Hüquq,  iqtisadiyyat, menecment

Azərbaycan Respublikasının

Torpaq qanunvericiliyi toplusu

Toplu Azərbaycan Respublikasının hüquqi məkanında mövcud olan torpaq qanunvericiliyini (son illər edilmiş əlavə və dəyşikliklərlə)əhatə edir. Kitabda torpaq qanunvericiliyinə aid münasibətləri tənzimləyən sənədlərin numunələri və qanuni mənafelərin müdafiə mexanizmi açıqlanır. Kitab bu sahə ilə bağlı olanlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

“Qanun” nəşriyyatı, 2004-cü il, 592 səh., 15x22, Rəngli, sərt, 500

 

Гражданский Процессуальный Kодекс Азербайджанской Республики

Гражданско-процессуальный кодекс Азербайджанской Республики утвержден Законом Азербайджанской Республики от 28 декабря за № 780-İQ и 22 января 2000 г. издан Указ президента АР о его применении.

Издательский дом “Ганун”, 2004г, 188 стр., 15x22, Цветная, твердая, 500

24000 manat
“Kitab Klubu” və “Qanun” nəşriyyatı,
tel: 4-92-12-38; 67-79-56
13000 манат
Издат. дом «Ганун» и «Книжный Клуб»,
тел: 4-92-12-38; 67-79-56

Mayıl Bayramov

Azərbaycan Respublikasının Məhkəmə hakimiyyəti

Kitabda ən qədim dövrlərdən indiki dövrə qədər məhkəmə hakimiyyətinin inkişaf tarixi, mövcud məhkəmə sistemi, məhkəmələrin beynəlxalq əlaqələri və səlahiyyətləri haqqında məlumat verilir. Kitab respublika hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sahələrin öyrənilməsində tələbələr, elmi işçi və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

“Qanun” nəşriyyatı, 2004-cü il, 408 səh., 15x22, Rəngli, sərt, 500

Ceyhun Süleymanov

Referendum xalq hakimiyyətinin bilavasitə demokratiya formasıdır

(Xarici ölkələrin təcrübəsindən)

Kitab tədris vəsaiti kimi nəzərdə tutulur.

“Qanun” nəşriyyatı, 2004-cü il, 100 səh., 15x22, Rəngli, yumşaq, 500

30000 manat
“Kitab Klubu” və “Qanun” nəşriyyatı,
tel: 4-92-12-38; 4-67-79-56
15000 manat
«Kitab Klubu» və “Qanun” nəşriyyatı,
tel: 4-92-12-38; 4-67-79-56

Конституция Азербайджанской Республики (на русском и азербайджанских языках)

Конституция Азербайджанской Республики, принята всенародным голосованием 12 ноября 1995 года и применена 27 ноября того же года. 24 августа 2002 года проведен референдум, и в ряд статей Конституции внесены изменения и дополнения.Эти изменения выделены в настоящем издании курсивом.

Издательский дом “Ганун”, 2004г, 48 стр., 15x22, Цветная, мягкая, 500

İ.Q.Əsgərov, B.H.Əsədov

Azərbaycan Respublikası Mülki Məcəlləsinin kommentariyası (I kitab)

Kitabda 1-323-cü maddələrin kommentariyası verilib. Kitab hüquqşunaslar, ali məktəb tələbələri, müəllimləri, hüquq mühafizə orqanları işçiləri və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

“Qanun” nəşriyyatı, 2004-cü il, 520 səh., 16.5x25, Rəngli, sərt, 500

4000 манат
Издат. дом «Ганун» и «Книжный Клуб»,
тел: 4-92-12-38; 4-67-79-56
60000 manat
«Kitab Klubu» və “Qanun” nəşriyyatı,
tel: 4-92-12-38; 4-67-79-56

Налоговый Кодекс Aзербайджанской Республики

В книге представлен Налоговый кодекс Азербайджанской Республики, принятый Милли Меджлисом АР 11 июля 2001 года и вступивший в силу с 1 января 2001 года. В текст кодекса внесены все изменения и дополнения по 1 марта 2004 г.

Издательский дом “Ганун”, 2004г, 300 стр., 15x22, Цветная, твердая, 500

Qubad İbadoğlu, Azər Mehtiyev, Samir Əliyev

Büdcə bələdçisi (CD-R disklə birgə)

Kitabda büdcə ilə bağlı sosial proseslər və büdcə şəffaflığını xarakterizə edən mövzular yer alıb. Kitab dövlət məmurları, iqtisadçılar, tələbələr, müəllimlər, jurnalistlər və QHT nümayəndələrinin istifadəsi üçün nəzərdə tutulur.

