|
|
| Lüğət və enkslopediyalar |
| Abbasqulu
Nəcəfzadə
Azərbaycan çalğı alətlərinin izahlı lüğəti
Kitab izahlı lüğətlər sahəsində bir növ eksperimentdir.
Həm mövcud, həm də unudulmuş çalğı alətlərinin yaranma tarixi, yeri, adının
mənası, bəzi hallarda icad edənlər haqda məlumat verilib.
ISBN-9952-29-014-4, «Min bir mahnı» nəşr., 2004, 224 səh.,
14x20, rəngli, yumşaq |
|
Abbasqulu
Nəcəfzadə
Çalğı alətlərimiz
Kitab Şərqin bir sıra ölkələrində istifadə olunan çalğı
alətlərimizi dünya xalqlarina tanıtmaq, habelə sənət adamlarına, xarici
qonaqlara hədiyyə vermək üçün nəzərdə tutulub.
ISBN- 9952-29-045-4, « Min bir mahnı » nəşr., 2004, 128
səh., 7x11, rəngli, sərt |
20000 manat, Cəfər Nəcəfzadədən
,
tel.: 4-38-28-66 |
|
10000 manat, Cəfər Nəcəfzadədən
,
tel.: 4-38-28-66 |
| Qara
Namazov
Aşıqlar, I kitab
«Aşıqlar» kitabında ilk dəfə olaraq ozan və aşıqlarımızın
həyatı verilib. Kitabda orta əsrlərdə saz üstə köklənən şerlər yazan el
şairləri də daxil edilib.
ISBN-586874-138-2, «Səda» nəşr., 2004, 444 səh., 15x21,
rəngli, sərt |
|
Oruc
Türksevər (Musayev)
İngiliscə-azərbaycanca lüğət
Professor Oruc Türksevərin rəhbərliyi altında işıq üzü görmüş
«İngiliscə-azərbaycanca lüğət» Exxon Azərbaycan Əməliyyat şirkəti tərəfindən
maliyələşdirilmişdir.
«Qismət» nəşr., 2004, 1674 səh., 17x25, rəngli, sərt |
| Razılaşma yolu ilə, Azərbaycan
MEA Folklor İnstitutu, tel.: 4-92-93-14 |
|
Razılaşma yolu ilə, Prezident
İşlər İdarəsinin
Kitab Evi, tel.: 4-99-74-33 |
| Svetlana
Məmmədova
Azərbaycan dilinin kulinariya terminologiyası
Kitabda ilk dəfə olaraq dilimizin kulinariya terminologiyasının
formalaşması və inkişafı izlənilir. Konkret olaraq xörək adlarının struktur-semantik
xüsusiyyətləri maddi-tematik və linqvistik cəhətdən təsnif olunur.
«Nurlan» nəşr., 2004, 120 səh., 14x20, rəngli, yumşaq |
|
Л.
М. Середницкий, Роберт Д. Финли, В. М. Любченко и др.
Англо-русский/ русско-английский словарь нефтепромысловой
терминологии
«Англо-русский/ русско-английский словарь нефтепромысловой
терми-нологии» является наиболее полным и квалифицированно составленным
словарем в данной области, содержит таблицы и иллюстрации. Предназначен
для специалистов и широкого круга читателей.
Изд. Альбион Вудз Паблишер, Даллас/Киев, 1995 г, 572 стр.,
16x20, цветная, мягкая обложка |
| Razılaşma yolu ilə, «Nurlan»
nəşr., tel.: 4-97-16-32 |
|
250000 манат, Aкaдeмкнига, тел.:
4-92-57-93 |
| Teymur
Əhmədov
Jurnalist olmaq istəyirsənsə... (jurnalistlər üçün
sorğu kitabı)
Kitab Ümumdünya Mətbuat Azadlığı Komitəsinin nəşri olan və Malkolm F.
