|
Esselər 1
2 3
4 5
Elektron kitabxana
 BÖYÜKKİŞİ HEYDƏRLİ
(YAZIÇI QOR)
və
ƏKRƏM ŞAMXALOV
Ağzından od püskürən Yeddibaşlı Əjdaha suyun başını
kəsdirir. El-obaya su buraxmır.
Hər gün qurban tələb edir(...)
Bu nağılı cocuqkən eşitdik, ancaq saqqalımız sinəmizə düşüb, hələ də
dərk etmirik.
Yeddibaşlı Əjdaha cildinə girən hegemonun törətdiyi fəlakətləri
bir-birimizə təsəlli verməklə yola salırıq.
Min illərdir qurbansız keçinmirik.
Yaşayışımız təbiətin, cəmiyyətin məhvi hesabına başa gəlir. Necə
deyərlər, başımızı yarıb, qoynumuzu qozla doldururlar.
Zaman-zaman ələm sürdürülür.
İtaətə, çirkaba, cinayətə təhrik edilirik.
Yetər!.. Gərək anlayaq. Nə deyirik, nə edirik - fərqində olaq.
Ə.Şamxalov, Quran və Nizami məktəbinin qənaətincə, Vatikan
Britaniyasının söykəndiyi V.Şekspir separatizmi çöküb.
Ümumiyyətlə, Yeddibaşlı Əjdahanın - separat qurumların mahiyyəti dərk
edildikcə onların ölüm günləri də yaxınlaşır.
“Nəyi öyrənək, necə öyrədək” (Yeni Müsavat, 28 dekabr 2005) yazısından
sonra televiziyada təlim, təhsil, tədris və tərbiyə mövzusunda gedən
müzakirələr diqqətimizi cəlb edib. Bu müzakirələrin davam etməsi
nəhayətdə nəyi, necə (?) öyrətmək sualına cavab olardı.
Şübhəsiz, mənəvi nemətlərimiz süfrəyə qoyulmalıdır. Yəni klassik irsimiz
ali və orta məktəblərdə ardıcıl və sistemli olaraq öyrədilməlidir.
Bəs kim öyrətməlidir? Əlbəttə, müəllim.
O müəllim ki (!) ələmlə, fəlakətlə məşğul olmasın. El demişkən, gölə
qələmə sancmasın. Öz işini, məişətini, davranışını həyatiliklə (ilahi
qanunlarla) tənzimləyə bilsin.
13 yanvar 2006
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
NİZAMİ OBRAZLARI
FİTNƏ, İSGƏNDƏR
Nizami metrostansiyasının divarlarına çəkilmiş
illüstrasiyaların önündə ayaq saxlayanlar nə düşünürlər, deyə bilmərik.
Bizə gəlincə, iddia etməyə əsasımız var: Nizamişünaslıq Nizami
obrazlarının təhlilində də yanılıb.
Öküzü boynuna alıb pillələri ağır-ağır qalxan Fitnəni gözünüzün önünə
gətirin.
Bu peysaj bizə nə deyir (?) sualına cavab kimi heç istəməzdik ədəbiyyat
dərsliyinin aşıladığı yanlış qayənin toruna düşək. Bu, Nizaminin şəklini
pula yapışdırmaq təkin bir şey, yəni şairi təhqir etmək olardı.
Fitnə neftdir. Özü də tədrici, təbii olaraq yer altından üzə çıxan neft.
Öküz isə əkiz deməkdir. Bu söz batini aləmlərin dualist mahiyyətini
nəzərə çatdırır.
Nizami obrazlarından İsgəndərin öz məna tutumu var.
İsgəndər bütün dövlətləri zəbt edəndən sonra Daranın görüşünə gəlir,
ancaq onu tabutda görür.
Ə.Şamxalov Quran və Nizami məktəbinin şərhinə əsaslansaq, Dara ikili
dürdür. Onun ölümü bu dünyanın məhv olduğuna işarədir. Odur ki, İsgəndər
o dünyaya üz tutur və dirilik suyunu tapır. Bununla da hər iki dünyaya
bələd olan İsgəndəri - Zülqərneyn adını qazanır.
Tarixdən isə Makedoniyalı İsgəndəri tanıyırıq.
Makedoniyalı İsgəndər qan-qada, atəş müharibədir. Hardasa Servantesin
Don Kixotunu, yəni özünün qənimi obrazını xatırladır.
Yekun olaraq deyə bilərik, Makedoniyalı İsgəndər qana susayır. İsgəndəri
- Zülqərneyn isə dərdlərin dərmanı olan dirilik suyunu tapır. Göründüyü
kimi bunların fərqini anlamaq bir o qədər də çətin deyil.
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
VURĞU VƏ APASTROF
Separat rejimlər Vəhdəti-vücudun ali məqamlarına əl
bulayıb; Ərəbzəngi təki batini həqiqətlərin dərkinə uzanan yolu kəsib.
“Yaşasın şeytaniyyət, rədd olsun ruhaniyyət” deyib.
Ə.Şamxalov, Quran və Nizami məktəbinin şərhinə görə, separat
Vəhdəti-vücudun ilkin üç məqamına aid olan mövzudur:
“Vəhdəti-vücudun bətnini məhv etmək üçün onun ali məqamlarının yolu
bağlanıb.
Hətta ali məqamları anladan əuzi-billah, əruz sözləri Qurandan çıxarılıb".
Necə olur-olsun batini həqiqətlərin izi-tozu itirilsin (!) Məhz bu
məqsədlə əlif amilləri parçalanıb, sözün mənası azdırılıb, təhrif və
uydurmalara meydan verilib. Həyati təlim - Dualizmin kökünə daş atılıb.
Nəticə və nəhayətdə şəhid aləmi yaradılıb.
Məgər Quran ələm, ərəm rəmzləri, tövbə, muğamat, Qüds, nigah sözləri
şəhid aləmi görk etmirmi?!
Təhrifə, qəsdə məruz qalmış vurğu və apastrof da gündəmdə duran
mövzulardır.
Nümunə üçün deyək: Rusda üç paara (üç qoşa) sözü var. Türkdəsə üç para 6
paraya (6 yarıya) bölünüb.
Vurğunun zoruna baxın (!) paaranı parə, yəni tən-tən edib.
Vurğu kimi apastrof da dualizmlə bağlıdır. Bizi batini həqiqətlərin
dərkinə yönəldir. Ancaq apastrof “ukazla” ləğv olunub.
Apastrof ukazla yaradılıb ki, ukazla da ləğv edilsin.
“Ukaz” geri oxunmalı (!) dil, fəlsəfə professorları isə tərksilah
edilməlidir.
24 yanvar 2006-cı il
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ŞƏHİDLİK - ŞAHİDLİK
Başımız üstündə hərlənən Demokl qılıncı nəhayətdə
allı-güllü qalstuk kimi boynumuzdan asılıb. Risalətimizi girov götürüb.
Aləmə kor baxırıq. Müəllimlərimiz belə qalstuksuz keçinə bilmirlər.
Uşaqları onlara necə tapşıraq!?
“Babuşka”lı heykəllər əlini irəli uzadıb. Məgər heykəllər separatizmi
görk etmirlər. (Niyə onları qınaq hədəfinə çevirək)
Hələ separat füqur və arxitekturanın paytaxtı nə günə saldığına diqqət
yetirmirik. Görünür ya laqeydik, ya da hansı fəlakətlərlə üz-üzə
olduğumuzun fərqində deyilik.
Fatihə Həmdi - surəsinə görə tərsimi, qeyri-məntiqi əxlaq cəmiyyətə ənam
edilib.
“Tərsimi əxlaq nədir?” deyə soruşursunuz.
Sadəcə olaraq deyə bilərik: qadınla kişinin, qulaqla eşitmənin, gözlə
görmənin yeri dəyişik salınıb.
Batini həqiqətlərin izi-tozu itirilib.
Quran ələm, ərəm rəmzləri şəhid aləmindən xəbər verir.
Düz beş min ildir Yəhud Allahın yerində oturub.
Şəhidlik məqamında qərarlaşan Təkallah, əslində Yəhud “and olsun tək
olan xaliqə” deyə hakimlər hakimi kimi təqdim edilir.
Yəhudilik, mahiyyətcə ondan heç də fərqlənməyən Tanrıçılıq türk dualist
fəlsəfəsinin kökünə daş atıb. Ərəbzəngi təki batini həqiqətlərin dərkinə
uzanan yolu kəsib.
Qan-qada, qovğa, qətliam, müharibə, terror, eləcə də gündəmdə duran
Qarabağ şəhid aləmin mövzularıdır.
Bu mövzular separatizmin mahiyyətini “parçala, hökmranlıq et!”
siyasətini açıqlayır.
Bu mövzular (həm də) həyati həqiqətlərin məhv edildiyinə, əlif
amillərinin parçalandığına şahidlik edir, bizi dərkə yönəldir.
Yazıda Ə.Şamxalov Quran və Nizami məktəbinə istinad etmişik.
18 yanvar 2006
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
MASON
Hürufi təliminə görə, Tanrı tən deməkdir. Yəni
bütövün yarısı.
Ə.Şamxalov, Quran və Nizami məktəbinə istinad etsək, tən deyəndə bütövün
mənfi qütbündən, Masondan söhbət gedir.
(Mason - arvad, nəsrani-manyak separatizm, Parijskoy boqamateri)
Mason batini və zahiri həqiqətlərin (həyatiliyin) qənimidir.
Mason pul dağarcığıdır.
Onun peşəsi əxlaqsızlıq, fahişəlik, qətli-qarətdir.
Mason separatizmin vuran əli, zorxanasıdır.
Mason əxlaqı tərsimi əxlaqdır.
O, əl-qol açmaq, niyyətini yeritmək naminə müqəddəs nə varsa hamısını
amansız və qəddar basqılara məruz qoyur.
Masonun yaxın, uzaq hədəfləri var; din (şüur), qiblə və qibləgah yaxın,
Qüds isə uzaq hədəfidir.
(Qüds-Hədis-həyati həqiqətlər)
Masonun dürlü rəmz və təcəssümləri mövcuddur. Bunlardan Paris, ispan,
fars sözlərini, minar və Eyfel qülləsini göstərə bilərik.
Mason nəsrani - separatizm mövzusudur.
(Nəsrani-separatizm-dünyəvi fəlakətlərin baisi)
Hərbi nazirliklər, ictimai “xəmsə” dinlər də bu mövzuya sığınır.
İş qalıb müsəlmanın sonrakı ağlına. Başqa sözlə, cəmiyyət asqırıb
ayılmalıdır.
Belə bir “uzundərə”dən çıxmağın ən qısa yolu da var: gərək jensovetləri
ləğv edib qadınlığımıza sahib duraq.
25 yanvar 2006
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
İSLAM DİNİ
Əlif, lam, ra.
İslam dininin tərkibi ələm və ərəmlidir. Dostlu-düşmənli, batini və
zahirilidir.
“İslam dini” məfhumunu necə anlayaq, deyirsiniz.
İslam Quranın ələm rəmzidir. Din isə idrak, şüur, ağıl deməkdir.
İslam dini cəmiyyəti separat rejimlərin törətdiyi fəlakətlərin dərkinə
çağırır. Din və dövlət bayraqları da bu sıradadır.
Gərək qaldırılan bayraqların mənası (mahiyyəti) anladılsın.
Mənasını bilmədən qaldırılan bayraqların özü xəyanətdir.
İslam dini dünyəvi dindir. Özündən əvvəlki dinləri də ehtiva edir.
Bütün beşli dinlər məna və mahiyyətindən azdırılıb. Odur ki, dini
müstəvidə mübahisə və ayrı-seçkiliklər zərərlidir. Burada məsuliyyət
şərqşünasların, Quran biliciləri və İslam alimlərinin üzərinə düşür.
Separat rejimlər özünü sığortalamaq məqsədi güddüyündən İranın əliylə
Yaxın və Orta Şərqdə İslam inqilabı yaymağa can atır. Elə Qarabağ da bu
tendensiyanın qurbanıdır.
İslam dini insanı düşüncəyə yönəldir. “Yüz ölç - bir biç” deyir.
İslam inqilabı isə ağıl və zəkanı zəncirləyir. İnsanı yol və yolçuluqdan
azdırır.
Quran və Nizami məktəbi İslam ələminin vahid daşıyıcısıdır. Cəmiyyəti bu
ələm ətrafında səfərbər etməyə çalışır.
3 fevral 2006
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
PEY(ĞƏM)BƏR
“ĞƏM”, YOXSA “HƏM”
Həm yoluq, həm də yolçu.
Dilimizə yalan gəlməz, könlümüzə xəyanət.
Söz deyərkən irsimizə, dəyərlərimizə söykənirik.
Tarixi yalanlardan, Nizami demişkən, gurihi-üləmaların din yaradıb
pey(ğəm)bərlik məqamına çatmalarından xəbərimiz var.
Peyğəmbər sözü fars dilindədir. Şübhəsiz, farsın dil mütəxəssisləri bu
sözün mənasını bilirlər, fəqət izah etmirlər.
“Pey-ğəm-bər”, göründüyü kimi, üç sözdən ibarət sadə cümlədir.
Peyğəmbər - “ğəm karvanının sərvanı”dır. Həyatiliyin ziddi anlamındadır.
Peyğəmbərlik taktikadır, cəmiyyət və təbiəti şüurlu şəkildə məhvə aparır.
Pey(həm)bər deyimi isə, həyatiliyin silsilə axarını, düzümünü göstərir.
Beləcə, “həm”i “ğəm” eləmişik.
Pey(həm)bər və pey(ğəm)bər fərqli sözləri kimi Risalət və Mürsəl sözləri
də fərqlənir.
Risalət 10, mürsəl isə 4-dür. (Nizaminin dördlü nə’t mövzularına bax)
Mürsəl peyğəmbərlər: İbrahim, Davud, Musa, İsa.
İbrahim “qoşa”nı kəsdi. Başqa sözlə, buz axıtdı.
Davud bir-birindən ayrı salınmış ikili yanar minarəni təcəssüm etdirir.
İkili minarənin biri Musadır, digəri İsa.
Musa pedərşahlığın təmsilçisidir.
Sənsən qılan məzahiri - ommidi - bim edib,
Musayi - elmi-gənci əsasını əjdaha (Füzuli)
Bu beytə görə, Musa ələmi daha ağır fəlakətə yönəldib.
Separat manyak rejimlər sonrakı mərhələdə islahat apararaq İsa
peyğəmbəri atasız doğurub.
İsa madərşahlığı təmsil edir.
Separat manyak rejimlərin əxlaqsızlığını görüb Risalətin ikili
parçalanmasının əleyhinə çıxan Məhəmməd (ə.s.) mürsəl peyğəmbərliyə
xitam verib. Mürsəllikdən Risalətə yol açıb.
Risalət həyati münasibətə deyilir. Həyati münasibət isə Peyhəmbər
əxlaqındadır(!!!)
P.S. Məhəmmədin(ə.s.) qərb stilində karikaturaları çəkilib şoular
yaradılır. Biz bunu mürsəl peyğəmbərliyə xitam verdiyinə görə Məhəmmədə
tarixi basqıların davamı kimi baxırıq... Söz mütəxəssislərindir.
9 fevral 2006
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
TÖVBƏ
Din professoru qalın kitabının kif qoxuyan
bölümlərinin başına “bismillah” yazmaqla özünü duruluğa çıxarmaq istəyir;
guya nə yalan danışır, nə də yanlış yapır.
Bismillahir-rəhmanir-rəhim, Nizaminin təbrincə, hikmət xəzinəsinin
açarıdır.
Hikmət xəzinəsi əlif amillərinin parçalandığını, batini və zahiri
həqiqətlərin məhv edildiyini, ikili duanın-dualizmin bada verildiyini
deyir.
“Bismillah” görk edir: bulaq başdan lillənib. Balıq başdan iylənib.
Başına karona qoyulmuş içtimai xudaların ağlı hasarlanıb. Onlar
cəmiyyəti kalona çeviriblər.
Kalon əhli həmas əxlaqındadır; sulara gizlin-gizlin kanalizasiya axıdır.
Öldürmə, yandırma, yağmalama, çirkab axıtma(!) deyilib.
Namaz qılırıq, amma namazın mənasını anlamırıq.
İlahi namaz nidasının ziddinə olaraq Allah qarşısında diz çöküb
əllərimizi göyə qaldırırıq. Ona yalvarırıq. Ondan diləyirik.
Allah bizdən heç nə əsirgəməyib. Ondan daha nə istəyirik.
Müsəlmanın sonrakı ağlı (Gərək papağımızı qarşımıza qoyub düşünək)
Müstəqilik deyə, təkəbbür göstəririk.
İçdiyimiz andlar (antilər) bizi həyatiliyin ziddinə sürükləyir.
“Hipokrat andı” bəri başdan həkim xəyanətinə yol açır, özü də təntənəli
şəkildə.
Hələ də içtimai dinlərin alnımıza yazdığı qismətin, “izmlər”in vəd
etdiyi “cənnət”in sərxoşlarıyıq.
Rusiyanın yox dediyi neonasizmə ağuşumuzu açırıq.
İstər neonasizm, istərsə də islam inqilabları Qafqazda Böyük Ermənistan
xülyasına rəvac verir.
“Qeyrəl-məğzubi”, yəni şüursuzluq ucbatından özümüzü də, həyati
münasibətləri də qəddarcasına məhv edirik.
Quranda “Tövbə” surəsi var. Bu surədə Bismillahir-rəhmanir-rəhim
yazılmayıb.
Səbəb nədir? - deyə soruşursunuz.
Bu suala rəğmən Quran və Nizami məktəbi şərh verir: “Tövbə bizi
”Bismillah"ın dərkinə çağırır".
Tövbə edin, yəni bütövü parçalamayın.
17 fevral, 2006
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
“BÖYÜK ERMƏNİSTAN”
BU XÜLYANI REALLAŞDIRACAQ TAKTİKA -
DON KİXOTÇULUQ
Əlif amilləri zaman-zaman parçalanaraq qarşı-qarşıya
qoyulub. Təzadlıq yaradılıb.
Məhz təzadiyyət qan-qada, qovğa, terror, müharibə və inqilabların
nüvəsində dayanır.
Hazırda “kimyəvi” deyilən kütləvi qırğın silahları haqqında tez-tez
eşidirik.
Həyati həqiqətlərin dualist dərki mövqeyindən “Qarabağ”ın müharibə
faktoru kimi şərhinə ehtiyac duyuruq.
Fikir verin, bizi məcburiyyət qarşısında qoyublar: “Ya təslimçi sülh, ya
da müharibə!”
Qarabağ müharibəsinin ikili məqsədləri var.
Bu məqsədlərə uyğun olaraq açıq və gizli taktikalar seçilib.
Açıq taktika Ermənistanın Azərbaycana hücumunu nəzərdə tutur.
Gizli taktika isə Azərbaycanın özü-özüylə daxili müharibəyə cəlb
edilməsindən xəbər verir.
Hər iki taktika Qafqazda Böyük Ermənistan xülyasını gerçəkləşdirmək
məqsədi güdür.
V.Putinin İspaniyadan sonra Azərbaycana gəlişi gizli taktikanın önə
çıxdığını deyir. (Bu yerdə politoloqlar bizi bağışlasınlar) Qarabağ
məsələsində Don Kixotçuluğa, yəni özümüzlə, öz dəyərlərimizlə müharibəyə
yol verə bilmərik. Unutmayaq ki, ərmən də, azman da, osman da AZƏRİN
tərkibidir(!!!)
Quran və Nizami məktəbinin şərhinə görə, Ermənistan və İranda nüvə
obyektlərinin yaradılması Qafqazda “Böyük Ermənistan”ı gerçəkləşdirməklə
bağlıdır.
Yaranmış ağır və mürəkkəb durumdan çıxış yolu kimi təklif edə bilərik:
Qafqaza “Böyük Ermənistan” yox, İNTERNASİONAL gərəkdir.
Azər ərmənlə təkbətək və qarşı-qarşıya yox, yan-yana, paralel ardıcıl,
siratəl - müstəqim dayanmalıdır. Dünyamızın reallığı bizdən bunu tələb
edir.