ISBN 9952-8031-0-9, “Elm və həyat ” nəşriyyatı, 2004-cü il, 176 səh., 17x24, Rəngli, yumşaq, 1000

17000 манат
Издат. дом «Ганун» и «Книжный Клуб»,
тел: 4-92-12-38; 4-67-79-56
Pulsuz
“Oxfam GB” humanitar təşkilatı və “Ekspert” jurnalı redaksiyası, tel: 4-92-20-21, 4-98-44-31

Sabir Allahverdiyev

Azərbaycan Respublikasının vərəsəlik hüququ

Kitab mülki hüququn yarımsahələrindən birinə - vərəsəlik hüququna həsr edilib. Universal xarakterə malik olan kitab özündə vərəsəlik qanunvericiliyinin şərhinin, mühazirə kursunun, dərs vəsaitinin və monoqrafiyanın elementlərini birləşdirir. Burada vərəsəlik hüququnun bütün anlayışlarının məna və mahiyyətinə aydınlıq gətirilib. Kitab tələbələr, aspirantlar, sivilist alimlər və praktik işçilər üçün nəzərdə tutulub.

“Nurlan” nəşriyyatı, 2004-cü il, səh. 504, 15x22, Ağ-qara, sərt, 2000

Kamal Abbasov, İntiqam Əliyev

Avropa İnsan Hüquqları Məhkəməsi

Kitaba Avropa İnsan Hüquqları Məhkəməsinin 8-ci və 11-ci maddələri üzrə işlərlə bağlı seçilmiş qərarlar daxil edilib. Qərarlar ümumilikdə Strasburq orqanlarının təcrübəsi barədə kifayət qədər dolğun məlumat əldə etməyə imkan verir. Məhkəmə qərarlarının, insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın, onun əlavə Protokollarının öyrənilməsi və tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir. Vəsait hüquqşünaslar, insan haqları ilə məşğul olan QHT-lər və bilavasitə bu sahə ilə bağlı olan şəxslər üçün nəzərdə tutulub.

“Patronat-S” şirkəti, 2002-ci il, 576 səh., 15x21, Rəngli, sərt, 1000

Razılaşma yolu ilə
“Nurlan” nəşriyyatı
Pulsuz
Açıq Cəmiyyət İnstitutu Yardım fondu,
tel: 4-41-28-61

Sadir Məmmədov

Narkotizmin cəmiyyətdə bəzi təzahürləri və onlara qarşı mübarizə

Kitabda narkotizmin müxtəlif səpkidə bəzi təzahürləri araşdırılır. Yəni, onun cəmiyyətə ictimai təhlükəlilik baxımından gətirdiyi təzadlar, cinayət əməli kimi törətdiyi fəsadlar, bu cür təzahürlərə qarşı mübarizənin müasir vəziyyəti, həmin istiqamətdə beynəlxalq səviyyədə görülən işlər, bu prosesdə Azərbaycanın rolu və s. məsələlər aydınlıq gətirilir. Kitab elmi ictimaiyyət, hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr, hüquq-mühafizə orqanlarının əməkdaşları və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

“Şuşa” nəşriyyatı, 2004-cü il, 200 səh., 15x21, Rəngli, sərt, 1000

Iradə Cavadova, Sahib Məmmədov

İnsan hüquqlarının müdafiəsi

Oxuculara təqdim edilən bu kitabda insan hüquq və azadlıqlarının həm universal, həm regional, həm də ölkədaxili mexanizmləri haqqında ümumi və konkret məlumatlar əks olunur. Kitabda beynəlxalq və milli qeyri-hökumət təşkilatlarının təşəkkül tapması, təkamülü, fəaliyyətinin əsas istiqamətləri, onların dövlətlərarası qurumlarla işbirliyi və digər prosedurlar haqqında məlumatlar yerləşdirilib. Soraq kitabı hüğquqşünaslar və QHT fəalları üçün nəzərdə tutulub.

