Elmi və elmi kütləvi ədəbiyyat

Redaktoru və tərcümə edəni: S.İsmayılova

Xərçəng xəstəliyində ağrısızlaşdırma və palliativ müalicə

Kitabda xərçəng xəstəliyində ağrısızlaşdırma və onun müalicəsinin mövcud vəziyyətini qiymətləndirilməsi və xərçəngə tutulmuş xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması üçün Ekspert Komitəsi tərəfindən hazırlanmış tövsiyyələr və lazımi göstərişlər verilib.

ISBN 9952-27-013-5, “Çaşıoğlu”, 2004-cü il, 74 səh., 14x21, Rəngli, yumşaq

 

Elnur Məmmədli

Azərbaycan – Böyük Britaniya münasibətləri

Kitabda Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli siyasi, iqtisadi və humanitar münasibətlərin dünəni, bu ğünü və perspektivləri tədqiq olunur. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

“Adiloğlu”, 2003-cü il, 174 səh., 15x22, Rəngli, sərt, 500

Pulsuz
Açıq Cəmiyyət İnstitutu Yardım fondu,
tel: 4-41-28-61
20000 manat
«Kitab Klubu» və «Akademkitab» mağazası

Elşad Quluyev

Televiziya: nəzəriyyə, inkişaf meylləri

Kitabda müəllif müasir televiziyada baş verən mürəkkəb prosesləri analiz edir. Kitab KİV rəhbərləri və əməkdaşları, ictimaiyyətlə əlaqələr uzrə mütəxəssislər, həmçinin jurnalist ixtisasına yiyələnən tələbələr üçün nəzərdə tutulub.

ISBN 5-565-00341-5, “Şərq-Qərb” nəşriyyatı, 2004-cü il, 366 səh., 15x22, Rəngli, yumşaq, 2000

Azadə Rüstəmova, Bəkir Nəbiyev, Yaşar Qarayev

Azərbaycan ədəbiyyatı

Kitabda Azərbaycan ədəbiyyatının minillik inkişaf yoluna nəzər salınır. Kitab xaricdə yaşayan azərbaycanlılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

ISBN 5-80066-1592-8, “Elm” nəşriyyati, 2003-cü il, 376 səh., 15x22, Rəngli, sərt, 500

30000 manat
«Kitab Klubu» və «Akademkitab» mağazası
20000 manat
«Kitab Klubu» və «Akademkitab» mağazası

Neron Babaxanov, Nəriman Paşayev

Təbii fəlakətlərin iqtisadi və sosial-coğrafi öyrənilməsi

Kitabda təbii fəlakətlərin coğrafi baxımdan öyrənilməsinin nəzəri və metodoloji əsasları, onların iqtisadi və sosial-coğrafi nöqteyi nəzərdən öyrənilmə metodları, və onlarla mübarizənin təşkilinə ğeniş yer verilib. Kitab elmi-metodik vəsait kimi istifadə edilə bilər.

ISBN 5-8066-1594-4, “Elm”, 2004-cü il, 198 səh., 15x22, Rəngli, yumşaq, 300

Redaktoru və tərcümə edəni: S.İsmayılova

Uşaqlarda xərçəng xəstəliyində ağrısızlaşdırma və palliativ müalicə

Kitabın nəşr olunmasında başlıca məqsəd bu xəstəliyin meydana çıxdığı zaman anlaşılmazlıqların aydınlaşdırılması, məlum olmayan məlumatların yayılması və xərçəngə tutulmuş uşaqlarda ağrıların tənzimlənməsi üçün kompleks göstərişin təqdim edilməsindən ibarətdir.