22 fevral 2006
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
İSLAM VƏ İSLAM DİNİ
Bu iki deyimi necə anlayaq: İslam nədir, İslam Dini
nə?
İslam Cəmiyyəti İslam deyimi ilə İslam Dini deyiminin fərqinə varmalıdır.
Cəmiyyətdə əsasən “İslam”dan söhbət gedir. Bu deyimdən sui- istifadə
edərək islam terror təşkilatları və İslam dövləti yaradıblar.
Qarabağ Azərbaycandaxili müsibətini də İslam və İslam dinindən xəbərsiz
islamçılar törədiblər.
Təsadüfi deyil ki, “Soyqırım” tez-tez gündəmə çıxır.
Soyqırım bəşəri fəlakətdir. Həm yaradana, həm də yaradılışa aiddir.
Ayrı-ayrı millətlərə, regionlara, şəhərlərə və kəndlərə yox.
Aqillər demişkən, bütün aləm islama varıbsa, güman, şairə qalıb. Gərək
doğru olanı şair desin.
Şer bizə ali məqamlar verir.
Hər iki aləmləri də var verir.
(Nizami)
İslam əhli özüldən dərbədərdir büsbütün.
(Əkrəm)
Üləma ağzını açanda “islam” deyir, islam dinindən isə danışmır.
İslam və İslam dini məsələləri Xəstəlik və Diaqnoz anlamındadır.
İslam xəstəlikdirsə, İslam dini xəstəliyin dərki, müayinəsi və
müalicəsidir.
İslamı qəbul etmək intihar deməkdir!!! İslam dininə gəlmək isə
fəlakətləri düzgün dərki və müalicəsinə yönəlmək deməkdir.
Klassika və dəyərlərimiz xəbərdar edib: “Sən dinə gəl, ağıla gəl! İslamı
qəbul etdinsə, deməli ələmi (fəlakəti) məsləkə çevirdin”.
Aləm islam dininə gələndən sonra düçar olduğu dərdlərin səbəbini
anlayır, onları aradan qaldırmağın yollarını tapır.
İslam əhlinə islam dini, xristiana xristian dini, katolikə katolik dini,
yahudiyə yahudi dini və s. gərəkdir.
Azərbaycana gələn İslam təşkilatları İslam və İslam dini məsələlələrini
ortaya qoyub qlobal şəkidə həll etməlidirlər.
Azərbaycana islam dini təşkilatları gəlməlidirlər.
Yazıda Əkərəm Şamxalov, Quran və Nizami məktəbiniə istinad etmişik.
3 mart 2006
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
QLOBAL İNFEKSİYA MÜHARİBƏSİ
Rambuye-tualet sövdələşməsində Azərbaycanı
oyundankənar vəziyyətə salmaq istədi ...Özü düşdü.
Böyükkişi HEYDƏRLİ
Quran və Nizami məktəbi
Türk sözlərimizi anlamadığımıza görə
türkanəliyimizdən də vəfa görmürük.
(Nizami)
Bu sətirlər insanı mövzuyla bağlı gündəmə çıxan sözlərin dərkinə çağırır.
Həkimlər “Hippokrat andı” deyə içdikləri andın fərqində deyillər.
Hippokrat sırf türk sözüdür.
İnsan bu sözü anlasaydı, virus və infeksiya müharibəsiylə təkbətək
qalmazdı.
Savaş, qan-qada, qovğa, qırğın qlobal infeksiya yayım müharibəsinin
tərkib hissəsi olmaqla türk qlobalizminə qarşı yönəlib.
İnfeksiya qətliamı türk qlobalizmi məhvərində dünyanın dualist dərkinə
ziddir; ikili duaya qarşıdır; “quş qrip” (huş qrif) müəmması altda
cəmiyyətin əqli potensialının məhvinə köklənib.
Dünyada süni olaraq problemlər yaradılıb. Həmin problemlər ətrafında iki
böyük dövlət - Rusiya və Amerika qarşı-qarşıya qoyulub.
Rusiya separatın mason, Amerika isə madon qoludur.
İran və erməni nüvə sənayesiylə əlaqədar rus masonu HƏ, Amerika madonu
YOX mövqeyindədir. Beləliklə, şərti problem ətrafında separatın mason və
madon qanadları zidd mövqedə qərarlaşıb. Sağımız və solumuz kimi.
Bu ziddiyyət Belarusdakı seçki kampaniyası ətrafında da aşkarlanıb. Odur
ki, “quş qrip”ə qarşı mübarizəni Şekspiri mənimsəyən ingilisə, eləcə də
nüvəni rus separatizminə tapşırmaq olmaz.
Şərti fəlakət səbəblərinin ikisi də əlbir şəkildə yeridilir. Bu yerişə
qlobal terrorizm yerişi deyilir.
Qlobal infeksiya vahiməsi yaratmaqla şüur dirçəlişini cilovlamaq, dünya
təkamül intibahının qarşısını almaq cəhdləri yeriməz.
Ədəmi, çirkabı yumaq istəsən,
Gərəkdir Adəmi tövbə edəsən.
(Nizami)
P.S. Tarixin ayrı-ayrı mərhələlərinə aid olan mason, madon separatizmi
indi birləşib. Fəqət vərdişlərini tərgitməyiblər. Təsadüfi deyil ki,
“tərki adət mərəz əst” deyilib.
P.S.1 Dualist proses tədricidir.
Yazıda Əkrəm Şamxalov, Quran və Nizami məktəbinin təlimlərindən istifadə
edilib.
23 mart 2006
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ƏLLAH
Quran və Nizami məktəbi
Bu sözü Quranda gördük, dərk etdik, dedik və yazdıq.
“Əllah” bütün sözlərin meyarıdır, deyilir.
Bu meyyarın ikili tərəflərindən hansı ilkindir. Söhbət ikili duanın,
dualizmin daxilindən - mənfi və müsbətdən gedir.
Minus dediyimiz mənfi qadına, plyus dediyimiz müsbət kişiyə şamil edilib.
Beləliklə, qadın kişidən ön mövqeyə çıxarılıb.
Sən demə, həqiqət əksinə imiş.
Mənfi (əlif) vəhdəti - vücudiyyətdə əhəddir. Buna görə Quranda yazıldığı
kimi, Əllah sözündə birinci heca incə saitlə başlanır, ikinci heca qalın
saitlə bitir.
Mənfi deyimi iki sözdən ibarətdir: mən + fi. Mənası “mən ikiliyəm”
deməkdir.
Mənfi dedikdə dualizmin başlanğıcı nəzərdə tutulur. Bu başlanğıcın biri
Ərdoğandır (mənfi), digəri Doğanaq (müsbət).
Ərdoğanla Doğanaq vəhdəti-vücudda Hüdadır, yəni özü-özünü və cəmi
aləmləri yaradandır. Əllah isə vəhdəti-vücudiyyətə Hüdanın riyazi və
məntiqi görküdür.
Əkrəm Şamxalov Quran və Nizami məktəbinin şərhinə görə “Allah sözü
yalnız və yalnız Əllah kimi deyilib yazılarkən və tədbiq edilərkən
meyardır. Bu səbəbdən Əllah sözü bütün dillərdə olduğu kimi yazılmalı və
dərk edilməlidir. Əks təqdirdə, həyatiliyin tənasübü tamamən pozulur”.
Müsbət (mu + su + ab) qeyri-məntiqi düsturunda “su”yla “ab”ın yeri
tərsinə düşüb. Bu səbəbdən də müsbət sözü müsibət mənasına gəlib.
Şair demişkən, müsibət oluruq biz səhv düşəndə yerimiz.
Müsibət yox, gərək səvab əhli olaq, sulara çirkab axıtmayaq.
Qeyd edək ki, sözdə qalın və incə saitlərin yerini səhv salmaq, sözün
mənasını azdırmaq qətiyyən olmaz.
Bu mənada ümumiyyətlə, dilçilikdə Ahəng qanunu yolverilməzdir.
28 mart 2006
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Bismillahir-rəhmanir-rəhim,
Həst kelide-dəre-gənce-həkim
(Nizami “Xəmsə”sinin birinci beyti)
ƏLLAHİ - DƏRK
Böyükkişi HEYDƏRLİ
Quran və Nizami məktəbi
Həyati və məntiqi düstur
(- . + = +)
Bu düstur deyir: Batini aləm də həqdir, zahiri aləm də.
Yəni kişi də həqdir, qadın da; qara da həqdir, ağ da (və sair).
Nahaqq, həqiqət olmayan həyati amillərin təklənməsi, yerlərinin (məqamlarının)
dəyişdirilməsi, zidd mövqelərdə bir-birinə qarşı təhrik edilməsidir.
Həyati və məntiqi düsturu Əllahi-dərk məsələsinə tətbiq etdikdə Əllah
sözünün ikili əliflamlarının inkarı-inkar mahiyyətini görürük: (- . - =
-)
Etmə görməlini, etmə görünməz
Sən ey o kəslər ki gördüyün deməz
(Nizami)
Quranda dərdlərimizin həm diaqnozu var, həm də
dərmanı.
Fatihə Əllahi-dərklə dərdlərimizin diaqnozunu, nəmazla isə dərmanını
verir.
Nəmaz öldürmə, yandırma, yağmalama, çirkab axıtma deyir, insanı həyati
və məntiqi kateqoriyaya zidd əməldən çəkindirir.
Təbiət özü-özünü yaradır. Təbiət yalan danışmaz.
İnsana gəlincə, o da yaradandır. Zira yaradan iki cür olur: bir var
həyatı yaradan, bir də var fəlakəti. Fars demişkən, “An kocavo, in koca”.
Həyati əxlaq həyatı yaradır, separat əxlaq fəlakəti.
Həyatı yaradan həqdir; fəlakət yaradan nahaqdır.
Əkrəm Şamxalov, Quran və Nizami məktəbinin şərhinə görə “Əllahi-dərkin
doğmatik tətbiqi və Əllahın görünməz və dərk edilməz təbliği əsrlərdir
cəmiyyəti fəlakətlərlə üz-üzə qoyub. Nə dərdimizdən xəbərimiz var, nə də
dərmanından.
Məhəmməd əleyhissəlamın yaratdığı islam dininin məqsədi əsasən
Əllahi-dərki təmin etməkdən ibarətdir".
5 aprel 2006
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
HƏYATİ HƏQİQƏTLƏRƏ DOĞRU
Fatihə surəsini, eləcə də Quran və sair
dəyərlərimizi tərcümə və şərh etmək üçün gərək hər bir söz tərkibinin
batini və zahiri məna və mahiyyətini bilək.
Bunu bilmək üçün həyati həqiqətləri təbiətdən, lövhi-məhfuzdan və
klassik irsimizdən öyrənməliyik. Bu məsələdə Nizami irsinin aparıcı
mahiyyəti xüsusilə qeyd edilməlidir.
Nizamiyə görə həyati həqiqətlərin mənbəyi batini aləmlərdədir. Və yalnız
əyaniliyə istinad etməklə düzgün nəticəyə gəlmək mümkün deyil.
Yalnız əyaniliyə istinad etmək humanitar tərəqqiyə aparmır, təbiət və
cəmiyyəti özünüməhvə təhrik edir. Buna görə irsimizin öyrənilməsi
vacibdir. Başqa çıxış yolumuz yoxdur.
Fatihə surəsinin təqdim edilən fəhmi tərcüməsi də bu zərurətdən irəli
gəlir.
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
QURAN FATİHƏ SURƏSİNİN FƏHMİ
TƏRCÜMƏSİ
FATİHƏ SURƏSİ - SULAR FƏRYADI
0. Əuzi-billahi-minəş-şeytanir-rəcim.
- Batini və zahiri Əllahları, eləcə də cəmi aləmləri yaradan sudur.
1. Bismillahir-rəhmanir-rəhim.
- Yaradan Su həm yoldur, həm də yolçu.
2. Əlhəmdulillahi-rəbbül-aləmin
- Batini və zahiri Əllahlar kimi rəbbül-aləmin də vəhdətdədir.
3. Ərrəhmanir-rəhim.
- Eyni ilə cəmi mövcudat da vəhdətdədir.
4. Maliki yəuimiddin.
- İkili din sahibləriyik.
5. İyyəkə nəbudu, iyyəkə nəstəin.
- Bir batini, biri zahiri.
6. Ehtina siratəl müstəqim.
- Paralel və ardıcıl halətdə.
7. Siratəlləzinə ənəmtə əleyhim ğəyrəl-məğzubi,
əleyhim vələzzaallin.
- Həyati və ilahi həqiqətlərə bələd olmadığımızdan özümüzü də, təbiəti
də qatı - qəddarcasına fəlakətlərə salmışıq.
Quran və Nizami məktəbi
Əkbər Şamxalov,
Böyükkişi Heydərli
8 aprel 2006
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
DEPORTASİYA
Quran və Nizami məktəbi
Əkrəm Şamxalov
Ötən günlər toz basmış kitabların vərəqlərində
saralır. O günlərə qayıtmağa dəyərmi?! Hələ köhnə əşyalar mağazasında
satışa çıxarılan bolşevik liderlərin “biskivit” və ya “düralüminium”
büstlərini demirik. Nəyə görəsə o rəhbərlərin jiddi görkəmi ajı gülüş
doğurur.
Axı nejə deməyəsən, recim yetkililəri həyati həqiqətlərə zidd fəaliyyət
və hərəkətlərin ijraçıları olublar. Bu müsibətləri danışanda dil yanır,
yazanda qələm.
Çox şükür, yol qırağında javan alça ağajı bir az gej olsa da, hamının
gözü qabağında çiçəklədi. Mənə qalsa rəsmiyyət və iddiaların ajığına
çiçəkli ağajları möjüzə sayardım.
Təbiətlə insan arasına, deyək ki, ətlə dırnaq arasına girən nəsrani
separat recimlər bizi köləliyə, ələbaxımlığa sürükləyiblər. Başımızı
qaldıranda ayağımız altdan torpağı çəkiblər, yurd-yuvasız qalmışıq.
Bizi oyuna salıblar ki, özümüzü tanımayaq.
Yerimizi səhv salıblar ki, özümüzü itirək.
Tarixən milli - dini (və başqa) mənsubiyyəti bəhanə gətirərək Yaxın və
Orta Şərq, xüsusən Qafqaz xalqlarının deportasiyası (soyqırımı) tarixi
ənənəvi, xroniki hal alıb.
Soyqırım milli, məhəlli yox, dünyəvidir.
Deportasiyanın ünvanı isə Qafqaz - Qibləgah mühitlərdir.
Brecnevin Azərbayjana son gəlişini yəqin indi də xatırlayanlar var.
Sov.İKP MK-nın baş katibi Bakıya gəldi və dedi: “Şiroko şaqaet
Azerbaydcan”.
Bu sözün arxasında nə dururdu?
Nəsrani separat Brecnevin ifasında “Şiroko şaqaet Azerbaydcan” deməklə
Azərbayjanın və Qafqazın Amur vilayətinə sürgün edilməsi planından xəbər
verir, həm də əhalinin qanma dərəjəsini yoxlayır. Belə ki, nəsrani
separat yaxşı bilir ki, Azərbayjandan bir nəfərin qaldığı yerdə “Böyük
Ermənistan” qurmaq mümkün deyil.
Mədəni deportasiya baş tutmadığına görə, epidemiya və infeksiya planı
yeridilir.
Şükür ki, dünya xali olmamış və xali deyildi.
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ÖZÜNÜDƏRK
Məhəmməd əleyhissəlam islamı yox, islam dinini fərz edib
Quran və Nizami məktəbi, Əkrəm Şamxalov
Bəşəri dəyərlərin və irsimizin 99 faizi İrana
məxsusdur.
Ekologiyanın, eləjə də nüvənin nə olduğunu İran hamıdan yaxşı bilir.
Bununla belə, İranda islam inqilabı qalib gələndən sonra ölkədə islam
recimi qurulur. Bu recim İranda nüvə energetikası planını həyata keçirir.
Yaranmış belə bir vəziyyət deməyə əsas verir: İran nə dəyərlərinin, nə
irsinin, nə də özünün sahibidir. Tarixən nəsrani, kəsrani və qəsrani
separatın qolubağlı quludur.
İran özünü tapmalı, irsinə və dəyərlərinə sahib durmalıdır. Hazırda
dünya İrana baxır; görür ki, İran islamla islam dinini qarışdırıb. Eləjə
də Türkiyə. Ərəb də qalıb arada.
Cəmiyyət Məhəmməd əleyhissəlamın tövsiyyələrindən azdırılıb; islam
dinini yox, islamı mənimsəyib, olub müsəlman.
İslamın mason qolu isə İstanbul deyimində türkün Dardanel boğazında
qalıb. Türk özünün kürd kökünü qaşıyıb məhv edir.
Bilməliyik ki, kürd və ərmən mövzuları nüvəni, duanı parçalayır.
Ərmən və İran nüvə sənayesi də duanı fiziki parçalamaqla məşğuldur.
LƏNƏTULLA!
Ümumbəşəri əhəmən separatı, türk masonunun saman yolu, İran madonunun
zaman oyunu, Cəmiyyətin ah, aman və fəryadları ərşi-fərşi bürüsə də dərk
edilmir ki edilmir.
İslam əhli əhəmən yönümlü “Böyük İran” xəritəsinin tərtibi məsələsinin
nə demək olduğunu kaş anlayaydı. Yalnız o zaman Məhəmməd əleyhissəlamın
fərz etdiyi islam dininə gələ bilərdi. Amin.
15 aprel 2006
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
QLOBAL ŞÜUR DİRÇƏLİŞİ
QURAN VƏ NİZAMİ MƏKTƏBİ, ƏKRƏM ŞAMXALOV
İran bəşəri dəyər və klassik irsin 99 faizinin ona
mənsub olduğunu unudub.
İran İslam və İslam dininin, insan və ekologiyanın, dua və nüvənin nə
olduğunu hamıdan yaxşı bilir. Bununla belə, nəsran separat İranda İslam
inqilabı etdi və dərhal da bu ölkədə nüvə texnologiyasını həyata
keçirməyə başladı.
Hazırda İran özündən-dəyər və klassik irsindən aralı düşüb. Sən demə,
hamı kimi o da nəsran separatın torbasındadır.
İran özünü tanımalı və tanıtmalıdır. Bəşəri dəyər və klassik irsimiz bu
gün hamıdan və hər kəsdən məsuliyyət və səlahiyyət həddini tanımağı
tələb edir.
Cəmiyyət tarixən Məhəmməd Əleyhisəlamın tövsiyyələrindən azdırılıb;
İslam dinini atıb, İslamı tutub. Elə bu səbəbdən də tariximiz
parçalanmalar və müharibələr tarixidir.
Sözümüzlə əməlimiz tutmur.
Nəsran separat ərəb və əjəmidə İslamı önə çəkib, türk-kürt aləmində isə
İstanbulu.
Türk-kürt tərəfmüqabilləri, azər-fars tərəfmüqabilləri kimi özlərini
tanımır, bir-birinə qənim kəsilib. Sən bu yerdə nəsran separatın
fərəsətinə bir bax. Lənətullah!
“Böyük Ermənistan” və “Böyük İran” mövzuları aktuallaşıb. Bu səbəbdən
əhəmən, yəni ah-aman, saman yolu, zaman yolu və ümumiyyətlə şaman
fəryadları eşidilməlidir. Fəryadlardan “izm” yaratmaq yaramaz.
Bu gün ülfət və hidayət vaxtıdır.
15 aprel 2006-cı il
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
QARALAMA
İLAHİ NUR ZÜLMƏT ƏHLİNİ QARIXDIRIR
Quran və Nizami məktəbi, Əkrəm Şamxalov
Müasir qlobal, intibahi şüur dirçəlişi dinindən, dil
və irqi mənsubiyyətindən asılı olmayaraq bütün insanları ümumi, birgə
irsimiz ətrafında birləşdirir. Hər kəs özünü də, həyati və ilahi
həqiqətləri də dəyərlərimizin içində tapır.