“Adiloğlu” nəşriyyatı, 2004-cü il, 314 səh., 17x23, Rəngli, yumşaq, 500

Razılaşma yolu ilə
Müəllifdən, tel: 4-98-13-49
Pulsuz
Açıq Cəmiyyət İnstitutu Yardım fondu,
tel: 4-41-28-61


Mübariz Bağırov

Banklar və bank əməliyyatları

Kitabda bankların meydana gəlməsi, bank sisteminin formalaşması, bu sistemin idarə olunması özünün geniş şərhini tapıb. Mərkəzi və kommersiya bankların rolu, funksiyaları, vəzifələri yeni iqtisadi şəraitə uyğun olaraq təhlil olunur, bankların aktiv və passiv əməliyyatları ətraflı nəzərdən keçirilir. Burada bankların likvidliyi, bank auditinin təşkili və bank uçotunun həyata keçirilməsinin ən mühüm problemlərinin konkret yolları göstərilib. Dərslik aspirantlar, magistrantlar, bakalavrlar, həmçinin bank və iqtisad orqanlarının işçıləri, müəssisə və təşkilatların iqtisadçıları üçün nəzərdə tutulur.

“Nurlan” nəşriyyatı, 2003-cü il, 512 səh., 15x21, Rəngli, sərt, 500


İlqar Cəfərov

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında əsasnamənin kommentariyası

Kitab “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında” Əsasnamənin müddəalarının düzgün başa düşülməsi və onların tətbiqi qaydalarının izah edilməsi məqsədilə yazılıb. Kitabda komissiyaların iş təcrübəsi, onların hüquqi statusu, iş üsulları və formaları, yuxarı komissiyalarla yerli komissiyalar arasındakı qarşılıqlı münasibətlərin xarakteri ilə əlaqədar məsələlər təhlil edilir. Kitab bilavasitə qanunvericilik sahəsi ilə məşğul olan şəxslər, hüquq fakültəsinin tələbə, aspirant və müəllimləri üçün nəzərdə tutulub.

“Azərbaycan Gənc Hüquqşünaslar Birliyi”, 2003-cü il, 231 səh. , 15x21, Ağ-qara, sərt, 1500

Razılaşma yolu ilə
“Nurlan” nəşriyyatı, 4-97-16-32
Pulsuz
Açıq Cəmiyyət İnstitutu Yardım fondu,
tel: 4-41-28-61


Intiqam Əliyev, Leyla Mədətova

Uşaq hüquqları üzrə praktikum

Kitabın birinci hissəsinə uşaq hüquqları haqqında qanunvericiliyin ayrı-ayrı institutlarının izahı, əhatə olunan mövzular üzrə məsələlər, testlər, yoxlama sualları, ikinci hissəsinə isə uşaq hüquqlarının müdafiəsi ilə bağlı ayrı-ayrı sənədlərin nümunələri daxil edilib. Vəsait hüquqşünaslar, uşaq problemləri ilə məşğul olan qeyri-hökumət təşkilatlarının və dövlət orqanlarının əməkdaşları, ali təhsil müəssisələrinin müəllim və tələbələri üçün nəzərdə tutulub.

ISBN 9952-409-03-8, “Patronat-S ”şirkəti, 2002-ci il, 444 səh., 15x21,
Rəngli, sərt, 1000


M.Hümbətov

Standartları işləməyə necə məcbur etməli

Kitab beynəlxalq həbsxana qaydalarının səmərəli tətbiqi üzrə bir dərslikdir. Dərslikdə həbsxanada saxlanılanların humanist davranış məsələlərinə xüsusi diqqət ayrılır. Kitab insanların həbsxanada saxlanması sahəsində qanunlara, şərtlərə və standartlara riayət olunması üçün hüquqi təcrübə verir.

ISBN 5-7712-0091-3, “Nağıl evi” şirkəti, 2003-cü il, 191 səh., 17x25, Rəngli, yumşaq, 500

Pulsuz
Açıq Cəmiyyət İnstitutu Yardım fondu,
tel: 4-41-28-61
Pulsuz
Açıq Cəmiyyət İnstitutu Yardım fondu,
tel: 4-41-28-61


Kamal Abbasov, Jalə İbrahimova

Vəkillik fəaliyyəti (sənədlər toplusu)

Kitaba vəkilliklə əlaqədar digər ölkələrin qanunveciliyi və onun tətbiqi praktikası ilə bağlı maraqlı materiallar, Azərbaycan hüquqşünaslarının ölkəmizdə vəkilliyin vəziyyəti ilə bağlı yazıları, müsahibələri, rəy sorğuları və s., həmçinin beynəlxalq qurumların sənədləri və yerli qanunvericilik aktları daxil edilib.

