun hər iki məqamda gətirdiyimiz nümunələri müqayisə etmək imkanı var.
Müqayisə edin və nəticəyə gəlin. Reklam “Kərəm deməkdir. Kərəm batində, kəramət
isə zahirdə gərəkdir”. (Əkrəm)
Elə ki, kərəmin sardı aləmi,
Yeri çulğuladı aləmin qəmi.
(Nizami, tərcümə Əkrəm)
Reklam Kütləvi hipnoz doktrinasıdır (khd).
Kütləvi hipnoz doktrinası insanın şüurlu fəaliyyətini məhdudlaşdırmaqla
siyasi-şəri rejimlərin cəmiyyət üzərində ağalıq iddialarına xidmət edir.
23 iyul 2007
ƏBƏDİYYƏT
(Olum-ölüm)
VII yazı: Təzadiyyət (Olum, ya ölüm)
Böyük, ya kiçik - fərq etməz, oxuduğum kitabların kiməsə - yaxşı, ya pis, haqq
qazandırmaq cəhdi məni hövsələdən çıxarır. Nə oxumaq, nə yazmaq; bəlkə əllərimi
bir-birinin üstünə qoyum, dinməz-söyləməz oturum.
Dad naftalin qoxuyan “bolşevik” başlardan. Onların dedi-qodusu adamı xəstə
salır. Bolşevik başlar guya əzabkeş olduqları üçün hələ də ağlaşırlar. Sizi
bilmirəm, mən onlara təsəlli vermək həvəsində deyiləm. Təsəlli həll edir, amma
nəyi?
Qərəzsiz və nəsiz yaşamağa nə var. Sadəcə, gərək ruhumuzu və ağlımızı
təmizləyək. Təkəbbür və hikkə bizlərdən hər kəsi itaətə aparır. Cahil olduğumuza
görə şərə, qorxaq olduğumuza görə xeyirə əyilirik. Qədim adamlar haqqında
deyilib: onlar xeyirə də inanırdılar, şərə də. Daş kitabələr dindirəndə dinir,
bəlkə də heç kimin bilmədiyi sirləri bəyan edir: “...Başımız üstündə göy
şaqqıldadı, ayağımız altında yer oynadı. Alnımıza şimşək qırışlar yazıldı,
canımıza üşütmə darışdı... Ağlımızdakı zəiflik və canımızdakı üşütmədən şər
yaratdıq... İçimizdə şər yaşatdıq, çölümüzdə xeyir.
Şərlə xeyir arasındayıq. İçimiz çölümüzü yandırır, çölümüz də içimizi. Əllərimiz
göylərə qalxıb, əllərimiz göylərə yalvarır: - İlahi, kölgəni üstümüzdən əskik
eləmə. İlahi, dadımıza yet...".
Qədim kişilər təzadlıqda həqiqət arayırdı. Pifaqorun insan haqqında təlimi
bir-birinə əks olan iki xüsusiyyətə: yaxşı-pis, xeyir-şər təzadlığına söykənir.
İkili həyati başlanğıcın təzadlıq kimi dərki azmış kimi, rejim ideoloqları
Əksliklərə yeni-yeni ağa-qul, varlı-kasıb kimi etdikləri “əlavələr”i (!) Əllahın
adı ilə bağlayaraq ictimai haqsızlıq və sosial ədalətsizliyi az-çox pərdələyə
biliblər.
Tarixi-materializm hələ də təzadlığa əksliklərin vəhdəti və mübarizəsi (?) kimi
baxır. Təzadiyyətin ictimai tətbiqi mübarizə, münaqişə, qovğa, qırğın, müharibə,
terror silsiləsi yaradıb.
Vaxt vardı bütün Avropa birağızdan monoloq oxuyurdu: olum, ya ölüm. “Olum, ya
ölüm” atadanqalma mirasa nisbət qohum-qaranı, dost-tanışı və hamını
qarşı-qarşıya qoyub bir-birinə qırdırdıqdan sonra sakitləşib, daha heç nəyə
yaramır. Şekspirə uyanlar peşimançılıqla əllərini dizlərinə döyüb Sufizmdə
təsəlli axtarırlar.
Sufizm həyati amillərin (fəsillərin, gecə-gündüzün, illərin) paralel və ardıcıl
hərəkət tərzidir. Kütləvi təlim fəlsəfə ilə filosofiyanı eyniləşdirərək camaatı
çaş salıb. Fəlsəfəni filosofiya ilə eyniləşdirsək, Səfi və Sofiyanı, yəni
erkəklə-dişini bir-birindən ayırd edə bilmərik. Fəlsəfə və filosofiyaya elm
statusu verilməklə ürfanın yüyəni Sufizmin əlindən alınıb. İndi-indi, yəni
hərəkət istiqaməti haqqında söz-söhbət getdiyi bir vaxtda Sufizm təlimlərinin
yeri görünür.
İkili həyati başlanğıcın, təzadlığın gözündən uzaq, şərhi Stoizm (dözümlülük)
fəlsəfəsinin tarixi xidmətidir; bu gün də dəyər və aktuallığını itirməyib.
Stoizmə görə təbiətdə əbədi, dəyişməz olan iki xüsusiyyət var: biri aktiv və ya
kişi; o biri passiv və ya qadın. Birinci efir və ya ilahi ruh daşıyıcısıdır.
İkinci isə aktiv prinsiplə əlaqəyə girənə qədər sərbəst olur. Stoizmin qənaəti
nəticədə həyati düsturu təsbit edir: + (+) ─ = +
Təzadlıq qəsdən ilahi prinsip kimi qələmə verilib. Bu da siyasi-şəri rejimlərin
cəmiyyət üzərində ağalıq iddialarına haqq qazandırıb və qazandırır. Əksliklərin
mübarizəsi göz qabağındadır: bu mübarizə yumşaq rəqabət üslubunda pul və zor
hesabına yeridilir. Həmçinin süjetində “terrorla mübarizə terrorizmi” dayanan
film və teleserialların təkrar-təkrar nümayişi ən azı ironik bir gülüşə səbəb
olacaq bəsit dünyagörüşü dirçəltmək cəhdlərindən xəbər verir. Necə deyərlər,
küpəgirən qarı təzə donda göz qamaşdırır.
Başqa yöndən, regional, məhəlli münaqişələrin, eləcə də qlobal istiləşmə, sunami
kimi təbii fəlakətlərin nəticələri ilə əlləşirik. Bütün bunların, yəni
münaqişələrin həlli, təbii fəlakətləri törədən səbəblərin dərki və əlacı Bütöv
Anlam Konsepsiyasının (BAK) ictimai tətbiqini tələb edir.
...
Bütöv anlama gəlsək, duamız bitər. Amin, ya Rəbbül-aləmin.