Melletin tərtibçiliyi və redaktorluğu ilə çap edilən «Mərkəzi və Şərqi
Avropa ölkələrinin jurnalistləri üçün məlumat kitabı» adlı vəsaitdən tərcümə
olunan və tərtibçi tərəfindən toplanıb əlavə edilən materiallar əsasında
çap olunub.
«Nurlar» nəşr., 2004, 198 səh., 14x21, rəngli, yumşaq |
|
Tərtibçi:
Müşfiq Borçalı
Borçalı ensiklopediyası IV, Borçalı həkimləri
Kitabda əslən Borçalı bölgəsindən olan həkimlər haqqında məlumat toplanıb.
«Azərbaycan» nəşr., 2002-ci il, 200 səh., 14x21, rəngli, sərt |
Razılaşma yolu ilə, «Nurlar»
nəşr.,
tel.: 4-97-13-62 |
|
Razılaşma yolu ilə, «Azərbaycan»
nəşr.,
tel.: 4-38-00-12 |
| M.
Abdullayev
Beş dildə tibb terminləri lüğəti
Oxuculara təqdim olunan kitab tibb terminləri lüğətinin
birinci hissəsidir və əsasən tibbin morfoloji terminlərini əhatə edir.
Yaxın vaxtlarda kitabın ikinci və üçüncü hissələri də çap olunacaq. Beş
dilli tibb terminləri lüğəti təkcə azəriləri deyil, tibb sahəsində çalışan
türk, rus və ingilis dilliləri də maraqlandıracaq.
«Nurlan» nəşr., 2004, 260 səh., 20x29 rəngli, sərt |
|
İ.
Həmidov
Azərbaycanca-rusca atalar sözləri lüğəti
Atalar sözləri və zərb məsəllər fondunu əks edən lüğət-məcmuədə
(və ya elmi araşdırmada) adı çəkilən kəlamların qeyri-adi poetik kamilliyindən,
onların əsrarəngiz gözəlliyindən, ümumi danışıq dilinə xüsusi lətafət
verən ifadələr toplanıb.
«OKA Ofset», 2004, 585 səh., 15x21, rəngli, sərt |
| Razılaşma yolu ilə, «Nurlan»
nəşr., tel.: 4-97-16-32 |
|
Razılaşma yolu ilə, müəllifdən,
tel.: 361-05-67, 4-71-91-85 |
| М.
Касимов, К. Касимова
Диетическое питание в азербайджанской кулинарии
Справочник предназначен для врачей лечебного профиля и других
специальностей, обязанностью которых является подбор диет и их вариантов
для курируемых больных, врачей-диетологов и диетических сестер, занятых
приготовлением диетических блюд, а также для всех лиц, пользующихся диетическим
питанием и ухаживающих за больными.
Изд. «Гисмет», 2004., 326 стр., 15x21, цветная, мягкая |
|
Ellada
Tağıyeva, Fərhad Hüseynov
Rusca-Azərbaycanca basketbol terminləri lüğəti
Basketbol terminlərinin qavranılması, onların mənimsənilməsi
və fəal nitq təcrübəsinə cəlb olunması peşə-ixtisas sözlərinin öyrədilməsi
prosesinin mühüm aspektlərindən biridir. Təlimin praktik yönümü, həmçinin
ikidilli basketbol terminləri lüğətinin olmadığı şəraitdə «Rusca-azərbaycanca
basketbol terminləri lüğəti» nin işıq üzü görmısini əlamətdar hadisə kimi
qiymətləndirmək olar.
«Mütərcim» nəşr., 2004, 179 səh., 14x20, rəngli, yumşaq |
| 35000 манат, изд. «Гисмет», тел.:
4-97-70-22 |
|
8000 manat, nəşriyyatdan, tel.:
4-99-21-44 |
| A.
