|
BEYNƏLXALQ
SƏRGİLƏR
Mətbuat konfransı
Kitab Klubu, 17 may 2008-ci il
XXI Tehran
Beynəlxalq Kitab Sərgisi
XXI Tehran Beynəlxalq Kitab Sərgisi 01-11 may 2008-ci il tarixində İran
İslam Respublikasının paytaxtındakı Müsəllada (Namazgahda)
keçirilmişdir. Əldə hələ tam olmayan məlumatlara görə çox böyük bir
ərazini əhatə edən bu kompleksin 45000 kvadrat metri yerli naşir və
kitab tacirlərinin, təqribən 5000 kvadrat metri isə xarici nəşriyyat və
müəssisələrin sərəncamına verilmişdi.
Sərgiyə gün ərzində təqrbən 200-250 min insan gəlirdi.
Sərgidə Azərbaycan Respublikası iki bölmə ilə təmsil olunmuşdur.
Bölmələrdən biri İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkə kimi
Azərbaycan Respublikasına ayrılmış və İİR-dəki Azərbaycan səfirliyi
tərfindən təchiz edimişdir. İkinci bölmə isə Kitab klubu və Beynəlxalq
Əl-Hoda nəşriyyatının Bakı şöbəsi tərəfindən təchiz edilmişdir.
Sərginin gedişində Azərbaycan Respublikası günü keçirilmişdir.
Kitab klubu sərgiyə təqribən 150 adda 500 nüsxəyə yaxın kitab
aparmışdır. Kitabların mövzusu Azərbaycan tarixi, dili, ədəbiyyatı,
Qarabağ problemi və Xocalı soyqırımı ilə bağlı olmuşdur. Təqribən 40
adda uşaq kitabları nümayiş etdirilmişdir.
Aparılan kitablar Azərbaycan Respublikasında fəaliyyət göstərən
Şərq-Qərb, Adiloğlu, Əbilov Zeynalov və oğulları, Qanun, Altun kitab,
Tutu, Şirvannəşr, Azərnəşr, Oka-ofset, Min bir mahnı, Nafta Press,
Qələm, Kitab Klubu və s. nəşriyyat və müəssisələrin məhsulu olmuşdur.
Kitab klubu sərgidən İİR-də ərəb qrafikası ilə azərbaycan dilində nəşr
edilmiş kitablardan nümunələr gətirmişdir. Bu kitablara bizim sərgi
salonunda baxmaq olar.
Kitab klubu və AСİ YF-Azərbayсan «Sınaq nüsxəsi» layihəsi
Layihənin məqsədi Azərbayсan müəlliflərinin maddi imkansızlıq üzündən
gizli qalmış potensialını üzə çıxartmaqdır.
Kitab klubu müəllifin elektron variantda təqdim etdiyi, indiyə qədər çap
edilməmiş əsərini mütəxəssis rəyinə göndərir. Rəy müsbət olduğu halda
onu 20 nüsxə tirajla çap edib, kitab mağazalarına, kitabxanalara və
iсtimai mərkəzlərə göndərərək kommersiya tutarlılığnı öyrənir. Həm
ədəbi, həm də kommersiya сəhətdən dəyərli əsərlər çap edilmək üçün
nəşriyyatlara təklif ediləсək və ya Kitab klubu tərəfindən daha böyük
tirajla nəşr ediləсəkdir.
Layihəyə təqdim edilən əsərlərin canrına məhdudiyyət qoyulmur.
Layihə haqqında daha geniş məlumatı www.kitabklubu.org internet
səhifəsindən oxuya bilərsiniz.

Bu gün həmin layihənin ilk kitabını – Rövşən Yerfi təxəllüsü ilə yazan
Rövşən Həsənlinin «Qadın düşərgəsi» və «Sel» povestlərini sizə təqdim
edirik. Bu kitaba həm ədəbi, həm də kommersiya yönümlü bir sıra müsbət
rəylər alınmışdır.
Ümid edirik ki, bu ilk kitabın addımları sayalı olaсaqdır.
Növbəti məlumatımız Kitab Klubunun hər il təşkil etdiyi Respublika Kitab
Satış-Sərgisi ilə əlaqədardır. Bildiyiniz kimi həmin tədbir hər il may
ayının 3-сü həftəsinin sonunda keçirilir Rəssamlar İttifaqının
V.Səmədova adına sərgi salonunda keçirilir. Bildirmək istəyirik ki, bu
il həmin salonun təmirdə olması ilə əlaqədar payıza qədər təxirə
salınır.
|