3 avqust 2007
AİLƏ
Ata, ana və uşaq - üçü bir yerdə ailə deməkdir
VIII yazı: Kişi-qadın (aşiq-məşuq)
“Uşağa ata və ana gərəkdir”, yəni uşaq (bərabərlik) aktiv aparıcı (ata) və yedək
aparıcı (ana) tələb edir:
Ata + ana=uşaq; (+) + (─)=∞
Tarixən aktiv aparıcıyla yedək aparıcının, yəni atayla ananın, kişiylə qadının
yeri dəyişik salındığına görə cəmiyyət müsibət və fəlakətlərə tuş gəlib. Şair
demişkən, yerimiz səhv düşdüyünə görə müsibət olmuşuq.
Separat rejimlər kişi və qadını mason və madon kimi qarşı-qarşıya qoyub, “ayır,
buyur” siyasəti yeridib. Fəlsəfə, filosofiya, sosiologiya, ədəbiyyat və sairlər
isə bu siyasətə haqq qazandırıb.
Kont “Pozitiv fəlsəfənin istiqamətləri”ndə qadının ana funksiyasından azad
edilərək kişinin kompanyonu (şəriklisi) olmasını irəli sürür. Hətta bu vəzifənin
gələcəkdə qarıqızlara həvalə edilməsini də təkid edir.
Ali məktəbdə dərs deyən bir sosioloqun “qeyd dəftəri”ndən oxuyuruq: “Ailə
ictimai qurumdur... Ailənin hüquqi əsasını nigah təşkil edir”.
Nigah, qeydiyyat əsasında qurulan ictimai ailələr elə bəri başdan sevgi,
məhəbbət deyilən həyati münasibətlərə arxa çevirir. Bu tip ailələrdə çox
keçmədən soyuqluq, narazılıq və qarşılıqlı ittihamlar baş qaldırır. Onlar
“bir-birimizi başa düşmürük, bir yerdə yaşaya bilmirik” deyə tez-tez məhkəmə
qarşısında dayanırlar.
Qadın hüquq və mənafe təmsilçiləri ailəyə həyati yox, ictimai yanaşır - bu bir,
ikincisi, nigahı, qeydiyyatı ailənin əsası kimi qəbul edirlər. Məhz bu iki səbəb
ailədə ziddiyyət, anlaşılmazlıq yaradır. Nəticədə, nəhayətdə ailə dağılır.
Ailənin ictimai xarakteri siyasət və şəriətin elə ictimai ailələrin işinə
qarışmasına fürsət verir. Beləliklə, siyasi şəri rejimlər ailələrə soxularaq
onların timsalında özləri üçün sosial baza yarada bilirlər.
Ailə, uşaq və qadınla bağlı Azərbaycan cəmiyyətində müxtəlif adlarda fəaliyyət
göstərən təşkilatlar var. Mövzu ilə əlaqədar həmin təşkilatlarla əlaqə yaratdıq,
sorğu apardıq.
Azəri-türk Qadınlar Birliyindən verilən məlumata görə, bu təşkilat qadınların
qanuni mənafeyini qorumaqla məşğuldur.
Sual: - Qadınların mənafeyini kimdən qoruyursunuz?
-...
Sualımıza aydın cavab ala bilmədik.
Qadın Konsensus Mərkəzinin rəhbəri bildirdi ki, Milli Məclisdə kişi-qadın
bərabərliyi haqda qanun qəbul etmək üçün müzakirələr gedir.
Sual: Kişi-qadın bərabərliyi nə mənada - fiziki, yoxsa mənəvi? Bəs hüquqi nə
deməkdir?
- Bilmirik. Ancaq dünya kişiləri yox, qadın haqlarını qoruyan təşkilatlarla
doludur.
D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyəti “Qadınların hüququnu,
mənafeyini müdafiə etməyi və lider qadınlar yetişdirməyi” öz fəaliyyətinin əsası
hesab edir. Hətta bu təşkilat kişiləri də qadın hüquqlarının müdafiəsinə cəlb
edə bilib.
Ailə, uşaq, qadın Komitəsi isə “Ailə, uşaq, qadın hüquq və mənafeyinin təmin
olunması” arzusu ilə yaşayır.
Beləliklə, qadınların təklənməsi, onların birtərəfli qaydada qadın
təşkilatlarına cəlb olunması faktları ilə üzbəüzük. Kişi-qadın ikili həyati
amillərimizin görküdür. Qadının təklənməsi, ikili həyati amillərin qarşı-qarşıya
qoyulması ailə deyilən bir nüvəni parçalayır.
Qadın hüquq və mənafe təşkilatları ya həqiqəti anlamır, ya da qəsdən danırlar.
Sadəcə, özlərini yaxşı göstərmək üçün təmtəraqlı, gəlişigözəl sözlər işlədirlər.
Həqiqəti gizlətməyin həqiqəti deməkdən çətin olduğunu nəzərə alsaq, onların
cavabları bizə müəyyən nəticələrə gəlmək imkanı verir:
Birinci məqamda qadın mənafeyinin qorunmasından söhbət gedir. Əslində “qadın
mənafeyinin qorunması” həyati ailə strukturu daxilində kişi-qadın arasında
ziddiyyət, didişmə yaradır. Qadın təklənir. Ancaq kişi-qadın vəhdəti və
münasibətində qadın mənafeyi qoruna bilər.
Lütf edin, cənablar, nə kişini kişilikdən çıxardın, nə də qadını qadınlıqdan.
İkinci məqamda kişi-qadın bərabərliyi irəli sürülür. Görünür, kişi-qadın
münasibətində kişinin aktiv aparıcılığı qadın hüquq və mənafe təmsilçisinin
ürəyincə deyil. Kişi-qadın, ata-ana bərabərliyi həyati ailə strukturunda ancaq
uşaq timsalında mümkündür.
(Aktiv+passiv=bərabərlik, yəni: ata+ana=uşaq)
Məsələnin fiziki tərəfinə gəlincə, kişi-qadın bərabərliyindən danışmağa dəyməz.
“Qadınla kişi fiziki olaraq bərabər yaradılsaydı, kainat məhv olardı. Qiyamət
qopardı. Qadınla kişi arasında fiziki fərq həqdir, həqiqətdir. Bu fərq
olmasaydı, mərkəzəmeyl qüdrətimiz və əbədiyyət axarımız da mümkün olmazdı (!)”
Üçüncü məqamda qadın liderləşdirilir, yəni həyati ailə strukturunda kişiylə
qadının yeri dəyişdirilir. Bu da cəmiyyəti fəlakət və müsibətlərə aparır, necə
ki aparıb.
Dördüncü məqamda “Ailə, uşaq, qadın” sırasında kişinin aparıcı rolu, yumşaq
desək, Komitə səviyyəsində unudulub.
Nikaha, yəni qeydiyyata söykənən ictimai ailə qurumu özünü doğrultmur. Bu barədə
dünya mətbuatı tez-tez yazır.