ISBN 9952-409-19-4, “Patronat-S” şirkəti, 2004-cü il, 690 səh., 15x21,
Bir rəng, sərt , 500


Ənnağı Hacıbəyli, Vidadi Mirkamal, İntiqam Əliyev, Natəvan Rüstəmova, Rəşid Hacılı, Cəmil Əlizadə

Kommersiya hüququ

Kitabda “Kommersiya hüququ” fənninə daxil olan mövzular qismən əhatə olunur. Kitab 2001-ci ildə nəşr olunmuş “Kommersiya hüququ” kitabının yenidən işlənmiş variantıdır. Vəsait hüquq fakültəsinin müəllimləri, tələbələri və praktik hüquqçular üçün nəzərdə tutulub.

ISBN 9952-409-13-5, “Patronat S” şirkəti, 2003-cü il, 220 səh., 14x20, Ağ-qara, yumşaq, 500

Pulsuz
Açıq Cəmiyyət İnstitutu Yardım fondu,
tel: 4-41-28-61
Pulsuz
Açıq Cəmiyyət İnstitutu Yardım fondu,
tel: 4-41-28-61

Ənnağı Hacıbəyli

Məhkəmələrin monitorinqi

Kitabda bir neçə ay ərzində məhkəmələrdə aparılmış monitorinqin nəticələri, ədalət mühakiməsinin vəziyyəti barədə yazılar, qəzetlərdə gedən məqalələr və praktik materiallar toplanıb. Kitab məhkəmə, prokurorluq, polis orqanlarının işçiləri, vəkillər, QHT-lər, hüquq müdafiəçiləri üçün nəzərdə tutulub.

ISBN 9952-409-10-2, “Patronat-S” şirkəti, 2004-cü il, 288 səh., 14x20, Bir rəng, yumşaq, 200


Əli Abbasov, Rəna Mirzəzadə

Genderə giriş

Kitab cəmiyyətdə cinslərin sosial rolları və qarşılıqlı münasibətlərinin bəzi fəlsəfi, tarixi və sosial-siyasi problemlərinə həsr olunub. Kitabda müasir dövr Azərbaycan reallıqları konkret rəqəmlər, faktlarla gender statistikası aspektində təhlil edilir, müəyyən təklif və tövsiyyələr verilir. Kitab geniş oxucu kütləsi, QHT-lər, tədqiqatçılar, müəllim və tələbələr üçün nəzərdə tutulub.

“Adiloğlu” 2004-cü il, 120 səh., 14x20, Rəngli, yumşaq , 300

Pulsuz
Açıq Cəmiyyət İnstitutu Yardım fondu,
tel: 4-41-28-61
Pulsuz
Açıq Cəmiyyət İnstitutu Yardım fondu,
tel: 4-41-28-61


Marek Nobitski, Zuzana Fialova

İnsan hüquqlarının monitorinqi

Dərslik mülki və siyasi hüquqlar kimi başa düşülə bilən insan hüquqlarının klassik monitorinqinin keçirilməsinə həsr edilib. Bu vəsaitdən sosial hüquqların və ətraf mühitin müdafiəsində də istifadə etmək olar. Dərslik ilk növbədə QHT-lər üçün nəzərdə tutulub. Bu vəsaitdən dövlət orqanları, xüsusilə də ombutsman bürosu, parlament komissiyaları da faydalana bilər.

“Adiloğlu” nəşriyyatı, 2003-cü il, 290 səh., 17x24, Rəngli, yumşaq, 1500


Redaktoru və tərcümə edəni: S.İsmayılova

Təhlükəsiz abort: Səhiyyə orqanları üçün texniki və metodik göstərişlər.