ISBN 9952-27-014-5, «Çaşıoğlu”, 2004-cü il, 74 səh., 14x21, Rəngli, yumşaq

25000 manat
«Kitab Klubu» və «Akademkitab» mağazası
Pulsuz
Açıq Cəmiyyət İnstitutu Yardım fondu,
tel: 4-41-28-61

Anar Həsənov

Beynəlxalq terrorizm

Kitabda müasir dövrün ən təhlükəli problemi olan beynəlxalq terrorizm, o cümlədən terrorizmin tarixi, onun yaranması, növləri, 1990-cı illərdən başlayaraq həyata keçirilən terror aktları, erməni terrorizmi və Azərbaycan Respublikasının beynəlxalq terrorizmə qarşı mübarizədəki rolundan söhbət açılır. Kitab bu sahə ilə maraqlananlara ünvanlanır.

ISBN S-87459-129-x, «Əbilov, Zeynalov və oğulları” nəşriyyatı, 2003-cü il, 588 səh., 15x22, Rəngli, sərt, 500

Tərcumə edəni Ziya Bünyadov, Vasim Məmmədəliyev

QURANİ-KƏRİM

Kitabda müqəddəs kitabımız “QURANİ-KƏRİM”in Azərbaycan dilinə tərcüməsi verilib. Başqa tərcümələrdən “Ziya Bünyadovun tərcüməsi” deyə fərqlənir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

“Çıraq” nəşriyyatı, 2004-cü il, 634 səh., 18x25, Rəngli, sərt, 500

30000 manat
«Kitab Klubu» və «Akademkitab» mağazası
32000 manat
«Kitab Klubu» və «Akademkitab» mağazası

Məhərrəm Zülfüqarlı

Azadlıq və demokratiya mübarizləri (1988-2003)

Kitabda milli-azadlıq hərəkatının ilk mərhələsində Mingəçevir şəhərindəki siyasi fəallıqdan və AMİP Mingəçevir təşkilatının yaranmasından bəhs olunur. Kitab Azərbaycan tarixi ilə maraqlananlar üçün nəzərdə tutulur.

“Qanun” nəşriyyatı, 2004-cü il, 112 səh., 15x22, Rəngli, yumşaq, 500

Fəxrəddin Veysəlli

Fonologiyaya giriş (alman dilində)

Bu kitab alman dilinin səsli-fonologiyasına bir baxışdır. Fonologiya isə öz növbəsində semiotika, fiziologiya, fizika, psixologiya və hər şeydən əvvəl strukturalizmi özündə birləşdirir. Kitabın işıq üzü görməsinə DAAD (Almaniya) təşkilatının maliyyə yardımı olmuşdur.

“Mütərcim”, 2004-cü il, 169 səh., 15x22, Rəngli, yumşaq, 500

10000 manat
«Kitab Klubu» və “Qanun” nəşriyyatı,
tel: 4-92-12-38; 67-79-56
10000 manat
“Mütərcim” və “Kitab klubu”, tel: 4-92-12-38

Əli Əliyev

Əlincə yaddaşı

Mərhum tarixçi-alim, ictimai-siyasi xadim Ə.Əliyevin bu kitabı Naxçıvanın timsalında bütövlükdə Azərbaycanın istiqlal uğrunda mübarizə həyatını özündə əks etdirir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitabdan tələbə və şagirdlər də faydalana bilər.

«Nurlan” nəşriyyatı, 2004-cü il, 316 səh., 14x21, Rəngli, yumşaq, 500

Çərkəz Quliyev

Tükənməz mənbə

Filologiya elmləri namizədi, dosent, tanınmış folklorşünas alim Ç.Quliyev kitabda şifahi xalq ədəbiyyatının yazılı ədəbiyyata təsir imkanlarını araşdırıb. Problem daha çox böyük ədib, xalq yazıçısı Süleyman Rəhimovun yardıcılığı timsalında işıqlandırılır. Kitab ədəbiyyat həvəskarları, ali məktəblərin filologiya və jurnalistika fakültələrinin müəllim və tələbələri, orta məktəb müəllimləri, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