Tarixin belə bir qlobal, intibahi prosesiylə, təəssüf ki,
ayaqlaşmayanlar da var.
Məhəmməd əleyhissəlamın ünvanına uydurulmuş karikatura əhvalatı, az
sonra isə Nizami barelyefinin qaralanması insaniyətlikdə naqis qrumların
açıq təxribatından xəbər verir.
Yazıqlar olsun ki, ilahi nur zülmət əhlini qarıxdırır.
Separat başqanlar yaxşı bilirlər ki, hətta qiyamət qopsa da belə
dəyərlərimizə zaval yoxdur. Bununla belə hələ də bəzilərini yoldan
çıxarda bilirlər. Bu gedişlə Quran və sair dəyərlərimizə də təjavüz
gözlənilir.
Məqsəd dəyər və irsimizin müdafiəsinə qalxmaq deyil. Çünki onların
müdafiəyə ehtiyajı yoxdur.
Müdafiə və müalijəyə ehtiyajı olanlar elə bizlərik, biz insanlarıq.
Bizə yazıqlar olsun ki, günün belə bir məsələsini unudub “Böyük
Ermənistan” və “Böyük İran” xülyasına düşmüşük.
Qaralama yeriməz.
18 aprel 2006
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
NİZAMİ İRSİ VƏ ELMİN TƏLƏBİ
Quran və Nizami məktəbi
Nijatımız dəyər və klassik irsimizdədir.
Çox təəssüf ki, dəyər və klassikamız tarixən görünməz, dərk edilməz bir
vəziyyətə salınıb. Burada günahkar axtarmaq məsələni daha da
qəlizləşdirər. Çünki məsələ qlobal xaotik halətdədir.
Burada bir zərurət olaraq dəyər və klassikamızın tədqiqi və tətbiqi önə
çıxır. Lakin hələ də irsimizə gedən yolun qapısından qara kilid asılıb.
Elmi və dini qurumlar yaradılmaqla Cəmiyyət elm və dindən məhrum edilib.
Başqa sözlə, işıq gələn yerə barmaq tıxanıb.
Beləliklə, klassik irsimizi öyrənmək və öyrətmək baxımından Azərbayjan
aparıjı mövqedədir.
Dünyəvi klassika irs məsələsində yalnız və yalnız Nizami məhvərindədir.
Elə Azərbayjanın aparıjı mövqeyi də məhz Nizami irsi ilə bağlıdır.
Tarixən Nizamişünaslığın missiyası azdırılıb. Nizamişünaslıq və sair
irsimiz siyasi və şəri recimlərin güdazına gedib. Belə bir xəyanətin ən
son qurbanı kimi Əkrəm Şamxalovu tanımalıyıq.
1984-jü ildə Nizami adına Azərbayjan ədəbiyyatı muzeyinin elmi şurası
Əkrəm Şamxalova “Nizami Gənjəvi Xəmsə dibaçəsinin mövzu və təlimləri”
adlı namizədlik işi təsdiq edib.
Bu iş 1994-jü ildə tamamlanıb. İş muzeydə müzakirə edilib, eyni zamanda
bir nüsxəsi rəy üçün Nizami Gənjəvi adına Ədəbiyyat institutuna
göndərilib.
Düz 11 ildən sonra Nizami muzeyi məjburiyyət qarşısında ikinji dəfə
Ədəbiyyat İnstitutuna mürajiət edib, hə-yox istəyib.
Ədəbiyyat İnstitutu dərhal qısa və aydın şəkildə yazılı javab verib: -
Ə.Şamxalovun işi elmin tələblərinə javab vermir.
“Elmin tələbinə javab vermir” şablonu nə deməkdir? Kaş nə dediyimizin
fərqində olaydıq. Bəlkə Ədəbiyyat institutu Əkrəm Şamxalovun işinin
xəyanətə xidmət etmədiyini demək istəyib!? Elə bu yerdə klassik
irsimizin yasına oturmaqdan özgə çarəmiz qalmır.
Yenə də söz Nizaminindir: -
Heç kimin yolunu qəbul etmədim,
Ürəyim deyəni qələmlə dedim.
20 aprel 2006
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
YENİ DÜNYA DÜZƏNİ VƏ FAİZ MƏSƏLƏSİ
Quran və Nizami məktəbi, Əkrəm ŞAMXALOV
Faiz məsələsini çox deyib, az eşitmişik. Görünür,
“Yeni dünya düzəni”ndən xəbərimiz yox imiş.
“Yeni dünya düzəni” ideyası əslində boş xülyadır. El demişkən, daldan
atılan daş topuğa dəyər.
“Parçala, hökmranlıq et!” siyasətinin ömrü tükənib. Artıq Sahibiz-Zəman
əbədiyyəti bərpasının 6-jı ilini yaşayırıq.
“Yeni dünya düzəni” strategiyasının ilk hədəfi Qafqaz-Qibləgah mühitdir.
Nəsran separat “Yeni düzən”də öz qollarına - mason və madona güvənir.
İran islam inqilabı İranın 20 faizini madonun, 80 faizini isə masonun
ixtiyarına verib. Azərbayjan isə nəzəri olaraq 20 faiz mason, 80 faiz
madon arasında bölünüb.
“Yeni dünya düzəni” strategiyası beləjə başlayıb. Zatən, bitmir ki
bitmir. Ona görə ki, fələyin çərxi bir daha geri dönən deyil. Elə bu
səbəbdən də nəsrani separat recimlər bir gərginlik içindədir, ələlxüsus
Yaxın və Orta Şərq recimləri. Çünki İranın bölgüsü dərhal başa çatsa da,
Azərbayjan və Şimali Qafqazın bölgüsündə daş qayaya rast gəlib. Bu da
İranı haldan çıxarıb. Nejə deyərlər, İran jığallıq edir. “Qəmin kəm,
yeznə, öz qazdığın quyudur”.
Teatra baxırıq. Gözümüzün qabağında hərə öz rolunu oynayır. El sözüdür,
ayının min oyunu var, bir armudun başında. Oyun Qarabağ oyunu; Qarabağ
hədəf; armud - madon isə oyunbazdır.
Qarabağ sivilizasiyaların qarşı durması səhnəsidir. Bu səhnədə maraq
yalnız nəsran separatın marağıdır. Başqa maraq yoxdur. Amerika və Rusiya
kimi super recimlər isə həmin bu marağın təmin olunmasına məhkum
ediliblər.
P.S. Söz deyilərkən eşidilməli, yazılarkən görünməlidir.
24 aprel 2006
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
EKİZLƏR
QÜDS VƏ QARABAĞ MƏSƏLƏSİ
Quran və Nizami məktəbi
Qüds sözü Qarabağ deyimi kimi ikili halətdədir.
Unutmayaq ki, Qüds, Hədis təzadlığı var: Hədisdə dirilik suyundan
danışılır, Qüdsdə isə əksinə.
Ərəb və izrail ekiz övladlardır.
Fələstin deyəndə eyni valideynlərin ekiz övladlarından söhbət gedir.
Ekizlərdən biri qarabəniz, digəri ağbənizdir.
Fələstin ekizlərindən fərqli olaraq, Qarabağ ekizlərinin hər biri
qaralı-ağlı doğulur.
Qarabağda hər biri qaralı-ağlı doğulan fərdlərdə həyati və məntiqi
düstur vəhdəti, Fələstin və Qüdsdə isə təjridi əyaniləşir.
Elə izrail və azəri sözləri də deyilənlərin sübutudur.
Qarabağ qibləgah mühitin batini aləmini təjəssüm etdirir. Yəni bu
mühitdə hər bir fərd ağlı-qaralıdır.
Qüdsdən başlayaraq təjridi vüjudiyyət prosesi gedir. Qara zənji və ağ
blandindən Cəmiyyət formalaşır. Bundan sonra silsilə əlvanlıq başlanır.
Təjridi vüjudiyyətin həyati xassəsindən sui istifadə edilərək təzadiyyət
yaradılır. Dualist halət və əlvanlığımız özümüzə qənim kəsilir.
Batini nüvəni, yəni Qarabağı parçalayanda nüvə mərmisi; zahiri nüvəni,
yəni Qüdsü parçalayanda isə müharibə, terror və s. milli münaqişələr
yaranır.
Ğeyrəl-məğzubi, alternativ əxlaqa söykənilərək “Parçala, hökrmanlıq et!”
siyasəti yeridilir. Həmas təşkilatı bu məsələdə ayıq-sayıq olmalı, həm
ağın, həm də qaranın sahibi olduğunu bilməli və nəmaz əxlaqına
gəlməlidir.
P.S. Qarabağ və Qüds münaqişələrinin həlli
bir-birilə bağlıdır. Hər iki münaqişənin həlli isə eyni zamanda,
erməni-müsəlman məsələsini tanıdır. Adımız bədnam edilib.
Fars demişkən, bəni adəm əzayi yek - digərənd.
27 aprel 2006.
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
HƏ-YOX arasında
Quran və Nizami məktəbi
Əkrəm ŞAMXALOV
Həyati münasibət və ilahi tənasübə zidd
tərsimi-əxlaqın ikiağızlı qılıncı başımız üzərindədir. Tərpənirik,
kəsilirik.
ŞƏHİD-ŞAHİD
Nədən başlayaq.
Nədən başlasaq, ona da qayıdırıq.
Nizami demişkən, əvvəlimiz axırımızdır yenə.
Deyilənə görə, axirətə bel bağlayanlar təsəlliyə ehtiyac duymurlar.
İnanc əhli kimi onların da əlləri göydədir; gecə-gündüz dua edir, aman
diləyirlər.
Heyrət, ey büt! Adamlar texniki cihazı andırır. Sanki robortlardır.
Dostlarımız inciməsin, robort deyəndə hər gün eyni cür dınqıldayan, hər
dəfə eyni hərəkəti edənləri nəzərdə tuturuq.
Doğularkən məhkum, diriykən mərhum qarayazılara düşmüşlərin taleyini
görəndə gözlər sulara hönkürməsə, yaxşı.
Onsuz da suların qanı qaradır; haqqı var, aşıb-daşır, qisas alır.
Elə bizlər də sular kimiyik, Fatihə də.
Zora güvənmirik, mundar götürmürük. İtaətə, cinayətə təhrik edilmişik.
Nəsran separat öz xislətini ört-basdır etmək üçün qanun məcəlləsi
uydurub. Təhrikçi kölgədə qalır, səbəbkar unudulur. Qanun naminə
mühakimə edilirik.
Özünü dərk etməyənlərin nə haqqı var, nə ədaləti. Onlar “naməlum
məzar”lara baş əyir, mərhuma şəhid deyirlər.
Şəhid biz dirilərik.
Şəhid, şahid, seyyid haqsızlığı, əyriliyi, müsibəti görür, dərk edir və
ƏNƏLHƏQQ! deyir.
Doğrusu, həqiqət yolçularının bir adı var: ŞƏHİD.
Şəhidlər həm bu dünyanın, həm də o dünyanın sahibləridir.
HƏ-YOX arasında dünyamız ikilidir, ikili duadır. Onu
səhnəyə, bizi komik, dramatik aktyorlara bənzədənlərə etiraz edirik.
Həzər, pərxəşti-zən məkrindən.
2 may 2006
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
HƏ-YOX arasında
Çevir tatı, vur tatı.
Deməyə sözünüz yoxdursa nə baş qatın, nə vaxt alın.
Tərəzi gözünə qoyularsa çəki daşlarını qaldıracaq qədər ağır kitab
müəllifləri bəlkə də tarixdə görünməyə ümid edirlər.
Bəşər tarixi olsa-olsa ibrət üçündür, başqa heç nəyə yaramır; qara
arxivdir.
Qovğa və savaşların tökdüyü qanla susuzluğunu söndürən torpaq tən və tən
bölünüb. Sərhədlərdə “ayrılıq” mahnıları oxunur.
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
“Heydər babaya salam”
Heydər baba, yolum səndən kəc oldu.
Məhəmmədhüseyn Şəhriyarın bu məşhur misrasını mövzuya çevirməzdən öncə
deyiləsi sözümüz var.
Məthiyyə üslubunda dil-dil ötürük.
Şer məclislərimiz “bəh, bəh”lə, reklamla keçir.
Fars populisti klassikləri özününkü sayıb qürrələnir. Bizlərə gəlincə,
“klassiklər-dahilər” tostundan irəli getmirik.
Klassikləri öyrənib tanımırıqsa, hansı üzlə onlara sahib çıxırıq!?
Nə qədər ki, klassiklərimizə nabələdik “dünya düzəlmir ki düzəlmir”
deməyə məcburuq.
Görəsən, dünya niyə düzəlmir?
Şübhəsiz, irsimizdə bu sualın cavabı var.
Uzağa getməyək, Şəhriyardan yuxarıda gətirdiyimiz misraya diqqətə
yetirək: “Heydər baba, yolum səndən kəc oldu”, yəni Heydər baba, sənin
sayəndə düz yoldan azdıq, əyri yola düşdük.
Şairin “Heydər baba”ya müraciəti təsadüfdürmü?! Əlbəttə, yox.
Heydər sözü ikili dürr deməkdir; müənnəs məna daşıyır. Yaradanın əyani
görküdür.
İkili dürr batinə, nur məqamına gətirilib. Yəni müzəkkər müənnəslə
əvəzlənib. Nəticədə bu cür yerdəyişmə (yerlərin səhv salınması) dünyəvi
müsibət və regional münaqişələrə rəvac verib.
Şəhriyar bu misrada diqqəti Heydər sözünün batini mənasına yönəltməklə
nöqsanlarımızın baş məqamını nəzərə çatdırır. Məhz bu məqamı
bilmədiyimizə görə, dünya dəyişmir.
Şəhriyarın bir misrasının doğru-dürüst dərki dünyəvi müharibə və
regional münaqişələrin həllinə yol açır. Beləliklə, Cavid demişkən,
dünyada qan izi kəsilir.
Nicatımız dəyər və klassik irsimizin dərkindədir.
5 may 2006.
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
XÜLASƏLƏR
ƏKRƏM ŞAMXALOV
MƏTBUAT VƏ HAKİMİYYƏT
Mətbuat həyatın güzgüsü və cəmiyyətlə təmas
vasitəsidir.
Hakim yalnız Sözdür.
Mətbuata “Dördüncü hakimiyyət” demək bir oxla iki dovşan vurmaq deməkdir.
Burada həm mətbuatın səlahiyyət və məsuliyyəti əlindən alınır, həm də
Söz hakimiyyətdən, yəni qiymətdən düşür.
JURNALİST VƏ MÜXBİR
Jurnalist fəlakətlərin carçısı, müxbir isə həqdən,
ədalətdən xəbər verəndir.
Jurnalist-müxbir münasibətləri təbiət və cəmiyyəti problemlər
girdabından qurtarır.
Müxbir gərək klassik irsə istinad etsin, əks təqdirdə, problemlər daha
da dərinləşər.
Müxbir sözü qısa və aydın deməlidir ki, hər kəs başa düşsün. Müxbir
sözünün əyani sifətini dedik, batini sifəti isə elmin hədəfidir.
MƏDƏNİ DEPORTASİYA
Azərbaycana və Qafqaza tətbiq edilən çoxşaxəli
deportasiyaların mədəni qolu, əslində insan oğurluğu siyasəti həyata
keçirilir. Məqsəd nə yolla olursa-olsun regionu boşaltmaq “Böyük İran”
və “Böyük Ermənistan” yaranmasını təmin etməkdir.
Baştutuan məsələ deyil, hər halda cəmiyyət bunu
bilməlidir.
13 may 2006.
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
YAZI
Əkrəm ŞAMXALOV
Nədən yazmaq?!
Deyəsən, yazıçılar mövzu sarıdan korluq çəkirlər. Bizə qalsa, susmağa
üstünlük verərik.
Hər halda, Söz hakimdir.
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
TƏŞBEH
Bu il yol qırağındakı ərik ağacı bar gətirmədi.
Barsız ağac uşaqların gözünü acıtdı. Onlar da tənbəllik eləmədi, barsız
ağacın məyus budaqlarına adlarının baş hərflərini yazdılar.
Bu il arılar da bar vermədi. Bal arıları çiçəklərdə qırıldı. Bir yanda
gül-gülü çağırır, o biri yanda hava qan ağlayır.
Neyləyək, dərd çox, həmdərd yox.
Reaktiv şüalar kökümüzə daş atır. Çirkab axıtdığımız suları içdikcə,
quruyub əldən gedirik.
Xəstəliklər də çeşid-çeşiddir.
Bu barədə nə yazan var, nə pozan. Yazıçılar ağızlarına su alıblar. Əl
tərpədən də “Bulaq başındakı sevgi”ni “ardı var”la uzadır. Bəzisi də
çak-çuk edir, ailə dolandırır.
Ümumiyyətlə, bazarda göy satdığı yeri qorumaq istəyən ədibə monoloq
söyləməməyi məsləhət görərdik.
Heç də bizdən uzaq olmayan vaxtda bolşevizm qırmızı ələm sürdürdü. Rejim
ədibləri siyasi maskada inqilabi şəraitin tipik obrazlarını yaratdı.
Həmin obraz və qəhrəmanları “döyüşən kölgələr” adlandırmaq düz olardı.
Döyüşən kölgələr Haqdan danışdı, fəqət Haqqı tanımadı.
Bütün təriqətizm və nəzəriyyələr yazıçını yaradan, yazını yaradılış kimi
anlamadı; qələm götürəni yazmağa (yaratmağa) yox, qara yaxmağa sövq etdi.
Bizlər həm yazıyıq, həm də yazıçı. Həm bazisik, həm də üstqurum. Gərək
bütün fəaliyyətimizdə özümüz kimi bazisə söykənək.
Tarixə baxsaq, qoşa yarıya bölünəndən (qoşa qurban kəsiləndən) başımız
qal çəkir. Münasibətə yox, münaqişəyə, mübarizəyə təhrik edilmişik. El
demişkən, daş atıb başımızı tuturuq.
Bizdən seçilən bizə qənim kəsilib. Aramıza nifaq toxumu səpir.
Xətadan-bəladan necə qurtulaq?! - cəmiyyət yol axtarır.
Dua edəkmi?! Etiraz etməyənlər “əvvəlcə duanın mənasını bizə izah edin”
deyirlər.
Hikmətlərə görə, Nücumi-Təsbeh danələri kimi bir-birimizin və Yaradanın
bənzəri, təşbehləriyik.
Zülm etməyin, deyilib.
Yaradılana zülm etmək, həm də Yaradana zülm etməkdir.
Hər kəs özünün gerçəyidir (!)
Xoş halına təbiət kimi saf olanların. Onlar kitablardakı ağ yalanları
əzbərləmir. Həqiqətləri Lövhi-Məhfuzdan oxuyur.
Biz burada qan-qada, qovğa, təfriqə və iğtişaş salanların adlarını
çəkmirik. Onlar ara qarışdıranda uşaqlar göyərçin uçurdurlar.
Qonduğu budaqdan qoşa axan sulara baxan cüt göyərçin şübhəsiz, təbiətin
ən kamil əl işidir. Bu canlı rəsm önündə nə deyəsən, susmaqdan özgə.
Hər halda, Söz hakimdir.
14 may 2006
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ƏMMAMƏ VƏ HİCAB
“Türkiyə şok içində!” (Yeni Müsavat, 19.05.2006)
nidasıyla əlaqədar bu mövzuda yazdıq.
Xəbər verildiyi kimi, Arslan adlı dindar vəkil Ankara məhkəmə zalına
daxil olaraq hakimlərə atəş açıb. Nəticədə beş hakim yaralanıb, biri
dünyasını dəyişib. Bu hadisə islam aləmini lərzəyə gətirib. Qərb
mətbuatında əks-səda doğurub.
Dindar vəkil ifadəsində hadisəni Türkiyənin yüksək məhkəməsinin,
Danıştayın çadrayla-hicabla bağlı son qərarına etiraz olaraq törətdiyini
bildirib. Həmin qərara görə müəllimlər məktəbə hicabla girə bilməzlər.
Baş verən hadisə bizi ağrıdır, sarsıdır.