Şəkərəliyev, Ş. Əliyev, M. Cavadov
Nobel mükafatı almış iqtisadçılar
Kitabda 1969 – 2003-cü illərdə iqtisadiyyat üzrə «Alfred
Nobelin xatirəsi mükafatı»na layiq görülmüş 53 nəfər elmi tədqiqatçının
həyat və fəaliyyətindən bəhs olunur. Onların elmi nailiyyətləri, iqtisadiyyatın
müxtəlif sahələri ilə bağlı nəzəriyyələri haqqında məlumat verilir. Müəlliflər
eyni zamanda bu iqtisadçıların nəzəriyyələrinin Azərbaycan iqtisadi modelinin
formalaşdırılmasında oynadığı rol ilə bağlı fikirlərini də oxucularla
bölüşürlər. Kitab bu ixtisas üzrə təhsil alan tələbələr və bu sahə ilə
məşğul olan mütəxəssislər üçün nəzərdə tutulub.
«Elm» nəşr., 2004, 240 səh., 15x23, rəngli, sərt |
|
Lətif
Kərimli, Məsud Mahmudov, Cəmaləddin Rəhmanov
Bitişik, yoxsa ayrı?
Lüğət müasir Azərbaycan orfoqrafiyasının ən mübahisəli məsələlərindən
birinə – bitişik, defislə və ayrı yazılan sözlərə həsr olunub. Sorğu lüğəti
həmçinin bir sıra element və başqa hissəciklərlə düzəlmiş ümumişlək sözləri,
yazılışı çətin olan terminləri də əhatə edir. Lüğət mətbuat və nəşriyyat
işçiləri, müəllimlər, tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə
tutulub.
«Nurlan» nəşr., 2004, 280 səh., 13x20, rəngli, yumşaq |
| Razılaşma yolu ilə, «Avropa»
nəşr., tel.: 4-39-80-54 |
|
Razılaşma yolu ilə, «Nurlan»
nəşr., tel.: 4-97-16-32 |
| İ.
Əmirbəyov, X. Yusifov, R. İsmayılov, M. Mövlüyarova
Fransızca-Azərbaycanca neft terminləri lüğəti
Lüğətə fransız dilində ən çox işlənən 20000-ə yaxın neft
termini daxil edilib. Lüğət neft sənayesində işləyən elmi və mühəndis-texniki
işçilərin, elmi-texniki idarə işçilərinin, elmi-tədqiqat neft-qaz institutları
elmi işçilərinin və neft ixtisaslı ali məktəblərinin müəllim və tələbələrinin,
eləcə də tərcüməçilərin, elmi-texniki informasiya sahələrinin əməkdaşlarının
və geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulub.
«Nurlan» nəşr., 2004, 363 səh., 14x20, rəngli, yumşaq |
|
Aydın
Abi Aydın
Şəxs adları lüğəti
Aydın Abi Aydının «Şəxs adları lüğəti» Azərbaycan dilçiliyində
ilk böyük araşdırmadır. Kitab geniş oxucu kütləsi, uşaqlarına ad qoymağa
hazırlaşanlara böyük töhvədir.
«Çıraq», 2002, 400 səh., 14x20, rəngli, yumşaq |
| Razılaşma yolu ilə, «Nurlan»
nəşr., tel.: 4-97-16-32 |
|
20000 manat, Akademkitab, tel.:
4-92-57-93 |
| Tamilla
Nağıyeva
İzahlı reklam lüğəti. Толковый словарь рекламы
Tamilla Nağıyevanın Azərbaycan və rus dillərində tərtib
etdiyi «İzahlı reklam lüğəti. Толковый словарь рекламы» qlossarisi (lüğət)
tələbə, müəllim və reklam fəaliyyəti ilə məşğul olan mütəxəssislər üçün
gündəlik masaüstü vəsaitə çevrilə bilər.
«Bakı nəşr», 2004, 124 səh., 14x20, rəngli, yumşaq |
|
|
| 15000 manat, Akademkitab, tel.:
4-92-57-93 |
|
|