|
Yelena Qasımova, Serqey Kondratyev, Solmaz İskəndərova
Genderin aktual informasiya mənbələri
“BMT-nin qadınlara münasibətdə ayrı-seçkiliyin bütün
formalarının ləğv edilməsi haqqında konvensiya”sı qəbul edildikdən
sonra konvensiyanın əsas müddəaları Pekində keçirilmiş Ümumdünya
Qadın Forumunda inkişaf etdirildi. İnformasiya bazarında elektron
KİV-in, gender kommunikasiyası üçün dialoq üsullarının yaranması,
məlumatların ötürülmə sürətinin kəskin artması, “elektron gender
birliklərinin” formalaşması və s. amillər gender məkanının dəyişməsində
mühüm rol oynayır. Təqdim edilən topluda Azərbaycan Gender İnformasiya
Mərkəzi ictimaiyyətin diqqətinə gender sahəsində ən mühüm dünya
informasiya resurslarını təqdim edir.
“Adiloğlu” nəşriyyatı, 2003-cü il, 264 səh., 20x29,
Ağ-qara, yumşaq, 300
|
|
Azərbaycan Gender İnformasiya Mərkəzi, Avropa qadın tezaurusu (Azərbaycan
və rus dillərində)
Avropa Qadın Tezaurusu – məlumatlar bankında, internetdə, qadın
kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə “qadın” informasiyasının
təyin edilməsi və axtarışı üçün professional vasitədir. Avropa Qadın
Tezaurusunun təyinedici və axtarış sistemləri ilk növbədə qadın
təşkilatlarının məlumatlar bazasının, onların kitabxana və sənəd
mərkəzlərinin yaranmasına yönəldilib.
ISBN 9952-8021-2-9, Gender İnformasiya Mərkəzi, 2003-cü il, 360
səh., 20x29, Rəngli, yumşaq
|
Pulsuz
Açıq Cəmiyyət İnstitutu Yardım fondu,
tel: 4-41-28-61 |
Pulsuz
Açıq Cəmiyyət İnstitutu Yardım fondu,
tel: 4-41-28-61 |
|

Gender Azərbaycanın Dövrü Mətbuatında, Annotasiyalı
Biblioqrafik göstərici 2000-2002
Topluda ictimai həyatın bütün sahələrində qadınların rolu, onların
istər şəxsi həyatında, istərsə də ictimai fəaliyyətində ortaya çıxan
problemlər və bu problemlərin həlli yolları, qadın-kişi münasibətləri
ilə bağlı dövri mətbuatda gedən materialların qısa məlumatları verilib.
“Yeni Nəsil” 2003-cü il, 681 səh., 20x29, Ağ-qara, yumşaq
|

Etibar Əliyev
Nobel mükafatı laureatları (1901-2003)
Kitabda 1901-2003 illər ərzində Nobel mükafatı almış şəxslərin
həyat və yaradıcılığı, və onlar haqında məlumatlar dərc edilib.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
ISBN 9952-8037-0-2, “Planet-press” qəzetinin nəşri, 2004-cü il,
266 səh., 15x22, Rəngli, sərt, 500
|
Pulsuz
Açıq Cəmiyyət İnstitutu Yardım fondu,
tel: 4-41-28-61 |
Razılaşma yolu ilə
«Kitab Klubu» və «Akademkitab» mağazası |
|