Ailə dediyimiz fenomeni nigah və ictimailik yox, sevgi və həyatilik yaşadır.
9 avqust 2007
TARAZLIQ
Oziris(+) + İzida(─)=Qor (∞)
İşıq(+) + Qaranlıq(─)=Alaqaranlıq (∞)
İnam, təqva, yəqinlik - üçü bir yerdə dərkimizi təmin edir.
IX yazı: Köhnə din - yeni din
Baxırıq görmürük, eşidirik anlamırıq: - kimsə həvəskar rəssamın çəkdiyi şəklə
bənzəyir, deyəsən özü də yad dildə danışır.
...
Yalana söykənən ictimai dinlər min-min illərdi cəmiyyətə inam təlqin edir.
V.A.İstarxova görə inam kordur; nə bilik, nə ağıl, nə də təcrübə tanıyır.
Müqəddəs dini kitabları anlamaq, qanmaq qadağası var. Sanki “cız” deyə hər kəs
uşaq yerinə qoyularaq dərk və dərrakədən çəkindirilir. Şübhə etmirik, Əhdi-Ətiqi
çox adam əlinə götürüb, zira onların əksərriyəti bu kitabın əsil mahiyyətini
anlaya bilməyib. Çünki Qüdrət sahibi Musaya əmr etmişdir ki, Əhdi-Ətiq
“həqiqətləri”ni ancaq onun öz ətrafında olan 70 müdrikə desin.
“Olum Kitabı”nda şərt qoyulur ki, bu kitabı başa düşən ya susmalı, ya da
eyhamlarla danışmalıdır. Yeri gəlmişkən, «Удар Русских Богов» kitabından bir
sitata diqqət yetirək: «Не любит библийский бог правды и наказывает того, кто её
говорит»
Dini kitablara yoluxdurulmuş yalanlar nə qədər yaşmaqlansa da ciddi arqumentlər
qarşısında tab gətirmir, elə ilk baxışdan dağılıb yerlə yeksan olur.
Yalan dinlər ya həqiqəti gizlədir, ya da həqiqəti danışmağı yasaq edir.
Kərtənkələ ilana zəhər verdiyi kimi Gizli doktrinalar da ictimai dinlərə kəsər
verib, itiləyib onları dəhşətli silaha çevirib. “Gizli”lik həqiqiliyin,
həqiqətin və həyatiliyin qənimidir. “Gizli”nlər açılıb bəlləndikcə hakimiyyətdən
bərk-bərk yapışıb əldən vermək istəməyən şeytani qrupların başı daşdan-daşa
dəyir, onların söykəndiyi yalan dinlərin paxırı açılıb üzə çıxır. Beləcə, Kosmik
Balıq Erası öz yalan və iyrənc əxlaqıyla ömrünü başa vurur. Şeytani qruplar isə
“burda bizik, Bağdadda kor xəlifə” deyir. Neyləsinlər, hakimiyyətin dadı
damaqlarına möhürlənib. Bütün vasitələrlə vaxt udub, tab gətirirlər. Ümidləri
yeni yaranacaq informasiya silahına, yəni XXI əsrin yalan dininə bağlanıb.
Yeni din yaradanlar Tibetin möcüzəli ağacı Kunbum yarpağında göndərilən
tövsiyələri oxusaydılar pis olmazdı, onların yeni yalanlarına əsas tapılardı.
(Bağışlayın, burada kinayəsiz ötüşmək olmur).
Nizami təlimləri öyrədir ki, haqq-ədalət olmayan yerdə xəyanət bitir. Yeni dinə,
əslində yeni xəyanətə uyanlar bir deyil, beş deyil. Onlardan biri, obrazlı
desək, aravuran, evyıxan ərpimiş qarını müasir dəbdə geyindirib-kecindirib ərə
vermək üçün əlimyandıda sponsor axtarır.
Yalan dinlər siyasi-şəri rejimləri doğub. Xristianlıqdan kommunizm, kommunizmdən
isə demokratiya əmələ gəlib. Demokratiya sakit, sezilmədən cəmiyyəti
zombiləşdirir; insanın başını “vacib” informasiyalarla doldurur; onların ağıl və
mənəviyyatını ələ alıb istədiyi kimi idarə edir. Bəli, siyasətçilərin dəm
vurduğu demokratiyanın kürkünə birə düşüb. İndi, İncilin dediyi kimi, “örtülü
bir şey yoxdur ki, açılmasın. Gizli bir şey yoxdur ki, bilinməsin”.
Gizli doktrinalar bəlləndikcə, el sözü ilə desək, sandıq açılıb, pambıq
töküldükcə “İki həpənd”dəki söhbətə bənzəməyən dialoqun şahidi oluruq:
- Bizə yalan satıblar!
- Kişi, nə danışırsan?!
Yalan Yer üzərində haçandan ayaq açıb?! Yəqin o vaxtdan da dünyada nizam, mizan
pozulub; cəmiyyət yalana-yanlışa, bəşəriyyət xəta-bəlaya, təbiət talan və
inhisara tuş gəlib. Bu səbəbdən də Musa yasaq və qadağalardan yan keçib “Həqiqət
və yalnız həqiqət! Həqiqətdən başqa dünyaya heç nə gətirməyin” deyə müdrik və
danəndələrə tövsiyyə edib.
Yalan dinlər gizli doktrinalar hesabına cəmiyyəti həqiqət, həqiqilik və
həyatilikdən yayındırıb. Yəni ikili həyati amillər bir-birindən təcrid edilərək
təzadlaşdırılıb. Nəticədə münaqişə, müharibə, terror kimi cəmiyyət; qasırğa, su
basqıları, qlobal istiləşmə kimi təbiət fəlakətləri qol-qanad açıb.
İnsan təbiətlə münasibətdə yox, müharibədədir.
İnsan bir-birilə münasibətdə yox, münaqişədədir.
Yer üzərində yalan ayaq açandan insan həqiqət, həqiqilik və həyatilik axtarır.
“Təbiətin qanunu! - bu, Əllahın fikridir” deyimini hermetizmin
tədqiqatçılarından biri olan Ersted 2 min ildən sonra “Onun fikri parçalanmaz”
deyə təkrar etdi. Deməli, Ersted həqiqət və həqiqiliyi ikili həyati başlanğıcın
təkamül nəticəsi olaraq yaratdığı tarazlıq və mükəmməl harmoniyada görür. Söhbət
Bütöv Anlam (BA) dediyimiz təlimin mahiyyətində dayanan tarazlıq və harmoniyadan
gedir. Bu səbəbdən təbiət və cəmiyyət problemlərinin həllini Bütöv Anlamdan
kənarda axtarmaq sadəlövhlük olardı.
Gərək Bütöv Anlama gələk. Amin, Ya Rəbbül-aləmin!
