Elektron kitabxana

Məhəmməd Hadinin şerləri Şahlar Ələsgərovun "Təhsilimiz dünən, bu gün, sabah" kitabındandır.
 

 

Məktəb


Məktəb nə demək? Xadimi - qüdsiyyəti-millət
Məktəb nə demək? Baisi-ülviyyətü şövkət,
Məktəb nə demək? Cilvəgahi-nuri-həqiqət,
Məktəb nə demək? Rəhbəri-irşadü səadət.
Övladı-vətən etmək üçün bizdə təali
Məktəblər açıb kəsb edəlim elmü kəmali!

Məktəb nə demək? Heyəti - milliyyəyə candır,
Məktəb nə demək? Ruhi dili - mürdədilandır.
Ariflərə həmvarə bu söz virdi-zəbandır:
Əlməktəbü, əlməktəbü, ey millət, amandır.
Övladı-vətən etmək üçün bizdə təali
Məktəblər açıb kəsb edəlim elmü kəmali!

Məktəb nə demək? Əncüməni-əhli-səfadır,
Məktəb nə demək? Bariqeyi - fikrə səmadır.
Neyyirləri həp şəşəəbəxşayi-dühadır,
Pərvərdeyi-ağuşi olanlar üdəbadır.
Övladı-vətən etmək üçün bizdə təali
Məktəblər açıb kəsb edəlim elmü kəmali!

Məktəblə bulur təsfiyə ayineyi-vicdan,
Məktəblə edər kəsbi-şərəf zadeyi-insan,
Məktəblə görər tərbiyə həp gülşəni- üryfan,
Təzkar edək ixvanımıza şu sözü hər an:
Övladı-vətən etmək üçün bizdə təali
Məktəblər açıb kəsb edəlim elmü kəmali!



Məktəb şərqisi
 

Məktəb nə demək? Şəmi-şəbistani-cəhalət,
Məktəb nə demək? Cülşəni-ürfan, kəmalət,
Məktəb nə demək? Ümmətə bir babi - inayət,
Eylər qələmin sizlərə həqqilə vəsayət:
Darülədəbin bilməyimiz qədrini, millət,
Göstərməli ikmahna olduqca həmiyyət.

Məktəb nə demək? Rəhbəri-övladi-vətəndir
İrşadına məzhər bulunan əhli-fətəndir.
Məktəb dürü-adabü kəmalətö ədəndir,
Atidəki söz bizlər üçün zibi-dəhəndir:
Darülədəbin bilməyimiz qədrini, millət,
Göstərməli ikmalına olduqca həmiyyət.

Məktəb nə demək? Ruh,dilə feyzrəsandır,
Gəhvareyi- canpərvəri-rövşənəfəandır,
Aşiqləri darülədəbin növhəvəsandır,
Bu söz bizə hər şamü səhər zikri lisandır
Darülədəbin bilməyimiz qədrini, millət,
Göstərməli ikmalına olduqca həmiyyət.

Məktəblə qılar növibəşər dəfi bəlaya,
Məktəblə çıxar zahirə-əsrari-xəfaya,
Məktəblə yaşar rahətü məsud rəaya,
Eylər qələmin şu sözü təkrar vəsaya.
Darülədəbin bilməyimiz qədrini, millət,
Göstərməli ikmalına olduqca həmiyyət.

Azmışlar üçün elmü ədəb nuri səhərdir,
Cəhl ilə kor olmuşlar üçün köhl bəsərdir
İnsana şərəfbəxş fəqət elmü hünərdir.
Bimərfət adam canı yox xüşk şəcərdir
Darülədəbin bilməyimiz qədrini, millət,
Göstərməli ikmahna olduqca həmiyyət.