Tərtib edəni: Elmira Həmzəyeva
Türk mənşəli Azərbaycan şəxs adları sözlüyü
Azərbaycan xalqının əsrlər boyu müxtəlif xalqlarla intensiv mədəni-siyasi
əlaqələr şəraitində yaşaması onun dilinə, xüsusilə də dilin lüğət
tərkibinə öz güclü təsirini göstərib. Təsirə məruz qalan sahələrdən
biri, bəlkə də birincisi şəxs adlarıdır. Bu kitabçada da məhz zaman-zaman
dəyişikliyə məruz qalan sözlərin tarixi kökü araşdırılır. Kitabçaya
1500-ə qədər şəxs adı salınıb. Bu sözlük Azərbaycan-türk mənşəli
şəxs adlarının dilçilik və etimoloji baxımdan araşdırılması, Azərbaycan
xalqının tarixi, dilçilik, soykökümüz və s. haqqında dəyərli faktların
üzə çıxarılmasında yardımçı ola bilər.
“Atatürk Mərkəzi ”, 2004-cü il, 31 səh., 15x20, Rəngli, yumşaq,
250
|
Rafiq Babayev
Min bir mahnı
Kitabda müxtəlif mənbələrdən toplanmış retro və müasir Azərbaycan
mahnıları, uşaq nəğmələri, türk və digər xalqların mahnılarından seçmələr
verilib. Mahnılar əlifba sırası ilə yığılıb. Kitab geniş oxucu kütləsi
üçün nəzərdə tutulub.
ISBN 9952-29-017-9, “Min bir mahnı” nəşriyyatı, 2001-cü
il (təkrar nəşr, 2004), 500 səh., 14x20, Rəngli, yumşaq, 1000
|
Pulsuz (təbliğat vasitəsi)
Atatürk Mərkəzi və Kitab klubu,
tel: 4-98-49-67, 4-92-12-38 |
13000 manat
“Min bir mahnı” nəşriyyatı, tel: 4-39-75-06 |
|
Nazilə Mustafazadə
Klassiklərimiz, müasirlərimiz...
“Klassiklərimiz, müasirlərimiz...” kitabı görkəmli Azərbaycan klassiklərinin,
həmçinin müasir elm, sənət, iş adamlarının həyat və fəaliyyətindən
bəhs edən ensiklopedik topludur.
“Qapp-Poliqraf”, 2003-cü il, 400 səh.
15x22, Rəngli, sərt , 500
|

Tərtib edənlər: Azər Mehtiyev, Qubad İbadoğlu, Samir Əliyev
Büdcə terminləri (izahlı lüğət)
Kitabda büdcə ilə bağlı sosial prosesləri və büdcə şəffaflığını
xarakterizə edən iqtisadi terminlərin və ifadələrin izahı verilib.
Belə bir lüğət ölkədə ilk dəfə nəşr olunur.
ISBN 9952-8031-2-5, “Nurlan” 2003-cü il, 100 səh., 15x22, Rəngli,
yumşaq
|
Razılaşma yolu ilə
“Qapp-Poliqraf “ nəşriyyatı,
tel: 4-90-27-57, 4-98-95-55, 4-93-72-55 |
Pulsuz
“Oxfam GB” humanitar təşkilati və “Ekspert” jurnalı redaksiyası, tel:
4-92-20-21, 4-98-44-3122 |
|
Tərtibcilər:
Əfəndiyev Oktay, Əliyev Etibar
Müasir beynəlxalq iqtisadi münasibətlərdə
istifadə edilən 700 termin
Kitabda beynəlxalq iqtisadi münasibətlərdə istifadə edilən 700
terminin azərbaycanca və rusca izahı verilib. Kitab ümumi istifadə
ücün nəzərdə tutulub.
“Hüquq ədəbiyyatı” nəşriyyatı, 2004-cü il, 440 səh.
18x25, Rəngli, sərt, 500,
|