23 avqust 2007
GÖRÜNƏN VƏ GÖRÜNMƏYƏN ALƏMLƏR
Batin-zahir; səbəb-nəticə
Əllah həyati düsturdur: + (+)─ = +
X yazı: Anemiya (qanazlığı)
Müasir elm zahiri görür, tədqiq edir və öyrənir; zira batindən xəbərsizdir. Ona
görə də yanlış nəticələrə gəlir. Burada anoloji olaraq səbəb-nəticə münasibəti
də ortaya çıxır. Misal olaraq məhkəmə faktlarına nəzər yetirsək, aydın olar ki,
hakim prosesdə cinayət və hadisənin səbəbini nəzərə almır, nəticəyə görə, yəni
cinayət və hadisənin görünən tərəflərinə görə hökm çıxarır.
Batin nəzərə alınmırsa, məna azdırılır; səbəb nəzərə alınmırsa, cinayət faktoru
gizlədilir. Deyəsən, gizlinlik əlaməti olaraq batin və səbəblərdə siyasi-şəri
rejimlərə məxsus mənafe daldalanır.
Məsələyə elmi yanaşsaq, şübhə qalmaz ki, zahir batini, görünən görünməyəni əks
etdirir. Okkultizmə görə “...zahiri aləmdə sizi həyəcanlandıran, heyrətləndirən
gördüyünüz nə varsa, görünməyən ideya və qanunların təcəssümüdür. Hissiyatınıza
təsir edən predmet haqqında təəssürat sizi müəyyən düşüncəyə sövq edir”.
Əgər biz görünməyəni, konkret olaraq insanın mənəvi- psixoloji aləmini öyrənmək
istəsək, onun şəxsində nəyə diqqət yetirməliyik? - əlbəttə, onun geyiminə,
xarakterinə və hərəkətinə. Geyim və xüsusi manevrlər insanın tərbiyəsindən xəbər
verir; daha doğrusu, olsa-olsa onun daxili xüsusiyyətlərini zəif əks etdirir.
Bizi duyğulandıran bütün fiziki fenomenlər, obrazlı desək, yüksək mahiyyətin -
ideyanın geyimidir.
Quran deyir: “Əllahum-məsəlli əla Muhəmmədin və ali Muhəmməd”. Yəni: bütün
mühümmat, ideya Əllahın təmsili, təcəssümüdür. Mühümmat, ideya hərəkətə gələndə
iradəyə çevrilir. Okkultizmin nəzərincə, “iradə yaradır, yaxud iradə hərəkətdə
olan gücdür; güc isə materiya istehsal edir”.
İnsan İlahinin ona bəxş etdiyi yüksək şüur və sərbəst iradə sahibidir. Buna görə
də iş görməzdən öncə düşünüb daşınır, yüz ölçüb bir biçir, emosiya və ehtrisa
uymur, ağılla-başla və təmkinlə hərəkət edir.
Siyasi-şəri rejimlər tarixən də, elə indi də insanın şüur və iradəsini hədəf
götürüb. İnsanın başından ağlını, qolundan gücünü almaq üçün hava və qida
azlığına istinad edən xüsusi ssenari həyata keçirir. Bir kənd qadınının
ifadəsilə desək, “ağrın alım, onlar baş ağrıdan pis-pis işlər görürlər”.
Baş ağrıdan pis-pis işlər, yəni hava, qida azlığı hesabına “Anemiya” deyilən
doktrina həyata keçirilir. Həmin doktrinanın tələbinə görə:
birinci, mümkün olan hər yerdə sulara çirkab və zəhər axıdılır. Meşələr
yandırılır, atmosfer çirkləndirilir. Süni yollarla təbiət hadisələri törədilir.
Nəticədə yaşayış şəraiti pisləşir, hava çatışmazlığı və içməli su qıtlığı
yaranır. Müxtəlif xəstəliklər baş qaldırır.
ikinci, “Yoxsulluqla mübarizə proqramı” yoxsulluğu inkişaf etdirir.
üçüncü, yaşamaq imkanı məhdudlaşdırılır. Bu siyasət hər yerdə, hətta ucqar dağ
kəndlərində də belə həyata keçirilir.
(Gədəbəy rayonu, Söyüdlü kənd sakinləri: “Pay torpaqlarımız, örüş və otlaqlar
əlimizdən alınıb. Dilənçiliyə sürüklənirik. Əhd etmişik, əgər əlimiz gətirsə,
icra başçısı və bələdiyyə sədrinə ”dolya" verəcəyik).
Həyat şəraiti pisləşdikcə, yaşamaq imkanı daraldıqca insan ruhi-psixoloji olaraq
sarsılır. Şüurlu fəaliyyətini, iradi sərbəstliyini tədricən itirir.
“Əgər beyninizin öz funksiyasını yerinə yetirməsi üçün kifayət qədər qanı
olmasa, onda iradəniz sizin istəyinizə baxmayaraq, bədəni hərəkətə gətirə
bilmir; halsız olursunuz, quruyub yerinizdə qalırsınız. Hətta tədricən şüurdan
da məhrum olursunuz.
Anemiya qanda dinamizmin çatışmazlığı deməkdir. Dinamizm isə qanı bütün
orqanlara paylayan gücdür...
Qanın tərkibi əhəmiyyətli dərəcədə qidanın, psixoloji güc isə qanın tərkibindən
asılıdır. Məhz buna görə də müvafiq yemək psixoloji gücün keyfiyyətini və onun
vasitəsilə də insanın zahiri aləmə baxışını dəyişdirir".
Okkultiv elm təsdiq edir ki, anemiya insanı diz üstündə çökdürür, onu itaətə
tabe edir. Şüurlu fəaliyyət və iradi sərbəstlikdən məhrum edilmiş adam
instinktiv varlığa-qoşqu atına çevrilir. İnstinktiv adamı yemək, içmək və
yatmaqdan başqa heç nə maraqlandırmır. İctimai dinlər ağıl, huş və iradədən
məhrum edilmiş, yəni yoxsulluq ucbatından bəlaya düşmüş adamlara oturanda da,
duranda da Əllaha dua etməyi tövsiyyə edir.
İnsanın hüquqi müdafiəsi onun mənəvi, sosial müdafiəsi isə onun maddi haqqının
tapdanğını görk edir.
İnsanın səna-dua halət və tarazlığını əlindən alıb, ona kökə uzatmayın,
cənablar! İnsanın yaşamaq və yaşatmaq haqqını tanıyın.
30 avqust 2007-ci il
İNSAN - ALİ YARADILIŞ
Səna-dua
İdeya-hərəkət-iradə
XI yazı: Mifik obraz. Əbədi əzab doktrinası.
Özünü təlxəkliyə qoyub hansısa məşhuru yamsılamaqla güzəran qazanan adamın
həyatı daha acınacaqlıdır. O, “insan özünü tanısaydı, özündən başqa heç nəyə
arxalanmazdı” dedi: - biz özümüzü tanımırıq. Bizi özümüz haqqında deyilən bütün
yalanlara inandırırlar.
