|
KİTAB KLUBU HAQQINDA MƏLUMAT
“Kitab Klubu” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) 25 fevral 2003-cü ildə
yaradılıb və mart ayının 10-da Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.
2002-ci ilin əvvəlində Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun
təşkilatçılığı ilə Bakıda polşalı məşqçilər tərəfindən BMR – Book Marketing
Research adlı treninqlər keçirilir. Treninqin sonunda “Kitab Klubu” adlı
cəmiyyətin yaradılması üçün niyyət protokolu imzalanır. Sonradan bu qrup
Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun kiçik bir qrantı ilə “Azərbaycanın
nəşrləri” adlı rəngsiz kataloq buraxılışına başlayır. Bu işin uğurlu
alındığını görən Fond 2003-cü ilin sonunda cəmiyyətə daha bir qrant vermək
qərarına gəlir. 2003-cü ilin sonundan başlayaraq Klubun “Azərbaycan nəşrləri”
jurnal-kataloqu tam rəngli və rüblük oldu. 26 noyabr 2004-cü ildə
“Azərbaycan nəşrləri” kataloqunun növbəti nömrəsi və Klubun
www.kitabklubu.org ünvanlı
internet səhifəsinin təqdimatı keçirildi.
Klub tərəfindən çoxlu sayda kitab təqdimatları, müəlliflərlə görüşlər,
ənənəvi respublika kitab satış-sərgiləri, nəşriyyatların konfransları
keçirilir. Kitab Klubu Bakı şəhərində kitab bazarının öyrənməsi ilə əlaqədar
2004-cü və 2006-cı illərdə sorğular keçirmişdir. Sorğular naşirlər, kitab
satıcıları və oxucular arasında keçirilmişdir. Sorğuda 400 respondent
iştirak etmişdir. Nəticələr dövri mətbuatda və Klubun internet səhifəsində
verilmişdir.
Təşkil olunmuş bütün tədbirlər dövri mətbuatda geniş işıqlandırılır.
Bu gün Klub öz fəaliyyətini uğurla davam etdirir.
Kitab klubunun məqsədi Azərbaycanda nəşriyyat işinin səmərəli
qurulması və kitab bazarının normal qaydalar üzrə işləməsinə yardım
göstərməkdir.
Birinci növbədə
- Kitab bazarının vəziyyətini öyrənilə, bu barədə məlumatları naşirlərə və
müəlliflərə,
- Yeni nəşr olunmuş və olunacaq kitablar haqqında məlumatı isə potensial
oxuculara çatdırmaqdır.
Bunu həyata keçirmək üçün seçilmiş yollar:
- kitab bazarının öyrənilməsi üçün sorğuların keçirilməsi;
- yeni kitab kataloqlarının buraxılması və yayılması;
- kitab sərgilərinin keçirilməsi;
- kitabların elektron variantlarının internet səhifəsində yerləşdirilməsi;
- yeni kitabların təqdimatının, müzakirəsinin, müəlliflərlə görüşlərin
keçirilməsi;
- müəlliflərə kitabın tərtibatı və çapında yardım göstərilməsi;
- müəlliflər haqqında məlumatların yayılması;
- yeni kitabların satışı üçün sifarişlərin toplanması;
- kitab işi üzrə mütəxəssislərin və müəlliflərin iştirakı ilə dövrü
görüşlərin, seminarların, konfransların keçirilməsi;
- digər ölkələrin kitab klubları və kitabxanaları ilə kitab mübadiləsi;
- kitabxana və oxu zalı xidmətinin göstərilməsi və s.
Bunu etmək üçiin əldə olan imkanlar:
- 1000 nüsxə ilə dərc edilən, ölkəmizin
bütün rayonlarına və xarici ölkələrə yayılan rüblük, rəngli «Azərbaycan
nəşrləri» kitab kataloqu;
- www.kitabklubu.org ünvanlı
internet səhifəsi;
- 500 kitablıq daimi işləyən sərgi;
- təqdimatların və görüşlərin keçirilməsi üçün 40 kv. metrlik zal.
Jurnalistlərin
nəzərinə!
Kitab Klubu ictimaiyyəti qurumun həyata keçirdiyi layihələr, təqdimatlar,
yeni nəşrlər, buraxdığı jurnal-kataloqun yeni nömrələri barədə vaxtında və
mütəmadi məlumatlandıran jurnalistlərin əməyinin ənənəvi
qiymətləndirilməsinə davam edir:
Qiymətləndirmə: "Mətbuatda dərc olunmuş məqalələri ilə ölkəmizdə kitab
işinin inkişafına etdiyi köməyə görə" nominasiyasında klubun fəxri diplomunu
və "Equal", "Hunca", "Caldion" kimi parfümeriya firmalarının bahalı
hədiyyələrini qazanmaq imkanı.
Bizim devizimiz:
Kitabını dünyaya tanıtmaq istəyirsənsə, bir nüsxəsini Kluba gətir
Ünvan: Az 1001, Mustafa Sübhi, 13
Tel./faks: (+99412) 492-12-38
GSM: (+99455) 674-11-38
e-mail: kitabklubu@bakinter.net
;
info@kitabklubu.org
http://www.kitabklubu.org
|