Qadınlar doğuş zamanı olan ağırlaşmalar və naməlum doğuşlar və ya onun qeyri-adekvat tənzimlənməsi nəticəsində dünyasını dəyişir. Onlar hamiləliklə kəskinləşən müxtəlif yoluxucu xəstəliklərdən, hamiləliyin ilk vaxtlarında meydana çıxan ağırlaşmalardan, bəzən, hətta hamilə olmaqlarından xəbərsiz olduqları halda, həmçinin arzuedilməz hamiləliyin pozulması üçün lazım olan tibbi xidmətləri əldə edə bilmədikləri zaman da ölümlə üz-üzə qalırlar. Ana sağlamlığının yaxşılaşdırılması və ana ölümünün azaldılmasından ibarət olan Minillik İnkişaf Məqsədinə nail olunma bütün sahələrdə fəaliyyətlər tələb edir. 1999-cu ilin iyununda BMT-nin Baş Məclisinin Xüsusi Sessiyasında dövlətlər belə razılığa gəliblər ki, abortun qanuna zidd olmadığı yerlərdə səhiyyə orqanları tibbi xidmət göstərənlərə təlim keçməli, qadın sağlamlığının mühafizəsi üçün əlavə tədbirlər görülməlidir. Bu kitab yuxarıda göstərilən müqavilənin yerinə yetirilməsi üçün göstərişlər təqdim edir.

ISBN 9952-27-017-8, “Çaşıoğlu” 2003-cü il, 100 səh., 14x21, Rəngli, yumşaq

Pulsuz
Açıq Cəmiyyət İnstitutu Yardım fondu,
tel: 4-41-28-61
Pulsuz
Açıq Cəmiyyət İnstitutu Yardım fondu,
tel: 4-41-28-61


Azər Hüseynov

Bələdiyyə maliyyəsi və yerli büdcə prosesi

Kitabda yerli özünüidarə(bələdiyyə) maliyyəsinin mövcud vəziyyəti başqa ölkələrin təcrübəsi ilə müqayisəli təhlil edilir, onun optimallaşdırılması ilə bağlı təkliflər irəli sürülür. Kitab bələdiyyə üzvləri və qulluqçuları, yerli özünüidarəetmə ilə bağlı fəaliyyət göstərən qurumların təmsilçiləri, uyğun ixtisas üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub.

“Araz” nəşriyyatı, 2003-cü il, 136 səh., 14x20, Rəngli, yumşaq

Dilarə Mehdi, Rəhman Bədəlov, Niyazi Mehdi

Səs verəkmi?

“Səs verəkmi?” kitabı seçkilərdə qadınları aktivləşdirmək istəyən qurumlar və vətəndaş fəalları üçün yazılıb. Burada toplanılan materiallar insan haqları ilə maraqlanan oxucular üçün faydalı ola bilər. Kitab “Azərbaycan qadınının seçki passivliyi” proqramı çərçivəsində yazılıb.

“Qanun” nəşriyyatı 2003-cü il, 167 səh., 13x20, Rəngli, yumşaq , 1000

Pulsuz
Açıq Cəmiyyət İnstitutu Yardım fondu,
tel: 4-41-28-61
Pulsuz
Açıq Cəmiyyət İnstitutu Yardım fondu,
tel: 4-41-28-61

Kamal Abbasov, İntiqam Əliyev

Avropa İnsan Hüquqları Məhkəməsi

Kitaba Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 3-cü, 5-ci maddələri, Konvensiyaya dair 1 saylı Protokolun 3-cü maddəsi üzrə işlərlə bağlı seçilmiş qərarları daxil edilib. Qərarlar ümumilikdə Strasburq orqanlarının təcrübəsi barədə kifayət qədər dolğun təsəvvür yaratmağa imkan verir. Vəsait hüquqşünaslar, insan haqları ilə maşğul olan QHT-lərin, dövlət orqanlarının nümayəndələri və bu sahə ilə bağlı olan şəxslər üçün nəzərdə tutulub.

ISBN 9952-409-11-9, “Patronat-S” şirkəti, 2003-cü il, 550 səh., 15x22, Ağ-qara, sərt, 800


Kamal Abbasov, Jalə İbrahimova

Mülki Cəmiyyət, Birləşmək azadlığının praktiki aspektləri, mənbələr kitabı (Azərbaycan və ingilis dilində)

Bu kitab seçilmiş qanunların, məhkəmə qərarlarının və bunların şərhi ilə bağlı materialların, habelə vətəndaş cəmiyyətinin və QHT-lərin yüksəliş və inkişafına dair önəmli məsələlərə toxunan yazıların toplusudur. Xatırladaq ki, Mənbələr kitabı 2002-ci ilin əvvəllərində Avropa Şurasının dəstəyi ilə PILI və ACİ-YF tərəfindən təşkil olunmuş dəyirmi masadakı müzakirələrin nəticəsi kimi meydana çıxıb. Kitab Kolumbiya Universitetinin nəzdində fəaliyyət göstərən PILI tərəfindən ACİ-Azərbaycanla sıx əməkdaşlıq şəraitində hazırlanıb.

