Elektron nəşrlər

Azərbaycan dili,
V sinif üçün (İnteraktiv tədris diski)

“Yeni Nəsil” nəşriyyatı, 2004-cü il, Elektron nəşr

Azərbaycanda ilk elektron dərslik olan bu disk çoxfunksiyalılığına görə seçilir və müvafiq sinif üçün tədris proqramını bütünlüklə əhatə edir. Tədrisin əsas vəzifələri olan elmi biliklərin təqdimatı, tapşırıqlar vasitəsilə biliklərin möhkəmləndirilməsi və test yolu ilə biliklərin yoxlanılması bu diskdə öz əksini tapıb.

Abituriyent jurnalının xüsusi buraxılışları

ElektronTest (9, 10 və 11-ci siniflər üçün CD-R-lər)

TQDK-nın nəşriyyatı, Bakı, 2004-cü il, Elektron nəşr, 300

Azərbaycan dili, Azərbaycan tarixi, Kimya, Riyaziyyat, Fizika, Biologiya, Ədəbiyyat, İngilis dili, Ümumi tarix, Coğrafiya fənnləri üzrə (cəmi 10 fənn) elektron dərs vəsaitidir, elektron - CD-R nəşridir. Təhsil üçün praktik əhəmiyyət kəsb edir. Şagirdlərə əldə etdikləri bilikləri sistemli və operativ qiymətləndirməyə imkan verir. Hələlik 9, 10 və 11-ci siniflər üçün buraxılıb. Digər siniflər üçün də buraxılışı nəzərdə tutulub.
Sistem tələbləri: Pentium 300 Mhz, 64 MB RAM, 500 MB-dan artıq yeri olan HDD. Windows 9x, NT, 2000, XP Sistemlərində işləyir.

Müqavilə yolu ilə
“Yeni nəsil” və “Kitab klubu”,
tel: 4-98-45-18, 92-12-38

15000 manat
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası,
tel: 4-41-52-20 və “Kitab Klubu”

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) nəşri

National Olimpic Commitee - 10 Years (Milli Olimpiya Komitəsi -
10 İldə CD-R)

Azərbaycanda Elektron nəşr sahəsində ilk nəşrlərdən sayılan bu nəşr müasir kompüter-multimedia proqramlarından istifadə etməklə hazırlanıb. Bir təbliğat vasitəsi kimi aşağıdakı bölmələrdən ibarətdir: Azərbaycan: Azərbaycan idmanının tarixi, Dövlət və idman, Azərbaycan idmançıları olimpiadada, Azərbaycan Milli Olimpiya komitəsi, və s. Elektron nəşr ingiliscədir.

Azərbaycan MOK, Bakı, 2002-ci il, Elektron nəşr

Qubad İbadoğlu, Azər Mehtiyev, Samir Əliyev

Büdcə bələdçisi (Kitab və CD-R disk)

Büdcə bələdçisi kitabına əlavə olaraq kitabdakı materiallar həmçinin CD-diskdə də nəşr olunub kitabla birgə yayılır (materiallarda büdcə ilə bağlı sosial proseslər və büdcə şəffaflığını xarakterizə edən mövzular yer alıb. Dövlət məmurları, iqtisadçılar, tələbələr, müəllimlər, jurnalistlər və QHT nümayəndələrinin istifadəsi üçün nəzərdə tutulub).

Elektron nəşr, 500

Pulsuz
MOK və “Kitab Klubu”, tel: 4-92-12-38
Pulsuz
“Oxfam GB” humanitar təşkilatı və
“Ekspert” jurnalı redaksiyası,
tel: 4-92-20-21, 4-98-44-31