“Oskar” nəşriyyatı, 2004-cü il, 128 səh., 15x22, Rəngli, yumşaq

Razılaşma yolu ilə
“Akademkitab” və “Kitab Klubu”, tel: 4-92-12-38
“Oskar” nəşriyyatından məlumat almaq olar.
Tel: 4-30-23-10

Qara Mustafayev, Firuzə Sultanzadə

İnsanın uğurları və problemləri

Kitab insanın sivilizasiya yolunda uğurlarına və problemlərinə həsr edilib. Kitabın quruluşu və məzmunu orijinaldır. Kitabda sivilizasiyanın 40-50 min illik tarixindəki əsas uğurlar və uğursuzluqlar göstərilir, onun səbəbləri açıqlanır...

“Qanun” nəşriyyatı, 2004-cü il, 300 səh., 15x22, Rəngli, yumşaq, 500

Xalis Məmmədov

İsmayıl bəy Qutqaşınlının xatirə ev-muzeyi

Azərbaycanın əməkdar mədəniyyət işçisi X.Məmmədovun mədəniyyətimizə, xüsusilə muzey işinə dair sanballı məqələləri, tariximizlə bağlı elmi tədqiqatları, publisistik qeydləri, bədii əsərləri bu vaxta kimi müxtəlif qəzet-jurnallarda, kitab şəklində işıq üzü görüb. Kitab hazırda Qutqaşında Tarix-diyarşünaslıq muzeyinin direktoru işləyən X.Məmmədovun peşəsiylə bağlı yazdığı ilk kitabdır.

“Şirvannəşr”, 2004-ci il, 44 səh., 15x22, Rəngli, yumşaq, 200

17000 manat
Müəllifdən, “Kitab Klubu” və “Qanun” nəşriyyatı, tel: 050/389-44-44, 4-92-12-38, 4-67-79-56
4000 manat
Müəllifdən, Qəbələ muzeyi

Nizami Zöhrabi

Fateh

Müəllif tarixdəki çox önəmli bir hadisəyə-İstanbulun fəthinə bir daha işıq salır. Kitabda böyük türk sultanı Fateh Mehmetin 31 illik hakimiyyətinin qısa bir dövrü əhatəli şəkildə verilir. Fəthə qədərki türk tarixinin əsas məqamlarına da geniş yer verilib.

“Mütərcim”, 2004-cü il, 147 səh., 14x20, Ağ-qara, yumşaq, 100

Ferdinant de Sössür

Ümumi dilçilik kursu

Müasir dilçiliyin banisi Ferdinand de Sössürün “Ümumi dilçilik kursu” dünya elminin ən möhtəşəm əsərlərindən biridir. “Kurs” Azərbaycan dilində ilk dəfə nəşr olunur.

«Nurlan” nəşriyyatı, 2003-cü il, 407 səh., 15x20, Ağ-qara, sərt, 500

6000 manat
«Mütərcim” və «Kitab klubu», tel: 4-92-12-38
30000 manat
“Atatürk” mərkəzi, tel: 4-98-49-67

Aybəniz Kəngərli

İsmayıl bəy Qasprinski

A.Kəngərlinin “İsmayıl bəy Qasprinski” monoqrafiyası Azərbaycanda türk dünyasının bu böyük şəxsiyyətinə həsr olunmuş ilk monoqrafiyadır. Kitabda həmçinin “Tərcüman” qəzetinin 25 illik yubileyi, türk dünyasının ən böyük simalarından olan İsmayıl bəy Qaspralının vəfatı ilə bağlı Azərbaycan türkləri tərəfindən Azərbaycanda, Türkiyədə yayınlanmış şerlər və məqalələr də toplanılıb.