ISBN 0-9662725-9-5, “Partonat-S” şirkəti, 2004-cü il, 386 səh., 17x22, Rəngli, yumşaq

Pulsuz
Açıq Cəmiyyət İnstitutu Yardım fondu,
tel: 4-41-28-61
Pulsuz
Açıq Cəmiyyət İnstitutu Yardım fondu,
tel: 4-41-28-61

İntiqam Əliyev, Kamal Abbasov

Hüquq klinikaları

Hüquq klinikalarının yaranma tarixi, xarici ölkələrin təcrübəsi, hüquq təhsilinin və praktikasının bir sıra aktual problemlərinə toxunan bu kitab 3 hissədən ibarətdir. 1-ci hissəyə daxil edilən araşdırma “Hüquqşünasın peşə vərdişləri: Praktiki təhsilin təcrübəsi” və “Hüquq klinikası: Hüquqşünasların praktiki təhsil təcrübəsi” adlı kitabların tərcümə materialları əsasında hazırlanıb. 2-ci hissəyə Azərbaycanda hüquq klinikalarının təşəkkülü, fəaliyyəti, rastlaşdığı problemlər və inkişaf perspektivləri ilə bağlı materiallar, 3-cü hissəyə isə hüquq xidmətinin göstərilməsi ilə bağlı fəaliyyəti tənzimləyən normativ aktlar daxil edilib. Kitab hüquqşünaslar, tələbə və müəllimlər, o cümlədən klinik hüquq təhsilinin problemləri ilə maraqlanan şəxslər üçün nəzərdə tutulub.

“İsmayıl” Nəşriyyat Poliqrafiya Müəssisəsi, 2002-ci il, 380 səh., 18x24, Ağ-qara, sərt, 1000


Redaktor: Rəşid Hacılı

Gün işığı qanunu

Kitabda İctimai Bilgilərə Çatım qanununun məqsədi və tətbiq dairəsi, bilgi sahibinin bilgiyə çatımı təmin etməklə bağlı vəzifələri, topluma açıqlanmalı olan bilgilər və digər məsələlərlə bağlı geniş məlumat verilir.

ISBN 9952-24-034-1, “Media Hüququ İnstitutu”, 2004-cü il, 44 səh., 14x20, Rəngli, yumşaq, 300

 

Pulsuz
Açıq Cəmiyyət İnstitutu Yardım fondu,
tel: 4-41-28-61
Pulsuz
Media Hüququ İnstitutu, 4-93-66-26

Mehriban Əhmədova

Təhsil layihələrinin dəyərləndirilməsi

Bu kitab ACİ YF-nin maliyyə dəstəyi ilə təhsilə aid xüsusi ədəbiyyat seriyasının ilk kitabıdır. Kitabda təhsil layihələrinin dəyərləndirməsinin strukturu, növləri və həyata keçirilmə üsulları araşdırılır. Həmçinin dəyərləndirmənin layihəyə təsiri nəzərdən keçirilir və praktiki nümunələr verilir.

“Oka Ofset” nəşriyyat-poliqrafiya şirkəti, 2003-cü il, 88 səh., 16x24,
Rəngli, yumşaq

R.İ.Quliyev, M.N.İmanov

Cinayət hüququ (xüsusi hissə)

Kitabda cinayət hüququnun xüsusi hissəsi ali məktəblərdə tədris olunan proqram əsasında yazılıb, respublikanın qanunvericiliyindən, məhkəmə təcrübəsindən və bu sahədə mövcud olan ədəbiyyatdan istifadə edilib. Kitab hüquq sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulur.

“Qanun” nəşriyyatı, 2004-cü il, 816 səh., 15x22, Rəngli, sərt, 1000

Pulsuz
Açıq Cəmiyyət İnstitutu Yardım fondu,
tel: 4-41-28-61
43000 manat
«Kitab Klubu» və “Qanun” nəşriyyatı,
tel: 4-92-12-38; 4-67-79-56

Ş. Bədəlov, R.B. Məhərrəmov, F.Ə. Qurbanov

Büdcə sistemi

Dərslikdə büdcə sisteminin formalaşması və fəaliyyət göstərməsinin, büdcə sistemi informasiyasının avtomatlaşdırılması mövzularının nəzəri və təcrübi məsələləri nəzərdən keçirib. Maliyyə-kredit ixtisası və digər iqtisadi ixtisaslar üzrə təhsil alan tələbələr, magistrlər, aspirantlar üçün nəzərdə tutulub.