Adını şərti olaraq S.İ. yazdığımız şəxs real aləmə sığmadı: “Bizi gördüymüzü
çağırmağa vadar edirlər” dedi: - biz ağılsız-başsız yaşamağa, əbədi əzaba düçar
edilmişlərik.
S.İ. qadağa və hədələri asanlıqla basıb keçirdi; buna görə də onu “avara”,
“axmaq”, “narkoman” elan edib abırdan salırdılar. S.İ. “məni pis-pis işlər
görməyə vadar edirdilər” dedi: - mən aldığım qəpik-quruş müqabilində heç kim
haqqında yalan-yanlış yazmadım.
S.İ. ürəyini boşaltmaq üçün daha çox ümid bəslədiyi redaktordan guşə-sığınacaq
istədi. Yox, cavabı alan yazıçının hamıya və hər şeyə əlvida deməkdən savayı bir
çarəsi qalmadı: “Mən heç yerdən gəlmişdim, heç yerə də gedirəm” dedi: - siz nə
qədər çətin olsa da, nə ağlınızdan imtina edin, nə də iradənizdən.
Yazıçı S.İ.-nin ruhu şad olsun deyə, bu yazını onun dilindən qələmə alırıq:
- Nə qədər ki, elm axsayır, yəni əyaniliyə istinad edir, mən Pifaqorun mistik
dekadasından üstün heç bir təlim tanımıram. Məhz Ksenokrat Pifaqorun
“rəqəmləri”nə istinadən mono, dua və triadaya uyğun dərkin üç dərəcəsini müəyyən
edib: ağıl, şüur və iradə. Çox-çox sonralar okkultiv elm Ksenokratın nəzəri
baxışlarının praktiki tədqiqinə girişib və bir çox gizli doktrinalara açar ola
biləcək nəticələrə gəlib.
Okkultiv elm göstərir ki, xarici təsirlərə cavab reaksiyasına görə insan iki cür
olur: impulsiv və ağıllı. İmpulsiv insan ona edilən təsirə cavab olaraq
düşünüb-daşınmadan əlbəyaxa döyüşə atılır; ağıllı insan isə cavab verməzdən
əvvəl götür-qoy edir, ölçüb-biçir, hiss və ehtirasla deyil, düşüncə və məntiqlə
hərəkət edir. Həqiqətən də insan iradəsi hesabına istənilən vəziyyətdə şüurlu
davranmaq imkanına malikdir. İnsan ilahi bəxşeyiş olan şüur və sərbəst iradə ilə
davranmayanda şeytan deyilən mifik obrazı ətə-qana, yəni hərəkətə gətirir. Məhz
instinktiv-impulsiv, yəni qeyri-şüuru və qeyri-iradi adam şeytanın prototipidir.
(Kainatın 2-li cəm forması şey, 4-lü cəm forması əşya, 10-lu cəm forması şeytan,
20-li cəm forması şəyatin adlanır).
Quran Fatihəsinə nəzərən manyak separat rejimlər ğeyrəl-məğzubi adamdan istifadə
edərək Əbədi əzab doktrinası yaradıb. Bu doktrina isə “ğeyrəl-məğzubi”ləri
səfərbər edib, onların əlilə dəyər, irs, mənəviyyat və madiyyatımızı qatı
qəddarcasına (vələzzaallin) repressiya və talan edir.
Şeytan, əslində ğeyrəl-məğzubi, qeyri-şüuri, qeyri-iradi adamdır. Əbədi əzab
doktrinası isə bu şeytanı hərəkətə gətirir; Əllahın adından istifadə edərək
şeytana deyir: “Onlardan (insanlardan) kimi bacarırsan səsinlə, vəsvəsənlə
yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et. Onları harama, zinaya
sövq etməklə mallarına və övladlarına ortaq ol, onlara cürbəcür yalan vədlər
ver. Şeytan ona uyanlara yalnız yalan vəd edər”.
Yoxsulluqdan qorxub alçaq işlərə qoşulan, adamları qarşı-qarşıya qoyub ara
vuran, ev yıxan ğeyrəl-məğzubilər olmasaydı, Şeytan da olmazdı. De Myusse
“Memuar”ında şeytan haqqında yazır: “Əgər şeytan olmasaydı, onda Xilaskar,
Çarmıxaçəkilmiş, Əzabkeş çox gülməli, ştatdankənar, lazımsız işçi olardı. Xaç
isə xeyirxah, gözəl hisslərin təhqirindən başqa heç nəyə yaramazdı”.
Zira, xristian kilsəsi Şeytanı rəsmən tanıyıb. Bu o deməkdir ki, dünyanın hər
yerində, harada mümkündürsə orada şeytani doktrinanın ictimai tətbiqinə
xeyir-dua verilib və deyilib: - Adamların arasına ayrı-seçilik salın, onları
üz-üzə qoyun, bir-birinə qırdırın, hər yerdə qan-qovğa yaradın. Nə qədər pis
olsa, o qədər yaxşıdır.
9 aprel 1877-ci ildə Nyu-Yorkda kütlə qarşısında məşhur bir yazıçı “Mən Şeytana,
bütün şərin hər şeyə qadir atasına, hər şeyi - Yeri və Göyü dağıdana inanıram”.
Bu çıxışın məşhur yazıçıya Xristin kilsəsinin sifarişi olmasına şübhə yeri
qalmır.
Ciddi elmi kitablar Şeytanı mifik obraz adlandırıb və bu mifin ətə-qana dolub
hərəkət etməsində anlaşılmaz təbiət hadisələrinin rolunu da qeyd edib. Həmçinin
elmi təlimlərdə “Müqəddəs Şeytan” deyə şər dahisinin Əllaha bərabər tutulması,
hətta onun həyati başlanğıc kimi qələmə verilməsi cəhdlərinin arxasında hansı
məqsədlərin dayanması geniş şərh edilir. Nəzərdən qaçırmayaq ki, tanınmış bir
müəllifin qəzet məqaləsində “Şeytanın Əhdi-Ətiqdə şəxs yox, mücərrəd idyeanın
təcəssümü olduğu” deyilir.
“Şeytan insanları qarşı-qarşıya qoyub” deyimi mahiyyətcə ğeyrəl-məğzubi,
qeyri-şüuri və qeyri-iradi hərəkət edən adamın özünə və özgəsinə xəyanətini göz
önünə gətirir. “Siz ağılsızlıq ucbatından şeytan rolundasız. Unutmayın ki, şər
yoğurub, xəta yapırsınız”.
İctimai dinlər Şeytanı şəxs kimi tanıdır, “Şeytana uymayın” deyə tövsiyyə edir.