Bu faciyəyə rəğmən Türkiyə islam və dünya din mütəxəssislərinin
səlahiyyət və məsuliyyəti gündəmə çıxır.
Cəmiyyətə şok yaşadan fakt göstərir ki, din yetkinlərimiz çadra, hicab,
eləcə də əmammə kimi həssas mövzuda bilgisizdirlər.
Türkiyə Ali Məhkəməsinin - Danıştayın yasaq qoyduğu məsələni yetərincə
öyrənmədiyi hiss olunur.
“Mən Allahın əsgəriyəm” deyən vəkilin Allah, əsgər və hicab haqqında
yanlış təsəvvürü onu silah götürüb cinayət törətməyə təhrik edib.
Hicab heysiyyatla əlaqələndirilərək abır-həya kimi qələmə verilib.
Hicab da Fatihə kimi su mövzusudur. Bu mövzuda söhbət düşəndə
istər-istəməz gözümüz önündə nağıllarımızda suyun başını kəsdirən əjdaha
obrazı canlanır.
Su başını bağlayan əjdahayla başı bağlayan hicab və əmmamə arasında məna
eyniyyəti var.
Əmmamə su başında qırılıb yatan ikili əjdaha timsalıdır. Əgər əmmamənin
ucu sola düşürsə, suyun başını kəsdirən erkək əjdahadır, yəni masondur.
Əgər sağa düşürsə, dişi əjdahadır, yəni madondur.
Hicab və əmmamə suların quruduğunu, mahiyyətətinin məhv edildiyini,
ağlımızın və mənəviyyatımızın əlimizdən alındığını görk edir. Biz bunu
görürük, zira dərk etmirik.
Hicab və əmmamə Fatihə surəsi və Nəmazın dediyi kimi cəmiyyəti ağlını
başına yığmağa, suları saflaşdırmağa və cari etməyə çağırır.
P.S. Hicaba qadağa qoyulursa, onda gərək əmmaməyə də
qadağa qoyula.
Söhbət qadağadan yox, məsələnin dərkindən gedir.
20 may 2006
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
AZƏRBAYCAN
Əzra, əzrail, izrail, xəzər, həzər, hezar, bazar,
azar kimi sözlər neqativ halətdə olub AZƏR söz mənasındadır.
Əuz, əruz, araz, urus, rast, ərzaq, Ərzincan, Ərzirum sözləri isə AZƏR
sözünün əyanilikdə pozitividir.
Azərbaycan sözü və özü mövzusunda yazmağın vaxtıdır. Çünki türk-azər
deyimi də Azərbaycan sözünün məntiqi və riyazi həllini tələb edir: -
Biri var (- • + = +), biri də var (+ • - = +). Həyatiliyin batini və
zahiri halətinin ikili təqdimatı eyni bir həyati düstura istinad edir.
İstər Şah İsmayıl Xətai, istərsə də Məmməd Əmin Rəsulzadə kimi padşahlar
bu sadə məsələdən xəbərsiz olmayıblar. Çünki biri “Dəhnamə” müəllifidir,
digəri tanınmış Nizamişünas.
Azərbaycanı tanımaq və tanıtmaq üçün mahnı və reklama qurşanmaq yox,
Azərbaycan söz dəryasına qərq olub üzməyi bacarmaq gərəkdir. Yəni
İsgəndəri-Zülqərneyn kimi Ənəlhəqq deyib, diriykən zülumətlərə getməyi
bacarmaq lazımdır. Azərbaycan deyimində kainatın hərəkət istiqaməti
yalnız batini aləmlərə xas olub, zahiri aləmlərlə təcridi vəziyyətdədir.
Beləliklə də, həyatilik bazisinin başına fəlakət açmışıq. Belə halda
üstqurumdan danışmağa dəyməz, fənadır!
Azər vəhdəti-vücudiyyətdədir. Bu vəhdətə olan təcavüzü “baycan” nümayiş
etdirir. Bunu bilmədən biz qeyri-əyaniliyimizin car çəkdiyi fəlakətləri
şüursuz və doğmatik olaraq əyaniliyə tətbiq etmişik. Tariximizin
Qarabağ-Qüds, türk-kürd, erməni-müsəlman və sair namünasibətləri elə bu
şüursuzluqdan xəbər verir. Füzuli demişkən, diriykən qəbr evinin əzabını
çəkirik.
Bütün cəmiyyət batini aləmlərdə Azərdir, zahiri aləmlərdə azər deyil,
zira azərin oxşarı, təşbehi, təsbihi, timsallarıdır. Başqa sözlə, biz
əyanilikdə neqativ azərin pozitivləriyik. Yəni əruzilərik. Kürreyi-ərzin
və kainatın canlılarıyıq və əsla qəbr əhli deyilik.
Azər və Əruz sözlərinin dərkində irsimizə, ələlxüsus Nizamiyə istinad
etməliyik. Əks təqdirdə, cəsədi yandırıb külünü sulara atan
hinduvaniyik.
Biri var od, biri də var atəş. Od yetirir və bitirir. Atəş isə yaxıb
yandırır, məhv edir.
“Yandı canım hicr ilə...” (Füzuli)
Füzulinin “yanar canı” hər iki aləmlərdə ilkin ikili həyati
amillərimizdir. Əlif amilləridir. (mənfi-müsbət, kişi-qadın)
Atəşpərəst olmuşuq, dədə vay!
Atəşgahlar qurmuşuq, nənə vay!
Baharda Novruz deyə atəşfəşanlıq edirik.
Bu səbəblərdən Gennesin qırmızı kitabında adımız türkdən sonra ikinci
sıradadır. Bizi ölü xalq kimi qələmə veriblər. Ölü xalqın əlifbasına
keçib, apastrofu da atmışıq.
Bilməliyik ki, ərmən də, azman da, osman da Azər və Əruzun mütləq tərkib
hissəsidir.
Azər və Əruz hər iki aləmdə ruhi-eşqi mübadilat və canbazilərdədir.
Azər və Əruz vəhdətdədir, əsla bölünməz və sərhəd tanımaz.
Əqlini, huşunu itilə daha,
Bir ovuc torpağa qəlib olma ha! (Nizami)
Türk-azər sözünün mənası türkün fəryadıdır, türk dönəri kimi “alışdım,
yandım” deyir. Tarixən İran hakimləri azərbaycanlı olub. Eyni zamanda
azərbaycanlılar da tarixən özlərini tanımadıqlarına görə gileylidirlər.
Bu yerdə “Qorxulu Tehran” yada düşür.
Təklik və ayrılıq mahnıları oxuyuruq. Bir el mahnısı var:
Arazam Kürə bəndəm,
Bülbüləm gülə bəndəm.
Dindirməyin dərdliyəm,
Bir şirin dilə bəndəm.
Sözü gec anlamaq yaxşıdır ondan,
Nəki anlamadan danışır insan. (Nizami)
Azəribayicaniyəm, arizi-qəmliyəm naçar
Bəni-insani cehrəyəm, adəmi-zadəyəm ki var.
Dad aman, fəlakətlərimizi bayram edirik. Düşmüşük bayram bəlasına.
Söz mütəxəsisslərindir.
P.S. Azərbaycan sözünün mənası qoşa məzar deməkdir.
Hazırda Azərbaycanı radiobaycan etməyə cəhd göstərirlər. Arvadın xiyar
məsələsi.
25 may 2006
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
TİTANİK
Titanik mövzu olaraq azdırılır, yəni tarixdə baş
verməyən hadisə kimi təqdim olunur. Digər tərəfdən, Titaniklə bağlı
sənədli filmlər çəkilir, hadisənin reallığının sübutuna cəhd edilir.
Bu təqdimat və cəhdlər öz yerində, bizim Titanik mövzusuyla əlaqədar
sözümüz var.
Titanik nəsran separatın mason mövzusudur.
Titanik yeni eradan əvvəlki minillikləri əhatə edən pədərşahlğın sonunu,
faciəsini göz önünə gətirir.
Mövzuya nə qədər nail olunub, bu başqa məsələdir.
Titanik sözünün açılışı var: ti • ta = + • + = -
Göründüyü kimi, titanik sözü qeyri-məntiqi düsturu nümayiş etdirir.
Masondan sonra madonna, yəni madərşahlıq gəlir.
Madərşahlığın süqutuyla bağlı hansısa bir film üzərində iş getdiyini
istisna etmirik.
Nəsran separatın 5 min illik tarixi müddəti qurtarıb.
Hazırda Məhdi-Sahibi-Zəman əbədiyyəti bərpasının 6-cı ilini yaşayırıq.
01 iyun 2006
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
XÜLASƏLƏR
İş ki qaldı arvada, ölən günü sal yada.
Madərşahlıq da, Pədərşahlıq da - hər ikisi insanlığın qənimidir.
HÜQUQ
Saysız-hesabsız hüquq təsisatları yaradılıb.
Hüquq mövzusunda gen-bol yazılır.
Hüquq arvad hegemonluğudur.
N+ağ+ağ düsturu Madərşahlıq düsturudur. Bu düstur arvadın arvadla
nikahını görk edir.
Hüquq-mühafizə orqanları əslində arvad mühafizə orqanlarıdır. Hacı
Qəmbərin baraması burada batıb. N.Vəzirov məzhəkəni yazıb, amma mətləbi
yayındırıb.
Azərbaycan mövzusunun davamı olaraq ömrünü başa vuran hüquq hələ də yara
kimi yeriyir, quduzluq yayır.
Anadan əmdiyi süd burnundan gəlir.
Bakı-Ceyhan
Günəş - Yer münasibətlərinə uyğun olaraq Həqqi-Təala
cəmiyyəti Ceyhan-Xəzər istiqamətdə yetirir, bitirir və əmizdirir. İndi
bu imkan Həqqi-Təalanın əlindən alınıb. Həqqi-Təala özünüməhvə təhrik
edilib.
Xəzərin təbii sərvətləri qarət edilərək Ceyhan limanında Həqqi-Təalanın
burnundan gətirilir.
Quran “Zəlzələ” surəsinin ikinci ayəsi təhrif olunub. “Yerin məhvi
kainatın abadlığıdır” deyə təbiət və cəmiyyəti məhv etməyin asan və ucuz
yolu tapılıb.
Meşələr yandırılır, təbiətin fauna və florası dağıdılır, təbii sərvətlər
yağmalanır, Yer kürəsində Günəş nuruna alternativ enerji şəbəkəsi
yaradılır.
Kişiliyimiz müharibə meydanlarında məhv edilir. Qadınlarımız isə
Manyukyanların sərəncamına verilir.
Günahkar axtarmırıq, zira günahkar göz qabağındadır: - Nəsran Separat!
Nəsran Separat dünyanı məhv etmək üçün Azərbaycandan yetərincə istifadə
edir. Belə bir vəziyyətdə ziyalılar, dindarlar, yetkililər, din və
dövlət başçıları, partiya və ictimai təşkilatlar önə çıxıb öz sözlərini
deməlidirlər.
06 iyun 2006
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
DİN VƏ DÖVLƏT ATRİBUTLARI
Din və dövlət sahibi olmaq üçün din və dövlət
atributlarının nə demək olduğunu bilməliyik.
Cəmiyyət din və dövlət atributlarının nə demək olduğunu bilmirsə və bu
atributların məna çalarlarına bələd deyilsə, demək cəmiyyətdə nə din var,
nə də dövlət. Din və dövlət adından quruca söz oyunbazlığı var. Belə
vəziyyətdə nə qədər çox danışsan, çox yazsan fəlakətlərimiz də o qədər
dərinləşər. Elə buradan da din və dövlət atributlarının dərkinin son
dərəcə vacib olduğu aydınlaşır.
Din və dövlət atributlarının dərki isə cəmiyyətdə tədricən təbii din və
təbii dövlətçiliyin bərpasını təmin edir.
Din batini aləmlərə, dövlət isə zahiri aləmlərə aiddir. Özü də yalnız
dua halətində - biri batini, biri zahiri. Dualizm əsla dua deyil.
Din və dövlət atributlarının dərkində əlif amilləri ilə əliflamları
qarışdırmaq və eyniləşdirmək qətiyyən olmaz.
Din və dövlət atributlarını araşdırarkən yalnız həyatiliyin həqiqət yolu
olan duaya istinad etməliyik, dualizmə yox.
O ki qaldı atribut sözünə, bu söz elə Azərbaycan mənasındadır - Atropat.
Ayırma dövləti dindən, xəcalət
Ayırsan nə din var, nə də ki dövlət.
Bismillah demişkən, təkə adı var
Misli, vəsli, rəsmi Azərin hərar.
Biz özümüzü azərbaycanlı adlandırmaqla tarixən hər iki dünyanın məhvini
məsuliyyətini şüursuz olaraq üzərimizə götürmüşük. Bunun fərqinə
varmadan azərbaycanlı olmağımızla fəxr edirik. Bütün dünya da, təbiət
də, cəmiyyət də, qeyb də, batini aləmlər də, ruhaniyyət də, o dünya da
azərdir.
Bu dünyada isə əruzilərik.
11 iyun 2006
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
MİZAN-TƏRƏZİ
Mizan-tərəzi kainatda münasibətlər məcmusunu
tənzimləyən həyati halətə deyilir.
Mizan-tərəzi həyatiliyin qayda-qanunudur.
Bu qayda-qanunlara istinad edilməli, yaşanmalıdır. Münasibətlər əlif
amilləri, insanla insan, insanla təbiət, ümumiyyətlə, bütün mövcudat
arasındadır.
Mizan sözü, əuzan, əuzi-billah mənasının daşıyıcısıdır. Biz əruzuq,
əuziq, pozitivlərik. Biz özümüzü tənzimləməkdən ötrü tərəzinin nə
olduğunu bilməliyik.
Tərəzi taraz sözündəndir; bərabərlik deməkdir.
Tərəzinin əsas mənası da var: tərz=tərs=dərs...
Tərz optik haləti nəzərə çatdırır. Cəmiyyətin optik halətdən xəbəri
yoxdur.
Biz əruzilər tərəf müqabillərimiz olan azərilərlə, yəni batini aləmlərlə
münasibətdəyik; bütün yaradılış da eynən.
Mizan-tərəzi batini və zahiri aləmlərin həmahəngliyi mövzusudur.
Tərəzi deyəndə biz yalnız bazarı yox, azəri də mütləq yada salmalıyıq.
Mizan-tərəzi optik haləti görk edir.
Mizan-tərəzinin optik məqamı kainatda Günəşdir. Yer Kürəsində isə Qafqaz
və Kafiristandır.
12 iyun 2006
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
NİSBİLİK KATEQORİYASI
Nisbilik kateqoriyasını bilmədən hərəkət
istiqamətini müəyyənləşdirmək və tərəf-müqavili tanımaq mümkün deyil.
Nisbilik məfhumu kainatdakı planetlərin hərəkət istiqamətini
müəyyənləşdirir. Nisbi kateqoriya isə biz özümüzük.
Yer kürəsinin hərəkət istiqamətini müəyyənləşdirmək üçün üzümüzü suya,
özü də Şimali Buzlu Okeanına çevirməliyik. Bu məqamda bir cihaz kimi sol
çiynimiz günçıxana, sağ çiynimiz isə günbatana baxacaq. Eyni zamanda biz
günəşin hərəkətini, hər sutka soldan çıxıb sağda batdığını görürük.
Bəs həqiqət nə deyir?
Hər bir planet, o cümlədən Günəş öz oxu ətrafında fırlanır. Deməli, Yer
də öz oxu ətrafında sağdan sola hərəkətdədir.
Günəş gördüyümüz kimi Şərqdən çıxıb Qərbdə batmır. Əbədən öz oxu
ətrafında sağdan sola hərəkətdədir, bütün planetlər də eynən.
Saatlarımız əyaniliyə istinad edir.
Qeyri-əyaniliyin hərəkət istiqaməti isə unudulur; burada optik halət
nəzərə alınmır.
Ümumiyyətlə, əyaniliyə görə kainatın hərəkət istiqaməti soldan-sağa,
saat əqrəbi istiqamətindədir.
Qeyri-əyaniliyə görə kainatın hərəkət istiqaməti sağdan-sola, saat
əqrəbinin əksinədir.
Kainatın qiblə mühiti Onlu günəş sistemi mühitidir.
Günəş-Yer münasibətlərinə görə Yerin qibləgah mühiti Ağrı dağıdır -
Araratdır.
Yer sutkada öz oxu ətrafında fırlanaraq gecə-gündüzü (qara-ağı,
Qarabağı) yaradır.
Yerin Günəş ətrafında bir il ərzində dövrəsi isə İl Dairəsi adlanır.
P.S. Aya baxan uşaq deyir: “Ata, Aya bax, gör nə bərk gedir”. Ata isə
cavab verir ki, Ay getmir, gedən buluddur; külək aparır. Əgər uşaq Ayın
soldan sağa getdiyini görürsə, demək külək buludu sağdan sola aparır.
Nisbilik kateqoriyası əyaniliyin aldadıcı olduğunu
cəmiyyətə görk edir.
Adımızı böyüdüb ad günləri keçiririk. Şəkillərə
baxıb deputat seçirik.
Kütləvi tədris isə cəmiyyətdə əyaniliyə-yalana söykənir. Ona görə də
deyilir, Yalan Dünya.
12 iyun 2006
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
QARABAĞ MÜHARİBƏSİ
Qarabağ müharibəsi tarixən qarayla ağ arasında gedən
müharibədir. Qara gecədir, ağ da gündüz. Gecəylə gündüz təbiətdə
müharibə eləmir, öz mövqelərini bir-birinə güzəşt getmədədir.
Gecə-gündüz həyatiliyimizin iki üzüdür. İki üzümüz o dünyada Bəğərədir,
bu dünyada Qarabağ. Yəni o dünyada azəriksə, bu dünyada əruzuq.
Bütün yaradılış əruzi olduğu halda, yalnız bizim adımızı azərbaycanlı
qoyublar. Azərbaycanlı olduğumuz üçün Qarabağ müharibəsinin nə demək
olduğunu bilmirik. Ərməndən özümüzə süni düşmən düzəltmişik. Deməli,
qaramız ağımıza düşmən kəsilib. Ağımızsa muğamat oxuyur. Nakam türk isə
tarixən bu haləti müşaiyət edir.
Qarabağ da, Bəğərə də qaralı-ağlıdır. Bu xassə həyatiliyimizin ilkin,
ikili şərtidir. Bu şərtsiz həyat da yoxdu.
Dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu o deməkdir
ki, Qarabağ müharibələri tarixən Azərbaycandaxili müharibədir. İstər
azər ərmənin üzərinə qalxsın, istərsə də ərmən azərin. Ərmən sözüylə
islam sözünün mənası eynidir; biri aşkar, biri gizli.
Həyatiliyimizin zahiri və batini xassələrindən istifadə edərək
erməni-müsəlman arasında əndrabadi siyasət yeridilib.
Həyatiliyin tərəf-müqabilləri təzadlaşdırılıb, silahlandırılıb, üz-üzə
qoyulub.
Ağlı-qaralı xassə vəhdətdədirsə abad olacağıq, ayrıdırsa məhv olacağıq.
Bütün ailəvi, dünyəvi münaqişələrin mayasında qarayla ağın təbii
xassəsini, vəhdəti xassəsini bilməməymiz durur. Odur ki, istər dünyəvi
təşkilatlar, istərsə də rəhbər görüşlərində mütləq qarayla ağın vəhdəti
xassəsinə istinad etməlidir.
Nəsran separat din deyə-deyə dini, millət deyə-deyə cəmiyyəti, dövlət
deyə-deyə ailəni parçalayıb, vətən deyə-deyə torpaqları hasarlayıb.
Beləliklə, təbiət cəmiyyətə zidd mövqeyə təhrik edilib. Bu səbəbdən də
tariximiz olub Qarabağ müharibələri tarixi. Dünyəvi fəlakətləri
pərdələmək üçün Azərbaycan daxilində Qarabağ müharibəsi törədilib.
Biri var - Dağlıq Qarabağ Gəncəbasardan Araza qədər; biri var Yuxarı
Qarabağ - Arazdan Kiprə qədər; biri də var Bozqurd, yəni Aralıq dənizi
və ətrafı.