«Nurlan” nəşriyyatı, 2004-cü il, 283 səh., 14x20, Rəngli, yumşaq, 500

Nizami Cəfərov

Qədim türk ədəbiyyatı

“Qədim türk ədəbiyyatı” müntəxəbat-tədqiqatına türklərin e.ə I minilliyin ortalarından eramızın I minilliyinin sonu II minilliyin əvvəllərinə qədər yaratdıqları ədəbiyyatın ideya-məzmun, poetik formaca xarakterik nümunələri, onların müasir Azərbaycan türkcəsinə tərcüməsi, müxtəsər elmi-nəzəri şərhi daxildir. Kitab türk ədəbiyyatı və mədəniyyəti tarixinin qədim dövrünə getdikcə güclənməkdə olan marağı, bu və ya digər dərəcədə, təmin etmək məqsədini güdür.

“Atatürk Mərkəzi”, 2004-cü il, 322 səh., 15x21, Rəngli, sərt, 500

Razılaşma yolu ilə
“Nurlan” nəşriyyatı, tel: 4-97-16-32
Pulsuz (təbliğat vasitəsi)
Atatürk Mərkəzi və Kitab klubu,
tel: 4-98-49-67, 4-92-12-38

Xacə Nəsirəddin Tusi

“Şərh Əl-İşarat”

Müsəlman Şərqinin böyük mütəfəkkirlərindən olan Xacə Nəsirəddin Tusinin çoxşaxəli irsinin bir qolunu da onun fəlsəfi əsərləri təşkil edir. Mütəfəkkirin fəlsəfə və ilahiyyatın müxtəlif sahələrindən bəhs edən əsərləri içərisində “Şərh Əl-İşarat” kimi tanınan böyük həcmli əsəri xüsusilə məşhurdur. Anlama fəlsəfəsinin (hermenevtikanın) misilsiz nümunəsi olan bu əsər dünya fəlsəfi fikrinin, idrak prosesinin və nəzəriyyəsinin başa düşülməsində müstəsna əhəmiyyətə malikdir. Əsərdə N.Tusinin özünün fəlsəfi fikirləri, orijinal ifadə üsulları da yer alıb. Oxuculara təqdim olunan bu əsərin I hissəsi məntiqə aiddir.

«Nurlan” nəşriyyatı, 2004-cü il, 391 səh., 14x20, Ağ-qara, yumşaq, 500

Hacı İlham

Qəlb və ilahiyyat

Müəllif kitabın 1-ci hissəsində “Qurani-Kərim”ə, müqəddəs hədislərə, müxtəlif dini ədəbiyyata əsaslanaraq İslam dinində “qəlb” anlayışının şərhini verir, insanın əxlaqında və həyat tərzində olan naqisliklər və onların əlacı haqqında söhbət açır. Bu fəsildəki mövzuların sonuna müvafiq olaraq Qurani-Kərimdən ayələr, hədislər, övliya kəlamları, Şərqin mövlanə şairlərinin şerlərindən ibrətamiz beytlər əlavə olunub. İkinci hissədə İslam dininin müxtəlif məsələlərinə aid qırx suala cavab verilir. Kitab müsəlmanlar, İslam dinini öyrənmək istəyənlər və mədrəsə tələbələri üçün nəzərdə tutulub.

“Elm və Həyat” nəşriyyatı, 2003-cü il, 99 səh., 13x20, Rəngli, yumşaq, 300

Razılaşma yolu ilə
Əlyazmalar institutu, tel: 4-92-31-97,
Məmməd Adilov
Pulsuz
Göy məscid, telefon: 4-94-80-71, 050/612-12-16

Н. Гаджиев

Диагностика и хирургическое лечение ранений магистральных сосудов и их последствий

Монография посвящена диогностике и лечению ранений магистральных сосудов и их последствий. В работе описаны основные синдромы повреждений крупных кровеносных сосудов, изложены факторы, способствующие развитию указанных синдромов. Особое внимание уделено хирургическим аспектом. Монография рассчитана на ангихирургов, хирургов широкого профиля, травматологов, врачей других специальностей.