Mattaya görə İncil yazır: - 8. Şeytan təkrar (ikinci dəfə-müəllif) İsanı çox
yüksək bir dağın üstünə gətirdi və ona dünyanın bütün padşahlığını və onların
izzətini göstərdi;
9. Və Şeytan dedi: “Əgər yıxılıb mənə səcdə qılsan, bütün bu şeyləri sənə
verərəm”.
10. O zaman İsa ona dedi: “Rədd ol, Şeytan!..”
Ağıl, şüur, iradə sahibi olan insan ən ali yaradılışdır. Ali yaradılış, cəmiyyət
Ali Yaradanı, Əllahı dərk edəndə şəxs kimi qələmə verilən Şeytana yer qalmır -
nə bu dünyada, nə də o dünyada.
3 sentyabr 2007
İNSAN-DƏYƏR
mono+dua = triada
(1 + 2 = 3)
Hamı danışır; zira söz çox, fikir azdır.
XII yazı: Ehtizaz və həyəcan. “Hər şeyə qadir qüvvə”
Pul hər şeyi dəyərdən salıb, hətta insanı da. Demokratik bir şərt olaraq haradan
əldə edildiyi soruşulmayan pul öz dövrünü sürür; kimi taxta çıxarır, kimi
taxtdan salır.
Separat manyak rejimlər dünyanı kor qoyub. Hər şey mənasızlığa, insan isə
ideyasızlığa qısılıb.
Rejim kadrları ölkəni çalıb çapır. Camaatın əlində-ovcunda olanı qoparıb öz
ağalarının pul kisəsini şişirdir. Etiraz edənlərə diş qıcayır - get, deyir, kimə
istəyirsən şikayət et!
Şikayətçilərdən birinin sözlərinə görə “əvvəllər hindən yumurtanı oğurlayıb,
toyuğa dəyməzdilər; indi yumurtanı hində qoyub toyuğu aparırlar”.
Hərə bir cür bezardır; az-çox əli gətirən məmur stol arxasında oturarkən azacıq
belini əyməklə öz ağasına sonsuz sədaqət və itaətini ifadə etmiş olur. Zarafat
deyil, əli aşa çatıb. Tez-tez teleekranlarda görünür; hətta çıxışlarında
primadonna qarşısında baş əyib, yer öpməyə hazır olduğunu da dilə gətirir. Belə
çıxmasın ki, biz konkret olaraq kiminsə bostanına daş atırıq. Bizi separat
manyak rejimlərə məxsus prinsiplərin doğurduğu fəlakətlər narahat edir.
Mirzə Cəlilin “Dəli yığıncağı”nı yada salın. Dəlilər kimə gərəkdir? - heç kimə!
Onlar görk və ibrət üçündür.
Hər kəs göz qabağındadır; hərə bir cür oynayır: itaət, qəbahət, hətta xəyanət
edir, təki əlində boz dolların xışılıtısını duysun.
Rejim pul hərisliyini himayə edir. Məmurların iştahını itiləyir; bir yandan
onların pul yığmasına şərait yaradır, digər yandan həmin pulları ələ keçirmək
üçün müxtəlif ssenarilər həyata keçirir.
“Hər şeyə qadir pul” daha narkotikdir, nəinki kokain. Pul məqsədə çevriləndə
vasitə olmaqdan çıxır, şüur mərkəzində dominantlıq yaradıb insanın işini-gücünü,
hərəkət, davranış və yaşamını idarə edir. Vay o gün düşür ki, el demişkən, yellə
gələn sellə gedir və ya kələklə gələn küləklə gedir. Onda malını-pulunu itirmiş
adam N.Vəzirovun Hacı Qəmbər obrazının yeni prototipinə çevrilir.
İnsan nəyə aludədirsə, onun da quludur. “Ağan kimdir? - Vərdiş”.
Separat manyak rejimlər qeyri-insani taktikalar, fərdi təxribat və kütləvi
hipnoz hesabına ağalığını qoruyub saxlayır. Pulla aldadır, zorla qorxudur;
mümkün olmayanda gizli üsullara əl atır: qəzaya saldırır, zəhərlədir, həbs
etdirir, oğurladıb satdırır və sairə.
Eldə söz var, deyərlər: “Adətkara tövbə yoxdur; beş pislik edib, on beşin də
edər”.
Mənəvi aşınmaya, fiziki qaşınmaya məhkum xalqın şairi də klassik məşuqələrlə
müasir madonları eyniləşdirir. “Madon mahnılar”ın məzlum aşiqləri sentimental
qəhrəmanlara çevrilirlər. Papaqçı Məti demişkən, arsız-arsız dəsmal çəkib
ağlaşırlar. “Mən səni sevəcəm, sən sevməsən də”.
Rejim ədəbiyyatı dirçəlmək iddiasındadır, qəzetlərdə boş səhifə axtarır. Yəqin
bu səhifələrdə yer alacaq yazılar gecə saatlarında teleekrana verilən
“ujas”lardan az fərqlənməyəcək.
“Ujas”lardan yuxularımıza qorxu, vahimə sallanır. Bizlərdən kimsə yuxusunda
qan-qada görür, arxadan qovulur, ya da üstünə quduz it, zəhərli ilan atılır,
diksinib ayılandan sonra da uzun müddət özünə gələ bilmir. Burada məsələnin
psixoloji-impulsiv tərəfi mövzuya gəlir.
Nə danışırıq, nə düşünürük?! İstəyimiz nədir, ehtiyacımız nə?! İndi “İki
həpənd”in söhbətindən daha kəskin dialoqlar var. Misal üçün:
- Sən gərək mənim sağlığıma içəsən.
- Mən içən deyiləm.
- İçmirsən, çəkmirsən... kef eləmirsən, bəs onda nəyə gərəksən?
Doğrudan da, elm suallara cavabdan başlanır. Psixologiya elminə nəzərən cismlə
ruhun tarazlığı pozulanda insan ağır psixoloji və fiziki sarsıntılara məruz
qalır.
Narkotika, sərxoşluq, ehtiras, maddi düşkünlük və ya qəfil sevinc, gözlənilməz
hadisə, qara xəbər insanda ən yüksək dərəcədə ehtizaz və həyəcan doğurur.
Ehtizaz və həyəcan bədəndə qan dövranını sürətləndirir; orqanizmin
impulsiv-instinktiv mərkəzlərinin fəaliyyətini artırır. Nəticədə bədəndə
tarazlıq pozulur. Ruhun impulsiv-instinktiv mərkəzlər üzərində sağlam düşüncə,
mühakimə, ağıl kimi funksiyaları əvvəl zəifləyir, sonra da dayanır. Yəni qarın
başa qalib gəlir. Eyni halın hər dəfə təkrarı insanı tədricən məhvə, dəliliyə
aparır.