Cəmiyyət qaralı-ağlı xassənin hərəkət istiqamətini tanımırsa, deməli,
kainat arentiri itirib, yolunu azıb.
Günəş-Yer münasibətlərinə görə dünyanın, eləcə də Qarabağın mərkəzi
Ağrıdağ mühitidir.
Yerin aqil insanı bomba düzəltməz. Bir fəlakət silsilə fəlakətlər
törədir.
Fəlakət silsilələrini isə tənzimləməyə təbiətin gücü çatmır. Bu isə
təbii fəlakətlərə səbəb olur.
Qarabağ bölünməzdir. Qarabağ elə süfrədir ki, bu süfrədə hamının payı
var.
Allahı dərk eləsən, qətli-qarətin səbəbin
Olacaqdır nəmazın hasili əyyamidə din
(Əkrəm)
Allahıdərk cəmiyyətə Qarabağın dua xassəsini başa salır.
Qarabağ məsələsi dünya miqyasında həlli mümkün olmayan problemə
döndərilib. Bu problemin həlli üçün ibtidai təhsil kifayətdir. Söhbət
iki eşşəyin arpa-samanından gedir.
Bir kişinin iki övladı var imiş. Bu övladlardan biri deyir ki, ata
mənimdir. O biri də deyir ki, yox, ata mənimdir. Bunun üstündə övladlar
arasına dava düşüb. Dədəmiz Qorqud isə hər ikisinin atası olduğunu
oğullarına qandıra bilmir. Əksinə, hər ikisini silahlandırıb bir-birinin
üstünə təhrik edir. Bəhram Şah da bir-birini qanına qəltan edən iki şir
arasından zərrin tacı alıb başına qoyur və təxti-taca sahib çıxır.
Belə bir sadə məsələ epidemik həddə çatdırılıb. Qarabağ kimi sadə
məsələnin həllində dünya dövlətləri özlərinin etibarsızlığını nümayiş
etdirirlər. Qarabağ məsələsinin müzakirəsi Azərbaycanda qadağan edilib.
Cəfər Cabbarlı da (dramaturqun heykəli nəzərdə tutulur) Bakının
ortasında xəcalət təri tökür.
16 iyun 2006
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
SUFİZM-FİLSUF
(FİLSUF=FİL+SUF. Fil deyir ki, əliflamları sufi
hərəkətinə, yəni həyati kateqoriyaya yönəltmək gərəkdir)
“Filosofiya myortvaya nauka!” deyimi Rusiya telekanalında səslənib
Elmlərin (ələmin) yüyəni fəlsəfənin əlindədir, ürfanın yüyəni isə
sufizmin.
Kütləvi təlim fələsəfə ilə filosofiyanı eyniləşdirərək camaatı çaş
salıb. Fəlsəfəni filosofiya ilə eyniləşdirsək, səfi və sofiyanı, yəni
erkəklə dişini bir-birindən ayırd edə bilmərik. Fəlsəfə və filosofiyaya
elm statusu verilməklə ürfanın yüyəni Sufizmin əlindən alınıb.
Dünyəvi elm və dinimiz fəlsəfə və filosofiyanın əsarətindən
qurtarmalıdır.
Fəlsəfə və filosofiya nəsran separatın sağ və sol əlidir.
Fəlsəfə də, filosofiya da tarixən Sufizm təliminin məhvinə köklənib.
Sufizm həyati amillərin (fəsillərin, gecə-ündüzün, illərin) paralel və
ardıcıl hərəkət tərzidir.
Fəlsəfə də, filosofiya da tarixən cəmiyyəti yolundan azdırıb. Elmi də
məhv edib, dini də. Çünki fəlsəfənin də, filosofiyanın da vəzifəsi
budur.
Sufizm təlimləri önə çıxmalıdır. Sufizm sözü suyun və kainatın hərəkət
istiqaməti anlamındadır.
Fəlsəfə və filosofiya bütün ürfanı öldürürsə, Sufizm dirildir; ələlxüsus
da ədəbiyyat və rəyazəti, ziyarəti yox.
KRİMİNAL
“Kriminalnıy produkt” mövzusu Rusiya yayım
vasitələrində önə çıxıb
Elm və dinimiz kimi məişətimiz də, qidamız da kriminallaşıb. Kriminal
sözü elə Kreml deməkdir, yəni qala. Market sözünün məişəti də kriminal
anlamdadır. Bu onu göstərir ki, bütün ərzaq bazar siyasətinə uyğun
olaraq kriminallaşıb. Market, hətta supermarket deyimləri ərzaq və
məişətimizin kütləvi şəkildə kriminallaşmasının əyani sübutudur.
Əkrəm sözü də, market, kriminal mənasındadır. Təsadüfi deyil ki, islam
aləmində Əkrəm adı oğlana da qoyulur, qıza da.
Hələ Əkrəm hələ də qövr ilə tab etmədədir
Bu təriqlə nəsibimdir məzar ilə məzar.
Belə kriminal halət hazırda super həddə yüksəlib. Azər sözü nədirsə, elə
super də odur.
Kriminal ərzaqdan cəmiyyəti qorumaq, məişətimizi və qidanı saflaşdırmaq
üçün ilk əvvəl su saflaşmalıdır. Bunun üçün çirkablar xüsusi bunkerlərdə
emal edilməlidir.
Yeni inşa ediləcək hər binanın yanında ilkin olaraq xüsusi bunker
təsərrüfatı tikilməlidir. Tualet və sair çirkab bunkeri bir nömrəli
strateji obyektdir.
Böyük şəhərlər salınıb, ancaq strateji bunker olan tualet obyektləri
unudulub. Dünyamız bütün çirkabları sulara axıdır. Beləliklə də su
kriminallaşır. Bu yerdə Krılovun “Qurd və quzu” təmsili yada düşür. Sən
demə, qurd məsələni düz başa düşüb.
Hazırda suyun, havanın çirklənmə normasından danışılır. Bu məsələdə
norma yoxdur. Havanı, suyu zərrə qədər də çirkləndirmək olmaz. Belə
vəziyyətdə rəhbər və mütəxəssislər irəli durmalı, bütün imkanlarımızdan
istifadə edib ərzaq, məişətimizin, suyumuzun və təbiətimizin saflığını
təmin etməlidir.
Kriminal olan yerdə din və dövlət təhlükəsizliyindən danışmağa yer
qalmır.
Kriminalın mühakimə və müalicəsi məsələsində günahkar axtarmaq olmaz.
Çünki 5 min ildir cəmiyyət rəsmi kriminal qurumların girovundadır.
“Allah Kərimdir” və “Peyğəmbəri-əkrəm” deyimləri cəmiyyətin büsbütün
kriminallaşmasının sübutudur.
Allah, Məhəmməd, ya Əli nidası cəmiyyəti kriminalın dərkinə və
müalicəsinə səfərbər edir.
26 iyun 2006
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ELMLƏR AKADEMİYASI
Xəmsə, Sirlər xəzinəsi, Pərxəşti-zən, akademiya,
demokratiya və sair kimi sözlər formaca fərqli olsalar da, məna və
mahiyyətcə eynidir. Elmlər Akademiyasının zəruriliyi təbabətin,
diaqnostikanın, həkimliyin, tibb və sağlamlığın zəruriliyi qədər
zəruridir. Daha doğrusu, akademiya bütün zərurətləri ümumiləşdirən
sözlərdən biridir.
Akademiya sözü mahiyyətcə Quran həmdsurəsilə həmahəngdir.
Fəlakətlərimizin səbəbi şüurumuzun məna və mahiyyətlərimizlə
köklənməməsindədir. Ağız deyəni qulaq eşitmir.
Elmlər Akademiyası deyiminin müstəqim mənası və batini mahiyyəti
ələmlər-ərəmlər epidemiyası deməkdir. Yəni əlif-lamlar və oriflamilər
epidemiyası. Əgər danəndələr, bilicilər, ustadlar, həkimlər, hikmət
sahibləri Quran ələm və ərəm rəmzlərinin mənasını anlasalar, bütün
dərdlərin diaqnozunu dərhal tapmış olurlar. Əgər ələm və ərəm
rəmzlərinin mənasını bilməsələr, onda olurlar alim, yəni epidemiya
virusu.
Rəbbi, talan edilir dürri-mühümmatlarımız,
Alimi-biəməlüllahilərim barbar imiş. (Əkrəm)
Akademik sözü isə virus girdabı mənasını anladır.
Nizami demişkən insan dediyi, yazdığı sözün mənasını bilməlidir. əgər
bilmirsə, elə fəlakətlərə düşər ki, dərdinə dərman tapılmaz.
Əkrəma, sözlərini ehmalı sərf eylə müdam
Dostlu-düşmənli mühummat dua-duayi məqam.
Azərbaycanda Elmlər Akademiyasını təsis edənlərə min rəhmət.
Elmlər Akademiyası təsis olunubsa, demək Quran
meydandadır. Əgər ox atılır, yayı gizlədilirsə, o zaman din dövlətdən,
baş bədəndən ayrı düşür. Elmlər Akademiyasının müstəqim vəzifəsi,
səlahiyyət və məsuliyyəti qlobal problemlərin diaqnozunu öyrənmək və
fundamental təlimlərin tətbiqi ilə təbiəti və cəmiyyəti müalicə etməkdən
ibarətdir.
Dərdlərimizin diaqnozu da, dərmanı da dünyəvi dəyər və klassik
irsimizdədir. Azərbaycan Elmlər Akademiyasının yaradılmasında məqsəd
münacat naminə ümumdünya şüur mərkəzini təsis etməkdən ibarət olub.
P.S. Azərbaycan dünyanın şüur mərkəzi, süfrəsi isə
Nizami muzeyidir.
28 iyun 2006
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
“HAYES-TÜRKES”
Torki sefəte - səzaye - ma nist,
Torkane sefət vəfaye - ma nist.
(Nizami)
Tərcümə:
Türk özünü öz bazisi ilə tənzimləməyib.
Bu səbəbdən də türkçülük bitmir.
Türk ikili dürr, dürdanə deməkdir, yəni əyanilik -
üstqurum.
Türkün batini aləmlərdə nur deyilən kökü, özülü, mayası, bazisi var.
Türk özünü tanımaq üçün gərək öz bazisini öyrənə. Özünü öz bazisi ilə
kökləyə bilə. Əks təqdirdə, Krılovun sazəndələriyik.
“Hayes-türkes” deyimi, Nizami, Krılov və başqa klassiklərimiz kimi bizə
yuxarıdakı mətbəli anladır.
Erməni “hayes-türkes” deyir. Məsələ bundadır ki, erməni nə dediyini,
türk də nə eşitdiyini bilmir. Bu da olur, Sabir demişkən, iki həpəndin
söhbəti.
Bu yerdə Molla Nəsrəddinin övlad intizarında olan çirkin, ağıllı kişiylə,
gözəl, ağılsız arvad lətifəsi də yada düşür.
“Hayes-türkes” deyiminin sadə anlamı var. Bu anlam millətindən asılı
olmayaraq hamıya və hər kəsə şamildir.
“Hay” və “türk” deyimləri müxtəlif səslənsə də, eyni mahiyyətdə olub,
yalnız əyaniliyi təcəssüm etdirir. Qeyri-əyanilik isə unudulub.
“Hayes-türkes” insanı təkcə musquluna yox, başına, qafasına, ağlına,
risalətinə və heysiyyətinə də sahib durmağa çağırır.
“Hayes-türkes” deyimi anlaşılsa, dünya barışar.
1 iyul 2006
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ORTAQ MƏXRƏC, YAXUD ARVAD
Həyatın mənfili-müsbətli ikili tərəflərini məhv
etmək üçün əvvəl onları bir-birindən ayırırlar. Sonra isə tərəflər
arasında ortaq məxrəc yaratmaqla (demokratiya) onları özünüməhvə təhrik
edirlər.
Nəsran separat kişi və qadını ortaq məxrəcə gətirməklə hər ikisinin
evini yıxıb. Kişiliyini itirmiş kişiyə və erkəkləmiş qadına arvad
deyərlər. Ona görə də ümumdünya qadın təşkilatlarından imtina etməliyik.
Qrammatikada öyrəndiyimiz I və II şəxs təlimləri həqdir. III şəxs arvad
təlimi isə yanlışdır. Quranın istinad etdiyi III şəxsi qətiyyən arvad
şəxsiyyəti ilə qarışdırmaq olmaz. Əks təqdirdə, “O olmasın, bu olsun”
filmindəki kimi arvad alırıq kişi çıxır. Atalardan misal var, “bilmədim
arvad aldım, başımı bəlaya saldım”, “arvad yıxan evi fələk də yıxmaz”.
Kişi və qadın hüquq bərabərliyi məsələsi cəmiyyəti ortaq məxrəcə
gətirir, yəni kişiliyi də məhv edir, qadınlığı da. Odur ki, qadına
qətiyyən arvad demək olmaz. Sünnət kişiliymizə qarşı arvad birkasıdır.
Arvad xəstəliyinə tibbdə jizik deyirlər. İş ki, qaldı arvada, ölən
gününü sal yada. Qanana can qurban, dad yarımçıq əlindən.
Qadın erkəklədi ey vay, kişi arvad sifəti
Yolunu azdı cəmiyyət, yolu azdırdı qəti.
Ənane sünnətiyəm ha! Qıdı kirvəli müsəlman
Zamana qəsdili adət, qətli-qarətili fərman. (Əkrəm)
P.S. İstər Bakı islam konfransı, istər ümumdünya
dindarlarının Moskva sammiti, istər “8-lər”in Sankt-Peterburq zirvə
görüşü və istərsə də “5-lər” və “3-lər”in gələcəkləri qənaət
öz-özlüyündə din və ruhaniyyətimizin əhədiyyətini, əbədiyyətini və
bütövlüyünü nümayiş etdirir.
Dini parçalanmalar dövrü qurtarıb. Çünki din sözü öz məna və mahiyyətinə
qovuşub. Yəni din-dina-odin əhədiyyət, vahidiyyət, bütövlük məna və
mahiyyətinə.
Nüvə bölünməz olduğu kimi, din də bölünməzdir!
3 iyul 2006
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
MƏHDİ-SAHİBİZ-ZƏMAN
Məhdi-Sahibiz-Zəman deyimi “məhdi-məkan” və
“sahibiz-zəman” deməkdir. Yəni batini və zahiri aləmlər, qulaq və eşitmə,
göz və görmə, baş və şüur.
Məhdi-məkan deyimində əhədiyyətimizin, bütövlüyümüzün parçalandığı
nəzərə çatdırılır. Məhdi sözü əhədiyyətimizin, birdi-birliyimizin, məkan
sözü isə qiblə və qibləgah mühitimizin məhvə yönəldiyini car çəkir.
Sahibiz-zəman deyimində isə cəmiyyət fəlakətlərimizi müayinə və müalicə
edə biləcək bir qanan axtarır. O cür qananlar tariximizdə olub, indi də
var. Dərdlərimizin diaqnozu və müalicəsi ümumbəşəri dəyər və klassik
irsimizdədir.
Dini parçalanma eraları cəmiyyəti dəyər və klassik irsimizdən məhrum
edib. Bununla belə klassikamız həmin fəlakətləri əsrlər boyu imkan tapıb
müşaiyyət edə biliblər. Elə bu səbəbdəndir ki, həyat davam edir. Bu
minval ilə nəhayətdə parçalanmalar dövrü qurtarıb. Meydan qalıb dəyər və
klassik irsimizə. Bu vəziyyətdə əhədiyyətimiz də hasil edilib, kanımız
da - qiblə və qibləgah mühitimiz də.
Hamı və hər kəs bilməlidir:
Fələyin yoxdu kanı, kansan özün,
Kani-kani-kani-kankansan özün. (Əkrəm)
Odur ki, səlahiyyət və məsuliyyət hamı və hər
kəslədir.
M.Ə.Sabir demişkən:
Ey müsəlmanlar, bu günlər bir hidayət vəqtidir,
Ülfəti, ünsiyyətə dair xitabət vəqtidir.
5 iyul 2006
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
QARABAĞ NİYƏ YANIR?
BU SUALA CAVAB VERƏN YOXDUR
Günümüzün tarixi xronikası İrandan başlayan qlobal
terrorizmi, yəni islam inqilabını dərhal Qarabağa transfer etdi.
Qarabağda baş verənlər, siyasətin diliylə desək, əsl islam inqilabıdır.
Bütün Qafqaz fəlakətləri də elə İran islam inqilabının davamıdır. Bu
yerdə hər bir müsəlman özünə sual verməlidir: Əcəba, islam inqilabı edən
İran islam ölkəsi, Məhəmməd hümbəti olmayıb? Olub axı.
İran islam inqilabı islam aləminin üz qarasıdır. Biz bu qaranı
təmizləmək əvəzinə onu, Qarabağa, Qafqaza transfer etmişik. İslam
aləmində belə bir anlaşılmaz reallıq yaranıb. Bu anlaşılmazlığın
əsasında nə dayanır? Birinci, İslam aləmi islamla islam dinini
qarışdırıb. İkinci, müsəlman sözünün misərmən, yəni qatı ərmən mənasını
bilmirik. Müsəlman və ərmən eyni mənadadır: biri aşkar, biri gizli.
Ərmən ağıllı düşmən deməkdirsə, müsəlman axmaq dost deməkdir. Ona görə
atalar deyib, sən məni dostumdan qoru, düşmənimlə özüm bacararam.
Qarabağı erməni işğal edib deyəndə biz başa düşməliyik ki, Qarabağı
işğal edən Əlhüda-yəhud, ərmən-islam nəsran separat birləşməsidir.
Bir tərəfdən Qarabağ deyib hay salırıq, digər tərəfdən məscid tikirik,
oruc, namaz, qurban, həcc kimi ayinlərə rəvac veririk. Deməli, Qarabağın
işğalıyla islamın çiçəklənməsi düz mütənasib təqdim edilir.
Qarabağ məsələsində siyasətçi siyasət dilində danışır, dindar şəriət
dilində danışır, millət də xalq dilində. Hamı danışır, əslində heç kim
heç nə demir.
Qarabağ od tutub yanır. Niyə yanır? Bu suala cavab verən yoxdur.
7 iyul 2006
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
MƏHDİ-MƏKAN,
SAHİBİZ-ZƏMAN
(ARVAD ERALARI)
Məhd - əhədiyyətin məhvə yönəldiyini göstərən
sözdür. Hərfi açılış sözlərin batini mənasını açır. Məhd sözündəki “m”
inkar əlaməti, batini əhədiyyətimizi inkar edir.
Məkan Qiblə və Qibləgah mühitin məhvə yönəldiyini göstərən sözdür. Məkan
sözündəki “m” hər iki aləmlər kanını, yəni Qiblə və Qibləgahı rədd edir.
Kainatın Qiblə yönümü Günəş, Qibləgahı isə Ararat dağ silsiləsidir.
Sahib - həyatiliyin vəhdətidir. Səvab da eynən. Tarixin mason və madon
eraları zəman-zənan deyimlərində özü-özünü açıqlayır:
1. Naibəz-zəman 2. Qaibəz-zəman 3. Sahibəz-zəman 4. Talibəz-zəman 5.
Zahirəz-zəman 6. Axirəz-zəman
Yuxarıdakı sıralanma onu göstərir ki, arvad
eralarının əvvəli olduğu kimi sonu da var. Əvvəli Xəlilullah, sonu İran
İslam İnqilabıdır.
Arvad əsla qadın deyil. Arvad erkəkləmiş qadına, kişiliyini itirmiş
kişiyə deyirlər.
Sahibiz-zəman, sahibi-zənan beş min il dünyaya ağalıq etdiyi halda,
molla cəmiyyəti intizarda saxlayıb. Bu, cəmiyyəti azdırmaq siyasətidir.
Sahibiz-zəman, yəni arvad ağalığının mini məqsədi Yaxın və Orta Şərq
mühitini məhv etmək olub, maksimum məqsədi isə dünyanı.