ISBN 9952-29-043-8, Издат. “Мин бир махны”, 2003г, 136 стр., 14x20, Цветная, мягкая, 500

Аида Багирова

Внешняя политика Ирака (1968-2003)

Представленная вниманию читателей монография является комплексным исследованием основополагающих принципов, направлений и этапов внешней политики Ирака в годы правления партии Баас. Монография предназначена для специалистов в области гуманитарных наук, всех интересующихся историей международных отношений, а также широкого круга читателей.

ISBN 9952-25-011-0, Издат. “Адильоглы”, 2003г, 540 стр., 15x20, Цветная, твердая, 500

6000 манат
Издат. “Мин бир махны”, 4-39-75-06
30000 манат
У автора, тел: 4-61-73-89

Afad Qurbanov

Azərbaycan dilçiliyi problemləri 1-ci cild

Əsərin bu cildinə dilçi alim, professor A.Qurbanovun nəzəri və tətbiqi dilçiliyin bir sıra məsələlərinə dair araşdırmalarının müəyyən qismi daxil edilib. Kitabda dilçiliyin müəyyən problemləri əhatə olunur. Burada dil haqqında elmin bəzi anlayış və kateqoriyalarına dair bir sıra yeni elmi məlumatlar verilir. Əsər geniş oxucu auditoriyasına ünvanlandığı üçün ondan filoloqlar, gənc elmi işçilər, aspirant və dissertantlar, eləcə də ümumən dilçiliklə maraqlananlar faydalana bilər.

«Nurlan” nəşriyyatı, 2004-cü il, 444 səh., 14x21, Rəngli, sərt, 1000

Ağaverdi Xəlil

Mahmud Kaşqarlının “Türk dillərinin divanı kitabı”nda ədəbi mətnlər

Kitabda XI yüzilin böyük türk alimi Mahmud Kaşqarlının şəxsiyyəti, və qoyub getdiyi zəngin elmi və ədəbi irsi ilə bağlı araşdırma təqdim olunur. M.Kaşqarlının topladığı və yazıya aldığı xalq yaradıcılığı örnəkləri və əski türk ədəbiyyatının bədii nümunələri çağdaş dilimizə tərcüməsi ilə birlikdə verilir. Kitab filoloji və kulturoloji təmayüllü araşdırıcılar üçün nəzərdə tutulur.

ISBN 586874-32-7, “Səda”, 2001-ci il, 182 səh., 15x21, Rəngli, sərt,
500

Razılaşma yolu ilə
“Nurlan” nəşriyyatı, tel: 4-97-16-32
Razılaşma yolu ilə
Az. MEA Folklor institutu, tel: 4-92-93-14

Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutu

Struktur-semiotik araşdırmalar, № 2

Bu kitabda Azərbaycan ədəbi-nəzəri fikrinin ayrı-ayrı dövrləri və problemlərinə həsr olunmuş məqalələr toplanılıb. Kitabda poeziya, dramaturgiya, folklor və digər ədəbi janrlarda yazılmış bədii nümunələr struktur-semiotik nöqteyi-nəzərdən təhlil olunub.

ISBN 5-86874-226-5, “Səda”, 2002-ci il, 179 səh., 14x20, Rəngli, sərt, 500

Hüseyn İsmayılov

Aşıq yaradıcılığı: mənşəyi və inkişaf mərhələləri

Kitabda Azərbaycan aşıq sənəti, onun genezisi və inkişaf mərhələləri, Azərbaycan mədəniyyət tarixindəki rolu, türklərin əski dini və sufi təriqətləri ilə bağlılığı, görkəmli nümayəndələri və onların yaradıcılığı araşdırılır. Dastan və xalq şerinin poetikası məsələləri yeni elmi-metodoloji baxımdan tədqiq olunur.