Gözü görən, qulağı eşidən, ağlı kəsən adam qarnının bəlasına gəlirsə, onun üçün
ideal heç nə qalmır. Onun əlindən nə iş desən gələr, təki ona vərdiş etdiyi
narkotikanı, içkini və sairəni ver. Narkomanlar, sərxoşlar, düşkünlər separat
manyak rejimlərin marağındadır. Onlar cəmiyyəti qorxu və vahimədə saxlamaq üçün
“ujas”lardan heç də az rol oynamırlar.
Separat manyak rejimlər özünü ifşa edib, onların “yaxşı de, yaman et” doktrinası
daha keçmir.
Buyurun, dünya sağlam düşüncə, ağıl və mühakimə meydanıdır.
10 sentyabr 2007
TƏBİƏT VƏ İNSAN
Üçü birində qanunu
Xeyirxah olmağa borcluyuq.
XIII yazı: Boş leylək yuvaları
Əyri-üyrü yol çay boyunca uzanır.
Yüz ilin tənha ağacı sanki balta səsinə diksinib; - kölgəsi uzanıb dodağını çaya
dayayıb.
Həzin-həzin əsən yellər yanıb tüstülənən meşənin acı qoxusunu daşıyır.
Tala buludlar sanki özünü aha-haraya yetirib; - tüstüsü təpəsindən çıxan
ağacların yanğısına, iniltisinə hönkürür.
Ağac da var, ən uca budağındakı leylək yuvasını haça dilli alov yalayıb
yandırır.
Leyləklər bu il də gəlmədi; - onlar nədən küsdülər? - hərə bir cür izah edir.
Rəssam boş qalan leylək yuvalarından baxışlarını yığışdıra bilmir; kövrəlib.
Çaydan ovuclayıb bəs deyincə içərdi, ancaq çaya zir-zibil, çirkab axıdılır.
Bəlkə buna görə də daha heç kim “Qızıl balıq” nağılını danışmır.
Sakinlərin getdikcə seyrəldiyi bu yerlərdə bir əfsanə dolaşır: “Naşı ovçu
göyrəçin cildli pəriləri ovladı, bundan sonra bizi bədbəxtlik basıb; gözəl
qızlarımız bir-birinin ardınca dünyasını dəyişir...”
O vaxtlar bu yerlərin gözəl çöhrəsini kətana köçürən rəssam indi hansı hissləri
keçirir? - onun qəddi bükülüb, dodağında sözlər donub üşüyür: “Biz yaratmırıq,
biz dağıdırıq. O qədər ağılsız olmuşuq ki, meşələri yandırıb, suları qurudub,
dağları dağıdıb dünyanı bitirməz-yetirməz səhraya çevirmək iddiasındayıq.
Hər gün təbiətə qəsd edirik. Belə getsə, təbii ahəng, zəriflik və bütövlüyü
ancaq mənzərə peysajlarında axtarmalı olacağıq..."
Təbiətə qarşı qatı qəddarlıq var. Biz təbiətə qəsd ediriksə, elə özümüzə qəsd
edirik.
Ciddi müəlliflər təbiətlə insan arasında oxşar əlamətlərə xüsusi diqqət yetirib.
Elmi təlimlərə görə: 1. təbiət görünən, yəni obyektivdir; 2. görünməyən, yəni
batinidir və canlandırır; real və birinci həyati başlanğıcdır; 3. buradakı 1-ci
və 2-ci əlamətlər üzərində Müqəddəs Ruh hakim və güc mənbəyidir.
Aşağı görnüşünü dəyişir, Yuxarı dəyişmir.
İnsan da anoloji olaraq eyni üçlü əlamətləri daşıyır: 1. insanın cismi var, yəni
obyektivdir; 2. insanın canı, yəni astral bətni var, canlandırır, realdır; 3.
buradakı 1-ci və 2-ci əlamətlər üzərində Əbədi Ruh hakimdir.
Əgər insan real olaraq sonuncu başlanğıca qovuşarsa, onda əbədi olar.
Separat manyak rejimlər Üçü birində qanununu təkləyib, yəni “üçü heç birində”
kimi cəmiyyətə tətbiq edib. Nəticədə dünya ekoloji böhrandadır.
(Atmosferdə oksigenin miqdarı 1 ildə 10 milyard ton azalır. Son 30-40 ildə isə
havanın çirklənməsi on dəfələrlə artıb; bu da xəstəlik və ölümləri çoxaldır.
Qlobal miqyasda son 15 il ərzində hidrometeoroloji hadisələr nəticəsində 622 min
adam dünyasını dəyişib; 2 milyarda yaxın adam isə zərər çəkib.
Hindistanın şimal-şərqində masson yağışları nəticəsində daşqınlardan
(01.08.2007) 4 milyona yaxın insan zərər çəkib).
Okkultizm insanın canının, yəni “astral bətni”nin nümunəsində insan, təbiət və
planetə anoloji nəzər yetirir: “Hüceyrə, qan, hava insan orqanizmində; insan,
hava və günəş işığı isə Yer Kürəsinin orqanizmindədir”. Deməli, hüceyrə qanın,
insan havanın əhatəsindədir; bəs atmosfer? Yer Kürəsi və onun atmosferi başqa
planetlərlə bərabər səviyyədə günəş şəfəqləri okeanından, yəni yeganə enerji
mənbəyindən yüklənir. Beləliklə, qan insanın həyati gücünün daşıyıcısı olduğu
kimi, günəş şəfəqləri də planet həyatının daşıyıcısıdır. Bu qənaətə əsaslanaraq
deyə bilərik: İnsan həyatını canlandıran başlanğıc qandır; Yer həyatının qanı
havadır və nəhayət, planet həyatının qanı günəş şəfəqləridir.
Okkultizmə görə, təbiət və tale yer orqanizmini də idarə edir, insan orqanizmini
də. Bəs insanın təbiətdə yerini necə müəyyən edək? - İnsanın başı ölməz ruhun
timsalıdır. Deməli, insanın başı idaretmə və rəhbərlik kimi başlanğıclara
malikdir. Məşhur bir müəllif yazır: “...biz insanda təkcə təbiətə məxsus üç əsas
xüsusiyyəti yox, həm də onu təbiətin şahı edəcək ilahi nuru görürük. Ağıllı
insan təbiəti dərk edir, təbiətə qəsd etmir”.
İnsan orqanik və anoloji olaraq təbiətin oxşarıdır. İnsan da, təbiət də - hər
ikisi Üçü birində qanununa tabedir. Üçü birində qanunu həm təbiət, həm də
cəmiyyətdə vəhdət, münasibət, tarazlıq, harmoniya və həyatiliyin qorunmasını
tələb edir.
İmpulsiv, instinktiv adam nə özünü dərk edir, nə də başqasını;
ğeyrəl-məğzubidir; maddi, mənəvi nemətləri qatı qəddarcasına məhv edir. Görünür,
neçə əsr keçməsinə baxmayaraq Van Qoqun “Torpaq qazan oğlan” əsərinin mənasını
dünya başa düşməyib. Günümüzdə cib biznesi yaşam şəraitini pisləşdirmək hesabına
qol-qanad açır. Bir bakılı demişkən, bu sıxlıqda tıncıxırıq, havamız çatmır.