Arvad eralarının ömrü başa çatıb, ancaq dünya hələ dağılmayıb. Buna görə
arvad rejimləri yenidən çirmənib, yenidən qurulur.
Saitlərin günahı əsla yoxdur, bütün günah sammitlərdədir. Sadə üsulla,
zənanı zəban edə bilirik. Hamı da bir-birini dərhal başa düşür. Bitir və
bitiririk.
Şəmanidə, səmanidə tapmır özün insan,
Zəmani-həmdi-nəmazi ədəbə pəhriz olandan (Əkrəm)
Arvad eralarının sonu, əhədiyyət bərpasının 6-cı
ili, 198-ci günü
7 iyul 2006
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
DİNİ AYİNLƏR
NƏMAZ, ORUC, QURBAN, HƏCC, XÜMS, HİCAB VƏ SAİR
Dini ayinləri sanki icra edirik, özü də məna və
mahiyyətini bilmədən. Dini ayinlər təhrif ediləndə şəxsiyyət də,
cəmiyyət də, təbiət də fəlakətlərə düşür.
Nəmaz sözünün mənası ağlını başına yığ, suyu, təbiəti mundarlama
deməkdir.
Nəmaz qıl, yəni yalan danışma, xəyanət etmə, həyatiliyə zidd əməllərdən
çəkin.
İslam aləmində adət etdiyimiz nəmaz ədasi ilə Ali Yaradana kütləvi
şəkildə arxa çeviririk, özü də qanmadan. Başını uca tut. Səməd Vurğun
demişkən əyilməz vicdanın böyük heykəli.
Vicdanın əyilməz böyük heykəlinə oruc deyərlər. Oruc da sünnət olunub.
Qurban məhəbbət hasilidir. Baş kəsmək, qatillik yox.
Həcc eynən oruc anlamındadır. Əgər oruc sünnət olunubsa, onda başsız
atlılarıq.
Xəmsə, xüms həmas deməkdir. Müsəlman xüms adətiylə nəsran separatı
maliyyələşdirir.
Hicab və sair örtüklər, başımızın, heysiyyətimizin, su və başqa həyati
amillərimizin məhv edildiyini nümayiş etdirən vasitədir. Bunu anlamırıq.
Ona görə də imam və peyğəmbərimizin başıörtülü şəkillərinin mənasını
bilmirik. Uşaqlarımıza hicabın mənasını anlatmırıq, onları kor-koranə
gördüklərimizin təqlidinə təhrik edirik. Bu elə özünüməhvdir. Düşmən
axtarmayaq.
8 iyul 2006
SİM-SİM, QAPINI AÇ
MMM-dən başlayan Sim-Sim, Azərsell, Baksell, gəncsell, dostsell və SMS
müəmmaları aləmi başına alıb. Arvad manyak rejimləri reklam dilində danışır.
Camaat da reklam dilini anlamır; manyak rejimlərin toruna, zəif bəndinə,
qəfəsinə, azəristarına, ulduz falına, çal-çağırına, cəm cəbhələşməsinə düşür və
ömür-gününü zay edir. Min illərdi nağıllarımız “Sim-Sim, qapını aç”
harayındadır. Bu Sim-Sim nədir, nə karədir, mətləbi nədir, mənası nə? Bu
suallara hərtərəfli cavab vermək üçün öncə simmetriya mövzusunda danışmalıyıq.
Simmetriya sözü iki hissədən ibarətdir: sim və metr - uzunluq ölçüsü. Sim
sözünün mənası arvad mahiyyətlidir. Odur ki, bu söz həyatiliyimizin mənasını da,
məzmununu da arvad mahiyyətli edib. Bu yerdə qadın və kişilərin faizini
hesablamağa ehtiyac qalmır.
Bilməliyik ki, simmetriya anlamı həyatiliyin zərrələnmə halətini əyani göstərən
vasitədir. Bütün yaradılış simmetrik zərrələnmə halətiylə əbədiyyətə gedir.
Simmetrik halət həyatiliyin və yaradanın özünün qanunudur. Həyatiliyimizin bu
təbii xassəsini arvad manyak rejimləri rəsmən 5 min ildir qatı qəddarcasına
doğmatik olaraq cəmiyyətə tətbiq edib. Nəticədə dini, milli, irqi, ərazi və s.
ayrı-seçkiliklər ömrümüzün-günümüzün qanunu olub. Bütün separat din və dövlət
qurumları da həyati simmetriyanın doğmatik tətbiqinə xidmət edir. Həm özümüz,
həm də rəhbərlərimiz bu xəyanət yoluna təhrif edilmişik. Xalq deyimi var:
Ağıllınız kimdir? - Qabaqda gedən zəncirli.
Sim-simə, yəni erkəkləmiş qadına və başdan sünnət edilmiş kişiyə təkid edilir ki,
ay bədbəxtlər, qapını açın, yəni qafanızı açın, özünüzü də, aləmi də bu
fəlakətlərdən xilas edin, nicata yetirin.
Nizaminin Münacat mövzusu birbaşa bunu tülim və tələb edir, Quranın İxlas surəsi
də eynilə.
Nağıla düşmüşük, Ya Rəbb.
12 iyul 2006
Arvad eralarının sonu, əhədiyyət bərpasının 6-cı ili, 203-cü günü
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
REKET
Reket sözü iki hissədən ibarətdir: rey və ket. Rey Yer kürəsi deməkdir. Ket
sözü isə təkləmə mənasındadır. Nəsran separat Günəş sistemini məhv etmək üçün
Yer kürəsini təkləmək taktikasını seçib. Elə müharibələr tariximiz də,
məişətimiz də bu taktikaya xidmət edir.
Bu taktika - “Reket” gizlindəydi. Arvad manyak rejimlərinin ömrü qurtarandan
sonra üzə çıxdı. Nəsran separatın tarixi dövrü başa çatsa da, vəzifəsinin
öhdəsindən gələ bilməyib. Yəni dünya hələ yaşayır, məhv olmayıb. Odur ki, arvad
manyak eralarının yenidən bərpasına təlaş edilir. M.Qorbaçovun ifasında
yenidənqurma siyasəti dünyanın məhv taktikasına daha qəddar hazırlıqla
əlaqədardır. Bu məsələdə Politbürodan maşa kimi istifadə edilib.
SSRİ-nin dağılması, İran islam inqilabı, Qarabağ müharibəsi və s. zərbələrlə
yanaşı reket sözü jurnalistika ilə birləşərək önə çıxıb. Reket jurnalistikası
mövzu olaraq kütləvi yayım vasitələrində tez-tez səslənir. Bununla da əhalinin
qanma dərəcəsi yoxlanılır. Reket sözünə yanlış məna və məzmun verilərək əsl
mahiyyəti gizlədilir. Eyni zamanda, qlobal terrorizm dünyanı başına alır.
Çaşqınlıq vəziyyətinə düşmüş “Səkkizlər” Rusiyada televizora çıxdı. “Səkkizlər”
səkkiz guşəni hərəkətə gətirməyin nə fəlakət törətdiyini yaxşı bilirlər. Ona
görə də “Həmas”, “Hizbullah” və “Əl-Qaidə” separat terror qurumları ilə
münasibətə yenidən baxmaq zorunda qalıblar.
İsrail öz separat strukturları ilə hesab çəkdiyi bir vaxtda təsadüfi deyil ki,
Türkiyə və İranın hədəsiylə üzləşir. Yaranmış vəziyyətdə böyük şəhərlər böyük
meşin vəziyyətinə düşüb. İndi ya gərək günahsız əhali şəhərlərdən köçə, ya da
terrorçu rejimlər. Hasarlar daralıb. Nüvə texnologiyası olan yerdə köçmək də
mənasını itirib, hasarlar da. Gərək münasibətə gələk, münaqişəyə yox. Yeri
təkləmək olmaz. Yer kainatın gözəllər gözəlidir.
Yeri təkləyibən düşmüşük əldən,
Bu suya, toprağa qənimmisən sən?! (Nizami).
Donu Quranın açıldı, qanı qaynar zaman,
Özəl ayətlərimiz huriləri gəldi cana. (Əkrəm)
17 iyul 2006
Arvad eralarının sonu, əhədiyyət bərpasının 6-cı ili, 215-ci günü
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------
TİTANİK
P.S. 01 iyun 2006-cı il tarixdə “Titanik”
yazısında texniki səhvə yol verilib. Bu səhvə görə oxuculardan üzr istəyib,
“Titanik” mövzusunu yenidən təqdim edirik.
Bu mövzuda bədii film çəkilib: əzəmətli sərnişin gəmisi dəryanın ortasında tən
ikiyə parçalanır və batır.
“Titanik” filmi cəmiyyətə nə demək istəyir, mətləbi nədir, məramı nə? Suala
cavab vermək üçün gərək açaq sandığı, tökək pambığı. Titanik sözünün tərkibində
“Ti” və “Ta” deyimli ilkin ikili həyati amillər var. Eyni zamanda, hər iki ilkin
ikili həyati amilləri inkar edən “nik” əlaməti də göz qabağındadır. Hansı ki
fars lüğətində nik deyimi “yaxşı” mənasına gətirilib. Titanik sözünün tərkibində
gizlədilmiş “ilkin ikili həyatilik şərti”nin məhvi mənası filmdə hiss olunur,
zira açıqlanmır.
Quran və Nizami məktəbinin təlimlərinə görə, filmdə göstərilən nəhəng sərnişin
gəmisi sonsuz kainatda üzməkdə olan Yer kürəsi rəmzidir. Gəminin sərnişinləri
isə cəmi yaradılışdan ibarətdir. Bu yerdə Qaf dağları zirvəsində Nuhun gəmisinin
batması əfsanəsi yada düşür.
İstər Nuhun gəmisinin, istərsə də Titanikin batması 5 min illik arvad rejimlərin
xam xülyasıdır. Nə Yer kürəsi batıb, nə Nuhun gəmisi, nə də Titanik. Batan Nəcəf
bəy Vəzirovun diliylə desək, Hacı Qəmbərin baramasıdır. Yəni ikili nəsran
separat arvad rejimləridir.
19 iyul 2006
Arvad eralarının sonu, əhədiyyət bərpasının 6-cı ili 217-ci günü
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
EKOLOGİYA
Hamı ekologiyanın müdafiəsindən danışır. Eyni zamanda da ekoloji fəlakətlər
cəmiyyət və təbiəti başına alıb məhv edir. Bunun da səbəbi ekologiya sözünün nə
demək olduğunu bilməməyimizlə bağlıdır. Ekologiya sözünün tərkibində “eko”, yəni
iki və “lo” deyimli müənnəs anlamı var.
Ekologiya sözünün müstəqil mənası iki arvad deməkdir. Biz ekologiyanın müdafiəsi
deyərkən təbiət və cəmiyyətin saflığını düşünürük, siyasət və şəriət isə arvad
manyak rejimlərin müdafiəsini. El sözü var: sən saydığını say, gör fələk nə
sayır. Kainat büsbütün fəlakət astanasına gəlib çatıb. Bunun günahı birbaşa dil
pəhləvanlarımızdadır. Cəmiyyət sözün batini mənasını bilməyəndə zahiri mənalar
girdabında bax beləcə batıb, məhv olur. Diftonqlarımızı bir-birindən ayrı
salanlar, sən demə, “ekologiya”nın batini, ikili arvad mənasından yaxşıca
xəbərdar imişlər. Müasir dillərimizdə batini mənasını bilmədiyimiz çox sözlər
var. Mənasını bilmədiyimiz sözlərin hamısı neologizmdir, müəmmadır. Hətta Xuda,
Allah, Tanrı, ata, ana və s. kimi işlək və dillər əzbəri olan sözlərimiz də.
Ekologiya Nazirliyi yaratmışıq, guya təbiəti qoruyuruq. Təbiəti qoruyuruqsa,
niyə elə təbiəti mühafizə təşkilatı yaratmırıq?!
Ya Rəbb, sən bizi “ekologiya”nın şərindən qoru, elə logikanın da. A kişilər,
“lo”ya düşmüşük “Nizame-əqde-loloyi soxən”. Nizami “Xəmsə” dibaçəsinin birinci
mövzusu.
20 iyul 2006
Arvad eralarının sonu, əhədiyyət bərpasının 6-cı ili, 218-ci günü
------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ZORDAN İMTİNA
Texniki tərəqqi adıyla bütün dövlətlər yalnız silah istehsal edir. Cəmiyyət
cəmiyyətdən bixəbər büsbütün oğurlanıb və yalnız silah istehsalına və silah
istehlakına təhrik edilib. Rus yaxşı deyib: “Sila est, uma nenado”. Adından
göründüyü kimi humanitar tərəqqi unudulub. Bu o deməkdir ki, ağlım yoxdu, zorum
çox. Dünyamız olub zorxana, mollası da Fikrətoğlu.
Bu zorxanada terror terrorizmlə mübarizəyə girişib. Hamı bomba sındıra-sındıra,
fişəng oynada-oynada yallı gedir, özü də Suri-İsrafil zurnasına. Silah, bomba,
mərmi istehsalını büsbütün dayandırmaq lazımdır. Silah sursatları da
zərərsizləşdirilməlidir. Baş komandan başına sahib durmalıdır, zoruna yox. Beş
minillik rəsmi terror rejimlərinin tarixi müddəti sona çatıb. İndi hünər vaxtı,
qeyrət dəmidir.
Hamı və hər kəs özündən xəbərsiz öz evində, öz qılafında, öz iş yerində büsbütün
oğurlanıb tarixi terrorizmin xidmətinə təhrik edilib. Belə çıxır ki, terrorizmi
məhv etmək üçün gərək bütün təbiət və cəmiyyət məhv edilə. Məsələnin asan həlli
yolu var: zordan imtina edib, yalnız və yalnız münasibətə gəlməliyik.
Terrorizmdən can qurtarmaq üçün terror təşkilatlarını maliyyələşdirməyi
dayandırmaq və onu tərkisilah etmək lazımdır, dəxi şəhər və cəmiyyəti bombalamaq
yox. Hər halda terrorçu da insandır, ümid var ki, ağıla gələr.
Pazı pazla çıxarmaq üsulu köhnəlib, yeriməz. Əgər terroristi öldürürüksə, elə
biz də açıq-aşkar terrorçuyuq.
20 iyul 2006
Arvad eralarının sonu, əhədiyyət bərpasının 6-cı ili, 218-ci günü
KİŞİ VƏ QADIN
Bu iki məxluq həyatiliyin ilkin ikili şərtidir. Ayrı-ayrı doğulsaq da,
birləşməsək, doğa bilmərik. Biz kişi və qadınlar həyatiliyin ilkin ikili şərti
olduğumuz kimi eşqin, məhəbbətin və cəmi mühümmatların da ilkin, ikili şərtiyik.
Özü də sənəm və səmən halətində. Ali Yaradan da elə bizim halətimizdədir, bütün
təbiət də. Cəmiyyətdə yabanı mənəm-mənəm yeridilib. Bu əxlaq canımıza elə hopub
ki, cananımızı unutmuşuq. Nəsran separat rejimlər kişiliyimizi və qadınlığımızı
da özünün manyak silahına çevirib. Kişiylə qadını qarşı-qarşıya qoyub. Ələlxüsus
islam və qadın mövzuları tarixən kişi və qadının təklənməsinə, ailənin
dağılmasına, uşaqların oğurlanmasına - ümumiyyətlə, dünyəvi qarşıdurmaya xidmət
edir, sair ictimai dinlər də həmçinin. Kişiliyimizdən istifadə edib aşkar hərbi
qurumlar yaratmışıq, qadınlığımızdan da istifadə edib gizli terror qurumlar.
Demək, binəva kişi açıq terrorist rolundadır, biçarə qadın gizli - istər ailədə,
istərsə cəmiyyətdə. Puluna minnət. Separat struktura uyğun olaraq qadın
terrorizmi primadonna halətinə gətirilib. Primadonna, yəni üç arvad. Özü ortada,
biri sağda, biri solda. Troyka-podruqa. Kişi və qadınlığımızı separatın belə bir
qəddar və üfunətli girdabından necə çıxaraq (?) sualı Demokl qılıncı kimi hamı
və hər kəsin başı üstündən asılıdır. Suala cavab versək, Demokl qılıncı dərhal
kəsərdən düşəcək. Kişiliyimizin və qadınlığımızın da taleyi yalnız öz
əllərimizdədir. Kişiylə qadın bir-birlərini özlərinin tərəfmüqabillərində tapa
bilərlər, mənəm-mənəmliyində yox.
Ya Həqqəl-mövcud, güzgü bizi aldadır.
20 iyul 2006
Arvad eralarının sonu, əhədiyyət bərpasının 6-cı ili, 218-ci günü
OCAQ
Təsadüfi deyil ki, Qarabağ müharibəsilə eyni bir vaxtda erməninin “Ocaq”,
müsəlmanın isə “İslam” adlı kitabları meydana çıxdı. Müəlliflər şərtidir, söhbət
ərmənlə islamın faciəvi komediyasından gedir. Bu yerdə bilmirsən ağlayasan,
bilmirsən güləsən. Adam hara baxsa özünü görür. Ərmənə də baxan özünü görür,
islama da, özü də “Ocağın” içində. Ələm bizi oda, ocağa salıb, söndürən də
yoxdur. İslam cəmiyyəti fəlakətlərin dərkinə çağırır, bunu anlamaq əvəzinə,
özümüzü oda atırıq. Beləsinə Koroğlu deyərlər.
İddia edirlər ki, insanı robortlaşdırmaq olmaz. Yalandır. Çoxdan robort, dəyənək
olmuşuq. Nağıllarımızda deyildiyi kimi qədimlərdən bəri “vur, toxmağım, vur”
biçimli, canlı dəyənəklərik.
Cəmiyyəti bu günə salan, dəyənək edən kimdir, nədir, nə karədir? Sən demə, həmin
o Ocaq dediyimiz həyuladır, dəhşətdir. Ocaq deyəndə ilk növbədə dəmirçinin,
aşpazın ocağı yada düşür. Ocaq sözünün batini mənasından isə xəbərimiz yoxdur.
Ouc sözü batini aləmlərin ən uca, ən ali fatihə məqamına aiddir. Bu məqam
gözəgörünməzdir. Bu məqam zülumət məqamıdır. Nizaminin merac mövzusu həmin bu
məqamın nəsran separat tərəfindən xəyalən zəbt edildiyini göstərir.
Həyatiliyin ən ali məqamını, ürfan və mərifət yollarını manyak rejimlər
“Ərəbzəngiyəm, kəsmişəm yolu” deyə bağlayıb. Və quran ayələrinin büsbütün
surələşməsinə bais olub. Yalnız Nizami irsi bu yerdə kara gəlir, başqa
tutalqamız yoxdur.
Oda düşmüşük, tüstümüz təpəmizdən çıxır, görən də yoxdur.
P.S. Arvad Hüda məqamını zəbt edib, olub Əlhüda, Fikrətoğlu buna neyləsin.
20 iyul 2006
Arvad eralarının sonu, əhədiyyət bərpasının 6-cı ili, 218-ci günü
DƏYƏR VƏ DƏYƏR ÖLÇÜSÜ
Dəyər sözü “dəyri-dəyirman” həlqələri anlamındadır. Hər bir mövcudatın
özünəməxsus dəyər həlqələri var. Həyatiliyimizin ümumbirgə dəyər toplumu bütün
dəyər həlqələrinin cəminə bərabərdir. Həyatilik dəyərinin fiziki halətilə yanaşı,
mənəvi mahiyyəti də var. Hər bir dairənin dəyərini müəyyən edən həmin dairənin
öz mahiyyətidir. Sözün mənası sözün içində olduğu kimi, hər şeyin də dəyəri
həmin şeyin içindədir.
Dəyər anlamı yalnız təbii varlığın batini aləminə məxsus olan anlamdır. Süni
olan nə varsa, öz-özlüyündə dəyər daşıyıcısı deyil. Təbii olan hər şeyin öz
dəyəri var. Bu dəyərin faydalılığı onun ətraf mühitlə münasibət və
mübadiləsindədir, dəxi “şey özündə” deyil. Münasibət və mübadilət xassəsini
itirmiş dəyər dəyərdən düşür və bütün dəyərlərə qənim kəsilir.