ISBN 5-8066-1506-5, “Elm” nəşriyyatı, 2002-ci il, 311 səh., 14x21, Rəngli, sərt, 500

Razılaşma yolu ilə
Az. MEA Folklor institutu, tel: 4-92-93-14
Razılaşma yolu ilə
Az. MEA Folklor İnstitutu, tel: 4-92-93-14

Elmi redaktor: Hüseyn İsmayılov

Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər XII kitab

Azərbaycan şifahi xalq ədəbiyyatının qollarından biri olan aşıq sənəti müxtəlif aspektlərdən tədqiq olunsa da, bu sənətin mənşəyi, inkişafı və təkamülü haqqında folklorşünaslığımızda ciddi elmi əsaslara söykənən mükəmməl bir konsepsiya demək olar ki, yox dərəcəsindədir. Tədqiqat üçün problemə ümumtürk kontekstindən yanaşma nə qədər əhəmiyyətli olsa da, ondan artıq əhəmiyyət kəsb edən regional və lokal elementlərin müəyyənləşdirilməsidir. Məsələyə məhz bu aspektdən diqqət yetirən müəllifin bu kitabında tədqiqat obyekti olaraq aşıq sənətinin beşiklərindən biri, Azərbaycanın qədim diyarı olan Göyçə mahalı seçilib.

ISBN 5-86874-038-6, “Səda” nəşriyyatı, 2002-ci il, 165 səh., 15x21, Rəngli, sərt, 400

Газанфар Пашаев

Жанровой состав иракско-тюркманского фольклора

Монография профессора Газанфара Пашаева посвящена фольклору иракских тюркман-азербайджанцев. Г.Пашаев долгие годы работал в Ираке и собрал обширный материал по керкукскому диалекту и фольклору, вел научную работу и издал по этой теме более10 книг. Нет сомнения в том, что предлагаемая книга заинтересует не только научную общественность, но и широкий круг читателей.

ISBN 9952-8014-2-4, Издат. “Ваку”, 2003-cü il, 127 стр., 13x20, Цветная, мягкая, 500

Razılaşma yolu ilə
Az. MEA Folklor institutu, tel: 4-92-93-14
По соглашении
Издателство “Ваку”, tel: 4-94-33-15

Elmi redaktor: Hüseyn İsmayılov

Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər XIII kitab

Bu kitab “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” seriyasından 13-cüdür. Kitabda tanınmış folklorşünaslarımızın bu janrın müxtəlif qolları ilə bağlı maraqlı elmi araşdırmaları toplanıb. Oxucu bu kitabda ““Xəmsə”də tarixi şəxsiyyətlərin təqdimi, mif və antimif”, “XVII-XVIII əsrlər Göyçə poeziyası”,””Koroğlu” eposu”, “Şirvan folkloru” və digər maraqlı məqalələri oxumaqla xalqımızın soykökü, folkloru ilə bağlı zəngin tarixi qaynaqlarla bilgilənmək imkanı əldə edə bilər.

ISBN 5-86874-039-4, “Səda” nəşriyyatı, 2002-ci il, 206 səh., 15x21, Rəngli, sərt, 400

Hüseyn İsmayılov

Göyçə aşıq mühiti: təşəkkülü və inkişaf yolları

Monoqrafiyada Azərbaycan aşıq sənətinin beşiyi olan Göyçə aşıq mühitinin keçdiyi tarixi inkişaf yolu, bu sənətin kökləri, formalaşması, təkamülü və XIX yüzillikdə ən yüksək zirvəyə çatması zəngin elmi-nəzəri qaynaqlar, elmi mülahizə və müşahidələr fonunda təhlil və tədqiq olunur.

ISBN 5-8066-1531-6, “Elm” nəşriyyatı, 2002-ci il, 404 səh., 14x21, Rəngli, sərt, 500

Razılaşma yolu ilə
Az. MEA Folklor institutu, tel: 4-92-93-14
Razılaşma yolu ilə
Az. MEA Folklor İnstitutu, tel: 4-92-93-14