Tərtibçilər: S.Məmmədov, F.Kərimov
Bilirsinizmi?
Kitabda müəlliflərin uzun müddət axtarışları zamanı araşdırılan
dəqiq və maraqlı faktlar toplanılıb. Son vaxtlar hamının marağına
səbəb olan intellektual oyunlarda iştirak edənlər bu kitabdan faydalana
bilər. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
“Nasir” nəşriyyatı, 2003-cü il, 88 səh., 14x20, Rəngli, yumşaq,
300
|
45000 manat
«Kitab Klubu» və «Akademkitab» mağazası |
Razılaşma yolu ilə
“Nasir” nəşriyyatı, tel: 4-31-11-00 |
|
Rəsul
Rəxşanlı, Nailə Verdizadə, Yəhya Çepervi, Rəxşanə Rəxşanlı
Azərbaycanca-İngiliscə-Rusca kimya, kimya
texnologiyası, neft və qazın emalına dair lüğət
Kitabda kimya, kimya texnologiyası, neft və qazın emalına dair
azərbaycanca-ingiliscə və rusca lüğət verilib. Lüğətə 12 mindən
artıq söz daxil edilib. Kitab bu sahə ilə bağlı olanlar, ekoloqlar,
müəllimlər və tələbələr üçün nəzərdə tutulub.
“Çıraq”, 2004-cü il, 480 səh., 18.5x25, Rəngli, yumşaq, 100
|
Məmmədəli Qıpçaq
Söz aləminə səyahət
Kitabda xalqımızın mifik dünyagörüşü, mədəni həyatı, məişəti,
təsərrüfat fəaliyyəti ilə bağlı yaranmış söz və ifadələrin yaranma
yolları, mənşəyi araşdırılır, 500-ə yaxın sözün etimoloji izahı
verilir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
“Min bir mahnı” nəşriyyatı, 2002-ci il, 242 səh., 15x21, Rəngli,
sərt, 500
|
70000 manat
«Kitab Klubu» və «Akademkitab» mağazası |
13000 manat
“Min bir mahnı” nəşriyyatı, tel: 4-39-75-06 |
|
Aida
Quliyeva, Məmmədxan Soltanov
Məktəblinin orfoqrafiya-orfoepiya-qrammatika
lüğəti
Lüğətdə 9500-ə yaxın sözün yazılışı verilib və həmin sözün qarşısında
ədəbi tələffüz forması, daha sonra hansı nitq hissəsinə aid olması
göstərilib. Sözlüyə son dövrlərdə dilimizə keçmiş bir sıra alınma
sözlər də daxil edilib. Vəsait əsasən orta ümumtəhsil məktəblərinin
V-XI sinif şagirdləri və Azərbaycan dili və ədəbiyyat müəllimləri
üçün nəzərdə tutulub. Lüğətdən ali və orta ixtisas məktəblərinin
tələbələri də istifadə edə bilər.
«Nurlan” nəşriyyatı, 2004-cü il, 123 səh., 14x20, Rəngli, yumşaq,
1000
|

Əli Polad
Üç min ilin hikməti
Oxucuya təqdim olunan bu hikmətli kəlamlar bəşəriyyətin üç min
ildə yaradıb zamanın, tarixin, nəsillərin yaddaşına həkk etdiyi
mənəvi sərvətin bu kitaba sığışdırılmış bir hissəsidir. 40 ilə yaxın
bir müddətdə seçilib-toplanılmış bu kəlamlar məna baxımından, dəfələrlə
sərf-nəzər edilib və onlar səkkiz fəsil, doxsan doqquz bölmədə sistemləşdirilib.
“YURD” Nəşriyyat-Poliqrafiya Birliyi, 2004-cü il, 720 səh., 20x28,
Rəngli, sərt (üzlü), 1500
|
4000 manat
Müəllifdən, tel: 4-95-80-59 |
Pulsuz
Kitab klubu: 4-92-12-38 |
|

İ.B. Novitski
Roma Hüququ (təkrar nəşr)
Dərslik Roma hüququ sahəsində görkəmli alim olan İ.B.Novitski tərəfindən
ali hüquq təhsilinin tələbləri nəzərə alınmaqla hazırlanıb. Dünya
hüquq mədəniyyətinin ilkin mənbələrindən biri olan Roma hüququ inkişaf
etmiş ölkələrin əksəriyyətinin hüquqşünasları tərəfindən qəbul edilir.
“Qanun” nəşriyyatı, 2004-cü il, 288 səh., 15x22, Rəngli, yumşaq,
500
|
|
17000 manat
“Kitab Klubu” və “Qanun” nəşriyyatı,
tel: 4-92-12-38, 4-67-79-56 |
|
|