Kökü torpaqda olan yaradılışın od, su və havayla qismən məxfi münasibəti vardır.
Təbiətdə insan, heyvan, quş, balıq və s. canlılar bütövlükdə əyaniləşiblər. Biri
var fauna, biri də var flora. Faunanın cəm əlamətləri bütövlükdə göz
qabağındadır. Məsələn, sürünənlər ikili cəm formasını, quşlar, heyvanlar ikili
və dördlü cəm formasını təcəssüm etdirdiyi halda, insan ikili, dördlü, onlu və
iyirmili cəm formasını təcəssüm etdirir. İnsanın torpaq üstündə olması onun
kamilliyinin birinci şərtidir. Başın bədənin ən yüksək məqamında qərarlaşması
insan kamilliyinin ikinci şərtidir. İkili ətraflar insan kamilliyinin üçüncü
şərtidir. Beşli, onlu, iyirmili barmaqlar həmin bu kamilliyin ölüm yönümdə tam
start vəziyyətdə olduğunu göstərir. Haqlı olaraq insanı bütün yaradılışın
cövhəri adlandırıblar. Bütün dəyərlərə dəyər ölçüsü olmaq üçün gərək ikili,
dördlü, onlu, iyirmili və s. zərrələnmə qüdrətində ola biləsən. Dördlü
zərrələnmə cəm halətinə malik olan insan və meymundur. Meymundan fərqli olaraq
insan ayaq üstədir, özü də quyruğu yoxdur. Bu səbəblərdən insan dəyərlər dəyəri
kimi tanınır. Bəs dəyər ölçüsü nədir? Həmin o dəyərləri bu dünyada və o dünyada
müşaiyət edən ilkin ikili həyati amillərdir. İlkin ikili həyati amillərin hər
ikisi öz dəyər mahiyyətini itirdikdə olur arvad, olur demokratiya. Sonra da
başlayır cəbhələşmə, müharibə, terror və s. Elə manqurtlaşmışıq ki, puldan
özümüzə dəyər ölçüsü yaratmışıq. Pul dəyər ölçüsü yox, dəyəri məhv etmək üçün
vasitədir.
Bəğərə və Qarabağ mövzuları kanatın və fərdin dəyər ölçüsü mövzularıdır.
Ayətül-kursi isə belə bir mövzunun yasına oturub. Qafqaz münasibətdə dəyər
ölçüsüdür, münaqişədə yox. Kainatın isə dəyər ölçüsü Günəş yönüm mövcud yeddili
və üçlü risalətlə mövcudat arasında olan sükun məqamıdır. Buna göylə yer, o
dünyayla bu dünya arasında sükun məqamı da deyirlər. Dəyər ölçüsü el arasında
qiblə və qibləgah mühitlər kimi səslənir. Mizan-tərəzi də dəyər ölçüsü
mövzusudur. Bazar tərəzisi dəyər ölçüsünə müvafiq kəşf edilib. Ərşi-sütun,
daşnak-sütun, fəqərə sütunumuz dəyər ölçüsü mövzularına aiddir, baş beyin və
sinir sistemi də eynən. Nəsran separatın ən ali hədəfi dəyər ölçüsü hədəfidir.
Dəyər ölçüləri məhv edildikdə bütün varlıq mənasını itirir, insan da olur
müqəvva.
Mənəviyyatını pullar ilə ölçən var imiş,
Səmavo-dünyəvü-aləm başımıza dar imiş.
Nə ki var hər zadımız pullar ilə hərracıda
Pulumuz ölçülər, əndazəmizə meyar imiş
Eyşi-məlhəm dəmimiz-həmdəmimizdir dəyərim,
Biri-birliklərimiz həqqidə yoxdan var imiş.
Elm, din, ürfanımız ayrı düşübdür, hazarat,
Başsız atlı çaparaq, əldə də Quran, ar imiş.
Pulu car eyləyib, Əkrəm, belə cövlan eləmə,
Mənəviyyat pula nisbətdə yaman zinhar imiş.
23 iyul 2006
Arvad eralarının sonu, əhədiyyət bərpasının 6-cı ili, 221-ci günü
İQTİDAR VƏ MÜXALİFƏT
Bu mövzu əsl dəyər ölçüsü mövzusudur. Özü də siyasi və şəri pərdədə yeriyir.
Nəsran separatın ən ali konstruktiv taktikası iqtidar-müxalifət taktikasıdır.
Başdan sünnət edilmiş kişi müxalifət (mason) rolunda, erkəkləmiş qadın isə
iqtidar (madon) rolunda. Sanki dəyirmanın alt daşıyla üst daşı, eləcə də
kirkirənin; alt daş iqtidar, üst daş müxalifətdir. Bunlar istənilən vaxt
rollarını dəyişə bilirlər. Daşların arasına tökülüb üyüdülən dən əhali, daşları
hərəkətə gətirən enerji (icra hakimiyyəti), daşları düzəldən usta nəsran separat,
dəyirmançı isə rejim başqanları.
Nəsran separatın məqsədi: əhalini dini, milli, siyasi və s. mənsubiyyətlərinə
görə parçalamaq, qarşı-qarşıya qoymaq və beləliklə də ağalığı təmin etmək, dünya
malını haram mənimsəmək. Cəmiyyəti müxalifətin əliylə iqtidar silahına meşin
eləmək.
Nəsran separatın tarixi müddəti qurtardığına görə nə iqtidarı bitirə bilir, nə
də müxalifəti. Müxalifət qeyri-konstruktiv olduğuna görə, elə iqtidar da
qeyri-konstruktivdir. Yaxın və Orta Şərqdə, eləcə də dünyada mövcud olan siyasi
və şəri böhranın səbəbi budur. Hərbi qüvvələri işə salmaqla fələyin çərxini geri
döndərmək olmaz. Böhrandan çıxmağın yeganə yolu dəyər, dəyər ölçüsü və dəyər
meyar deyimli həyatilik əxlaqına gəlməkdən ibarətdir.
Din dəllalları nəsran separat əxlaqını həyatilik qanunu kimi camaata sırayıb və
qiyamətin haqq olduğuna onları inandırıb. Son vaxtlar ara-sıra giley-güzar
eşidilir ki, Azərbaycanda müxalifət qeyri-konstruktivdir. Azərbaycan
müxalifətinin konstruktoru eyni zamanda da dünya müxalifətinin konstruktorudur.
Bu konstruktor həm də iqtidarın konstruktorudur. Bu yerdə kukla teatrı yada
düşür.
Biri müxalifət, biri iqtidar
Şəngülün belə bir oyuncağı var (Əkrəm).
İqtidar və müxalifət sözlərinin müstəqim mənalarına gəldikdə iqtidar kəsən,
doğrayan deməkdirsə, müxalifət kəsmə, doğrama deməkdir.
Müxalifət konstruktiv deyilsə, elə iqtidar da konstruktiv olmur. Deməli,
cəmiyyətdə qurama, əldəqurma müqəvva rejimlərin bərpası mümkünsüz olub. Manyak
rejimlər sistemi əgər konstruktiv deyilsə və bitmirsə, nəsran separat sağalmaq
üzrədir. Yəni para bütövləşir. Burada nə özündən bixəbər iqtidarda, nə də
özündən müştəbeh müxalifətdə zərrə qədər də günah yoxdur. İqtidarlı-müxalifətli
cəmiyyət əsrlərdir oyuna düşüb, oyun qaydalarından bixəbər. İdman bu oyun
qaydalarını dolayısıyla açıqlayır. Gərək idman oyunlarından baş çıxaraq, müti
oyunçu və fanatik azərkeş olmayaq. Bütün oyunlar və səhnəbazlıqlar dəyər
ölçüsünün başındadır. İnsan dəyərdən salındıqdan sonra dəyər ölçüsü də məhv olur.
Bu da olur Qiyamət.
25 iyul 2006
Arvad eralarının sonu, əhədiyyət bərpasının 6-cı ili,
222-ci günü
PREZİDENT, YOXSA RƏHBƏR
Düz sözə zaval yoxdur (Atalar sözü)
Ömrü qurtarmış, canı çıxmış, çənəsi çəkilmiş arvad rejimlərini diriltmək üçün
dünyamıza qəfil-qada prezident üsul-idarəsi tətbiq edildi. Bu üsul-idarə
əvvəllər Amerika dövlət rəhbərliyinə və SSRİ Elmlər Akademiyası rəhbərliyinə aid
edilib. Qətiyyətlə bildiririk ki, prezident üsul-idarəsini cəmiyyətə və təbiətə
əsla tətbiq etmək yaramaz. Həmçinin dövlət rəhbərlərinə prezident demək də
olmaz. Sözün mənasını bilmədən onun kütləvi, ictimai tətbiqi böyük fəlakətlər
törədir, necə ki törədib. Bu fəlakətlərdən qurtarmağın yeganə yolu sözün
mənasını bilməkdir. Hər bir söz kimi prezident sözünün də vahid mahiyyəti və
müxtəlif məna çalarları var.
Sözün bu məna və mahiyyətini dərk etmək üçün asandan mürəkkəbə yox, mürəkkəbdən
asana gəlməliyik. Prezident sözü əsasən iki hissədən ibarətdir: prezid və ent.
Ent sonluğu yox deməkdir, rusun “net”idir, yəni inkar əlamətidir. Əsas məsələ
prezid sözünün üzərindədir. Prezid sözünü kamilləşdirsək, yəni samitlərin yanına
özlərinin cananı olan saitləri qoşsaq, sözün mahiyyəti tədricən məlum olar.
Prezid - parazida. Sonuncu sait rusun müənnəs cinsinə aiddir. Yerdə qalan
hərflər toplumu isə rusun müasir parazit sözü anlamındadır. Çətindən asana
gələndə prezident sözünün açması parazit arvad mənasına gəlir. Sonuncu ent-net
isə parazit arvadın şüarı, məsləkidir. Prezident sözü eyni zamanda, əruzu, yəni
cəmi yaradılışı büsbütün inkar və rədd edir. Belə bir ikrahedici sözlə dünyəvi
dövlət rəhbərlərini bədnam etmək, eləcə də cəmiyyəti parazit arvad rejimləri
girdabına salmaq olmaz. Keçənə güzəşt deyərlər. Bütün dünyada prezident
üsul-idarəsi ləğv edilməlidir. Cəmiyyətə rəhbərlik gərəkdir.
P.S. Hər bir söz kimi prezident sözünün
də yuxarıdakı mənasından başqa silsilə məna çalarları və əyani tədris vasitələri
də var.
26 iyul 2006, Arvad eralarının sonu, əhədiyyət bərpasının 6-cı ili, 223-cü günü
Quran və Nizmi Məktəbi
Böyükkişi Heydərli (Yazıçı Qor)
Əkrəm Şamxalov
PREZİDENT
Beş min illik tarixi dövrünü başa vurmuş pedərşah
və madərşah rejimlərini “yenidənqurma”q üçün dünyəvi dövlətçiliyimizə prezident
üsul-idarəsi tətbiq edildi. Prezident üsul-idarəsini əsla cəmiyyətə tətbiq etmək
olmaz. Eləcə də rəhbərə prezident demək olmaz. Çünki prezident sözü Azər,
Dini-azəri, Dinozavr sözləri kimi ali həyati mahiyyətləri inkar, rədd və məhv
edir.
Azər sözü kimi, Dini-azəri və Dinozavr sözlərinin hərəkət istiqamətləri yalnız
batini aləmlərə məxsusdur. Bu kimi sözləri doğmatik olaraq əyaniliyə tətbiq
etmək olmaz. Əgər tətbiq etsək, onda olacaq prezident. Yəni Qarabağ deyimli
dəyər ölçüsünün inkarı.
Qeyd edək ki, prezident sözünün məna çalarları arasında parazit sözü ikili qoşa
mahiyyətindən azdırılaraq qaniçən mahiyyətinə gətirilib. “Parazita” sözü dəyər
ölçüsü mahiyyətini itirib, yəni parazita həyati mahiyyətini.
Prezident sözünün ən əsas mənası həyatiliyi öz ana bətnində, şüuru isə elə
qafanın içində məhv etmək deməkdir.
Prezident sözünün qaniçən, cəllad, qatil, kəsəyən alət, izolyator, qan dağarcığı
və s. kimi məna çalarları da var. Prezident sözünün mənasını bilmədən onu
cəmiyyətə tətbiq edərək həm rəhbərlərimizi bədnam edirik, həm də cəmiyyəti
fəlakətlərə salırıq, necə ki salmışıq. Prezident sözü parazita deyimini rədd
etməklə, bütün batini və zahiri aləmlərimizi də rədd edir.
Prezident söz mahiyyətini cəmiyyətə açıqlayan müxtəlif rəmzlər var. Prezidentlər
gizli səsvermə yolu ilə seçilərək sanki açıq fəaliyyət göstərirlər. Zira “bağlı
qapı arxasında gizli görüşlər” reallığı var. Prezidentlərin bağlı qapı arxasında
gizli görüşləri birbaşa nəsran separatın terror taktikasına xidmət edir.
Təsadüfi deyil ki, belə görüşlər reklam, terror və təbii fəlakətlərlə müşaiyət
olunur. Telekanallar qara xəbərlər yaymaqla dərdlərimizə dərman axtarır.
Prezident rejimi Donkixotsayağı Dərəbəylik üsul-idarəsini xatırladır. Prezident
üsul-idarəsi gizli seçki vasitəsilə səlahiyyəti mənimsəyir, məsuliyyəti isə
cəmiyyətin boynuna yıxır. Cəmiyyətə prezident yox, rəhbər gərəkdir. Dünya
rəhbərləri Quran və Nizami məktəbi yönümə yönəlməlidirlər. Bu hökm həyatiliyin
öz hökmüdür.
31 iyul 2006
Təkallah eralarının sonu, əhədiyyət bərpasının 6-cı
ili, 228-ci günü
TARİXİ-NADİR
Tarixi-Nadirin iki anlamı var: biri Nadir şahdan
bəhs edən tarixdir, biri də tarix və Nadir sözlərinin açmasından ibarətdir. Belə
ki, tarix sözünün batini mənası tarik, qaranlıq, zülumət deməkdir. Nadir sözünün
batini mənası isə ikili dürrün, dürdanənin, dua və dəyər meyarının inkarı
anlamındadır. Tarixi-Nadir batini anlamda nəsran separatın yeganə
strategiyasıdır, yəni hər iki aləmi məhv eləmək. “Aldın Dürü, verdin Qırı, Döy
başına, yan, Koroğlu”. Aşıq gördüyün çağırar. Məşədi İbad da Tarixi-Nadiri
yarıya qədər oxuyub, yəni pedərşahlığı. Madərşahlıq isə unudulub. Elə
cəmiyyətimiz də Məşədi İbadın günündəymiş. Bu sayaq 5 min il ömür sürən nəsran
separatın tarixi sona çatıb. Fəqət belə bir bədnam rejimi “yenidənqurmağ”a cəhd
edilir. Bu niyyətlə üçlü separ təşkilatlar mövcud dövlət qurumlarını zəbt
edirlər. “Yenidənqurma” məqsədilə nəsran separat Azər vasitəsilə SSRİ
politbürosunu ələ keçirib.
SSRİ-nin dağılması, İran islam inqilabı, Qarabağ və sair Qafqaz qırğınları,
Əfqan müharibəsi də nəsran separatın son əməlidir.
Gözü qabağında baş verən belə hadisələri görmədiyinə görə hələ də cəmiyyət
Məşədi-İbad və hambalı kimi qalıb hasarın o tayında. Bununla belə həyati
gerçəklik də öz işini görür. Nəsran separat bir tərəfdən politbüro vasitəsilə
özünü diriltməyə cəhd etsə də, digər tərəfdən Türkiyə və İran mələkləri onu dəfn
edir. Türkiyə nəsran separat məzarının başdaşı olur, İran isə sinə daşı.
Tarixi-Nadir iki səhifə bir varaqdan ibarət olub Təkallahlıq eralarını büsbütün
əhatə edir. Odur ki, Nadir şahla Tarixi-Nadiri eyniləşdirmək olmaz.
3 avqust 2006
Tarixi-Nadir eralarının sonu, əhədiyyət bərpasının
6-cı ili, 230-cu günü
DƏRS
Dərslik problemi Azərbaycan televiziyasında
müzakirəyə çıxarılıb.
Respublikanın elm, din adamları ictimai və siyasi xadimləri nəhəng dəyirmi masa
arxasında oturaraq Azərbaycanda dərslik problemini günün aktual məsələsi kimi
müzakirə edirlər. Bu məzhəkənin ipi isə bir növcavanın əlində, veriliş gedir.
Dərslik məsələsi düşüb problemə. Hədəfi görməmiş güllə atmazlar.
Tədrisin binası var, şagirdi, müəllimi
Lakin tədrisin özü düşündürmür heç kimi (Əkrəm)
Biz hələ bilmirik ki, tədris nədir, dərslik nə? Dəyirmi masa arxasına yığılan
alimlər özlərinin astarın üzü olduqlarını anlamadırlar, öz astarlarını da
unutmamalıdırlar. Quran və Nizami məktəbi təlimlərinə görə dərs sözü tərs sözü
kimi həyatiliyimizin optik haləti mənasını daşıyır. Biri var üz, biri var astar.
Dəyirmi masa arxasına yığışan alimlər ilk növbədə astarın üzü olduğunu
anlamalıdırlar, üzün astarını da unutmamalıdırlar. Bu, elə batini və zahiri
aləmlərin həmahəngliyi məsələsidir.
Optik halət təlimi meydana gəlməsə, dərsliyə çarə yoxdur. Əyanilik yalnız
aldadıcıdır. Belə bir problemdən baş açmadığımız halda təhsilə tost üsulu tətbiq
edib kor quyumuzu daha da dərinləşdirmişik.
Test ilə təhsili-əyləncədədir ətvalım,
Tost ilə sərsəri-sərsəmzədədir əhvalım,
Tərsiməssəb fələyin çərxi hələ dəvvar imiş (Əkrəm).
Sən ey tərsiməssəb fələk, tərsi, yəni dərsi məssəb etməzlər. Bütün həyati
həqiqətlər yalnız batini aləmlərə məxsusdur. Batini təlimlər sirri qaldığına
görə, ziyalılara əlçatmaz görünür. Biz təcridi halətdə olan insanlar öz
batini-vəhdəti xassəmizə istinad etməliyik. Klassika və dəyərlərimizə
söykənməyən təhsil ocaqları mənəvi klimatoriyadır.
Klassika və dəyərlərimiz elə bizim dərsimizdir. Toyuq anbarda eşələnib dən
axtaran kimi hərə bir dərslik yazır. Dərs vahiddir, dərslik isə fərdi, yəni hər
müəllimin öz içindədir. Kütləvi dərsliklərə yol vermək olmaz.
3 avqust 2006
Tarixi-Nadir eralarının sonu, əhədiyyət bərpasının
6-cı ili, 230-cu günü
DÖVLƏT TƏHLÜKƏSİZLİYİ
Bu anlamı necə dərk edək? Dövlət sözü ilə təhlükə
sözünün birləşməsi bizə deyir ki, dövlət təhlükədədir. Bəs dövləti təhlükəyə
salan nədir və təhlükəyə düşən nə? Keçək dövlət sözünün şərhinə. Dövlət sözü
bitmiş bir fikri ifadə edən sadə cümlədir: döv və lət. Döv(div) sözü Quran
Fatihə məqamına aid olan sözdür. Yəni dəyər ölçüsü, dəyər meyarı, dirilik suyu,
nigah, ailə, övlad və həyatiliyin ilkin ikili şərti mənalarındadır. “Lət”sə
bütün bu deyimləri inkar və rədd edir. Dövlət sözü nəsran separatın məsləkidir.
Arvad manyak rejimləri dövlət terminini şüurlu və qatı qərəzli olaraq cəmiyyətə
tətbiq edir. Bu yolda isə Azərbaycan öndədir.