Təbiət qatı qəddarlığa məruz qaldıqca onun səbr kasası aşıb-daşır; əgər sular
küknar ağaclarının burnuna qədər qalxarsa, onda əlvida həyat!!!
(1997-ci ildə Xəzərətrafı ölkələrdə 400 min hektar ərazi su altında qalıb; dəyən
ziyan 6 milyard dollardır.
Bakının yaşıl örtüyü normadan 4 dəfə azdır. Yaşıl örtük ildə 80 ton toz udur.
Xəzər qapalı ekosistemdir. Xəzərin neft axarı vasitəsilə çirklənməsi onun ölümü,
canını tapşırması deməkdir.
Xəzərin ifrat çirklənməsi nərə balıq təsərrüfatına 6 milyard, kürü biznesinə isə
10 milyard dollar zərər vurub).
Təbiətlə düzgün münasibət və rəftar ancaq təbiətin dərki üzərində qurula bilər.
Amin, Ya Rəbbül-aləmin.
17 sentyabr 2007
Vəhdətdən ayrısa Nuh ilə Adəm,
Ölüm elçisidir, hər biri bilsən.
(Nizami, tərcümə: Əkrəm)
OBRAZ
Elm hələ də həqiqət axtarır. İlahi (həyati) din
sahiblərisə həqiqət axtarmır, həqiqəti dərk edir.
XIV yazı: Əllərinin arxasında ağlayan qoca
Nədənsə neçə il əvvəl “Qəlyanaltı”da rastlaşdığım professor haqqında hekayəni
yenidən xatırladım.
...
Professor köhnə, kirli torbasından bir baş soğan, kibrit qutusu boyda pendir,
təndir çörəyi və bir butılka konyak çıxarıb stolun üstünə düzdü. İkinci qədəhə
konyak süzmək istəyəndə, mən içmirəm deyə, imtina etdim. Professor sanki
qulağına inanmadı, hikkəli-hikkəli soruşdu: - necə yəni içmirsən? - sonra da
əlavə etdi: - ilk dəfədir zəndimdə yanılıram; gendən baxanda yeyib-içən adama
oxşayırsan. Professor hər iki qədəhə konyak süzüb bir-birinin ardınca başına
çəkəndən sonra elə bil ağır bir yük altından çıxdı; dərin, rahat nəfəs aldı. -
Doğrudur, dedi, gəncliyim zay keçib. O vaxt yeyib-içib kef çəkirdim; indisə
dərddən içirəm. Oğlum xəstədir, şikəstdir. Heç kimin mən dərddə olmasını
istəmərəm.
Professor sərxoşluğa qurşanmasaydı, oğlu fiziki olaraq şikəst, psixi olaraq
xəstə doğulmazdı; yəni gözünün qabağında göz dağı olmazdı.
Professor doğulduğu günə, yaşadığı ömrə lənət yağdırırmış kimi yumruğunu
düyünləyib stola çırpdı. - Evə gedə bilmirəm, dedi, durum hara gedim?!
Professor birdən-birə susdaldı, əllərini üzünə tutdu; əllərinin arxasında
hıçqırırdı. O bu halda Van Qoqun “Ağlayan qoca” rəsmini andırırdı. Görünür, həqq
və həqiqətdən sapıb, sərxoşluq və narkotikə qurşanaraq ömrünü-gününü yelə vermiş
qocalar ağlamaq üçün əllərinin arxasından sakit yer tapa bilmirlər.
Rəssamın “Ağlayan kişi” obrazı niyə ağlayır? - Yəqin insanın başına gələcək
müsibət və fəlakətləri öncədən duyur, ona görə də göz yaşında təsəlli axtarır.
Van Qoq yaratdığı obraz timsalında intellekti, mənəvi-ruhi aləmi hədəf
götürülmüş insanı nə gözlədiyini başa düşür və əllərinin arxasına çəkilib Ali
Yaradılışa acıyır.
Van Qoqun fəlsəfəsi aydın və sadədir: - dərk etmədiyimizə görə inanırıq,
inandığımıza görə yanılırıq.
Böyük rəssam haqlıydı; onun sadə, kövrək, ağıllı obrazını yaratdığı insandan
sonralar əsər-əlamət qalmadı; onlar ancaq Van Qoqun toz basmış tablolarından
boylanırdılar.
Sonrakı dövrün amansız, qəddar fəlsəfəsi insanı bir-birinə qarşı yenidən
silahlandırdı. Həmin fəlsəfə “Zaman sənin əlinə düşmüş fürsətdir, yəni silahdır;
sən öldürməsən, səni öldürərlər” dedi. Fərz edin, tarixin o başından bu günə
bir-birimizin qanlı ayaq iziylə gəlib çıxmışıq. İnsan qətliamı olaraq müharibə
öz əksini tünd, sərt və həyəcanlı boyalarla Salvador Dalinin təsvirində tapır.
Hazırda “birinin xoşbəxtliyi digərinin bədbəxtliyidir” fəlsəfəsi separat manyak
rejimlərin gizli doktrinasının mahiyyətində dayanır.
Müharibə, terror, münaqişə və ekoloji dağıntılar kimi sərxoşluq da, narkotik
vasitələr də insanın qənimidir.
Həyat üçün, görkəmli fizioloq İvan Pavloviçin qeyd etdiyi kimi, psixoloji durum
və psixoloji sağlamlıq xüsusi əhəmiyyət kəsb edir.
Okkultizmə nəzərən sərxoşluq və narkotika ruhla orqanizm arasında harmonik
tarazlığı pozur; nəticədə insan psixi əlilə çevrilir. (Təkcə 2000-ci ildə psixi
əlillərin sayı 247454 nəfər olub. Dünya miqyasında narkotikanın illik satışı
800-1000 milyard dollara çatır. Hazırda dünyada 200 milyon narkoman var.
Narkotika qəbul etdiyinə görə, hər il yüz min adam ölür, 10 milyon isə iş
qabiliyyətini itirir).
Mövzu ilə əlaqədar deyək ki, rejim ədəbiyyatı da narkotik vasitələr kimi insanın
psixikasını zədələmədən keçinmir. Siyasi-şəri prinsiplərə sadiq müəlliflərin
yaratdıqları təhrif obrazlar nümunə, yəni qəhrəman kimi cəmiyyətə təqdim edilir.
Unutmayaq ki, insan ancaq səna-dua, yəni cism-can vəhdətində ən mükəmməl və ali
obrazdır. Söhbət insanı özünə və bir-birinə qarşı çevirməkdən yox, insanın
vəhdət və münasibətdə dərk edilməsindən gedir. Amin, Ya Rəbbül-aləmin.
8 oktyabr 2007
|