ISBN 5-87459-137-0, “Əbilov, Zeynalov və oğulları” nəşriyyatı, 2003-cü il, 420 səh., 15x22, Rəngli, sərt, 500

İsmayıl Umudlu

Kitab nəşri bu gün

Azərbaycanda kitab nəşrinin hazırkı durumunun təhlili verilən bu kitabdan nəşriyyat-poliqrafiya və kitab ticarəti sahəsində çalışan iş adamları, müəlliflər, bu sahə ilə bağlılığı olan ictmai qurumlar və əlaqədar siyasətin müəyyənləşməsində iştirak edən dövlət orqanları faydalana bilər.

ISBN 9952-8038-0-Х, «Əbilov, Zeynalov və oğulları” nəşriyyatı, 2004-cü il, 322 səh., 15x22, Rəngli, yumşaq, 500

Razılaşma yolu ilə
«Əbilov, Zeynalov və oğulları” nəşriyyatı,
tel: 4-97-36-23
Humanitar məqsəqdlə paylanır
Açiq-Cəmiyyət İnstitutu Yardim Fondu
(tel: 4-41-28-61) və müəllifdən (tel: 4-47-41-52)

Azərbaycan Respublikasının Konstitusiyası (Azərbaycan və rus dilində)

Azərbaycan Respublikasının Konstitusiyası 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilib və həmin ilin 27 noyabrından qüvvəyə minib. (24 avqust 2002-ci il tarixdə edilmiş dəyşiklik və əlavələrlə)

“Qanun” nəşriyyatı, 2004-cü il, 48 səh., 15x22, Rəngli, yumşaq, 1000


A.Nadirov, Ş.Muradov, A.Ələsgərov, Ə.Nuriyev, T.Hüseynov.

Azərbaycan iqtisadiyyatı

Kitabda Azərbaycan iqtisadiyyatının inkişaf mərhələləri və potensial imkanlarından bəhs olunur. Kitab xaricdə yaşayan azərbaycanlılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

ISBN 5-80066-1593-6, “Elm” nəşriyyati, 2003-cü il, 344 səh., 15x22, Rəngli, sərt, 500

5000 manat
«Kitab Klubu» və “Qanun” nəşriyyatı,
tel: 4-92-12-38; 4-67-79-56
20000 manat
«Kitab Klubu» və «Akademkitab» mağazası

Gömrük hüququ (dərslik)

Bu kitab gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyənləşdirir. Kitabın nəşrində məqsəd Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin, suverenliyinin və maraqlarının qorunmasına, Azərbaycan iqtisadiyyatının dünya təsərrüfatı ilə əlaqələrinin genişlənməsinə yardımçı olmaq, gömrük işi sahəsində təsərrüfat subyektlərinin, fiziki şəxslərin və dövlət orqanlarının hüquqlarının müdafiəsinin təmin olunması, onların öz vəzifələrini səmərəli yerinə yetirmələrinə kömək göstərməkdir.
Kitab gömrük işçiləri, bu ixtisas üzrə təhsil alan tələbələr, müəllimlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

«Qanun» nəşriyyatı, Bakı, 2004-cü il, 320 səh., 15x22, Rəngli, sərt

Azərbaycan Respublikasının Vergi Məcəlləsı

15 fevral 2004-cü ilədək olan əlavə və dəyişikliklərlə təkrar nəşr edilib. Vergi ödəyiciləri və vergi qanunvericiliyi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

“Qanun” nəşriyyatı, 2004-cü il, 280 səh., 15x22, Rəngli, sərt, 500

18000 manat
«Qanun» nəşriyyatı və “Kitab Klubu”,
Tel: 4-92-12-38; 4-67-79-56
15000 manat
“Kitab Klub”və “Qanun” nəşriyyatı,
tel: 4-92-12-38; 4-67-79-56

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsı

20 fevral 2004-cü ilədək olan əlavə və dəyşikliklərlə. Kitab hüquqşunaslar, ali məktəb tələbələri və müəllimləri, hüquq mühafizə orqanlarının işçiləri və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

“Qanun” nəşriyyatı, 2004-cü il, 112 səh., 15x22, Rəngli, sərt, 300

 

8000 manat
«Kitab Klubu» və “Qanun” nəşriyyatı,
tel: 4-92-12-38; 4-67-79-56