Dövlət sözü tərkibinə görə özü-özünü rədd etdiyi kimi, cəmiyyət də eyni qaydayla
özünüməhvə təhrik edilib. Cəmiyyət özünüməhvdən qurtarmaq üçün dövlətçilik və
dövlət qurumlarını müalicə etməlidir. Bu hökm dövlət sözünün öz içində olan
hökmüdür. Dövlət təhlükəsizliyi deyimi balalarımızın, soyumuzun, kökümüzün rədd
edildiyini göstərir, övlad, millət kimi sözlər də eynən.
Dövlət təhülkəsizliyi deyimi balalarımızın, təbiət və cəmiyyətin müalicəsi
zərurətini önə çıxarıb. Övladlarımızın təhlükəsizliyinin təminatçısı isə yalnız
və yalnız valideyndir. Ailədə təminatçı valideyndirsə, cəmiyyətdə təminatçı
valideyn həmrəyliyi, rəhbər, danəndə və bilicilərdir.
Valideyn həmrəyliyindən yaranan idarəçilik qurumları qanun, məhkəmə və rəhbər
olmaqla cəmiyyətdə nigah, ailə və övlad münasibətlərini tənzimləyir. Elə
buradaca nəsran separat müalicə olunaraq həyati separ halətinə gəlir, ailə
nifaqı və uşaq oğurluğuna son qoyur.
P.S. Yalnız dövlət və dövlət qurumlarının müalicəsi təbiət və cəmiyyətin həyati
münasibətini təmin edir.
4 avqust 2006
Təkallah eralarının sonu, Əhədiyyət bərpasının 6-cı
ili, 231-ci günü
MƏHKƏMƏ
Ay nədəndi, nədəndi
Hamısı zəmanədəndi,
Hamısı zənanədəndi.
Qızılın saflığını, əyyarını müəyyənləşdirmək üçün onu məhək daşına çəkərlər.
Qanunçuluq və idarəçilikdə məhək daşı atılaraq məhkəmə qurumları yaradılıb.
Məhkəmə sözü məhəki, yəni dəyər meyarını inkar və rədd edir.
Məhkəmə sözü məhək və “mə” inkar əlamətindən ibarətdir. Deməli, məhkəməyə
müraciət edən hər kəs öz insani haqqını, dəyərini itirir. Öz ərizəsi ilə
məhkəməyə müraciət edən hər kəs özündən inciməlidir, məhkəmədən yox. Təbiətdə
məhək daşı var, cəmiyyətdə isə məhək insaniyyətlikdir.
İnsan deyilən kəs bütün canlılarla, təbii varlıqlarla dil tapmalı, ünsiyyətə
gəlməlidir. İnsandan ali möcüzə yoxdur. Müəllim də, təbib də, molla da, məhkəmə
də, qanun da elə insanın özüdür.
İnsan, özündən qeyri heç nəyə uyma! Özündən ali heç nə arama! Həyatiliyin bütün
məsuliyyət və səlahiyyəti yalnız səninlədir.
Məhkəmə sistemi hadisənin səbəbinə yox, nəticəsinə istinad edir. Bu səbəbdən də
cinayət günü-gündən çoxalır və məhkəmələr cinayət istehsalçılarına çevrilirlər.
Məhkəmə qurumlarını sağaltmaq üçün məhkəmə sözündə olan son “mə” inkar əlamətini
atıb məhək deyimini saxlamalıyıq. Məhkəmə məhəkə dönəndə sağalır, olur dəyər
meyarı, olur mə və hək, yəni batini və zahiri aləmlər tənasübə gəlir. Bundan
sonra hadisənin səbəbi araşdırılır və bu yolla məhkəmə də sağalır, cəmiyyət də.
7 avqust 2006
Sahibi-zəman əbədiyyəti bərpasının 6-cı ili 234-cü
günü
İSLAM
Quran və sair bəşəri dəyərlərin ən birinci vəzifəsi
islamı diriltməkdir. Sonuncu peyğəmbərimiz olan Məhəmməd əleyhissəlamın da son
məqsədi islamı diriltmək olub.
İslamı necə dirildək?
Quran və Nizami məktəbi təlimləri öyrədir ki, islamı diriltmək üçün Quran ələm
rəmzini, eləcə də tərəf-müqabilini (ərəmi) tədqiq etmək, açıqlamaq gərəkdir.
Yəni ələm və ərəm dərk edildikdən sonra islam dərk edilir.
İslamın müalicəsi və dirilməsi islamın dərkiylə əlaqədardır. İslamın dərki isə
elə islam dini deməkdir. Gərək cəmiyyət islam dininə gələ.
İslamıdərk hələ bizə fəlakətlərimizin diaqnozunu verir. Dərman isə
təbiətimizdədir. Biz təbii, yəni kökü torpaqda olan məhsullarla qidalanmalıyıq.
Əks təqdirdə, xəstələnirik, dərdimizin üstünə dərd gəlir.
İslamın dərki sair dinlərin də dərkini və müalicəsini təmin edir; insanı
insaniyyətliyə yetirir.
7 avqust 2006
Sahibi-zəman əbədiyyəti bərpasının 6-cı ili, 234-cü
günü
DİDİŞMƏ
Türk dili və türk tarix qurumları mübahisəyə
girişib cəbhələşiblər. Demək onlar eyni mənafelərini bölüşə bilmirlər. Ya hər
ikisi, ya da onlardan biri yolunu azıb.
Dil ayrı məsələdir, tarix ayrı. Onların hər birinin öz yolu var. Hər kəs öz
qazanında bişməlidir. Sanki bu mübahisə bazar üstdə çəkişən çəkməçiylə dəmirçini
xatırladır. Türk qurumları arasında salınan mübahisələr onların vasitəsilə
cəmiyyəti azdırmağa xidmət edir.
Türkün cəbhələşmə xəstəliyi Azərbaycana da keçib. “Cəm” verilişini buna misal
göstərə bilərik.
Türkiyədə, eləcə də Azərbaycanda çoxlu qurumlar var. Həmin bu qurumlar ölkə
problemlərinin həlliylə məşğul olmaq əvəzinə bir-biriylə mübahisə edirlər. Əgər
yolla düz gedilərsə, bütün qurumlar gəlib bir mərkəzdə birləşəcək; əgər yolla
əyri gedilirsə, onda hər qurum öz qılafında çürüyəcək. Qurumlararası mübahisələr
həmin çürümə prosesinin ləngiməsinə xidmət edir. Qurumlararası mübahisələr
problemləri daha da dərinləşdirir, həll etmir. Hər sahədə dəyər və dəyər ölçüsü
prinsipi var. Bütün qurumlar bu prinsipə riayət etsələr, məsələlər həllini tapar,
mübahisələrə də yer qalmaz. Qurumlararası mübahisələr mətbuata, telekanala
çıxırsa, demək, qurumuların cəmiyyətdən umacağı var. Bu yazı da elə həmin
umacağı təmin edir. Hərə öz işilə məşğul olsa, yaxşıdır. Türkü məhv edən elə
türkün içinin didişməsidir.
7 avqust 2006
Sahibi-zəman əbədiyyəti bərpasının 6-cı ili, 234-cü
günü
XÜLASƏLƏR
NAXÇIVAN
Erməni deyir ki, Naxçıvan onundur. Biz də deyirik
ki, sənin deyil, bizimdir. Naxçıvan üstdə min illərdi beləcə mübahisə gedir. Bəs
Naxçıvan sözü nə deməkdir?
Naxçıvan “Dədə Qorqud”dakı Qazan xanın çobanıdır. Ona el arasında Xançoban
deyirik. Xan, xam çobanı, yəni zoru var, ağlı yox. Çobanın ağlının kəm olmasına
səbəb elə Qazan xanın, Dədə Qorqudun özüdür. Cəmiyyət başa düşməsin deyə,
Quranın türk nüsxəsi olan “Kitabi-Dədə Qorqud” Vatikan və Drezden
kitabxanalarında gizlədilib. Mövzu isə bütövlükdə Naxçıvan deyimində təhrif
edilib. Xan nax, çoban isə çıvan kimi birləşərək “Naxçıvan” mahnısını əmələ
gətirib. Belə bir təhrifin müəllifi olduğunu ermənilər boynuna alır, bu isə biz
müsəlmanların xətrinə dəyir. Bu yerdə iki həpəndin söhbəti yada düşür.
Naxçıvan Qazan xanın çobanı deməkdir. Ona görə də Naxçıvan Muxtar Vilayətinin
adı - Xançoban bərpa edilməlidir.
Çoban sözünün açması da var:
Dəfeyi-əvvəl ke əlef nəqşe bəst,
Bər dəre məhv çubeyi-əhməd neşəst. (Nizami)
Bu beytdəki çub deyimi çoban anlamındadır. Çoban, yəni əlif amilləri, əhədiyyət
və əbədiyyət təlimləri. Bu təlimlər həm də Quranın baş təlimləridir.
Nizaminin beyti göstərir ki, çoban sözü el arasında əsas mənasından azdırılaraq,
qanmaz, avam mənasına gətirilib.
NUŞ OLSUN!
Pis söz yoxdur. Pis sözün mənasını bilməyəndir.
Məsələn, nuş olsun sözünü hamı iftixarla işlədir. Lakin bilmir ki, nuş elə, nəş
deməkdir, yəni ləş.
SİNOPTİKA
Sinoptika təbiətin optik halətinin inkar edildiyini
görk edir.
TERRORLA MÜBARİZƏ
Dövlətlərin terrorla mübarizə taktikası dərhal
dayanmalıdır. Reallığımız göstərir ki, separatın terrorla mübarizə taktikası
yeridikcə terrorizm də fəallaşır, artır. Əhaliyə terrorist damğası vurmaqla
ölkələr məhv edilir. Terrorun bazası separatın özüdür. Separat rejimlərin tarixi
dövrü qurtarıb. Separat özünü tərkisilah etməlidir. Əks təqdirdə, çanaq onun öz
başında çatlayacaq.
10 iyul 2006
Sahibiz-zəman əbədiyyəti bərpasının 6-cı ili,
237-ci günü.
QLOBAL İSTİLƏŞMƏ
Separatın təbiətə və cəmiyyətə qarşı yönəlimiş
fəaliyyətinin acı nəticələrindən biri də qlobal istiləşmədir. Cəmiyyətdə odun
əldə edilməsi tarixindən üzübəri insan odla oynayır. Odun, atəşin nə olduğunu
cocuq bizdən yaxşı bilir, “cızz” deyilən kimi əlini çəkir; bu işdə xata olduğunu
duyur, amma odun-atəşin nə olduğunu biz böyüklər başa düşmürük. Bilməliyik ki,
qazanda yemək bişirərkən, manqalda kabab edərkən, çay qaynadarkən hərarət zoruna
nüvəni parçalayırıq. Yerdə yaradılmış işıq, hərarət, istilik və yanacaq mənbəyi
kainatın yaradılış qüdrətini tədricən zəiflədərək məhv edir. Min illərdi od
cəmiyyətdə hakim olub. (Atilla, Otillo, Od gəlini).
Qidamızı odda bişirməklə, suyu qaynadıb içməklə cəmiyyət öz içini yandırmağa
adət edib. Təbii sərvətlərin istismarı, texniki tərəqqi və humanitar tənəzzül,
meşə yanğınları, müharibələr, mərmi istehsalı və nüvə texnologiyası və sair
kütləvi qırğın vasitələri Yer Kürəsində qlobal istiləşməni xroniki həddə
çatdırıb.
Alışıb kürreyi-ərz, bizlər isə işrətidə
Ələmi saymaq olubdur peşəmiz xəlvətidə (Əkrəm)
Rəsmi rejimlərimiz və adətlərimiz Yer Kürəsində bütün canlı aləmin məhvinə
girişib. Novruzu yaydan bahara gətirib atəşfəşanlıq edirik. Yenicə cücərmək
istəyən təbiəti atəşə yaxırıq. Yox yerdən düşmən obrazı yaradıb cəmiyyəti
bir-birinə qırdırırıq. Yer Kürəsi başdan-başa qum səhralarına çevrilir.
Yaşıllıqlar qeybə çəkilir. Nəhayətdə planetlər toz halında fəzaya sovrularaq
Günəşi kor edir.
Nəsran separatın ömrü qurtarsa da, onun dünyanı məhv etmək tendensiyası durur.
Odur ki, qlobal istiləşməyə son qoymaq üçün cəmiyyət oddan istifadə etməkdən,
yanacaq mənbələri axtarmaqdan, müharibələrdən imtina etməlidir.
Cəmiyyət oddan istifadə etməyi tərgitməlidir ki, təbiət də tədricən özünübərpa
edə bilsin.
P.S. Təhsilimiz cəmiyyətə qlobal istiləşmə və sair təbii fəlakətlərin
səbəblərini anlatmaq əvəzinə, təhsil almaq istəyən gənclərimizi də abituriyent
adlandıraraq, onların fiziki və mənəvi məhvinə fərman verir.
“Qaynar xətt”, “Qaynar qazan” reklamları aktuallaşıb. Bu cür reklamlar cəmiyyəti
açıqca qlobal istiləşməyə təhrik edir.
Bayrağımızın tən ortasından keçən qırmızı zolağa diqqət edək. Sanki
nağıllarımızda deyildiyi kimi, nikah gecəsi bəylə gəlin arasına demokl qılıncı
qoyulub.
10 iyul 2006
Sahibiz-zəman əbədiyyəti bərpasının 6-cı ili,
237-ci günü.
QURAN-XƏZƏR
(Nəzəriyyə və praktika)
Nəzəri və praktiki Quran var. Nəzəri Quran kitabda,
praktiki Quran təbiətdə.
Quran deyir ki, insan, məni təbiətdən oxu, lövhi-məhfuzdan. Qələm düşmən
əlindədir. Bil ki, həyatın yazılmayan qanunları da var. Hamı Quranı təbiətdən
oxumağı bacarmalıdır. Əks təqdirdə, Quran elə nəzəriyyə, yəni quru söz olaraq da
qalacaq.
Əsrlərdir Quran oxunur, əzbərlənir, tərcümə edilir; lakin Quranın dərki
məsələsindən danışılmır. Nəzəri Quranın praktiki dərki dərdimizi də göstərir,
dərmanını da. Quran sözü Nur dəryasının - Xəzərin həm adıdır, həm də onun
mahiyyətini göstərən sözdür. Quran sözü apastrof və iki hissədən ibarətdir: Qur
və an. Bu söz hər iki aləmin dua halətinin, dəyər meyarının məhvini açıqlayan
sözdür. Bu mənaları anladan Dərbənd, Mazandaran, Kaspi kimi sözlərimiz də var.
Quran sözü Nur dəryasının xroniki xəstəliyə salındığını, yəni Azərin Xəzər
halətinə gətirildiyini görk edir. Azər “Yandı canım!” harayı, Quran isə “Külüm
göylərə sovruldu” fəryadıdır. Bu harayı, fəryadı bilən, eşidən, dadan, görən və
anlayan varmı!? Quranın əsl sahibləri Xəzəryanı, Fars körfəzi, Qara dəniz,
Qırmızı dəniz, Adriatik və Ağ dəniz sahili dövlətləridir. Həmin bu nur dəryaları
Yer Kürəsi üzük qaşının cəvahirləri, Xəzər isə bu üzük qaşının mərkəzidir.
Biri var Quranı kitabdan öyrənəsən, biri də var təbiətdən. Quranı təbiətdən
öyrənmək üçün gərək Yaxın və Orta Şərq mühitində yaşayasan və oranı öyrənəsən.
Fasiləsiz müharibələr isə həmin mühitdə yaşamağa imkan vermir. Beləliklə də,
Qibləgah mühitimiz başdan-başa olur nəzəri Quran, yəni onlu, qoşalı məzarıstan.
Nəzəri Quranın təlimi yasaqdır, praktiki Quranın isə təbii sərvətləri yəğma
edilib, müharibə, terror və qətli-qarətlərin siyasi hədəfinə çevrilib. Qibləgah
mühitimiz, Nur dəyramız, Xudavəndimiz məzarıstana çevrilibsə, bu o deməkdir ki,
dünyamız məhvə təhrik edilib.
Nəzəri Quranı praktiki olaraq gördük, duyduq və dərk etdik. Başa düşdük ki, dini
parçalanmalar və dövlət qurumlarının ictimai tətbiqi yaramaz. Quran - Xəzər
müalicə edilməzsə, elə bu, kainatın məhvi deməkdir. Praktiki Quran tələb edir ki,
Yer Kürəsində, Yaxın və Orta Şərqdə, ələlxüsus Xəzərdə ilk növbədə təbii
sərvətlərin istismarı dərhal dayandırılmalı, sulara çirkab axıdılmamalıdır.
12 avqust 2006
Sahibiz-zəman əbədiyyəti bərpasının 6-cı ili,
239-cu günü
XÜLASƏLƏR
Zorbazar. Alış-verişin qaydası
var. Biri satır, digəri alır. Bazara çıxarılmayan əmlaka qiymət oxumaq olmaz.
Bazara çıxarılmayan əmlakla bazara çıxarılan əmlakın sövdələşməsində, qiymətində
fərq var. İş adamları camaatın evinə müştəri çıxırsa, həmin ev qat-qat artıq
qiymətləndirilməlidir. Əgər bu nəzərə alınmazsa, sövdələşmə gedərsə, buna
deyərlər zorbazar.
Xəzər nur-dəryasının dürdanə keyfiyyəti əlindən alınıb. Rəsmi qurumlar eləcə də
cəmiyyət Xəzərlə amansız, qatı-qəddar davranır.
“Əuzi-billah” Fatihədən ixtisar edilib, Xəzər isə dünya sularından təcrid.
Bakı-Ceyhan neft kəməri vasitəsilə anadan əmdiyi süd Xəzərin burnundan tökülür.
Xəzər Quran məqamının təbii görküdür. Quran praktikadan ayrı salındığına görə
anlaşılmır. Nəzəriyyə və praktika bir-birindən ayrı düşəndə hər ikisi başa
düşülmür. Nəzəri Quran ayələri praktiki olaraq Xəzərə tökülən qoşalı suların
məcmuyudur. Sular sükun məqamlarda, nur halında buzlaşır, kristallaşır; təkamül
nəticəsində dürr halına keçərək axıb Xəzərə tökülür. Biz isə Xəzərə tualet
axıdırıq. Bütün çirkablar sulara - ayələrə axıdıldığına görə Quran ayələri də
başdan-başa surələşib.
Nə rəvadır yari-yarəb, surələrmiş ayələr,
Ayətullahlar da batil piri-zaldırlar yetim (Əkrəm)
Quranı nəfsimizə qurban vermişik. El demişkən, molla aşı gördü, Quran yaddan
çıxdı.
ƏHli-beyt. Təkallahlıq şəraitində əhli-beyt nəzəri olaraq yox edilib; praktiki
olaraq isə var. Əhli-beyt Quran ayələri, Xəzərə tökülən qoşalı sular,
erkəkli-dişili insanlar deməkdir. Insanın, yəni əhli-beytin nə qədər
cılızlaşdığını bilmək istəyirsinizsə, onda televizordan gözünüzü çəkməyin.
Bəyat, Bayatı-Kür, Bayatı-Şiraz, Bayatı-Əcəm min illərdi əhli-beytlərin yasına
oturub.
Millət. Insanlar bölünüb millətlərə. Millət sözü əhli-beyti vəhdəti-vücudiyyət,
yəni klassik irsimizdə tərənnüm edilən mey halında rədd edən sözdür.
Milli siyasətlə milli məsələ millətin kökünü qaşıyır hələ (Əkrəm).
Cəmiyyət millətçilikdən imtina etməli, insaniyyətliyə gəlməlidir. Milli, dini,
etnik ayrı-seçkilik qəti qadağandır. Millətçilik başdan-ayağa qandır, qadadır,
yəni qadağandır. Millət sözü separat siyasətin strategiyasını, eləcə də
“Parçala, hökmranlıq et!” taktikasını aydınlaşdırır.
14 avqust 2006
Sahibiz-zəman əbədiyyəti bərpasının 6-cı ili, 241-ci günü |